Məhkəmə qərarları › İş №1(102)-856/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-856/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-856/2023 04.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, Müdafiəçi – Müdafiəçi5 iştirakları ilə, Məhkum1 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə, Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə məhkum edilmələ rinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(103)-1266/2021 saylı qərarından məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim Azər Paşayev, hakimlər Əhməd Quliyev və İradə Həsənzadə) xx xxxxxxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi 42- də pasport qeydiyyatında olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib, ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümum i rejimli tərbiyə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 20 sentyabr 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübut kimi tanınmış video disklər və əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılması, digər maddi sübut olan və saxlanılması üçün bir ədəd “Mersi Baku” konyakı, bir ədəd “Chivas 12” viski, bir ədəd “Chivas 18” viski, bir ədəd “Macbaren” markalı tütün, 60 ədəd “Kent 4”, yetmiş ədəd “Sobranie”, əlli ədəd “Vest”, dörd ədəd tütün bükmək üçün kağız, əlli ədəd “Kent 8”, altmış ədəd “Vinston”, dörd ədəd elektron siqaret, beş ədəd elektron siqaret üçün yağlar, iyirmi ədəd “Maqna” və iki ədəd “LD” siqaretlərin Zərərçəkmiş şəxs11, “Kilian”, “Shayx” ətirləri, “Stefano Ric hi” pul kisəsi və bel kəməri, İphone 6 və 7 markalı mobil telefonlar, “Louis Vuition” bel çantası və qol saatlarının Zərərçəkmiş şəxs1 bir ədəd sarı rəgli metaldan qızıl boyunbağı, bir ədəd gümüşü rəngli briliant qaşları olan bilərzik dəstinin zərəçəkmiş Kifayət Rəhimovaya, 213.10 manat dəyərində olan müxtəlif siqaretlərin Zərərçəkmiş şəxs10, on dörd ədəd gümüşü üzüklər, üç ədəd qolbağlar, üç ədəd boyunbağıları, dörd ədəd sırğalar, beş ədəd tək olan sırğaların Zərərçəkmiş şəxs6, bir ədəd “Porche” markalı qol saatı, bir ədəd “İJ” markalı təklüləli F40607 nömrəli ov tüfəngi, bir ədəd patron, bir ədəd dəri qabı ilə birgə xəncər, bir ədəd ağ qaşlı üzük, üç ədəd heyvan xəzləri, bir ədəd göy rəngli çantanın zərərçəkmiş Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınması, məhkumların məhkəmə məsrəflər inin ödənilməsindən azad olunması, mülki iddiaçı Kifayət Rəhimovanın mülki cavabdehlər Məhkum1 və Məhkum2 qarşı mülki iddiasının qismən təmin edilməsi, mülki cavabdehlər Məhkum1 və Məhkum2 hər birindən maddi ziyanın əvəzi kimi 20.893,33 manat cavabdeh Kifayət Rəhimovanın xeyrinə ödənilməsi, mülki iddiaçı Kifayət Rəhimovaya mülki iddiasının mənəvi ziyana aid hissəsi təmin olunmaması, mülki iddiaçı Kifayət Rəhimovaya mənəvi ziyanla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməsi və iş üzrə digər zərər çəkmiş şəxslərə gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməsi hökm edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli hökmü ilə Məhkum1 da Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərərçəkmiş şəxs X1 nümayəndəsi Nümayəndə3, məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi3 və məhkum edilmiş şəxslər tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X5 (sədrlik edən və məruzəçi), X9 və X6 ibarət tərkibdə) xx.xx.2021-ci il tarixli, 1(103)-1266/2021 saylı qərarı ilə zərərçəkmiş şəxs X1 nümayəndəsi Nümayəndə3, məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi3 və məhkum edilmiş şəxslər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum1 və Məhkum2 Azərbaycan Respublika sı CM-nin 177.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair 10 iyun 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(103)-1266/2021 saylı qərarından məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum2 ona görə məhkum edilmişdir ki, o, yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Məhkum2 tanışı yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Məhkum1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 05 iyun 2019-cu il tarixdə tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs9 yaşadığı Bakı şəhəri, Xətai rayo nu, Məhəmməd Hadi küçəsi 85K mənzilinə vanna otağında olan nəfəslikdən qanunsuz daxil olmaqla həmin dövrün məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dollarını, 4 ədəd hər birinin dəyəri 250 manat olan qızıl üzüklər, 3 ədəd hər birinin dəyəri 300 manat olan qızıl boyunbağı, 1 ədəd 100 manat dəyərində qızıl kulonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 3020 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa xx.xx.2004-cü il təvəllüdlü Məhkum2 tanışı yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Məhkum1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını gizli olaraq talamaq məqsədilə təkrarən 06 iyun 2019-cu il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs7 Nurəddin qızının yaşadığı Bakı şəhəri, Xətai rayonu, Azadlıq küçəsi 11A sa ylı evin 4-cü mənzilinə plastik pəncərəni sındırıb qanunsuz daxil olmaqla 1000 manat dəyərində qızıl-zinət əşyaları, 120 manat pul, bir ədəd 250 manat dəyərində 5 qram çəkidə qızıl ulduz medal, 37 manat dəyərində rusiya istehsalı olan konyak, 150 manat dəyərində İPHONE-5S markalı üzərində 5 manat dəyərində ***-***-**-** nömrəsi olan mobil telefon, bir ədəd 100 manat dəyərində “Lenovo” markalı üzərində nömrə olmayan mobil telefon, 2-ci mərtəbədən bir ədəd 1190 manat dəyərində «Canon-RS-50» markalı fotoaparat, 300 manat qəpik pullar, ümumi dəyəri 500 manat təşkil edən 5 ədəd müxtəlif markalı ətirlər, evdə quraşdırılan videokameranın 400 manat dəyərində yaddaş bloku gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 4047 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmaya n xx.xx.2004-cü il təvəllüdlü Məhkum2 tanışı yetikinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Məhkum1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 09 iyun 2019-cu il tarixdə saat 05-06 radələrində Zərərçəkmiş şəxs13 icarə əsasında işlətdiyi ünvan 1 ünvanında yerləşən “Şərab evi” adlanan saxlanc yeri olan mağazasına qanunsuz daxil olaraq oradan, mağazadan müxtəlif növ spirtli içkilər olan viskiləri və siqaretləri, həmçinin kassadan 184 manat 40 qəpik nəğd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs13 ümumilikdə 4.289 manat 60 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa xx.xx.2004-cü il təvəllüdlü Məhkum2 tanışı yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Məh kum1 və yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X7 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 22 avqust 2019-cu il tarixdə gündüz saatlarında Zərərçəkmiş şəxs3 yaşadığı Sabunçu rayonu Yavər Əliyev küçəsi 78 saylı evə eyvanın giriş qapısını dəmir parçası ilə açıb açaraq qanunsuz daxil olub evin ikinci mərtəbəsindən X2 məxsus 3500 manat dəyərində firuzəyi və briliant qaşlı qızıl kolye boyunbağı, 4000 manat dəyərində briliant qaşlı qızıl kolye, 1500 manat dəyərində sünbül formalı qızıl qolbağı-boyunbağı dəsti, 8000 manat dəyərində yaqut və briliant qaşlı qızıl qolbağı-boyunbağı dəsti, 3000 manat dəyərində göy daşlı qızıl qolbağıboyunbağı dəsti, 3000 manat dəyərində qızıl qolbağı-boyu nbağı dəsti, 1500 manat dəyərində briliant qaşlı üzük-sırğa dəsti, 4000 manat dəyərində briliant qaşlı üzük, 300 manat dəyərində arı formalı qızıl üzük, 1500 manat dəyərində briliant qaşlı qızıl bilərzik, 500 manat dəyərində briliant qaşlı qızıl üzük, hər birinin dəyəri 500 manat olan 4 ədəd qızıl 10-luq pul, hər birinin dəyəri 300 manat olan 3 ədəd qızıl 5-lik pul, 1000 manat dəyərində briliant qaşlı qızıl medalyon, 1000 manat dəyərində zəncir formalı boyunbağı, 1000 manat dəyərində yaşıl qaşlı qızıl üzük, 1000 manat dəyərində ``RADO`` markalı saat, 3000 manat dəyərində ``MAKTAYM`` markalı qızıl saat, 300 manat dəyərində ``RAKETA`` markalı qızıl üzük, o cümlədən üçüncü mərtəbədə yataq otağından dəyəri 700 manat olan ``PORCHE`` markalı və dəyəri 800 manat olan ``FERRARİ`` markalı saat, 700 manat dəyərində qızıl sikkə, pencəyin cibində olan 400 ABŞ dolları pul, o cümlədən evin mansardında olan 2000 manat dəyərində İJ16K markalı F40607 nömrəli ov tüfəngi hər birinin dəyəri 1000 manat olan 3 ədəd ceyran dərisi, 200 manat dəyərində müxtəlif növ spirtli içkiləri gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 45780 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Məhkum2 təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə 31 avqust 20198-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs6 məxsus Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Baksol yolunda yerləşən yeni yaşayış massivində evin daş hasarından qanunsuz olaraq həyətə daxil olub evin hamam otağınının nəfəsliyindən evə daxil olkb oradan 5000 manat pul, 15000 manat dəyərində qızı-zinət əşyaları və 200 manat dəyərində video çəkiliş aparan aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 20200 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Məhkum1 ilə cinayət əlaqəsinə girərək 10 sentyabr 2019-cu il tarixdə saat 13:10 radələrində X3 məxsus ünvan 2 ünvanında yerləşən evinin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan saxlanc yeri sayılan əraziyə hasardan aşıb qanunsuz daxil olaraq həmin sahədə yerləşən iki mərtəbəli evin ikinci mərtəbəsində yerləşən plastik p əncərəsini vintaçanla açıb içəri daxil olaraq, oradan milli manat məzənnəsinə nisbətdə 34.000(otuz dörd min) manat təşkil edən 20.000(iyirmi min) ABŞ dolları, 17.000(on yeddi min) manatı, bir ədəd 500(beş yüz) manat dəyərində olan İphone 6+ markalı mobil telefonu, bir ədəd 700(yeddi yüz) manat dəyərində İphone 7+ markalı mobil telefonu, bir ədəd 1000(bir min) manat dəyərində İphone 8+ markalı mobil telefonu, ümumilikdə 5000 manat dəyərində olan bir ədəd «Faro» markalı qolbağ, bir ədəd «Boucheron» markalı boyun bağı, bir ədəd briliant qaşlı boyun bağının hər birinin dəyəri 800 manat olan iki ədəd “Amouge” markalı ətir, 1500 manat dəyərində iki ədəd “Kilian” markalı ətir, 1500 manat dəyərində bir ədəd “Sheyx” markalı ətir, 4000 manat dəyərində “Boucheron” markalı qızıl-zinət əşyaları boyun b ağı-üzük-qolbağ, 4000 manat dəyərində “Chopart” markalı qızıl-zinət əşyaları boyun bağı-üzük-qolbağ dəsti, 2210 manat dəyərində “Atasay” markalı qızıl-zinət əşyaları boyun bağı-üzük-qolbağ, 8500 manat dəyərində “FolliFolli“ markalı bujiteriya boyun bağı-üzük-qolbağ, 2500 manat dəyərində “Majorika“ markalı bujiteriya boyun bağı-üzük-qolbağ, 2500 manat dəyərində “Faro” markalı qolbağ, 1800 manat dəyərində “Fergamo” markalı qol saatı, 1000 manat dəyərində “Stührling” markalı qol saatı, 500 manat dəyərində “Bretling” markalı qol saatı, 500 manat “Ulysse Nardin” markalı qol saatı, 500 manat “Ulysse Nardin” markalı qol saatı və əlavə olaraq ona məxsus 30 manat dəyərində 5 ədəd corablar, 500 manat dəyərində olan “Louis Vuitton” markalı qara rəngli canta, 500 manat dəyərində “Stefano Ricci” markal ı pul kisəsini gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 91040 manat külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetikinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Məhkum2 tanışı yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli talamaq məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan ilə cinayət əlaqəsinə girərək təkrarən 11 sentyabr 2019-cu il tarixdə saat 09:50-dən saat 12:20-dək olan müddət ərzində X1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu Zahid Xəlilov küçəsi 523cü məhəllə 3 saylı evin 4-cü mənzilinə pəncərənin kilidini sıxıb açma yolu ilə qanunsuz mənzilə daxil olub oradan K.Rəhimovaya məxsus 10.000 manat dəyərində, ağsarı rəngli qızıldan hazırlanmış, brilyant qaşlı, 750 əyyarlı, badamı şəkilli üzük, sırğa; 12.000 manat dəyərində, yaşıl rəngli qızıldan hazırlanmış, brilyant qaşlı, 750 əyyarlı, oval şəkilli üzük, sırğa; 3.000 manat dəyərində, ağ rəngli qızıldan hazırlanmış, brilyant qaşlı, 750 əyyarlı, dairəvi şəkilli sırğa; 1.800 manat dəyərində, ağ rəngli qızıldan hazırlanmış, 750 əyyarlı, brilyant kulonlu boyunbağ; 13.000 manat dəyərində, ağ rəngli qızıldan hazırlanmış, brilyant qaşlı,750 əyyarlı, boyunbağı və qolbağ dəsti; 500 manat dəyərində, sarı rəngli qızıldan hazırlanmış, sarı rəngli, 750 əyyarlı, qızıl kulonlu (Vitraj firmalı) boyunbağı; 3.000 manat dəyərində, səma rəngli qızıldan hazırlanmış, brilyant qaşlı,750 əyyarlı, sırğa və üzük dəsti; 6.500 manat dəyərində, sarı-qara rəngli qızıldan hazırlanmış, (Roberto-Bravo firmalı) 585 əyyarlı, sı rğa, üzük və boyunbağı dəsti; 2.800 manat dəyərində, sarı-ağ rəngli qızıldan hazırlanmış 750 əyyarlı qolbağı; 3.500 manat dəyərində, sarı rəngli qızıldan hazırlanmış 925 əyyarlı boyunbağı; 100 manat dəyərində, ağ rəngli, qırmaızı qaşlarla olan 33 qramlıq gümüşdən ibarət qolbağ; 20 manat dəyərində, ağ rəngli, xamiliyon olan 5 qramlıq gümüşdən ibarət üzük və həmin dövrun məzənnəsi ilə 6460 manat olan 3.800 ABŞ dolları tamah niyyəti ilə gizli olaraq talayıb zərərçəkmiş şəxs K.Ə.Rəhimova ümumilkdə 62.680 manat külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi əsaslandıraraq bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Məhkum2 valideyn himayəsindən məhrum olmuş uşaq olmuş, uşaq vax tında küçə həyat tərzi keçirmiş, məktəbə getməmiş, heç bir təhsil almamış, heç bir dövlət orqanı tərəfindən qayğı görməmiş, bütün bunların nəticəsində QİÇS xəstəliyinə yoluxmuş, sağlamlığı təhlükəyə girmiş, 2019-cu ildən İİV infeksiyası, İ kliniki mərhələ, generalizə olunmuş, limfadenopatiya diaqnozu ilə İİV 19-603 qeydiyyat nömrəsi ilə Respublikasl QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülmüşdür. İİV infeksiyası xəstəsi olan Məhkum2 hal hazırda həbsxana şəraitində müalicəsi və sağlamlığının tam bərpası mümkün deyildir. Əgər onun cəzası aşağı endirilərsə Məhkum2 sağlamlığının bərpası mümkün olar və onun yaşamaq hüququ və gələcək həyatı təmin olunmuş olar. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(103)-1266/2021 saylı qərarının dəyişdirilərək ona təyin edi lmiş cəzanın aşağı endirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı dövlət ittihamçısı isə çıxış edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiya məhkəməsində məhkə mə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumun müdafiəçisi kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxs Məhkum2 valideyn himayəsindən məhrum olmuş uşaq olduğunu, uşaq vaxtında küçə həyat tərzi keçirdiyini, məktəbə getmədiyini, heç bir təhsil almadığını, heç bir dövlət orqanı tərəfind ən qayğı görmədiyini, bütün bunların nəticəsində QİÇS xəstəliyinə yoluxduğunu, sağlamlığı təhlükəyə girdiyini, 2019-cu ildən İİV infeksiyası, İ kliniki mərhələ, generalizə olunmuş, limfadenopatiya diaqnozu ilə İİV 19-603 qeydiyyat nömrəsi ilə Respublikası QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürüldüyünü, İİV infeksiyası xəstəsi olan Məhkum2 hal hazırda həbsxana şəraitində müalicəsi və sağlamlığının tam bərpası mümkün olmadığı, əgər onun cəzası aşağı endirilərsə Məhkum2 sağlamlığının bərpası mümkün olacağını, onun yaşamaq hüququ və gələcək həyatı təmin olunmuş olacağını bildirmiş, bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(103)1266/2021 saylı qərarının dəyişdirilərək ona təyin edilmiş cəzanın aşağı endirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 1(103)-1266/2021 saylı qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digə r tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliy yətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit o lunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM -nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törəd ilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə kоllеgiyаsı Məhkum2 təyin edilmiş cəza ilə bağlı birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum2 cinayəti törədərkən yetkinlik yaşına çatmamasını, əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal olaraq nəzərə almış, o cümlədən cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini və işin digər hallarını nəzərə alaraq Azərbaycan Respublikası CM-ni n 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Məhkum2 barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmə diyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hökmünün dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas olan hallar iş üzrə müəyyən edilmədiyindən məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və prostestini təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsi nin qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 1(103)-1266/2021 saylı qərarı Məhkum2 münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar