Məhkəmə qərarları › İş №1(102)-846/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-846/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-846/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 apre l 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 dekabr 2024cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 aprel 2024-cü il tarixli 1(101)-757/2024 nömrəli (hakimlər: İsmayılov Eldar Herov oğlunun (sədrliyi ilə), Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 3 yanvar 1998-ci ildə x rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmünə əsasən, Azərba ycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1000 (min) manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021ci il tarixli Amnistiya qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu olmayan, xxx qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, onun 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddətin cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 17 may 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 dekabr 2024-cü il tarixli 1(103)-1438/2024 nömrəli (hakimlər: Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrliyi və məruzəsi ilə), Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 aprel 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışd ır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 dekabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Məhkum naməlum mənbədən məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 4,092 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla x istirahət mərkəzinin yaxınlığına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 17 may 2023-cü il tarixdə saat 13:30-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 2 Mütəşəkkil Cinayətkarlıqla Mübariz ə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusunun içərisində olan iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,896 qram və 2,196 qram olmaqla, ümumilikdə külli miqdarda - 4,092 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə olan heroinə məxsus izlər olan 1 (bir) ədəd 1 manatlıq əskinas aşkar edilərək götürülmüşdür. Aşağı instansiya məhkəmə kollegiyaları da qeyd olunmuş nəticə ilə razılaşaraq, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilindiyinə dair qənaətə gəlmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiəçi kassasiya şikayətini on unla əsaslandırmışdır ki, Məhkum ibtidai araşdırmanın ilk günlərində şəxsiyyətin toxunulmazlığı hüququ təmin edilməmiş, işgəncə, fiziki və psixi zorakılıqlar məruz qalaraq aciz duruma salınmaqla cinayəti "etiraf etməsinə dair müfəssəl və təfsilatlı" izahat və ifadələr alınsa da, ibtidai istintaqın sonrakı mərhələsində, habelə məhkəmə istintaqları zamanı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmişdir. Həm əməliyyat-axtarış tədbirləri keçirilərkən, həm ibtidai istintaq zamanı kobud pozuntulara yol verilmiş, məhkəmə istintaqları zamanı yol verilmiş ciddi pozuntular aradan qaldırılmamış, hərtərəfli, tam, obyektiv və vaxtında sübutlar, sübutlar arasındakı iş üzrə yekun hüquqi nəticəyə gəlinməsində mühüm əhəmiyyət kəsb edən ziddiyyətlər aradan qaldırılmamış, tədqiq edilməmiş, əsassız və qanunsuz qərar çıxarılması səbəbindən, CMin 234.1-1-ci maddəsi ilə məhkum edilmiş Məhkum barəsində məhkəməyə verilmiş ittiham üzrə təqsirinin sübuta yetirilməməsi əsası ilə məhkəmə baxışının nəticələrinə dair cinayət işi üzrə bəraətverici əsasla hökm çıxarılmamış, həmin hökmdən verilmiş apellyasiya şikayəti isə təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanmışdır. Cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum şübhəli şəxs qismində saxlandığı yerdə əməliyyat-axtarış qrupunun rəhbəri Şahid1 tərəfindən onun saxlanmasına dair protokol tərtib edilməmiş və saxlandığı yerdə üzərinə baxış keçirilməmişdir. Bu səndələşmə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən ona görə tərtib edilməmişdir ki, ittihamda qeyd edilən 4,092 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin Məhkum üzərində olm amış, onun avtomobilində olan 0,1 qram heroin isə polis əməkdaşları tərəfindən onun özü və hal şahidləri olmadan, habelə videoçəkiliş aparılmadan götürülmüşdür. Bundan əlavə, Məhkum hansı səbəbə azadlıq hüququ məhdudlaşdırılaraq saxlanıldığı yerdən aralıda yerləşən BMCMİ-nin inzibati binasına aparıldığı da aydın deyildir. Nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqları zamanı Məhkum üzərində axtarışın nə üçün saxlanıldığı yerdə aparılmaması, habelə saxlanılandan 1 saat 42 dəqiqədən sonra aparılması incələnərək təhlil edilməmiş və nə ibtidai araşdırma orqanı, nə də ki, işə baxan məhkəmələr tərəfindən araşdırılaraq buna qiymət verilməmişdir. Məhkum məhkəmə istintaqları zamanı bildirmişdir ki, ona hüquqlarının müdafiəsi ilə əlaqədar müqavilə ilə müdafiəçi tutmağa imkan verilməmiş, təyin e dilmiş vəkil isə polis əməkdaşlarına yaxın adam olmuş, onun yanında da polis əməkdaşları ona amansız işgəncələr vermiş, videoçəkilişdə onların diktə etdikləri qaydada deməyə məcbur edilmiş və bütün təqdim edilən sənədlərə oxumadan imza etdirilmişdir. Məhkəmə baxışı zamanı Məhkum verilən işgəncə ilə bağlı aparılan araşdırma zamanı CPM-in normalarının tələbləri nəzərə alınmamışdır. Baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın surətləri 1 (bir) vərəqədən ibarət olmaqla xx.xx.2023-cü il tarixli məktublarla məhkəmə nəzarəti qaydasında yoxlanılması üçün Bakı şəhəri Nərimanov və Binəqədi Rayon Məhkəmələrinə göndərilmişdir. Həmin qərarın məhkəmə nəzarəti qaydasında qanuniliyinə Binəqədi Rayon Məhkəməsində xx.xx.2023cü il tarixdə, yəni 120 saat müddətində, Nərimanov Rayon Məhkəməsində isə xx.xx.2023- cü il tarixdə, yəni 144 saat müddətində məhkəmə nəzarəti qaydasında baxılmaqla qanuni hesab edilmişdir. O da istisna edilmir ki, cinayət işinə əlavə edilmiş məktubda qərarın xx.xx.2023-cü il tarixdə göndərilməsi qeyd edilsə də ola bilər ki, məhkəmələrə sonrakı günlərdə də göndərilə bilər, lakin hər iki halda qeyd edilən qərarın məhkəmə nəzarəti qaydasında qanuniliyinə baxılmasında qanunda nəzərdə tutulan müddət pozuntusuna yol verilməsi mübahisəsizdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 dekabr 2024-cü il tarixli qərarının ləğv edilərək, CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilmiş Məhkum məhkəməyə verildiyi ittiham üzrə əməli sübuta yetirilmədiyindən, onun təqsirliliyi barədə m əhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən və CPM-in tələblərinə müvafiq olaraq sübuta yetirilmədiyindən cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 dekabr 2024-cü il tarixli qərarını n dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxu d dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilmə z sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 dekabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətd iyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüy ü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmi ş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, müdafiəçinin isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 dekabr 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apel lyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya kollegiyasının bu qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb, sübutlar və sübutetmə məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum məhkəməyədək istintaq dövründə verdiyi narkotik vasitələrdən şəxsi istifadə etməsi barədə etirafedici, məhkəmə istintaqında isə özünü qismən təqsirli bilməsinə dair izahat və ifadələri, şahid qismində dindirilmiş şəxslər Şahid1, Şahid2 və Şahid3 ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” 17 may 2023-cü il tarixli protokol, həmin istintaq hərəkətinə dair videogör üntüləri özündə əks etdirən CD disk, “diskə baxış keçirilməsi barədə” 14 iyul 2023-cü il tarixli protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 18 may 2023-cü il tarixli 6/2878 nömrəli rəyi, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 17 may 2023-cü il tarixli protokola əsasən, həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilib saxlanılması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum x istirahət mərkəzinin yaxınlığında saxlanılaraq Baş İdarə yə gətirilmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı Məhkum əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusunun içərisində olan iki ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər kütlələr və üzərində narkotik vasitə olan heroinə məxsus izlər olan 1 ədəd 1 manatlıq əskinas aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması barədə istintaq hərəkətinin protokolunda göstərilmiş faktlar, həmin istintaq hərəkətinə dair videogörüntüləri özündə əks etdirən disk və həmin diskə baxış keçirilməsi barədə protokol ilə də öz təsdiqini tapır. O cümlədən, X ibtidai istintaq zamanı 17 may 2023-cü il tarixli ifadəsində göstərmişdir ki, “....yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, haz ırda üzərində narkotik vasitə heroin vardır...... üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd siqaret qutusunu,...... masanın üzərinə qoymaqla təqdim etmişdir. 1 ədəd siqaret qutusuna baxış keçirildikdə içərisində iki ədəd gümüşü rəngli kağız bükümlər və 1 manat pul olması müəyyən edilmişdir. İki ədəd bükümə baxış keçirildikdə, içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. Siqaret qutusunun içərisində olan 1 manat puldan həmin maddələrin qəbul edilməsində istifadə etdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş iki ədəd gümüşü rəngli bükümlərdə olan narkotik vasitə heroin və 1 manat pul polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzal anmışdır....... Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində olarkən tanımadığı şəxsdən 60 manat müqabilində aldığını, əvvəllər də narkotik vasitədən istifadə etdiyini, həmin maddədən keç kimə vermədiyini, keç kimə satmadığını, həmin maddənin üstündə olmasından heç kimin məlumatının olmadığını və həmin maddəni şəxsi istifadə məqsədi ilə üstündə gəzdirdiyini bildirmişdir.”. Cinayət işi materiallarına əsasən müəyyən olunur ki, Məhkum saxlanılan zaman üzərində həqiqətən də narkotik vasitə olduğunu həm ibtidai istintaq, həm də məhkəmə araşdırmaları zamanı bildirmiş, yalnız həmin narkotik vasitənin çəkisinin verilmiş ittiham üzrə müəyyən olunan çəkidən dəfələrlə az olduğunu göstərmişdir. Müdafiəçi kassasiya şika yətinin tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə məhkuma istinad edilən cinayətlərdə təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktiki halların işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində onun verdiyi həqiqətə uyğun olmayan ifadələr təşkil etməsi, verilmiş vəsatətlərə baxmayaraq onun işgəncə və qanunsuz psixi, fiziki təsirlərlə məruz qalmasına dair məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayətprosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, ci nayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qi ymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahidlər Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması məqsədi güddüyü barəd ə nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən “məhkumun işgəncə, fiziki və psixi zorakılıqlar məruz qalaraq etirafedici ifadələr verməsinə” dair dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir: “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər t ərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Kassasiya araşdırması zamanı müəyyən olundu ki, müdafiə tərəfi işgəncə faktının araşdırılması və iddia etdiyi halların müəyyən edilməsi üçün apellyasiya baxışında sübutların bilavasitə tədqiq edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hələ ibtidai istintaq zamanı Məhkum müraciəti əsasında Bakı şəhəri Nərimanov rayon prokurorluğu tərəfindən müvafiq araşdırma aparılmış, cinayət işinə əlavə edilmiş 7 avqust 2023-cü il tarixli qərara əsasən, Məhkum Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında toplanmış 421-C-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli qərarı ilə prokurorluğun həmin qərarı ləğv edilmiş və şikayət əsasında əlavə araşdırma aparılması ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora t apşırılmışdır. Nərimanov rayon prokurorluğu tərəfindən yenidən araşdırma aparılaraq xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması təkrar rədd edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qərarı ilə prokurorluğun xx.xx.2023-cü il tarixli qərarı da ləğv edilmiş və toplanmış material üzrə araşdırmanın davam etdirilməsi yenidən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırılmışdır. Nərimanov rayon prokurorluğunun 15 fevral 2024-cü il tarixli qərarı ilə Məhkum Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması faktı öz təsdiqini tapmadığından növbəti dəfə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan qərar təkrar müdafiəçi tərəfindən məhkəmədə mübahisələndirilmiş, lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5 mart 2024-cü il tarixli qərarı ilə Müdafiəçi tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Həmin qərar müdafiə tərəfindən apellyasiya qaydasında da mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 13 mart 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından məhkəmə nəzarəti qaydasında şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5 mart 2024-cü il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda istinad olunan xx.xx.2024-cü il tarixli T70/2024 saylı məhkəmə tibbi ekspertiza rəyinə əsasən müdafiəç inin istinad etdiyi “məhkuma zor tətbiq olunması nəticəsində dişlərini itirməsi” faktı təsdiqini tapmamış, məhkumun ağız selikli qışasında hər hansı xəsarət izi aşkar olunmamış və hər iki çənədə dişləri yerindədir. İstər Bakı Ağır Cinayətlər Məhkəməsi, istərsə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası haqlı olaraq Məhkum təzyiq altında işgəncə nəticəsində ondan etirafedici ifadələr alınması barədə mübahisələndirdiyi dəlilləri “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 fevral 2024-cü il tarixli qərarı əsas götürərək mötəbər hesab etməmişdir. Kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qarşı irəli sürülmüş ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdi q olunur və apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün tövsif edilmişdir. Məhkum ona apellyasiya instansiyası məhkəməsinin qərarı ilə istinad edilən, cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq apellyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiəçi kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə ol araq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. O cümlədən, məhkuma təyin edilmiş cəzaya münasibətdə kassasiya məhkəmə kollegiyası onu qeyd edir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, c əzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza (minimum həddə) təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişd irilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 dekabr 2024cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar