Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-85/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Zərərçəkmiş şəxs X4 iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Mə hkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim H.E.Kamranov) xx xxxxx 1974-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “xxxx” MMC tikinti şirkətinin direktoru işləmiş, əvvəllər məhkum olunmuş, Ünvan1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) müddətə azadlığın məhdudlaşdırılması cəzas ına məhkum edilmişdir. Məhkəmənin hökmünə əsasən, Məhkum etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, 2017-ci ilin may ayının əvvəlində axşam saatlarında direktoru olduğu «xxxx» MMC tikinti şirkətinin ünvan 2 ünvanda yerləşən ofisində Zərərçəkmiş şəxsi Dövlət Gömrük Komitəsinə inspektor vəzifəsinə işə düzəltmək adı ilə aldadaraq, onun tanışı X9 özünə inandırmış və bu məqsədlə ondan birinci dəfə 2000 manat və üç gün sonra həmin ofisdə 8.000 manat alaraq vədinə əməl etməmiş və vahid niyyətlə əhatə edilmiş qəsdlə etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxsə cəmi 10.000 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hökmündən qanunla müəyyən edilmiş müddətdə cinayət prosesi işt irakçıları, o cümlədən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmənin hökmü çıxarıldıqdan təxminən 05 aydan artıq müddət keçdikdən sonra X1nun nümayəndəsi X10 məhkəmə hökmündən apellyasiya şikayəti verməklə yanaşı, apellyasiya şikayətinin vermə müddətinin üzürlü hesab edilib bərpa olunması barədə vəsatətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə əlaqədar zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Həmin qərardan Zərərçəkmiş şəxsin nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə müddətin bərpası ilə əlaqədar Zərərçəkmiş şəxsin nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmündən Zərərçəkmiş şəxsin nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina edilməsi barədə həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxs apellyasiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 01 aylıq müddəti ötürməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, kassasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzürlü hesab etməklə, buraxılmış prosessual müdd ətinin bərpa olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası zərərçəkmiş şəxsin “Covid 19 pandemiyası” səbəbindən vaxtında kassasiya şikayətini verə bilməməsini üzürlü səbəb hesab edərək xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 01 aylıq prosessual müddətin bərpa olunması barədə qərar qəbul etmiş, zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti icraatın materialları ilə birlikdə kassasiya instansiya məhkəməsinə göndərilmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət üzürlü səbəbdən ötürüldüyündən müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 358.1.1-ci maddəsinə əsasən məhkəmənin yekun qərarı elan edildiyi vaxtdan üç gündən gec olmayaraq, məhkəmə tərəfindən məhkəmə hökmünün surəti müvafiq olaraq məhkum olunmuş və ya bəraət verilmiş şəxsə və onların müdafiəçisinə, qanuni nümayəndəsinə və dövlət ittihamçısına, zərərçəkmiş şəxs ə (xüsusi ittihamçıya) və onların nümayəndələrinə verilməlidir. İş materiallarında olan birinci instansiya məhkəməsində tədqiq edilmiş sənədlərdən görünür ki, birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünün surəti qanunla müəyyən olunmuş prosessual müddət daxilində bütün proses iştirakçılarına, o cümlədən Zərərçəkmiş şəxsə və onun nümayəndəsinə rəsmi qaydada reyestrdə qeyd olunmaqla xəbərnaməli məktubla göndərilmişdir. Bundan başqa, məhkəmə istintaqı mərhələsində bütün proses iştirakçılarına, o cümlədən zərərçəkmiş şəxsə onların CPM-nin 87-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri elan və izah edilməklə yanaşı, hər biri hüquq və vəzifələrinə dair çıxarışla təmin olunmuş, həmçinin həmin maddədə nəzərdə tutulmuş hüquq və vəzifələrə, o cümlədən yekun məhkəmə aktın dan apellyasiya şikayətləri vermək hüququna hər birinin malik olması onlara izah olunmuş, hökmün nəticə hissəsində apellyasiya şikayətinin verilmə qaydası və müddəti, məhkəmənin adı dəqiq göstərilmiş, apellyasiya şikayəti verilməsini istisna edən və ya məhdudlaşdıran heç bir prosessual pozuntuya yol verilməmişdir. Bununla yanaşı, xx xxx 2019-cu il tarixli məhkəmə iclasının protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs çıxışında ona vurulmuş ziyanın tam ödənildiyini, Məhkum ilə barışdığını, ona qarşı hər hansı şikayəti və tələbinin olmamasını bildirməklə yanaşı bu barədə məhkəmədə yazılmış ərizəsini və notarial qaydada təsdiq edilmiş xx xxxxx 2019-cu il tarixli ərizəsini məhkəməyə təqdim etmiş və növbəti məhkəmə proseslərini onun iştirakı olmadan keçirilib tamamlanmasını xahiş et diyindən, həmin tarixdə məhkəmə tərəfindən məhkəmə istintaqı tamamlanmış və dövlət ittihamçısının çıxışına vaxt verməklə, məhkəmə iclasını xx xxxx 2019-cu il tarixə təxirə salmışdır. Eyni zamanda, Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili X10 tərəfindən Məhkumun ona 3.800 manat qaytarması və qalan 6.200 manatını xx xxxxxx 2020-ci tarixə kimi qaytarması barədə iltizam yazaraq öz üzərinə pulu tam ödəməsinə dair öhdəlik götürməsi və həmin iltizamı verilmiş apellyasiya şikayətinə əlavə etmələrini göstərmələrinə baxmayaraq, verilmiş apellyasiya şikayətinə iltizam əlavə olunmamış və məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən irəli sürülən dəlillərlə apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunan müddətinin buraxılması üzürlü hesab edilə və bərpa oluna bilməz. CPM-nin 384.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən məhkəmənin hökmü və ya məhkəmənin digər yekun qərarının elan olduğu andan, həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən isə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti məhkəmənin hökmünün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protestinin verilmə müddəti üzürlü səbəblərə görə buraxıldıqda, Məcəllənin 383-cü maddəsi ilə göstərilən şəxslər hökmü və ya qərarı çıxarmış məhkəmə qarşısında apellyasiya şikayəti və ya protestinin verilmə müddətinin bərpa olunması barədə vəsatət qaldırmaq hüququna malikdir. Göründüyü kimi, zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti üzürsüz səbəbdən buraxılmış və onun tərəfindən məhkəmənin hökmü çıxarılandan təxminən 05 (beş) aydan artıq müddət keçdikdən sonra apellyasiya şikayəti verilmişdir. Göstərilənlərə əsasən, CPM-nin 386-cı maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair zərərçəkmişin nümayəndəsinin apellyasiya şikayəti vermə müddətinin üzürlü səbəblər olmadan ötürüldüyündən vəsatətin təmin edilməməsi ilə bağlı tamamilə haqlı qənaətə gəlmiş, apellyasiya məhkəməsi də birinci instansi ya məhkəməsinin mövqeyi ilə tamamilə haqlı olaraq razılaşmışdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 411 və 419.10.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsind ə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair qərarı zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-85/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-85/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver