Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-847/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X14, Dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X15 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X15 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Bəraət almış şəxs X4 və onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə, X11ə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mə tndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 1(103)-1329/2023 nömrəli hökmündən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X15 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X15 üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Bəraət almış şəxs X11 1979-cu il oktyabrın 19-da Salyan rayonunun Kürqaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. Bəraət almış şəxs X7 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 2021-ci il sentyabrın 06-da istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 3,867 qram çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 2021-ci il sentyabrın 10-da saat 18 radələrində Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzinin 4-cü sıra, 5-ci korpusundakı 44 saylı dərzi dükanında saxlanaraq Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin inzibati binasına gətirilib orada inzibati otaqların birində saat 18:55 radə lərində X6 üzərində videoçəkilişlə şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən beş ədəd şəffaf sellofana bükülməklə ayrı-ayrılıqda 0,810 qram, 0,741 qram, 0,719 qram, 0,865 qram və 0,732 qram, ümumilikdə 3,867 qram təmiz çəkidə qəhvəyi rəngli tozşəkilli tərkibindəki komponentlərə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X17 (sədrlik edən), X23 və X9 ibarət məhkəmə təkibində) 3 iyun 2022-ci il tarixli, 1(101)-302/2022 nömrəli hökmü ilə X6 CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 2021-ci il sentyabrın 10-dan hesablanması, ona narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmaması və onun ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X26 (sədrlik edən və məruzəçi), X21 və X12 ibarət məhkəmə tərkibində) 08 dekabr 2022-ci il tarixli, 1(103)1560/2022 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, X4 CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdi rilmədən saxlanılması qərara alınmışdır.
5. Həmin qərardan məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023-cü il tarixli, 1(102)-1027/2023 nömrəli qərarı ilə məhkum X4 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X4 barəsində olan 08 dekabr 2022-ci il tarixli, 1(103)-1560/2022 nömrəli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X22 (sədrlik edən və məruzəçi), X16 və X5 ibarət məhkəmə tərkibində) 14 sentyabr 2023-cü il tarixli, 1(103)-1329/2023 nömrəli hökmü ilə ape llyasiya şikayətinin təmin edilməsi, X4 CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 1(101)-302/2022 saylı hökmünün ləğv edilməsi, X7 CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi, X4 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclası zalından dərhal həbsdən azad edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi qaydasının X7 izah edilməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
7. Apellyasiya instansiyası məhkəməsinin h əmin hökmündən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X15 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X15 üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
8. Dövlət ittihamçısı kassasiya protestində cinayət işi materiallarında öz əksini tapan sübutlar siyahısına və bir sıra qanunvericilik aktlarına istinadlar edərək, protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı X13 tötərdiyi əməli qismən etiraf edərək üzərində olan 5 büküm narkotik vasitə olan heraini öz şəxsi istifadəsi üçün 30 manat pul müqabilində aldığını və xx.xx.2021-ci il tarixdə Qaradağ rayonu Lökbatan qəsəbəsi Sədərək TM-də 4-cü korpusda yerləşən 44 saylı dükanda saxla nılaraq bölməyə gətirildiyini etiraf etmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyməklə və işgəncə verəcəkləri ilə hədələndiyini və müxtəlif formada təzyiqlər olunduğunu qeyd etsə də, qeyd olunan xüsusatlar öz təsdiqini tapmamış, belə ki, istər istintaq dövründə, istərsə də, məhkəmə istintaqı zamanı Nizami Qasımov tərəfindən ona qarşı polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə hər hansı hüququ mühafizə orqanına şikayət edilməmiş, həmin faktlarla bağlı hər hansı araşdırma aparılmamışdır.
9. Cinayət işi üzrə çoxsaylı şahid ifadələrinə və məhkəmənin qənaətinə istinad edən dövlət ittihamçısı qeyd etmişdir ki, məhkəmə ittiham tərəfini bir növ cinayət işi üzrə əldə edilmiş sübutları saxtalaşdırmaqda, həmçinin şəxsin ittiham olunduğu cinayətlə bağlı bilə-bil ə yalan ifadələr verməkdə təqsirli bilir və ittiham edir. Belə ki, apellyasiya məhkəməsi hökmdə ittihamın təqdim etdiyi sübutları tədqiq etməmiş, onları işin faktiki halları ilə müqayisə etməmiş, həmin sübutları yoxlamamış, onlara ümumiyyətlə münasibət bildirməmiş, bununla da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 143-146-cı maddələrinin tələblərinə pozmuş və bunun nəticəsi olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə X10 əsassız bəraət vermişdir.
10. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 1(103)-1329/2023 nömrəli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
11. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.
12. Hökmdən bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən bəraət almış şəxs X11 və onun müdafiəçisi Müdafiəçi5 kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi lər. IV.Hüquqi məsələlər:
15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
16. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
17. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
18. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X4 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb ini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
19. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlər inin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.
21. CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.
22. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq belə qənaətə gəlmişdir ki, X1 məqsədi ilə külli miqdarda təmiz çəkisi 3,867 q ram olan narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşıması sübuta yetirilməmişdir.Məhkəmə bəraət hökmündə aşağıdakı əsaslarla çıxış etmişdir.
24. Belə ki, bəraət almış şəxs X11 qismən məhkəmə istintaqı keçirilməklə aparılmış apellyasiya icraatı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, məhkəmələrdə verdiyi ifadələri təsdiq edərək ifadəsində göstərmişdir ki, o, Sədərək bazarında dərzi işləmişdir. Hadisə günü Şahid5 müştəri kimi onun dərzi emalatxanısan daxil olmuş və ölçü götürmək üçün paltarını geyinmək məqsədilə pərdə ilə bağlanan “primerka” yerinə keçmişdir. Həmin vaxt tanışları Şahid7 və Samir də içəridə olmuşlar. Qəflətən içəri 3 nəfər mülki geyimli şəxs daxil olaraq polis əməliyyatçıları olduqlarını bildirmişlər. 2 nəfər polis əməkdaşı isə bayırda gözl əmişlər. Sonra həmin şəxslər dükanda axtarış aparmağa başlamışlar və “primerkada”, yəni Sahibin paltarını geyindiyi yerdə tikiş maşının üstündən siqaret qutusu və yerdən siqaret salafanının içindən nə isə tapmışlar və narkotik vasitə olduğunu bildirmişlər. Sonra hamının, o cümlədən onun da üzərinə baxış keçirmişlər, üzərində olan bütün cib əşyalarını stolun üzərinə qoymuşlar. Lakin onün üzərindən, eləcə də Zöhrabla Samirin üzərindən heç nə aşkar olunmamış, axtarışla bağlı həmin vaxt heç bir sənədləşmə işi aparılmamışdır. Bununla belə onu dükanın sahibi kimi və Sahibi Polis İdarəsinə aparmışlar. Sahib narkotik vasitənin özünə məxsus olduğunu etiraf etmişdir. Polis İdarəsində çəkiliş gedə-gedə əlimi cibimə atdım, gördüm narkotik vasitə var. Onu əməliyyatçılardan biri onun cibinə qoymuşdur. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polislər onu döyməklə və işgəncə verəcəkləri ilə hədələmişlər, habelə müxtəlif formada təzyiqlər etmişlər və buna görə də məcbur olub polislərin dediyi kimi izahat vermişdir. İstintaq zamanı Şahid5 onunla üzləşdirməmişdir. Hazırki ittiham tamamilə uydurmadır. Odur ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsini xahiş edir.
25. Həmçinin, apellyasiya baxışı zamanı X4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Belə ki, X4 ibtidai istintaq zamanı tərtib edilmiş ifadələrində o, ittiham olunduğu əməli qismən etiraf etməklə yanaşı narkotiklərin satışı ilə məşğul olmadığını, üç ay əvvəl narkotik vasitələrə aludə olduğundan həmin maddələri müxtəlif yerlərdən adlarını bilmədiyi şəxslə rdən aldığını, 2021-ci il sentyabrın 06-da öz şəxsi istifadəsi üçün Salyan rayonunda tanımadığı şəxsdən beş bükümdə narkotik vasitə heroini 30 manata alaraq üzərində gizlədib Bakı şəhərinə daşıdığını, 2021-ci il sentyabrın 10-da saat 18 radələrində işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzi, 4-cü sıra, 5-ci korpus, 44 saylı dərzi dükanında olduğu zaman özlərini polis əməkdaşları kimi təqdim edən üç nəfər mülki geyimli şəxsin ona yaxınlaşmaqla narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələnildiyini bildirərək Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə dəvət etdiyini, orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması zamanı hər hansı qeyri-qanuni əşya varsa daşıyırsa, təqdim etməsi təklif olunduqda onun əyn indəki qara rəngli şalvarın sağ yan cibindən beş ədəd şəffaf sellofan bükümü, arxa sağ cibindən 16 manatı çıxarıb təqdim etməklə bükümlərin içərisindəki narkotik vasitə heroini bir həftə əvvəl Salyan rayonundakı çayxanada təsadüfən həmsöhbət olsa da, adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 30 manata aldığını, pulun ona qaytarılaraq aşkarlanan bükümlərin zərfə qoyulub möhürləndiyini göstərmiş, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq tətbiq edilibedilməməsini bildirməmişdir.
26. X4 ibtida istintaq zamanı “qismən etiraf edici” ifadələrinin işin faktiki halları ilə uzlaşmadığından və işin gerçək hallarını əks etdirmədiyindən apellyasiya instansiyası məhkəməsi onun məhkəməyədək vermiş olduğu ifadələrinə şübhə ilə yanaşmış və bu ifadələrin ittihamı təsdiq edən sübut kimi qəbul etməkdən imtina etmişlər.
27. Apellyasiya instansiya məhkəməsinin X4 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini daha inandırıcı və mötəbər qəbul etməsi ilə bağlı qənaəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında təqsirləndirilən şəxsin müxtəlif məzmunlu ifadələrin tədqiqinin xüsusiyyətləri ilə verilmiş izahları ilə də üst-üstə düşür.
28. Belə ki, adı çəkilən Qərarda qeyd olunur ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndir ilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.
29. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən çıxış edərək sübutların ədalətli qiymətləndirilməsini həyata keçirmiş və X11 həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini qarşılıqlı təhlil etmiş və sonuncunun məhkəmə iclasında vermiş olduğu ifadələri cinayət işi materiallarında olan digər sübutlarla uzlaşmasını əsas tutaraq daha mötəbər hesab et mişdir.
30. Göründüyü kimi, cinayət işi üzrə ittiham tərəfinin istinad etdiyi, dövlət ittihamçısının kassasiya protestinin əsasını təşkil edən bəraət almış şəxsin ibtidai araşdırma zamanı vermiş olduğu qismən etirafedici ifadə yuxarıda qeyd edilən şəkildə təkzib edilməklə, cinayət işi üzrə bütün sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır.
31. Həmçinin, məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassaisya protestinin dəlilləri qismində qeyd edilən təqsirləndirilən şəxsə işgəncə verilməsi ilə bağı xüsusatların öz təsdiqini tapmamasına münasibətdə qeyd edir ki, qismən məhkəmə istintaqı keçirilməklə aparılmış apellyasiya icraatı zamanı X11 ifadəsində bildirmişdir ki, polislər onu döyəcəkləri və işgəncə verəcəkləri ilə şiddətlə hədələdikləri, habelə müxtəlif formada təzyi q etdikləri üçün buna dözməyərək məcbur olub müstəntiq tərəfindən tərtib olunmuş sənədi sadəcə imzalamışdır.
32. Göründüyü kimi, bəraət almış şəxsin həmin ifadəsi apellyasiya məhkəməsi tərəfindən cinayət işi materiallarında öz əksini tapan sübutların apellyasiya icraatı zamanı qismən məhkəmə istintaqı keçirilməklə əldə edilmiş sübutlarla əlaqəli təhlili və tədqiqinə əsasən təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması əsaslarından biri qismində çıxış etmişdir.
33. Kollegiya eyni zamanda kassasiya protestinin dəlilləri qismində qeyd edilən, apellyasiya məhkəməsinin hökmdə ittihamın təqdim etdiyi sübutları tədqiq etməməsinə münasibətdə qeyd edir ki, cinayət işi materiallarında öz əksini tapan sübutlardan və həmin sübutların əks edildiyə bəraət hökmündən də göründüyü kimi məhkəmə b əraət almış şəxsin, şahidlərin ifadələrini alaraq, həmin ifadələri bir-bir təhlil edib, digər sübutlarla əlaqəli tədqiq etmişdir.
34. Kassasiya kollegiyası sadalanan halları, həmçinin cinayət işi materiallarında olan, apellyasiya instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılaraq müəyyən edilmiş həmin hallara istinadən dövlət ittihamçısının kassasiya protestinə münasibətdə qeyd edir ki, X3 alınmış “qismən etirafedici” izahat və ifadələrə, şahidlər polis əməkdaşları olan Şahid3, Şahid1, Şahid2 vermiş olduqları “ifşaedici” məlumatlara ciddi şübhələr olduğu vəziyyətdə, məhkəmələrin həmin izahat və ifadələri, 10 sentyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokolu, bu tədbirin gedişində əldə olunan predmeti sübut kimi qəbul etməməsi cinayət prosesi tər əfinin təqdim etdiyi sübutlardan əsassız olaraq imtina etmə kimi şərh edilə bilməz.
35. Çünki, Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.
36. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”.
37. Apellyasiya instansiya məhkəməsinin yuxarıda şərh edilən sübutlar barədə qənaətinin CPM-in 125.2.1 və 144-cü maddələri ilə müqayisəsindən görünür ki, həmin sübutların yolverilməzliyinə dair nəticəyə gəlməklə məhkəmə qeyd olunan normaların tələblərini pozmamışdır.
38. Cinayət təqibi orqanının təqdim etdiyi digər sübutlardan məhkəmə-kimyəvi ekspertizasının 11 sentyabr 2021-ci il tarixli 6/3997 nömrəli rəyinə gəldikdə, ekspert rəyi narkotik vasitənin məhkəmə-kimyəvi tədqiqatının nəticələrini əks etdirməklə, bilavasitə cinayət əməli – X4 narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edə biləcək (“axtarış-baxış və götürmə” protokolunun əhatəs indən kənarda olan) hərəkətləri barədə məlumat vermir.
39. Belə olan halda, məhkəmənin təqdim olunmuş sübutların X8 ona istinad edilən cinayət əməlini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi sübutlar və sübutetməyə dair cinayətprosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz.
40. Qeyd edilənlərdən əlavə, kollegiya dövlət ittihamçısı tərəfindən kassasiya protestinin dəlilləri qismində qeyd edilən “məhkəmə bəraət hökmü qəbul etməklə ittiham tərəfini bir növ cinayət işi üzrə əldə edilmiş sübutları saxtalaşdırmaqda ittiham edir” kimi mövqelərinə münasibətdə qeyd edir ki, CPM-in 25.2-ci maddəsinin tələblərinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşd ırmada gəldikləri nəticələrlə bağlı deyillər. Məhkəmələr ibtidai istintaq orqanlarının gəldiyi nəticəni birtərəfli və birmənalı təsdiq etmək vəzifəsi daşımırlar. Əks halda, ümumiyyətlə, məhkəmə hakimiyyətinin mövcudluğu əhəmiyyətini itirmiş olar. Azərbaycan Respublikası CPM-in 355, 398, 406-cı maddələrinin tələblərinə əsasən, məhkəmələr tərəfindən məhkəməyədək icraat üzrə bu Məcəllənin tələblərinin pozulmasına yol verildiyi aşkar edildikdə məhkəmə baxışının nəticələrinə dair xüsusi qərar qəbul etmək səlahiyyətlərinə malikdirlər.
41. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir.
42. Azərbaycan Respublikası CPM-in 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5).
43. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatın ın həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
44. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).
45. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). 46. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir -birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
47. X4 verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə apellyasiya instansiya məhkəməsinin X7 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verməsi Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir.
48. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərd ə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
49. Belə olan halda, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızının, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış şəxs X4 və onun müdafiəçisi Müdafiəçi5 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və X2 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 1(103)-1329/2023 nömrəli hökmü isə dəyişdirilmədən saxla nılmalıdır.
50. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 1(103)-1329/2023 nömrəli hökmü Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.