Məhkəmə qərarları › İş №1(102)-850/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-850/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-850/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2022-cü il tarixli, 1(105)-448/2022 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittiha mının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları

1. Məhkum xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, subay, orta təhsilli, işləməyən,ünvan 1 ünvanında yaşamış, barəsində Sumqayıt şəhər məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmişdir.

2. İttiham aktına əsasən, Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 09 ədəd siqare tin göy rəngli kağızına bükülmüş 01 ədəd ağ rəngli kağıza bükülmüş ayrı-ayrılıqda çəkiləri 0,04 qram, 0,011 qram, 0,08 qram, 0,016 qram, 0,021 qram, 0,023 qram, 0,02 qram, 0,034 qram, 0,02 qram və 0,425 qram ümumi təmiz çəkisi 0,690 qram çəkidə olan 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib Abşeron rayonu, Saray qəsəbəsi ərazisində üzərində daşıyaraq saxlamış, xx.xx.2021-ci il tarixdə saat 07 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində Abşeron RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinin Saray PB-nə gətirilib, bölmənin inzibat i binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cinsi şalvarın arxa sol cibində olan pul kisəsinin içərisindən həmin 09 ədəd siqaretin göy rəngli kağızına bükülmüş 01 ədəd isə ağ rəngli kağıza bükülmüş ayrı-ayrılıqda çəkiləri 0,04 qram, 0,011 qram, 0,08 qram, 0,016 qram, 0,021 qram, 0,023 qram, 0,02 qram, 0,034 qram, 0,02 qram və 0,425 qram olan ümumi təmiz çəkisi 0,690 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür.

3. Abşeron Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 1(012)-235/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum et mə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona təyin olunmuş Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 02 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası qismən hesablanmaqla ona qəti cəza müddəti olaraq 04 (dörd) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 04 (dörd) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 04 (dörd) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçək mə müəssisəsində çəkməsi və cəzaçəkmənin əvvəlinin həbs edildiyi xx.xx.2021ci il tarixdən hesablanması, barəsində Sumqayıt şəhər məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, narkomaniyadan məcburi müalicə təyin olunması və onun, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir.

4. Hökmdən məhkum edilmiş şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2022-cü il tarixli, 1(105)-448/2022 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 1(012)-235/2022 nömrəli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən, həm in Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin edilmiş cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Məhkum Sumqayıt şəhər məhkəməsinin hökmü ilə təyin edilmiş 01 il, 02 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 2 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum cəza çəkmə müddətinin əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmış, qərarla həmçinin məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2022-cü il tarixli, 1(105)-448/2022 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İİ. Kassasiya protestinin dəlilləri

7. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində qeyd etmişdir ki, işin faktiki hallarına uyğun olmayan və təkzib olunmaz sübutların məcmusu ilə inkar olunan Məhkum özünü müdafiə xarakterli verdiyi qismən etirafedici ifadəsi məhkəmə kollegiyası tərə findən əsassız olaraq əsas sübut kimi qəbul edilmişdir. Hansı ki, iş materiallarında şahid ifadələri, ekspert rəyləri və digər mötəbər süutlar əsassız olaraq məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin üzərində 10 bükümdə narkotik vasitənin aşkar edilməsini və həmin narkotik vasitənin hansı məqsədlə gəzdirilməsi məhkəmə kollegiyası tərəfindən diqqətə alınmamışdır. Bununla da, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edil məmiş və bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Məhkəmə kollegiyasından Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2022-cü il tarixli, 1(105)448/2022 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

8. Qərardan kassasiya şikayəti verilməmişdir.

9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. İİİ. Hüquqi məsələlər

9. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Az ərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

10. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

11. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş ve ribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

13. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə t ədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlinin hüquqi tövsifində səhvə yol verildiyini, Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən 234.1-ci maddəsinə tövsif edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

14. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəl illəri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2022-cü il tarixli, 1(105)448/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

15. Cinayət işinin materiallarına əsasən, Məhkum xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 09 ədəd siqaretin göy rəngli kağızına bükülmüş 01 ədəd ağ rəngli kağıza bükülmüş ayrı-ayrılıqda çəkiləri 0,04 qram, 0,011 qram, 0,08 qram, 0,016 qram, 0,021 qram, 0,023 qram, 0,02 qram, 0,034 qram, 0,02 qram və 0,425 qram ümumi təmiz çəkisi 0,690 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib Abşeron rayonu Saray qəsəbəsi ərazisində üzərində daşıyaraq saxlamış, xx.xx.2021-ci il tarixdə saat 07 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində Abşeron RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinin Saray PB-nə gətirilib, bölmənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cinsi şalvarın arxa sol cibində olan pul kisəsinin içərisindən həmin 09 ədəd siqaretin göy rəngli kağızına bükülmüş 01 ədəd isə ağ rəngli kağıza bükülmüş ayrı-ayrılıqda çəkiləri 0,04 qram, 0,011 qram, 0,08 qram, 0,016 qram, 0,021 qram, 0,023 qram, 0,02 qram, 0,034 qram, 0,02 qram və 0,425 qram olan ümumi təmiz çəkisi 0,690 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək aşkar olunaraq götürüldüyündən, ona qarşı hazırkı ittiham i rəli sürülmüşdür.

16. İbtidai istintaq orqanı Məhkum satış məqsədi ilə psixotrop maddə olan metamfetamin əldə etməsi, saxlaması və daşıması barədə nəticəyə gələrkən onun üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetaminin miqdarına və bükümlərdə olmasına istinad edərək, Məhkum satış məqsədi ilə psixotrop maddə olan metamfetamin əldə etməsini, saxlamasını və daşımasını təsdiq edən başqa sübutlar əldə etməmişdir.

17. Kassasiya məhkəməsi qeyd edir ki, apellyasiya məhkəməsi iş üzrə əldə edilən və məhkəmədə tədqiq edilən sübutlara qiymət verərək, məhkumun əməlində psixotrop maddə olan metamfetaminin satış məqsədi ilə əldə olunması faktının sübuta yetirlməməsi, daha dəqiqi onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilməsi üçün sübutların kifayət etməməsi qənaətinə gəlməsi qanuni və əsaslı olmuşdur.

18. Psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi faktının təsdiqi üçün aşkar edilən psixotrop maddənin kütləsi və bükümlərin sayı o vaxt həlledici rol oynayır ki, bu psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından əhəmiyyətli dərəcədə artıq olsun, bükümlərin sayı kifayət qədər çox olsun və digər sübutlarla onun məhz bu psixotrop maddəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə əsas versin.

19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

23. Məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

24. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.

25. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

26. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məm mədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).

27. Kassasiya protestinin cinayət işinin mahiyyəti ilə bağlı dəlilərinə gəldikdə, məhkəmə kollegiyası xatırladır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən narkotik vasitələri və ya psixot rop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

28. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (bax, İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsinin qərarlarında qeyd edilən, eləcə də bir sıra, o cümlədən Rusiya və Ukrayna kimi dövlətlərin hüquq mühafizə orqanlarının geniş istifadə etdiyi, “Əməliyyat axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulmuş, nəza rət qaydasında mal alınması qəbul edilmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021).

29. Belə, yəni aparılmış istintaq nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, yalnız Məhkum üzərindən aşkar edilmiş narkotik maddənin hər hansı həddə şəxsi istehlak miqdarından artıq miqdard a olduğuna görə, onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan əməli törətdiyi əsasla cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı.

30. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

32. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2022-cü il tarixli, 1(105)-448/2022 nömrəli qərarı dəyişdirilmədən sa xlanılmalıdır.

33. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2022-cü il tarixli, 1(105)-448/2022 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar