Məhkəmə qərarları › İş №1(102)-846/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-846/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-846/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum müdafiəçisi – “Pro Bono” Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi – “XXX15” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən ve rilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim N.T.Əliyev, hakimlər D.H.İmanov və M.Ə.Bağırovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1982-ci ildə ünvan1ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 4 azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, ünvan2ində qeydiyyatda olmaqla həmin kənddə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 17 dekabr 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim T.A.Muxtarov, hakimlər Ç.B.Məmmədov və E.İ.Xasməmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti isə - qismən, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apelyasiya protesti – tam təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü dəyişdirilərək Məhkum CM-in 149.2.4-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi2 Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2021-ci il tarixli qər arından kassasiya şikayəti vermişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətinə qarşı etiraz vermişdir. İşin halları: Hökmə əsasən Məhkum 2019-cu ilin avqust ayının əvvəllərindən etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olarkən ayrı-ayrı vaxtlarda bir neçə dəfə taksi xidməti göstərdiyi həmkəndlisi, xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq qərarına gəlmiş və 16 dekabr 2019-cu il tarixdə, saat 14:40 radələrində Zərərçəkmiş şəxs xahişi ilə onu rayonun ünvan3ndən evlərinə apararkən istəyinə çatmaq üçün münasib şəraitin əmələ gəldiyini görüb, sonuncunu evlərinə aparmaq əvəzinə əvvəlcədən planlaşdırdığı, XXX20 qış otlaq sahəsinə aparıb orada cinsi əlaqədə olmaq niyyətini həy ata keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs aldadıb, guya anasının həmin istiqamətdə yerləşən Kür çayının kənarında tanışı ilə yeyib içdiyini, sərxoş olduğuna görə vəziyyətinin yaxşı olmadığını bildirərək onun yanına getməyi təklif etdikdə anasının sərxoş olduğunu eşidən Zərərçəkmiş şəxs həmin yerə getməyə razılaşdıqdan sonra o, avtomaşınla sonuncunu “XXX20” qış otlaq sahəsinin Tovuz rayonunun ərazisində yerləşən hissəsinə, çöllük əraziyə aparıb həmin ərazidə, saat 17.30 radələrində idarə etdiyi avtomaşını saxladıqdan sonra arxa oturacağa keçərək Zərərçəkmiş şəxs qolundan tutub onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Zərərçəkmiş1nin onun təklifini rədd edib yumruqla vuraraq müqavimət göstərməsini və qışqırmasını görüb zor tətbiq etməklə və öldürmə hədəsi ilə Zərərçəkmiş şəxs zorlama q qərarına gəlmiş, cinayətkar qəsdini başa çatdırmaq məqsədi ilə əvvəlcə avtomobilin salonundan götürdüyü rezin şarı Zərərçəkmiş1nin boğaz nahiyəsinə keçirməklə və əli ilə vurmaqla ona fiziki zor tətbiq edərək boyun nahiyəsinin, hər iki körpücük nahiyələrinin, sağ bazunun, sağ saidin, sol saidin və sol əlin qançırları ilə müşayiət olunan dərəcələri təyin edilməyən xəsarətlər yetirərək müqavimətini qırmış, daha sonra isə avtomobilin saxlanc yerindən götürdüyü istintaqa məlum olmayan bıçağı nümayiş etdirib Zərərçəkmiş şəxs öldürməklə hədələyərək avtomobildən düşüb əvvəlcə öz şalvarını və trusikini aşağı çəkmiş, daha sonra isə fiziki zor tətbiq edərək avtomobilin arxa oturacağında olan Zərərçəkmiş1nin qolunu arxaya burub əynindəki şalvarını və trusikini aşağı endirərək gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs iradəsi əleyhinə cinsiyyət orqanına daxil etməklə zorla təbii yolla cinsi əlaqədə olaraq sonuncuya sağ böyük cinsiyyət dodağının selikli qişasında olan qansızma sahəsi ilə müşayiət edilən və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə onu zorlamışdır Kassasia şikayətinin və və zərərçəkmiş şəxsin kassasiya şikayətinə qarşı etirazının dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmaqla tədqiq edilib qiymətləndirilmiş, nəticədə Məhkum Zərərçəkmiş şəxs zorlamadığı və ona CM-in 149.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməli olduğu halda o, əsassız ola raq həmin maddə ilə təqsirli bilinmişdir. Halbuki, Zərərçəkmiş1 və onun anası polis əməkdaşının öyrətməsi ilə əvvəlcədən planlaşdırılmış şəkildə Məhkum törətmədiyi cinayətə görə məsuliyyətə cəlb edilməsini təşkil etmişlər. Kassasiya şikayətinin digər dəlili isə odur ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən himayəsində dörd azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslə barışığın əldə olunması lazımınca nəzərə alınmadan həddindən artıq ağır cəza təyin olunmuş və həmin cəza da ona əlavə pul ödənilmədiyi üçün fikrini dəyişərək apellyasiya şikayəti vermiş zərərçəkmiş şəxsin mövqeyinə və dövlət ittihamçısının apellyasiya protestinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən daha da ağırlaşdırlmış, Məhkum hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti bir il artırılmışdır. Müdafiəçi2 kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublıikası CinayətProsessual Məcəlləsinin 416.1.1, 416.1.2, 416.1.3, 416.1.15, 416.1.19, 416.1.21-ci maddələrində göstərilən halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apelyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz verərək, əsassız olduğu üçün şikayətin təmin olunmamasını, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2 021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apelly asiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulduğunu, nəticədə Məhkum əməllərində cinayət tərkibi, təqsirliliyini təsdiq edən sübutlar olmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarıldığını və ağır cəzaya məhkum olundu ğunu iddia etməklə, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilib cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2, 416.1.3, 416.1.15, 416.1.19, 416.1.21-ci maddələrində, habelə kassasiya şikayətinin məzmununa görə CPM-in 416.1.6, 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyasının 01 dekabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətindən görünür ki, o, Məhkum nəinki Zərərçəkmiş şəxs zorlamadığını, əksinə özünün zərərçəkmiş şəxsin və onun anasının əvvəlcədən polis əməkdaşları ilə qurduqları plana uyğun olaraq uydurulmuş ittihamlarına (böhtanlarına) məruz qaldığını iddia etməklə, Məhkum barəsində əsassız olaraq ittiham hökmünün çıxarılması haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və özünün işin faktiki hallarına verd iyi fərqli təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bil məz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbi n (o cümlədən, Məhkum barəsində əməllərində cinayət tərkibinin əlamətlərinin müəyyən edilməməsinə, təqsirliliyinin sübuta yetirilməməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gə lir ki, müdafiə tərəfi eyni dəlilləri apelyasiya şikayətində də irəli sürmüş və həmin apellyasiya şikayətinə, eləcə də yüngül olmasına görə Məhkum təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş dövlət ittihamçısının apellyasiya protestinə və Zərərçəkmiş şəxs apellyasiya şikayətinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlamış, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi zamanı sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə əməl olunub-olunmaması, faktiki hallara cinayət qanunu normasının tətbiqi, məhkəməyədək icraatda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun digər tələblərinin gözlənilibgözlənilməməsi məsələlərində hər hansı bir p ozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi zamanı Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin prinsiplərinin, sübutların araşdırılması qaydalarının pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmi ş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum əməlində Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsində göstərilən cinayətin tərkibinin olması, onun həmin maddə ilə təqsirli bilinməsi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Belə ki, hökmdə təsvir edilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə görə həmkəndlisi olmaqla taksi xidməti göstərən Məhkum aldatm aqla onu idarə etdiyi VAZ-2106 markalı avtomobili ilə “xxx25” adlanan çöllük yerə aparıb, orada zor tətbiq etməklə və avtomobildən götürdüyü bıçaqla öldürməklə hədələməklə və bu yolla onun aktiv müqavimətini qırmaqla cinsi əlaqəyə girərək onu zorlamışdır. Bundan sonra o, Məhkum gizlincə tanıdığı X30 adlı polis əməkdaşını üzərində olan mobil telefon (“sms”) vasitəsi ilə olduğu yer barədə məlumatlandırmış və Məhkumlə onun arasında olan danışıqları qeydə almışdır. Onun məlumatlandırmasından sonra polis əməkdaşları yolda Məhkum avtomobilini saxlamış və sonuncunu yaxalamışlar. Şahid – Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 Xəyyam oğlu məhkəmədə verdiyi ifadəsində zərərçəkmiş şəxsin göstərdiklərini təsdiq edərək, 16 dekabr 2019-cu ildə təxminən saat 17-18 radələrində Zərərçəkmiş şəxs mobil telefonundan onun mobil telefonuna zəng gəldiyini, lakin Zərərçəkmiş1nin onunla danışmadığını, bağlantı davam etdiyi müddətdə Zərərçəkmiş1nin yalvarışlarını, “məni hara aparırsan, yalvarıram saxla, məni aparma” kimi ifadə işlətməsini eşitdiyini, Zərərçəkmiş1nin “sms” vasitəsi ilə onu olduğu yer barədə məlumatlandırdığını, cinayət hadisəsinin baş verdiyini ehtimal etdiyi üçün bölmə rəisinə məlumat verdiyini və bundan sonra Emil Sadiqov və digər polıs əməkdaşları ilə birlikdə Zərərçəkmiş1nin olduğu yerə gedib Zərərçəkmiş1nin açıq qoyduğu mobil telefondan onun mobil telefonuna gələn danışıqların məzmununa əsasən Zərərçəkmiş şəxs olduğu VAZ-2106 markalı avtomobili saxladıqlarını və avtomobilin sürücüsü Məhkum polis şöbəsinə gətirdiklərini göstərmişdir. Şahid1 verdiyi məlumatları məhkəmədə di ndirilən şahidlər Şahid5 və Şahid2 da təsdiq etmişlər. Hökmdə təsvir edilmiş məhkəmə-tibbi ekspertizasının 10 yanvar 2020-ci il tarixli 786 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində, o cümlədən cinsiyyət orqanında yetirilməsi 16 dekabr 2019-cu il tarixə (hadisənin baş verdiyi günə) uyğun gələn sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Eyni zamanda məhkəmə-tibbi ekspertizasının 17 dekabr 2019-cu il tarixli 786-A nömrəli rəyinə əsasən Məhkum də bədən səthində yetirilməsi 16 dekabr 2019-cu il tarixə uyğun gələn sağlamlığa zərər vurmayan xəsarətlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X4 Bölməsinin məhkəmə lifli materialların tədqiqi ekspertizasının 27 dekabr 2019-cu il tarixli 713 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs geyim əşyası üzərində Məhkum, sonuncunun geyim əşyası üzərində isə Zərərçəkmiş şəxs paltarının təkib liflərinə uyğun gələn lif mikrohissəcikləri aşkar olunmuşdur. Məhkəmə tibbi-bioloji ekspertizasının 17 mart 2020-ci il tarixli 157/2020-MTBŞ nömrəli rəyinə görə Zərərçəkmiş şəxs məxsus tuman üzərində sperma qarışmış insan qanı ləkələri aşkar olunmuşdur və bu spermanın Məhkum məxsus olması istisna edilmir. Zərərçəkmiş şəxs mobil telefonu ilə hadisədən dərhal sonra qeydə alınmış danışıqların məhkəmə-fonoskopik ekspertizasının 29 aprel 2020-ci iltarixli 4/130 nömrəli rəyinə əsasən Məhkumlə Zərərçəkmiş şəxs arasında olan həmin danışıqlar zorlama hadisəsi və polis əməkdaşı Şahid1la əlaqənin qurulması barədə zərərçəkmiş şəxsin ifadəsində verdiyi məlumatlara uyğunluq təşkil edir. Baxılan iş üzrə ambulator kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizası keçirilmiş və həmin ekspertizanın 18 mart 2020-ci il tarixli 184/72 nömrəli rəyinə əsasən Məhkum hadisə zamanı və hadisədən sonra hər hansı psixi xəstəlik müəyyən edilməmiş o, hadisə zamanı və hadisədən sonra adi psixi-emosional halda olmuş və anlaqlı şəxs hesab olunmuşdur. Qeyd olunan və digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların daha ətraflı təsvir və şərh edilməsinə zərurət görmür. Apellyasiya instansiyası məhkəməsi dövlət ittihamçısının apellyasiya protesti və zərərçəkmiş şəxsin apellyasiya şikayəti ilə əlaqədar Məhkum təyin olunmuş cəzanı yoxlayarkən də hər hansı pozuntuya yol verməmiş, ona hökmlə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasını kifayət hesab etməyib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1 -ci maddəsində göstərilən, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.1, 416.1.2, 416.1.3, 416.1.6, 416.1.11, 416.1.15, 416.1.19, 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 01 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verimiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 01 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar