Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-849/2022 17.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum - Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və mülki iddiaçı – Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmi ş şəxs13 nümayəndəsi – Abşeron Rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Hacıqabul Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli hökmü (sədrlik edən hakim Həmid Əzizov) ilə xx xxxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası FHN-nin X12 Xid mətinin Bakı şəhəri Xəzər rayon X12 Hissəsinin yanğın növbəsinin rəisi işləyən, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesab edilməsi, Təqsirləndirilən şəxs 36012,0 (otuz altı min on iki) manat məbləğində pul və mülki iddia üzrə 30 manat dövlət rüsumunun, cəmi 36042,0 (otuz altı min qırx iki) manat pulun alınaraq zərərçəkmiş şəxs və mülki iddiaçı X14 verilmə si qərara alınmışdır. Hökmdən Təqsirləndirilən şəxs, zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs13 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən), Bağırov Məhəmməd Ənvər oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 09 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli Qərarının 2.3cü hissəsi tətbiq olunmaqla, ona təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqs irləndirilən şəxs 11 avqust 2019-cu il tarixdə saat 06:50 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus "Opel Vectra" markalı **-SJ-*** dövlət qeydiyyat nömrəli minik avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun Hacıqabul rayonu, Qarasu kəndi ərazisindən keçən 140-cı km-də "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçısı olmaqla yerdəyişməzdən, ötməzdən qabaq xarici işıq siqnallarının köməyi ilə siqnal verməli, ötərkən hərəkətin digər iştirakçıları üçün maneə yaratmadan təhlükəsiz manevr aparmalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun bu tələblərinə riayət etm əyib Qazax rayonu istiqamətində sağ zolaqda 100 km/saat sürətlə hərəkətdə olarkən qarşıda onunla eyni istiqamətdə düzünə hərəkətdə olan Şahid eyni zolaqda 90 km/saat sürətlə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "X19" markalı **-TP-*** dövlət qeydiyyat nömrəli mikroavtobusu ötmə əməliyyatı edərkən ötmə əməliyyatını başa çatdırmadan avtomobili sağa doğru istiqamətləndirərək "X19" markalı mikroavtobusun hərəkəti üçün təhlükə yaratmaqla sağ yan hissəsini mikroavtobusun sol yan hissəsi ilə toqquşdurmuş, nəticədə yol-hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan «Opel Vectra» markalı **-SJ-*** dövlət qeydiyyat nömrəli minik avtomobilinin sərnişinləri - xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs11 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid açıq kəllə-beyin travma sı, baş beyinin yüngül dərəcəli əzilməsi, alın sümüyünün sağ göz yuvası damına keçən xətti sınığı, sağdan alın nahiyəsinin əzilmiş-cırılmış yarası, qapalı fəqərə sütunu travması, C4-C5 fəqərələrinin köndələn çıxıntılarının fəsadlar almamış sınığı, bədənin çoxsaylı sıyrılmış yaraları, xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs12 sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına aid sol bud sümüyünün qapalı yerdəyişən sınığı, xx.xx.2013-cü il təvəllüdlü X15ma sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına aid sol bud sümüyünün qapalı sınığı, xx.xx.2014-cü il təvəllüdlü X2 uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına aid sağ qamış sümüyünün qapalı yerdəyişməmiş sınığı və xx.xx.1988-ci il təvəll üdlü Zərərçəkmiş şəxs10 sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına aid əng, almacıq və Lı fəqərəsinin kompression sınığı kimi xəsarətlər, «X19» markalı **-TP-*** dövlət qeydiyyat nömrəli mikroavtobusun sərnişinləri xx.xx.2006-cı il təvəllüdlü X10 ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən çox olmaqla uzun müddətə dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurulmasına aid sol saidin ön səthinin böyük həcmli dəri, əzələ, damar, sinir dəstəsinin defekti ilə əzilmiş- cırılmış, dağılmış yarası, kəskin hərəkət məhdudluğu, hissiyyatın kəskin azalması, xx.xx.1953-cü il təvəllüdlü Zərərçəkmiş şəxs8 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, sağ bazu sümüyünün cərrahi boynun un, sol bazu sümüyünün diafizinin, sol incik sümüyünün yuxarı 1/3-nin, sol qamış sümüyünün aşağı 1/3-nin qəlpəli yerdəyişən sınıqları, xx.xx.1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs5 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqları, xx.xx.2004-cü il təvəllüdlü X1 uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına aid sağ saidin əzilmiş-kəsilmiş yaraları, l-ll barmaqların bükücü vətərlərinin və orta sinirin kəsilməsi, xx.xx.1952-ci il təvəllüdlü Zərərçəkmiş şəxs7 sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına aid sağ əlin arxa səthinin cırılmış, əzilmiş, skalplaşmış yarası, sol körpücük sümüyünün orta 1/3-nin sınığı, xx.xx.1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs6 sağlamlığın u zun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına aid sağ Vİ-Vİİ qabırğaların sınığı, xx.xx.1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına aid sağ dirsək nahiyəsində əzilmiş-cırılmış yara, döş və qarının əzilməsi, xx.xx.1953-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurulmasına aid sol said və dirsək nahiyələrinin əzilməsi-qançırı, alın nahiyəsində əzilmişcırılmış yara, xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən sol dirsək nahiyəsinin sıyrığı, xx.xx.1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən sol bud nahiyəsinin əzilməs i-qançırı və xx.xx.1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs9 sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən sağ pəncənin əzilməsi kimi xəsarətlər yetirmiş və «X19» markalı 90-TP- 955 dövlət qeydiyyat nömrəli mikroavtobusu zədələyərək həmin avtomobilin sahibi Zərərçəkmiş şəxs13 48.113 (qırx səkkiz min bir yüz on üç) manat 45 qəpik məbləğində maddi ziyan vurmuşdur. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası yekun qərar qəbul edərkən amnistiya aktının tətbiqi üzrə müvafiq qanunvericliyin tələblərinə riayət etmədən səhvə yol verib, Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1ci deyil, 2.3-cü bəndini tətbiq etməklə, əsassız olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhdudlaşdırıb, barəsində olan cinayət təqibinə xitam vermək əvəzinə, onu cəzadan azad etmişdir. Belə ki, CM-in 81-ci maddəsində nəzərə tutumuş müddəadan görünür ki, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər. «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli Qərarının 1.16-ci hissəsinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı və ya birinci və ya ikinci dərəcə əlil övladı olan şəxsl ər, o cümlədən bu qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilirlər. Həmin Qərarın 9.1-ci hissəsində xüsusi vurğulanmışdır ki, məhkəmələr icraatlarında olan və bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1-ci hissəsində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır; İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəx s himayəsində Fatimə Rzazadə və Həmid Rzazadə adlı azyaşlı uşaqları vardır ki, bu da öz növbəsində onun barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 1.16 bəndinə istinad edilməsi üçün əsas yaradır. Eyni zamanda o da qeyd olunmalıdır ki, Qalib Rzazədənin törətdiyi cinayət üzrə əməli CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir ki, bu da “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 10 və 11-ci hissələrindəki sadalanan məhdudiyyətlərə düşmür. Məhkəmə kollegiyası isə cinayət qanunvericiliyinin və yuxarıda qeyd olunan qərarın bu tələbinə riayət etməyərək, icraatında Təqsirləndi rilən şəxs barəsində cinayət işi olduğu halda, yəni barəsində hökmü qüvvəyə minməmiş (məhkum olunmamış, cinayət törətmiş şəxs hesab edilən) şəxsi cinayət məsuliyyətindən azad etmək əvəzinə, əsas cəzadan azad etmişdir. Bununla da, məhkəmə kollegiyası amnistiya aktının cinayət mühakimə icraatının müxtəlif mərhələlərində tətbiq edilməsi ilə bağlı vahid təcrübəni nəzərə almaması nəticəsində cinayət etmiş şəxsin vəziyyətini yaxşılaşdıran 05 noyabr 2021-ci il tarixli qərarının 9.1 deyil, 2.3-cü bəndini tətbiq etməklə, onun hüquqlarını məhdudlaşdırmaqla vəziyyətini ağırlaşdırmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 9 dekabr 20 21-ci il tarixli qərarı ləğv edilməsini, “8 noyabr-Zəfər günü, münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs13 nümayəndəsi E.A.Quliyev çıxış edərək, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə etirazlarını yazılı surətdə təqdim etdiklərini bildirib, protestin təmin olunmamasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs13 çıxış edərək, müdafiəçisinin mö vqeyi ilə razı olduğunu bildirib, kassasiya protestinin təmin olunmamasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkum Təqsirləndirilən şəxs çıxış edərək, kassasiya prostestinə münasibətin məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıl arı qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində, apellyasiya məhkəməsinin amnistiya aktının düzgün tətbiq etmədiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.16-ci (məhkəmə digər hakimiyyət orqanının səlahiyyətlərini həyata keçirməklə, öz səlahiyyətlərini aşmaqla iş üzrə hökm və ya qərar çıxardıqda) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatl arı qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs verilmiş avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurulmasına səbəb olması ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, apellyasiya məhkəməsinin amnistiya aktının düzgün tətbiq etmədiyi iddia edilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, o nun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olara q göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şə xs islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Kassasiya protestinin dəlillərində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi deyil, 2.3-ci bəndini tətbiq etməklə, əsassız olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhdudlaşdırıb, barəsində olan cinayət təqibinə xitam vermək əvəzinə, onu cəzadan azad edilməsi barədə qərar qəbul edilməsini, bununla da cinayət-prosessual qanunvericiliyin in tələblərinin pozulduğunu göstərmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya protestini iş materialları ilə birlikdə tədqiq edərək belə qənaətə gəlir ki, apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya məhkəməsi məhkum cəzadan azad edərək, amnistiya aktının tətbiqi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tətbiq edilməli olmasına istinad olunsa da, həmin bəndin tələbi amnistiya qərarı qüvvəyə mindiyi günədək birinci instansiya məhkəməsi tərəfindən baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materiallarına şamil edilir. Amnistiya qərarının 9.2 və 9.2.2-ci bəndlərinin ümumi məzmununa görə, məhk əmələr bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə bu Qərarın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsləri təyin edilmiş cəzadan azad edir (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Amnistiya qərarının 9.3-cü bəndinə əsasən məhkəmələr icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Bu o deməkdir ki, apellyasiya instansiyası məhkəməsi də amnistiya qərarı qüvvəyə minənədək çıxarılmış, lakin apellyasiya qaydasında mübahisələndirildiyi üçün hökm qanuni qüvvəyə minmədən onun icraatına daxil olmuş işlər üzrə a mnistiya aktını həmin qərarın məhz 9.2-ci bəndinə müvafiq olaraq tətbiq etməlidir. Həmin Qərarın 2 və 2.3-ci bəndlərinin ümumi məzmununa görə isə, Qərarın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan şəxslərdən başqa, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər - məhkumlar cəzalardan azad edilməlidirlər (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Hazırki cinayət işi üzrə Hacıqabul Rayon Məhkəməsinin hökmü 09 fevral 2021-ci il tarixində, yəni amnistiya qərarı qüvvəyə mindiyi günədək çıxarılmış, amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilmiş və qanuni qüvvəyə minməmişdir. Həmin hökm üzrə Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi t ərəfindən 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və müvafiq olaraq o, Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarının 2.3-ci bəndi üzrə tətbiq edilməli olan şəxslər dairəsinə aiddir. Deməli, həmin Qərarın 9.2.2, 9.3 və 2.3-ci bəndlərinə əsasən amnistiya qərarı qüvvəyə minənədək çıxarılmış, lakin qüvvəyə minməmiş hökmlə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər siyahısına aid olmaqla cəzadan azad edilməli olduğundan, apellyasiya instansiyası məhkəməsinin onun barəsində amnistiya qərarının 2.3-ci bəndinin tətbiq edilməsi və onun təyin edilmiş cəzadan azad edilməsi barədə mövqeyi əsaslı olmuşdur. Təqsirləndirilən şəxs himay əsində Fatimə Rzazadə və Həmid Rzazadə adlı azyaşlı uşaqları vardır ki, bu da öz növbəsində onun barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 1.16 bəndinə istinad edilməsi üçün əsas yaratması barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 10 və 11-ci hissələrindəki sadalanan məhdudiyyətlərə düşməməsinə dair dəlillərini də əsasız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, Amnistiya Qərarının 11.4-cü bəndində qeyd edilmişdir ki, bu Qərar qərar tətbiq edilənədək maddi ziyanı tam ödəməmiş şəxslər barəsində həmin Qərarın 9.1-ci bəndi tətbiq edilmir. Belə ki, baxılan bu cinayət iş üzrə mülki cavabdeh olaraq 36012,0 (otuz altı min on iki) manat məbləğində pul və mülki iddia üzrə 30 manat dövlət rüsumunun, cəmi 36042,0 (otuz altı min qırx iki) manat pulun Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs13 verilməsi müəyyən olunmuşdur. Odur ki, kassasiya məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsi qərar qəbul edərkən amnistiya aktının tətbiqi üzrə müvafiq qanunvericiliyin tələblərindən kənara çıxmamış, apellyasiya şikayətini təmin etmədiyi halda, amnistiya aktını tətbiq edərək Təqsirləndirilən şəxs əsaslı olaraq cəzadan azad etmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 41 6-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən v erilmiş kassasiya protesti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-849/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-849/2022
17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver