Məhkəmə qərarları › İş №1(102)-857/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-857/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-857/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun, Müdafiəçi – Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Əliyev Musa İsa oğlunun iştirakı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx x xxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 144-1.2.5, 125, 144-2.2.6 və 144-3.4-cü maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası CM-nin 144-1.2.5, 125, 144-2.2.6, 144-3.4 və 150.2.5-ci maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum2 müdafiəçiləri Cəbrayılova Nüşabə Sərdar qızı, Əkbərov Xəqani Məhəmmədəli oğlu, Həsənova Elmira Xandəmir qızı, məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim E.Rüstəmov, hakimlər F.Mahmudov və X.Səmədovdan ibarət tərkibdə) xx xxxx 1949-cu ildə Daşkəsən rayonund a anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 144-1.2.5-ci və 125, 144-2.2.6, 144-3.4-cü maddələri ilə təqsirli bilinərək, CPM-in 44.2.1-ci maddəsinin tələbinə görə CM-in 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən təqsirli bilindiyi CM-in 125-ci maddəsi ilə cəza təyin edilməmiş, CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in xx xxx 2013-cü il ilədək qüvvədə olmuş 144-1.2.5-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in 144-2.2.6-cı maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 62-ci maddəsi tətbiq edilməklə CM- in 144-3.4-cü maddəsi ilə 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx xxxxxx 1977-ci ildə Gəncəşəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri ünvan 2 ünvanında qeydiyatda olmaqla, ünvan 3 ünvanında yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-nin CM-in 144-1.2.5, 125, 144-2.2.6, 144-3.4 və 150.2.5-ci maddələri ilə təqsirli bilinərək, CPM-in 44.2.1-ci maddəsinin tələbinə görə CM-in 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən təqsirli bilindiyi CM-in 125-ci maddəsi ilə cə za təyin edilməmiş, CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in xx xxx 2013-cü il tarixədək qüvvədə olmuş 144-1.2.5-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 62-ci maddəsi tətbiq, edilməklə CM-in 144-2.2.6-cı maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 144-3.4-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 150.2.5-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə həmçinin, X1 da təqsirli bilinib məhkum olunmuşdur. Hökmdən Məhkum1 və Məhkum2 müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayəti əsasın da işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim T.Muxtarov, hakimlər Ç.Məmmədov və E.Xasməmmədov ibarət tərkibdə) hökm dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum2 müdafiəçiləri Cəbrayılova Nüşabə Sərdar qızı, Əkbərov Xəqani Məhəmmədəli oğlu, Həsənova Elmira Xandəmir qızı, məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində cəza çəkən Məhkum2 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək özü və müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürdüyünü bildirmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı İstintaq Təcidxanasında cəza çəkən Məhkum1 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək verdiyi kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətlərinin geri qaytarılması barədə dövlət ittihamçısının və müdafiəçi M.İ.Əliyevin çıxışlarını dinləyib (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər), iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət lər geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü Məhkum1 Azərbaycan Respublikası CM-nin 144-1.2.5, 125, 144-2.2.6 və 144-3.4-cü maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası CM-nin 144-1.2.5, 125, 144-2.2.6, 144-3.4 və 150.2.5-ci maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum2 müdafiəçiləri Cəbrayılova Nüşabə Sərdar qızı, Əkbərov Xəqani Məhəmmədəli oğlu, Həsənova Elmira Xandəmir qızı, məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar