Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-855/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum1 və onun müdafiəçiləri Kərimov Anar Əbdüləli oğlunun və İsrafilov Vasif İmaməddin oğlunun iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə, məhkumlar Məhkum1, Məhkum2, Məhkum1 müdafiəçiləri Kərimov Anar Əbdüləli oğlu, İsrafilov Vasif İmaməddin oğlu və zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin direktoru X10 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarix li hökmü ilə (sədrlik edən hakim Səfərov Hüseyn Akif oğlu) Məhkum1, xx xxxxxx 1959-cu il tarixdə İmişli rayonunun Cəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas cinayətlərin məcmusu üzrə qəti olaraq əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 313-cü maddəsi ilə isə CMnin 75-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə cəza təyin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək ona CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 08 (səkkiz) ilədək, CMnin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzanın müddəti 09 (doqquz) ilələk endirilmiş, bundan əvvəl məhkum olunmamış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, və Məhkum2, xx xxxxx 1964-cü il tarixdə İmişli rayonunun Cəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli h ökmü ilə CM-nin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas cinayətlərin məcmusu üzrə qəti olaraq əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 313-cü maddəsi ilə isə CM-nin 75-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə cəza təyin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək ona CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etm ə cəzasının müddəti 08 (səkkiz) ilədək, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzanın müddəti 09 (doqquz) ilələk endirilmiş, bundan əvvəl məhkum olunmamış, bundan əvvəl məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hər birisi CM-nin 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək: • Məhkum1 – CM-nin 308.2-ci maddəsi ilə 02 (iki) müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 313-cü maddəsi ilə CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respub likası Cinayət-Prosesual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 44.2.1-ci maddəsinə müvafiq olaraq onu həmin maddə ilə cəza təyin edilməmiş, CM-nin 66.5-ci maddəsinə əsasən isə ona Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2021-ci il tarixli qərarı ilə qəti olaraq təyin olunmuş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan cəzalarla qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə, ona əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 il ( on bir il) müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur; • Məhkum2 – CM-nin 308.2-ci maddəsi ilə 02 (iki) müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 313-cü maddəsi ilə CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 44.2.1-ci maddəsinə müvafiq olaraq onu həmin maddə ilə cəza təyin edilməmiş, CM-nin 66.5-ci maddəsinə əsasən isə ona Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2021-ci il tarixli qərarı ilə qəti olaraq təyin olunmuş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və mad di məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan cəzalarla qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə, ona əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 il (on bir il) müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. • İşin halları: • Məhkəmənin hökmünə əsasən, Məhkum1 vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərin məzmununa tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək fiziki şəxslərin və hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. • Belə ki, o, ləğv edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində xx.xx.2005-ci il tarixli 0105-P107-***** saylı qeydiyyat şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınmış, xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN verilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi kimi həmin Cəmiyyətin Nizamnaməsinə (xx.xx.2008-ci il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli dəyişikliklərlə) əsasən, həmin Nizamnaməni və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək, Cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən, direktorun və baş mühasibin təyin edilməsi və geri çağrılması, Cəmiyyətin icra orqanlarının səlahiyyətlərinin kənar idarəçiyə verilməsi, Cəmiyyətin illik hesabatlarının və mühasibat balanslarının təsdiq edilməsi, mənfəətin və zərərin bölüşdürülməsi, Cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul edilməsi, Cəmiyyətin təftiş komissiyasının (müfəttişin) seçilməsi, üçüncü şəxsin (şəxslərin) təsisçiliyə qəbul edilməsi, nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyər inin təsdiq edilməsi, Cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərinin müəyyən olunması, onların yerinə yetirilməsinə dair plan və hesabatların təsdiq edilməsi, onun filial və nümayəndəlikləri də daxil olmaqla Cəmiyyətin fəaliyyətinin illik nəticələrinin, auditor rəy və hesabatlarının təsdiq olunması, zərərin ödənilməsi qaydasının müəyyən edilməsi, tabe müəssisələrin, filialların və nümayəndəliklərin yaradılması, yenidən təşkil və ləğv olunması, təsisçilər tərəfindən əlavə haqların keçirilməsinin qayda, forma və ölçülərinin müəyyən olunması, bank kredit və ya digər kreditlər götürülməsinə dair qərarların verilməsi və digər təşkilatisərəncamverici funksiyaları yerinə yetirən başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələn ə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs kimi 17 iyun 2008 - 4 iyun 2015-ci il tarixlərində eyni səlahiyyətlərə malik digər təsisçi, eləcə də, Cəmiyyətin Ümumi Yığıncağının 6 iyun 2008-ci il tarixli qərarı ilə direktor vəzifəsinə təyin olunmuş və cəmiyyətin fəaliyyətinə cari rəhbərlik edən icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olmaqla Cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərən, Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərə münasibətdə, o cümlədən, məhkəmədə cəmiyyəti təmsil etmək, Ümumi Yığıncağın təsdiqinə verilən sənədləri hazırlamaq, cəmiyyətin adından əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq, cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsi haqqında əmrlər vermək, qanunvericiliklə və Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağın, müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirmək kimi təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs olan qohumu Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək 2015-2018-ci illər ərzində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə borc pullar alıb, Cəmiyyət tərəfindən ünvan 4 ünvan (Mir Cəlal küçəsi, ev 326) xx.xx.2017-ci il t arixdən inşasına başlanmış, 3 girişli, 20 mərtəbəli 160 mənzildən, ümumilikdə 21860 kv.m yaşayış və qeyri-yaşayış sahəsindən ibarət A bloklu və 21 mərtəbəli 147 mənzildən, ümumilikdə 23140 kv.m yaşayış və qeyri-yaşayış sahəsindən ibarət B bloklu, həmçinin layihədə 1367 kv.m ölçülü texniki-yardımçı sahə olan C bloklu binadan, bir çox hallarda binanın inşasına başlanmamışdan əvvəl, həmin şəxslərin adlarına yaşayış və qeyri-yaşayış sahələrini satmaq məqsədi olmadan formal olaraq rəsmiləşdirməklə həmin sahələrin satılması görüntüsü yaratmaqla Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində rəsmi sənəd olan müqavilə və maliyyə arayışlarının, eləcə də, şəxsi vərəqələrin məzmununa mənzil və qeyri-yaşayış sahələrinin alıcılara qanuni əsaslarla satılması barədə tamah və şəxsi niyyətlə bilə- bilə yalan məlumatları şəxsən və Məhkum2 vasitəsilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində daxil edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatını vahid kompyuter bazasında qeydə almadan Cəmiyyətin dairəvi möhürü ilə təsdiq edib vəzifə saxtakarlığı etməklə, • o cümlədən, 2014-cü il dekabr ayının əvvəllərində Məhkum2 ilə birlikdə tanışı Şahid2 3.383.120 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xəzinəsinə mədaxil etmədən, Şahid2 həmin borcu qaytarmayacağı təqdirdə "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin hələ inşasına başlanılmamış binadan onun adına borcu dəyərində qeyri-yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvan 6 ünvanında yerləşən ofisində ta mah və şəxsi niyyətlə özünün təsisçisi, Məhkum2 isə təsisçisi və eyni zamanda direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin, hələ inşasına başlanılmamış binanın 2-ci blokunun 2-ci mərtəbəsində 461,34 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin 1.845.360 manata, 3-cü blokunun 1-ci mərtəbəsində 384,44 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin 1.537.760 manata 2 dekabr 2014cü il tarixdə Şahid2 satılması görüntüsü yaratmaq məqsədi ilə Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqaviləni və həmin qeyri-yaşayış sahələrinin dəyərinin ödənilməsinə dair “şəxsi vərəqə”ni hazırlayıb həmin sənədlərin mətnində olan “direktor:Məhkum2” yazılarının qarşısında Məhkum2 tərəfindən imzalanıb üzəri ndə "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri Şahid2 təqdim etməklə, • həmçinin, eyni niyyətlə, 2015-ci ilin aprel ayının əvvəllərində Məhkum2 ilə birlikdə tanışı Şahid3 2.928.920 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" MMC-nin xəzinəsinə mədaxil etmədən, Şahid3 həmin borcu qaytarmayacağı təqdirdə "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin hələ inşasına başlanılmamış binadan onun adına borcu dəyərində yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində tamah və şəxsi niyyətlə özünün təsisçisi, Məhkum2 isə təsisçisi və e yni zamanda direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin, hələ inşasına başlanılmamış binanın A bloku 3-cü mərtəbəsinin 1.464.460 manata, A blokunun 14-cü mərtəbəsinin 1.464.460 manata 10 və 11 aprel 2015-ci il tarixlərdə Şahid3 satılması görüntüsü yaratmaq məqsədi ilə Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqavilələri və həmin yaşayış sahələrinin dəyərinin ödənilməsinə dair “şəxsi vərəqə”ləri hazırlayıb həmin sənədlərin mətnində olan “direktor:Məhkum2” yazılarının qarşısında Məhkum2 tərəfindən imzalanıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatının vahid kompyut er bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri Şahid3 təqdim etməklə, • həmçinin, eyni niyyətlə, 2015-ci ilin sentyabr ayının əvvəllərində Məhkum2 ilə birlikdə tanışı Şahid5 1.163.760 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" MMC-nin xəzinəsinə mədaxil etmədən, Şahid5 həmin borcu qaytarmayacağı təqdirdə "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin hələ inşasına başlanılmamış binadan onun adına borcu dəyərində yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvan 6 ünvanında yerləşən ofisində tamah və şəxsi niyyətlə özünün təsisçisi, Məhkum2 isə direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin, hələ inşasına başlanılmamış binanın B blokunun 9-cu mərtəbəsində yerləşən 186,9 kv.m sahəsi olan 211 nömrəli, həmin blokun 18-ci mərtəbəsində yerləşməklə 186,9 kv.m sahəsi olan 274 nömrəli mənzillərin 448.560 manata, A blokunun 5-ci mərtəbəsində yerləşməklə 149 kv.m sahəsi olan 15 nömrəli, 6-cı mərtəbəsində yerləşməklə 149.kv.m sahəsi olan 19 nömrəli, 12-ci mərtəbəsində yerləşməklə 149 kv.m sahəsi olan 43 nömrəli və 14-cü mərtəbəsində yerləşməklə 149 kv.m sahəsi olan 47 nömrəli mənzillərin 715.200 manata 2 sentyabr 2015-ci il tarixdə Şahid5 satılması görüntüsü yaratmaq məqsədi ilə Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqavilələri və həmin yaşayış sahələrinin dəyərinin ödənilməsinə dair həmin tarixli 09/01 və 09/02 nömrəli maliyyə arayışlarını, eləcə də müqavilələrə 1 nömrəli əlavələri hazırl ayıb həmin sənədlərin mətnində olan “direktor:Məhkum2” yazılarının qarşısında Məhkum2 tərəfindən imzalanıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri Şahid5 təqdim etməklə, • həmçinin, eyni niyyətlə, 2016-cı ilin iyul ayının ortalarında Məhkum2 ilə birlikdə tanışı Şahid6 2.872.020 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" MMC-nin xəzinəsinə mədaxil etmədən, Şahid6 həmin borcu qaytarmayacağı təqdirdə "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin hələ inşasına başlanılmamış binadan onun adına borcu dəyərində qeyri-yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində tamah və şəxsi niyyətlə özünün təsisçisi, Məhkum2 isə direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin, hələ inşasına başlanılmamış binanın 1 və 2-ci mərtəbələrində yerləşən 2.872,02 kv.m ölçülü qeyri-yaşayış sahəsinin 2.872.020 manata 18 iyul 2016-cı il tarixdə Şahid6 satılması görüntüsü yaratmaq məqsədi ilə Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqaviləni və həmin qeyri-yaşayış sahələrinin dəyərinin ödənilməsinə dair həmin tarixli 07/01 nömrəli maliyyə arayışını hazırlayıb həmin sənədlərin mətnində olan “direktor:Məhkum2” yazılarının qarşısında Məhkum2 tərəfindən imzalanıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC- nin dairə vi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri- yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri Şahid6 təqdim etməklə, • həmçinin, eyni niyyətlə, 2016-cı ilin iyul ayının sonlarında Məhkum2 ilə birlikdə tanışı Şahid7 504.850 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" MMC-nin xəzinəsinə mədaxil etmədən, Şahid7 həmin borcu qaytarmayacağı təqdirdə "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin hələ inşasına başlanılmamış binadan onun adına borcu dəyərində yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində tamah və şəxsi niyyətlə özünün təsisçisi, Məhkum2 isə direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin, hələ inşasına başlanılmamış binanın A blokunun 12-ci mərtəbəsində yerləşməklə 61,6 kv.m sahəsi olan 1 otaqlı 122 nömrəli mənzilin 30.800 manata, 18-ci mərtəbəsində yerləşməklə 61,6 kv.m sahəsi olan 1 otaqlı 146 nömrəli mənzilin 30.800 manata, həmin mərtəbədə yerləşməklə 149 kv.m sahəsi olan 3 otaqlı 145 nömrəli mənzilin 74.500 manata, 121,7 kv.m sahəsi olan 4 otaqlı 147 nömrəli mənzilin 60.850 manata, 100,2 kv.m sahəsi olan 148 nömrəli mənzilin 50.100 manata Şahid7 qohumu X6, binanın A blokunun 12-ci mərtəbəsində yerləşməklə 121,7 kv.m sahəsi olan 3 otaqlı 123 nömrəlin 60.850 manata, 13-cü mərtəbəsində yerləşməklə 149 kv.m sahəsi olan 3 otaqlı 125 nömrəli mənzilin 74.500 manata, 14cü mərtəbəsində yerləşməklə 61,6 kv.m sahəsi olan 1 otaqlı 130 nömrəli mənzilin 30. 800 manata, həmin mərtəbədə yerləşməklə 121,7 kv.m sahəsi olan 3 otaqlı 131 nömrəli mənzilin 60.850 manata, 15- ci mərtəbəsində yerləşməklə 61,6 kv.m sahəsi olan 1 otaqlı 134 nömrəli mənzilin isə 30.800 manata Şahid7 qardaşı X11 23 iyul 2016-cı il tarixdə satılması görüntüsü yaratmaq məqsədi ilə Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqavilələri və həmin yaşayış sahələrinin dəyərinin ödənilməsinə dair maliyyə arayışlarını hazırlayıb həmin sənədlərin mətnində olan “direktor:Məhkum2” yazılarının qarşısında Məhkum2 tərəfindən imzalanıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri Şahid7 təqdim etməklə, • həmçinin, eyni niyyətlə, 2018-ci ilin aprel ayının əvvəllərində Məhkum2 ilə birlikdə Şahid7 515.440 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" MMC-nin xəzinəsinə mədaxil etmədən, Şahid7 həmin borcu qaytarmayacağı təqdirdə qeyd olunan binadan onun adına borcu dəyərində yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində tamah və şəxsi niyyətlə binanın A blokunun 9-cu mərtəbəsində yerləşməklə 97 kv.m sahəsi olan 2 otaqlı 31 nömrəli mənzilin 77.600 manata, 13-cü mərtəbəsində yerləşməklə 99,6 kv.m sahəsi olan 2 otaqlı 34 (46) nömrəli mənzilin 79.680 manata, 10-cu mərtəbədə yerləşməklə 100,2 kv.m sahəsi olan 2 otaqlı 116 nömrəli mənzilin 80.160 manata Şahi d7 qohumu X6, binanın A blokunun 8-ci mərtəbəsində yerləşməklə 99,6 kv.m sahəsi olan 2 otaqlı 26 nömrəli mənzilin 79.680 manata, 97 kv.m sahəsi olan 2 otaqlı 27 nömrəli mənzilin 77.600 manata, 10-cu mərtəbəsində yerləşməklə 150,9 kv.m sahəsi olan 3 otaqlı 63 nömrəli mənzilin 120.720 manata Şahid7 qardaşı X11 7 aprel 2018-ci il tarixdə satılması görüntüsü yaratmaq məqsədi ilə Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqavilələri və həmin yaşayış sahələrinin dəyərinin ödənilməsinə dair maliyyə arayışlarını hazırlayıb həmin sənədlərin mətnində olan “direktor:Məhkum2” yazılarının qarşısında Məhkum2 tərəfindən imzalanıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satıl mış yaşayış və qeyri- yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri Şahid7 təqdim etməklə, • həmçinin, eyni niyyətlə, 2018-ci ilin iyul ayının əvvəllərində Məhkum2 ilə birlikdə Şahid2 350.700 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xəzinəsinə mədaxil etmədən, Şahid2 həmin borcu qaytarmayacağı təqdirdə qeyd olunan binadan onun adına borcu dəyərində yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində binanın B blokunun 17-ci mərtəbəsində yerləşməklə sahəsi 150,9 kv.m olan 3 otaqlı 112 nömrəli mənzilin 150.900 manata, A blokunun I giriş, 17-ci mərtəbəsində yerləşməklə sahəsi 99,6 kv.m olan 2 otaqlı 62 nömrəli mənzilin 99.600 mana ta, A blokunun II giriş, 17-ci mərtəbəsində yerləşməklə 100,2 kv.m sahəsi olan 2 otaqlı 144 nömrəli mənzilin 100.200 manata 5 iyul 2018-ci il tarixdə Şahid2 satılması görüntüsü yaratmaq məqsədi ilə Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqavilələri, müqavilələrə 1 nömrəli əlavələri və mənzillərin dəyərinin ödənilməsinə dair eyni tarixli olan “direktor:Məhkum2” yazılarının qarşısında Məhkum2 tərəfindən imzalanıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri Şahid2 təqdim etməklə, • həmçinin, eyni niyyətlə, 2018-ci ilin iyul ayının əvvə llərində Məhkum2 ilə birlikdə Şahid7 265.760 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" MMC-nin xəzinəsinə mədaxil etmədən, Şahid7 həmin borcu qaytarmayacağı təqdirdə qeyd olunan binadan onun adına borcu dəyərində yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində binanın A bloku 17-ci mərtəbəsində yerləşməklə hər biri 149 kv.m 3 otaqlı olmaqla 64 və 141 nömrəli mənzillərin hər birini 119.200 manata Şahid7 qohumu X6, həmin blokda eyni mərtəbədə yerləşməklə sahəsi 121,7 kv.m olan 143 nömrəli 3 otaqlı mənzilin 97.360 manata, sahəsi 61,6 kv.m olan 1 otaqlı 142 nömrəli mənzilin isə 49.200 manata Şahid7 qardaşı X11 3 iyul 2018-ci il tarixdə satılması görüntüsü yaratmaq məqsədi ilə Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqavilələri və həmin yaşayış sahələrinin dəyərinin ödənilməsinə dair maliyyə arayışlarını hazırlayıb həmin sənədlərin mətnində olan “direktor:Məhkum2” yazılarının qarşısında Məhkum2 tərəfindən imzalanıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri Şahid7 təqdim etməklə, • həmçinin, eyni niyyətlə, 2018-ci ilin iyul ayının əvvəllərində Məhkum2 ilə birlikdə tanışı Şahid4 352.600 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" MMC-nin xəzinəsinə mədaxil etmədən, Şahid4 həmin borcu qaytarmayacağı təqdirdə "xxxx" MMC tərəf indən ünvan 5 ünvanında inşası nəzərdə tutulan binadan onun adına borcu dəyərində yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində tamah və şəxsi niyyətlə özünün təsisçisi, Məhkum2 isə direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan binanın B blokunun 17-ci mərtəbəsində yerləşməklə sahəsi 186,9 kv.m olan 4 otaqlı 111 nömrəli mənzilin 186.900 manata, A blokunun 17-ci mərtəbəsində yerləşməklə sahəsi 97,0 kv.m olan 2 otaqlı 63 nömrəli mənzilin 97.000 manata, B blokunun 17-ci mərtəbəsində yerləşməklə 68,7 kv.m sahəsi olan 1 otaqlı 109 nömrəli mənzilin 68.700 manata 5 iyul 2018-ci il tarixdə Şahid4 satılması görüntüsü yaratmaq məqsədi ilə Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə y alan məlumatlar daxil etməklə eyni tarixli müqavilələri, müqavilələrə 1 nömrəli əlavələri və mənzillərin dəyərinin ödənilməsinə dair eyni tarixli 01/07, 02/07, 06/07 nömrəli maliyyə arayışlarını hazırlayıb həmin sənədlərin mətnində olan “direktor:Məhkum2” yazılarının qarşısında Məhkum2 tərəfindən imzalanıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri Şahid4 təqdim etməklə, • həmçinin, eyni niyyətlə, 2018-ci ilin oktyabr ayının sonlarında Məhkum2 ilə birlikdə Şahid4 301.800 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" MMC-nin xəzinəsinə mədaxil etmədən, Şahid4 həmin borcu qaytarmayacağı təqdi rdə qeyd olunan binadan onun adına borcu dəyərində yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində tamah və şəxsi niyyətlə binanın B blokunun 5-ci mərtəbəsində yerləşməklə sahəsi 150,9 kv.m olan 3 otaqlı 28 nömrəli mənzilin 150.900 manata, həmin blokun 6-cı mərtəbəsində yerləşməklə sahəsi 150,9 kv.m olan 3 otaqlı 35 nömrəli mənzilin 150.900 manata 1 noyabr 2018-ci il tarixdə Şahid4 satılması görüntüsü yaratmaq məqsədi ilə Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqavilələri, müqavilələrə 1 nömrəli əlavələri və mənzillərin dəyərinin ödənilməsinə dair eyni tarixli, 01/11 və 02/11 nömrəli maliyyə arayışlarını hazırlayıb həmin sənədlərin mətnində olan “direktor:Mə hkum2” yazılarının qarşısında Məhkum2 tərəfindən imzalanıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri- yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri Şahid4 təqdim etməklə, • həmçinin, eyni niyyətlə, 2018-ci ilin oktyabr ayının ortalarında Məhkum2 ilə birlikdə tanışı X5 865.040 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" MMC-nin xəzinəsinə mədaxil etmədən, X5a həmin borcu qaytarmayacağı təqdirdə "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan binadan onun adına borcu dəyərində yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində tamah və şəxsi niyyətlə özünün təsisçisi, Məhk um2 isə direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan binanın B blokunun 13-cü mərtəbəsində yerləşməklə 110,8 kv.m sahəsi olan 2 otaqlı 82 nömrəli mənzilin 121.880 manata, 186,9 kv.m sahəsi olan 4 otaqlı 83 nömrəli mənzilin 205.590 manata, 150,9 kv.m sahəsi olan 3 otaqlı 84 nömrəli mənzilin 165.990 manata, həmin blokda 14-cü mərtəbədə yerləşməklə 186,9 kv.m sahəsi olan 4 otaqlı 90 nömrəli mənzilin 205.590 manata, 150,9 kv.m sahəsi olan 3 otaqlı 91 nömrəli mənzilin 165.990 manata 17 oktyabr 2018-ci il tarixdə X5a satılması görüntüsü yaratmaq məqsədi ilə Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqavilələri, müqavilələrə 1 nömrəli əlavələri və mənzillərin dəyərinin ödənilməsinə dai r eyni tarixli 10/06 nömrəli maliyyə arayışlarını hazırlayıb həmin sənədlərin mətnində olan “direktor:Məhkum2” yazılarının qarşısında şəxsən imzalayıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri X5a təqdim etməklə, Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə vəzifə saxtakarlığı törətmiş, həmin əməlləri ilə "xxxx" MMC-nin təsərrüfat fəaliyyəti və işgüzar nüfuzu ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. • Bundan başqa, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi qismində qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, Cəmiyyətin Ümumi Yığıncağının 6 iyun 2008-ci il tarixli qərarı ilə direktor vəzifəsinə təyin olunmuş vəzifəli şəxs olan qohumu Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək MMC tərəfindən ünvaan 6 ünvanında inşa olunan binanın A və B bloklarının 3- cü və 14-cü mərtəbələri, yəni mərtəbədə yerləşən bütün mənzillər üzrə Şahid3 adına xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli saxta müqavilələri Cəmiyyətin ünvan 6 ünvanında yerləşən ofisində tərtib etməklə t əsdiq etmələrinə baxmayaraq, qeyd olunan müqavilələri qanunvericiliyin tələbinə uyğun olaraq ləğv etmədən, Məhkum2lə birlikdə binanın 3cü mərtəbəsində yerləşən 100,2 kv.metr sahəsi olan 88 saylı mənzili 7 may 2018-ci il tarixdə Zərərçəkmiş şəxs3, həmin mərtəbədə yerləşən 121,7 kv.metr sahəsi olan 3 otaqlı 87 saylı mənzili 3 mart 2016-cı il tarixdə Zərərçəkmiş şəxs1, binanın 14-cü mərtəbəsində yerləşən 60,7 kv.metr sahəsi olan 1 otaqlı 51 saylı və 97 kv.metr sahəsi olan 2 otaqlı 49 saylı mənzilləri 25 dekabr 2018-ci tarixdə Zərərçəkmiş şəxs6 sataraq sonuncuların adlarına qanuni şəkildə rəsmiləşdirilməsinə dair müvafiq müqavilələr tərtib etməklə, eləcə də, binanın 14-cü mərtəbəsində yerləşən 78,4 kv.metr sahəsi olan 85 saylı mənzili 20 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 sataraq sonunc unun tanışı Şahid1 adına qanuni şəkildə rəsmiləşdirilməsinə dair müqavilə tərtib etməklə, habelə, binanın 3-cü mərtəbəsində yerləşən 61,6 kv.metr ölçülü 1 otaqlı 86 saylı mənzilin 7 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs4, binanın 14-cü mərtəbəsində yerləşən 99,6 kv.metr sahəsi olan 2 otaqlı 50 saylı mənzilin 19 yanvar 2019-cu il tarixdə X3 satılmaqla adlarına qanuni şəkildə rəsmiləşdirilməsi haqqında müqavilələr tərtib etməklə, Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və X2, yəni kütləvi şəkildə zərərçəkmiş şəxslərin öz əmlaklarından sərbəst şəkildə birgəyaşayış qaydalarına uyğun maneəsiz istifadə ilə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələr ə səbəb olan mühüm zərər vurub təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. • Məhkum2 vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərin məzmununa tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək fiziki şəxslərin və hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, ləğv edilmiş Azərbaycan Respublikası Vergilər Nazir liyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində xx.xx.2005-ci il tarixli 0105-P107-42618 saylı qeydiyyat şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınmış, xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN verilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 iyun 2008 - 4 iyun 2015-ci il tarixlərində təsisçisi kimi həmin Cəmiyyətin Nizamnaməsinə (xx.xx.2008-ci il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli dəyişikliklərlə) əsasən, həmin Nizamnaməni və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək, Cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən, direktorun və baş mühasibin təyin edilməsi və geri çağrılması, Cəmiyyətin icra orqanlarının səlah iyyətlərinin kənar idarəçiyə verilməsi, Cəmiyyətin illik hesabatlarının və mühasibat balanslarının təsdiq edilməsi, mənfəətin və zərərin bölüşdürülməsi, Cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul edilməsi, Cəmiyyətin təftiş komissiyasının (müfəttişin) seçilməsi, üçüncü şəxsin (şəxslərin) təsisçiliyə qəbul edilməsi, nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərinin təsdiq edilməsi, Cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərinin müəyyən olunması, onların yerinə yetirilməsinə dair plan və hesabatların təsdiq edilməsi, onun filial və nümayəndəlikləri də daxil olmaqla Cəmiyyətin fəaliyyətinin illik nəticələrinin, auditor rəy və hesabatlarının təsdiq olunması, zərərin ödənilməsi qaydasının müəyyən edilməsi, tabe müəssisələrin, filialların və nümayəndəliklərin yarad ılması, yenidən təşkil və ləğv olunması, təsisçilər tərəfindən əlavə haqların keçirilməsinin qayda, forma və ölçülərinin müəyyən olunması, bank kredit və ya digər kreditlər götürülməsinə dair qərarların verilməsi və digər təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri etmək hüququna malik, eləcə də, Cəmiyyətin Ümumi Yığıncağının 6 iyun 2008-ci il tarixli qərarı ilə direktor vəzifəsinə təyin olunmaqla cəmiyyətin fəaliyyətinə cari rəhbərlik edən icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olmaqla Cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərən, Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərə münasibətdə, o cü mlədən, məhkəmədə cəmiyyəti təmsil etmək, Ümumi Yığıncağın təsdiqinə verilən sənədləri hazırlamaq, cəmiyyətin adından əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq, cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsi haqqında əmrlər vermək, qanunvericiliklə və Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağın, müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirmək kimi təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi, MMC-nin eyni səlahiyyətlərə malik digər təsisçisi olan qohumu Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidm əti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək 2015-2018-ci illər ərzində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə borc pullar alıb, Cəmiyyət tərəfindən ünvan 4 ünvan (Mir Cəlal küçəsi, ev 326) xx.xx.2017-ci il tarixdən inşasına başlanmış, 3 girişli, 20 mərtəbəli 160 mənzildən, ümumilikdə 21860 kv.m yaşayış və qeyri-yaşayış sahəsindən ibarət A bloklu və 21 mərtəbəli 147 mənzildən, ümumilikdə 23140 kv.m yaşayış və qeyriyaşayış sahəsindən ibarət B bloklu, həmçinin layihədə 1367 kv.m ölçülü texnikiyardımçı sahə olan C bloklu binadan, bir çox hallarda binanın inşasına başlanmamışdan əvvəl, həmin şəxslərin adlarına yaşayış və qeyri-yaşayış sahələrini satmaq məqsə di olmadan formal olaraq rəsmiləşdirməklə həmin sahələrin satılması görüntüsü yaratmaqla Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində rəsmi sənəd olan müqavilə və maliyyə arayışlarının, eləcə də, şəxsi vərəqələrin məzmununa mənzil və qeyri- yaşayış sahələrinin alıcılara qanuni əsaslarla satılması barədə tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatları şəxsən və Məhkum1 vasitəsilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində daxil edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatını vahid kompyuter bazasında qeydə almadan Cəmiyyətin dairəvi möhürü ilə təsdiq edib vəzifə saxtakarlığı etməklə, • o cümlədən, 2014-cü il dekabr ayının əvvəllərində Məhkum1 ilə birlikdə tanışı Şahid2 3.383.120 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" M əhdud Məsuliyyətli Cəmiyyətinin xəzinəsinə mədaxil etmədən, Şahid2 həmin borcu qaytarmayacağı təqdirdə "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin hələ inşasına başlanılmamış binadan onun adına borcu dəyərində qeyri-yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində tamah və şəxsi niyyətlə Məhkum1 təsisçisi, özünün isə təsisçisi və eyni zamanda direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin, hələ inşasına başlanılmamış binanın 2-ci blokunun 2-ci mərtəbəsində 461,34 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin 1.845.360 manata, 3- cü blokunun 1-ci mərtəbəsində 384,44 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin 1.537.760 manata 2 dekabr 2014cü il tarixdə Şahid2 satılması görüntüsü yarat maq məqsədi ilə Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqaviləni və həmin qeyri-yaşayış sahələrinin dəyərinin ödənilməsinə dair “şəxsi vərəqə”ni hazırlayıb həmin sənədlərin mətnində olan “direktor:Məhkum2M"xxxx"xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri- yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri Şahid2 təqdim etməklə, • həmçinin, eyni niyyətlə, 2015-ci ilin aprel ayının əvvəllərində Məhkum1 ilə birlikdə tanışı Şahid3 2.928.920 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" MMC-nin xəzinəsinə mədaxil etmədən, Şahid3 həmin borcu qaytarmayacağı təqdirdə "xxxx" MMC t ərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin hələ inşasına başlanılmamış binadan onun adına borcu dəyərində yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində tamah və şəxsi niyyətlə Məhkum1 təsisçisi, özünün isə təsisçisi və eyni zamanda direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin, hələ inşasına başlanılmamış binanın A bloku 3-cü mərtəbəsinin 1.464.460 manata, A blokunun 14-cü mərtəbəsinin 1.464.460 manata 10 və 11 aprel 2015-ci il tarixlərdə Şahid3 satılması görüntüsü yaratmaq məqsədi ilə Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqavilələri və həmin yaşayış sahələrinin dəyərinin ödənilməsinə dair “şəxsi və rəqə’ləri hazırlayıb həmin sənədlərin mətnində olan “direktor:Məhkum2M” yazılarının qarşısında şəxsən imzalayıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri Şahid3 təqdim etməklə, • həmçinin, eyni niyyətlə, 2015-ci ilin sentyabr ayının əvvəllərində Məhkum1 ilə birlikdə tanışı Şahid5 1.163.760 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" MMC-nin xəzinəsinə mədaxil etmədən, Şahid5 həmin borcu qaytarmayacağı təqdirdə "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin hələ inşasına başlanılmamış binadan onun adına borcu dəyərində yaşayış sahəsini verəcəyini bildirib, bundan so nra Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində tamah və şəxsi niyyətlə Məhkum1 təsisçisi, özünün isə direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin, hələ inşasına başlanılmamış binanın B blokunun 9-cu mərtəbəsində yerləşən 186,9 kv.m sahəsi olan 211 nömrəli, həmin blokun 18-ci mərtəbəsində yerləşməklə 186,9 kv.m sahəsi olan 274 nömrəli mənzillərin 448.560 manata, A blokunun 5-ci mərtəbəsində yerləşməklə 149 kv.m sahəsi olan 15 nömrəli, 6-cı mərtəbəsində yerləşməklə 149.kv.m sahəsi olan 19 nömrəli, 12-ci mərtəbəsində yerləşməklə 149 kv.m sahəsi olan 43 nömrəli və 14-cü mərtəbəsində yerləşməklə 149 kv.m sahəsi olan 47 nömrəli mənzillərin 715.200 manata 2 sentyabr 2015-ci il tarixdə Şahid5 satılması görüntüsü yaratmaq məqsədi ilə Məhkum1lə qabaqcad an əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqavilələri və həmin yaşayış sahələrinin dəyərinin ödənilməsinə dair həmin tarixli 09/01 və 09/02 nömrəli maliyyə arayışlarını, eləcə də müqavilələrə 1 nömrəli əlavələri hazırlayıb həmin sənədlərin mətnində olan “direktor:Məhkum2M” yazılarının qarşısında şəxsən imzalayıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri Şahid5 təqdim etməklə, • həmçinin, eyni niyyətlə, 2016-cı ilin iyul ayının ortalarında Məhkum1 ilə birlikdə tanışı Şahid6 2.872.020 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" MM C-nin xəzinəsinə mədaxil etmədən, Şahid6 həmin borcu qaytarmayacağı təqdirdə "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin hələ inşasına başlanılmamış binadan onun adına borcu dəyərində qeyri-yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində tamah və şəxsi niyyətlə Məhkum1 təsisçisi, özünün isə direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin, hələ inşasına başlanılmamış binanın 1 və 2-ci mərtəbələrində yerləşən 287202 kv.m ölçülü qeyri-yaşayış sahəsinin 2.872.020 manata 18 iyul 2016-cı il tarixdə Şahid6 satılması görüntüsü yaratmaq məqsədi ilə Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqaviləni və həmin qeyri-yaşayış sahələrinin dəyərinin ödənilməsinə dair həmin tarixli 07/01 nömrəli maliyyə arayışını hazırlayıb həmin sənədlərin mətnində olan “direktor:Məhkum2” yazılarının qarşısında şəxsən imzalayıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri Şahid6 təqdim etməklə, • həmçinin, eyni niyyətlə, 2016-cı ilin iyul ayının sonlarında Məhkum1 ilə birlikdə tanışı Şahid7 504.850 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" MMC-nin xəzinəsinə mədaxil etmədən, Şahid7 həmin borcu qaytarmayacağı təqdirdə "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin hələ inşasına başlanılmamı ş binadan onun adına borcu dəyərində yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində tamah və şəxsi niyyətlə Məhkum1 təsisçisi, özünün isə direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin, hələ inşasına başlanılmamış binanın A blokunun 12-ci mərtəbəsində yerləşməklə 61,6 kv.m sahəsi olan 1 otaqlı 122 nömrəli mənzilin 30.800 manata, 18-ci mərtəbəsində yerləşməklə 61,6 kv.m sahəsi olan 1 otaqlı 146 nömrəli mənzilin 30.800 manata, həmin mərtəbədə yerləşməklə 149 kv.m sahəsi olan 3 otaqlı 145 nömrəli mənzilin 74.500 manata, 121,7 kv.m sahəsi olan 4 otaqlı 147 nömrəli mənzilin 60.850 manata, 100,2 kv.m sahəsi olan 148 nömrəli mənzilin 50.100 manata Şahid7 qohumu X6, binanın A blokunun 12-ci mərtəbəsində yer ləşməklə 121,7 kv.m sahəsi olan 3 otaqlı 123 nömrəlin 60.850 manata, 13-cü mərtəbəsində yerləşməklə 149 kv.m sahəsi olan 3 otaqlı 125 nömrəli mənzilin 74.500 manata, 14cü mərtəbəsində yerləşməklə 61,6 kv.m sahəsi olan 1 otaqlı 130 nömrəli mənzilin 30.800 manata, həmin mərtəbədə yerləşməklə 121,7 kv.m sahəsi olan 3 otaqlı 131 nömrəli mənzilin 60.850 manata, 15-ci mərtəbəsində yerləşməklə 61,6 kv.m sahəsi olan 1 otaqlı 134 nömrəli mənzilin isə 30.800 manata Şahid7 qardaşı X11 23 iyul 2016-cı il tarixdə satılması görüntüsü yaratmaq məqsədi ilə Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqavilələri və həmin yaşayış sahələrinin dəyərinin ödənilməsinə dair maliyyə arayışlarını hazırlayıb həmin sənədlərin mətnində olan “ direktor:Məhkum2” yazılarının qarşısında şəxsən imzalayıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri Şahid7 təqdim etməklə, • həmçinin, eyni niyyətlə, 2018-ci ilin aprel ayının əvvəllərində Məhkum1 ilə birlikdə Şahid7 515.440 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" MMC-nin xəzinəsinə mədaxil etmədən, Şahid7 həmin borcu qaytarmayacağı təqdirdə qeyd olunan binadan onun adına borcu dəyərində yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində tamah və şəxsi niyyətlə binanın A blokunun 9-cu mərtəbəsində yerləşməklə 97 kv.m sahəsi olan 2 otaql ı 31 nömrəli mənzilin 77.600 manata, 13-cü mərtəbəsində yerləşməklə 99,6 kv.m sahəsi olan 2 otaqlı 34(46) nömrəli mənzilin 79.680 manata, 10-cu mərtəbədə yerləşməklə 100,2 kv.m sahəsi olan 2 otaqlı 116 nömrəli mənzilin 80.160 manata Şahid7 qohumu X6, binanın A blokunun 8-ci mərtəbəsində yerləşməklə 99,6 kv.m sahəsi olan 2 otaqlı 26 nömrəli mənzilin 79.680 manata, 97 kv.m sahəsi olan 2 otaqlı 27 nömrəli mənzilin 77.600 manata, 10-cu mərtəbəsində yerləşməklə 150,9 kv.m sahəsi olan 3 otaqlı 63 nömrəli mənzilin 120.720 manata Şahid7 qardaşı X11 7 aprel 2018-ci il tarixdə satılması görüntüsü yaratmaq məqsədi ilə Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqavilələri və həmin yaşayış sahələrinin dəyərinin ödənilməsinə d air maliyyə arayışlarını hazırlayıb həmin sənədlərin mətnində olan “direktor:Məhkum2” yazılarının qarşısında şəxsən imzalayıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri Şahid7 təqdim etməklə, • həmçinin, eyni niyyətlə, 2018-ci ilin iyul ayının əvvəllərində Məhkum1 ilə birlikdə Şahid7 265.760 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" MMC-nin xəzinəsinə mədaxil etmədən, Şahid7 həmin borcu qaytarmayacağı təqdirdə qeyd olunan binadan onun adına borcu dəyərində yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində binanın A bloku 17-ci mərtəbəsi ndə yerləşməklə hər biri 149 kv.m 3 otaqlı olmaqla 64 və 141 nömrəli mənzillərin hər birini 119.200 manata Şahid7 qohumu X6, həmin blokda eyni mərtəbədə yerləşməklə sahəsi 121,7 kv.m olan 143 nömrəli 3 otaqlı mənzilin 97.360 manata, sahəsi 61,6 kv.m olan 1 otaqlı 142 nömrəli mənzilin isə 49.200 manata Şahid7 qardaşı X11 3 iyul 2018-ci il tarixdə satılması görüntüsü yaratmaq məqsədi ilə Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqavilələri və həmin yaşayış sahələrinin dəyərinin ödənilməsinə dair maliyyə arayışlarını hazırlayıb həmin sənədlərin mətnində olan “direktor:Məhkum2” yazılarının qarşısında şəxsən imzalayıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılm ış yaşayış və qeyriyaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri Şahid7 təqdim etməklə, • həmçinin, eyni niyyətlə, 2018-ci ilin iyul ayının əvvəllərində Məhkum1 ilə birlikdə tanışı Şahid4 352.600 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" MMC-nin xəzinəsinə mədaxil etmədən, Şahid4 həmin borcu qaytarmayacağı təqdirdə "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan binadan onun adına borcu dəyərində yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvan 6 ünvanında yerləşən ofisində tamah və şəxsi niyyətlə Məhkum1 təsisçisi, özünün isə direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan binanın B blokunun 17-ci mərtəbəsində yerləşməklə sahəsi 186,9 kv.m o lan 4 otaqlı 111 nömrəli mənzilin 186.900 manata, A blokunun 17-ci mərtəbəsində yerləşməklə sahəsi 97,0 kv.m olan 2 otaqlı 63 nömrəli mənzilin 97.000 manata, B blokunun 17-ci mərtəbəsində yerləşməklə 68,7 kv.m sahəsi olan 1 otaqlı 109 nömrəli mənzilin 68.700 manata 5 iyul 2018-ci il tarixdə Şahid4 satılması görüntüsü yaratmaq məqsədi ilə Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqavilələri, müqavilələrə 1 nömrəli əlavələri və mənzillərin dəyərinin ödənilməsinə dair eyni tarixli 01/07, 02/07, 06/07 nömrəli maliyyə arayışlarını hazırlayıb həmin sənədlərin mətnində olan “direktor:Məhkum2” yazılarının qarşısında şəxsən imzalayıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə m əxsus satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri Şahid4 təqdim etməklə, • həmçinin, eyni niyyətlə, 2018-ci ilin iyul ayının əvvəllərində Məhkum1 ilə birlikdə Şahid2 350.700 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xəzinəsinə mədaxil etmədən, Şahid2 həmin borcu qaytarmayacağı təqdirdə qeyd olunan binadan onun adına borcu dəyərində yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində binanın B blokunun 17-ci mərtəbəsində yerləşməklə sahəsi 150,9 kv.m olan 3 otaqlı 112 nömrəli mənzilin 150.900 manata, A blokunun İ giriş, 17-ci mərtəbəsində yerləşməklə sahəsi 99,6 kv.m olan 2 otaqlı 62 nömrəli mənzilin 9 9.600 manata, A blokunun İİ giriş, 17-ci mərtəbəsində yerləşməklə 100,2 kv.m sahəsi olan 2 otaqlı 144 nömrəli mənzilin 100.200 manata 5 iyul 2018-ci il tarixdə Şahid2 satılması görüntüsü yaratmaq məqsədi ilə Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqavilələri, müqavilələrə 1 nömrəli əlavələri və mənzillərin dəyərinin ödənilməsinə dair eyni tarixli 03/07, 04/07 və 05/07 nömrəli maliyyə arayışlarını hazırlayıb həmin sənədlərin mətnində olan “direktor:Məhkum2” yazılarının qarşısında şəxsən imzalayıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sən ədləri Şahid2 təqdim etməklə, • həmçinin, eyni niyyətlə, 2018-ci ilin oktyabr ayının sonlarında Məhkum1 ilə birlikdə Şahid4 301.800 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" MMC-nin xəzinəsinə mədaxil etmədən, Şahid4 həmin borcu qaytarmayacağı təqdirdə qeyd olunan binadan onun adına borcu dəyərində yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvan 6 ünvanında yerləşən ofisində tamah və şəxsi niyyətlə binanın B blokunun 5-ci mərtəbəsində yerləşməklə sahəsi 150,9 kv.m olan 3 otaqlı 28 nömrəli mənzilin 150.900 manata, həmin blokun 6-cı mərtəbəsində yerləşməklə sahəsi 150,9 kv.m olan 3 otaqlı 35 nömrəli mənzilin 150.900 manata 1 noyabr 2018-ci il tarixdə Şahid4 satılması görüntüsü yaratmaq məqsədi ilə Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs qi smində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqavilələri, müqavilələrə 1 nömrəli əlavələri və mənzillərin dəyərinin ödənilməsinə dair eyni tarixli, 01/11 və 02/11 nömrəli maliyyə arayışlarını hazırlayıb həmin sənədlərin mətnində olan “direktor:Məhkum2” yazılarının qarşısında şəxsən imzalayıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri Şahid4 təqdim etməklə, • həmçinin, eyni niyyətlə, 2018-ci ilin oktyabr ayının ortalarında Məhkum1 ilə birlikdə tanışı X5 865.040 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" MMC-nin xəzinəsinə mədaxil etmədən, X5a həmin borcu qaytarm ayacağı təqdirdə "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan binadan onun adına borcu dəyərində yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində tamah və şəxsi niyyətlə Məhkum1 təsisçisi, özünün isə direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan binanın B blokunun 13-cü mərtəbəsində yerləşməklə 110,8 kv.m sahəsi olan 2 otaqlı 82 nömrəli mənzilin 121.880 manata, 186,9 kv.m sahəsi olan 4 otaqlı 83 nömrəli mənzilin 205.590 manata, 150,9 kv.m sahəsi olan 3 otaqlı 84 nömrəli mənzilin 165.990 manata, həmin blokda 14-cü mərtəbədə yerləşməklə 186,9 kv.m sahəsi olan 4 otaqlı 90 nömrəli mənzilin 205.590 manata, 150,9 kv.m sahəsi olan 3 otaqlı 91 nömrəli mənzilin 165.990 manata 17 oktyabr 2018-ci il tarixdə X5a satılması görüntüsü yaratmaq məqsədi ilə Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə- bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqavilələri, müqavilələrə 1 nömrəli əlavələri və mənzillərin dəyərinin ödənilməsinə dair eyni tarixli 10/06 nömrəli maliyyə arayışlarını hazırlayıb həmin sənədlərin mətnində olan “direktor:Məhkum2” yazılarının qarşısında Məhkum1 tərəfindən imzalanıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri X5a təqdim etməklə, Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə vəzifə saxtakarlığı törətmiş, həmin əməlləri ilə "xxxx" MMC-n in təsərrüfat fəaliyyəti və işgüzar nüfuzu ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. • Bundan başqa, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, 6 iyun 2008-ci il tarixdən isə direktoru qismində qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, Cəmiyyətin digər təsisçisi olmaqla vəzifəli şəxs olan qohumu Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 558-566- cı məhəllə ünvanında inşa olunan binanın A və B bloklarının 3-cü və 14-cü mərtəbələri, yəni mərtəbədə yerləşən bütün mənzillər üzrə Şahid3 adına xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli saxta müqavilələri Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində tərtib etməklə təsdiq etmələrinə baxmayaraq, qeyd olunan müqavilələri qanunvericiliyin tələbinə uyğun olaraq ləğv etmədən, Məhkum1lə birlikdə binanın 3-cü mərtəbəsində yerləşən 100,2 kv.metr sahəsi olan 88 saylı mənzili 7 may 2018-ci il tarixdə Zərərçəkmiş şəxs3, həmin mərtəbədə yerləşən 121,7 kv.metr sahəsi olan 3 otaqlı 87 saylı mənzili 3 mart 2016cı il tarixdə Zərərçəkmiş şəxs1, binanın 14-cü mərtəbəsində yerləşən 60,7 kv.metr sahəsi olan 1 otaqlı 51 saylı və 97 kv.metr sahəsi olan 2 otaqlı 49 saylı mənzilləri 25 dekabr 2018-ci tarixdə Zərərçəkmiş şəxs6 sataraq sonuncuların adlarına qanuni şəkildə rəsmiləşdirilməsinə dair müvafiq müqavilələr tərtib etməklə, eləcə də, binanın 14-cü mərtəbəsində yerləşən 78,4 kv.metr sahəsi olan 85 saylı mənzili 20 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 sataraq sonuncunun tanışı Şahid1 adına qanuni şəkildə rəsmiləşdirilməsinə dair müqavilə tərtib etməklə, habelə, binanın 3cü mərtəbəsində yerləşən 61,6 kv.metr ölçülü 1 otaqlı 86 saylı mənzilin 7 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs4, binanın 14-cü mərtəbəsində yerləşən 99,6 kv.metr sahəsi olan 2 otaqlı 50 saylı mənzilin 19 yanvar 2019-cu il tarixdə X3 satılmaqla adlarına qanuni şəkildə rəsmiləşdirilməsi haqqında müqavilələr tərtib etməklə, Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs qis mində Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və X2, yəni kütləvi şəkildə zərərçəkmiş şəxslərin öz əmlaklarından sərbəst şəkildə birgəyaşayış qaydalarına uyğun maneəsiz istifadə ilə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurub təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. • Hökmdən Məhkum1 müdafiəçisi A.Ə.Kərimov, Məhkum2 və zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin direktrou X tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Qasımov Faiq Adil oğlundan ibarət tərkibdə) 21 noyabr 2022-ci il tari xli qərarı ilə apellyasiya şikayətləri təmin olunmamış, Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli hökmü isə dəyişdirilərək Məhkum1 və Məhkum2 vəzifə saxtakarlığı ilə bağlı irəli sürülmüş ittihamdan və hökmdən Şahid3, Şahid2 və Şahid4 aid müddəalar xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. • Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Z.A.Ramazanov kassasiya protesti, məhkumlar Məhkum1, Məhkum2, Məhkum1 müdafiəçiləri A.Ə.Kərimov və V.İ.İsrafilov və zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin direktoru X ayrı-ayrılıqda kassasiya şikayətləri verərək aşağıdakıları xahiş etmişlər: • dövlət ittihamçısı Z.A.Ramazanov – qərarın ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsind ə yeni apellyasiya baxışına təyin olunmasını; • Məhkum1 – qərarın ləğv edilməsini və onun barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini; • Məhkum2 – qərarın ləğv edilməsini və onun barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini, yaxud da cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni apellyasiya baxışına təyin olunmasını; • müdafiəçi A.Ə.Kərimov – qərarın ləğv edilməsini və Məhkum1 CM-nin 308.2 və 313-cü maddələri ilə bəraət verilməsini; • müdafiəçi V.İ.İsrafilov – qərarın ləğv edilməsini və Məhkum1 barəsindəki cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini; • zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin direktoru X -qərarın ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni ape llyasiya baxışına təyin olunmasını. • • Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: • Kassasiya protestində CPM-nin bir sıra maddələrinə, iş üzrə müəyyən edildmiş faktiki hallara, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı Z.A.Ramazanov həmin protestini onunla əsaslandırlımşdır ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərar üzrə nəticəyə gələrkən iddiaçılar Şahid2, Şahid4 və Şahid3 "xxxx" MMC-yə qarşı yaşayış sahələrinin onlara təhvil verilməsi tələbinə dair iddialarının təmin edilməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsinə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qətnaməsinə və Azərbaycan Respublkası Ali Məhkəməsinin M ülki Kollegiyasının 04 may 2021-ci il tarixli qərarına istinad etsə də, preyudisiyaya dair CPM-nin 142.2-ci maddəsinin tələblərini düzgün tətbiq etməmiş, qeyd olunan normaya yanlış şərh vermişdir. Belə ki, hazırkı halda mülki iş üzrə məhkəmələrin qətnamələrinin məcburi olduğu hissə yalnız şəxslərin arasında həqiqətən də müqavilənin bağlanmasıdır və bu müqavilələr bağlanılarkən vəzifəli şəxslərin niyyətinə, həmçinin hərəkətlərinin hüquqi qiymətinə hər hansı bir təsiri yoxdur. Həmçinin cinayət işi üzrə CM-nin 313-cü maddəsinin predmetini təşkil edən sənədlərin real vəziyyəti, yəni tərəflər arasında alqı-satqının həyata keçirilməsini əks etdirmədiyinə dair ibtidai istintaq zamanı kifayət qədər sübutlar toplanmış, birinci instansiya məhkəməsinin hökmündə isə təqsirləndirilən şəxslərin əməlləri ndə CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasına dair geniş əsaslandırma aparılmışdır. Dövlət ittihamçısı həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi CPM-nin 142-ci maddəsinin tələblərinə uyğun nəticəyə gəldiyini qeyd etsə də, eyni hüquqi məsələni Şahid6 və Şahid5 münasibətdə tətbiq etməmişdir. Belə ki, Binəqədi rayon məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Şahid6 da iddiası təmin edilərək ünvan 7 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binalarının 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 2.872,02 kv.m. olan qeyri-yaşayış sahəsinin ona verilməsi vəzifəsi "xxxx" Servis MMC-yə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə isə Şahid5 iddia tələbləri təmin edilmiş, ünvan 8 ünvanında inşa edilən binanın 14-cü mərtəbəsində yerləşən 3 otaqlı 47 saylı mənzilin Şahid5 təhvil verilməsi vəzifəsi "xxxx" Servis MMC-yə həvalə olunmuşdur. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin əməllərində 3 şəxsə (Şahid3, Şahid2 və Şahid4) münasibətdə vəzifə saxtakarlığını olmasını inkar etsə də Şahid6 və Şahid5 münasibətdə eyni məsələ üzrə fərqli qərar verərək iş üzrə ziddiyyət yaratmış, beləliklə də hazırkı cinayət işi üzrə gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, məhkəmə cinayət qanunu normalarının tətbiqində kobud səhvə yol vermiş, eyni hallara dair biri-birinə uyğun olmayan nəticələrə gəlmişdir. Şərh olunan dəlillərə əsaslanan dövlət ittihamçısı Z.A.Ramazanov onun kassasiya protestinin tə min edilməsini xahiş edir. Əsasən birinci və apellyasiya instansiyası məhkəmələrin iş üzrə gəldikləri nəticələrə, bu nəticələrin arxasında duran sübutlara, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən və bununla bağlı CPM-nin bəzi maddələrinə əsaslanan Məhkum1 kassasiya şikayətini belə əsaslandırmışdır ki, onun əməlində CM-nin 308.2-ci maddəsind nəzərdə tutulmuş cinayətin əlamətləri yoxdur, toplanmış və araşdırılmış sübutlarla isə ümumiyyətlə cinayət hadisəsinin olmaması müəyyən edilmişdir. Eyni zamanda kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, onun 2014 və 2015-ci illərdə törədilməsinə görə təqsirli bilindiyi epizodlar üzrə cinayət • • məsuliyyətinə cəlb etmə müddətləri keçmiş, lakin iş üzrə heç bir araşdırma aparmamış apellyasiya instansiyası məhkəməsi işin digər halları ilə yanaşı bu hala da qiymət verməmişdir. Əslində o, ittihamda göstərilən şəxslərdən müxtəlif məbləğlərdə pulları borc kimi almamış, onlara inşa edilən evdən yaşayış və qeyriyaşayış sahələrini satmış, bu barədə də həmin şəxslərlə müvafiq müqavilələr bağlanmışdır. Həmin müqavilələrin saxta olmaması isə mülki iş üzrə qəbul edilmiş məhkəmə aktları ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mülki iş üzrə qəbul edilmiş qətnamələrə və qərara istinad edərək onların üçünün saxta olmaması barədə nəticəyə gəlsə də, nəzər almamışdır ki, həmin qətnamə və qərarla daha iki şəxsin – Şahid5 və Şahid6 da iddiaları təmin edilərək onlarla da bağlanmış müqavilələr əsaslı hesab edilmiş və müqavilələrdə göstərilən yaşayış sahələrini n həmin şəxslərə təhvil verilməsi "xxxx" MMC-yə həvalə olunmuşqdur. Kassasiya şikayəti müəllifinin qənaətinə görə, bütün sübutlar onun vəzifədən suiistifadə etməməsinə və vəzifə saxtakarlığı törətməməsinə dəlalət etməsinə baxmayaraq, o, qanunsuz olaraq CM-nin 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Buna görə, o, verdiyi kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı irəli sürülmüş ittihamda göstərilən şəxslərdən pulları "xxxx" MMC-nin təsisçisi Məhkum1 almış və bu pulların müqabilində onlara inşa edilən evdən yaşayış və qeyri yaşayış sahələri satmış, alınmış pulların xərclənməsini o, həyata keçirməmiş, vəzifəsindən sui-istifadə etməyərək Cəmiyətin icraçı direktoru kimi ona təqdim olunmuş müqa vilələri imzalamış, lakin hər hansı cinayətin törədilməsində Məhkum1lə qabaqcadan əlbir olmamışdır. Bunlara baxmayaraq o, Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli hökmündən verdiyi apellyasiya şikayəti iş üzrə heç bir araşdırma aparmayan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2022-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanmış, nəticədə o, əsassız və qanunsuz olaraq məhkum olunmuşdur. Qeyd olunanlara əsaslanaraq Məhkum2 onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Müdafiəçi A.Ə.Kərimov kassasiya şikayətində təqsirsizlik prezumpsiyası və preyudisiyaya dair tələblər təsbit edilmiş CPM-nin müvafiq maddələrinə, işin faktiki hallarına, iş üzrə toplanmış və araşdırılmış bir sıra sübutlara, habelə məhkəmələr tərəfindən həm cinayət i şi, həm də mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək həmin şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə toplanmış və araşdırılmış sübutlarla Məhkum1 əməllərində CM-nin 308.2-ci və 313cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətlərinin olması müəyyən edilməmiş və məhkəmələr tərəfindən araşdırılmış sübutlara düzgün qiymət verilməməsi nəticəsində o, əsassız və qanunsuz olaraq həmin maddələrlə təqsirli bilinərək məhkum olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən faktiki olaraq hökmdən verilmiş apellyasiya şikayətini qismən təmin edərək Məhkum1 və Məhkum2 vəzifə saxtakarlığı ilə bağlı irəli surulmuş ittihamdan və hökmdən Şahid3, Şahid2 və Şahid4 aid epizodları xaric etsə də, mülki iş üzrə qəbul edilmiş qətnamə ilə Şahid6la v ə Şahid5la bağlanmış müqavilələrin qanuni hesab edilməsini nəzərə almamış və sonuncularla bağlı epizodları məhkum olunmuş şəxslərə vəzifə saxtakarlığı etdiklərinə görə elan olunmuş ittihamdan və hökmdən xaric etməyərək ziddiyyətlər yaratmış, bununla da hüquqi müəyyənlik prinsipini pozmuşdur. Daha sonra müdafiəçi A.Ə.Kərimov yenə də araşdırılmış bir sıra sübutlara əsaslanmaqla qeyd etmişdir ki, Məhkum1 və Məhkum2 onların məhkəmələr tərəfindən təqsirli bilindəkləri fəaliyyətləri tam qanuni olmuş, məhkum olunmuş şəxslər inşa edilən evdən mənzilləri və qeyri-yaşayış sahələrini muvafiq pul məbləğləri müqabilində müxtəlif şəxslərə (adları ittihamda göstərilən) satarkən heç bir qanunsuzluğa yol verməmiş, bunun nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsə və dövlətə ziyan vurmamış və "xxxx" MMC -nin yeni sahibləri istisna olmaqla • hər hansı başqa şəxsin onlardan şikayət və tələbləri yoxdur. Yasamal Rayon Məhkəməsi iş uzrə zərər çəkmiş kimi tanınmış "Aqana Servis” MMC-yə ziyanın vurulmasını "Elvi Audit” MMC-nin verdiyi audit rəyi və bu rəy nəzərə alınmaqla iş üzrə ibtidai istintaq aparmış orqanın - Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin mütəxəssis rəyi ilə subuta yetirildiyini hesab etmişdir. Halbuki, "Elvi Audit” MMC-nin audit rəyi motəbər subut hesab edilə bilməzdi, çunki onun verilməsini bilavasitə belə rəy üzrə nəticələrdə maraqlı tərəf olan "Aqana Servis” MMC sifariş vermişdir. Qeyd olunanlara əsaslanaraq müdafiəçi A.Ə.Kərimov onun kassasiya şikayətinin təmin olunmasını xahiş edir. Müdafiəçi V.İ.İsrafilov kassasiya şikayətində CM-nin və CPM-nin bir sıra maddələrinə, ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən müəyyən edilmiş (ittiham aktında və hökmdə əksini tapmış) faktiki hallara, həm cinayət işi, həm də mülki iş üzrə məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edib bu halları mübahisələndirərək həmin şikayətini belə əsaslandırmışdır ki, Məhkum1 qarşı həm vəzifədən sui-istifadə, həm də vəzifə saxtarlığı cinayətlərini törətdiyinə görə ittiham irəli sürülərək o, həmin ittiham üzrə CM-nin 308.2 və 313-cü maddələri ilə təqsirli bilinsə də, araşdırılmış sübutlar cinayət işi üzrə ümumiyyətlə cinayət hadisəsinin olmamasına dəlalət edir. İş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Məhkum1 "xxxx" MMC-nin həm təsisçisi, həm də pay çısı olmaqla qanuni əsaslarla ittihamda göstərilən şəxslərdən müxtəlif məbləğlərdə pul müqabilində MMC tərəfindən inşa edilən binadan yaşayış və qeyriyaşayış sahələri satmış, bu haqda məhkəmə qətnamələri ilə müəyyən edildiyi kimi, pul aldığı şəxslərlə qanuni müqavilələr bağlamış, həmin müqavilələr isə MMC-nin direktoru olmuş Məhkum2 tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, Məhkum1 2014 və 2015-ci illərdə törətməsi istinad olunan cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş, lakin iş üzrə 21 noyabr 2022-ci il tarixdə yekun qərar qəbul etmiş apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirməmiş və göstərilən illərdə pulların Şahid2, Şahid3 və Şahid5 alınmasına dair epizodları ümumi ittihamdan xaric etməmişdir. Müdafiəçi h əmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası mülki iş üzrə çıxarılmış Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsinə əsaslanaraq Məhkum1 və Məhkum2 vəzifə saxtakarlığı ilə bağlı irəli sürülmuş ittihamdan Şahid3, Şahid2 və Şahid4 aid epizodları hökmdən və ittihamdan xaric etsə də, həmin qətnamə ilə Şahid6la və Şahid5la bağlanmış müqavilələrin qanuni hesab edilməsini nəzərə almamış və sonuncularla bağlı epizodları məhkum olunmuş şəxslərə vəzifə saxtakarlığı etdiklərinə görə elan olunmuş ittihamdan və hökmdən xaric etməyərək düzgün nəticəyə gəlməmişldir. Kassasiya şikayətində göstərdiyi dəlillərə əsaslanaraq müdafiəçi V.İ.İsrafilov onun da kassasiya şikayətinin təmin edilməsini xahiş edir. • Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi – "xxxx" MMC-nin direktrou X həm ha zırki iş üzrə, həm də mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edib apellyasiya instansiyası məhkəməsinin 21 noyabr 2022-ci il tarixli qərarını mübahisələndirərək kassasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə Məhkum1 və Məhkum2 vəzifə saxtakarlığı ilə bağlı irəli surulmuş ittihamdan və hökmdən Şahid3, Şahid2 və Şahid4 aid epizodları xaric etməkdə haqlı olmamışdır ona görə ki, həmin şəxslərlə bağlanmış müqavilələrdə göstərilənlər həqiqətə uyğun olmamış, bu müqavilələrdə göstərilən şəxslərin adlarına rəsmiləşdirilməsi nəzərdə tutulmuş yaşayış və qeyri yaşayış sahələrinin ölçüləri həqiqəti əks etdirməmiş, məhkəmə isə saxta müqavilələri qanuni müqavilələr hesab etməsini öz qərarında əsaslandırmamış, eyni məsələ üzrə halın Şahid5, Şahid6 və X5a münasibətdə tətbiq etm ədiyinə aydınlıq gətirməmişdir. Halbuki Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə həm ağır nəticələrə səbəb olmuş vəzifədən sui-istifadə, həm də bağladıqları bütün müqavilələrə münasibətdə tamah niyyəti ilə vəzifə saxtakarlığı cinayətlərini törətmələri araşdırılmış sübutlarla təsdiq olunmuş və Yasamal Rayon Məhkəməsi onlara elan olunmuş ittiham üzrə hökm çıxararkən haqlı olaraq mülki iş üzrə çıxarılmış qətnamələri nəzərə almaqdan imtina etmişdir, çünki bu qətnamələr cinayət işi üzrə müəyyən edilmiş hallara münasibətdə preyudisial əhəmiyyətə malik olmamışlar. Bu baxımdan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı qərəzli, qeyri-obyektiv, sübutlara əsaslanmayan yekun məhkəmə aktı kimi qiymətləndirilməlidir. Kassasiya şikayətinin müəllifi həmçinin qeyd etmişdir ki, həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apellyasiya instansiyası məhkəməsinin qərarında məhkum olunmuş şəxslərin cəzalarını ağırlaşdıran halların olmaması göstərilsə də, hər iki məhkəmə nəzərə almamışdır ki, Məhkum1 və Məhkum2 onların təqsirli bilindikləri əməlləri qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində törətmişlər, CM-nin 61-ci maddəsində isə cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Kassatorun fikrincə, həmin halın hazırki iş üzrə məhkum olunmuş şəxslərə münasibətdə tətbiq olunmaması cəzasızlıq mühiti yaradır və ədalət mühakiməsinin maraqlarına uyğun deyil. Təqsirləndirilən şəxslərə yüngül cəzanın tətbiq edilməsi gələcəkd ə onların özləri və başqa şəxslər tərəfindən bu kimi cinayətlərin törədilməsinə zəmin yaratmış olar. Şərh olunan dəlillərə əsaslanaraq X kassasiya şikayətinin təmin edilməsini xahiş edir. • Məhkəmə iclasının keçiriləcəyi yer və vaxt barədə proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum2 məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş hüquqi şəxsin "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edib xəstə olmasını əsas kimi göstərərək, lakin bu halı təsdiq edən sənədləri öz ərizəsinə əlavə etməyərək kassasiya müraciətlərinə baxılmasının təxirə salınmasını xahiş etmiş, zərər çəkmiş hüquqi şəxsin digər nümayəndəsi, kassasiya şikayətinin müəllifi o lan X isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. • Məhkəmə kollegiyası qeyd olunan məsələ ilə bağlı proses iştirakçılarıının rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya müraciətlərinə adları yuxarıda göstərilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. • Belə ki, CPM-nin 419.4-cü maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması k assasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. • Hüquqi məsələlər: • Kassasiya protestinin və kassasiya şikayətlərinin məzmunlarından göründüyü kimi, həm dövlət ittihamçsı Z.A.Ramazanov kassasiya protestində, həm də məhkumlar Məhkum1, Məhkum2, Məhkum1 müdafiəçiləri A.Ə.Kərimov və V.İ.İsrafilov və zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi - "xxxx" MMC-nin direktoru X işin faktiki hallarını mübahisələndirərək sübutlara qanuna müvafiq qaydada qiymət verilməməsini, preyudisiya ilə bağlı qanunun düzgün tətbiq edilməməsini, məhkum olunmuş şəxslər və müdafiəçilər həmçinin Məhkum1 və Məhkum2 əsassız olaraq məhkum edilmələrini, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi isə eyni zamanda sonunculara cəzanı ağırlaşdıran hal nəzərə alınmadan yüngül cəzanın təyin edilməsini idd ia edirlər. • Bununla da, dövlət ittihamçısı öz tələbini CPM-nin 416.1.2-ci maddəsində, məhkum olunmuş şəxslər və Məhkum1 müdafiəçiləri kassasiya şikayətlərində irəli sürdükləri tələbləri CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi isə kassasiya tələbini CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. • CPM-nin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsin in hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. • Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçsı Z.A.Ramazanovun kassasiya protestini, məhkumlar Məhkum1, Məhkum2, Məhkum1 müdafiəçiləri A.Ə.Kərimovun və V.İ.İsrafilovun və zərər çəkmiş şəxsin nümayəndəsi - "xxxx" MMC-nin direktoru Xun kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və Məhkum1 və Məhkum2 barələrindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. • Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. • Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəy yən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. • Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. • CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya i nstansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. • Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin ed ilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). • Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. • Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. • Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. • B eləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edi betməməsi başa düşülür. • Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. • Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. • Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb e yni zamanda hər bir insanın və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, bunun üçün hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, cinayət əməllərinin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin hüquqlarının pozulmuş hüquqlarının bərpa olunması, onlara vurulmuş zərərin aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini də ehtiva edir. • Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını göz ləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. • Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPMnin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. • Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. • Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz o lmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. • Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. • Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əl amətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. • CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. • Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. • CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Kons titusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. • CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. • CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. • Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər ci nayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. • CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. • CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: • 124.1.1. cinayət-prosessual qanunvericil iyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; • 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. • CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. • S übutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). • CPM-nin 138.1-ci maddəsinə görə, sübute tmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. • CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. • CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. • CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. • CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. • CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. • Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). • CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: • - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; • - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; • - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. • CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. • CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimall ara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. • CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: • 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; • 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; • 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; • 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. • Görün düyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. • Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. • Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. • Həmin Qərarda göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdir ilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. • Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəm ə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. • “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəm ənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). • İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. • Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. • “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında " Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. • Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. • CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. • CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. • Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçü n qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin, o cümlədən subyektiv cəhətin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. • Təsvir edilən normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CMnin bir maddəsindən digərinə tövsif etmək, şəxsə qarşı irəli sürülmüş i ttihamdan bu və ya digər epizodu xaric etmək hüququna da (CPM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş hüquq) malikdirlər o şərtlə ki, bu haqda hökmün çıxarılması və ya qərarın qəbul edilməsi ilə cinayət törətmiş şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irəli sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. • Məhkum1 və Məhkum2 barələrindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci inst ansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumların qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə ağır nəticələrə səbəb olmuş vəzifədən sui-istifadə və vəzifə saxtakarlığı cinayətlərini törətmələri barədə hökmdə təsvir edilən cinayət əməllərini törətmələri barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum1 və Məhkum2 CM-nin 308.2 və 313-cü maddələri ilə maddələri elan olunmuş ittiham üzrə təqsirli olmalarına dəlalət etməsi barədə nisbətən fərqli qənaətə gəlmiş, belə qənaətə gəlmək üçün araşdırılmış sübutların kifayət etməsini hesab edərə k bu nəticə ilə qismən razılaşmış və mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına əsaslanaraq onların vəzifə saxtakarlığı bağlı törətdikləri əməllərə münasibətdə epizodların bir qisminin ittihamdan və hökmdən xaic edilməsi barədə yekun qərar qəbul etmişdir. • Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olmuş bir qrup şəxs qismində ağır nəticələrə səbəb olmuş vəzifədən sui-istifadə cinayətini törətmələri və onların bu əməllərinin araşdırılmış sübutlarla təsdiq olunması barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə düzgün və qanuni olsa da, vəzifə saxtakarlığı ilə bağlı onlara qarşı irəli sürülmüş ittihamdan yalnız Şahid3, Şahid2 və Şahid4 aid müddəaların xaric edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti aşağ ıdakı əsaslara görə natamam olmuş, nəticədə isə maddi və prosessual hüquq normalarının tətbiqində ziddiyyətlər yaranmışdır. • Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 21 noyabr 2022-ci il tarixli qərarından verilmiş kassasiya protestinə və kassasiya şikayətlərinə, qanunvericiliyin tələb etdiyi kimi, əsaslandırılmış və inandırıcı cavab verilməsi üçün kollegiya tərəfindən cinayət işinin materialları ilə yanaşı həmçinin cinayət işi üzrə qəbul edilmiş yekun məhkəmə aktlarında istinad olunan qətnamələrin və qərarın çıxarılmasına əsas olan mülki işin, habelə həmin qətnamələr və qərar üzrə icra icraatının materialları da tələb edilərək öyrənilmişdir. • Əvvəla, məhkumlar Məhkum1, Məhkum2 və müdafiəçilər A.Ə.Kərimovun və V.İ.İsrafilovun m əhkum olunmuş şəxslər tərəfindən heç bir cinayət əməlini törətməmələri və ümumiyyətlə cinayət hadisəsinin baş verməməsi barədə dəlillərinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər əsassız olmaqla iş üzrə qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə - məhkum olunmuş şəxslərin ilkin və ibtidai araşdırma zamanı verdikləri qismən etirafedici ifadələri, zərər çəkmiş şəxslərin, zərər çəkmiş hüquqi şəxsin nümayəndələrinin, şahidlərin ifadələri ilə, müxtəlif istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, cinayət işinin mateiallarına maddi sübut kimi əlavə edilmiş çoxsaylı sübut əhəmiyyətli sənədlərlə, mütəxəssis rəyləri ilə, habelə mülki iş üzrə keçirilmiş məhkəmə-xəttşunaslıq ekspertizasının rəylə ri ilə təkzib olunur və məhkəmələr bu sübutlara CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq qiymət verməklə biri-birindən qismən fərqli olsa da, son nəticədə Məhkum1 və Məhkum2 həm CM-nin 308.2-ci, həm də 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri barədə nəticələrə gəlmişlər. • İş materiallarından göründüyü kimi, bu nəticələrin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş və məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə həmin sübutların əldə edilməsi və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş, sübutların qəbuledilməzliy inin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Araşdırılmış sübutların hamısı əsasən birinci instansiya məhkəməsinin 10 noyabr 2021-ci il tarixli hökmündə ətraflı təsvir edilmiş (məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda təkrarən təsvirinə zərurət görmür), qiymətləndirilmiş və məhkəmə belə qənaətə gəlmişdir ki, Məhkum1 və Məhkum2 vəzifəli şəxslər kimi qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə 2014-2018-ci illər ərzində rəsmi sənədlərin məzmununa tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmçinin xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qə sdən qulluq mənafeyi ziddinə istifadə edərək fiziki şəxslərin və hüquqi şəxsin – "xxxx" MMC-nin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişlər. • Belə olan halda məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 barələrindəki cinayət işinin icraatına hər hansı, o cümlədən bəraətverici əsasla xitam verilməsi, yaxud da apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin olunması üçün hallar müəyən etməyərək bununla bağlı həm sonuncuların, həm də müdafiəçilər A.Ə.Kərimovun və V.İ.İsrafilovun kassasiya şikayətlərində irəli sürdükləri tələblərin təmin edilməsini mümkün bilmir. • Apellyasiya instansiyası məhkəməsi də bu nəticə ilə qismən razılaşaraq a pellyasiya şikayətlərinə təkrarən məhkəmə istintaqı aparmaqla baxılmasını zəruri hesab etməmiş və araşdırılmış sübutlara, əsasən də mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına əsaslanaraq 10 noyabr 2021-ci il tarixli hökmünün yuxarıda göstərilən qaydada dəyişdiilməsi barədə qərar qəbul etmişdir. • Məhkəmə kollegiyası da Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının mövqeyi ilə qismən razılaşır və bununla əlaqədar qeyd edir ki, həmin nəticə mülki iş üzrə qəbul edilmiş və preyudisial əhəmiyyətə malik olan (belə mövqe birinci instansiya məhkəməsinin hökmündə də vurğulanmışdır) yekun məhkəmə aktlarına əsaslanmış, lakin həmin aktlarla müəyyən edilmiş nəticələri sonadək nəzərə almamışdır. • Bununla bağlı məhkəmə kollegiyası cinayət işinin materiallarına və mülki iş üzrə çıxarılmış qətnamələrə və qərara müraciət etməyi zəruri bilir. • Belə ki, cinayət işinə əlavə edilmiş "xxxx" MMC-nin direktoru Məhkum2lə Şahid3 arasında bağlanmış 10 aprel 2015-ci il tarixli müqavilədən görünür ki, həmin MMC ünvan 9 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binalarının A və B blokunda 3-cü mərtəbədə 1.464.460 manat dəyərində 1464,46 kv.m ölçüdə yaşayış sahəsini Şahid3 verməyi, sonuncun isə şərtləşdirilmiş məbləği MMC-yə ödəməyi öhdələrinə götürmüş, Şahid3 adına tərtib edilmiş eyni tarixli şəxsi vərəqədə isə onun tərəfindən 1.464.460 manat məbləğində pul vəsaitinin MMC-yə ödənildiyi göstərilmişdir. • "xxxx" MMC-nin direktoru Məhkum2lə Şahid2 arasında bağlanmış 2 dekabr 2014-cü il tarixli müqaviləyə görə, MMC ünvan 9 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binalarının 2-ci blokun 2-ci mərtəbəsindəki, 1.845.360 manat dəyərində, 461,34 kv.m ölçüdə qeyri-yaşayış sahəsini və 3-cü blokun 1-ci mərtəbəsində yerləşən, 1.537.760 manat dəyərində 384,44 kv.m sölçüdə olan qeyri-yaşayış sahəsini Şahid2 verməyi, sonuncunun isə şərtləşdirilmiş məbləği MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. Şahid2 tərtib edilmiş eyni tarixli şəxsi vərəqədə isə onun tərəfindən 3.383.120 manat məbləğində pul vəsaitinin MMC-yə ödənildiyi göstərilmişdir. • Aqana Servis” MMC-nin direktoru Məhkum2lə Şahid2 arasında bağlanmış 5 iyul 2018-ci il tarixli 3 ədəd müqavilələrdə ünvan 9 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının A blokunun I giriş 17-ci mərtəbəsində yerləşən, 99.600 manat dəyərində, 99,6 kv.m sahəsi olan 2 otaqlı 62 saylı, həmin blokun II giriş, 17-ci mərtəbəsində yerləşən, 100.200 manat də yərində 100,2 kv.m sahəsi olan 2 otaqlı 144 saylı və B blokunun 17-ci mərtəbəsində yerləşən, 150.900 manat dəyərində, 150,9 kv.m sahəsi olan 112 saylı mənzillərin Şahid2 satıldığı, eyni tarixli, 03/07, 04/07 və 05/07 saylı maliyyə arayışlarında isə qeyd olunan mənzillərə görə Şahid2 MMC-yə borcunun olmadığı göstərilmişdir. • "xxxx" MMC-nin direktoru Məhkum2lə Şahid6 arasında bağlanmış 18 iyul 2016-cı il tarixli müqavilədənə görünür ki, MMC ünvan 9 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbələrində yerləşən, 2.872.020 manat dəyərində, 2872,02 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsinin Şahid6 satılmış, eyni tarixli, 07/01 saylı maliyyə arayışında isə qeyd olunan qeyri-yaşayış sahəsinə görə Şahid6 MMC-yə borcunun olmadığı göstərilmişdir. • "xxxx" MMC-nin direktoru Mə hkum2lə Şahid4 arasında bağlanmış 5 iyul 2018-ci il tarixli 3 ədəd müqavilələrdə ünvan 9 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 17-ci mərtəbəsində yerləşən, 186.900 manat dəyərində, 186,9 kv.m sahəsi olan 4 otaqlı 111 saylı, A blokunun 17-ci mərtəbəsində yerləşən, 97.000 manat dəyərində, 97,0 kv.m sahəsi olan 2 otaqlı 63 saylı və B blokunun 17-ci mərtəbədə yerləşən, 68.700 manat dəyərində, 68,7 kv.m sahəsi olan 1 otaqlı 109 saylı mənzillərin Şahid4 satıldığı, eyni tarixli, 01/07, 02/07 və 06/07 saylı maliyyə arayışlarında isə qeyd olunan mənzillərə görə Şahid4 MMCyə borcunun olmadığı göstərilmişdir. • "xxxx" MMC-nin direktoru Məhkum2lə Şahid4 arasında bağlanmış 1 noyabr 2018-ci il tarixli 2 ədəd müqavilələrdə ünvan 9 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasın ın B blokun 5-ci mərtəbəsində yerləşən, 150.900 manat dəyərində, 150,9 kv.m sahəsi olan 3 otaqlı 28 saylı, həmin blokda 6-cı mərtəbədə yerləşən, 150.900 manat dəyərində, 150,9 kv.m sahəsi olan 3 otaqlı 35 saylı mənzillərin Şahid4 satılması, eyni tarixli, 01/11 və 02/11 saylı maliyyə arayışlarında isə qeyd olunan mənzillərə görə Şahid4 MMC-yə borcunun olmadığı göstərilmişdir. • "xxxx" MMC-nin direktoru Məhkum2lə Şahid5 arasında bağlanmış 2 sentyabr 2015-ci il tarixli 1 nömrəli 2 ədəd müqavilələrdən görünür ki, həmin müqavilələrdə göstərilmiş yaşayış sahələri - ünvan 9 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının A blokunun I giriş 6, 6, 12 və 14-cü mərtəbələrində yerləşən, 715.200 manat dəyərində, ümumi sahəsi 596,0 kv.m, yaşayış sahəsi 316,0 kv.m olan 3 otaqlı, 15, 19, 43 və 47 saylı mənzillər, B blokunun III giriş 9 və 18-ci mərtəbələrdə yerləşən, 448.560 manat dəyərində, ümumi sahəsi 373,8 kv.m, yaşayış sahəsi 216,6 kv.m olan 4 otaqlı, 211 və 274 saylı mənzillər Şahid5 satılmış, eyni tarixli, 09/01 və 09/02 nömrəli maliyyə arayışlarında isə qeyd olunan mənzillərə görə Şahid5 MMC-yə borcunun olmadığı göstərilmişdir. • Kollegiya tərəfindən öyrənilmiş və hazırki işlə əlaqəli olan mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə: • iddiaçı Şahid2 cavabdeh "Aqana Servis” MMC-yə qarşı ilk iddiası təmin edilərək ünvan 9 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binalarının 2-ci blokunun, 2ci mərtəbəsində yerləşən ümumi sahəsi 461,34 kv.m, 3-cü blokunun, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 384,44 kv.m. qey ri-yaşayış sahəsinin, A blokunun, 1-ci giriş, 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 99,6 kv.m. olan 62 saylı, iki otaqlı yaşayış sahəsinin, A blokunun, 2-ci giriş, 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100,2 kv.m. olan 144 saylı, iki otaqlı yaşayış sahəsinin, B blokunun, 17 mərtəbəsində yerləşən ümumi sahəsi 150.9 kv.m. olan 112 saylı, 3 otaqlı yaşayış sahəsinin iddiaçı Şahid2 təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsi "Aqana Servis” MMC-yə həvalə edilmiş; • iddiaçı Şahid4 cavabdeh "Aqana Servis” MMC-yə qarşı ilk iddiası təmin edilərək ünvan 9 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binalarının B blokunun, 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 186,9 kv.m. olan 111 saylı, dörd otaqlı yaşayış sahəsinin, B blokunun, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 150,9 kv.m. olan 3 5 saylı, 3 otaqlı yaşayış sahəsinin, B blokunun, 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68,7 kv.m. olan 109 saylı, 1 otaqlı yaşayış sahəsinin, A blokunun, 1-ci giriş, 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,0 kv.m. olan 63 saylı, iki otaqlı yaşayış sahəsinin, B blokunun, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 150,9 kv.m. olan 28 saylı, 3 otaqlı yaşayış sahəsinin iddiaçı Şahid4 təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsi "Aqana Servis” MMC-yə həvalə edilmiş; • iddiaçı Şahid3 cavabdeh "Aqana Servis” MMC-yə qarşı ilk iddiası qismən təmin edilərək ünvan 9 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binalarının A və B blokunun, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 1.464 kv.m. olan yaşayış sahəsinin 1.126,20 kv.m hissəsi (B blokunun, 14-cü mərtəbəsində yerləşən 90 saylı və 91 say lı yaşayış sahələrinin ümumi sahəsini təşkil edən 337,80 kv.m. istisna olmaqla), A və B blokunun, 3-cü mərtəbəsində yerləşən 1.464,46 kv.m. olan yaşayış sahəsinin iddiaçı Şahid3 təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsi "Aqana Servis” MMC-yə həvalə olunmuş, Şahid3 cavabdeh "Aqana Servis” MMC-yə qarşı ilk iddiası qalan hissədə rədd edilmiş; • iddiaçı Şahid6 cavabdeh "Aqana Servis” MMC-yə qarşı ilk iddiası təmin olunaraq ünvan 9 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binalarının 1-ci və 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 2.872,02 kv.m. olan qeyri-yaşayış sahəsinin iddiaçı Şahid6 təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsi "Aqana Servis” MMC-yə həvalə edilsin. Eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçı "Aqana Servis” MMC-nin cavabdehlər Şah id3, Şahid2, Şahid4 və Şahid6 qarşı "müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Qətnamənin məzmunundan görünür ki, məhkəmə bu barədə nəticəyə gələrkən mülki-prosessual qanunvericiliyin tələblərinə istinad edərək gəldiyi nəticəni kifayət qədər əsaslandırmış, digər tərəfdən isə yuxarıda adları göstərilən şəxslərin iddialarını təmin edərkən məhz hazırki cinayət işi üzrə Məhkum1 və Məhkum2 törətdikləri vəzifə saxtarlığı cinayətinin predmeti olan adaları göstərilən şəxslərlə "xxxx" MMC arasında bağlanmış müqavilələrin şərtlərinə, onların bağlanması hallarına, müqavilələrdə əksini tapmış şərtlərə, habelə bu rəsmi sənədlərin rekvizitlərinin qanuna uyğunluğuna, yəni nəticə etibarı ilə göstərilən müqavilələrin saxtalaşdırılmamaqla etibarsız əqdlər olma masına əsaslanmışdır. Yəni qətnamənin qəbul edilməsinin əsasını həm hazırki iş üzrə zərər çəkmiş hüquqi şəxsin – "xxxx" MMC-nin nümaynədəsinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2022ci il tarixli qərarından verdiyi kassasiya şikayətində, həm də mülki icraat zamanı Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2021-il tarixli qətnaməsindən həmin MMC tərəfindən verilmiş apellyasiya şikayətində, habelə dövlət ittihamçısı Z.A.Ramazanovun da hazırda baxılan kassasiya protestində etibarlığı mübahisələndirilən müqavilələr təşkil etmişdir. Birinci instansiya məhkəməsinin adı çəkilən qətnaməsindən digər şəxslərlə yanaşı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə qismən tə min edilərək həmin qətnamə "Şahid3 ilə "Aqana Servis” MMC arasında bağlanmış 10 aprel 2015-ci il tarixli "Mənzil tikintisi haqqında müqavilə”nin qismən, yəni ünvan 10 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının B blokunun 14-cü mərtəbəsində yerləşən 90 və 91 saylı yaşayış sahələrinin ümumi sahəsini təşkil edən 337,80 kv.m. yaşayış sahəsinin Şahid3 təhvil verilməsi hissəsində etibarsız hesab edilməsi” hissəsində ləğv olunmuş, "yaşayış binalarının A və B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 1464 kv.m. olan yaşayış sahəsinin 1126,20 kv.m hissəsinin, A və B blokunun 3-cü mərtəbəsində yerləşən 1464,46 kv.m. olan yaşayış sahəsinin Şahid3 təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin "Aqana Servis” MMC-yə həvalə edilməsi” hissəsində dəyişdirilərək Şahid3 A və B blok unun 14-cü mərtəbəsindən təhvil verilməli yaşayış sahəsi 555,2 m2, A və B blokunun 3-cü mərtəbəsindən təhvil verilməli sahə 1180,96 m2 müəyyənləşdirilmiş, eyni zamanda Şahid5 iddia tələbləri qismən təmin olunaraq ünvan 11 ünvanında inşa edilən binanın 14-cü mərtəbəsində yerləşən 3 otaqlı 47 saylı mənzilin Şahid5 istifadəsinə və sahibliyinə təhvil verilməsi vəzifəsi "Aqana Servis” MMC-yə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh "Aqana Servis” MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv olunmasına və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 may 2021-ci il tarixli qərarı ilə isə kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılaraq icraya yönəldilmişdir. Həmin qətnamənin icrası ilə bağlı icra işinin öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin 01 sentyabr 2020-ci i tarixli qətnaməsi 11 iyun 2021-ci il tarixdə Binəqədi Rayon İcra şöbəsi tərəfindən icraya qəbul edilmiş, 16 iyun 2021-ci il tarixdə həmin qətnamə üzrə icra icraatı başlanmış, 02 və 09 avqust 2021-ci il tarixlərdə isə qətnamə qismən – Şahid3, Şahid2, Şahid4 və Şahid6 aid hissələrdə icra olunmuş və bu haqda həmin tarixli aktlar tərtib edilmişdir. Həm Binəqədi Rayon Məhkəməsinin, həm də apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsindən göründüyü kimi, iddiaçılar Şahid3, Şahid2, Şahid4, Şahid6 və Şahid5 "xxxx" MMC ilə bağladıqları müqavilələr etibarsız əqdlər kimi qiymətləndirilməmiş, bu isə ona dəlalət edir ki, Məhkum1 və Məhkum2 həmin müqavilələri bağlayarkən tamah və ya sair şəxsi niyyətlə vəzifə saxtakarlığı etməmişlər. CM-nin 313-cü maddəsində isə tamah və ya sair şəxsi niyyətlə vəzifə saxtakarlığına, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsinə, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsinə görə cinayət məsulyyəti nəzərdə tutulmuşdur ki, istər mülki iş, istərsə də cinayət işi üzrə araşdırılmış sübutlarla "xxxx" MMC ilə Şahid3, Ş ahid2, Şahid4, Şahid6 və Şahid5 arasında bağlanmış müqavilələrə məhkumlar tərəfindən bilə-bilə yalan məlumatlar daxil edilməsi, onların həqiqi məzmununa təhrif və ya hansısa düzəlişlər edilməsi müəyyən olunmamış və bu hallara dair sonuncuların belə hərəkətlər etməmələri onların barəsində ittiham hökmü çıxarılmazdan əvvəl mülki iş üzrə qəbul edilmiş və qüvvəyə minmiş yekun məhkəmə aktları ilə də təsdiq edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası haqlı olaraq mülki iş üzrə qəbul edilmiş yekun aktları hazırki cinayət işi üzrə məhkumlar Məhkum1 və Məhkum2 etdikləri hərəkətlərə və onlara qarşı vəzifə saxtakarlığı cinayətini törətmələrinə görə irəli sürülmüş ittihama münasibətdə preyudisial əhəmiyyətə malik olan məhkəmə aktları kimi qi ymətləndirmiş və əsaslı şəkildə həmin ittihamdan və hökmdən Şahid3, Şahid2 və Şahid4 aid müddəaları xaric etmiş, bu haqda qərar qəbul edərkən isə həm CPM-nin 142-ci maddəsinin tələblərini, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu bu maddəyə verdiyi şərhlə bağlı hüquq mövqeyini nəzərə almışdır. Belə ki, CPM-nin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. CPM-nin 142.2-ci maddəsinin tələbindən görünür ki, mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yal nız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olubolmaması nəticəsini əvvəlcədən həll etmir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli Qərarına görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.Abbasovanın şikayəti üzrə 2016-cı il 14 oktyabr tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli və s. qərarları). Bu hüququn məzmunu Konstitusiy anın norma və prinsipləri, o cümlədən hüquqi müəyyənlik prinsipinin tələbləri nəzərə alınmaqla başa düşülməlidir. Həmin prinsipi təmin edən vasitələrdən biri qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığıdır. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu f akt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Bu hüququn məzmunu Konstitusiyanın norma və prinsipləri, o cümlədən hüquqi müəyyənlik prinsipinin tələbləri nəzərə alınmaqla başa düşülməlidir. Həmin prinsipi təmin edən vasitələrdən biri qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığıdır. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəl mişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu mülki mübahisələr üzrə qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığının hədləri ilə bağlı hesab etmişdir ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq v arislərinə aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Göründüyü kimi, qanunverici cinayət prosesində sahədaxili (Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsi) və sahələrarası preyudisiyanı (Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsi) müxtəlif cür müəyyənləşdirmişdir. Belə ki, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icraatda məcburi olduğu halda, sahələrarası preyudisiyaya görə mülki, inzibati və ya iqtisadi işlər üzrə qanuni qüvvəyə minmiş qərarlar yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir. Həmçinin nəzərə almaq lazımdır ki, c inayət-prosessual qanunvericiliklə sübutların toplanılmasına, yoxlanılmasına və qiymətləndirilməsinə dair təsbit edilmiş müddəalar işin həqiqətə uyğun olan faktiki hallarının müəyyənləşdirilməsinə xidmət etməklə yanaşı, həm də şəxsiyyətin hüquqlarına aid vacib prosessual təminatlar kimi çıxış edir. Göstərilən təminatlar sisteminə isə Konstitusiyadan irəli gələn cinayət mühakimə icraatının vacib prinsiplərindən hesab edilən təqsirsizlik prezumpsiyası, cinayət işi üzrə sübutetmənin ittiham tərəfinin üzərinə qoyulması, müdafiə hüququ və s. aiddir. Onlara riayət olunması cinayət işi üzrə icraatın aparılması zamanı qanunçuluğun təmin edilməsinin ayrılmaz şərtini təşkil edir. Hazırki cinayət işi və öyrənilmiş mülki iş yzrə müəyyən edilmiş halların, bu işlər üzrə qəbul edilmiş yekun məhkəmə aktla rının müqayisəli təhlili göstərir ki, mülki iş üzrə Məhkum1 və Məhkum2 müvafiq müqavilələr bağladıqları şəxslər - Şahid3, Şahid2, Şahid4, Şahid6, Şahid5 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət mülki işə baxılmasına dair prosesdə iddiaçılar və cavabdehlər qismində iştirak etmiş, adı çəkilən hüquqi şəxs məhz bu müqavilələrin etibarlığını mübahisələndirmiş, mülki iddialara dair işə məhkəmələrdə baxılarkən isə göstərilən müqavilələr mübahisə və araşdırma predmeti olmuş, onların etibarlığı araşdırılmış sübutlar vasitəsilə yoxlanılmış və məhkəmələr son nəticədə həmin müqavilələrin etibarsız, yəni saxta əqdlər olmasını müəyyən etməmişlər. Cinayət işi üzrə də Məhkum1 və Məhkum2 CM-nin 313-cü maddəsi ilə elan olunmuş ittihamın predmetini digər müqavilərlə yanaşı həm də "xxxx" MMC ilə Şahid3, Şahid2, Şahid4, Şahid6 və Şahid5 arasında bağlanmış müqavilələr təşkil etmişdir ki, mülki işə baxan məhkəmələrdən fərqli olaraq ibtidai araşdırma orqanı və cinayət işinə baxan Yasamal Rayon Məhkəməsi həmin müqavilələrin saxta olması, yəni bu müqavilələri də bağlayarkən məhkum olunmuş şəxslərin vəzifə saxtakarlığı cinayətini törətmələri barədə nəticəyə gəlmişlər. Qeyd olunmalıdır ki, mülki iş üzrə qəbul edilmiş yekun aktları qanunsuz hesab edən "xxxx" MMC-nin nümayəndəsi də həm cinayət işinə məhkəmələrdə baxılarkən, həm də kassasiya şikyətində eyni mövqedən çıxış etmişdir. Qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2020-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqeyə əsaslanan kassasiya kollegiyasının qənaətinə görə isə, adları yuxarıda göstərilən şəxslərlə "xxxx" MMC arasında bağlanmış müqavilələr mülki iş üzrə qəbul edilmiş və qüvvədə olan məhkəmə qətnamələri və Ali Məhkəmənin Mülki Kollegiyasının 04 may 2021-ci il tarixli qərarı ilə etibarlı, yəni saxtalaşdırılmamış əqdlər hesab edildiyindən həmin məhkəmə aktları hazırki iş üzrə Məhkum1 və Məhkum2 qarşı vəzifə saxtakarlığı cinayətini törətmələrinə görə irəli sürülmüş ittihama münasibətdə preyudisial əhəmiyyətə malik olan aktlar kimi qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi də belə əsaslı nəticəyə gələrək Məhkum1 və Məhkum2 qarşı vəzifə saxtakarlığı cinayətini törətmələri ilə bağlı irəli sürülmüş ittihamdan və hökmdən Şahid3la, Şahid2lə və Şahid4lə "xxxx" MMC-nin adından müqavilələr bağlayarkən vəzifə saxtakarlığı etməmələrinə görə həmin şəxslərə dair müddəaları xaric etsə də, nəzərə almamışdır ki, analoji müqavilələr həmçinin Şahid6la və Şahid5la da bağlanmış, mülki iş üzrə qəbul edilmiş qətnamələrlə bu müqavilələr də etibarlı hesab edilərək sonuncuların iddia tələbləri təmin edilərək həmin müqavilələrdə nəzərdə tutulmuş şərtlərə əməl olunması vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmuş və Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsi ilə digər iddialarla yanaşı həmçinin Şahid6, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə isə - Şahid5 iddiaları təmin edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası dövlət ittihamçısı Z.A.Ramazanovun kassasiya protestinin, Məhkum1 və müdafiəçilər A.Ə.Kərimovun və V.İ.İsrafilovun kassasiya şikayətlərinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, hazır ki iş üzrə Məhkum1 və Məhkum2 qarşı CM-nin 313-cü maddələri ilə irəli sürülmüş ittihamdan, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2022-ci il tarixli qərarının və Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli hökmünün bu ittihama dair hissələrindən Şahid6la və Şahid5la bağlı da müddəalar xaric edilməli, bu əsasla da kassasiya protesti və göstərilən kassasiya şikayətləri qismən təmin edilməldir. Eyni zamanda məhkəmə kollegiyası təhlil edilən məsələ ilə bağlı, yəni yuxarıda adları göstərilən şəxslərlə "xxxx" MMC arasında bağlanmış müqavilələrin saxta və etibarsız hesab edilməli olması haqda dəlillərini və bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunması barədə zərər çəkmiş hüquqi şəxsin nüma yəndəsi Xun tələbini şərh edilən əsaslara görə qəbul edilməz sayır və buna görə həmin şikayətin bu hissədə təmin edilməsini mümkün bilmir. Məhkumlar Məhkum1 və Məhkum2 təqsirli bilindikləri cinayətlərin 2014 və 2015-ci illərə aid olan epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə həmin epizodların ittihamdan və məhkəmə aktlarından xaric edilməli olmasına dair Məhkum1 və onun müdafiəçisi V.İ.İsrafilovun kassasiya şikayətlərinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə məhkəmələrin də razılaşdıqları məhkumlara qarşı irəli sürülmüş ittihama, bu ittihamla bağlı həm apellyasiya instansiyası məhkəməsinin, həm də kassasiya kollegiyasının iş üzrə gəldikləri nəticələrə nəzərə yetirməyi, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquq i mövqeyinə müraciət etməyi zəruri bilir. Belə ki, Məhkum1 və müdafiəçi V.İ.İsrafilovun cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi barədə iddia etdikləri epizodlar ondan ibarətdir ki, 2014-cü il dekabr ayının əvvəllərində Məhkum1 Məhkum2lə birlikdə tanışı Şahid2 3.383.120 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xəzinəsinə mədaxil etmədən, Şahid2 həmin borcu qaytarmayacağı təqdirdə "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin hələ inşasına başlanılmamış binadan onun adına borcu dəyərində qeyri-yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində tamah və şəxsi niyyətlə özünün təsisçisi, Məhkum2 isə təsisçisi və eyni zamanda direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin, hələ inşasına başlanılmamış binanın 2-ci blokunun 2-ci mərtəbəsində 461,34 kv.m sahəsi olan qeyriyaşayış sahəsinin 1.845.360 manata, 3-cü blokunun 1-ci mərtəbəsində 384,44 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin 1.537.760 manata 2 dekabr 2014-cü il tarixdə Şahid2 satılması görüntüsü yaratmaq məqsədi ilə Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqaviləni və həmin qeyri-yaşayış sahələrinin dəyərinin ödənilməsinə dair “şəxsi vərəqə”ni hazırlayıb həmin sənədlərin mətnində olan “direktor:Məhkum2M” yazılarının qarşısında Məhkum2 tərəfindən imzalanıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış ya şayış və qeyri-yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri Şahid2 təqdim etməklə, həmçinin, eyni niyyətlə, 2015-ci ilin aprel ayının əvvəllərində Məhkum2lə birlikdə tanışı Şahid3 2.928.920 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" MMC-nin xəzinəsinə mədaxil etmədən, Şahid3 həmin borcu qaytarmayacağı təqdirdə "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin hələ inşasına başlanılmamış binadan onun adına borcu dəyərində yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində tamah və şəxsi niyyətlə özünün təsisçisi, Məhkum2 isə təsisçisi və eyni zamanda direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin, hələ inşasına başlanılmamış binanın A bloku 3-cü mərtəbəsinin 1.464.460 manata, A blokunun 14-cü mərtəbəsinin 1.464.460 manata 10 və 11 aprel 2015-ci il tarixlərdə Şahid3 satılması görüntüsü yaratmaq məqsədi ilə Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqavilələri və həmin yaşayış sahələrinin dəyərinin ödənilməsinə dair “şəxsi vərəqə”ləri hazırlayıb həmin sənədlərin mətnində olan “direktor:Məhkum2M” yazılarının qarşısında Məhkum2 tərəfindən imzalanıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri Şahid3 təqdim etməklə, habelə eyni niyyətlə, 20 15-ci ilin sentyabr ayının əvvəllərində Məhkum2 ilə birlikdə tanışı Şahid5 1.163.760 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" MMC-nin xəzinəsinə mədaxil etmədən, Şahid5 həmin borcu qaytarmayacağı təqdirdə "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin hələ inşasına başlanılmamış binadan onun adına borcu dəyərində yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində tamah və şəxsi niyyətlə özünün təsisçisi, Məhkum2 isə direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan, lakin, hələ inşasına başlanılmamış binanın B blokunun 9-cu mərtəbəsində yerləşən 186,9 kv.m sahəsi olan 211 nömrəli, həmin blokun 18-ci mərtəbəsində yerləşməklə 186,9 kv.m sahəsi olan 274 nömrəli mənz illərin 448.560 manata, A blokunun 5-ci mərtəbəsində yerləşməklə 149 kv.m sahəsi olan 15 nömrəli, 6-cı mərtəbəsində yerləşməklə 149.kv.m sahəsi olan 19 nömrəli, 12-ci mərtəbəsində yerləşməklə 149 kv.m sahəsi olan 43 nömrəli və 14-cü mərtəbəsində yerləşməklə 149 kv.m sahəsi olan 47 nömrəli mənzillərin 715.200 manata 2 sentyabr 2015-ci il tarixdə Şahid5 satılması görüntüsü yaratmaq məqsədi ilə Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqavilələri və həmin yaşayış sahələrinin dəyərinin ödənilməsinə dair həmin tarixli 09/01 və 09/02 nömrəli maliyyə arayışlarını, eləcə də müqavilələrə 1 nömrəli əlavələri hazırlayıb həmin sənədlərin mətnində olan “direktor:Məhkum2M” yazılarının qarşısında Məhkum2 tərəfindən imzalanıb ü zərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri Şahid5 təqdim etməklə ağır nəticələrə səbəb olmuş vəzifədən sui-istifadə etmə, həm də vəzifə saxtakarlığı cinayətlərini törətmişdir. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 və Məhkum2 "xxxx" MMC-nin adından Şahid2lə, Şahid3la və Şahid5la bağladqıları müqavilələr mülki iş üzrə qəbul edilmiş qətnamələrlə etibarlı əqdlər kimi qiymətləndirildiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2022-ci il tarixli qərarı ilə və hazırki qərarla müvafiq olaraq adları göstərilən şəxslərlə bağlı müddəaların məhkumlara vəzifə saxtakarlığı cinayətini tör ətdiklərinə elan olunmuş ittihamdan və barələrindəki hökmdən və apellyasiya instansiyası məhkəməsinin qərarından xaric edilməsi mümkün bilinmişdir və buna görə məhkəmə kollegiyası bundan sonra təkrarən həmin müddəaların başqa əsasla, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə məhkumlara CM-nin 313-cü maddəsi ilə təqsirli bilindikləri ittihamdan və yekun məhkəmə aktlarından xaric edilməsi üçün əsaslar görmür. Məhkum1 və Məhkum2 həm CM-nin 308.2-ci, həm də 313-cü maddələri ilə təqsirli bilindikləri ittihama ümumilikdə nəzər yetirildikdə müəyyən edilir ki, ibtidai araşdırma orqanı onların həmin ittiham üzrə eyni xarakterli cinayətləri təkrarlıq əlaməti ilə deyil, zaman fərqi ilə vahid niyyətlə və eyni nəticəyə nail olmaq məqsədi ilə törətmələri barədə nəticəyə gəl miş və məhkəmələr də bu nəticə ilə razılaşmışlar. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 və Məhkum2 törətdikləri cinayət əməlləri ayrı-ayrı epizodlardan ibarət olan davam edən cinayət kimi qiymətləndirilməli və məhkəmə kollegiyasının bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında əksni tapmış hüquqi mövqeyi ilə də üst-üstə düşür. İlk növbədə məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” 27 dekabr 2006-cı il tarixli Qərarında davam edən və uzanan cinayətlərin anlayışları nı və bu cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin tətbiq edilməsi qaydalarını müəyyən etməyərək belə nəticəyə gəlmişdir ki, CM-nin 75-ci maddəsinin cinayətprosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərə tətbiqi həmin cinayətlərin anlayışının, bü növ cinayətlərin başlanması və sona çatması anlarının nəzərə alınması ilə mümkündür. Buna görə Plenum Azərbaycan Respublikasının Milli Məclisinə uzanan və davam edən cinayətlərin anlayışını, bü növ cinayətlərin başlanması və sona çatması anlarını müəyyənləşdirən müddəaların Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə edilməsini tövsiyə etmiş və bu mövqeyi ilə bağlı qeyd etmişdir ki, cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin tətbiqinə dair qanunvericinin öz mövqeyini aydın ifadə etməsinə bax mayaraq, CM-nin 75-ci maddəsi ilə uzanan və davam edən cinayətlər üzrə müddətlərin hesablanması məsələsi öz həllini tapmamışdır. Analoji norma ilə bəzi ölkələrin qanunvericisi (İsveçrə, İspaniya və sair) cinayət məsuliyyətinə cəlbetmə müddətlərini müəyyən edərkən uzanan və davam edən cinayətləri digər cinayətlərdən ayıraraq, onlar barəsində müddətlərin axımının başlanmasına dair xüsusi qaydaları əks etdirən müddəalar nəzərdə tutmuş, digərləri isə (Gürcüstan, Moldova və sair) bu cinayətlərin anlayışını verərək müddətlərin hesablanması ilə bağlı olan normanı onlara da aid etmişdir. Bir sıra başqa ölkələr, o cümlədən Avropa ölkələri də bu məsələni oxşar qaydada həll etmişlər. Göstərilənləri müqayisəli şəkildə təhlil edərkən aydın olur ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyi uza nan və davam edən cinayətləri digər cinayətlərdən fərqləndirmir, onların anlayışını vermir və bu cinayətlər üzrə müddətin hesablanmasına dair xüsusi müddəalar nəzərdə tutmur... CPM-nin 74.2-ci maddəsi ilə əlaqədar olaraq qeyd edilməlidir ki, bu norma uzanan və davam edən cinayətlərin törədilməsi ilə bağlı yalnız cinayət işlərinin ərazi üzrə məhkəmə aiddiyətinin müəyyənləşdirilməsi məsələsini həll edir və bu cinayətlərin anlayışına dair hər hansı müddəalar nəzərdə tutmur. Bu mənada uzanan və davam edən cinayətlərin ərazi üzrə məhkəmə aiddiyətinin prosessual qaydada tənzimlənməsi CM-nin 75-ci maddəsinin tətbiqinə təsir etmir... Uzanan və davam cinayətlər institutu hüquqda tanınır. CPM-in 74.2ci maddəsində bu cinayətlərə istinad olunması heç də təsadüfi xarakter daşımır. Buna baxmayaraq uza nan və davam edən cinayətlərə dair müvafiq normaların CM-də nəzərdə tutulmaması bu cinayətlər üzrə müddətlərin hesablanmasında qeyri-müəyyənliyə gətirib çıxarır ki, bu da həmin cinayətlərlə bağlı müddətlərin axımının düzgün müəyyən edilməməsinə və məhkəmənin qanuna müvafiq qərar qəbul etməməsinə səbəb ola bilər. Bu isə, öz növbəsində bir sıra konstitusiya prinsiplərinə, o cümlədən Konstitusiyanın 60-cı maddəsində əksini tapan hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatına xələl gətirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının “Qanunsuz cəzalandırılmamaq” adlanan 7ci maddəsi ilə bağlı “Koeme və başqaları Belçik aya qarşı (Coeme and others v. Belgium, §146)” iş üzrə Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Konstitusiya Məhkəməsinin Plenumunun təsvir edilən Qərarına müvafiq olara q davam edən və uzanan cinayətllərə və həmin cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin hesablanmasına dair cinayət qanunvericiliyində müvafiq normalar əlavə edilməsə də, Plenum özünün sonrakı Qərarında bu məsələlərin bəzilərinə aydınlıq gətirmiş, xüsusən davam edən və uzanan cinayətlərin əlamətlərini müəyyən etmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2021-ci il tarixli Qərarında vurğulanmışdır ki, davam edən cinayətlər zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyi uzanan və davam edən cinayətlərin anlayışını vermir. Lakin qanunvericilik bu cinayətlərin mövcudluğunu tanıyır və CPM-nin 74.2-ci maddəsində həmin cinayətlərə istinad olunması heç də təsadüfi xarakter daşımır. Onu da qeyd etmək lazımdır ki, bu cinayətlər məhkəmə təcrübəsində də tanınır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Konstitusiya Məhkəməsinin Plenumu nəzəriyyədə uzanan və davam edən cinayətlərə verilmiş anlayışlara əsaslanaraq qeyd edir ki, uzanan cinayət, hərə kət və ya hərəkətsizliklə törədilməklə, fasiləsiz, nisbətən uzun zaman ərzində həyata keçirilən konkret cinayət kimi qəbul edilir. Uzanan cinayət – konkret cinayətdir və bu səbəbdən Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Məsələn, Cinayət Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş qanunsuz olaraq silahın saxlanması. Davam edən cinayətlərə aşağıdakı əlamətlər aiddir: 1) bu cinayətlər iki və daha artıq müstəqil, yəni bir-birindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər; 2) cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir; 3) həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Həm Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsi Plenumunun hüquqi mövqeyindən, həm də Ali Məhkəmənin Plenumunun izahından çıxış edən məhkəmə kollegiyası hazırki iş üzrə Məhkum1 və Məhkum2 2014-2018-ci illərdə vahid niyyətlə, yalnız zamana görə biri-birindən ayrılan eyni xarakterli cinayət əməllərini törətmələri və bu əməllərin bütövlükdə CM-nin 308.2 və 313-cü maddələri ilə tövsif edilməsi barədə ibtidai araşdırma orqanının və birinci və apelyasiya instansiyası məhkəməsinin gəldikləri nəticə ilə razılaşır və hesab edir ki, belə nəticəyə uyğun olaraq həmin əməllər təkrar törədilmiş əməllər kimi deyil, bir konkret cinayət, yəni davam edən cinayət kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum1 və Məhkum2 törətdikləri davam edən cinayətin başa çatması anı sonuncu epizod üzrə əməlin t örədilməsi vaxtı, yəni 17 oktyabr 2018-ci il tarix hesab edilməli və məhz bu vaxtdan da CM-nin 75-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətləri hesablanmalıdır. Göstərilən tarixdə cinayət əməllərini törətmələri ilə bağlı ibtidai araşdırma orqanının Məhkum1 və Məhkum2 qarşı irəli sürülmüş, birinci instansiya məhkəməsinin hökmü ilə isə onların təqsirli bilindikləri həmin əməllərinin mahiyyəti isə ondan ibarətdir ki, onlar 2018-ci ilin oktyabr ayının ortalarında qabaqcadan əlbir olmuş bir qrup şəklində bundan əvvəl də ifadə etdikləri niyyətə uyğun olaraq Məhkum1 tanışı X5 865.040 manat məbləğində borc pul istəməklə alıb, həmin pul vəsaitini "xxxx" MMC-nin xəzinəsinə mədaxil etmədən, X5a həmin borcu qaytarmayacağı təqdirdə "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inş ası nəzərdə tutulan binadan onun adına borcu dəyərində yaşayış sahəsini verəcəyini bildirib, bundan sonra Cəmiyyətin ünvaan 6 ünvanında yerləşən ofisində tamah və şəxsi niyyətlə Məhkum1 təsisçisi, Məhkum2 isə direktoru olduğu "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşası nəzərdə tutulan binanın B blokunun 13-cü mərtəbəsində yerləşməklə 110,8 kv.m sahəsi olan 2 otaqlı 82 nömrəli mənzilin 121.880 manata, 186,9 kv.m sahəsi olan 4 otaqlı 83 nömrəli mənzilin 205.590 manata, 150,9 kv.m sahəsi olan 3 otaqlı 84 nömrəli mənzilin 165.990 manata, həmin blokda 14-cü mərtəbədə yerləşməklə 186,9 kv.m sahəsi olan 4 otaqlı 90 nömrəli mənzilin 205.590 manata, 150,9 kv.m sahəsi olan 3 otaqlı 91 nömrəli mənzilin 165.990 manata 17 oktyabr 2018-ci il tarixdə X5a satılması görüntüsü yaratmaq məqsədi ilə məzmun una bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqavilələri, müqavilələrə 1 nömrəli əlavələri və mənzillərin dəyərinin ödənilməsinə dair eyni tarixli 10/06 nömrəli maliyyə arayışlarını hazırlayıb həmin sənədlərin mətnində olan “direktor:Məhkum2” yazılarının qarşısında Məhkum1 tərəfindən imzalanıb üzərində "xxxx" sözləri həkk olunmuş MMC-nin dairəvi möhürü ilə təsdiq edib, Cəmiyyətə məxsus satılmış yaşayış və qeyri-yaşayış sahələrinin qeydiyyatının vahid kompyuter bazasında qeydə almadığı həmin saxta rəsmi sənədləri X5a təqdim etməklə, vahid niyyətlə vəzifə saxtakarlığı törətmiş, həmin əməlləri ilə "xxxx" MMC-nin təsərrüfat fəaliyyəti və işgüzar nüfuzu ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətl ərindən sui-istifadə etmişlər. Hazırki iş üzrə Məhkum1 və Məhkum2 təqsirli bilindikləri CM-nin 308.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 313-cü maddəsinin sanksiyasında isə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulduğndan həmin maddələrdə göstərilən cinayətlər CM-nin 15.2 və 15.3-cü maddələrinə əsasən müvafiq olaraq böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər kateqoriyasına aiddirlər. CM-nin 75.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; 75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə... CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Hazırki işin materiallarından göründüyü kimi, Məhkum1 və Məhkum2 törətdikləri davam edən cinayətlər 17 oktyabr 2018-ci il tarixdə başa çatmış, onların barəsindəki 10 noyabr 2021-ci il tarixli hökm isə apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərarın çıxarıldğı 21 noyabr 2022-ci il tarixdə qüvvəyə minmiş, yəni CM-nin 313-cü maddəsi ilə cinayə t məsuliyyətinə cəlb etmə müddəti hələ hökm çıxarılarkən keçsə də (məhz buna görə birinci instansiya məhkəməsi tətrəfindən CPM-nin 44.2.1-ci maddəsinin tələblərinə uyğun olaraq onlara həmin maddə ilə cəza təyin edilməmişdir), CM-nin 308.2-ci maddəsi ilə həmin Məcəllənin 75.1.2-ci maddəsində müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 2014 və 2015-ci illərdə törətdikləri və CM-nin 308.2-ci maddəsində nəzərdə tutulmuş əməllər üzrə epizodların onlara qarşi irəli sürülmüş ittihamdan və onların barələrindəki yekun məhkəmə aktlarından xaric edilməsi üçün əsaslar görmür və buna görə təhlil edilən məsələ ilə bağlı Məhkum1 və müdafiəçi V.İ.İsrafilovun kassasiya şikayətlərinin dəlillərini qəbul edilm əz sayaraq həmin şikayətlərin bu hissədə də təmin edilməsini mümkün bilmir. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi – "xxxx" MMC-nin direktroru Xin məhkum olunmuş şəxslərin qabaqcadan əlbir olmuş bir qrup şəxs kimi cinayət törətmələrinin cəzanı ağırlaşdıran hal kimi məhkəmələr tərəfindən nəzərə alınmaması və buna görə onlara yüngül cəzaların təyin edilməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsi yyətinə uyğun olmalıdır. CM-nin 9.2-c maddəsində vurğulanmışdır ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını a lmaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası q eyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2 və 61.3-cü maddələrinin tələblərinə görə isə cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar, habelə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal təkrar nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədə n müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə c inayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İ crası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıd ır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şər aitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhk əmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cə zanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Qanunvericil iyin yuxarıda göstərilən tələblərindən, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edərək məhkəmə kollegiyası məhkəmələr tərəfindən məhkumlar Məhkum1 və Məhkum2 təqsirli bilindikləri cinayətləri qabaqcadan əlbir olmuş bir qrup şəxs kimi törətmələrinə, bu halın isə CM-nin 61.1.3-cü maddəsində cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmasına baxmayaraq, məhkəmələr tərəfindən həm 10 noyabr 2021-ci il tarixli hökmdə və 21 noyabr 2022-ci il tarixli qərarda iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi barədə qeydin düzgün olmayaraq göstərilməsi barədə Xun kassasiya şikayətinin dəlili ilə razılaşır, lakin bu əsasla onlara təyin olunmuş cəzaların açıq-aşkar yüngül hesab edilərək buna görə apellyasiya instansiyası məh kəməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini məqsədə uyğun hesab etmir əvvəla ona görə ki, məhkumların təqsirli bilinərək cəzalandırıldıqları CM-nin 308.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin hökmü ilə onlara ayrıayrılıqda həmin maddə əsasında 02 (iki) müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə, yəni sanksiyada müəyyən edilmiş əsas cəzanın yuxarı həddinin yarısından da çox azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və həmin cəzanın yarısı, əlavə cəzanın isə 06 (altı) ay müddəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2021ci il tarixli tarixli qərarı ilə təyin olunmuş cəzalarla toplanmaqla onların hər birisinin 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə və 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzalarını çəkməli olduqları müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum1 və Məhkum2 barələrində cəza tədbiri seçilməsi məsələsini həll edərkən cinayət qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əməl edərək onların törətdikləri cinayətlə rin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, həbelə CM-nin 59.2-ci maddəsinə əsasən onların evli olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə almış və məhkumlara bu hallara görə kifayət qədər sərt, digər tərəfdən isə qanuni və ədalətli cəzalar təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, "xxxx" MMC-nin yeni rəhbərləri istisna olmaqla hazırki iş üzrə zərər çəkmiş kimi tanınmış digər şəxslərin məhkumlardan şikayət və tələblərinin olması cinayət işinin materialları ilə müəyyən edilmir. Belə olan halda, məhkəmə kollegiyası zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Xun kassasiya şikayətində irəli sürdüyü tələbin təmin edilməsi üçün tutarlı əsaslar görmür və bütün yuxarıda göstərilənlərə görə ümumlikdə həmin şikayətin təmin olunmasını mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası hazırki qərarda əsaslandığı hallara və sərgilədiyi hüquqi mövqeyə görə, Məhkum1 və Məhkum2 barələrindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2022-ci il tarixli qərarırın ləğv edilərək cinayət işinin icraatına bəraətverici, yəni CPM-nin 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla xitam verilməsi barədə həm məhkumların, həm də Məhkum1 müdafiəçiləri A.Ə.Kərimovun və V.İ.İsrafilovun kassasiya şikayətinin dəlillərini və bu dəlillər üzərində qurulmuş tələbi, həmçinin apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməklə cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında dövlət ittihamçısı Z.A.Ramazanovun kassasiya protestində və zərər çəkmiş hüquqi şəx sin nümayəndəsi Xin irəli sürdükləri tələbləri qəbul edilməz sayır və buna görə Məhkum2 və nümayəndə Xin kassasiya şikayətlərinin bütövlükdə təmin edilməməsi, dövlət ittihamçısı Z.A.Ramazanovun kassasiya protestinin və Məhkum1, onun müdafiəçiləri A.Ə.Kərimovun və V.İ.İsrafilovun kassasiya şikayətlərinin isə qismən təmin edilməsi barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Buna görə, məhkəmə kollegiyası kassasiya müraciətlərinin dəlillərini, həmin müraciətlərdə irəli sürülmüş tələbləri bir daha cinayət işinin materialları ilə əlaqəli şəkildə təhlil edib məhkumlar Məhkum1 və Məhkum2, müdafiəçilər A.Ə.Kərimov və V.İ.İsrafilov tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməsi, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi – "xxxx" MMC-nin dirkektoru X tərəfindən verilmiş ka ssasiya şikayətinin və dövlət ittihamçsı Z.A.Ramazanov tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi barədə Məhkum1 və onun müdafiəçilərinin, məhkumların və Məhkum1 müdafiəçilərinin kassasiya şikayətlərinin təmin edilməməsi, kassasiya protestinin və zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayətinin isə təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, Məhkum2, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Xin kassasiya şikayətləri təmin edilməməli, dövlət ittihamçısı Z.A.Ramazanovun kassasiya protesti, Məhkum1 və onun müdafiəçiləri A.Ə.Kərimovun və V.İ.İsrafilovun kassasiya şikayətləri qismən təmin edilməli, Məhkum1 və Məhkum2 CM-nin 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üz rə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilməklə həmin qərardan və onunla bağlı Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli hökmündən Məhkum1 və Məhkum2, hər birisinin CM-nin 313-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissələrdən onların Şahid6 və Şahid5 münasibətdə vəzifə saxtakarlığını törətmələrinə dair müddəalar xaric edilməli, qərar qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I: Məhkum2 və zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi – "xxxx" MMC-nin direktoru Xun kassasiya şikayətləri təmin edilməsin. Dövlət ittihamçısı Z.A.Ramazanovun kassasiya protesti, M əhkum1 və onun müdafiəçiləri A.Ə.Kərimovun və V.İ.İsrafilovun kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2022-ci il tarixli qərarından və onunla bağlı Yasaml Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli hökmündən Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissələrdən onların Şahid6 və Şahid5 münasibətdə vəzifə saxtakarlığını törətmələrinə dair müddəalar xaric edilsin. Qərar qal
Məhkəmə qərarları › İş №1(102)-855/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-855/2023
31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver