Məhkəmə qərarları › İş №1(102)-853/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-853/2025

02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-853/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə xx.xx.1980-ci ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin x x.xx.2018-ci il tarixli hökmü ilə CM-in 234.4.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cü il tarixli qərarı ilə təyin edilmiş cəzası 5 il 3 aya qədər azaldılmış və xx.xx.2022-ci il tarixli Qobustan Rayon Məhkəməsinin qərarı ilə isə 1 il 8 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və hazırda məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittiham ının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-187/2024 nömrəli 24 may 2024-cü il tarixli hökmü ilə (hakimlər N.N.Hüseynov (sədrlik edən), N.H.Məmmədov və E.Q.Məmmədova) X1 Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2024-cü il tarixli 1(106)-700/2024 nömrəli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), P.V.Hacıyev və H.X.Bəhmanov) apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 may 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə aşağıdakı məzmunda ittiham elan edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədilə külli miqdarda, yəni 4,822 qram çəkidə narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,372 qram çəkidə psixotrop maddə metafetamini qanunsuz əldə edib, üzərində daşıyaraq saxlamış, 11 iyun 2023-cü il tarixdə saat 23 radələrində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Sabirabad şəhəri, S.Vurğun küçəsində yerləşən çayxanada olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Sabirabad şəhəri, H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad RPŞ-nin inzibati binasına gətirilmiş, orada saat 23:15-də üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sol yan cibindən 13 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,784 qram; 0,356 qram; 0,349 qram; 0,325 qram; 0,371 qram; 0,383 qram; 0,359 qram; 0,371 qram; 0,357 qram; 0,365 qram; 0,346 qram; 0,276 qram; 0,180 qram olmaqla, ümumi təmiz çəkisi – 4,822 qram heroin və 15 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri – 0,040 qram; 0,046 qram; 0,044 qram; 0,048 qram; 0,043 qram; 0,042 qram; 0,036 qram; 0,041 qram; 0,040 qram; 0,039 qram; 0,036 qram; 0,045 qram; 0,041 qram; 0,039 qr am; 0,033 qram; 2 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,372 qram; 0,387 qram olmaqla, ümumi çəkisi – 1,372 qram olan metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi bildirir ki, Seyidağa Səmədovun cinayət məsuliyyətindən boyun qaçırmaq və ya məsuliyyəti yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakterli ifadələr verməsinə baxmayaraq, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin onun tərəfindən törədilməsi şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut və iş üzrə toplanılmış digər materiallarla təsdiq edilmişdir. Şahid1 ifadəsində göstərmişdir ki, o və əməliyyat tədbirinin keçirilməsində iştirak edən digər polis əməkdaşları Seyidağa Səmədova qarşı zorakılıq etməmiş, onu döyməmiş, sonuncunun üzərində aşkar edilmiş narkotik vasitələr onlar tərəfindən qoyulmamışdır. Seyidağa Səmədov tutularkən onlardan qaçmağa cəhd etmiş, tabesizlik göstərmiş, buna görə də sonuncunu tutub zərərsizləşdirmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid5 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Seyidağa Səmədov onun doğma övladıdır, sonuncu əvvəllər də qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün cinayət məsuliyyətinə cəlb edilmişdir. 11 iyun 2023-cü ildə saat 23 radələrində Sabirabad şəhəri, Səməd Vurğun küçəsində yerləşən kafelər dən birində övladı Seyidağa Səmədovla birlikdə oturmuş, Seyidağa ondan sol tərəfdə əyləşmişdir. Bu vaxt, qəfildən kafenin qapısı açılaraq içəri bir neçə nəfər mülki geyimli şəxs daxil olmuş, övladı Seyidağaya yaxınlaşaraq sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərkən, o həmin şəxslərin polis əməkdaşları olmasını bilmiş, bundan sonra polis əməkdaşları ilə Seyidağa arasında mübahisə yaranmış, polislər Seyidağanı tutub, zərəsizləşdirmiş və özləri ilə birlikdə Sabirabad RPŞ-yə aparmışlar. Bundan əlavə Şahid5 ifadəsində göstərmişdir ki, o, oğlu Seyidağa Səmədov polis əməkdaşları tərəfindən tutularkən cibinə narkotik vasitə qoyulmasının şahidi olmamış, oğlunun üzərində külli miqadarda narkotik vasitə və psixotrop maddə aşkar edilməsi barədə sonradan məlumat almışdır. İstintaq zamanı təqsirləndirilən şəxs Seyidağa Səmədov ilə polis əməkdaşı Şahid1 arasında aparılmış üzləşmə zamanı Seyidağa Səmədov tutularkən döyülməsini, üzərində aşkar edilmiş narkotik vasitənin polis əməkdaşları tərəfindən cibinə atıldığını, Şahid1 üzünə qarşı desə də, o, göstərdiklərini konkret faktlarla əsaslandıra bilməmiş, Şahid1 isə onun uzun müddətdir ki, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasını, üzərindən aşkar edilmiş narkotik vasitənin hamısının ona məxsus olmasını üzünə qarşı yalan məlumatlar söyləməklə məsuliyyətdən yaxa qurtarmağa çalışdığını bildirərək onun törətdiyi cinayət əməlini bir daha ifşa etmişdir. Sabirabad rayon prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 13 iyul 2023-cü il tarixli qərarından görünür ki, Seyidağa Səmədov tutulduqdan sonra onun üzərində xəsarətlərin yaranması faktı inkar edilməsə də, həmin xəsarətlərin Sabirabad RPŞ-in əməkdaşları tərəfindən yetirilməsi sübuta yetməmişdir. Hər iki instansiya məhkəmələri Seyidağa Səmədovun bədəni üzərində sağlamlığa zərər vurmayan-sağ bazunun aşağı 1/3-in iç səthində, sağ və sol ayağın alt səthlərində qançırlar kimi xəsarətləri ona qarşı işgəncə verilmə kimi qələmə vermiş, lakin həmin xəsarətlərin əmələ gəlmə mexanizmini və şəraitini araşdırmamışlar. Məhkəmə nəzərə almamışdır ki, 11 iyun 2023-cü ildə saxlanılarkən Seyidağa Səmədovun polis əməkdaşlarına müqavimət göstərməsi səbəbindən, zərərsizləşdirilməsi üçün polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmiş və həmin xəsarətləri o, zərərsizləşdirilərkən almışdır. Bundan əlavə məhkəmə hesab e tmişdir ki, Seyidağa Səmədovun 1 saat 18 dəqiqədən artıq müddətdə müdafiəçisi olmadan polis şöbəsində polisin nəzarətində qalması, onunn məhkəməyədək dövrdə özünə qarşı verdiyi izahatın məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsaslıdır və həmin etirafedici izahat sübut növü kimi, ona qarşı irəli sürülən ittihamı təsdiq edə biləcək sübut kimi qəbul edilə bilməz. Lakin məhkəmə nəzərə almamışdır ki, müdafiəçinin təhqiqatda iştirakını təmin edilməsi üçün müəyyən vaxtın sərf edilməsi tələb olunur. Təəssüf ki, məhkəmə müdafiəçilərin təhqiqata gec gəlməsinin səbəblərini araşdırmadan, bu məsələni açıq qoyaraq, məsuliyyəti yalnız təhqiqat orqanın üzərinə yıxır. Halbuki, işin materiallarından göründüyü kimi, Seyidağa Səmədov təhqiqata təqdim edildikdən sonra onun hüquqlarının m üdafiəsi üçün bütün hərəkətlər dərhal və vaxtında yerinə yetirilmişdir. Məhkəmə isə vəkilin vaxtında polis şöbəsinə gəlməsini əlavə sübutetmə kimi təhqiqat orqanının üzərinə düşən vəzifə kimi qoymuşdur. Məhkəmə müdafiəçinin gecikməsini ittiham tərəfinin səhvi və ya saxtakarlığı kimi qələmə verməklə haqlı olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkə məsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində “Külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satması” əməli nəzərdə tutulmuşdur və həmin əməl: “beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Azərbaycan Respublikas ı CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan R espublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdi rilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyə ti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri v ə bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli o lmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi). Beləliklə, kassasiya məhkəmə kollegiyası hazırkı iş üzrə aşağı instansiya məhkəmələrinin hökm və qərarını, işdə olan digər sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, Seyidağa Səmədovun bədəni üzərində xəsarətlərin olmasını və onun 1 saatdan artıq vaxt müddətində müdafiəçisi olmadan polis şöbəsində polisin nəzarətində qalmasını nəzərə alaraq təqsirləndirilən şəxs S.Səmədovun məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsaslıdır və həmin etirafedici ifadələr sübut növü kimi qəbul edilib S.Səmədova qarşı irəli sürülən ittihamı təsdiq edə biləcək sübut ki mi qəbul edilə bilməz. Əlavə olaraq məhkəmələr tərəfindən qəbul edilən qərarlarda olan Seyidağa Səmədovun şübhəli şəxs qismində tutulduğu vaxtdan sonra verdiyi izahatdan görünür ki, o, dindirmə zamanı göstərmişdir ki, üstündən aşkar edilmiş heroin və metamfetamin ona məxsusdur, küçədən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Lakin “şübhəli şəxsin dindirilməsi haqqında” və “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokollardan görünür ki, Seyidağa Səmədov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək həmin protokolları imzalamaqdan imtina etmişdir. Məhkəmə qərarlarından görünür ki, məhkəmə istintaqı zamanı Seyidağa Səmədov təqsirini etiraf etməmiş və əvvəlki mərhələlərdə verdiyi etirafedici izahatın Sabirabad RPŞdə döyülərək, eləcə də hədə ilə alındığ ını bildirmişdir. S.Səmədov qeyd etmişdir ki, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədiyindən şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadə verməkdən və müvafiq protokolları imzalamaqdan imtina etmişdir. Həmçinin məhkəmə qərarlarından görünür ki, S.Səmədovun bədən səthində olan xəsarətlərlə bağlı müvafiq prokurorluq tərəfindən aparılan araşdırma da səmərəsiz olmuşdur. Belə ki, bu fakt üzrə müvafiq suallar şahidlərə verilməmiş, şahidlər Seyidağa Səmədovun onlara müqavimət göstərdiyini bildirsələr də, sonuncunun hər iki ayaqaltı nahiyəsində olan qançırlar xəsarətini necə alması barədə ətraflı araşdırma aparılmamış, Seyidağa Səmədov şübhəli şəxs qismində tutulduqdan sonra polis şöbəsinin müvəqqəti saxlama yerinə yerləşdirilərkən onun saxlama yerinə qəbul edilməsi bar ədə tərtib olunan sənəddə sonuncunun üzərində xəsarətlərin olub-olmaması ilə bağlı hər hansısa qeydin olub-olmadığını müəyyən etmək üçün müvafiq sənədlər götürülməmiş, müvafiq təcridxanadan xəsarətlərlə bağlı daxil olmuş məlumata isə lazımi əhəmiyyət verməmişdir. Sabirabad rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, S.Səmədov tutulduqdan sonra onun üzərində xəsarətlər yaranması faktı inkar edilməsə də, həmin xəsarətlərin Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən yetirilməsi sübuta yetməmişdir. Beləliklə, S.Səmədovun tutulmazdan əvvəl heç bir xəsarətinin olmaması, tutulduqdan sonra isə onda xəsarətlər aşkar edilməsi faktı araşdırma aparan prokurorluq tərəfindən inkar edilməmişdir. Bu hissədə prokurorluğun fəaliyy əti, yalnız polis əməkdaşlarının bu xəsarətləri yetirib-yetirməməsi ilə bağlı olmuşdur ki, prokurorluq həmin polis əməkdaşlarını dindirib cinayət işinin başlanmasını rədd etməklə kifayətlənmişdir. Belə ki, S.Səmədovun şübhəli şəxs qismində tutulması haqqında protokoldan görünür ki, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən Sabirabad rayonunda 11 iyun 2023-cü il tarixdə saat 23:30-da tutulmuşdur. Şəxsi axtarış protokolundan görünür ki, S.Səmədovun üzərində saat 23:35-dən saat 23:51-dək, yəni 15 dəqiqə müddətində axtarış aparılmışdır. Birinci instansiya məhkəməsində istintaq zamanı tədqiq edilmiş şəxsi axtarış istintaq hərəkətinin yazıldığı diskin xüsusiyyətləri araşdırılarkən müəyyən edilmişdir ki, həmin videoyazının yaradılma tarixi “xx.xx.2023-cü il saat 01:03” kimi əks olunmuşdur. Video çəkilişin 15 dəqiqə 21 saniyə davam etdiyi nəzərə alındıqda bu qənaətə gəlməyə tam əsas yaranır ki, Seyidağa Səmədovun üzərində şəxsi axtarış 11 iyun 2023-cü il tarixdə saat 00:48-də keçirilməyə başlanmış və həmin gün saat 01:03-də sona çatmışdır. Məhkəmə qərarlarından görünür ki, ibtidai istintaqın sübut əhəmiyyətinə malik 2 sənədi, yəni şəxsi axtarış protokolu ilə onun ayrılmaz tərkib hissəsi olan videoçəkiliş məlumatları arasında əhəmiyyətli ziddiyyətlər olduğu müəyyən edilir. Protokolun tərtib edilmə tarixi ilə şəxsi axtarışla bağlı videoçəkiliş faylının mövcud olduğu diskin yaranma tarixi üst-üstə düşmür. Bu isə protokolun əhəmiyyətli olan həmin hissələri ilə bağlı məlumatları şübhə altına alır. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, S.Səmədovun faktiki tutulduğu vaxtdan (23:30) ü stünə baxış keçirildiyi vaxtadək (00:48) 1 saat 18 dəqiqə vaxt keçmişdir. Bu müddət ərzində təqsirləndirilən şəxsin üstünə hansı səbəbdən ağlabatan müddətdə baxış keçirilməməsi müəyyən deyil. Hər bir halda istintaq orqanının yol verdiyi belə qeyri-müəyyənlik nəticə etibarı ilə S.Səmədovun məhkəmədəki ifadəsinin doğru olması qənaətini yaradır. Şübhəli şəxs qismində tutma protokolundan görünür ki, təqsirləndirilən şəxs 23:30 radələrində tutulmuş, 23:35 radələrində isə onun üstünə baxış keçirilməsinə başlanılmışdır. Bu hal onu təsdiq edir ki, həqiqətən, şübhəli şəxs tutulduğu andan 5 dəqiqə müddətində polisə çatdırılmışdır. Belə olan halda, onun 1 saat 18 dəqiqə müddətində hansı məqsədlə saxlanılması və dərhal üstünə baxış keçirilməməsi nəinki məhkəmənin şübhələrini artırır, hətta şəxsi axtar ışın nəticələrini əks etdirən axtarış protokolunun və videoçəkilişin mötəbərliyinə əsaslı şübhələr yaradır. Bu isə onu göstərir ki, CPM-in 126.6-cı maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin etirafedici ifadələri digər sübutlarla təsdiq olunmur. Məhz yuxarıda qeyd edilənlərə əsasən aşağı instansiya məhkəmələri tərəfindən tam əsaslı olaraq, S.Səmədovun təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. “X4rşı” məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən fakt lara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi t ərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq S.Səmədovun əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də he sab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2024-cü il tarixli qərarı əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs X3 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar