Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-854/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Alışov Rafiq Talış oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsi nin 06 aprel 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 dekabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Alışov Rafiq Talış oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmü ilə (hakimlər Həsənzadə İradə Xəlil qızı (sədrlik edən və məruzəçi), Quliyev Əhməd Qəhrəman oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 2004-cü il tarixdə Xızı rayonunun Şuraabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, heç yerdə işləməyən, Xızı rayonunun Şorabad qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşamış, CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum ona görə məhkum edilmişdir ki, o, 2020-ci il martın 14-də saat 24 radələrində yetkinlik yaşına çatmayan 2003-cü il 09 dekabr təvəllüdlü Xızı rayonunun Şorabad qəsəbəsi sakini olan tanışı Zərərçəkmiş şəxs ilə «WhatsApp» proqramı vasitəsilə yazışarkən sonuncunun onun ünvanına ədəbsiz sözlər işlətdiyinə görə həmin proqramda onunla əlaqə yaratmasını əngəllədikdə Zərərçəkmiş şəxs onun bu hərəkətinə görə ir ad tutub onu döyəcəyini bildirdiyindən onlar aralarında yaranan mübahisəni yerində aydınlaşdırmağa razılaşaraq 2020-ci il martın 15-də saat 14 radələrində yaşadıqları qəsəbədə görüşəndə sonuncu onların yetkinlik yaşına çatmayan 2003-cü il 29 avqust təvəllüdlü Şahid1 adlı ümumi tanışı ilə gəlmişdir, onlar qəsəbədəki «köhnə qarajların qarşısı» deyilən yerə getdikdə Zərərçəkmiş şəxs ona nə üçün Şahid1 biədəb adla çağırdığını soruşmaqla onu nalayiq sözlərlə təhqir edib süpürləşəndə Məhkum hiddətlənərək qisas almaqdan ötrü üzərindəki bıçaqla qəsdən Zərərçəkmiş şəxs həyat üçün vacib orqanların yerləşdiyi nahiyələrinə kəskin qanitirmə ilə müşayiət olunan ürək kisəsinin, ürəyin, sol ağciyərin, böyük piyliyin və yoğun bağırsaq müsariqəsini yaralamaqla döş qəfəsinin sol yarısının bir ədəd, döş qəfəs inin sol yan səthinin bir ədəd, qarın nahiyəsinin sol yan səthinin bir ədəd, bel nahiyəsinin sağ yarısının bir ədəd daxilə nüfuz edən, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid kəsilmişdeşilmiş yaraları, döş qəfəsinin sol yarısının bir ədəd daxilə nüfuz etməyən və sağlamlığa yüngül zərərvurmaya aid kəsilmiş-deşilmiş yarası, habelə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bel nahiyəsinin sağ yarısının sıyrığı kimi xəsarətlər yetirmiş, bununla da Zərərçəkmiş şəxs qəsdən öldürməklə həyatdan məhrum etmişdir. Hökmdən Məhkum müdafiəçisi Feyzullayev Xəyal Yusif oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Rzayev Fariz Əli oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyasının (hakimlər Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 10 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti isə təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 dekabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi R.T.Alışov kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək hüquqlarını müdafiə etdiyi şəxsə daha yüngül cəzanın təyin edilməsi haqq ında yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində cəza təyin etmənin şərtləri, qaydaları və prinsipləri təsbit edilmiş CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, bəzi beynəlxalq müqavilələrə, habelə “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarına istinad edən müdafiəçi R.T.Alışov həmin şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiyası məhkəməsi Məhkum barəsindəki cinayət işinə baxılması nəticəsində cəzanı yüngülləşdirən hallara kifayət qədər nəzərə almış və ona ədalətli cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi is ə apellyasiya protestini təmin etməklə cinayət qanunun və beynəlxalq müqavilələrin tələblərini pozmuş, Məhkum ağır cəza təyin etməklə ədalətsizliyə yol vermişdir. Halbuki, Məhkum cinayət törədərkən yetkinlik yaşına çatmamış və ümumiyyətlə cinayəti zərərçəkmiş Zərərçəkmiş şəxs qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətmişdir. Həmçinin müdafiəçi öz kassasiya şikayətində bildirir ki, zərər çəkmiş şəxsin hüquqi varisi X3 məhkumla barışmış və onun Məhkum qarşı şikayət və tələbi yoxdur. Kassasiya şikayətinin müəllifi bu halların nəzərə alınmasını və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməklə hüquqlarını müdafiə etdiyi şəxsə daha yüngül cəzanın təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhk əməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə ərizə ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi X3 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və və zərər çəkmiş şəxsin hüquqi varisinin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi R.T.Alışov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək ona daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdi rən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin n ormalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunla rı normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqınd a qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinay ət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, həmin şikayətin məzmununa görə, müdafiəçi R.T.Alışov öz şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş işin faktiki hallarını, Məhkum ittiham olunduğu cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmir və yalnız cəza təyini ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən onun barəsində qeyrihumanist və ədalətsiz yekun qərarın qəbul edilməsini iddia edir. Bununla belə, ka ssasiya şikayətinin dəlillərindən asılı olmayaraq bu şikayətlə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum, zərər çəkmiş şəxsin hüququ varisin və şahidlərin ifadələrinə, məhkəmə-tibbi ekspertizasının rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə əsasən araşdırılmış bütün sübutları həm ayrıayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin tam sübuta yetirilməsi barədə nəticəyə gəlib onun həmin əməlini CM-nin 1 20.1-ci maddəsi ilə düzgün tövsif etmiş, apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tələb edilmədən baxılmasını mümkün bilərək qeyd olunan məsələlər üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum barəsində seçilmiş cəza tədbirinin açıq-aşkar ağır olması ilə bağlı kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, hər bir cəza törədilmiş cinayətin və ya cinayətlərin xarakterinə, təqsirkarın şəxsiyyətinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə işin digər hallarına uyğun olmalı və qanunvericiliyin müvafiq normaları məhkəmələrin üzərinə bu tələblərə uyğun olaraq düzgün seçim edərək qanuni və ədalətli cəzanın təyin edilməsi vəzifəsini qoyur. Belə təfsir cinayə t qanunu normalarının aşağıdakı tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun hüquqi möqeyindən və Ali Məhkəmənin Plenumunun qərarlarında əksini tapmış izah və tövsiyələrindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətən daş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cinayətkar qəsdlərdən qorunmasını, sonuncuların da pozulmuş hüquqlarını n bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və icti mai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin tələblərindən göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni c inayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-nin Xüsusi hissəinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəb ul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən kassasiya qaydasında baxılmış bir çox işlərin təhlili göstərir ki, məhkəmələr baxdıqları işlər üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında, bir qayda olaraq, təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsinin mümkünsüzlüyünü deyil, daha yüngül cəzanın təyin edilməsinin məqsədə uyğunluğunu əsaslandırmağa çalışırlar, lakin CM-nin 58.1-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından heç bir əsaslandırma aparmırlar. Hazırki iş üzrə kassasiya qaydasında mübahisələndirilən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegimyasının 10 dekabr 2021-ci il tarixli qərarından da görünür ki, apellyasiya instansiyası məhkəməsi də Məhkum təyin edilmiş cəzanı ağırlaşdırarkən eyni çatışmazlığa yol vermiş və öz qənaətini kifayət qədər inandırıcı şəkildə əsaslandırmamışdır. Məhkəmə kollegiyası isə hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və qanuni hesab edilə bilər ki, bununla bağlı nəticə yuxa rıda göstərilən qaydada, yəni CM-nin 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı y üngülləşdirən hal qismində nəzərə alına bilər. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin mü əyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılm ası üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkarın barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləs inin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyə n edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzaslarından görünür ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, tə qsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və y a digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CMnin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkum barəsində seçilmiş cəza tədbirinin açıq-aşkar ağır olması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, onun törətdiyi cinayət əməlinə görə təqsirli bilindiyi CM-nin 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkum barəsindəki apellyasiya instansiya məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərarından görünür ki, həmin məhkəmə Məhkum barəsində birinci instansiya məhkəməsi tətəfindən məhkuma törətdiyi cinayətə görə müəyyən edilmiş cazadan daha yüngül cəz anı (CM-nin 62-ci maddəsi) təyin edilməklə səhvə yol verildiyini hesab etmiş və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən cinayət qanunvericiliyinin normalarını pozulduğunun əsas götürərək Məhkum təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının (10 dekabr 2021-ci il tarixli qərarın nəticəvi hissəsində məhkəmə diqqətsizliyə yol verərək bu cəzanı azadlığın məhdudlaşdırılması cəzası kimi göstərmişdir) 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi haqqında qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi bu qərarı qəbul edərkən həm işin bir sıra müəyyən edilmiş faktiki hallarını, həm də milli və beynəlxalq qanunvericiliyin tələblərini, habelə Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsi Plenumunun yuxarıda göstərilən Qərarlarında əksini tapmış hüquqi mövqeyi və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini kifayət qədər nəzərə almamış və faktiki olaraq ona təqsirli bilindiyi maddə əsasında mümkün olan ən yuxarı həddə cəza təyin etmişdir. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, xx xxxxxx 2004-cü il tarixdə anadan olmuş Məhkum həm cinayət törədərkən, həm də hazırki cinayət işi üzrə barəsində müvafiq yekun məhkəmə aktları qəbul edilərkən yetkinlik yaşına çatmamışdır. CM-nin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur (göstərilən məsələni eyni cür həll edən CPM-nin 428.2-ci mddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür), CM-nin 85.5-ci maddəsinin tələbinə görə isə, azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi CM-nin 59.1.2-ci maddəsində cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulsa da məhkəmə bu halın müəyyən edilməsini ümumiyyətlə müzakirə etməmiş və onun Məhkum cəzanın təyin edilməsinə təsir edib-etməməsinə münasibət bildirməmiş, digər tərəfdən istər beynəlxalq müqavilələrdə, istərsə də milli qanunvericilikdə nəzərdə tutulmuş tələblərə və tövsiyələrə diqqət yetirməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri bil ir ki, 21 iyul 1992-ci il tarixdə Azərbaycan Respublikası Birləş Millətlər Təşkilatının Baş Məclisinin 44-cü sessiyasında 20 noyabr 1989-cu il tarixdə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyaya qoşularaq uşaq hüquqlarının, o cümlədən cinayət törətməkdə təqsirləndirilən, cinayətin şahidi və qurbanı olmuş uşaqların hüquq və azadlıqlarının təmin edilməsi üçün üzərinə pozitiv öhdəlik götürmüşdür. Həmin Konvensiyanın 40-cı maddəsinə görə, iştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan hər bir uşağın onunla elə bir rəftar hüququnu tanıyırlar ki, belə rəftar uşaqda ləyaqət və mənlik hisslərinin inkişafına kömək edir, uşaqda insan hüquqlarına və başqalarının əsas azadlıqlarına hörmət hissini möhkəmləndirir və bu zam an uşağın yaşını və onun reinteqrasiyasına və cəmiyyətdə faydalı rol oynamasına kömək göstərilməsinin arzu edildiyini nəzərə alır. Göstərilən maddənin 2-ci hissəsində təsbit edilmişdir ki, bu məqsədlə və beynəlxalq sənədlərin müvafiq müddəalarını nəzərə alaraq, iştirakçı dövlətlər təmin edirlər ki: a) edildiyi zaman milli və ya beynəlxalq hüquqla qadağan olunmamış hərəkətə və ya hərəkətsizliyə görə heç bir uşaq cinayət qanunvericiliyi pozmuş hesab edilməsin, onu pozmaqda təqsirləndirilməsin və təqsirli sayılmasın; b) cinayət qanunvericiliyini pozmuş hesab edilən və ya onu pozmaqda təqsirləndirilən hər bir uşaq ən azı aşağıdakı təminatlara malik olsun: i) onun təqsiri qanuna əsasən sübuta yetirilməyincə təqsirsizlik prezumpsiyası; ii) özünə qarşı irəli sürülən ittihamlar barədə ona dərhal v ə bilavasitə, zərurət olduqda isə, valideynləri və ya qanuni qəyyumları vasitəsilə məlumat verilməsi və öz müdafiəsinə hazırlaşarkən və müdafiəsini həyata keçirərkən hüquqi və digər lazımi yardım göstərilməsi; iii) qanuna uyğun olaraq vəkilin və ya digər müvafiq şəxsin iştirakı ilə məsələyə ədalətlə baxılarkən səlahiyyətli, müstəqil və qərəzsiz orqan və ya məhkəmə orqanı tərəfindən həmin məsələyə dair qərarın təxirə salınmadan və əgər uşağın ən yaxşı mənafeyinə zidd deyilsə, onun yaşı və ya valideynlərinin və ya qanuni qəyyumlarının vəziyyəti də nəzərə alınmaqla çıxarılması; iv) şahid ifadələri verməyə və ya təqsiri boynuna almağa məcbur edilməkdən azad olmaq; ittiham şahidlərinin verdiyi ifadələri ya müstəqil surətdə, ya da digər şəxslərin köməyi ilə öyrənmək və müdafiə şahidlərinin bərab ər hüquqlu iştirakının və ifadələrinin öyrənilməsinin təmin edilməsi; v) əgər hesab edilsə ki, uşaq cinayət qanunvericiliyini pozmuşdur, onda qanuna uyğun olaraq müvafiq qərara və bununla əlaqədar görülmüş hər hansı tədbirlərə səlahiyyətli, müstəqil və qərəzsiz yuxarı orqan və ya məhkəmə orqanı tərəfindən təkrar baxılması; vi) əgər uşaq istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin pulsuz köməyi; vii) araşdırmanın bütün mərhələlərində uşağın şəxsi həyatına tam hörmət edilməsi. Azərbaycan Respublikasının 28 iyul 1993-cü il tarixdə qoşulduğu BMT-nin Baş Məclisi tərəfindən 1985-ci il noyabrın 29-da qəbul olunmuş “Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydalarını nın (Pekin qaydaları)” 16.1-ci bəndində deyilir ki, xırda qanun pozuntusu istisna olmaqla, bütün hallarda səlahiyyətli hakimiyyət orqanı hökmdən əvvəl qəti qərar çıxarana qədər səlahiyyətli hakimiyyət orqanının iş üzrə düşünülmüş məhkəmə qərarı çıxarmasına yardım məqsədilə yetkinlik yaşına çatmayanın yaşadığı mühit və şərait, qanun pozuntusunun baş verdiyi şərait diqqətlə öyrənilməlidir. CM-nin 86.1-ci maddəsində təsbit edilmişdir ki, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. CM-nin 86.2-ci maddəsinə görə, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yü ngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. CPM-nin 435.4.1-435.4.3-cü maddələrinin tələblərindən görünür ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: - cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; - yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; - yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədi lmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah edilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamı ş şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətin – qəsdən adam öldürmə cinayətinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, onun ilk dəfə məhkum olunmasını, təqsirli bilindiyi cinayəti törədərkən yetkinlik yaşına çatmamasını, yəni CM-nin 59.1.2-ci maddəsində müəyyən edilmiş cəzanı yüngülləşdirən halı, 15 mart 2020-ci il tarixdə baş vermiş münaqişənin zərərçəkmiş Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlamasını, iş üzrə cəzanı ağırlaşdı ran halların müəyyən edilməməsini nəzərə alıb yuxarıda təsvir edilmiş beynəlxalq və milli qanunvericiliyin tələblərindən, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edərək belə qənaətə gəlir ki, müdafiəçi R.T.Alışovun kassasiya şikayəti qismən təmin edilməklə Məhkum CM-nin 120.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq və kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi R.T.Alışovun və həmin şikayətin təmin edilməməsi haqda ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək kassasiya şikayətinin qismən təmin edilməsini və Məhkum təqsirli bilindiyi CM-nin 120.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini, bu əsasla da on un barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 dekabr 2021ci il tarixli qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilməsini məqsədə müvafiq hesab edir. Şərh oluanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Müdafiəçi Alışov Rafiq Talış oğlunun kasassiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 dekabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təyin e dilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 09 (doqquz) ilədək endirilsin. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-854/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-854/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver