Məhkəmə qərarları › İş №1(102)-851/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-851/2022

21.06.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-851/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə İmişli Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərba ycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 221.2.1-ci maddəsi ilə bəraət verilməsinə və həmin məhkəmənin 17 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən birlikdə və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 tərəfindən birlikdə verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli hökmü ilə (sədr lik edən hakim Qənbərov Ülvi Oktay oğlu) Təqsirləndirilən şəxs2, xx xxxxxx 1985-ci il tarixdə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işlməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, məhkumluğu olmayan, İmişli rayonunun Qızılkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 42.1.2-ci maddəsinə əsasən CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilmiş və həmin məhkəmənin 17 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1, xx xxxxxx 1991-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işlməyən, əvvəllə r Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2015-ci il tarixli hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (uç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, «Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında» Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, İmişli şəhəri, Muğam küçəsi, ev 42-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq olunmaqla cinayət m əsuliyyətindən azad olunmuş və onun barəsində cinayət işi üzrə icraata xitam verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmişdir ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 31 yanvar 2021-ci il tarixdə saat 01:30 radələrində İmişli şəhəri, A.Ələsgər küçəsində yerləşən “Kral” şadlıq sarayının birinci mərtəbəsindəki “Bəy” adlanan hamamda və “Kral” şadlıq sarayının həyətində qərəzli xuliqanlıq hərəkətləri edən tanışı Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mobil telefon vasitəsilə zəng edər ək döyülməsini bildirib köməyə çağırışı əsasında tanışı X5 idarə etdiyi “OPEL ASTRA” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerinə gələrək, bir əlində beysbol toxmağı, digər əlində bıçaq avtomobildən düşüb uca səslə Həmdullamn kim tərəfindən döyüldüyünü soruşmuş, bu zaman Təqsirləndirilən şəxs1 onun əlindən soyuq silah hesab edilməyən beysbol toxmağını alıb, həmin toxmaqdan silah qismində istifadə etməklə, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs3 sağ dirsəyindən və baş nahiyəsindən qəsdən vuraraq, ona sağ dirsək oynağın arxa səthində sıyrıq, ənsə nahiyəsində yaradan ibarət sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs3 qardaşı Zərərçəkmiş şəxs4 qardaşının döyüldüyünü görüb ictimai qaydanın qorunması üzrə üzrə vəzifəni yerinə yetirərək, Təqsirləndirilən şəxs1 qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədilə qarşısına çıxıb qardaşına köməklik göstərmək istədikdə, Təqsirləndirilən şəxs1 zor tətbiq etməklə müqavimət göstərərək, silah qismində istifadə etdiyi toxmaqla Zərərçəkmiş şəxs4 qəsdən bir neçə dəfə vuraraq, ona alın nahiyəsində sağda, burnun üstündə, sağ dirsək oynağının arxa səthində sıyrıqlar və ənsə nahiyəsində yaradan ibarət sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, o isə Təqsirləndirilən şəxs1 qanunsuz hərəkətlərinə qoşularaq, bir qrup şəxs halında “Kral” şadlıq sarayının həyətində, ictimai yerdə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olan birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, özünü c əmiyyətin fövqündə qoymaqla, digərlərindən əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək, cəmiyyətdə qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq və cəmiyyətə açıqca hörmətsizlik edərək, əlindəki bıçaqla “Kral” şadlıq sarayının həyətindəki insanların üzərinə hücum çəkərək, bıçaqla onlara qarşı zor tətbiq edəcəyi hədəsini nümayiş etdirib, bıçağı sağa-sola yelləməklə insanları qorxudaraq, onlarda qorxu və həyəcan hissləri yaratmış, insanlar onun bu hərəkətlərindən qorxaraq qaçmış və bununla da o, uzun müddət ərzində Təqsirləndirilən şəxs1 ilə birlikdə qərəzli xuliqanlıq etmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 silah qismində istifadə edilən əşya tətbiq etməklə, ictimai qaydanın qorunması üzrə üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 31 yanvar 2021-ci il tarixdə saat 01:30 radələrində İmişli şəhəri, A.Ələsgər küçəsində yerləşən “Kral” şadlıq sarayının birinci mərtəbəsindəki “Bəy” adlanan hamamda, ictimai yerdə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olan birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, özünü cəmiyyətin fövqündə qoymaqla, digərlərindən əsaslı surətdə fərqləndiyini n ümayiş etdirərək, cəmiyyətdə qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq və cəmiyyətə açıqca hörmətsizlik edərək, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, “Bəy” hamamında inzibatçı işləyən X9 ilə əsaslı səbəb olmadan mübahisə edib, zor lətbiq etməklə onun baş nahiyəsinə bir dəfə yumruqla qəsdən vuraraq döymüş, daha sonra hamamın girişindəki paltardəyişmə otağında olan rəfi yumruq və təpiklə qəsdən vuraraq rəfin şüşələrini və içərisində olan bir ədəd çayniki sındırmaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs1 13 manat məbləğində maddi ziyan vurmuş, hamamdan “Kral” şadıq evinin həyətinə çıxaraq, qanunsuz hərəkətlərini davam etdirib hamama dincəlməyə gələn insanların qarşısını kəsib, onlardan Zərərçəkmiş şəxs2 yaxınlaşaraq, onun Saatlı rayonundan olubolmam asını soruşmuş, sonuncu Saatlı rayonundan olmadığını bildirdikdə, o, əsaslı səbəb olmadan nalayiq söyüş ifadələri işlədərək, zor tətbiq etməklə yumruğu ilə Zərərçəkmiş şəxs2 qəsdən vurub yerə yıxaraq onu döyməklə, sağ baldırın yuxarı və orta 1/3-nin ön səthində, sol baldırın yuxarı 1/3-nin ön səthində sıyrıqlar, sol diz oynağının ön səthində yaradan ibarət sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətlər yetirmiş, istintaqa məlum olmayan mobil telefon vasitəsilə tanışı X2 zəng edərək, onu döydüklərini bildirib köməyə çağırmış, bir neçə dəqiqə sonra X6 tanışı X5 idarə etdiyi “OPEL ASTRA” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerinə gələrək, bir əlində beysbol toxmağı, digər əlində bıçaq avtomobildən düşüb uca səslə Həmdullamn kim tərəfindən döyüldüyünü soruşmuş, bu zaman o, X2la birlikdə artıq bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, X2un əlindən soyuq silah hesab edilməyən beysbol toxmağmı alıb, həmin toxmaqdan silah qismində istifadə etməklə, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs3 sağ dirsəyindən və baş nahiyəsindən qəsdən vuraraq, ona sağ dirsək oynağın arxa səthində sıyrıq, ənsə nahiyəsində yaradan ibarət sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs3 qardaşı Zərərçəkmiş şəxs4 qardaşının döyüldüyünü görüb ictimai qaydanın qorunması üzrə üzrə vəzifəni yerinə yetirərək, onun qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədilə qarşısına çıxıb qardaşına köməklik göstərmək istədikdə, o, zor tətbiq etməklə müqavimət göstərərək, silah qismində istifadə etdiyi toxmaqla Zərərçəkmiş şəxs4 qə sdən bir neçə dəfə vuraraq, ona alın nahiyəsində sağda, burnun üstündə, sağ dirsək oynağının arxa səthində sıyrıqlar və ənsə nahiyəsində yaradan ibarət sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, X2 isə onun qanunsuz hərəkətlərinə qoşularaq, bir qrup şəxs halında “Kral” şadlıq sarayının həyətində, ictimai yerdə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olan birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, özünü cəmiyyətin fövqündə qoymaqla, digərlərindən əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək, cəmiyyətdə qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq və cəmiyyətə açıqca hörmətsizlik edərək, əlindəki bıçaqla “Kral” şadlıq sarayının həyət indəki insanların üzərinə hücum çəkərək, bıçaqla onlara qarşı zor tətbiq edəcəyi hədəsini nümayiş etdirib, bıçağı sağa-sola yelləməklə insanları qorxudaraq onlarda qorxu və həyəcan hissləri yaratmış, insanlar onun bu hərəkətlərindən qorxaraq qaçmış və bununla da o, uzun müddət ərzində əvvəlcə tək, daha sonra isə X6 ilə birlikdə qərəzli xuliqanlıq etmişdir. Hökmdən və qərardan dövlət ittihamçısı Həsənov Vidadi Səxavət oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdullayev İlkin Qismət oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) apellyasiya protestinə ilkin baxış iclasının 10 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilməsinə dair İmişli Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli hökmü və Təqsirləndirilən şəxs1 amnistiya aktına əsasən CM-nin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi barədə həmin Məhkəmənin eyni tarixli qərarı ləğv edilmiş və apellyasiya protestinə baxılmasına xitam verilməklə cinayət işi İmişli Rayon Məhkəməsinə yeni məhkəmə baxışı mərhələsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya protsetinə ilkin baxış iclasının 10 fevral 2022-ci il tarixli qərarından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən birlikdə və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs 3 birlikdə kassasiya şikayətləri verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birgə verdikləri kassasiya şikayətində CPM-nin bir sıra maddələrinə və “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə istinad etməklə həmin şikayətlərini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını və hökmünü ləğv edərkən müəyyən prosessual hüquq normalarını pozmuş və tətbiq etməmişdir. İşdən göründüyü kimi, dövlət ittihamçısı tərəfindən birinci instansiya məhkəməsində hakimə etiraz etmək üçün qanuni əs aslar olmamış və həmin etiraz məhkəməyə vaxtında verilməmişdir. Dövlət ittihamçısı məhkəmə istintaqının qurtarması ilə razılışmış və məhkəmə çıxışlarına hazırlaşmaq üçün vaxt istəmiş, sədrlik edən hakim isə bununla əlaqədar olaraq məhkəmə iclasının təxirə salındığını elan etmişdir. Dövlət ittihamçısı növbəti iclasda ittiham nitqi ilə çıxış etmək əvəzinə, hakimə etiraz ərizəsi təqdim etmişdir ki, bu da qanunvericilikdə göstərildiyi kimi, yolverilməzdir. Kassatorların fikrincə dövlət ittihamçısı hakimə etirazı işi uzatmaq üçün, süründürməçilik məqsədilə vermişdir. Bu səbəbdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edirlər. Zərər çəkmiş şə xslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs3 birlikdə verdikləri kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi CPM-nin 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol verərək sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməyib nəticədə ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Kassasiya şikayətinin müəllifləri öz müraciətlərində CPM-nin 107, 109 və 391-ci maddələrinə və “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə istinad etməklə həmin maddələrdə olan prosessual hüquq normalarının pozulmasını qeyd edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edirlər. Kassasiya şi kayətlərinə məhkəmə baxışı iclasının keçirləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs3 məhkəməyə naməlum səbəblərdən gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının rəyini dinləyərək və CPMnin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs3 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin icl ası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs3 həmin müraciətlərinin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi işə hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların təd qiqindən və onların CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada qiymətləndirilməsindən imtina etməklə CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişdir. Bununla da, kassasiya şikayətlərinin müəllifləri kassasiya tələblərini CPM-nin 416.1.1, 416.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilirlər. CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs3 şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası vurğulayır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə b axılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsi nin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yen i apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edi lməməsi yoxlanılır. Kassasiya şikayətlərinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hisəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Prosessual qanunvericiliyin tələblərinə görə, birinci instansiya məhkəməsinin istər ittiham, istərsə də bəraət hökmündən verilmiş apellyasiya şikayətində və ya apellyasiya protestində şəxsin təqsirliliyi məsələsi, həm onun, həm də cinayət prosesinin digər iştirakçısının hüquqlarının, habelə prosessual normaların pozulub-pozulmaması məsələsi mübahisələndirildikdə apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, bu məsələlərlə əlaqədar irəli sürülmüş dəlillərə cavab verilməsi üçün müvafiq araşdırma aparsın və həmin araşdırmanın nəticələri əsasınd a yekun məhkəmə aktı qəbul edilsin. Yalnız bu vəzifə yerinə yetirilməklə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar və ya çıxarılmış hökm qanuni və əsaslı, yəni qanunvericiliyin tələblərinə müvafiq qaydada çıxarılmış yekun məhkəmə aktı hesab edilə bilər (CPM-nin 391, 397-405-ci maddələri). Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qərarı cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edib yuxarıda təsvir edilən işin hallarından və qanunvericiliyin tələblərindən, onlara verilmiş şərhlərdən və izahlardan çıxış edərək həmin qərarın əsaslandırılmış və qanuna müvafiq qaydada qəbul edilmiş qərar kimi qiymətləndirilməsini məqsədə uyğun hesab edir. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsi rləndirilmələrinə dair cinayət işi üzrə tərtib edilmiş 17 dekabr 2021-ci il tarixli məhkəmə baxışı iclasının protokolundan görünür ki, işə baxılmasına sədrlik edən hakim Ü.O.Qənbərov dövlət ittihamçısı Həsənov Vidadi Səxavət oğlu tərəfindən ona qarşı edilmiş etiraz məsələsini həll edərkən, yalnız təqsirləndirilən şəxslərin müdafiəçilərinin rəylərini dinləyib yerində müşavirə etməklə etirazın baxılmamış saxlanılması barədə əsaslandırılmamış qərar qəbul etmişdir. Halbuki, CPM-nin 321.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarır. CPM-nin 321.2-ci maddəsinin tələblərindən görünür ki, müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tər əfindən) imzalanan aşağıdakı qərarlar çıxarılır: - cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə; - qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi barədə; - etirazlar barədə; - ekspertizanın təyin edilməsi barədə. CPM-nin 321.3-cü maddəsinə əsasən, məhkəmə baxışı zamanı qəbul edilən bütün digər qərarlar məhkəmənin mülahizəsinə görə hakimlərin müşavirəsindən sonra məhkəmə iclasının protokoluna daxil edilməklə yerində çıxarıla bilər. Qanunun qeyd olunan normalarının tələblərindən göründüyü kimi, etiraz hər bir halda müşavirə otağında müzakirə edilməli, bununla bağlı yekun nəticə barədə qərar ayrıca sənəd şəklində tərtib olunmalı və etiraza baxan səlahiyyə tli şəxs tərəfindən imzalanmalıdır. Göründüyü kimi, birinci instansiyası məhkəməsi tərəfindən cinayət işi üzrə 17 dekabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında bu tələblərə əməl olunmamış, yəni sədrlik edən hakim tərəfindən ona edilmiş etiraz məsələsinin həlli ilə bağlı prosessual normalarının pozulmasına yol verilmişdir. Bu məsələ ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, ədalətli məhkəmə araşdırması hüququ, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində təsbit edilmişdir və həmin maddə bu hüququn təminatının iki əsas qrupunu nəzərdə tutur: - orqanik təminatlar – bu təminatlar məhkəmə araşdırmasını mümkün (əlçatan) etməyə yönəlmişdir. Bu məqsədlə dövlət hakimiyyəti orqanlarının üzərinə bir sıra vəzifələr qoyulur: məhkəmənin q anun əsasında yaradılması; qərəzsizlik; işlərin icraatının açıq aparılması; - funksional təminatlar – bərabərlik prinsipinin təmin olunmasına yönəlmişdir. Bərabərlik prosesin bütün mərhələlərində gözlənilməlidir. Cinayət mühakimə icraatının qarşısında duran vəzifələrin səmərəli şəkildə həll edilməsinin zəruri şərtlərindən biri cinayət prosesində icrası məcburi olan qərarlar qəbul etmək səlahiyyəti olan şəxslərin obyektivliyi və qərəzsizliyidir. Cinayət mühakimə icraatında iştirak edən şəxslərin cinayət prosesində obyektivliyinin və qərəzsizliyinin təmin edilməsinin mühüm vasitələrindən biri cinayət prosesində etirazlar institutunun mövcudluğudur. Cinayət prosesində hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi obyektiv və qərəzsiz məhkəmə aktları nın qəbul edilməsinə şərait yaradır və cinayət prosesi iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırmış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Lindon, Otchakovsky-Laurens və July Fransaya qarşı” iş üzrə 22 oktyabr 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmənin qərəzsizliyi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasına görə məhkəmədə qabaqcadan formalaşmış yanlış fikirlərin və qabaqcadan hasil olan qənaətlərin olmamasını ehtiva edir. Məhkəmənin qərəzsiz olmasının müəyyən edilməsinin iki metodu mövcuddur: 1) konkret hakimin işə dair şəxsi fikrinin və ya marağının müəyyən edilməsi cəhdi; 2) hakimin bu məsələyə dair hər hansı qanuni şübhələri istisna etməyə imkan verən zəmanətləri təmin edə bilib-bilməməsinin müəyyən edilməsi. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cinayət prosesində hakimin qərəzsizliyi işin tam, obyektiv və hərtərəfli araşdırılmasına, ədalətli qərar qəbul olunmasına, eləcə də ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə xidmət edir. Cinayət-prosessual qanunvericiliyində əksini tapan hakimə etiraz institutu isə hakimin qərəzsizliyini təmin edən vasitələrdən biridir. Məhkəmə kollegiyası onu da vurğulayır ki, CPM-nin 109.3.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsində cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxıldıqda, hakimin özü-özünə və ya ona edilmiş etirazı - həmin məhkəmənin sədri tərəfindən həll edilir. “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında”Azərbaycan Resp ublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, mülki, kommersiya, inzibati və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına, inamım artırır. Məhkəmələrə həmçinin hakimə (məhkəmə tərkibinə) etiraz etmə ilə eyni zamanda prosesin digər iştirakçısına (məhkəmə iclası katibinə, tərcüməçiyə, ekspertə və ya mütəxəssisə) etiraz edildiyi hallarda ilk növbədə hakimə (məhkəmə tərkibinə) edilmiş etiraz məsələsini müzakirə etmələri tövsiyə edilmişdir. Cinayət işi üzrə 17 dekabr 2021-ci ildə keçirilən məhkəmə iclasının protokolundan həmçinin görünür ki, etiraz edilmiş hakim statusunda olan işə baxılmasına sədrlik edən hakim Ü.O.Qənbərov dövlət ittihamçısı Vidadi Həsənova məhkəmə iclasında çıxışı etməyi təklif etsə də, sonuncu onun tərəfindən verilmiş etiraza qanunla müəyyən edilmiş qaydada baxılmadığını, habelə məhkəmə iclasının protokolları hazırkı vaxtadək ona təqdim olunmadığı üçün məhkəmə çıxışlarına hazır olmadığını bildirmiş və bu məsələlərin həlli üçün işə baxılmasının təxirə salınması barədə vəsatət qaldırmışdır. Lakin, məhkəmə dövlət ittihamçısının vəsatətini araşdırmadan, yəni məhkəmə iclas protokolu ilə tanış olmaq hüququ olduğu halda ona müvafiq protokollarla tanış olmaq imkanının yaradılıbyaradılmamasını dəqiqləşdirmədən, faktiki isə dövlət ittihamçısı tərəfindən qaldırılmış vəsatə ti müzakirə etməyib həmin vəsatət üzrə qərar qəbul etməyərək məhkəmə baxış iclasını davam etdirmiş və iş üzrə yuxarıda göstərilən yekun məhkəmə aktlarını qəbul etmişdir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, CPM-nin 51.6-1-ci maddəsinə əsasən məhkəmə iclasında sədrlik edən iclasların fasiləsiz audioyazısının aparılmasını təmin edir, cinayət prosesinin tərəflərini və cinayət prosesində iştirak edən digər şəxsləri audioyazının aparılması barədə xəbərdar edir. Məhkəmə iclasının protokolu məhkəmə iclasının audioyazısına uyğun tərtib edilir və audioyazı barədə məlumat məhkəmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcılarında ona əlavə olunur. Məhkəmə iclasının protokolu və audioyazısı arasında ziddiyyət olduğu halda, məhkəmə iclasının audioyazısına üs tünlük verilir. CPM-nin 51.7-ci maddəsinə görə, məhkəmə iclasının protokolu məhkəmə iclasında sədrlik edən və məhkəmə iclasının katibi tərəfindən məhkəmə iclası qurtardıqdan sonra 3 (üç) gün müddətində imzalanır. Bundan sonra məhkəmə tərəfindən onunla tanış olmaq hüququ olan şəxslərə 3 (üç) gün müddətində protokolla və ona əlavə edilmiş audioyazı ilə tanış olmaq imkanı yaradılır. CPM-nin 121.2-ci maddəsinin tələblərindən isə görünür ki, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. İş materiallarından göründüyü kimi, prosessual qanunun qeyd olunan normalarına zidd olaraq məhkəmə işə baxılmasına dair iclasların fasiləsiz audioyazısının aparılmasını təmin etməmiş, hətta bununla yanaşı məhkəmə çıxışına hazırlaşmaq üçün məhkəmə iclas protokolları ilə tanış olmaq istəyən dövlət ittihamçısının xahişini belə müzakirə etməyib bununla bağlı heç bir qərar qəbul etmədən cinayət işi üzrə yekun məhkəmə aktlarını qəbul etmişdir. Bununla da, məhkəmə dövlət ittihamçısının nitqlə məhkəmədə çıxış etmək hüququndan məhrum etmiş və ona həmin hüquqi realizə etmək üçün imkan yaratmamışdır. Məhkəmə kollegiyasının fikrincə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq yuxarıda qeyd olunan nöqsanları CPM-nin 391.8.4 və 391.8.9-cu maddələrində nəzərdə tutulmuş pozunular kimi qiymətləndirmiş və tamamilə əsaslı olaraq apellyasiya protestinə ilkin baxış iclasında həmin protestə baxılmasına xitam verilməsi, İmişli Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli hökmünün və eyni tarixli qərarının ləğv edilməsi, cinayət işinin isə yeni məhkəmə baxışına qaytarılması barədə əsaslandırılmış və qanuni qərar qəbul etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının bu haqda gəldiyi nəticə və qəbul etdiyi qərar CPM-nin aşağıdakı normalarının tələblərinə də uyğun olmuşdur. Belə ki, CPM-nin 391.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması qaydası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir. Bu zaman hər bir h alda apellyasiya instansiyası məhkəməsi aşağıdakı məsələləri araşdırmalıdır: 391.2.1. daxil olmuş apellyasiya şikayətinin və ya apellyasiya protestinin həmin məhkəməyə aid olub-olmadığını; 391.2.2. apellyasiya şikayəti və ya apellyasiya protesti verilərkən bu Məcəllənin 381—390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını; 391.2.3. cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsasların olub-olmadığını; 391.2.4. cinayət işi üzrə qətimkan tədbirinin dəyişdirilməsi, ləğv edilməsi və ya seçilməsi üçün əsasların olub-olmadığını; 391.2.5. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkə məsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini. CPM-nin 391.3.7-ci maddəsinin tələblərindən görünür ki, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq digər qərarlarla yanaşı apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edir. Belə qərarların qəbul edilməsi üçün əsaslar isə CPM-nin 391.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, onlardan da biri birinci instansiya məhkəməsində məhkəmə baxışının özü-özünə etiraz e tmiş və ya etiraz edilmiş hakimin qanunsuz iştirakı ilə keçirilməsi (CPM-nin 391.8.4-cü maddəsi), digəri isə birinci instansiya məhkəməsində məhkəmə baxışı təqsirləndirilən və zərər çəkmiş şəxsə, dövlət ittihamçısına məhkəmə çıxışları, təqsirləndirilən şəxsə isə, həmçinin son sözlə çıxış etmək imkanının yaradılması barədə tələblərinin pozulması ilə keçirilməsidir (CPM-nin 391.8.9-cu maddəsi). Hazırki iş üzrə birinci instansiyası məhkəməsi tərəfindən bu pozuntulara yol verilməsi cinayət işinin materialları ilə tam təsdiq edilir. Belə olan halda, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs3 kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilmə z sayır və qeyd edir ki, bütün təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən ümumilikdə CPM-nin 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya şikayətlərinin dəlillərini bir daha nəzərdən keçirib təhlil edərək və həmin şikayətlərin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, həm təqsirləndirilən şəxslərin, həm də zərərçəkmişlərin kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022 -ci il tarixli qərarı isə kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə bəraət verilməsinə və həmin məhkəmənin 17 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət mə suliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar