Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-848/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum və onun müdafiəçisi – XXX15nun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2024-cü il tarixli, 1(106)-716/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mah iyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Ağır Cinayətər Məhkəməsinin 5 iyun 2024-cü il tarixli, 1(099)-199/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim M.V.Məmmədov, hakimlər C.C.Nəbiyev və C.Ş.Səfərlidən ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx 1982-ci ildə ünvan1ndə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan1ndə qeydiyyatda olmaqla həmin kənddə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cina yət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlanıldığı 7 (yeddi) ay hazırki hökm ilə ona təyin olunan cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 8 (səkkiz) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 31 oktyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Əliyev, hakimlər Y.X.Həşimov və İ.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətər Məhkəməsinin 5 iyun 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2073,805 qram çəkidə narkotik vasitə olan heroin, külli miqdarda, yəni 1160 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 1 qram çəkidə güclü təsir edən maddə olan tramadol hidroxlorid əldə edib daşıyaraq yaşadığı ünvan2ndə yerləşən fərdi yaşayış evində saxlamış, 11 yanvar 2023-cü il tarixdə saat 18 radələrində XXX16nin əməkdaşları tərəfindən keçirilən əməli yyat-axtarış tədbirləri zamanı yaşadığı evə baxış keçirilərkən Məhkum yataq otağındakı pəncərənin qarşısında kağız qutunun içərisindən bir ədəd 3,0 ml-lik şprisin içərisində həcmi 2,5 ml olan maye narkotik məhlulunun tərkibində 0,105 qram çəkidə heroin, üç ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri – 1,163 qram, 1,507 qram və 0,815 qram olan narkotik vasitə heroin, güzgülü dolabın qarşısında dəmir qabın içərisindən üç ədəd konvalyut və konvalyut kəsiyində ümumilikdə 20 ədəd ağ-göy rəngli kapsulada 1 qram çəkidə güclü təsir edən maddə olan tramadol hidroxlorid, çarpayının üzərindəki döşəyin altından bir ədəd polietilen torbada 1160 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd polietilen torbada 2070 qram çəkidə narkotik vasitə olan heroin, habelə 11 av qust 2023-cü il tarixdə saat 17 radələrində onun ünvan2ndə yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən təqdim etdiyi 0,215 qram çəkidə narkotik vasitə olan heroin, ümumilikdə külli miqdarda, yəni 2073,805 qram çəkidə narkotik vasitə olan heroin, külli miqdarda, yəni 1160 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 1 qram çəkidə güclü təsir edən maddə olan tramadol hidroxlorid aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, o cümlədən məhkəməyədək icraatda Məhkum ifadələrin təzyiq altında və aldatma yolu ilə alınması, onun yaşadığı evə baxışın qanunsuz keçirilməsi, Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmadığını təsdiq edən digər şəxslərin ifadələri nəzərə alınmamış, nəticədə Məhkum yaşadığı evdə şprisə doldurub polis əməkdaşları gəldiyi üçün istifadə edə bilmədiyi məhlul qarışığındakı heroindən, öz istifadəsi üçün dərman kimi saxladığı tramadoldan, habelə həbsdə olduğu dövrdə ərizə verməklə özünün polis əməkdaşları ilə birlikdə evə gəlib könüllü təqdim etdiyi (şəxsi istehlakı üçün nəzərdə tutulmuş) 0,215 qram heroindən başqa digər narkotik vasitələr olmadığı halda, o, əsassız olaraq - əməlində hər hansı bir cinayətin tərkibinin olması müəyyən edilmədən, əslində polis əməkdaşları tərəfindən onun evinə qoyulmuş külli miqdarda heroini və külli miqdarda qurudulmuş marixuananı, eləcə də güclü təsir edən tramadol hidroxlorid preparatını satış məqsədi ilə əldə edib saxlamağa görə CM-in 234.4. 3 və 240.1-ci maddələri ilə təqsirli bilinib ağır cəzaya məhkum edilmişdir. Cəzanın həddindən ağır olduğunu, CM-in 8, 58.3-cü maddələrinin tələblərinə cavab vermədiyini təsdiq edən dəlil kimi müdafiəçi kassasiya şikayətində həmçinin ona istinad etmişdir ki, cəza təyini zamanı Məhkum himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınsa da, himayəsində yetkinlik yaşına çatmayan uşağının olması məhkəmələrin nəzərindən qaçmışdır. Müdafiəçi kassasiya şikayətlərində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə bax ılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Mə cəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum əməlində cinayət tərkibi olmadığı halda əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilindiyini, habelə məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadığı üçün onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bər aətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1 – 416.1.3, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əm əlləri törətməsi və həmin əməllərə görə (11 avqust 2023-cü ildə təqdim etdiyi 0,215 qram heroin istisna olmaqla) Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətində gətirdiyi, Məhkum Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri (11 avqust 2023-cü ildə təqdim etdiyi 0,215 qram heroinə görə təqsirli bilinməsinin əsassız olmasın a dair dəlil istisna olmaqla) apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin yalnız Məhkum özünün ibtidai istintaqda verdiyi, CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən hesab edilmiş ifadələri ilə deyil, baxılmış bütün sübutların məcmusu ilə, o cümlədən məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları, şahidlərin ifadələri, mobil telefonla aparılmış yazışmalar, cinayət işində olan başqa materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkəmənin qənaətinə görə Məhkum hərəkətlərində ona isnad edilən cinayətlərin tərkibləri ilə ehtiva olunan bütün zəruri əlamətlər mövcud olmuş və sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin (Məhkum 11 avqust 2023-cü ildə təqdim etdiyi 0,215 qram heroinə görə təqsirli bilinməsi məsələsi istisna olmaqla) şərh olunan digər məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 33, 125, 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib - qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə çıxardığı nəticələri, o cümlədən Məhkum 11 avqust 2023-cü ildə təqdim etdiyi 0,215 qram heroin istisna olmaqla, digər narkotik vasitələrə (0,105+1,163+1,507+0,815+2070=2073,59 q ram heroinə və 1160 qram qurudulmuş marixuanaya, yəni hadisə törədilən vaxt külli miqdar hesab edilən narkotik vasitələrə, habelə 1 qram güclü təsir edən maddə t- ramadol hidroxloridə) görə Cinayət Məcəlləsinin 234.4.3, 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olması barədə yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görmür. Odur ki, məhkəmə heyəti baxılan işdə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1-ci maddəsində nəzərdə tutulmuş bəraətin əsaslarının müəyyən edilməməsi, yəni mübahisələndirilən qərarın kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.1-416.1.3, 416.1.6-cı maddələrində göstərilən və ya digər əsaslarla ləğv edilməsi, cinayət işi üzrə icraata xitam verilməsi üçün əsasların olmaması haqqında nəticəyə gəlir. Yuxarıda göstərilən, Məhkum 11 avqust 2023-cü ildə təqdim etdiyi 0,215 qram heroinlə bağlı olan məsələyə gəldikdə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İşin müəyyən olunmuş hallarına görə Məhkum qanunsuz olaraq əldə edib saxladığı 2073,59 qram heroin (0,105+1,163+1,507+0,815+2070=2073,59), 1160 qram qurudulmuş marixuana, habelə 1 qram güclü təsir edən maddə tramadol hidroxlorid polis orqanına daxil olmuş, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına (evində heroin və marixuana saxlamasına) dair məlumat əsasında 11 yanvar 2023-cü ildə saat 18 radələrində XXX17nin əməkdaşları tərəfindən onun yaşadığı ünvan1ndə yerləşən fərdi evə sonuncunun iştirakı ilə baxış keçirilərkən, yəni iradəsindən kənar, polis orqanının gördüyü (əməliyyat məlumatının əldə edilməsi və bu məluma tın yoxlanılması üzrə) tədbirlərin nəticəsi olaraq məcburi qaydada götürülmüşdür (11 yanvar 2023-cü il tarixli baxış keçirilməsi barədə protokol). Heroin narkotik vasitəsinin 0,215 qram təşkil edən, ayrı bükümə qablaşdırılaraq Məhkum yaşadığı ünvan4ndəki fərdi evin həyətində (pilləkanın yanında) gizlədilmiş hissəsi də 11 avqust 2023-cü il tarixdə Məhkum özünün iştirakı ilə keçirilən eyni istintaq hərəkətinin - yaşayış yerinə baxışın gedişində götürülsə də, 11 yanvar 2023-cü il tarixli baxışdan fərqli olaraq sonuncu halda baxışın keçirilməsinə polis orqanının əldə etdiyi əməliyyat məlumatı deyil, Məhkum özünün həbsdə saxlandığı XXX18nın rəisinə yazdığı 14 iyul 2023-cü il trarixli ərizə əsas olmuşdur. Bu ərizədə Məhkum azadlıqda olarkən evinin həyətində heroin narkotik vasitəsini gizlətməsin i könüllü olaraq etiraf etdiyini qeyd edərək, həmin narkotik vasitəni polis əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə və yaxud videoçəkiliş zamanı təhvil verməyə hazır olduğunu bildirmişdir. Eyni məlumatları o, XXX21nın rəisinə yazdığı 14 iyul 2023-cü il tarixli izahatında təkrarlamış və onun verdiyi məlumat əsasında 3 saylı X1 bölməsinin rəisi tərəfindən eyni tarixli “cinayəti könüllü etiraf etmə barədə” protokol tərtib edilmişdir. XXX20 Məhkum həbsdə saxlama müddətinin uzadılmasına dair müstəntiqin vəsatətini müdafiə etməkdən imtina etdikdən və Məhkum barəsində 11 avqust 2023-cü ildə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçdikdən sonra cinayət təqibini həyata keçirən XXX16nin baş müstəntiqi X15 tərəfindən yuxarıda qeyd olunan 11 avqust 2023-cü il tarixli baxış keçirmə haq qında protokol tərtib olunmuş və protokolda Məhkum yaşadığı evin həyətindəki pilləkanın yanında gizlətdiyi narkotik vasitəni özünün həmin yerdən çıxardıb müstəntiqə təhvil verməsi əksini tapmışdır. Bunlardan, eləcə də 0,215 qram heroin narkotik vasitəsi Məhkum tərəfindən təqdim edilədənək və bundan sonra tərtib olunmuş, müvafiq olaraq 13 iyul 2023-cü il tarixli və 25 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi barədə qərarlardan görünür ki, həmin narkotik vasitə barədə nə Məhkum 11 yanvar 2023-cü ildə saxlayıb polis şöbəsinə gətirən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın əməkdaşlarında, nə təhqiqatçıda, nə də ki, ibtidai istintaqı aparan orqanda məlumat olmamış, 0,215 qram heroin məhz Məhkum könüllü olaraq verdiyi məlumat əsasında aşkar edilib götürülərək, qanunsuz dövriyyədən çıxarılmışdır. Məhkum heroinin 0,215 qram olan hissəsi barədə məlumatı artıq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar başlanmış cinayət təqibinin gedişində və həmin əməllərə görə seçilmiş həbs qətimkan tədbiri altında olduğu müddətdə verməsi də onun davranışının xarakterini dəyişmir (məlumatın məhz könüllü şəkildə verildiyini inkar etmir). Çünki, cinayət təqibinin aparılmasına və həbsdə saxlanılmasına baxmayaraq o, 0,215 qram heroin barədə susmaq və özünə qarşı ifadə verməmək hüququna malik olmaqla, dövlət orqanlarına məlum olmayan həmin narkotik vasitəni gizlətdiyi yerdə (qanunsuz dövriyyədə) saxlamaq imkanında olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin Qeydinin 1-ci bəndində isə təsb it olunmuşdur ki, “narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir”. İşin faktiki halı (Məhkum ünvan1ndəki fərdi evin həyətində gizlətdiyi 0,215 qram miqdarda heroini könüllü olaraq polis əməkdaşlarına təhvil verməsi) Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin Qeydinin 1-ci bəndinin tətbiq edilməsini və onun qeyd olunan miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayət əməlinə görə cinayət məsuliyyətindən azad edilməsini (ittiham olunduğu külli miqdarda heroinin ümumi kütləsindən 0,215 qram heroinin istisna edilməsini) tələb etdiyi halda, birinci instansiya məhkəməsinin 0,215 qram heroinə görə də Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməsi, apellyasiya məhkəməsinin isə bu nəticə ilə razılaşması onu göstərir ki, məhkəmələr ittihamın müəyyən hissəsində cinayət təqibini istisna edən halın mövcud olmasına baxmayaraq, həmin hissə üzrə də Məhkum barəsində ittiham hökmü çıxarmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.11-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişlər. Odur ki, cinayət-prosessual qanunun 416.1.11-ci maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 29 avqust 2024-cü il tarixli qərarı və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 iyun 2024-cü il tarixli hökmü dəyişdirilməli, Məhkum 0,215 qram heroinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin Qeydinin 1-ci bəndinə müvafiq olaraq cinayət məsuliyyətindən azad edilməli, onun həmin miqdarda narkotik vasitə ilə əlaqədar törətdiyi cinayətkar hərəkətlərə görə təqsirli bilinməsi haqqında müddəalar məhkəmə qərarlarından xaric edilməlidir. Məhkəmə qəraralarından 0,215 qram heroinlə əlaqədar Məhkum təqsirli bilinməsinə dair müddəaların xaric edilməsi onun cinayət əmlinin hüquqi tövsifinə təsir etmədiyindən, cinayətin tövsifi dəyişdirilməməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” 1 saylı siyahıya əsasən (hadisə törədilən vaxt mövcud olan redaksiya) heroinin miqdarı 2 qram olduqda külli miqdar hesab edilir. Məhkum onun könüllü təhvil verdiyi 0,215 qram heroin nəzərə alınmadan götürülmüş (2073,805 – 0,215 = 2073,59 qram) heroinin miqdarı isə 2 qramdan artıq olmaqla külli miqdar təşkil edir və beləliklə də, istər heroinlə, istərsə də qurudulmuş marixuana ilə bağlı olan əməllərin qeyd olunan əlaməti təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsfini labüd edir. Məhkəmə kollegiyası hesab edir ki, 0,215 qram heroi nə görə Məhkum təqsirli bilinməsinə dair müddəaların məhkəmə qərarlarından xaric edilməsi ilə Məhkum cinayət məsuliyyəti yaradan cinayətkar hərəkətlərinin həcmi də azaldığından, bu hal məhkuma təyin olunmuş cəzada da özünü göstərməli, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə və cinayətlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətlərinin (hər birinin 3 ay) azaldılmasını tələb edən əsas kimi qiymətləndirilməlidir. Məhkəmə cəzanın azaldılmalı olması barədə qənaətə gələrkən həm də cəzanı ağırlaşdıran halların olmamasına, eləcə də məhkəmələrin müəyyən edilmiş saydıqları cəzanı yüngülləşdirən hala (Məhkum himayəsində azyaşlı uşağın olmasına) əsaslanır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiə çinin və məhkumun, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2024-cü il tarixli qərarında yuxarıda qeyd olunalardan irəli gələn dəyişikliklər edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2024-cü il tarixli qərarı və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 iyun 2024cü il tarixli hökmü dəyişd irilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin Qeydinin 1-ci bəndinə əsasən Məhkum könüllü təhvil verdiyi 0,215 qram miqdarda heroin narkotik vasitəsi ilə əlaqədar törətdiyi əmələ görə cinayət məsuliyyətindən azad edilsin və onun həmin miqdarda narkotik vasitəyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası azaldılaraq 8 (səkkiz) il 3 (üç) aya endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 240.1-ci madd əsi ilə təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona cinayətlərin məcmusu üzrə 8 (səkkiz) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum 11 yanvar 2023-cü ildən 11 avqust 2023-cü il tarixədək həbsdə saxlandığı 7 (yeddi) ay Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı qərarla cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzadan çıxılsın və Məhkum üzərində qəti olaraq 8 (səkkiz) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qalan hissədə qərar və hökm dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-848/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-848/2025
18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver