Məhkəmə qərarları › İş №1(102)-849/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-849/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-849/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 may 2022-ci il tarixli hökmü ilə Məhkum1 A zərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 311.3.2 və 312-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Yusifov Ceyhun Salman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 may 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxxxxxx 1957-ci il tarixdə Füzuli şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sos ial Ekpertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspertiza Komissiyasının sədri vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşamış, CM-nin 311.3.2 və 312-1.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 311.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilərək, CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 312-1.1-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən isə təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə eyni zamanda Məhkum2 CM-nin 32.5, 311.1 -ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1, vəzifəli şəxs qismində qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü və üçüncü şəxs üçün birbaşa yolla qeyrisi vasitəsilə maddi neməti rüşvət qismində istəməklə almış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində təkrarən istəmiş, öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi neməti istəyərək almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Belə ki, o, 12 oktyabr 2015-ci il tarixdən 26 oktyabr 2020-ci il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspertiza Komissiyasının sədr i vəzifəsində işləyərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əliliyin qiymətləndirilməsi Qaydaları»nın 1 və 2ci bəndlərinə əsasən, Azərbaycan Respublikasında şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülməklə göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya do layısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnməklə adsızlaşdırılıb, əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərildikdən sonra tSeK tərəfindən rəylərin altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edilib gücləndirilmiş elektron imzayla təsdiqlənməsi yolu ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılması ilə əlaqədar, əlilliyin qiymətləndirilməsi və əlillik dərəcələrinin verilməsi və ya bundan imtina edilməsi ilə əlaqədar təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində baş mütəxəssis vəzifəsində işləyən Məhkum2 məsləhət və m əlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini qəbul edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni əlillik dərəcəsinin təyin edilməsi üçün sədri olduğu komissiyaya müraciət etmiş Şahid1 28 sentyabr 2020-ci il tarixdə əlilliyinin qiymətləndirilməsindən narazı şəxs kimi əyani müayinə etdikdən sonra ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış və digər tibbi sənədlər üzrə əlilliyinin qiymətləndirilməsi məqsədilə, onun üçün müəyyən olunmuş "damar mielopatiyaları, aşağı ətrafların paraplegiyası, çanaq orqanlarının funksiya pozğunluğu” və digər diaqnozların təsdiqini tapmasına və ona birinci dərəcə əlillik təyininə əsas verən məzmunda müayinə aktın ın yazılmasına görə 2020-ci ilin sentyabr ayının 28-də Şahid1 həmin Komissiyanın fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən inzibati binada özü və Məhkum2 üçün sonuncu vasitəsilə birbaşa yolla maddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, Şahid1 razılığını almaqla pul vəsaitini verəcəyinə əmin olduqdan sonra həmin tarixdə sonuncunun əlilliyinin qiymətləndirilməsi üzrə müayinələrin nəticəsində səhiyyə müəssisəsinin 0215003AABBA saylı göndərişində qeyd edilmiş diaqnozun təsdiqini tapması, xəstənin hazırkı vəziyyətinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.8 bəndin ə müvafiq olaraq müddətsiz birinci dərəcə əlillik təyininə əsas verməsinə dair 28 sentyabr 2020-ci il tarixli aktı tərtib edib "Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə elektron qaydada xəstənin əlillik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə göndərib, həmin niyyətlə 7 oktyabr 2020-ci il tarixdə qeyd edilən ünvanda yerləşən inzibati binadakı xidməti otaqda Məhkum2 vasitəsilə sonuncu və özü üçün Şahid1 birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat, eyni niyyətlə, 9 dekabr 2020-ci il tarixdə qeyd edilən inzibati binanın yaxınlığında Şahid1 Məhkum2 və özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 500 (beş yüz) manat, vahid niyyətlə cəmi 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində alıb, Məhkum2 il ə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, COVİD-19 - koronavirus pandemiyasına yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan Şahid3 Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB-in) nəzarəti altında xəstəxanaya yerləşdirilməsində köməklik göstərilməsinə dair 11 dekabr 2020-ci il tarixdə özünün istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə +99470-450-00-50 mobil telefon nömrəsi vasitəsilə zəng etməklə müraciət edən Şahid1 həmin publik hüquqi şəxsin rəhbər vəzifəli şəxsinin qərarına həqiqi təsir imkanlarından istifadə edərək qanunsuz təsir etməklə Şahid3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalına yerləşdirilməsi məqsədilə həmin telefon danışığı zamanı özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 4.000 manat məbləğində pul vəsaitini ondan istəyib, öz həqiqi təsir imkanlarından istifadə edərək Şahid3 həmin modul tipli hospitala yerləşdirilməsinin müsbət həll edilməsinə nail olduqdan sonra həmin niyyətlə, 2020-ci il dekabr ayının 15-də Bakı şəhəri, Babək prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında Şahid1 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə mal ik vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 1l nömrəli Qərarı ilə təsdiq edilmiş «Əliliyin qiymətləndirilməsi Qaydaları»nın 1 və 2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasında şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülməklə göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxsləri n və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnməklə adsızlaşdırılıb, əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərildikdən sonra tSeK tərəfindən rəylərin altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edilib gücləndirilmiş elektron imzayla təsdiqlənməsi yolu ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılması ilə əlaqədar, əlilliyin qiymətləndirilməsi və əlillik dərəcələrinin verilməsi və ya bundan imtina edilməsi ilə əlaqədar, əlillik dərəcəsinin müddətinin 3 il müddətə uzadılması üçün sədri olduğu həmin komissiyaya müraciət etmiş Şahid4 xx.xx.2006-cı il təvəllüdlü, yəni yetkinlik yaşına çatmayan oğlu X6 2020-ci ilin okt yabrın ortalarında Komissiyanın fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən inzibati binasında əlilliyinin qiymətləndirilməsindən narazı şəxs kimi əyani müayinə etdikdən sonra onun ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış və digər tibbi sənədlər üzrə əlilliyinin qiymətləndirilməsi məqsədilə X6 üçün müəyyən olunmuş “epilektik sindrom və postensefalit sindrom” və digər diaqnozların təsdiqini tapmasına və əlillik təyininə əsas verən məzmunda müayinə aktının yazılmasına görə 2020-ci ilin oktyabr ayının ortalarında Şahid4 həmin Komissiyanın fəaliyyət göstərdiyi qeyd edilən inzibati binada özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəmişdir. Hökmdən Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə) 24 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi C.S.Yusifov kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və Məhkum1 barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: “İnsan Hüquqlarının və Əsas Azdalıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6 -cı maddəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, işin müəyyən edilmiş faktiki hallarına və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, habelə Məhkum1 cinayət təqibi zamanı verdiyi ifadələrinə istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi C.S.Yusifov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı tərəfindən, həm də ki işə məhkəmələrdə baxılarkən iş üzrə toplanmış sübutlara düzgün qiymət verilməmiş, CPM-nin 143-146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, nəticədə Məhkum1 qarşı CM-nin 311.3.2 və 312-1.1-ci maddələri ilə əsassız ittiham irəli sürülmüş və o, qanunsuz olaraq həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Belə ki, Məhkum1 həmin maddələr ilə özünü təqsirli bilmir və hesab edir ki, onun barəsində qəbul edilmiş yekun məhkəmə aktları qərəzli və qanunsuzdur. Müdafiəçinin fikrincə, həm Məhkum1 verdiyi ifadələrə, həm də iş üzrə toplanmış digər sübutlara əsasən hüquqlarını müdafiə etdiyi şəxsin əməlləri dələduzluq cinayəti kimi qiymətləndirilərək CM-nin 178.1-ci maddəsi ilə tövsif edilməli və onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza təyin edilməsinə dair qərar qəbul olunmalıdır. Müdafiəçi həmçinin qeyd etmişdir ki, Məhkum1 bir çox ağır xəstəliklərdən əziyyət çəkir, onun 65-dən çox yaşı var və o, bu yaşda və səhhətində olan problemlərlə əlaqədar azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə ə ziyyət çəkir. İşə baxan məhkəmələr isə bu halları kifayət qədər nəzərə almamış, ümumiyyətlə iş üzrə düzgün nəticəyə gəlməmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişlər. Qeyd olunan dəlillərə əsaslanaraqa müdafiəçi C.S.Yusifov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum1 və onun müdafiəçisi C.S.Yusifov qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq məhkum olunmuş şəxs məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, müdafiəçi C.S.Yusifov isə məhkəməyə naməlum səbəblərdən gəlməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslana raq kassasiya şikayətinə Məhkum1 və onun müdafiəçisi C.S.Yusifovun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən Məhkum1 19 aprel 2023cü il tarixli ərizəsi daxil olmuşd ur. Ərizəsində o, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarından müdafiəçisi C.S.Yusifov tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin geri qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun ərizəsi Müalicə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 20 aprel 2023-cü il tarixli 3-16-17/36/2-856/2023 saylı məktubla müşaiyət edilmişdir. Məhkəmə kollegiyası Məhkum1 ərizəsi ilə bağlı qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə isə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayəti ni geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum1 ərizəsini nəzərdən keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 311.3.2 və 312-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Koll egiyasının 24 noyabr 2022ci il tarixli qərarından məhkumun müdafiəçisi C.S.Yusifov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, kassasiya şikayəti üzrə icraata isə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum1 ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 312-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi C.S.Yusifov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və kassasiya şikayəti üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar