Məhkəmə qərarları › İş №1(102)-851/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-851/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-851/2025 14.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 may tarixli, 1(106)-359/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (X2 (sədrlik edən), X8 və X5 ibarət tərkibdə) 2023-cü il 6 sentyabr tarixli, 1(099)-656/2023 nömrəli hökmü ilə xx xxxxxx 1998-ci il tarixdə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, bina 2, ev 20-də qeydiyyatda olmaqla Sabirabad şəhəri, Vidadi küçəsi, ev 24-də yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona 5 (beş) il müddətə az adlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 29 mart 2023-cü ildən hesablanması hökm edilmışdır. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə) 2024-cü il 6 may tarixli, 1(106)-359/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm təqsirləndirilən şəxsin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İttihama əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 11,537 qram narkotik vasitə heroin əldə etmiş, saxlamış və həmin maddəni üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 29 mart 2023-cü il tarixdə, saat 14 ra dələrində Sabirabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Sabirabad şəhəri, Vidadi küçəsində saxlanıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən bir ədəd bükümdə külli miqdarda 11,537 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, istər ibtidai istintaq dövründə istərsə də məhkəmədə araşdırma düzgün aparılmamışdır. Belə ki, xx.xx.2023cü il tarixdə gecə saat 03 radələrində polis əməkdaşları onu evdən çıxarmış və polis şöbəsinə aparmışlar. Həmin gün saat 18 radələrində polis əməkdaşı Şahid2 və digər polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmış, narkotik vasi tənin ona aid olmasını boynuna götürməyi məcbur etmişlər. Əks halda daha çox narkotik vasitə ilə günahlandırılacağını və ailəsinin bu işə cəlb ediləcəyini bildirmişlər. Təhdidlərdən sonra məcbur olaraq narkotik vasitənin ona aid olduğunu boynuna almışdır. Lakin nə ibtidai araşdırma orqanı, nə də məhkəmələr tərəfindən narkotik maddələrin əldə edilməsi, saxlanması, satılması barədə heç bir mötəbər sübut (məsələn tərəzi, müştəri ilə telefon danışıqları, SMS yazışmaları, şərti və ya həqiqi alıcı ilə bağlı hərəkətlər və s.) yoxdur. Həmçinin təqsirli olduğu halda belə ifadəsində satış məqsədinin olduğunu deməmişdir. Narkotik vasitənin satışı ilə məşğul olması və ya niyyətinin olmasını təsdiq edən heç bir sübut əldə edilməmişdir. Sonra bu ifadəni dəyişərək həqiqətləri bəyan etmiş, təzyiqlərə məru z qaldığını və təhdid olunduğunu bildirmişdir. CM-in 234.4.3-cü maddəsi ilə barəsində olan hökm yalnız ehtimallara əsaslanır. Haqqında verilmiş narkotik rəyi ilə razı deyil, çünki, o siqaret belə çəkmir, alkoqol və narkotik maddələrdən heç vaxt istifadə etməmişdir. Məhkum kassasiya şikayətində tutulduğu günü övladının dünyaya gəlməsini və himayəsində yaşlı anasının olmasını bildirərək haqqında düzgün qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 may tarixli qərarının dəyişdirilmədən saxlanılm asını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübut a yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində təqsirsizliyini, əməlinin tövsifini və cəzasının ağı rlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh ed ilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin edilməmə si barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr hazırkı cinayət işi üzrə geniş şəkildə aradırma apararaq Məhkum tərəfindən cinayət əməlinin törədilməsi ilə bağlı düzgün nəticəyə gəlsələr də, lakin onun əməlinin tövsifində səhvə yol vermişlər. Belə ki, Məhkum qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, narkotik vasitə olan heroini satış məqs ədi ilə əldə etmişdir. Narkotik vasitənin mövcudluğu, növü, çəkisi şübhə doğurmasa da, lakin əməlin əsas tövsifedici əlaməti olan və obyektiv cəhəti xarakterizə edən satış məqsədi mötəbər dəlillərlə sübuta yetirilməlidir. Satış məqsədini sübuta yetirmək ittiham tərəfinin vəzifəsidir. Lakin əgər məhkəmə ittihamın mövqeyi ilə razılaşaraq qəbul edirsə, bu zaman qəbul etdiyi hökm və qərarda cinayətin obyektiv cəhətini inandırıcı şəkildə əsaslandırmaq vəzifəsi məhkəmənin üzərinə düşür. Lakin istər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarında satış məqsədi qanunla müəyyən edilmiş qaydada əsaslandırılmamış, bununla bağlı məhkəmənin istinad etdiyi sübutlar göstərilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursor larının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “4” mart 2011-ci il 2 nömrəli Qərarının 9-cü bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki işin hallarından görünür ki, narkotik vasitənin Məhkum tərəfindən satılacağını təsdiq edən heç bir sübut mövcud deyil. Ali Məhkəmənin Plenumunun qərarında əks olunmuş mövqedən də yanaşdıqda məlum olur ki, Məhkum tərəfindən narkotik vasitə satmaq məqsədini asanlaşdırmaq üçün çəkilib xırda bağlamalara bükülməmiş, hər hansı bir istehlakçı ilə narkotik vasitənin satışı ilə bağlı razılıq əldə edilməmiş, ümumiyyətlə, Məhkum narkotik vasitə ilə bağlı heç bir avadanlıq və onun gələcəkdə narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini təsdiq edən heç bir düzünə və ya dolayı sübu t mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası Məhkum CM-in 234-1.1-ci maddəsi ilə təyin edilməsi nəzərdə tutulan cəzanın növünü və həddini müzakirə edərkən hesab edir ki, bu zaman törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti, onun cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halın olmaması nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə kollegiaysı hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab ed ir ki, məhkumun kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 6 sentyabr tarixli, 1(099)656/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 may tarixli, 1(106)-359/2024 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mün asibətdə dəyişdirilsin. Məhkum cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar