Məhkəmə qərarları › İş №1(102)-854/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-854/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-854/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Əsgərov Elxan Yusif oğlunun iştirakları ilə xx xxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumun müdafiəçisi, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Əsgərov Elxan Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: M.M.Ağalarov (sədrlik edən), R.V.Salmanov və S.H.Hacıyev) Məhkum – Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsiri bilinib 6 (altı) il müdd ətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına Abşeron Rayon Məhkəməsinin 5 may 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 (iki) il 1 (bir) ay 6 (altı) gün hissəsi qismən birləşdirməklə Məhkum qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2021-ci il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya M əhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), R.M.Abdulov və C.V.Hüseyn) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 11 avqust 2021-ci il tarixdə saat 7 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə bir ədəd bükümdə olmaqla təmiz çəkisi 4,617 qram olan qəhvəyi rəngli yumşaq konsistensiyalı maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin əldə edib sonradan ayrı-ayrı şəxslərə satıb gəlir əldə etmək məqsədilə üs tündə saxlamaqla daşımış, 11 avqust 2021-ci il tarixdə saat 10:40-da ünvan 2 ünvanın yaxınlığında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, RPİ-nin inzibati binasında üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 4,617 qram olan külli miqdarda narkotik vasitə heroin və «200g/0,1g» yazısı həkk olunmuş bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və onun əməlinin CM-in 23 4.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, onun barəsində ibtidai istintaq istintaqın qərəzli aparılmış, ona qarşı irəli sürülmüş ittihamda göstərilənlər həqiqəti əks etdirmir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin təkrar araşdırılması üçün apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, cinayət işinə apelyasiya instansiyası məhkəməsində baxılarkən şikayətin dəlilləri tam yoxlanmamış, ona görə də gəlinən nəticə obyektiv həqiqəti əks etdirmir. Belə ki, Məhk um yaşadığı evin birinci mərtəbəsində ailəsi ilə birlikdə yaşayan qonşunun 11 avqust 2021-ci il tarixdə saat 10 radələrində məhəlləyə bir neçə mülki geyimdə şəxslərin daxil olub Məhkum yaşadığı ikinci mərtəbədən götürüb aparmalarını görməsi, daha sonra Məhkum yaşadığı 175 nömrəli evin yaxınlığında həmin cərgədə təkər düzəltmə sexində çalışan əməkdaşın da Məhkum 11 avqust 2021-ci il tarixdə mülki geyimdə olan şəxslər tərəfindən yaşadığı evin məhəlləsindən küçəyə çıxarılaraq avtomaşına mindirilib aparmalarının şahidi olduğu müəyyən edilmiş, lakin həmin şəxslər məhkəmədə ifadə verməkdən imtina etmişlər, digər qonşu ünvan 3 ünvanda yaşayan X3 11 avqust 2021-ci il tarixdə saat 10 radələrində Məhkum polis əməkdaşları tərəfindən saxlanılıb avtomaşına mindirilib aparılmasını gördüyünü bildirmiş və məhkəmədə bu haqda ifadə verməyə razılıq vermiş, onun şahid qismində dindirilməsinə dair vəsatət qonşuluq münasibətlərini nəzərə alaraq həmin şahidin ifadəsinin qeyri-obyektiv olacağına şübhə ilə yanaşılaraq təmin olunmadığından Məhkum saxlanıldığı şəraitə dair alibisini təsdiq və ya təkzib etmək mümkün olmamışdır. Həmçinin, müdafiə tərəfindən şahid ifadələrinə istinad etmədən saxlama şəraitini daha dəqiq və obyektiv yoxlanılması üçün müasir texnoloqiyanın imkanlarından istifadə edərək əməliyyatçılar Şahid1 və Şahid2, təqsirləndirilən şəxs Məhkum şəxsi istifadələrində olan telefon aparatlarının anten dairəsinin koordinatlarını müvafiq mobil telefon istifadəçilərinə xidmət göstərən şirkətlər vasitəsi ilə dəqiqliklə 11 avqust 2021-ci il tarixdə saat 09.00-dan 10.40-a kimi bir yerdə mənzil də və ya küçədə olmalarının müəyyən edilməsi üçün vəsatət verilmiş, lakin vəsatət təmin olunmadığından cinayətin obyektiv cəhətinə aid olan məsələnin obyektiv araşdırmasını həyata keçirmək mümkün olmamışdır. İttihamda Məhkum narkotik vasitənin 11 avqust 2021-ci il tarixdə saat 07 radələrində Nəsimi rayon ərazisindən aldığı göstərilmişdir. Məhkum məhkəmə baxışında həmin vaxt evdə olduğunu bildirmişdir. Həmin ziddiyyətin aradan qaldırılması məqsədi ilə Məhkum istifadəsində olan 077 *** ** ** nömrəli telefondan 11 avqust 2021-ci il tarixdə saat 05.00-dan saat 10.40 dəqiqəyə kimi Məhkum istifadəsində olan 077 *** ** ** nömrəli telefonun olduğu yeri müəyyən etmək üçün anten dairəsinin koordinatları haqda məlumat əldə etmək məqsədi ilə "xxxx" Telekom Şirkətinə sorğu göndərilməsinə dair vəsatət v erilmiş, lakin vəsatət təmin olmadığından həmin ziddiyyəti aradan qaldırmaq mümkün olmamışdır. Bundan başqa, polis əməkdaşlarının ifadələrinin təhlili ilə müəyyən olunur ki, onlar tərəfindən əməliyyat-axtarış tədbiri keçirilməmiş, sadəcə olaraq təhqiqatçının və ya sahə müvəkkilin vəzifəsini icra edərək Məhkum saxlayıb üstü yoxlanılmadan polis idarəsinə gətirib təhqiqatçıya təhvil vermişlər. 10 avqust 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarın qanuniliyinin yoxlanılmasına dair verilən vəsatət də məhkəmə tərəfindən təmin olunmamışdır. Müdafiə tərəfi məhkəmənin diqqətinə o halı da çatdırır ki, Məhkum polis idarəsində olduğu 40 dəqiqə ərzində, əgər cibində narkotik vasitə olmuşsa, ondan azad olunmasına cəhd etməməsi şübhə doğuran məqamdır. Bu səbəbdə n real şübhələr yaranır ki, Məhkumla bağlı səhnələşdirmə aparılmış və əvvəlcədən sənədlər hazırlanmış, nəticə müəyyən edilmiş, yəni iki variantda plan qurulmuşdur. Birinci variant Məhkum evinə daxil olub axtarış keçirtmək və narkotik vasitələrin satıcısını təsdiq edən sübutlar aşkar edildikdə evində həmin faktı rəsmiləşdirmək, ikinci variantda evindən narkotik vasitə aşkar edilmədikdə polis idarəsinə aparmaq və psixoloji təzyiqlərlə təqdim etdikləri narkotik vasitəni boynuna aldırmaq. İşin faktiki hallarından görünür ki, polis əməkdaşları Məhkum evində axtarış aparıb istənilən nəticə əldə etmədikləri səbəbdən ikinci variantı tətbiq edərək onu polis idarəsinə aparmışlar. Bunu Məhkum, anası X məhkəmədə ifadə verərkən göstərmişlər. Digər sübutlarla da dolayısı olaraq həmin şübhələr təsdiq olu nmuşdur. Belə ki, əməliyyat tədbirini həyata keçirən polis əməkdaşları Məhkum nəzarətdə saxlanılaraq onun narkotik vasitəni satarkən saxlanılması tapşırığını icra etmədən sadəcə olaraq guya yaşadığı evinin yaxınlığında küçədə olarkən saxlanılıb polis idarəsinə aparmalarını göstərmişlər. Polis idarəsinə aparılan anda Məhkum üstü yoxlanılmamış, təhqiqatçı Məhkum cibində nə olduğunu bilmədiyi halda və onun narkotik vasitənin satıcısı olmasına dair əməliyyatçılar tərəfindən hər-hansı sübut təqdim olunmadığı halda Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tanınması haqda qərar qəbul etmişdir. Daha sonra, təhqiqatçı Şahid3 özü də Məhkum üstünü yoxlamadan, cibində nə olduğunu bilmədən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübh əli şəxs qismində tutmuşdur. Yalnız bu istintaq hərəkətindən yarım saat keçdikdən sonra Məhkum üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirildikdə “ehtimal” etdiyi külli miqdarda narkotik cibindən çıxmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin və əlavənin təmin edilməsi barədə müdafiəçi E.Əsgərovun, kassasiya şikayətinin və əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu ma ddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməm əsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə təqsirləndirilən şəxsin özünün cinayət işinin ibtidai araşdırması dövründə verdiyi qismən etirafedici ifadələrinə, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş şikayətdə ona istinad edilən cinayət əməlinə düzgün hüquqi qiymət verilmədiyi mübahisə edilir, cinayət əməlini n Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi xahiş olunur, eyni zamanda ibtidai araşdırmanın qərəzli aparıldığı qeyd olunmaqla üzərində heç bir narkotik vasitənin olmadığı qeyd olunur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə aşağı instansiya məhkəmələri tərəfindən obyektiv araşdırma aparılmadığı qeyd olunur və cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunması xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə görə: “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.3. külli miqdarda törədildikdəbeş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin a zadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ ver ilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Şikayətdə və əlavədə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbləri nə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, məhkum edilmiş şəxsin ibtidai istintaqda verdiyi qismən etiraf edici ifadələri, məhkəmə istintaqı zamanı keçirilmiş dindirmələr, baxış və götürmə və digər istintaq hərəkətlərinin protokolları, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini on ların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabat an müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, qeyd edir ki, Məhkum qeyd edilən cinayət əməlinin törətməsi özünün qismən etirafedici ifadələri ilə yanaşı, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, diskə baxış keçirilməsi haqqında 1 sentyabr 2021-ci il tarixli protokolu, məhkəmə-kimyəvi ekspertizasının 11 avqust 2021-ci tarixli 6/3425 saylı rəyi, məhkəmə kompüter-texniki ekspertizasının 3 noyabr 2021-ci il tarixli 5/1155 saylı rəyi, məhkəmənarkoloji ekspertizasının 1 dekabr 2021-ci il tarixli 4806 saylı rəyi, 4 noyabr 2021-ci il tarixli rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların əks olunduğu CD-R modelli diskə baxış keçirilməsi haqqında protokolu, 13 noyabr 202 1-ci il tarixli rabitə «Whatsapp» proqramı vasitəsilə ötürülən ismarıclara dair məlumatların əks olunduğu DVD-R modelli diskə baxış keçirilməsi haqqında protokolu, habelə iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliy yətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunv ericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Məhkəmə kollegiyası kassasiya şikayətində və əlavədə əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz döv riyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarında göstərilən tövsiyələrə tam uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq aşağı instansiya məhkəməsi tərəfindən Məhkum törətmiş olduğu cinayət əməlini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin və əlavənin təqsirləndirilən şəxs Məhkum törətmiş olduğu cinayət əməlinin CM-in 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1ci maddəsinə tövsif edilməsi barə də kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclaslarında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair məhkum tərəfindən verilmiş kassasiya şikayətinin və məhkumun müdafiəçisi tə rəfindən verilmiş kassasiya şikayətinə əlavənin tələbləri təmin edilə bilməz. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı is tər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin və əlavənin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət və şikayətə əlavə təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumun müdafiə çisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar