Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-852/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə xx xxxxxx 1986-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim Rafiq Məmmədov) Məhkum Azərbaycan Respublikasının CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, G əncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), Ç.B.Məmmədov və Ə.G.Abdullayev) apellyasiya şikayəti təmin edilməmiş, Ağdam Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 13 aprel 2011-ci il tarixdə anadan olmuş X10 və 26 fevral 2013-cü il tarixdə anadan olmuş X11 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qətnamə qəbul edildiyi andan etibarən hər uşağa görə 154 (bir yüz əlli dörd) manat olmaqla, hər ay cəmi 308 (üç yüz səkkiz) manat məbləğində sabit aliment pulun Zərərçəkmiş şəxs ödənilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 fevral 2019-cu il tarixli, 2(102)-1373/2019 saylı qətnaməsini üzrsüz səbəbdə n müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdam Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 14 avqust 2019-cu il, 29 noyabr 2019-cu il və 08 yanvar 2020-ci il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 27 yanvar 2020-ci il tarixədək şəxsi maraqları naminə cəmi 2988 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmi ş qətnaməsini qərəzli olaraq icra etməkdən yanınmaqla ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının dəyişdirilməsi, təqsirləndirilən şəxs barəsində ittiham olunduğu maddənin sanksiyasının ən yüksək həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifləri hesab edirlər ki, aşağı instansiya məhkəmələri təqsirləndirilən şəxs Məhkum barəsində cəza təyin edərkən onun məhkəmənin qətnaməsi ilə 2 uşağa görə 2988 manat məbləğində alimenti ödəməkdən qəsdən yayındığını nəzərə almayaraq həddindən artıq yüngül cəza təyin etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiy ası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüy ü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiya məhkəməsinin deyil, birinci və apellyasiya instansiya məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiya məhkəməsi birinci və apellyasiya instansiya məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılması xahiş olunur. Azərb aycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən: “Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bi linən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəza nın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci m addəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığ ı göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şər aitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, zərər çəkmiş şəxsə dəymiş ziyanın qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum CM-in 306.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası maddənin sanksiyası həddindədir. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərildiyinin əksinə olaraq hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkuma təyin edilmiş cəza tam qanuni və əsaslıdır. Məhkəmə kollegiyası iş üzrə topl anmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq Məhkum daha ağır cəza təyin edilməsi üçün qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhku m barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Yevlax şəhər Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-852/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-852/2021
09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver