Məhkəmə qərarları › İş №1(102)-846/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-846/2022

30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-846/2022 30.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2021-ci il tarixli, 1(106)-636/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kas sasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs 12 avqust 1982-ci il tarixdə İmişli rayonunun Yuxarı Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Qaralar kəndində qeydiyyatdadır. 2. 26 dekabr 2020-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 221.1, 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 19 fevral 2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham ü zrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, habelə Azərbaycan Respublikası CM-nin 263-1-ci maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi halda yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. O, 09 sentyabr 2020-ci il tarixdə, saat 18:31-də İmişli şəhəri, S.Fətəliyev küçəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublika sı Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozub, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi “Mercedes Benz C 240” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonunun Qaralar kəndi istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozub, avtomobili yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox, yəni 90 km/saat sürətlə idarə etməklə, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünə güvənərək, qarşıda onunla eyni istiqamətdə hərəkət edib "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin giriş darvazasının qarşısında yerləşən yolayrıcında geriyə dönmə əməliyyatı aparan X4 idarə etdiyi “QAZ-2410” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, ehtiyatsızlıqdan İkram Hacıyevin avtomobilinin salonunda qarının qapalı küt travması fonunda qaraciyərin cırılmış yaralarından ibarət sağlamlığa ağır zərər vurulmasına, habelə yol-nəqliyyat hadisəsi zamanı “QAZ-2410” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə İkram Hacıyevə 1450 (bir min dörd yüz əlli) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Bundan sonra o, yol-nəqliyyat hadisəsi törətmiş nəqliyyat vasitəsinin sürücüsü kimi “Yol hərəkəti h aqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İV hissəsinin tələblərinə uyğun olaraq, zərər çəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərər çəkəni həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərmək, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmaq, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək əvəzinə, idarə etdiyi avtomobildən düşüb saat 18:40 radələrində yol nəqliyyat-hadisəsi yerinə gələrək, iradını bildirmək üçün aq ressiv şəkildə zərərçəkmiş X6 axtarmağa başlamış, onu tapa bilmədikdə isə ictimai yerdə, çoxlu sayda insanların toplaşmasına heç bir əhəmiyyət verməyərək, əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib, ətrafda olan insanlara aşkar hörmətsizlik və laqeydlik göstərərək, digərlərindən fərqləndiyini nümayiş etdirmək məqsədilə özünü cəmiyyətin fövqündə qoyaraq, uca səslə “QAZ-2410” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün ünvanına nalayiq ifadələr işlətməklə, yol-nəqliyyat hadisəsi zamanı həmin avtomobildən yola dağılmış taxta yeşikləri təpikləmiş, daha sonra qəsdən yumruq və dirsəyi ilə avtomobilin ön alın şüşəsinə vuraraq ön alın şüşəni sındırmış, onu sakitləşdirməyə çalışan tanışı X3 əhəmiyyət ver məyərək qanunsuz hərəkətlərini davam etdirib, yumruqları ilə qəsdən avtomobilin arxa, qabaq və yan şüşələrini, habelə hər iki yan güzgülərini vurub sındıraraq həmin hərəkətləri ilə zərərçəkmiş İkram Hacıyevə 215 manat məbləğində maddi ziyan yetirməklə, beş dəqiqə ərzində ətrafda yaşayan insanların istirahətini pozaraq, bunlarla yanaşı səs-küyə oraya toplaşmış insanlarda qorxu və həyəcan hissləri yaratmaqla, həmçinin özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmiş, daha sonra isə X2 idarə etdiyi "X12 Prado" markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə minərək hadisə yerindən getməklə yol-nəqliyyat hadisəsi yerindən qaçaraq, hadisə yerində tibbi yardım göstərilməsindən məhrum olan, qarının qapalı küt travması fonunda qaraciyərin cırılmı ş yaralarından ibarət sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almış İkram Hacıyevin aldığı xəsarətlər fonunda baş vermiş kəskin daxili qanaxmadan ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-201/2021 nömrəli, 23 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1, 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 263.1.3-cü maddəsi ilə 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 2 64-cü maddəsi ilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinin tələblərinə əsasən əsas və əlavə cəzaları qismən toplamaqla və əlavə cəzanı əsas cəzaya tamamilə birləşdirmək yolu ilə 4 (dörd) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 sentyabr 2020-ci il tarixdən hesablanması müəyyən edilmiş, hökmlə digər məsələlər həll edilmişdir.

6. Məhkum edilmiş şəxsin müdafiəçisi X8 apellyasiya şikayəti verərək Lənkəran Ağır Cinayətlər Məhkə məsinin 23 aprel 2021-ci il tarixli hökmünün ləğv edilməsini, əməlində cinayət tərkibi olmadığından Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2021-ci il tarixli, 1(106)-636/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 1(099)-201/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır.

8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eyni olmuş, kassasiya şikayətinin müəllifi onları təkrarlamaqla hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsini xahiş edir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş mə hkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığını iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassas iya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, kollegiya məhkumun müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Təqsirləndirilən şəxs ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbayca n Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

18. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətində qaldırılan suallarla mahiyyətcə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçi tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Təqsirləndirilən şəxs törətdiyi əməllərinin təsvirindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 221.1, 2631.3, 264-cü maddələrinin dispozisiyasından və Cina yət Məcəlləsinin Ümumi Hissəsinin müddəalarından çıxış edərək, onun əməllərində Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə birinci instansiya məhkəməsində dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, onları bir-biri və qarşısında qaldırılan dəlillərlə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv təhlil edib hüquqi qiymət verərək qeyd etm işdir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətməsi, hadisə yerinə toplaşmış insanlar qarşısında cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, həmçinin özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verməklə xuliqanlıq etməsi, daha sonra isə hadisə yerində qalıb zərər çəkənə və ya onun maraqlarını təmin edəcək digər şəxsə lazımi məlumatları bildirmək əvəzinə, X2 idarə etdiyi «X12 Prado» markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə minərək hadisə yerindən getməklə yol-nəqliyyat hadisəsi yerindən qaçması səbəbindən onun əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, verilmiş ittiham üzrə təqsirliliyi tam sübuta yetirilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi qənaəti ap ellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət hüququ normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 221.1, 263-1.3 və 264-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələr ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına al maq üçün əsas görmür. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilmiş, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, eyni zamanda hazırki kassasiya şikayətində qeyd edilmiş çoxsaylı ümumi məzmunlu sualları təyin etdiyi təkrar komisyon məhkəmə-tibbi ekspertizası əsasında əldə etdiyi 26 avqust 2021-ci il tarixli, T202/2021 ekspert rəyi ilə cavablandırdığından, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.

21. Məhkəmə kollegiyasının təsvir edilən mövqeyi həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış presedent hüququna əsaslanır. Belə ki, Avropa Məhkəməsi çoxsaylı qərarlarında qeyd etmişdir ki, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının pred metini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) qarşısında qaldırılan şikayəti yalnız həmin məhkəmələrə aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (məsələn, Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

22. Hazırki kassasiya şikayətinin dəlillərindən görünür ki, onlar apellyasiya şikayətində qaldırılan iddialardan fərqlənmir, kassasiya şikayətinin müəllifi hər hansı yeni və diqqətəlayiq amilə istinad etməmiş və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmamışdır. Məhkəmə kollegiyası bu halı da kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və bir daha qeyd edir ki, kassasiya şikayətində müb ahisələndirilən məsələlər apellyasiya instansiyası məhkəməsinin qərarında cavablandırılmış və məhkəmənin mövqeyi əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticə işin hallarının obyektiv araşdırılmasına, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qərarını şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan, apellyasiya instansiyası məhkə məsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməs i haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

24. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 05 noyabr 2021-ci il tarixli, 1(106)-636/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 05 noyabr 2021-ci il tarixli, 1(106)-636/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar