Məhkəmə qərarları › İş №1(102)-853/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-853/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-853/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs1 və nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 4 avqust 2023-cü il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə tərəfindən tərəfindən birgə verilmiş kassasiya şikayətinə və Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən hakim: Rəcəbova Elnurə Hüseyn qızı) 4 avqust 2023-cü il tarixli hökmü ilə xx.xx.1974-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmayan, Yevlax şəhəri ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu ünvan 3 ünvanınd a yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmişdir. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qismində qətimkan tədbiri ləğv edilmiş, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş bir ədəd "Kapital Bank” ASC-yə aid üzərində "SHANİSA ALİYEVA” yazısı olan **********650764 seriyalı "maestro” tipli plastik bank kartı cinayət işinin materiallarında saxlanılmışdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmışdır. Zərərçəkmiş şəxs1 mülki iddianı sonradan mülki mühakimə icraatı qaydasında vermə hüququnun olması izah olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiya sının (hakimlər: Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə) 5 oktyabr 2023-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4 avqust 2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X8 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən, o, özgənin əml akını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə mənzil almaq istəyən və həmin ərəfədə guya quda olmağa hazırlaşdığı tanışı Zərərçəkmiş şəxs1 Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində inşa olunmuş yeni tikili binanın birinci mərtəbəsində yerləşən 67 m2 sahəsi olan iki otaqlı mənzili göstərərək 48000 manata satışa çıxardığını, lakin guya artıq qohum olduqları üçün ona bir qədər dəyərindən ucuz satacağını yalandan vəd verib sonuncunun etibarından sui-istifadə edərək aldatmaqla 2020-ci ilin fevral ayının ortalarında qısa vaxt intervalı ilə iki dəfəyə hissə-hissə olmaqla əvvəl 7000(yeddi min), daha sonra isə əlavə 33000(otuz üç min) manat məbləğində pulunu həmin ərəfədə yaşadığı Bakı şəhəri Sabunçu rayonu Bakıxa nov qəsəbəsi Sakit Qocayev küçəsində yerləşən "Bakıxanov Residence" yaşayış kompleksindəki mənzilində alaraq sonradan verdiyi vədə əməl etməyib mənzili başqa şəxslərə satmaqla ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 40000(qırx min) manat məbləğində pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, X11 təkrarən özgənin əmlakını tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs2 mənzil alqı-satqısı biznesi ilə məşğul olaraq yaxşı qazanc əldə etməsini bildirərək ona da həmin biznesindən qısa müddətdə yaxşı pul qazandıracağını yalan vəd verib sonuncunun etibarından sui-istifadə edərək aldatmaqla 2020-ci ilin noyabr ayının əvvəllərində qısa va xt intervalı ilə iki dəfəyə hissə-hissə olmaqla əvvəl 2000(iki min), daha sonra isə əlavə 3200(üç min iki yüz) manat məbləğində pulunu Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 4 ünvanında alaraq sonradan verdiyi vədə əməl etməyib ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 5200 (beş min iki yüz) manat məbləğində pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs2 qarşı təkrar dələduzluq etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Protest müəllifi qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşmamış, bəraət verərkən onun prosessual hüququ olan özünü təqsirli bilməyərək cinayət törətməməsi barədə ifadəsinə əsaslanmış, təqsirləndirilən şəxsin qeyri-düzgün ifadəsini nəzərə almış, təqsirləndirilən şəxsin ifadələrini zərərçəkmiş şəxs və şahid ifad ələrini ilə müqayisə edib təhlil etməmiş, iitihamın əsasını təşkil edən sübutlara düzgün qiymət verməmiş, öz şəxsi mülahizəsini tətbiq edərək əsassız bəraət hökmü çıxarmış və həmin hökm apellyasiya məhkəməsi tərəfindən qüvvəsində saxlanılmışdır. Belə ki, təqsirləndirilən şəxs X11 ibtidai istintaq və məhkəmə baxışı zamanı ifadəsində Zərərçəkmiş şəxs1 mənzilə görə 2020-ci ilin fevral ayında aldığı 33000 manat puldan 8000 manat məbləğində pulu nişan mərasiminə xərclədiyini bildirsə də, iş materialları ( təqsirləndirilən şəxs və onun ailə üzvləri, zərərçəkmiş şəxs, şahid ifadələri ilə) müəyyən olunur ki, təqsirləndirilən şəxsin qızı Şahid7 ilə zərərçəkmiş şəxsin oğlu Şahid1 arasında nişan mərasimi restoranda 2019-cu ilin ortalarında olmuş, yəni mənzilə görə həmin pulun verilməsi tarixindən ə vvəlki vaxtda olmuşdur. Bundan başqa, təqsirləndirilən şəxs X11 ibtidai və məhkəmə istintaqı zamanı ifadəsində mənzilə görə zərərçəkmiş şəxsdən aldığı 33000 manat puldan 5000 manat məbləğində pulu qızının nişanlısı olmuş Şahid1 xarici dövlətdə təhsil aldığı diplomunun Azərbaycan Respublikasında tanınması üçün tanışı Şahid5 verməsini göstərsə də, Şahid5 ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə elan edilmiş ifadəsində Elşən Səfərovun yalan danışdığını, ona bununla bağlı ümumiyyətlə heç bir müraciət olunmadığını, o cümlədən Elşən Səfərovdan heç bir pul almadığını bildirərək təkzib etmişdir. Şahid5 məhkəmə iclasına gəlməyərək istintaqa verdiyi ifadəsini təsdiq etməsi barədə teleqramla müraciət etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs X11 ifadəsində zərərçəkmiş şəxsdən a ldığı 33000 manat puldan 1500 manat məbləğində pulu qızının nişanlısı Şahid1 polis orqanlarında problemi həll etməsi üçün ona verməsini göstərsə də, Şahid1 ifadəsində X3 heç bir pul almamasını bildirməklə təkzib etmişdir. Bütün bunlar təqsirləndirilən şəxs Elşən Səfərovun öz müdafiəsi üçün qeyri-düzgün ifadə verməsinə, onun niyyətinin öhdəliyin icrası yox, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pulunun ələ keçirilməsinə yönəlməsini dəlalət edir. Bundan əlavə, Zərərçəkmiş şəxs1 və Şahid2 ifadələrində həmin mənzilin satışa çıxarılarkən MTK-ya 15000 manat borcu olmasına görə MTK tərəfindən onun satışına qadağa qoyulmasını, bunu özləri təqsirləndirilən şəxsdən xəbərsiz ora müştəri apararkən aşkar etmələrini göstərsələr də, həmçinin birinci instansiya məhkəməsində iştirak et miş dövlət ittihamçısı məhkəmə iclası zamanı iş üzrə əhəmiyyət kəsb edən xüsusatın yoxlanılması barədə məsələ qaldırılsa da, məhkəmə tərəfindən həmin vacib xüsusatın yoxlanılması təmin edilməmiş, yəni məhkəmə iş üçün əhəmiyyətli olan sübutun tədqiqindən və onun qanuna müvafiq qaydada qiymətləndirilməsindən imtina etmiş, ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, məhkəmənin hərəkətsizliyi qanunvericiliyin, habelə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə də zidd olmuş, bu isə təqsirləndirilən şəxs haqqında əsassız və qanunsuz yekun məhkəmə aktı qəbul edilməsinə səbəb olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs2 məhkəmə baxışı zamanı ifadəsində X7 ondan 5200 manat məbləğində pulu borc almasını göstərməsi ilə bağlı ittihamçı tərəfindən ümumi sual, yəni istintaqa fərqli ifadə vermisiz (ifadənin mə zmunu elan edilmədən) sualı verilərkən cavab olaraq Elşən Səfərovun ondan bəzi məbləğdə pulları borc, bəzi məbləğdə pulları mənzil alqı-satqısı ilə məşğul olaraq yüksək qazanc əldə edib ona hər qazancdan 150- 200 manat məbləğində pul verəcəyi, yəni iş birliyi adı ilə aldadaraq aldığını bildirmişdir. Lakin birinci instansiya məhkəməsi Zərərçəkmiş şəxs2 ifadəsini təhrif edərək onun Elşən Səfərovdan yalnız borc pul alması barədə ifadəsini hökmdə təsvir etmişdir. Halbuki, iş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində dindirmə protokolu və sonuncunun təqsirləndirilən şəxs Elşən Səfərov arasında keçirilmiş xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Elşən Səfərovun ondan mənzil alqı-satqısı ilə məşğul olub əldə edəcəyi qazancd an ona verəcəyi adı ilə aldadıb 5200 manat pulunu ələ keçirməsi, pulunu tələb etdikdə aldığı evini 150000 manata satıb oradan ona yaxşı pul verəcəyini yalandan vəd verməsi barədə bildirmişdir. Bundan başqa, iş materiallarında olan Zərərçəkmiş şəxs2 adına olan Sabunçu rayon polis idarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli şikayət ərizəsinin məzmunundan görünür ki, ərizədə göstərilənlər istintaqa verilən ifadənin məzmunu ilə eynilik təşkil edir. Lakin məhkəmə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini məhkəmə baxışı zamanı verdiyi ifadə ilə müqayisə edib düzgün təhlil etməmiş, məhkəmə baxışında verdiyi ifadəni təhrif etmiş, onun şikayət ərizəsində qeyd edilənlərə ümumiyyətlə hökmündə münasibət bildirməmiş, arbitr rolundan kənara çıxmaqla sübutlara birtərəfli qiymət ver mişdir. Bütün bunlar məhkəmələrin müdafiə tərəfinin mövqeyində dayanaraq sübutları düzgün qiymətləndirməməklə, obyektiv həqiqəti müəyyən etməməklə qanunsuz və əsassız yekun nəticəyə gəlməsinə dəlalət edən hallardır. Kassasiya protestində X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv olunması və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Zərərçəkmiş şəxs nümayəndəsi ilə birgə verdiyi kassasiya şikayətində qeyd edir ki, törətdiyi cinayət əməlləri ibtidai istintaq zamanı tam sübuta yetirildiyindən X8 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilməklə barəsində istintaq olunmuş cinayət işi ittiham aktı ilə birlikdə ərazi aidiyyəti üzrə Sabunçu rayon Məhkəməsinə göndərilmişdir. Lakin, məhkəmə naməlum səbələrdən istintaq orqanı tərəfindən toplanmış təkzibolunmaz və mötəbər sübutları saymamaqla və öz istəyinə uyğun təfsir etməklə xx.xx.2023-cü il tarixdə iş üzrə bəraət hökmü çıxarmış, ona vurulmuş maddi zərərin ödənilməsinin təmin olunması istiqamətində heç bir tədbir görməmişdir, hökm təqsirləndirilən şəxsin dələduzluq niyyətinin əvvəlcədən yaranmadığı ilə əsaslandırılmışdır. Elşən Səfərovun niyyəti aldatmaq olmuş, onun pulunu ələ keçirərək əvəzində vəd verdiyi mənzili satmamış, bunu etmək üçün onun əlində kifayət qədər imkanı və vaxtı olmuşdur, ona görə ki, hələ ilkin təhqiqat araşdırması və istintaq zamanı, barəsi ndə həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxan zaman Elşən Səfərov yaşadığı mənzili satıb pulunu qaytaracağını bildirsə də, amma onu aldatdığı kimi istintaq və məhkəmə orqanlarını da aldatmış, istintaq dövründə yaşadığı mənzili özü təsdiq etdiyi kimi 150.000 manata satmasına baxmayaraq pulunu ödəməmiş, əvəzində özünə yeni mənzil və avtomobil, arvadına qızıl-zinət əşyaları almışdır. Elşən Səfərovun özü, bütün ailə üzvləri, hadisənin çoxsaylı şahidləri hamı təsdiq edir ki, Elşən Səfərov mənzil satmaq adı ilə ondan 40.000 manat məbləğində pul alıb, nə mənzili satıb, nə də pulunu qaytarmamışdır. Birinci insitansiya məhkəməsinin hökmündə işin bütün halları və şahidlərin ifadələri təhrif olunmuş formada əks etdirilmişdir. X11 ibtidai istintaqın ilkin mərhələsində mənzil satmaq vədi ilə 40.000 manat məbləğində pul almasını tam etiraf etsə də, sonradan ilkin ifadələrini danmış, ondan cəmi 33000 manat məbləğində pul almasını bildirmiş, digər 7000 manat məbləğində pulun isə tərəfindən onlara təhvil verilmədiyini, yalnız nümayiş etdirildiyini, guya həmin vaxt yanında olan qardaşı Nazimin qarşısında yalandan pulun verilməsi görüntüsü yaratmağını, sonradan qardaşından gizli həmin pulu öz ehtiyaclarına sərf etməyini bildirmiş, özünün müdafiəsi üçün dəlil kimi göstərmişdir ki, guya həmin pulun 5000 manat məbləğində hissəsini razılığı ilə oğlu Samirin diplomunun təsdiqi üçün Şahid5 adlı tanışına vermişdir. Birinci və apellyasiya insitansiya məhkəmələri hökm və qərarlarını heç bir tutarlı dəlillərlə əsaslandırmadan, yalnız tərəflərin qohum münasibətlərində olmalarını bəhanə gətirmə klə Elşən Səfərovun əməlində cinayət tərkibinin olmadığı qənaətinə gəlmişlər. Amma məhkəmələr nəzərə almamışdır ki, pulunu ələ keçirdikdən təxminən iki həftə sonra Elşən heç bir səbəb olmadan qohumluq əlaqələrini pozaraq qısa müddət ərzində qızını başqa bir oğlana ərə vermişdir, bu halın özü bir daha ona dəlalət edir ki, reallıqda Elşənin həqiqi qohum olmaq fikri olmayıb, niyyəti yalnız aldatmaqla qohumçuluq pərdəsi altında öz dələduzluq əməlini həyata keçirmək olmuşdur. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarını ləğv edərək cinayət işinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilməsinə dair qərar çıxarılması xahiş olunur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cin ayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxs və onun nümayəndəsinin, dövlət ittihamçının kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protest inin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində və kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyi və şəxsə əsassız bəraət verildiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə barədə tələblər məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan R espublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət Məcəlləsinin cinayət məsuliyyətin in əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanın ın inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun t ələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oyna yır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Elşən Səfərova verilən ittihama əsasən o, özgənin əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə mənzil almaq istəyən və həmin ərəfədə quda olmağa hazırlaşdığı tanışı Zərərçəkmiş şəxs1 Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində inşa olunmuş yeni tikili binanın birinci mərtəbəsində yerləşən 67 m2 sahəsi olan iki otaqlı mənzili göstərərək 48000 manata satışa çıxardığını, lakin guya artıq qohum olduqları üçün ona bir qədər dəyərindən ucuz satacağını yalandan vəd verib sonuncunun etibarından sui-istifadə edərək aldatmaqla ümumilikdə vahid niyyət lə əhatə olunan qəsdlə 40000 (qırx min) manat məbləğində pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, X11 təkrarən tanışı Zərərçəkmiş şəxs2 mənzil alqı-satqısı biznesi ilə məşğul olaraq yaxşı qazanc əldə etməsini bildirərək ona da həmin biznesindən qısa müddətdə yaxşı pul qazandıracağını yalan vəd verib sonuncunun etibarından sui-istifadə edərək aldatmaqla 2020-ci ilin noyabr ayının əvvəllərində qısa vaxt intervalı ilə iki dəfəyə hissə-hissə olmaqla ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 5200 (beş min iki yüz) manat məbləğində pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs2 qarşı təkrar dələduzluq etmişdir. Cinayət işi üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən Zərərçəkmiş şəxs1 oğlu Şahid1 Elşən Səfərovun Fİd an adlı qızı ilə nişanlamış, həmin ərəfədə qardaşı Nazim Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayonda yerləşən ata mənzillərini sataraq əldə olunmuş puldan ona düşən payı, 40000 manat məbləğində pulu ona vermişdir ki, oğlu ilə özünə ayrıca mənzil alıb yaşasınlar. Onlar da təzə qudaları ilə şəhərin müxtəlif yerlərinə gedib baxaraq mənzil axtarmışlar, uzun müddət gəzib mənzillərə baxdıqdan sonra əllərində olan pula istədikləri mənzil ala bilməyəcəklərini başa düşmüşlər. Həmin vaxt bilmişlər ki, oğlunun nişanlısı Fidanın adına olan mənzili atası Elşən Səfərov 48000 manata satmağa qoyub. Həmin mənzili o və oğlu görmüş, baxıb bəyənmişlər. Birlikdə oturub Fidangildə danışaraq belə qərara gəlmişlər ki, həmin mənzili 40000 manata oğlu Samir üçün alsınlar. Yuxarıda qeyd olunan işin hallarından bel ə nəticəyə gəlmək olur ki, Zərərçəkmiş şəxs1 öz könüllü razılığı əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində inşa olunmuş yeni tikili binanın birinci mərtəbəsində yerləşən 67 m2 sahəsi olan iki otaqlı mənzil almaq üçün 2020-ci ilin fevral ayında X8 pul vermişdir. X11 zərərçəkmiş şəxsin ifadəsində göstərilən bu halları təkzib etməyərək, sözügedən mənzili həmin vaxt qızının nişanlı olduğu gələcək qudaları Zərərçəkmiş şəxs1 satmasını göstərmişdir. İşin hallarına görə X11 ittihamda qeyd olunan etibardan sui- istifadə etmə və aldatma üsulundan istifadə etməklə pul vəsaitlərini əvəzsiz olaraq ələ keçirməmiş, zərərçəkmiş şəxslə aralarında olan razılığa əsasən ondan aldığı məbləğ həcmində üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Apellyasiya məhkəməsi cinayət işi üzrə t ədqiq olunaraq qiymətləndirilmiş sübutların məcmusu ilə müəyyən etmişdir ki, istintaq orqanı tərəfindən elan olunmuş ittiham üzrə təqsirləndirilən şəxs X8 istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə istintaq orqanının gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, həmin nəticə tərəflər arasında mövcüd olmuş real münasibətləri əks etdirmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, X11 tə rəfindən öhdəliklərini yerinə yetirilməməsi barədə zərərçəkmiş şəxsin qeyd etdikləri cinayət işinin başlanılması üçün əsas olmamaqla mülki hüquq münasibətlərindən irəli gələn mübahisə kimi aşağı instansiya məhkəmələri tərəfindən düzgün qiymətləndirilmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit edilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlər inin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sözügedən Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməli, 146.1-ci maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etm əsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: _məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.2.2-ci maddəsin ə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əml ak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması mü əyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahibl ik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan qərarlardan və Qanunun tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanun suz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talamanın üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini saslı saymaqla qeyd edir ki, cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə E.Səfərov tərəfindən aldatma və ya etibardan sui-istifadə etməklə zərərçəkmiş şəxsin əmlakı ələ keçirmə kimi hərəkətlərə yol verilməsi öz təsdiqini tapmır, aşağı instansiya məhəkəmələri tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla E.Səfərovun əməlində dələduzluq cinayətini xarakterizə edən əlamətlərin, ümumiyyətlə cinayət tərkibinin mövcud olmamasına baxmayaraq, istintaq orqanı işin faktiki halları na düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, ona əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürmüşdür. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kassasiya protestində və kassasiya şikayətində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işi üzrə tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildiyi kimi E.Səfərovun zərərçəkmiş şəxslərin əmlakını aldatma yolu ilə ələ keçirmək niyyəti olmadığı, həmçinin zərərçəkmiş şəxs qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, ibtidai istintaq orqanı onlar arasında yaranmış və mülki hüquq münas ibətlərindən qaynaqlanmış mübahisəni əsassız və qanunsuz olaraq «dələduzluq» əməli kimi qiymətləndirmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Elşən Səfərov ilə Zərərçəkmiş şəxs1 arasında razılaşma olarkən sonuncunun pul vəsaitlərini əvəzsiz olaraq ələ keçirərək pulu götürüb qaytarmamaq, yaxud mənzili verməmək kimi niyyəti olmamış, onun əməli zərərçəkmiş şəxsə zərər vurmağa yönəlməmişdir. İşin hallarından göründüyü kimi, X7 niyyəti öhdəliyi icra etməməklə zərərçəkmiş şəxsə məxsus pul vəsaitini əvəzsiz və qanunsuz əldə etmək deyil, əksinə mülki hüquq münasibətlərinə girib həmin öhdəliyi yerinə yetirməmək olmuşdur. Öhdəliklərinin yerinə yetirilməməsinə səbəb isə nişanın pozulması, toyun baş tutmaması olmuşdur. X7 pulu əvəzsiz olaraq ələ keçirmək niyyətinin mövcud olmaması, ona ödənilən məbləğ əsasında mənzili verməməsi onun əməlinin Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyası baxımından tərkibyaradıcı hal kimi qiymətləndirilməsini istisna edir və həmçinin X7 Zərərçəkmiş şəxs2 qarşı əmlakını tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədinin olmasını təsdiq edən hər hansı hal müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq Elşən Səfərov tərəfindən zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayət əməlinin törədilmədiyi, onlar arasında münasibətlərin mülki xarakter daşıdığı, əməlində cinayət tərkibi olmadığı nəticəsinə gəlmişdir. Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələbinə əsasən, əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət t əqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, əməlində cinayət tərkibi olmadıqda cıxarılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sai r materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək X7 əməlində cinayət tərkibinin olmaması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsini qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyil dir. Göstərilən nəticə kassasiya protestində və kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1 -ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə tərəfindən tərəfindən birgə verilmiş kassasiya şikayəti və Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar