Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-848/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və Məhkum müdafiəçisi Abdullayev Loğman Qüdrət oğlunun iştir akları ilə, İsmayıllı Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi L.Q.Abdullayev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İsmayıllı Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Hüseynov İlqar Vidayət oğlu) Məhkum, 8 sentyabr 1990-cu il tarixdə İsmayıllı rayonunun Vaşa kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin hökmlə zərərçəkmiş şəxsin hüquqi varisi X4ün onun mərhum əri Zərərçəkmiş şəxs ölümü ilə əlaqədar (dəfni, yas mərasimlərinin keçirilməsi və məzarüstü abidəsinin ucaldılması ilə bağlı) 23.700 (iyirmi üç min yeddi yüz) manat, Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən mərhum Zərərçəkmiş şəxs ölümündən sonra aktiv kreditlərinin cəmi məbləğini təşkil edən 6960,36 (altı min doqquz yüz altmış manat otuz altı qəpik), uşaqları – 8 may 2009-cu il təvəllüdlü X9 və 7 aprel 2016-cı il təvəllüdlü X3 y etkinlik (18) yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə yaşayış minimumu həddində ( bir uşağa görə 220 manat), cəmi 440 (dörd yüz qırx) manat və mənəvi zərərə görə 1.000.000 ( bir milyon) manat məbləğində pul vəsaitinin cavabdehlər Məhkum və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə sonunculara qarşı qaldırdığı mülki iddiası baxılmamış saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum19 noyabr 2022-ci il tarixdə saat 18 radələrində BD seriyalı 95**** nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi, "xxxx" MMC-yə məxsus mexaniki nəqliyyat vasitəsi olan “Toyota Corolla minik” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı sedan tipli avtomobillə İsmayıllı şəhərinin H.Əliyev prospektində qur u vəziyyətdə olan asfaltbeton yolda İsmayıllı şəhərinin “Kolxoz bazarı” istiqamətində hərəkətdə olarkən, yolun “Oba marketin” qarşısından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin sürücünün hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olmasına dair və həmin maddənin 2-ci hissəsinin 1-ci bəndinin nəqliyyat vasitələrinin yaşayış məntəqələri daxilində saatda 60 kil ometrdən çox olmayan sürətlə hərəkət etməli olmasına dair tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə riayət etməyərək yolun zəif işıqlandırılması şəraitində, yaşayış məntəqəsi daxilində “Toyota Corolla minik” markalı **AF-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsi daxilində təqribən saatda 7080 kilometr sürətlə idarə edib yol hərəkəti qaydalarını pozmuş və hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməyərək idarəetməni itirib yolu piyada keçən Zərərçəkmiş şəxs yolun özünə aid hərəkət hissəsində avtomobilin qabaq tərəfi ilə vurmuş, nəticədə o, ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs baş-beyin maddəsinin əzilib dağılması, başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına, beyin toxumasına və beyin kötüyünə geniş qansızmalar, ənsə sümüyünün açıq qəlpəli sınığı, təpə və kəllə əsası sümüyünün xətti sınığı, sağ qamış sümüyünün açıq qəlpəli sınığı, sağ bazu sümüyünün qapalı yerdəyişən sınığı, başın və sağ qulaq seyvanının əzilmiş yaraları, başın və bədənin sıyrıqları, sağ bazunun və sağ baldırın qançırları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alaraq, almış olduğu travma nəticəsində beyin toxumasının əzilib dağılması və baş-beyin toxumasına geniş qansızmalardan hadisə yerində ölməsinə, habelə hadisə nəticəsində “Toyota Corolla minik” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə "xxxx" MMC-yə 550 manat məbləğində maddi ziyan vurulmasına səb əb olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X4nın və onun nümayəndəsi Nümayəndə birgə verdikləri və məhkum (mülki cavabdeh) Məhkum müdafiəçisi L.Q.Abdullayev tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Eyvazov Akif Məhərləm oğlu (sədrlik edən və məruzəçi), Səmədov Xəqani Hacı oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 17 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi L.Q.Abdullayev kassasi ya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) və CM-nin bir sıra maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 30 mart 2006-cı il və 24 dekabr 2021-ci il tarixli Qərarlarına, Məhkum təqsirli bilindiyi ittihama, iş üzrə toplanmış sübutlara və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi L.Q.Abdullayev həmin şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində olan cinayət işi üzrə ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında Məhkum dəfələrlə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə, vurulmuş maddi ziyanı qismən də olsa ödəməyə çalışmış, sonuncu bu təklifləri rədd etmişdir. Məhkum ona qarşı qaldırılmış mülki iddia tələbini qəbul etməmişdir ona görə ki, həmin iddia tələbində göstərilmiş məbləği ödəmək onun maddi imkanları xaricindədir. Məhkum məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ilk dəfə az ağır cinayət törətməsini, əməlindən peşman olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın təyin edilməsini xah iş etmiş, lakin məhkəmələr tərəfindən bu hallar, habelə məhkum olunmuş şəxsin təqsirli bilindiyi cinayətin ehtiyatsızlıqdan törədilən cinayətlər kateqoriyasına aid olması, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, anasının tənha və xəstə olması, atasının vəfat etməsi CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilsə həm bunlar, həm də zərərçəkmiş şəxsin sərxoş vəziyyətdə olaraq qəflətən piyadalar üçün nəzərdə tutulmamış yerdən nəqliyyat vasitələrinin hərəkət zolağına çıxması nəzərə alınmamış, nəticədə Məhkum ağır və ədalətsiz cəzaya məruz qalmışdır. Apellyasiya instansiyası məhkəməsi də eyni nöqsanı təkrarlayaraq Məhkum barəsində çıxarılmış ədalətsiz hökmün dəyişdirilmədən saxlanılması barədə əsassız qərar qəbul etmişdir. Qeyd olunan dəlillərə əsas lanaraq müdafiəçi L.Q.Abdullayev onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışı keçirilməzdən əvvəl müdafiəçi elektron məhkəmə sisteminə zərərçəkmiş şəxsin hüquqi varisi X4 ilə ona vurulmuş ziyanın ödənilməsi barədə bağlanmış müqavilənin və sonuncunun buna görə məhkum olunmuş şəxslə barışıq əldə etməsi, sonuncuya qarşı heç bir şikayətinin və tələbinin olmaması və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə notarial qaydada təsdiq olunmuş ərizəsinin surətini əlavə edərək məhkəmə iclasındakı çıxışında bu sənədlərin nəzərə alınaraq hüquqlarını müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıl arı qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməyərək bu haqda Ali Məhkəməyə ərizə ilə müraciət etməmiş, iş üzrə mülki cavabdeh kimi tanınmış "xxxx" MMC-nin nümayəndəsi isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və mülki cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi L.Q.Abdullayevin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək həmin hallara, eyni zamanda kassasiya şikayətinə baxılmazdan əvvəl yeni halın müəyyən edilməsinə əsasən hüquqlarını müdafiə etdiyi şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi və ya 17 oktyabr 2023-cü il tarixli qərarın ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla da kassasiya şikayətinin müəllifi öz kassasiya tələblərini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi L.Q.Abdullayevin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının əsaslığını və qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, m əhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, gö stərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalan an qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu b axışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Əvvəla, kassasiya şikayətinə görə, müdafiəçi L.Q.Abdullayev həmin şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum onun ittiham olunduğu cinayət əməlinin törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməlin hüquqi tövsifini mübahisələndirmir və məhkəmələr tərəfindən onun barəsində qeyri-humanist və ədalətsiz yekun aktlarının qəbul edilməsini iddia edir. Buna görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmdən verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzif əsini yerinə yetirməlidirlər (CPM-nin 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini, onun ailə vəziyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitin i və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda, habelə bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edildikdə məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Bundan başqa, məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bütün təsvir edilənlər isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərindən, Azərba ycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında sərgilədiyi hüquqi mövqedən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrindən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-nin Xüsusi hissəinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlum atlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1. 14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2-ci maddəsində isə müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinay ət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənası na görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət hüquqi tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci m addəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsin ə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbayc an Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzə rdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə izah edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlili k dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah ol unmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə a lındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə və cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan işin digər hallarına uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, onun törətdiyi cinayət əməlinə görə təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkum barəsindəki hökmə əsasən, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs haqqında cəza tədbiri seçərkən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, eyni zamanda yaşayış yerindən müsbət xarakterizə olunmasını, habelə ona cəza təyin edilməsinin məhkum olunmuş şəxsin islah olunmasına təsiri imkanlarını nəzərə alaraq Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzaların – 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi də həmin məhkəmənin mövqeyi ilə razılaşaraq iş üzrə qəbul etdiyi qərarında Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun əməlindən peşman olmasını, müharibə veteranı olmasını, dəymiş ziyanın qismən ödənilməsini, təqsirkarın şəxsiyyətini, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə aldığını göstərib digər hissələrdə olduğu kim i, cəza təyin etmə hissəsində də İsmayıllı Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli hökmünü dəyişdirmədən saxlamışdır. İş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının cinayət işinin materialları ilə müqayisəli təhlili göstərir ki, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkəmələr yuxarıda göstərilən hallarla yanaşı həmçinin zərər çəkmiş şəxsin hüquqi varisi X4nın məhkum olunmuş şəxsdən şikayətçi olmasını, ona vurulmuş ziyanın tamamilə ödənilməməsini və aradan qaldırılmamasını, məhkəmə iclasında sonuncunun Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə cəzanın təyin edilməsi tələbi ilə çıxış etməsini, habelə hökmlə razılaşmayaraq bu tələbinə uyğun olaraq qərarın qəbul edilməsi üçün hökmdən apellyasiya şikayəti verməsini əsas amil kimi rəhbər tutmuşlar. Kassasiya şikayətinə məhkəmə baxışı iclasında isə X4 öz mövqeyini dəyişərək Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmiş, müdafiəçinin məhkəmələrin elektron informasiya sistemində yerləşdirdiyi sənədlərdə göstərilən halları bir daha təsdiq edərək Ali Məhkəməyə ünvanladığı ərizəni öz təşəbbüsü ilə, heç bir təsir və təzyiq göstərilmədən yazmasını bildirmişdir. Əvvəla həm zərərçəkmiş şəxsin hüquqi varisi X4nın, həm də müdafiəçi L.Q.Abdullayevin kassasiya kollegiyasının məhkəmə iclasında istinad etdikləri, sonuncu tərəfindən məhkəmənin elektron informasiya sistemində yerləşdiyi sənədlər öyrənilərkən, müəyyən edilmişdir ki, həmin sənədlər dəymiş ziyanın ödənilməsinə dair X4 ilə X5 (Məhkum anası) arasında 22 aprel 2024-cü il tarixdə bağlanmış və Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu X6 tərəfindən notarial qaydada təsdiq olunmuş müqavilədən və sonuncunun eyni tarixdə təsdiq etdiyi X4ün ərizəsindən ibarətdir. Dəymiş ziyanın ödənilməsinə dair 22 aprel 2024-cü il tarixli müqaviləyə əsasən, həmin müqavilə ona görə bağlanmışdır ki, X5 onun oğlu tərəfindən törədilmiş cinayət nəticəsində vəfat etmiş Zərərçəkmiş şəxs ailəsinə kömək etmək məqsədilə X4ya 20.000 (iyirmi min) manat məbləğində pul ödəmiş, qalan 4000 (dörd min) məbləğində pulu da 1 (bir) il ərzində ödəməyi öhdəsinə götürmüş, X4 isə 20.000 (iyirmi min) manat məbləğində pulu qəbul edərək Məhkum qarşı heç bir tələbinin və şikayətinin olmamasını bildirmişdir. X4 tərəfindən verilmiş 22 aprel 2024-cü il tarixli ərizəsindən görünür ki, o, məhkum olunmuş şəxsin anası ilə ba rışıq sazişi imzalamış, ona dəymiş maddi və mənəvi ziyan ödənilmiş, Məhkum qarşı maddi-mənəvi tələbi yoxdur və olmayacaq, o, sonuncu ilə barışaraq bu halların nəzərə alınmasını və ona azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın təyin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışı iclasında X4 həmin ərizədə göstərdiyi halları bir daha təsdiq edərək onun bütün tələblərinə əməl olunmasını bildirmiş və ərizədə göstərdiyi xahişi bir daha təkrarlamışdır. Təsvir edilən sənədlərə və zərərçəkmiş şəxsin hüquqi varisi X4nın şifahi müraciətinə əsaslanaraq məhkəmə kollegiyası hazırki iş üzrə CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halları müəyyən edir və müvafiq sübutlarla təsdiq olunan bu hallara əsasən Məhkum barəsində CM-nin 60.1-ci maddə sinin tətbiq edilməsini və ona təyin olunmuş cəzanın həmin maddənin tələblərinə uyğun olaraq yüngülləşdirilməsini mümkün bilir. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-nin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar isə aşağıdakılardır: - cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində q əflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi (CM-nin 51.9.8-ci maddəsi); - şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi (CM-nin 51.9.10-cu maddəsi); - cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması(CM-nin 51.9.11-ci maddəsi); - zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi(CM-nin 51.9.12-ci maddəsi); - cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması (CM-nin 51.9.13-cü maddəsi); Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 fevral 2022-ci il tarixli Qərarı ilə bir sıra dəyişikliklər edilmiş “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Plenumun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarına əlavə edilmiş 21-ci bəndin ikinci abzasında məhkəmələrə izah edilmişdir ki, CPM-nin 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-nin 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-nin 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Məhkəmə Kollegiyası cinayət qanunvericiliyinin normalarından və Ali Məhkəmənin Plenum Qərarında əksini tapmış izahdan çıxış edib kassasiya şikayətinə baxılması zamanı CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən halların (zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) müəyyən edilməsini və Məhkum barəsindəki cinayət işi üzrə cəz anı ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, məhkumun barəsində CM-nin 60.1-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti həmin maddənin sanksiyasının yuxarı həddində müəyyən edilmiş cəzanın dörddə üç hissəsinədək, yəni 4 (dörd) il 6 (ayadək) endirilməli və CM-nin 56.1.1-ci maddəsinə əsasən o, həmin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Məhkum törətdiyi cinayət ehtiyatsızlıqdan törədilmiş cinayətlər kateqoriyasına aiddir, CM-nin 56.1.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin həmin cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəndə çəkmələri m üəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası cəzanın yüngülləşdirilməsi hissəsində kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi L.Q.Abdullayevin və zərərçəkmiş şəxsin hüquqi varisi X4nın, Məhkum barəsində CM-nin 60.1-ci maddəsinin tətbiq edilməsi və bununla da kassasiya şikayətinin qismən təmin olunması haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, müdafiəçi L.Q.Abdullayevin kassasiya şikayəti qismən təmin edilməklə Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilməli, onun barəsində CM-nin 60.1-ci maddəsində təsbit edilmiş qayda tətbiq edilməklə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) il 6 (altı) ayadək endiril məli və CM-nin 56.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq o, həmin cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Müdafiəçi L.Q.Abdullayevin kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsin də təsbit edilmiş qayda tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) il 6 (altı) ayadək endirilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq o, həmin cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar dərhal icra edilsin və qərardan çıxarış icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə göndərilsin.
Məhkəmə qərarları › İş №1(102)-848/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-848/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver