Məhkəmə qərarları › İş №1(102)-850/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-850/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-850/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Mülki iddiaçının nümayəndəsi, Bəraət almış şəxsin və onun müdafiəçisi Hüseynov Zamiq Pirverdi oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 1(103)-1934/2023 nömrəli qərarından mülki iddiaçı Azər baycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini X2 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli,1(010)15/2023 saylı hökmü ilə (sədrlik edən: E.A.Nuriyev) xxxxxxxx ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, xxxx qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, mülki iddia təmin edilməmişdir. Məhkəmənin həmin hökmündən mülki iddiaçı - Azərbaycan Respub likasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 1(103)-1934/23 qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), İ.M.Murquzov və A.V.Tanrlıverdiyev) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərarından mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov tərəfindən kassasiya şikayəti vermişdir. İşin halları: M əhkəmənin hökmündə təsvir edilmiş cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən X9 fiziki şəxs olaraq vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində qeydiyyatdan keçib, ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsini əldə edib sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş, bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 96, 98, 101, 130.1, 154, 159, 161, 166, 174, 177, 219-221-ci maddələrinin tələblərini pozaraq, qey diyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, ümumilikdə, xeyli miqdar təşkil edən 77054,73 manat məbləğində vergiləri və Dövlət Sosial Müdafiə Fonduna ayırmaları dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, X9 ünvan 1 ünvanında yerləşən sexdə şirniyyat məhsullarının istehsalı və satışı ilə məşğul olub, sahibkarlıq fəaliyyəti göstərdiyi 2019-cu ilin fevral ayında ƏDV tutulan dövriyyəsi 36377,24 manat, ƏDV-si 6547,90 manat, əvəzləşdirən ƏDV-si olmadığı və ödənilməli ƏDV-si 6547,90 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 6547,90 manat ƏDV-ni az; mart ayında ƏDV tutulan dövriyyəsi 37752,88 manat, ƏDV-si 6795,52 manat, əvəzləşdirən ƏDV-si olmadığı və ödənilməli ƏDV-si 6795,52 manat olduğu halda, bəy annamə təqdim etməyərək, 6795,52 manat ƏDV-ni az; aprel ayında ƏDV tutulan dövriyyəsi 30205,42 manat, ƏDV-si 5436,98 manat, əvəzləşdirən ƏDV-si olmadığı və ödənilməli ƏDV-si 5436,98 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 5436,98 manat ƏDV-ni az; may ayında ƏDV tutulan dövriyyəsi 42950,76 manat, ƏDV-si 7731,14 manat, əvəzləşdirən ƏDV-si olmadığı və ödənilməli ƏDV-si 7731,14 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 7731,14 manat ƏDV-ni az; iyun ayında ƏDV tutulan dövriyyəsi 26391,88 manat, ƏDV-si 4750,54 manat, əvəzləşdirənn ƏDV-si olmadığı və ödənilməli ƏDV-si 4750,54 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 4750,54 manat ƏDV-ni az; iyul ayında ƏDV tutulan dövriyyəsi 28618,69 manat, ƏDV-si 5151,36 manat, əvəzləşdirən ƏDV-si olmadığı və ödənilməli ƏDV-si 5151,36 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 5151,36 manat ƏDV-ni az; oktyabr ayında ƏDV tutulan dövriyyəsi 19377,12 manat, ƏDV-si 3487,88 manat, əvəzləşdirən ƏDV-si olmadığı və ödənilməli ƏDV-si 3487,88 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 3487,88 manat ƏDV-ni az; noyabr ayında ƏDV tutulan dövriyyəsi 49073,73 manat, ƏDV-si 8833,27 manat, əvəzləşdirən ƏDV-si olmadığı və ödənilməli ƏDV-si 8833,27 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 8833,27 manat ƏDV-ni az; dekabr ayında ƏDV tutulan dövriyyəsi 24059,00 manat, ƏDV-si 4330,62 manat, əvəzləşdirən ƏDV-si olmadığı və ödənilməli ƏDV-si 4330,62 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 4330,62 manat ƏDV-ni az; bundan başqa, o, 2019-cu il üzrə dövriyyəsi 294806,72 manat, xərci 245672,27 manat, gəliri 49134,45 manat, ödəməli gəlir vergisi 9826,89 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 9826,89 manat gəlir vergisini az; bundan əlavə, o, 2018-ci ilin 1 -ci rübü üzrə 842,0 manat satışdan 33,68 manat, 2-ci rübü üzrə 22149,50 manat satışdan 885,98 manat, 3-cü rübü üzrə 72118,91 manat satışdan 2884,76 manat, 4-cü rübü üzrə 61368,79 manat satışdan 2454,75 manat, 2019-cu ilin 1-ci rübü üzrə 3132,54 manat satışdan 62,65 manat olmaqla, cəmi 6321,82 manat sadələşdirilmiş vergini bəyan edib, ödəməli olduğu halda, bəyannamə təqdim etmədən, 3092,83 manat sadələşdirilmiş vergi ödəməklə, cəmi 3228,99 manat sadələşdirilmiş vergini az; həmçinin, o, 2018-ci ilin mart ayında işçiyə ödədiyi 2271,0 manat əmək haqqından 85,26 manat, aprel ayında 2256,0 manat əmək haqqından 88,06 manat, may ayında 2835,0 manat əmək haqqınd an 94,08 manat, iyun ayında 3226,0 manat əmək haqqından 186,62 manat, iyul ayında 4367,0 manat əmək haqqından 253,54 manat, avqust ayında 4358,0 manat əmək haqqından 245,0 manat, sentyabr ayında 4242,0 manat əmək haqqından 248,78 manat, oktyabr ayında 4258,0 manat əmək haqqından 244,44 manat, noyabr ayında 3826.0 manat əmək haqqından 219,94 manat, dekabr ayında 3327,0 manat əmək haqqından 174,16 manat olmaqla, cəmi 1839,88 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini (MÖMV) az; habelə, o, 2018-ci ilin mart ayından, həmin ilin dekabr ayının sonunadək işçilərə ödədiyi 34976.0 manat əmək haqqından 9093,76 manat Dövlət Sosial Müdafiə Fonduna ayırmaları bəyan edib, ödəməli olduğu halda, bəyannamə təqdim etməməklə 9093,76 manat Dövlət Sosial Müdafiə Fonduna ayırmaları az, ümumilik də isə xeyli miqdar təşkil edən 77054,73 manat vergiləri və Dövlət Sosial Müdafiə Fonduna ayırmaları dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən X9 yuxarıda qeyd olunan fəaliyyət dövrü üzrə ona irəli sürülmüş ittihamda göstərilən vergi məbləğinin büdcədən yayındırılması təsdiq olunmadığına görə, məhkəmə X28un təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib ona həmin əsasla bəraət vermiş, bu nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya şikayətinin dəlilləri: Mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işdə olan sübutlarla X6 Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirliliyi kifayət qədər sübut olunduğu halda, birinci instansiya məhkəməsi sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə X28 özünümüdafiə xarakterli ifadəsi, məhkəmə tərəfindən keçirilmiş ziddiyyətli ekspertiza rəylərinə əsaslanaraq onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermiş və eyni zamanda 77054,73 manat mülki iddianı təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin əsassız və qanunsuz bəraət hökmünü dəyişdirilmədən saxlamaqla eyni pozuntulara yol vermişdir. Mülki iddiaçı kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətlən dirərək həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və b u Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini X2 oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun normalarına əməl edilmədiyini, nəticədə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməklə dövlət büdcəsindən yayındırılmış 77054,73 manat məbləğində vergilərin X28dan alınıb büdcəyə ödənilməsinə dair mülki iddianın əsassız olaraq rədd edildiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və həmin məbləğdə pulun sonuncudan alınıb dövlət büdcəsinə ödənilməsinə dair mülki iddianın tam təmin edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Vergiləri ödəməkdən yayınma cinayətinin əsas tərkibini nəzərdə tutan Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin dispozisiyasına görə xeyli miqdarda vergiləri ödməkdən yayınma cinayət məsuliyyəti yaradır. 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanunu ilə CM-nin 213-cü maddəsinin “Qeyd” hissəsinə edilmiş dəyişikliyə görə isə CM-nin 213.1-ci maddəsində «xeyli miqdar» dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Bu səbəbdən sözügedən cinayətin obyektiv cəhətinə aid olan hallar olduğuna görə şəxsin vergi öhdəliyinin olması, buna baxmayaraq vergini ödəməkdən yayınması, yayındırılmış vergi məbləğinin xeyli miqdar təşkil etməsi baxılan işin sübutetmə predmeti kimi çıxış edir və Cinayət Məcəlləsinin 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipinə, 139, 145, 146-cı maddələrinin tələblərinə əsasən onların mövcudluğu barədə nəticələr belə qənaətə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə təsdiq olunmalıdır. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayə t-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlmaətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üç ün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Öyrənilmiş cinayət işinin materiallarından görünür ki, X9 fiziki şəxs olaraq vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində qeydiyyatdan keçib, ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsini əldə edib sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş, bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 96, 98, 101, 130.1, 154, 159, 161, 166, 174, 177, 219-221-ci maddələrin in tələblərini pozaraq, qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, ümumilikdə, xeyli miqdar təşkil edən 77054,73 manat məbləğində vergiləri və Dövlət Sosial Müdafiə Fonduna ayırmaları dövlət büdcəsinə ödəməkdən yayınmışdır. İttiham orqanı bu qənaətini əsasən məhkəmə-mühasibat ekspertizasının xx.xx.2022ci il tarixli 9/397 saylı rəyi və xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi (mütəxəssis rəyi isə qara mühasibat sənədləri - 04 ədəd göy rəngli jurnal, 05 ədəd bloknotda olan məlumatlara əsaslanır) üzərində qurmuşdur. Birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilən hallardan və onların əsaslandırılması üçün gətirilən sübutlardan isə, o cümlədən, bəraət almış X28un ifadəsindən, məhkəmə-mühasibatlıq ekspertizalarının xx.xx.2022-ci il tarixli 9/397 saylı, xx.xx.2022-ci il tarixli 9/6746 saylı və xx.xx.2023-cü il tarixli 9/2344 saylı rəylərindən (qeyd olunan ekspertizalar - X9 tərəfindən təqdim edilmiş, əldə edilmiş elektron qaimə-fakturalar, əldə etdiyi elektron vergi hesab-fakturalar, yük gömrük bəyannamələri, bank hesabları barədə məlumatlar və xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinin surəti əsasında keçirilmişdir) görünür ki, baxılan iş üzrə X6 2018-2019-cu illər üzrə sadələşdirilmiş vergi, ƏDV, MÖMV və gəlir vergisi üzrə vergi borcu mövcud deyil, hazırkı cinayət işi üzrə ilkin məhkəmə-mühasibat ekspertizası mühasibat sənədlərinin məlumatları əsasında aparı lan tədqiqat olmuş, həmçinin fiziki şəxs X6 fəaliyyəti üzrə mütəxəssis rəyində aparılmış hesablamalar qara mühasibatlıq (4 ədəd göy rəngli jurnal və 05 ədəd bloknotu) sənədləri əsasında aparılmışdır. Cinayət mühakimə icraatının məhkəmə istintaqı dövründə verilmiş 26 dekabr 2022-ci il tarixli 9/6746 saylı və 11 iyul 2023-cü il tarixli 9/2344 saylı ekspert rəyləri üst-üstə düşməklə bir-birini tamamlamışdır, buda da öz növbəsində qeyd edilən ekspert rəylərinin sübut olaraq mötəbərliyinə dəlalət edən haldır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən rəylərin şübhə altına alınması üçün heç bir əsas yoxdur və buna dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələri də əsaslı sayır. Bundan başqa birinci instansiya məhkəməsi iş materiallarına əlavə edi lmiş, istintaq orqanının qara mühasibatlıq sənədləri adlandırdığı 04 (dörd) ədəd göy rəngli jurnal və 05 (beş) ədəd bloknotu tədqiq və təhlil edərək belə qənaətə gəlmişdir ki, həmin jurnal və bloknotlar mötəbər, şübhədən kənar məlumatları (X6 real istehsal və satış dövriyyəsi ilə bağlı) özündə əks etdirməmiş, istintaq orqanı isə “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənmiş, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma həyata keçirməmiş, bu da öz növbəsində qeyd olunan qeyri mötəbər sənədlər əsasında həyata keçirilmiş hesablamanın sübuti əhəmiyyətinin şübhə altına alınması üçün əsasdır. Bununla yanaşı məhkəmələr tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə “məlumatlar” sözündən sonra “o cümlədən vergi orqanı tərəfində n həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar” sözlərinin Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il Azərbaycan Respublikasının Qanunu ilə əlavə edildiyi, vergidən yayınma iddia edilən dövr isə 2018-2019-cu illəri əhatə etdiyini, həmin dövrdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1.9-cu maddəsi fərqli redaksiyada olmasını, qeyd olunan dövrdə “vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar” əsasında X6 vergi hesablanması nəzərdə tutulmadığını (vəziyyətini ağırlaşdırdığı üçün onun geriyə qüvvəsi ola bilməz) qeyd edərək göstərilən halın - vergi qanunvericiliyin pozulmasına dəlalət edən hal kimi qiymətləndirmişlər. Göründüyü kimi aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Cinayət Məcəlləsinin 213.1-ci maddəsində göstərilən cinayətin obyektiv cəhətinə aid zəruri hallar, o cümlədən tərkibyaradıcı əlamət kimi çıxış edən müvafiq miqdar (CM-in 213-cü maddəsinin “Qeyd” hissəsinə görə - 50 min manatdan yuxarı məbləğ), X28un qeyd olunun məbləğdən artıq miqdarda vergiləri büdcəyə ödəməkdən yayınması müəyyən olunmamışdır (bu və digər sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir olunmaqla həqiqi məzmunlarına uyğun olaraq şərh olunduğundan, məhkəmə kollegiyası sübutların hazırki qərarda yenidən təsvir və şərh olunmasın a zərurət görmür). X28un (cinayət törətməsini, o cümlədən vergi ödəməkdən yayınmasını inkar edən) dəlillər kifayət qədər təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin sonuncuya irəli sürülmüş ittiham üzrə, o cümlədən Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət-prosessual qanunun 42.1.4-cü maddəsində göstərilən əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) bəraət verməsi, apellyasiya instansiyası məhkəməsinin isə bu nəticə ilə razılaşması cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Belə olan halda, X8 bəraət verilməsinə dair birinci insta nsiya məhkəməsinin hökmü və həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktları kimi qiymətləndirilə bilməz. Belə qənaətə gələrkən məhkəmə kollegiyası onu da nəzərə alır ki, birinci instansiya məhkəməsinin hökmündən (müvafiq olaraq da apellyasiya instansiyası məhkəməsinin qərarından) dövlət ittihamçısı apellyasiya protesti və kassasiya protesti verməmiş, yəni hazırki iş üzrə irəli sürülmüş mülki iddianın əsasını təşkil edən ittihamın X28un vergi ödəməkdən yayınmasının sübuta yetirilməməsi haqında nəticəni mübahisələndirməmişdir. Cinayət-prosessual qanunun 383.1.6-cı maddəsi isə mülki iddiaçı (mülki iddiaçının qanuni nümayəndəsi və ya nümayəndəsi) üçün birinci instansiya məhkəməsinin hökmünün (qərarının) y alnız mülki iddiaya aid hissəsindən apellyasiya şikayəti vermək hüququnu tanıyır. Müvafiq olaraq, Cinayət-Prosessual Məcəllənin 405.1 və 405.1.3-cü maddələri də apellyasiya məhkəməsinin baxdığı apellyasiya müraciətləri, o cümlədən mülki iddiaçının apellyasiya şikayəti üzrə tutulmalı olan məbləğləri artırmaq (bununla bağlı birinci instansiya məhkəməsinin hökmünü (qərarını) dəyişdirmək) səlahiyyətini ittihamın həcmi və cinayətin tövsifi ilə şərtləndirir (məhdudlaşdırır). Belə ki, qeyd olunan cinayət-prosessual normalara əsasən “apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü aşağıdakı hallarda dəyişdirir:.... _ tutulmalı olan məbləğləri azaltdıqda və ya həmin məbləğləri artırdıqda, belə artırma ittihamın həcminə və cinayətin tövsifinə təsir göstərmədiyi halda;... ” Belə vəziyyətdə (nə qədər ki, apellyasiya instansiyasında mülki iddianın təmin edilməsi birinci instansiya məhkəməsinin sübut olunmamış hesab etdiyi ittihama əsaslanacaqdı) apellyasiya məhkəməsi haqlı olaraq (Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 405.1.3-cü maddəsinə uyğun mövqe nümayiş etdirməklə) 77054,73 manat məbləğində pulu X28dan tutmamış, buna dair mülki iddiaçının apellyasiya şikayətini və mülki iddiasını təmin etməmişdir. Odur ki, məhkəmə heyəti baxılan işdə bəraət hökmünün ləğvinə səbəb ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-cı maddəsində göstərilən hallardan hər hansı birini, o cümlədən mülki iddiaçının kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2-ci maddəsində göstərilən pozuntuları müəyyən etmir və bu səbəbdən həmin müraciətin təmin edilməsi ni mümkün saymır. Belə olan halda məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqqında mülki iddiaçının nümayəndəsinin, həmin şikayətinin təmin edilməməsi barədə isə bəraət almış şəxsin, onun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və X6 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-nin 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 1(103)1934/2023 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadi yyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. X6 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 1(103)-1934/2023 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar