Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-855/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsi Əbdürəhmanov Kənan Səfər oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 1(106)-174/2023 nömrəli hökmündən apellyasiya instansiya məhkəmə sində iştirak etmiş dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli 1(099)-19/2023 saylı qərarı ilə (hakimlər: Ə.A.Əliyev (sədrlik edən), O.Y.Cəlilov və X.A.Nuriyev), xx.xx.2003-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Şirvan şəhəri X23 küçəsi ev 26-da qeydiyyatda olub həmin ünvanda yaşayan, cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunan X12 – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyinə görə onun cinayət məsuliyyətindən azad edil məsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.1 və 95.0.2-ci maddələrinə əsasən onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla, ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilməsi qərara alınmışdır. Məhkəmənin həmin qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X19 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 1(106)-174/2023 hökmü ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), M.Ə.Bağırov və E.İ.Əliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli 1(099)-19/2023 saylı qərarı ləğv edilmiş, X16 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yet irilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə bəraət verilmişdir. X16 bəraət verildiyindən «X2» markalı, **-Xxx*** dövlət qeydiyyat nişanlı avtomobillə cinayəti törətmiş şəxsin müəyyən edilməsi və onun cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra iş materialları materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti vermişdir. İşin halları: İstintaq orqanı tərəfindən X16 qarşı ittiham irəli sürülmüşdür ona görə ki, o, anlaqsız vəziyyətdə yəni, "Orta dərəcəli əqli gerilik, davranış pozuntuları və qıcolma tutmaları” kimi psixi pozuntudan əziyyət çəkməsi ilə əlaqədar öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməməklə və onları idarə etmək iqtidarında olmadan 28 mart 2022-ci il tarixdə saat 00:15 radələrində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun» 33-cü maddəsinin 4-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və etibarnaməsi olmadan «X2» markalı, **-Xxx*** dövlət qeydiyyat nişanlı avtomobili Fəhlə Qəsəbəsi- Çadırlı-Şirvan avtomobil yolu ilə Salyan rayonu istiqamətində hərəkət etdirərkən həmin yolun Salyan rayonu Pambıqkənd kəndi ərazisindən keçən 22-ci kilometrliyində göstərilən Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 98 km/saat sürətlə idarə edərək əks istiqaməti hərəkət zolaqlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib keçməməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və nəticədə ehtiyatsızlıqdan piyada X5 başın sağ gicgah nahiyyəsinin hematoması, beyin toxumasının əzilməsi, beyinin qişaları altına, beyin toxumasına, beyin mədəciklərinə qansızmalar, kəllə əsası sümüklərinin qapalı sınıqları, sağ döş boşluğuna qansızma, sağ ağciyərin zədələnməsi, sağda İİİ-İV-V qabırğaların, solda İİ qabırğanın qapalı yerinidəyişən sınıqları, hər iki göz orbitasının qançırı, sifətin sağ, sağ gicgah, sağ və sol diz qapağı nahiyyələrinin sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, bundan sonra B.R.X «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun» 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən zərərçəkənə ilk tibbi yardım göstərməli olduğu halda bunu etməyərək hadisə yerindən qaçmışdır. Apellyasiya məhkəməsinin gəldiyi qənaətə görə, yuxarıda təsvir edilmiş cinayəti törətmiş şəxs düzgün müəyyən edilmədiyindən, X16 təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə bəraət verilmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən X16 Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264cü maddələri ilə irəli sürülmüş ittiham üzrə əsassız və qanunsuz olaraq bəraət verilmişdir. Dövlət ittihamçısı bəraətin əsassız olduğunu təsdiq edən hallar kimi məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyini, ziddiyyətli şahid ifadələrin əsas götürüldüyünü, habelə ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın tam, hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız olaraq imtina edildiyini göstərmişdir. Məhkəmə qərarının ləğv edilməsini tələb edən hal kimi dövlət ittihamçısı həmçinin onu qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ittiham aktı ilə məhkəməyə ver ilməyən X2 Xun barəsində bəraət hökmü çıxarmaqda səhvə yol vermiş, bununla da cinayət və cinayət-prosessual qanunlarının normalarını da düzgün tətbiq etməmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Al i Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X12 Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM -in 416.1.1 - 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində ci nayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Cinayət təqibi orqanı və birinci instansiya məhkəməsi cinayət qanunu ilə qadağan edilmiş əməlin məhz X2 X tərəfindən törədilməsini - X2 Xun ibtidai istintaqın ilkin mərhələsində verdiyi izahat və ifadəsi, şahid ifadələri ilə, eləcə də məhkəmə ekspertizalarının rəyləri ilə əsaslandırmışlar. Apellyasiya məhkəməsinin g əldiyi qənaətə görə isə hazırki qərarın “İşin halları” hissəsində təsvir edilmiş cinayəti törətmiş şəxs düzgün müəyyən edilməmiş, bu səbəbdən X16 təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə bəraət verilmişdir. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən aşağıdakılardan çıxış etmişdir. Belə ki, birinci instansiya məhkəmə iclasında anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1 şahid kimi verdiyi ifadəsində göstərmişdir ki, X2 X onun oğludur, anadangəlmə psixi xəstədir, qıcolmaları var. xi tanıyır, x uzun müddətdir ki, oğlu X2ı ələ almış, onu evində işlədirmiş. Artıq vəziyyət o yerə çatmışdır ki, oğlu onlara baxmamış, ailəsini eşitməmişdir. Oğlunun bir dəfə xə məxsus maşını sürdüyün görmüş, bununla bağlı isə X1ə iradını bildirmişdir. Hadisə günü gecə saat birə işləmiş, digər uşağını qonşuda çimizdirmək üçün aparmışdır. Həmin vaxt x ona zəng vurub bildirmişdir ki, özünün də yaxın münasibətdə olduğu X28 gildədirlər, bir nəfər adamı maşınla vurmuşlar, lakin həmin adam ölməyib. Daha sonra xin atası ilə özü telefon əlaqəsi saxlamışdır. Onun atası Nurəddinlə birlikdə polis şöbəsinə getmişlər. Orada isə müstəntiqə oğlunun psixi xəstə olması barədə məlumat vermişdir. Oğlu X2 isə xəstəxanada olarkən bildirmişdir ki, hadisə günü maşını o yox, x sürmüşdür. Belə ki, apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsində ifadə vermiş olan şahid X9 apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsində vermiş olduğu ifadəyə qismən uyğun gələn ifadə vermiş, əlavə olaraq ifadəs ində göstərmişdir ki, hadisə günü gecə saat 12 radələri idi. Yuxudan səsə oyanmış, yatdığı otaqdan çıxaraq görmüşdür ki, X2 divanda uzanmışdır və əsir. X1maşını evin arxasına sürmüş olduğundan anası ondan maşını oradan çıxartmasını tələb edərək üzərinə qışqırmışdır. Anasından nə baş verdiyini soruşarkən anası ona X1in ona adam vurduğunu bildirdiyini demişdir. X1birinci dəfə deyildi ki, onlara gəlirdi. O əvvəllər də maşınla X2gili onlara gətirmişdi. O, X2ın maşın sürməsini görməmişdir. X1həyəcanlı olmuş, bir qədərdən sonra ona polislər zəng etmişlər ki, maşının nömrəsini tapmışlar hadisə yerinə gəlsinlər. X9 zərərçəkmiş şəxsin hüquqi varisinin vəkili Kənan Əbdürəhmanlının ona verdiyi “ maşının həyətə girməsi üçün həyətin qapısını kimi açmışdır?” sualına cavab verərkən göstərmişdir ki, maş ın həyətə girməmiş evin arxasındakı çöllük əraziyə sürülmüşdü. Apellyasiya baxışı zamanı ifadə vermiş digər şahid, Amid Bandalıyevin anası olan X6 ifadəsində göstərmişdir ki, gecə saat 12 olardı maşın səsi eşitmişdir. Pəncərədən baxarkən görmüşdür ki, bir maşın dayanmadan evin arxasına getdi. Maşını sürənin X1olduğunu görmüşdür. O çölə çıxarkən görmüşdür ki, X1uşağı tutub sürüyə-sürüyə gətirir. X2ın pis vəziyyətdə olduğunu görüb ona paltar geyindirmiş, su vermişdir. Bir az keçdikdən X1demişdir ki, adam vurmuşuq. O adamın ölüb-ölmədiyini soruşduqda o bunu bilmədiyini bildirdi. O da X1ə bura gəlincə adamı xəstəxanaya aparardınız demişdir. Sonra X1ə zəng gəldi və ona dedilər ki, uşağı da götür gəl. X1X2a dedi ki, sən qorxma mən hər şeyimi satıb səni qoymayacam tutulasan. Ona isə demişdir ki, ondan soruşanda desin ki, X1onlara sonradan gəlib. O, (X28) zəng vurub çağırmışdır. X1onlara gələndə rəngi qap-qara olmuşdur. Onlarda olduğu müddətdə bizə “siz belə deyin, elə deyin.. “ demişdir. O da X1ə yalan danışa bilmərəm demişdir. Apellyasiya baxışı zamanı dindirilmiş digər bir şahid, hadisədən sonra «Xx» markalı, **-Xxx*** dövlət qeydiyyat nişanlı evokuatorun sürüldüyü X28 Bandalıyevanın evində olmuş Şahid2 hadisə baş verən gün gecə saat 12 radələrində X2ın ona məxsus olan və sonu 1818 nömrəsi ilə bitən mobil telefon nömrəsindən zəng edərək maşını əzmiş olması, hal hazırda ora gəlməsi, maşının həyətə daxil olması üçün qapını açmasını deməsi, onun qapını açmasından sonra maşının gəlib həyətə daxil olaraq evin arxasına sürülməsi, maşının sükanı arxasında X2ın oturmuş olması barədə gös tərdiklərinin də yalan olduğu müəyyən edilmişdir. Belə ki, Azərcell və Nar mobil operatorlarına sorğu göndərilərək X2 Xun istifadəsində olmuş ********** mobil telefon nömrəsinin və Şahid1 istifadəsində olmuş ********** və ********** nömrəli telefonlarının anten dairələrinin müəyyən edilməsi, bu nömrələrə daxil olan və çıxan zənglər barədə göndərilmiş sorğuya alınmış cavabdan görünmüşdür ki, Şahid2 dediyi saatlarda nə X2ın, nə də X1in telefonundan Şahid2 istifadəsində olan mobil nömrəyə heç bir zəng vurulmamışdır. Faktiki olaraq şahidin ifadələri istintaqı və məhkəməni hadisə baş verərkən sükanın arxasında X12 olmasına inandırmağa yönəlmişdir. X7 apellyasiya instansiya məhkəməsində verdiyi ifadəsində bildirmişdir ki, X2 X hadisə günü gecə saat 22 radələrində ona zəng edərək müştəri olduğunu bildirmiş və bir qədər sonra X2 X evakuatorla gələrək onu yaşadığı evdən götürərək Salyan rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Hadisədən dərhal sonra dəfələrlə X2 Xa maşını saxlamağı bildirsə də X2 X maşını saxlamaqdan imtina etmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, telefon məlumatlarından aydın olur ki, həmin gün məhz X1 öz istifadəsində olan mobil nömrədən X2 Xun istifadəsində olan mobil nömrəyə zəng etmişdir (X2 Xun anasıqanuni Nümayəndə1 məhkəmə iclasında bildirdi ki, hadisə günü X2 Xa “Çikladol” dərmanı verərək yatızdırmış, lakin həmin vaxt X18 zəng edərək onu gəlib götürəcəyini bildirmişdir. Nümayəndə1 qısa müddətə qonşuya keçib evə qayıdanda artıq X2 Xun evdə olmadığını görmüşdür). Bundan əlavə X1X2 hadisədən sonra X2 Xun onun sözlərinə məhəl qoymadığını və onun tə ləbinə baxmayaraq maşını dayandırmayaraq hərəkətini davam etdirdiyini bildirsə də, nədənsə sonradan cinayət barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. O bunu telefonunda konturu olmaması ilə izah etmişdir. O bu müddətdə həmçinin şahid kimi ifadə vermiş Şahid2la birlikdə maşının qeydiyyat nömrəsini axtarmağa başlamış və hadisəni ört-basdır etməyə çalışmışdır. Bundan əlavə hadisənin 28 mart 2022-ci il tarixdə gecə 00:12-00:15 radələrində baş verdiyini nəzərə alınsa, telefon məlumatlarından görünür ki, həmin dəqiqələrdən başlayaraq X1X2 hadisədən təşvişə düşərək müxtəlif şəxslərlə demək olar ki, dayanmadan (səhər saat 04:00-qədər) telefonla danışmışdır. Bu isə digər tərəfdən onun hadisədən sonra polisə zəng vurmaq üçün telefonunda kontur olmaması barədə ifadələrində dediklərinin də yalan olduğunu göstərir. Həmçinin şahidlərin və qanuni nümayəndənin dediklərindən telefon məlumatlarından müəyyən edilir ki, Şahid1 birinci instansiya məhkəməsində və apellyasiya baxışı iclasındakı ifadələrində X2ın evokuator sifarişini özü qəbul edərək gəlib onu evindən götürmüş olmasının, X1in X28 gili tanımamasının, onlara birinci dəfə getdiyini deməsinin, X2 maşını tanımadığı bir nəfər şəxsin evinə sürmüşdür deməsinin, yalan olduğunu göstərir. Bununla yanaşı Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən təyin edilmiş təkrar komisyon kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 02 dekabr 2022-ci il tarixli, 145 saylı rəyində qeyd edilmişdir ki, qanunun X2 Xa qarşı hansı tələbləri irəli sürdüyünü başa düşməyərək təsadüfi hallarda nəqliyyat vasitəsini idarə etmiş olsa da, ümumiyyətlə əziyyət çəkdiyi orta dərəcəli əqli gerilik nəticəsində elementar əmək hesab olmayan, kifayət qədər diqqət və bu sahə üzrə vərdiş tələb edən hər hansı nəqliyyat vasitəsinin qanun pozuntusuna yol vermədən, yol-hərəkət qaydalarını pozmadan, təhlükəli vəziyyət yaratmadan X2 X tərəfindən idarə edilməsi mümkün deyildir. Apellyasiya məhkəməsi X2 Xun yaşadığı ünvandan hadisə baş verən əraziyə qədər 4 işıqfor və 4 nizamlanmayan yolayrıcının olduğunu, ekspert rəyinə görə X2 Xun yol-hərəkət qaydalarını bilmədən həmin maneələri təhlükə yaratmadan və qanun pozuntusuna yol vermədən Şirvandan Hacıqabula qədər keçməsini və beləliklə Şahid1 maşının idarə olunması üçün daha böyük diqqət və məsuliyyətin tələb olunduğu gecə saat 12 radələrində kreditlə əldə etmiş olduğu və hələ dəyərini tam ödəmədiyi avtomobilinin idarə edilməsini və öz sağlamlığını X2ı tanıdığı 7 aydan çox müddət ərzində əqli geriliyini müşahidə etmiş olduğu şəxsə etibar etməsi qeyri-mümkün hesab etmişdir. Göstərilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində iddia oluananların olunanların əksinə olaraq, ittiham tərəfi apellyasiya baxışında biri digəri ilə uzlaşan şahidlərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, qanuni nümayəndənin ifadələrini, telefon məlumatlarını təkzib edən, həmin və digər sübutlardan törəyən X2 Xun ittihamda qeyd nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla, yol nəqliyyat hadisəsi yerindən qaçması dair şübhələri aradan qaldıran sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya məhkə məsinin baxılmış materialla bağlı sübutların tədqiqinə dair cinayətprosessual qanunun 143-146-cı maddələrinin tələblərini pozduğunu, bu və ya digər materialın tədqiqindən imtina etdiyini, öz nəticələrini əsaslandırarkən yoxlanılmayan, yolverilməz sübutlardan istifadə etdiyini göstərən hallar mövcud deyil. Belə olan halda, apellyasiya məhkəməsinin X2 Xun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlər üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, artıq yuxarıda istinad olunduğu kimi, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühaki mə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla arad an qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Yuxarıda təsvir edilən xüsusatlar barədə qanuni nümayəndə və şahidlərin ifadələrində verdikləri məlumatların həqiqiliyi, araşdırılmış digər sübutların mötəbərliyi təkzib olunmadığı vəziyyətdə apellyasiya məhkəməsinin X2 Xa Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirsiz hesab edilməsi, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin ittiham aktı ilə məhkəməyə verilməyən X2 Xun barəsində bəraət hökmü çıxarmaqda səhvə yol verməsi, bununla da cinayət və cinayət-prosessual qanunlarının normalarının düzgün tətbiq etməməsi ilə bağlı dəliləri ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, şəxs barəsindən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsələsinə baxılması CPM-nin LV və LVİ fəsillərində nəzərdə tutulmuş qaydada həyata keçirilməli, məhkəmə iclasında CPM-nin 477.2-ci maddəsində təsbit edilmiş sübut edilməsi zəruri olan hallar (ictimai təhlükəli əməlin törədilməsi, cinayət qanunu ilə qadağan edilmiş əməlin məhz həmin şəxs tərəfindən törədilməsi) qanunla müəyyən edilmiş qaydada yoxlanılmalı və icraatın nəticəsinə dair müvafiq qərar qəbul edilməlidir. "Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 8 nömrəli qərarının 20-ci bəndində göstərilmişdir ki, CPM-nin 39-cu maddəsində nəzərdə tutulmuş cinayət təqibinə xitam verilməsi əsasları müəyyən edildikdə şəxsin xəstəliyinin mövcudluğundan və xarakterindən asılı olmayaraq CPM-nin 43.3-cü maddəsinin göstərişi nəzərə alınmaqla, məhkəmə cinayət işinə xitam verilməsi barədə qərar qəbul edir. Adi çəkilən Plenum qərarında həmçinin qeyd olunmuşdur ki, ibtidai araşdırma orqanı tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş, lakin birinci instansiya məhkəməsində anlaqsız vəziyyətdə cinayət törətməsi və ya cinayət törətdikdən sonra psixi xəstəliyə düçar olması hesab edilmiş şəxsin barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi haqqında qərardan verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılarkən həmin şəxsə bəraət verilməsi əsasları aşkar edildikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv etməklə onun barəsində bəraət hökmü çıxarır. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun Qərarında verilmiş izahdan müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi yalnız ibtidai araşdırma orqanı tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş, yəni ittiham aktı ilə məhkə məyə verilmiş şəxsin barəsində olan birinci instansiya məhkəməsinin qərarını ləğv etməklə onun barəsində bəraət hökmü çıxara bilər, başqa hallarda isə cinayət işinə xitam verilməsi barədə qərar qəbul etməlidir. Öyrənilmiş cinayət işi materiallarından görünür ki, X12 barəsində olan hazırki cinayət işi ibtidai istintaq orqanı tərəfindən birinci instansiya məhkəməsinə ittiham aktı ilə deyil, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsələsinə baxılması üçün qərar göndərilmiş, birinci instansiya məhkəməsi də müvafiq qərarla onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq etməklə ona məcburi müalicə təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə X2 Xun barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi cinayət qa nunu ilə qadağan edilmiş əməlin məhz X2 X tərəfindən törədilməsini müəyyən etmədiyi vəziyyətdə cinayət işinə xitam verilməsi barədə qərar qəbul etməli olduğu halda, bunu etməmiş, əvəzində X2 Xun barəsində bəraət hökmü çıxarmışdır ki, bununla da "Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 8 nömrəli qərarında əks olunan göstərişlərə zidd mövqe nümayiş etdirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.2-ci maddəsinə əsasən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına göndərilərkən məhkumun vəziyyətini pisləşdirən qərar yalnız hökmün d övlət ittihamçısının kassasiya protesti və ya zərərçəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti əsasında ləğv edildiyi halda qəbul edilə bilər. Qeyd olunan cinayət-prosessual norma faktiki olaraq yeni apellyasiya baxışının hədlərini göstərməklə, qəbul ediləcək qərarı əvvəlki qərarın mübahisələndirilməsinə həsr olunmuş kassasiya müraciətlərinin xarakterindən və onların kassasiya instansiyası məhkəməsində həllindən asılı etmişdir. Məhkəmə heyətinin fikrincə, həmin normanının mənasına görə apellyasiya instansiyası məhkəməsi yeni baxışda məhkumun vəziyyətinin əvvəlki qərarla müqayisədə pisləşdirilməsi barədə qərarı buna dair verilmiş kassasiya müraciəti təmin olunduğu hissədə çıxara bilər. Göstərilən haldan çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya m əhkəməsi cinayət qanunu ilə qadağan edilmiş əməlin məhz X2 X tərəfindən törədilməsini müəyyən edilməməsi ilə bağlı düzgün qənaətə gəlsə də, yekun məhkəmə aktı olaraq B.Xun barəsində bəraət hökmü qəbul etməklə səhvə yol vermişdir. Qeyd olunanlar kassasiya protestinə əsasən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsini və cinayət işinə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını tələb edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsinə dair zərərçəkmiş şəxsin hüquqi varisi X11 və onun nümayəndəsi X4 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilməli, Şirvan A pellyasiya Məhkəməsinin Cinayət X1 barəsində olan 26 sentyabr 2023-cü il tarixli, 1(106)174/2023 nömrəli hökmü ləğv olunmalı (yekun məhkəmə aktı ilə bağlı cinayət-prosessual qanunlarının normalarının düzgün tətbiq edilməməsi əsası ilə), cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət X1 barəsində olan 26 sentyabr 2023-cü il tarixli, 1(106)-174/2023 nömrəli hökmü ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışı
Məhkəmə qərarları › İş №1(102)-855/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-855/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver