Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-855/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi Kəri mov Çingiz İbinyamin oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində CM-in 95.0.2-ci maddəsinə əsasən ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə və Təqsirləndirilən şəxs sağalanadək iş üzrə icraatın dayandırılmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 sentyabr 2024-c ü il tarixli qərarı ilə (hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə) Təqsirləndirilən şəxs, xx xxxx 1996-cı il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2 fevral 2018-ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2800 (iki min səkkiz yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, 2 dekabr 2021-ci il tarixdə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarına əsasən həmin cəzadan azad edilmiş, Bakı şəhəri Xətai Rayon Məhk əməsinin 5 oktyabr 2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 mart 2023-cü il tarixli qərarı ilə həmin cəzası 1 (bir) il 1 (bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1-də qeydiyyatda olmaqla ünvan 2-də yaşamış, CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətdikdən sonra psixi xəstəliyə tutulduğundan CM-in 95.0.2-ci maddəsinə əsasən onun barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilmiş və o, sağalanadək barəsindəki cinayət işi üzrə icraat dayand ırılmışdır. Bununla yanaşı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2024-cü il tarixli hökmü ilə X5 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə məhkəmə istintaqının aparılması nəticəsində müəyyən edilmişdir ki, o, tanışı X5 və digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması və daşınması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun özünü “Rza” kimi təqdim edən üzvü 16 yanvar 2023-cü il tarixdə axşam saatlarında Tə qsirləndirilən şəxslə telefon əlaqəsi saxlamaqla narkotik vasitələrin Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 58ci kilometrliyində qoyulduğunu, narkotik vasitələri həmin yerdən götürüb deyilən yerə qoymaq lazım olduğunu və bu işin müqabilində 200 manat pul verəcəyini bildirmiş, bundan sonra X5 və Təqsirləndirilən şəxs sonuncunun idarə etdiyi **-RB-*** qeydiyyat nişanlı, Hyundai Sonata markalı avtomaşınla Bakı şəhərindən Astara istiqamətində hərəkət etməklə həmin gün gecə saatlarında Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 58-ci kilometrliyinə gəlib, orada olan bir ədəd qara rəngli sellofan torbada külli miqdarda, 3441,664 qram narkotik vasitə heroini və külli miqdarda, təsiredici maddəsinin ümumi miqdarı 4 qram olan 10 ədəd konvalyutda ümumil ikdə 100 ədəd narkotik vasitə metadon həblərini götürməklə birlikdə əldə etmiş, narkotik vasitə heroinin külli miqdarda 6,362 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs, külli miqdarda 5,302 qram çəkidə hissəsini isə X5 götürüb ciblərinə qoymaqla öz üzərlərində, qalan 3430 qram çəkidə heroini və 100 ədəd narkotik vasitə metadon həblərini isə Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Sonata» markalı, **-RB-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində daşımaqla Bakı şəhəri istiqamətində hərəkətdə olarkən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində onlar 17 yanvar 2023-cü il tarixdə saat 06 radələrində Ə lət-Astara avtomobil yolunun Salyan rayonu ərazisində yerləşən «Hacıoğlu» restoranının yaxınlığında saxlanılaraq Salyan Rayon Polis Şöbəsinə aparılmış, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi tutulmaqla həmin gün üzərlərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan kiçik ölçülü cibindən bir ədəd bükümdə 6,362 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, X5in isə əynindəki cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə 5,302 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, sonra isə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə Salyan Rayon Polis Şöbəsinin inzibati binasının həyətində baxış keçirilən zaman avtomobilin arxa yük yerində olan bir ədəd qara rəngli sellofan torbanın içərisində külli miqdarda, 3430 qram çəkidə, Təqsirləndirilən şəxs və X5in üzərilərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən, narkotik vasitə heroin və külli miqdarda, təsiredici maddəsinin ümumi miqdarı 4 qram olan 10 ədəd konvalyutda ümumilikdə 100 ədəd narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. İşə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılarkən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətdikdən sonra psixi xəstəliyə tutulması nəzərə alınaraq məhkəmənin 31 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materialları başqa icraata ayrılmış və həmin materiallar üzrə yuxarıdakı 4 sentyabr 2024-cü il tarixli qərar qəbul edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Şabanov Valeh İxtiyar oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə) 21 noyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Ka ssasiya protestinin dəlilləri: Kassasiya protestində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) və CM-in bir sıra maddələrinə, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 26 yanvar 2000-ci il tarixli Qanununa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, iş üzrə toplanmış sübutlara, əsasən də Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrə, məhkəmə-psixiatrik ekspertizalarının rəylərinə və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək ekspertiza rəylərinin nəticələrini mübahisələndirən dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protestini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, bununla da cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir. Belə olan isə halda həmin məhkəmənin qəbul etdiyi qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs iş üzrə ibtidai araşdırma zamanı, habelə işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən törətdiyi cinayət əməlinin halları barədə ətraflı, tam, dolğun, biri digərini tamamlayan, hər hansı psixi pozuntularla müşayiət olunmayan ifadələr vermiş, iş üzrə 28 mart 2023-cü il tarixli qərarla təyin edilərək keçirilmiş ambula tor məhkəmə-psixiatrik ekspertizasının 10 aprel 2023-cü il tarixli 950 saylı rəyində isə onun məcburi müalicəyə ehtiyacının olmaması və onun əməlinin CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmədiyi göstərilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə müdafiə tərəfinin və sonradan dövlət ittihamçısının vəsatətlərinə əsasən keçirilmiş stasionar məhkəmə-psixiatrik ekspertizasının müvafiq olaraq 29 noyabr 2023-cü il tarixli 181 və 22 may 2024-cü il tarixli 2196 saylı rəyləri ilə isə Təqsirləndirilən şəxs psixi xəstəlikdən əzab çəkən şəxs kimi məcburi müalicəyə ehtiyacının olması və onun əməlinin CM-in 21.3-cü maddəsinin təsiri altına düşməsi müəyyən edilmişdir. Həmin rəylərin nəticələrini ekspertlər kifayət qədər əsaslandırmamış və təqsirləndirilən şəxsin hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamasını heç nə ilə izah edə bilməmiş və buna görə bu rəylər formal xarakterli rəylər kimi qiymətləndirilməlidir. Belə rəylərə əsaslanan məhkəmələr nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs iki aydan çox istintaq təcridxanasında saxlanıldıqdan sonra, ekspertlərin qeyd etdikləri kimi, “gözlənilməz çətin vəziyyətə düşdükdən və onun üçün xoş olmayan situasiya yarandıqdan” sonra ibtidai araşdırma zamanı da məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi zamanı müayinə olunmuş və onda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməmiş, buna görə onun məcburi müalicəyə ehtiyacının olmaması barədə rəy verilmiş, bu hal da ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş eks pertiza rəyləri arasında ziddiyyətlər yaranmışdır. Eyni zamanda stasionar ekspertizalar üzrə rəy komissiyası tərəfindən Təqsirləndirilən şəxs müəyyən edilən "Üzvi, mənşəli şəxsiyyət pozuntusu" formasında psixi patalogiyanın cinayət əməlinin törədilməsindən sonra hansı psixogen amillərin təsirindən natamam kompensasiya mərhələsinə çatması müəyyən edilməmiş, həmin rəylərin birində sonuncunun barəsində CM-in 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında, digərində isə - CM-in 95.0.2-ci maddəsinə əsasən ümumi tipli psixitariya stasionarında məcburi müalicənin tətbiq edilməsinin məsləhət görülməsi də hər iki rəyin şübhə altına alınmasına əsas vermiş, məhkəmələr isə bu hala da diqqət yetirməyərək ona heç bir qiymət verməmişlər. Buna görə işə Şirvan Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının məhkəmə iclasında baxılarkən bu ziddiyyətin aradan qaldırılması üçün onun, yəni dövlət ittihamçısı E.Ə.Hüseynov tərəfindən apellyasiya protestinə əsasən işə qismən məhkəmə istintaqı aparılmaqla baxılması və iş üzrə təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi barədə vəsatət qaldırılsa da, həmin vəsatət təmin edilməmiş, nəticə etibarı ilə isə məhkəmə onun tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini şərtləndirən CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişdir. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı E.Ə.Hüseynov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışı iclasının keçiriləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, onun qanuni nümayəndəsi Qanuni nümayəndə isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılmas ı, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, onun müəllifi dövlət ittihamçısı E.Ə.Hüseynov həmin protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina edilməsini, araşdırılmış sübutlara düzgün qiymət verilməməsini, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etməsini iddia edərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının 21 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması haqda tələbini CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirl iliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərind ən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəməl ər tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya ci nayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdə n belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi, araşdırılmış sübutlara əsasən işin faktiki hallarının müəyyən edilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törəd ilməsində təqsirli bilinməsi üçün kifayət edibetməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində təsbit edilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edil məsinin yol verilməz olduğunu ehtiva edir. Digər tərəfdən bu konstitusiyon müddəalar həmçinin hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin isə hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, həmçinin cinayət xarakterli əməl törətmiş şəxslərin qanunda nəzərdə tutulmuş qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və barələrində bu və ya digər cinayəthüquqi xarakterli tədbirlərin tətbiq edilmələrini də nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıq larını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin i ştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılma sı hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri bilir ki, cinayət mühakimə icraatının vəzifələri şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən, həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən suiistifadə edilməsi hallarından qorumaqdan, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətin ə cəlb etməkdən, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir (CPM-in 8-ci maddəsi). Ən əsası isə məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 10.1 və 10.2-ci maddələrinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsin ə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təs diq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Cinayət-prosessual qanunun 121.2-ci maddəsinə əsasən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedura daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. CPM-in 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi ol ub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayə t prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 140.0.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesi gedişində şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi əsasında müəyyən edilə bilər. Qanunun bu və digər normalarının tələblərindən və mənasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, şəxsin cinayət törətdikdən sonra psixi xəstəliyə tutulub-tutulmaması, bu dövrdə də onun öz əməlinin (hərəkətinin və y a hərəkətsizliyin) faktiki xaratkerini və ictimai təhlükəliliyini dərk etmək, yaxud da onları idarə etmək iqtidarında olub-olmaması da yalnız psixiatriya sahəsində müvafiq biliklərə malik olan ekspertlərin rəyi əsasında müəyyən edilə bilər. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bu tələblə bağlı kassasiya protestində Təqsirləndirilən şəxs əzab çəkdiyi psixi xəstəliyə şərh verilməsinə dair dəlillərə cavab olaraq məhkəmə kollegiyası vurğulayır ki, təhqiqatçı, müstəntiq, ibtidai ar aşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, mütəxəssis və cinayət prosesinin digər iştirakçılarının xüsusi biliklərə malik olması cinayət təqibi orqanını və məhkəmələri müvafiq hallarda ekspertizanın təyin edilməsi zərurətindən azad etmir və CPM-in 140.0.1-140.0.4-cü maddələrində nəzərdə tutulmuş halların müəyyən edilməsi üçün müvafiq ekspertizanın təyin edilməsi məcburidir (CPM-in 264.2-ci maddəsi). Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestində Təqsirləndirilən şəxs psixi xəstəliyi ilə əlaqədar müvafiq beynəlxalq sənədə istinad edərək həmin xəstəliyə şərh verməsi və bu şərhə əsasən sonuncunun məcburi müalicəyə ehtiyacının olmaması barədə nəticəyə dair dəlillərini qəbul edilməz sayır, kassasiya protesti müəllifinin iş üzrə keçirilmiş stas ionar məhkəmə-psixitariya ekspertizalarının rəyləri ilə razılaşmamasını da əsassız hesab edir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetir ildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında süb utların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5 və 351-ci maddələri) tələb edirlər ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, iş üzrə yekun məhkəmə aktı qəbul edərkən isə - təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutsun. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cina yət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunv ericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yo lla əldə olunmuş olsun. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə cinayət törətmiş şəxsin təqsirliliyi məsələsinin həll edilməsi ilə yanaşı, həm də onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi zamanı da əməl olunmalı və bu hal da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, həm ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, həm də işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən əldə edilmiş sübutlar həmin məhkəmənin məhkəmə iclasında məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv ar aşdırılmış, bu sübutlar hökmün təsviri-əsaslandırıcı hissəsində ətraflı təsvir edilməklə onlara CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmiş və bu qiymətləndirmənin nəticəsi olaraq məhkəmə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi barədə qənaətə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi, onun əməlinin hüquqi tövsifi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış və hesab etmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində ona qarşı irəli sürülmüş ittihamda göstərilən növdə və çəkilər də (külli miqdarda) narkotik vasitələri əldə edərək saxlamış və daşımış, yəni CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Kassasiya protestinin məzmunundan göründüyü kimi, onun müəllifi olan dövlət ittihamçısı E.Ə.Hüseynov təsvir edilənlərlə bağlı məhkəmələrin gəldikləri məsələləri mübahisələndirmir və öz müraciətində Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müayinənin tətbiq edilməsinin, cinayət işi üzrə icraatın isə dayandırılmasının əsassız olmasını iddia edir, öz kassasiya tələbini də bu iddia üzrə irəli sürdüyü dəlillərlə əsaslandırır. Həm buna görə, həm də müdafiə tərəfinin də təhlil edilən məsələləri mübahisələndirməməsini nəzərə alaraq, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə cinay ət əməllərini törətməsinin sübuta yetirilməsinə dair məsələləri təftiş etməyi lazım bilmir və yalnız kassasiya protestinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verilməsini, bunun üçün isə cinayət işi üzrə toplanmış və əldə edilmiş bir sıra sübutlara, habelə qanunvericiliyin tələblərinə və mübahisələndirilən məsələlərə dair Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə müraciət etməyi zəruri sayır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, həmin iş üzrə ibtidai araşdırma zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində ambulator məhkəmə-psixiatriya ekspertizasının təyin edilməsi haqqında 30 mart 2023-cü il tarixli qərar qəbul edilmiş və həmin qərarda Təqsirləndirilən şəxs 5-6 fevral 2015-ci il və 25-26 fevral 2015-ci il tarixlərdə Azərbaycan Respublika sı Səhiyyə Nazirliyinin Psixiatriya xəstəxanasında stasionar müalicədə olması barədə həmin Xəstəxanadan verilmiş 11 fevral 2023-cü il tarixli 1780 saylı məktuba istinad olunmuşdur. Əvvəla bu hal ona dəlalət edir ki, iş üzrə ibtidai araşdırma dövründə Təqsirləndirilən şəxs psixi vəziyyəti ilə bağlı şübhələr yaranmış, lakin buna baxmayaraq 30 mart 2023-cü il tarixli qərarda onun cinayət törətdiyi dövrlə yanaşı cinayət təqibinin aparıldığı müddətdə, yəni cinayət törətdikdən sonra öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək iqtidarında olub-olmaması barədə ekspertlər qarşısında suallar qoyulmamış və ekspertlər də belə suala cavab verməmişlər. Göstərilən qərara əsasən keçirilmiş və dövlət ittihamçısı E.Ə.Hüseynovun da kassasiya protestində mötəbər sübutlardan b iri hesab etdiyi ambulator məhkəmə-psixiatrik ekspertizasının 10 aprel 2023-cü il tarixli 950 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı «psixoaktiv maddələrin müştərək qəbulu (polinarkomaniya) nəticəsində az ifadəli şəxsiyyət dəyişikliyi» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F19» müəyyən edilir. Onda aşkar olunan şəxsiyyət dəyişkənliyi az ifadə olunduğundan cinayət əməlini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Ona görə də Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmu ş, o, təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilir. Təqsirləndirilən şəxs əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşməsə də, barəsində tibbi xarakterli məcburi tədbirlərin tədbiq edilməsinə ehtiyac olmasa da, onda aşkarlanan şəxsiyyət dəyişkənliyinin kəskinləşməsi ehtimalının olması nəzərə alınaraq nəzarət altında saxlanılması, zərurət yarandığı təqdirdə isə həkim-psixiatrın müşahidəsinə verilməsi tövsiyyə edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ambulator qaydada müayinə etmiş ekspertlər də onda “hər hansı psixoaktiv maddələrin müştərək qəbulu (polinarkomaniya) nəticəsində az ifadəli şəxsiyyət dəyişikliyi” növündə psixi pozuntunun olmasını aşkar etmiş, lakin onların qarşısında bu pozuntuya görə Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra əməlinin fakti ki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək iqtidarında olubolmaması barədə heç bir fikir bildirməmiş, lakin buna baxmayaraq sonuncunun psixi vəziyyətinə şübhə ilə yanaşaraq sonuncuda aşkarlanan şəxsiyyət dəyişkənliyinin kəskinləşməsi ehtimalının olmasını nəzərə alaraq nəzarət altında saxlanılmasını, zərurət yarandığı təqdirdə isə həkim-psixiatrın müşahidəsinə verilməsini tövsiyyə etmişlər. Yəni, ekspertlər faktiki olaraq Təqsirləndirilən şəxs onda aşkar edilmiş psixi pozuntuya görə sonrakı dövrdə vəziyyətinin kəskinləşməsi istisna etməmişlər. Bu hallar və Təqsirləndirilən şəxs əvvəllər də psixi pozuntularına görə stasionar qaydada psixiatriya xəstəxanasında müalicə olunması haqda iş materiallarına əlavə edilmiş sənədlərdə olan təkzib edilməz və obyektiv məlumatlar isə işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra psixi vəziyyətinin daha dərindən yoxlanılması üçün onun stasionar qaydada müayinə edilməsini zəruri etmiş və buna görə də təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 məhkəmə iclasında iş üzrə stasionar məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi haqda vəsatət qaldırmış və məhkəmənin 25 oktyabr 2023-cü il tarixli qərarı ilə həmin vəsatət təmin olunmuşdur. Bu qərara əsasən keçirilmiş stasionar məhkəmə-psixiatrik ekspertizasının 29 noyabr 2023-cü il tarixli 181 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Üzvü şəxsiyyət pozuntusu” formasında psixi potologiyadan əziyyət çəkir. Həmin üzvü pozuntu şəxsiyyət dəyişikliyi və davranış pozuntusu ilə ifadə olunur. Üzvü şəxsiyyət pozuntusu müxtəlif simptomların birləşdiyi və psixi fəaliyyətin ayrı-ayrı sahələrini əhatə edən əlamətlərin təzahür etdiyi kifayət qədər ciddi bir patologiyadır. Həmin patologiyanın gedişində dekompensasiya (pisləşmə) və kompensasiya (nisbi yaxşılaşma) mərhələləri ayırd edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə münasibətdə anlaqlı hesab edilməlidir. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs müəyyən edilən “Üzvi şəxsiyyət pozuntusu” kliniki gedişinə görə xroniki pozuntudur. Üzvi şəxsiyyət pozuntusu insanın bütün həyatı boyu davam edir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirlən dirilən şəxs hərəkətləri CM-in 21.3-cü maddəsinin təsri altına düşür və onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Təqsirləndirilən şəxs barəsində CM-in 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tədbiq edilməsi məsləhət görülür. Lakin, birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş prokuror V.İ.Şabanov stasionar məhkəmə-psixiatrik ekspertizasının təsvir edilən rəyi ilə razılaşmadığından iş üzrə təkrar komisyon stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının təyin edilməsi barədə vəsatət qaldırmış və məhkəmənin 28 mart 2024-cü il tarixli qərarı ilə həmin vəsatət də təmin olunaraq bu ekspertiza təyin edilməklə ekspertizanın keçirilməsi Azərbay can Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» Publik Hüquqi Şəxsə həvalə edilmişdir. Cinayət işinin materiallarında olan həmin ekspertizanın 22 may 2024-cü il tarixli 2196 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda “Üzvü mənşəli şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə. Anamnezində polinarkomaniya” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Üzvü şəxsiyyət pozuntusu insanın bütün həyatı boyu davam edir, şəxsiyyət dəyişikliyi və davranış pozuntusu ilə ifadə olunur. Təqsirləndirilən şəxs müəyyən edilən “Üzvü şəxsiyyət pozuntusu” klinik gedişinə görə xroniki pozuntu olmaqla gedişində kompensasiya və klinki gedişinə görə xroniki pozuntu olmaqla gedişində kompensasiya və dekompensasiya mərhələləri bir-birini əvəzləyir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməli törədərkən əziyyət çəkdiyi “Üzvü mənşəli şəxsiyyət pozuntusu” az ifadə olunduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə də o, təqsirləndirildiyi cinayət əməlinə münasibətdə anlaqlı hesab edilməlidir, onun əməli CM-in 21.1 və 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi üzvü şəxsiyyət pozuntusu halhazırda davranış pozuntusu ilə müşayiət olunur və ifadə olunma dərəcəsinə görə onu halhazırda öz həpəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edir. Buna görə də hal-hazırda psixi vəziyyətinə görə Təqsi rləndirilən şəxs hərəkətləri CM-in 21.3-cü maddəsinin təsiri altına düşür, psixi vəziyyətinə görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının olması müəyyən edilir. CM-in 97.2-ci maddəsinə görə intensiv müşahidə tələb etməyən və öz psixi vəziyyətinə görə stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə onun barəsində CM-in 95.0.2-ci maddəsinə əsasən ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tədbiq edilməsi məsləhət görülür. Rəydə həmçinin ekspertpsixoloqun qarşısına qoyulmuş suala cavab olaraq qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini tör ədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmə iclasında keçirilmiş ekspertiza rəylərinin təhlili göstərir ki, faktiki olaraq hər iki rəydə Təqsirləndirilən şəxs eyni diaqnozla psixi pozuntudan əziyyət çəkməsi müəyyən olunmuş, kassasiya protestinin dəlillərinin əksinə olaraq həmin rəylər müvafiq elmi ədəbiyyata istinad edilməklə elmi cəhətdən kifayət qədər əsaslandırılmış, Təqsirləndirilən şəxs barəsində aparılmış müayinələrin və tədqiqatın təfərrüatları rəylərdə geniş şəkildə əks etdirilmiş və ekspertlər təqsirləndirilən şəxsin stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının olması barədə eyni nəticəyə gəlmiş, bu nəticə üzrə fərq isə ondan ibarət olmuşdur ki, birinci rəydə sonuncunun ixtisaslaşdırılmış psixiatriya stasionarında, ikinci rəydə isə - onun ümumi tipli psixiatriya stasionarında məcburi müalicənin tətbiq edilməsi məsləhət görülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı 4 sentyabr 2024-cü il tarixli qərarla birinci instansiya məhkəməsi 22 may 2024cü il tarixli 2196 saylı rəyə üstünlük verərək (məcburi müalicənin növünə münasibətdə), eyni zamanda yuxarıda təsvir edilmiş hər iki rəy üzrə ekspertlərin gəldikləri eyni nəticələri nəzərə alaraq CM-in 95.0.2-ci maddəsində göstərilən şəraitdə, yəni ümumi tipli psixiatriya stasionarında məcburi müalicənin təyin edilməli, cinayət işi üzrə icraat isə təqsirləndirilən şəxs sağalanadək dayandırılmalı olması barədə qənaətə gəlmiş və bu zaman istər maddi, istərsə də prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verməmiş, habelə “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8 noyabr 2012-ci il tarixli Qərarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri yetərincə nəzərə almışdır. Qeyd olunmalıdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən 22 may 2024cü il tarixli 2196 saylı rəy verildikdən sonra məhkəmə qanunvericiliyin aşağıdakı tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materiallarının ayrıca icraata ayrılması məsələsini həll etməzdən əvvəl bununla bağlı dövlət ittihamçısının rəyini öyrənmiş və sonuncu ona verilmiş suala cavab olaraq bu haqda qərar qəbul edilməsinə etirazının olmamasını bildirərək Təqsirləndirilən şəxs də barəsində X5lə birlikdə ittiham hökmünün çıxarılmalı olmasını iddia etməmiş, müdafiə tərə fi də belə qərarın qəbul edilməli olması ilə razılaşmış və buna görə məhkəmə Təqsirləndirilən şəxs haqqında cinayət işinin materiallarının başqa icraata ayrılması barədə 31 iyul 2024-cü il tarixli qərar qəbul etmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs barəsindəki hazırki iş üzrə gəldikləri nəticələri qanuni və əsaslı hesab edərək qeyd edir ki, bu nəticələr iş üzrə toplanmış və araşdırılmış sübutlarla yanaşı aşağıdakı hüquq normalarının tələblərinə, yuxarıda göstərilən Plenum Qərarında əksini tapmış izah və tövsiyələrə, habelə kassasiya protestində də istinad olunan “Lazar Rumıniyaya qarşı” iş üzrə Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sərgilədiyi mövqeyə uyğundur. Belə ki, CM-in 93.1-1.2-ci maddəsinə əsasən, məhkəmə c inayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. CM-in 95-ci maddəsində isə psixi pozuntusu olan şəxslərə təyin edilə bilən tibbi xarakterli məcburi tədbirlərin aşağıdakı növləri müəyyən edilmişdir: 95.0.1. məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi; 95.0.2. ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə; 95.0.3. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə; 95.0.4. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən 22 may 2024-cü il tarixli 2196 saylı rəyə əsasən Təqsirləndirilən şəxs psixi pozuntudan əziyyət çəkməsini, onun məcburi müalicəy ə ehtiyacının olmasını və barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinin məsləhət görülməsini, lakin bu zaman intensiv müşahidənənin tələb olunmamasını nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq onun məhz ümumi tipli stasionarda müalicə edilməli olmasını məqsədə uyğun hesab etmiş və bu haqda qərar qəbul edərkən CM-in 97.2-ci maddəsinin tələblərini nəzərə almışdır. Çünki, həmin maddənin tələbinə görə, intensiv müşahidə tələb etməyən və öz psixi vəziyyətinə görə stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. CPM-in 479-cu maddəsində göstərilmişdir ki, Bu Məcəllənin 479-487-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla cinayət törətdikdən sonra psixi xəs təliyə tutulmuş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi barədə nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşarkən, prosessual qanunvericiliyin göstərilən tələblərinə də əməl etmiş, qəbul etdikləri qərarlarda isə araşdırılmış sübutları mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək qəbul etdikləri kifayət qədər əsaslandırmış, həmin qərarları əsasını isə yolverilməz, yəni CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş sübutlar təşkil e tməmişdir. Göstərilən prosessual hüquq normalarının hamısının təsvir edilməsinə ehtiyac görməyən məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab olaraq onlardan CPM-in 487.1-ci maddəsinin tələblərinə xüsusi diqqət yetirməyi zəruri bilir ki, həmin maddəyə əsasən də məhkəmə, barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edildiyi şəxsi sağalmış hesab etdikdə, tibbi rəy əsasında tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi haqqında qərar çıxarır və cinayət işini ibtidai araşdırmanın aparılması və ya məhkəmə baxışının keçirilməsi üçün göndərilməsi haqqında məsələni həll edir. Göstərilən maddənin tələblərindən və mənasından çıxış edərək məhkəmə kollegiyası vurğulayır ki, barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tə tbiq edilmiş Təqsirləndirilən şəxs də həkimlərin tibbi rəyinə əsasən sağalmış hesab edildikdə məhkəmə onun barəsindəki iş üzrə icraatın təzələnməsi və məhkəmə baxışının davam etdirilməsi, bu baxışın nəticəsində isə onun elan olunmuş ittiham üzrə təqsirli bilinməsi və cəzalandırılması barədə ittiham hökmü çıxara bilər. Qeyd edilməlidir ki, bu xarakterli işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsinə görə, nəinki barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxs sağaldıqda, həm də onun müalicəsinin məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəraitində davam etdirilməsi barədə tibbi rəy verildikdə və məhkəmə bu rəylə razılışdıqda da iş üzrə dayandırılmış icraat təzələnir, işə mahiyyəti üzrə baxılması davam etdirilir və məhkəmə qanunvericiliyin tələblərinə uyğun olar aq həmin şəxsin haqqında ittiham hökmünün çıxarılması qənaətinə gəldikdə ona təqsirli bilindiyi cinayətə görə müvafiq cəzanın təyin edilməsi, eyni zamanda cəza çəkdiyi müddətdə, hətta cəzaçəkmə müəssisəsində onun məcburi ambulatoriya müşahidəsinin və psixiatr müalicəsinin davam etdirilməsi barədə qərar qəbul edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətə görə psixi pozuntudan əzab çəkən Təqsirləndirilən şəxs barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinin cəzasısızlıq mühitinin yaratmasına əsas verməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası məhkəmələrin yekun aktlarının əsasına qoyulmuş stasionar məhkəmə-psixiatrik ekspertizalarının rəylərinin də yol verilməz sübutlar kimi qiymətlə ndirilməsi, yaxud da onların şübhə altına alınması üçün heç bir əsas görmür ona görə ki, yuxarıda qeyd olunduğu kimi, bu rəylər elmi cəhətdən lazımi şəkildə əsaslandırılmış, ekspertlər onların qarşısında qoyulmuş bütün suallara ətraflı və əsaslandırılmış cavablar vermək üçün nəinki iş materiallarını tədqiq etmiş, həm də Təqsirləndirilən şəxs stasionar şəraitə müayinəsini aparmış, ekspertizalar üzrə müvafiq nəticəyə gələrkən isə elmi ədəbiyyatdan istifadə etmişlər. Kassasiya protestində isə bu məsələ, yəni iş üzrə natamam araşdırma aparılması iddia olunsa da, dövlət ittihamçısı E.Ə.Hüseynov yalnız öz mülahizələrinə əsasən belə araşdırmanın labüdlüyünü qeyd etmiş, lakin onun tərəfindən apellyasiya instansiyası məhkəməsinə əlavə olaraq araşdırılması tələb olunan heç bir sübut, o cümlədən iş ü zrə keçirilmiş ekspertizaların nəticələrini təkzib edən sübutları təqdim etməmiş, öz dəlillərini və bu dəlillər üzərində qurulmuş tələb irəli sürərkən isə heç bir sübutla təsdiq olunmayan ehtimallara əsaslanmışdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ekspertizanın aparılmasına dair CPM-in XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu da nəzərə alır. Belə ki, “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsin in milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8 noyabr 2012-ci il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat zamanı Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq müqavilələrin, cinayət, cinayət-prosessual və cəzaların icrası qanunvericiliyinin tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərhləri rəhbər tutulmalıdır. “Hüquq pozucuları ilə davranış və cinayətkarlığa qarşı mübarizə” üzrə BMT-nin 30 avqust 1955-ci il tarixdə keçirilmiş Birinci Konqresində qəbul edilmiş “Məhkumlarla davranışın minimal standart qaydalarında” müəyyən edilir ki, psixi xəstə hesab edilənlər həbsxanaya salınmamalı və eyni zamanda onların psixi xəstələr üçün müəssisələrə tezliklə keçirilməsi üçün tədbir görülməlidir (82-ci qayda). Psixi xəstələrin müdafiəsi və psixiatrik yardımının yaxşılaşdırılması prinsipləri (BMT-nin Baş Assambleyasının 17 dekabr 1991-ci il tarixli qətnaməsi ilə təsdiq edilmişdir) nəzərdə tutur ki, cinayət qanunu ilə qadağan edilmiş əməl törətmiş şəxslərə münasibətdə, əgər onların psixi xəstəlikdən əziyyət çəkmələri ehtimal edilirsə və ya müəyyən edilmişdirsə, onların hüquqlarına xələl gətirmədən belə hallarda zəruri dəyişikliklər və məhdudiyyətlər, ümumi müdafiə prinsip ləri tam həcmdə tətbiq edilməlidir (20-ci prinsip). Qərarın 3-cü bəndinə görə. şübhəli, təqsirləndirilən şəxsə və məhkuma əvvəllər psixi pozuntu diaqnozu qoyulması, psixiatrik kömək göstərilməsi, psixiatrik stasionarına yerləşdirilməsi, başqa cinayət işi üzrə anlaqsız hesab edilməsi, psixi vəziyyətinə görə hərbi xidmətə yararsız hesab edilməsi, psixi inkişafı zəif və məhdud olan şəxslər üçün məktəblərdə təhsil alması, əvvəllər kəllə-beyin travması alması, habelə mümkün psixi pozuntunun mövcudluğuna dəlalət edən hərəkətlərindəki və ifadələrindəki qəribəliklər, özünün psixi nigarançılığı barədə şəxsi mülahizələri və s. belə şübhələr olduqda CPM-in 140.0.2-ci maddəsinə əsasən məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi və keçirilməsi vacibdir. Məhkəmə-psixiatrik ekspertizası təyin edilə rkən ekspertlər qarşısında elə suallar qoymaq lazımdır ki, onların həlli cinayət qanunu ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törədən zaman və sonra şəxsin öz hərəkətlərinin (hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarında olubolmamasını, psixi pozuntunun dərəcəsini və xarakterini, şəxsin özünə və ətrafdakılara qarşı təhlükəliliyini, yaxud onun başqa əhəmiyyətli zərər vurmasının mümkünlüyünü, daimi və intensiv müşahidə tələb edib-etməməsini, xəstəliyin ehtimal edilən müalicə müddətini, psixi pozuntunun tranzitor (qısa müddətli), yaxud xroniki olub-olmamasını, tibbi xarakterli məcburi tədbirlərin məhz hansı növünün tətbiqinin zəruriliyini və həmin şəxsin psixi pozuntusunun dərəcəsi və xarakteri nəzərə alınmaqla öz pros essual hüquqlarını şəxsən həyata keçirmək imkanında olmasını müəyyən etmək mümkün olsun. Məhkəmələrə izah olunmuşdur ki, məhkəmə-psixiatrik ekspertizasının təyin olunması haqqında qərara əsasən psixitariya sahəsində yüksək biliyə və təcrübəyə malik olan müxtəlif səhiyyə müəssisələrinin mütəxəssisləri ekspertizanın keçirilməsinə cəlb edilə bilərlər. Ekspertizanın rəyində istifadə edilən metodlar göstərilməklə aparılmış tədqiqatın məzmunu və nəticələri, tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrin əsaslandırılması konkret və dəqiq ifadə olunmalıdır. Göründüyü kimi, Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyinə görə də, şəxsin psixi pozuntudan əzab çəkib-çəkməməsi və onun məcburi müalicəyə ehtiyacının olubolmaması kimi məsələlər cinayət prosesinin hər hans ı iştirakçısının, o cümlədən dövlət ittihamçının və ya müdafiəçinin mövqeyinə deyil, CPM-in 140.0.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin olunaraq keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının müvafiq rəyinə əsasən həll edilir və proses iştirakçıları ilkin rəyin nəticələri ilə razılaşmadıqda, iş üzrə təkrar və ya əlavə ekspertizaların keçirilməsi barədə təşəbbüslə çıxış edə, məhkəmə isə bu haqda qaldırılmış vəsatətləri təmin etməklə belə ekspertizaların da təyin olunması haqqında qərar qəbul edir. Hazırki işin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi çəkişmə prinsipinin tələblərinə riayət edərək müdafiə və ittiham tərəfinin vəsatətlərinə əsasən müvafiq qərarlar qəbul etməklə iş üzrə obyektiv halların müəyyən edilməsi üçün bütün tədbirləri görmüşdür. Daha sonra m əhkəmə kollegiyası qeyd edir ki, sözü gedən Plenum Qərarının 15ci bəndində məhkəmələrə izah olunmuşdur ki, cinayət işinə və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və xüsusi ittiham qaydasında şikayət üzrə işə birinci instansiya məhkəməsində baxılarkən təqsirləndirilən şəxsin CM-in 21.3-cü maddəsinin təsiri altına düşən xəstəliyə düçar olması müəyyən edildikdə məhkəmə işə baxılmasını davam etdirməklə əməlin törədilib-törədilməməsi, həmin əməldə cinayət tərkibinin olubolmaması, həmin əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, şəxsin psixi xəstəliyə tutulub-tutulmaması, xəstəliyin xarakterini və xəstəlik vəziyyətinin baş verdiyi vaxtı, şəxsin barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyacın olub-olmaması və olduğu halda məhz hansı tədbirin tətbiq edilməsinə ehtiyacı olması kimi məsələləri yoxlamalı və araşdırılmış sübutlarla şəxsin ona ittiham olunmuş cinayət əməlini törətməsi, cinayət törətdikdən sonra psixi xəstəliyə tutulması və tibbi xarakterli məcburi tədbirin tətbiqinə ehtiyacı olması təsdiq olunduqda, onun haqqında belə tədbirin tətbiq edilməsi, iş üzrə icraatın isə dayandırılması haqqında qərar çıxarır. Təqsirləndirilən şəxsin barəsində çıxarılmış ittiham hökmündən verilmiş apellyasiya şikayəti və apellyasiya protesti əsasında işə baxılarkən onun cinayət törətdikdən sonra psixi xəstəliyə tutulması və bunun nəticəsində öz əməlinin (hərəkət və hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olması müəyyən edildikdə apellyasiya instans iyası məhkəməsi bu bəndin birinci abzasında göstərilən halları yoxlamalı və həmin hallar sübuta yetirildikdə təqsirləndirilən şəxsin haqqında tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi, iş üzrə icraatın isə dayandırılması haqqında qərar çıxarılır. Bu halda təqsirləndirilən şəxsin barəsində CM-in 78-ci maddəsi tətbiq olunmur. Qərarın 18-ci bəndinin 2-ci abzasına görə isə iştirakçılıqla cinayət törətmiş şəxslərdən birinin cinayət törətdikdən sonra CM-in 21.3-cü maddəsinin təsiri altına düşən psixi xəstəliyə tutulması müəyyən edildikdə məhkəmə həmin şəxs haqqında cinayət işini ayrıca icraata ayırmaqla, barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi və ona dair cinayət işi üzrə icraatın dayandırılması barədə qərar qəbul edir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış v ə birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, o cümlədən stasionar məhkəmə-psixiatrik ekspertizalarının yuxarıda göstərilən rəylərinə, birinci və apellyasiya instansiyası məhkəmələrinin araşdırılmış sübutlara verdikləri qiymətləndirməyə əsaslanaraq Təqsirləndirilən şəxs həqiqətən həmin rəylərlə müəyyən edilmiş diaqnozla psixi pozuntudan əzab çəkməsi və onun məcburi müalicəyə ehtiyacının olması barədə məhkəmələrinin gəldikləri nəticəni qanuni və əsaslı hesab edir və eyni zamanda qeyd edir ki, işin faktiki hallarının başqa cür müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə və iş üzrə əlavə araşdırmanın aparılmasına heç bir əsas yoxdur. O, ki qaldı apellyasiya icraatı zamanı apellyasiya protestinə məhkəmə istintaqı aparılmaq la baxılması və iş üzrə təkrar məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi barədə kassasiya protestinin müəllifinin vəsatətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməməsi barədə kassasiya protestində göstərilmiş dəlilə, məhkəmə kollegiyası bu dəlili ümumiyyətlə əsasız hesab edir ona görə ki, kollegiya tərəfindən tam və ətraflı öyrənilmiş cinayət işinin materiallarına görə, həm apellyasiya protestinə ilkin, həm də məhkəmə baxışı iclaslarında dövlət ittihamçısı E.Ə.Hüseynov istər şifahi, istərsə də yazılı şəkildə belə vəsatətlərlə çıxış etməmiş, hər iki iclasda sədrlik edən hakimin suallarına cavab olaraq onun hər hansı vəsatətinin olmamasını bildirmiş, müdafiə tərəfinin də bu haqda vəsatətləri olmamış və belə olan halda məhkəmə apellyasiya protestinə məhkəmə istint aqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşması və həmin məhkəmənin qəbul etdiyi 4 sentyabr 2024-cü il tarixli qərarın dəyişdirilmədən saxlanılması, apellyasiya protestinin isə təmin edilməməsi haqqında 21 noyabr 2024-cü il tarixli qərarı qəbul etmişdir. Bütün təsvir edilənlərə əsaslanaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin məhkəmənin qərarının ləğv edilməsini tələb edən CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən hər hansı pozuntuya yol verilməmişdir və buna görə kassasiya protestinin dəlillərini və onların üzərində qurulmuş tələbin təmin edilməsi üçün heç bir əsas yoxdur. Buna görə, məhkəmə kollegiyası cinayət işin in materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestinin dəlillərini bir daha nəzərdən keçirərək və bu müraciətin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, kassasiya protestinin təmin edilməməsi haqda isə müdafiəçi Ç.İ.Kərimovun çıxışlarını dinləyərək, belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməməli, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində CM-in 95.0.2-ci maddəsinə əsasən ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə və o, sağalanadək iş üzrə icraatın dayandırılmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2024-cü il tarixli qərarı dəyişdi rilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində CM-in 95.0.2-ci maddəsinə əsasən ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə və o, sağalanadək iş üzrə icraatın dayandırılmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-855/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-855/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver