Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-851/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 y anvar 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Samir Əliyev (sədrlik edən), Cavid Hüseynov və Eldar İsmayılov) 26 oktyabr 2022-ci il tarixli, 1(101)-1419/2022 nömrəli hökmü ilə xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1, 240.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, CM-in 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə, CM-in 320.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqda n məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə Məhkum qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 28 dekabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum hüquq verən rəsmi sənədlərdən istifadə etmək məqsədi ilə istintaqa məlum olmayan vaxtlarda və şəraitdə Bakı şəhəri 2 saylı Dəri Zöhrəvi Dispanseri tərəfindən həmin dispanserdə həkim-laborant işləmiş tanışı Musayeva (Ağakişiyeva) Tünzalə Ziyatxan qızma təhkim olunmuş, üzərində “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Resept Blankı” və digər yazılar olan ********* nömrəli rəsmi sənəd hesab e dilən resept blankının üzərinə olan “gün, ay, il” yazıları qeyd olunan boş qrafaya “xx.xx.2021”, “yaşı” yazısı qeyd olunan boş qrafaya “47”, “Xəstə” yazısı qeyd olunan boş qrafaya “Quliyev İlqar”, “Həkim” yazısı qeyd olunan boş qrafaya“Musayeva Tünzalə” “Rp.” yazısı qeyd olunan boş qrafaya “Cop: Preqabalin 150 “(Alise)” 3/a gündə 2 dəfə (Cap 56) Xəstəlik Psariyaz” əlyazma yazıları yazmaqla və “(Psaniycr)” yazısının sağ tərəfindəki imzanı icra etməklə saxtalaşdırmış, rəsmi sənəd hesab edilən ********* nöməli resept blankının üzərinə olan “gün, ay, il” yazıları qeyd olunan boş qrafaya “xx.xx.2021”, “yaşı” yazısı qeyd olunan “41”, “Xəstə” yazısı qeyd olunan boş qrafaya “Hasanova Nuridə”, “Həkim” yazısı qeyd olunan boş qrafaya“Musayeva T.” “Rp.” yazısı qeyd olunan qrafaya “Cop: Preqabalin 150 (Alise...) gündə 2 dəf (Qocadır Eı) 112 Cap S/A Psaryaz” əlyazma yazıları yazmaqla və “Həkimin imzası və şəxsi möhürü” qrafasının üst hissəsindəki imzanı icra etməklə saxtalaşdırmış, ********* nömrəli rəsmi sənəd hesab edilən resept blankının üzərinə olan “gün, ay, il” yazıları qeyd olunan boş qrafaya “xx.xx.2021”, “yaşı” yazısı qeyd olunan qrafaya “53”, “Xəstə” yazısı qeyd olunan boş qrafaya “Əjdərov Tural”, “Həkim” yazısı qeyd olunan boş qrafaya “Musayeva T.” “Rp.” yazısı qeyd olunan boş qrafaya “Cap: Preqabalin 150 “(Alisey)” gündə 2 S/A (Psarıcız) Cap: 112” əlyazma yazıları yazmaqla və “(Psorıcız)” yazısının aşağı hissəsini habelə “Həkimin imzası və şəxsi möhürü” qrafasının qarşısındakı imzanı icra etməklə saxtalaşdırmış, ********* nöməli rəsmi sənəd hesab edilən resept blankının üzəri nə olan “gün, ay, il” yazıları qeyd olunan boş qrafaya “xx.xx.2021”, “yaşı” yazısı qeyd olunan “51”, “Xəstə” yazısı qeyd olunan boş qrafaya “Vəliyeva Gülnarə”, “Həkim” yazısı qeyd olunan boş qrafaya“Musayeva T.” “Rp.” yazısı qeyd olunan boş qrafaya “Cop: Preqabalin 150 “(Alse)” Gündə 2 dəf Y/S S/a - Xəstəlik Psaryaz Gap: 168” əlyazma yazılan yazmaqla və “(Psorycr)” yazısının aşağı hissəsindəki imzanı icra etməklə saxtalaşdırmış, eləcə də, axınlı printerlərdə istifadə olunan rəngləyici maddəyə aid olan rəngləyici maddə ilə ********* nömrəli rəsmi sənəd hesab edilən reseptin blankını və üzərində olan möhür əksini hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürərək, qrafik proqram təminatından istifadə etməklə birbaşa axınlı printerdə çap edib qanunsuz hazır ladıqdan sonra yalnız həkim tərəfindən yazılması nəzərdə tutulan və tərkibində külli miqdarda güclü təsir edən “preqabalin” maddələri olan “Alyse” adlı dərman preparatlarını əldə etmək hüququ verən ********* nömrəli resept blankının üzərində olan “gün, ay, il” yazıları qeyd olunan boş qrafaya “xx.xx.2021”, “yaşı” yazısı qeyd olunan boş qrafaya “53”, “Xəstə” yazısı qeyd olunan boş qrafaya “Məmmədova T”, “Həkim” yazısı qeyd olunan boş qrafaya “Musayeva T.” “Rp.” yazısı qeyd olunan qrafaya “Cap: Preqabalin 15 “(Alis)” gündə 2 də S/a Gap: 224” əlyazma yazıları yazmaqla və “Cap: 224” yazısının aşağı hissəsini, “Həkimin imzası və şəxsi möhürü” qrafasının yuxarı sağ tərəfindəki imzanı və “müalicə-profilaktika müəssisəsi rəhbərinin imzası və müəssisənin möhürü” qrafasının üst hissəsindəki imzaları icra edərək saxtalaşdırmış, bu hərəkətləri ilə o, hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırmış və qanunsuz hazırlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Ziya Şirinov və İbrahim İbrahimlidən ibarət tərkibdə) 19 yanvar 2023-cü il tarixli, 1(103)-242/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2023-cü il qərarı dəyişdirərək ittiham olunduğu maddələrlə cəzasının daha aşağı həddə müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etm işdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuzdur. Ona görə də həmin qərardan narazıdır. Belə ki, məhkəmələr ona cəza təyin edərkən barəsində yüngülləşdirici halları nəzərə almamışlar, o cümlədən valideynlərini itirməyini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, törətdiyi əməli narkotik vasitənin təsiri altında və psixi xəstəliyinin tələbindən irəli gələn nəticələrdən törədildiyini və şəxsiyyətinin nəzərə alınmasını, həmçinin azadlığa tez zamanda çıxaraq layiqli vətəndaş olmaq istəməsini və cəzasını yüngülləşdirən digər halların nəzərə alınaraq Bakı Apellyasiya Məhkəməsinin barəsindəki qərarının dəyişdirilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş edir. Məhkəmə kolleg iyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutl ara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumların təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası CM-in 234.1, 240.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün onun əməlinin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum kassasiya şikayətinin başlıca dəlili onun törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə və işin hallarına uyğun olmayan ağır cəza təyin edilməsidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq aşa ğıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyət i, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bi r konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayət əməlindən peşman olmasını cinayət qanunu ilə nəzərdə tutulan cəzalarını yüngülləşdirən hal kimi müəyyən etmiş, həmçinin onun əməlində cəzasını ağırlaşdıran halın olmaması qənəatinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiyası məhkəməsinin hökmünü dəyişdirmədən saxlamaqla, hökmlə təyin edilmiş cəza ilə razılaşmışdır. Məhkəmələr məhkuma təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1, 240.3.2 və 320.1-ci maddələri üzrə CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə, CM-in 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə, CM-in 320.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, CM-in 66.3-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları tam toplamaq yolu ilə Məhkum qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və bu cəzanı ədalətli hesab etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum təqsirli bilindi CM-in 234.1 və 320.1-ci maddələri ilə onun barəsində təyin edilmiş cəzalar öz sərtliyinə görə törətdiyi cinayətlərin ağırlığına və işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza Azərbaycan Respublikası CM-in 58.1 və 58.3-cü maddələrinin tələblərinə cavab vermir. Bu hal isə təyin olunmuş cəzanın aşağı endirilməsinə əsasdır. Ona görə də məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 234.1 və 320.1-ci maddələri ilə daha aşağı həddə cəza təyin edilməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 20 23-cü il tarixli qərarının dəyişməsini qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) ilə endirilsin. Məhkum Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) ilə endirilsin. Azərbaycan Respublikası CM-in 6 6.3-cü maddəsinə əsasən hazırki qərarla Azərbaycan Respublikası CM-in 234.1 və 320.1-ci maddələri ilə və Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzaları qismən toplamaqla Məhkum qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-851/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-851/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver