Məhkəmə qərarları › İş №1(102)-853/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-853/2019

11.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-853/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 iştirakı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirli bilin ib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 27 sentyabr 2017-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə qapalı baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Qasımov Zabil Bəhman oğlu (sədrlik edən), Rüstəmov Elmin İltizam oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə) 21 iyun 2017-ci il tarixli hökmü ilə, xx.xx.1990-cı ildə Kəlbəcər rayonunun Cəmilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 24.10.2016-cı ildə anadan olmuş bir az yaşlı uşağı olan, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonunun Cəmilli kəndində qeydiyyatda olmaqla Göygöl rayonunun Zurnabad kəndində yaşamış Məhkum Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X6, X15 və X16 da məhkum edilmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 12.05.2016-cı il tarixdə şəxsi işləri ilə əlaqədar Göygöl rayonu Tülallar kəndində olarkən həmkəndlisi X15 ilə aralarında olan evlənmək barədə söhbət əsnasında, sonuncunun əvvəllər həmin kənddə yaşamış tanışı X2 yetkinlik yaşına çatmış qızı X4 ilə ailə qurmasını məsləhət bilməsi ilə razılaşaraq, X3 tanımadığı, görmədiyi və evlənmək barədə razılığını almadığı halda, sonuncunu zorla qaçırıb- oğurlamaq qərarına gəlmiş X2, həmin niyyətini həyata keçirmək üçün ona köməklik etməsi bar ədə təklifi ilə razılaşıb 13.05.2016-cı il tarixdə sonuncu, X15, eləcə də X16 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında X7m qaçırmaq üçün sonuncunun oxuduğu ünvan 1 ünvanında yerləşən Göygöl peşə məktəbinin qarşısına gələrək onun dərsdən çıxmasını gözləmiş, həmin gün saat 14:15 radələrində X2 sinif yoldaşı X13 ilə məktəbin həyətindən çıxıb Göygöl şəhəri Hummel küçəsi ilə H.Əliyev prospekti istiqamətində gedərkən X4 onun etibarnamə ilə idarə etdiyi “VAZ- 2106” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşınla, X3 isə X5 piyada onları izləmiş, X2 ayrılıb evinə getdikdən sonra, X4 küçədə tək qaldığını görüb o, idarə etdiyi “VAZ 2106” markalı avtomaşını X4 qarşısında saxlamış, X4 avtomaşının sağ arxa qapısını açaraq X4 qolundan, X3 isə X5 birlikdə ayaqlar ından tutaraq, X4 razılığı və istəyi olmadan, bərkdən qışqırıb ətrafdakı adamlardan kömək istəməsinə əhəmiyyət vermədən, iradəsinə zidd və qanunsuz olaraq fiziki zor tətbiq edib sonuncuya sağ baldır nahiyəsinin ön səthinin yuxarı 1/3 hissəsində 2x2 sm ölçüdə, üst dodaqda sağda 1,0x0,2 sm ölçüdə qırmızımtıl rəngli, düz xətt formalı sıyrıqlardan ibarət sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək, sonuncunun müqavimətini qırıb avtomobilin arxa salonuna mindirib, Göygöl rayonu, Zurnabad kəndi istiqamətində hərəkətdə olarkən avtomaşının salonunda X3 yenə də, müqavimət göstərib, onları tanımadığını, X2 olmadığını, evinə getməsi üçün sərbəst buraxılmasını təkidlə tələb etməsinə, yalvarışlarına məhəl qoymayaraq, X3, X5 və X4lə qabaqcadan əlbir olan bir qrup şəxs halında X3 razılığı və istəyi olmadan, iradəsinə zidd olaraq qaçıraraq-oğurlayıb 13.05.2016-cı il tarixdə saat 15 radələrində Göygöl rayonu Zurnabad kəndində yaşayan X3un qardaşı Vüqar Abbasovun evinə aparıb, orada saxlamışlar. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 27 sentyabr 2017-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Məmmədov Çingiz Böyükxan oğlu, hakimlər Muxtarov Teyyub Asif oğlundan və X1 ibarət tərkibdə ) apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 27 sentyabr 2017-ci il tarixli qərarından məhkum Rüstəmov Qabil Cəmşid oğlu kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməklə CM-nin 62-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Kassasiya şikayə tinin dəlilləri: Məhkum kassasiya şikayətində cəza təyini zamanı məhkəmə tərəfindən şəxsiyyəti, əməlindən səmimi peşman olması halları əsassız olaraq nəzərə alınmadan məhkəmə qərarları qəbul edildiyini qeyd edərək Gəncə Apellyasiya Məhkəməsinin 27 sentyabr 2017ci il tarixli qərarının dəyişdirilməsi və CM-nin 62-ci maddəsinə əsasən təyin edilən azadlıqdan məhrum etmə cəzasının azaldılmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması və məhkəmələr tərəfindən məhkuma aşağı həddə cəzanın təyin olunduğunu, kassasiya şikayətinin əsassız olması barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edi r ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassa siya qaydasında hökm və ya qərarın qanuniliyi, birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya şikayətində məhkum əməlin tövsifini mübahisələndirməyərək, barəsində CM-nin 62-ci maddəsinin tətbiqinə əsaslar olmasını qeyd edir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı hə min cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin məzmununa görə məhkum haqqında həmin maddənin tətbiqi üçün aşağıdakı əsaslardan ən azı biri olmalıdır; -törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hal, -iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi, - cin ayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, İş materillarından da göründüyü kimi məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün yuxarıda qeyd olunan əsaslar yoxdur. Qanunvericilikdə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna halların dairəsi müəyyən edilməsə də, CM-in 62.2-ci maddəsində qismən də olsa bu halların anlayışı və dairəsi verilmişdir. Həmin normaya görə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Cəzanı yüngülləşdirən hallar isə CM-in 59.1.1-59.1.10-cu maddələrind ə göstərilmişdir. Məcəllənin 59.2-ci maddəsinə görə CM-in 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Qanunvericiliyin göstərilən normalarının məzmununa görə yalnız təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar CM-in 62-ci maddəsi baxımından müstəsna hal kimi qiymətləndirilə bilər. Hər bir hal əvvəlcə cəzanı yüngülləşdirən hal kimi qəbul edilmədən müstəsna hal kimi qiymətləndirilə bilməz. Bu hal və ya hallar həm törədilmiş cinayətə, həm də cinayətin subyektinə aid olması mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslər ə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Kollegiya qeyd edir ki,məhkuma cəza təyin edilərkən məhkəmə, cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 58.3, 8.1,41.2-ci maddələrinin tələblərini, cəzanı yügülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə yuxarıda qeyd edilən plenum Qərarının tövsiyələrini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq təqsirli bilindiyi cinayət qanunun sanksiyasının aşağl həddində ədalətli və qanuni cəza təyin etmişdir. Kollegiya işin hallarını nəzərə alıb hesab edir ki, məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiqinə əsas yoxdur. Azərbay can Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Kollegiya qeyd edir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-nin 22-ci maddəsində nəzərdə tutulan müddəa, yəni hər kəsin ona qarşı irəli sürülmüş ittiham, yaxud barəsində tətbiq olunmuş prosessual məcburiyyət tədbirləri ilə əlaqədar ədalətli və açıq məhkəmə baxışını tələb etmək hüququ həyata keçirilmiş və Azərbaycan Respublikası CPM-nin və CM-nin normalarına əməl edilmişdir. Kollegiya qeyd edir ki, işə baxılarkən İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu əks etdirən 6-cı maddəsinin tələbləri pozulmamışdır. İşin şərh olunan hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi, məhkum barəsində yüngülləşdirici əsaslarla qərar qəbul edilməsi üçün məhkəmənin hökm və qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasları təsbit edən Azərbaycan Respublikası CPM-nin 416-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 27 sentyabr 2017-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar