Məhkəmə qərarları › İş №1(102)-850/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-850/2019

18.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-850/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Məhkum iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü m addələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.A.Allahverdiyeva, hakimlər T.X.Nəsrullayeva və N.A.Kərimovdan ibarət tərkibdə) xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1-da yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, cəza çəkmə müddətinin əvvəli 28 sentyabr 2016-cı il tarixdən hesablanmışdır. Həmin hökmlə X1 da məhkum edilmişdir. Hökmdən Məhkum apelyasiya şikayəti verərək təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddə cəza təyin edilməklə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini, onun müdafiəçisi X2 apelyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2017-ci il tarixli hökmünün Məhkum aid hissədə ləğv edilərək, onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2017-ci il tarixli qərarı ilə Məhkum özü tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2017-ci il tarixli hökmü dəyişdirilərək Məhkum Azərbaycan Respublikası CM-ni n 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2017-ci il tarixli qərarından apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı X1 uilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə X1, məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, əldə etdiyi- yəni 1040,016 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 28 sentyabr 2016-cı il tarixdə sonuncu ilə birgə “X8 Scale” markalı elektron tərəzidə çəkdikdən sonra 28 sentyabr 2016-cı il tarixdə idarə etdiyi “Toyota Prado” markalı, ** TL *** qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağının ayaqaltı hissəsində gizlətməklə saxlayıb Abşeron rayonu ərazisinə qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 sentyabr 2016cı il tarixdə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum və X1 Bakı-Quba magistral yolunun 9-cu kilometrliyində, Abşeron rayonu ərazisində yerləşən Daxili İşlər Nazirliyinin Baş Dövlət YolPolisi İdarəsinin Ekoloji nəzarət bölüyünün 712saylı postunun yaxınlığında sonun cunun idarə etdiyi “Toyota Prado” markalı,90TL 686 qeydiyyat nişanlı avtomobildə saxlanılmış, həmin avtomobilə keçirilən baxış zamanı onların qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladıqları külli miqdarda narkotik vasitə heroinin 1040 qram olan hissəsi avtomobilin qabaq sağ oturacağının ayaqaltı hissəsindən bir ədəd polietilen torbada, qalan 0,016qram olan qalıq hissəsi isə avtomobilin arxa yük yerində saxlanılan bir ədəd elektron tərəzinin üzərində aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətində törətdiyi cinayətdən peşman olduğunu, himayəsində iki azyaşlı uşağı və xəstə valideyinlərinin olduğunu, yoldaşının işləmədiyini, onun ilki məhkumluğunun qeyd edərək barəsində qəbul edilmiş Sumqayit Apellyasiya Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qərarın dəyişdirilməsini və cəzasının yüngülləşdirilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinə əsasən kass asiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunvericiliyin qeyd olunan tələbləri nə uyğun olaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini təhlil edərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayətinin məhkuma cəza təyin edilərkən yüngülləşdirici halların lazımı qədər nəzərə alınmaması barədə dəlilləri əsassızdır. Kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməmişdir. Kollegiya kassasiya şikayətinin məhkum barəsində cəzanın yüngülləşdirilməli olması barədə dəlilini əsassız hesab edərək qeyd edir ki, apelyasiya məhkəməsi istinad olunmuş cinayət əməlinin tövsif olunduğu maddənin sanksiyası həddində cəza təyin edilərkən qanunvericiliyin tələblərinə əməl etmiş və məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 10 il müddətə azadlıqdan məhrum cəzanı 8 il müddətə endirmişdir. Azərbaycan Respublikası C M-in 8.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla, iş üzrə məhkumun törətdiyi c inayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar mövcud olmadığından, məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2 maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuşdur. Kollegiya qeyd edir ki, məhkəmə məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 58.3, 8.1, 41.2-ci maddələrinin tələblərini, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyələrini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, məhkumun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq ona qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 22-ci maddəsində nəzərdə tutulan müddəa, yəni hər kəsin ona qarşı irəli sürülmüş ittiham, yaxud barəsində tətbiq olunmuş prosessual məcburiyyət tədbirləri ilə əlaqədar ədalətli və açıq məhkəmə baxışını tələb etmək hüququ həyata keçirilmiş və Azərbaycan Respublikası CPM-in və CM-in normalarına əməl edilmişdir. Kollegiya qeyd edir ki, işə baxılarkən İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın ədalətli məh kəmə araşdırması hüququnu əks etdirən 6-cı maddəsinin tələbləri pozulmamışdır. İşin şərh olunan hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəzasının yüngülləşdirilməsi üçün məhkəmənin hökm və qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasları təsbit edən Azərbaycan Respublikası CPM-in 416-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 08 sentyabr 2017-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar