Məhkəmə qərarları › İş №1(102)-857/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-857/2021

23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-857/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov X1 ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, məhkumun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin nümayəndəsi X4 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərba ycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X10 (sədrlik edən), X5 və X6 ibarət tərkibdə) 03 iyun 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1972-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, İmişli şəhəriində qeydiyyatda olan, ünvan 1nda yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cinayət Məcəlləsi nin 126.1ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3- cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 10 may 2019-cu il tarixdən 13 may 2019-cu il tarixədək tutulduğu 3 (üç) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcı 9 mart 2020-ci il tarixdən he sablanması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər: - X2 (sədrlik edən və məruzəçi), X8 və X7 ibarət tərkibdə) məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum AR CMnin 126.1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il azadlıqdan məhrumetmə cəzası 4 (dörd) ilə endirilmiş, həmin cəza AR CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaq yolu ilə Məhkum üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəza saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilməmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 12 aprel 201 9-cu il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, yerləşən "JJJ” kafesinin həyətində masa arxasında olan zaman həmin vaxt oraya gəlmiş tanışı Zərərçəkmiş şəxs Məhkum ona olan 50 manat borcunu vermədiyini bildirib təhqir edərək onu sillə ilə vurduğuna görə Məhkum hadisə vaxtı masanın üzərindən götürdüyü istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthindən bir dəfə qəsdən vuraraq döş qəfəsinin ön səthinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən yetirildiyi anda Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuş, bir çox insanların istirahət etdiyi ictimai yerdə - kafenin həyətində sonuncu ilə mübahisə yaradıb ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşaiyət olunan və kafenin normal iş rejiminin pozulması ilə nəticələnən qərəzli hərəkətlər edib silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verərək qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı tamamilə qanunsuzdur, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi İlə qəbul edilmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum həm istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı CM-nin 126.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində Özünü təqsirli bilməmişdir vo hesab edir ki, ona qarşı ittiham qanunsuz və əsassız olaraq irəli sürmüşdür. Nə ibtidai araşdırma zamanı tərtib edilmiş iş materialları, nə də məhkəmə araşdırması zamanı onun bu cinayətləri törətməsi öz təsdiqini tapmamışdır. Belə ki, istintaq orqanı öz ittihamını yalnız bu iş üzrə Zərərçəkmiş şəxs ifadaləri ilə əsaslandırmışdır. Lakin zərərçəkmiş Z1 ilkin ifadəsində onu kim bıçaqladığını görmədiyini və bilmədiyini göstərmişdir. 15 aprel 2019-cü il tarixdə əlavə dindirmə protokolunda da zərərçəkmiş şəxs Z1 bildirmişdir ki, 12.04.2019-cü il tarixdə saat 13 radələrində yaşadığı evdən bir qədər məsafədə “JJJ” kafesinə getmişdir. Onu ora heç kəs çağırmamışdır. Kafeyə girəndə görmüşdür ki, içəri həyətdə sağ tərəfdə masada 4-5 nəfər var idi. Həmin an onu kimsə sinəsindən bıçaqla vurmuşdur, lakin onu bıçaqla vuranı görməmişdir. Həmin ifadələrində zərərçəkmiş Zərərçəkmiş şəxs qeyd etmişdir ki, o, Məhkumla dostdurlar və əlavə olaraq qeyd etmişdir ki, 12 aprel 2019-cü il tarixdə onu bıçaqla kimin vurmasını görməmişdir və bilmir. Məhkum əvvəldən həm İbtidai istintaq zamanı və həmçinin məhkəmədə AR CM-nin 126.1 vo 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində özünü təqsirli bilməmişdir və öz İfadələrini heç vaxt dəyişməmişdir Müdafiəçi qeyd olunanların nəzərə alınmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin və zərərçəkmiş şəxsin nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Proses sual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutl arın mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olm alıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün o nların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyi və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarında olan, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, hadisədən 3-4 ay əvvəl "JJJ” k afesində Məhkumla tanış olmuş, həmin vaxtdan sonuncu ilə tez-tez görüşüb həmin kafedə oturub çay içmişlər, 11 aprel 2019-cu il tarixdə "JJJ” kafesinin yaxınlığında meyvətərəvəz yerini işlədən adını xatırlamadığı bir nəfər kişidən 50 manat pul alacağı olmuş, həmin 50 manat pulu alacağını Z1 bilmiş, həmin gün Z1 onun yerinə gedib həmin meyvətərəvəz yerindən ona çatacaq 50 manat borc pulu onun əvəzinə götürüb getmiş, bunu o, öyrənəndən sonra Z1la danışıb nə üçün belə etməsini öyrənmək istəmiş, lakin Z1la əlaqə saxlaya bilməmiş, 12 aprel 2019-cu il tarixdə saat 13:00 radələrində "JJJ” kafesinə getmiş, Kafeyə girəndə kafenin həyətində sağ tərəfdə ağacın altında masada 4-5 nəfər tanımadığı şəxsin əyləşdiyini görmüş, oəmin masaya yaxınlaşanda Z1sy da həmin masa arxasında stulda əyləşdiyini görmüş, o, Z1a 50 manat pulu onun yerinə alması barədə iradını bildirmiş, Z1a yaxınlaşıb əsəbindən Z1ı söyüb əli ilə sol qulağından astadan sillə vurmuş, Z1 ayağa qalxmış və masanın üstündən bıçaq götürüb onu sinəsindən bıçaqla vurmuş, bundan sonra o, masanın yanında olan stulu götürüb Z1ın başına atmış, həmin stul Z1ın yanından keçmiş və yerə düşmüş, Z1ın həmin vaxt ayağı büdrəmiş və yerə yıxılmış, həmin vaxt masanın ətrafında olan tanımadığı şəxslər kənara çəkilmiş, o, digər stulu götürüb Z1a tərəf atmaq istəmiş, həmin vaxt sinəsindən ağrı tutmuş və yerə yıxılmış, həmin vaxt kafedə olan bir nəfər ona yaxınlaşıb başını dizinin üstünə qoymuş və ona köməklik etməyə çalışmış, kafedə olan qızlar ona dəsmal vermişlər və qanını silməyə kömək etmişlər, ətrafdan kənar şəxslər və polis əməkdaşları kafen in ətrafına gəlmiş və dostu Şahid4 ona yaxınlaşmış, təcili tibbi yardım maşını xəstəxanaya aparan zaman Ş2 da onun yanında olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 göstərmsişdir ki, taksi sürücüsüdür, Hyundai Accent markalı göy rəngli 2006-cı il buraxılışlı **-NU-*** dövlət nömrə nişanlı avtomobil ilə gündəlik icarə ilə taksi işi ilə məşğul olmuş, Z1ı İmişli rayonundan 20 ildir ki, tanımış, Z1ın narkotik vasitələrin istifadəsi ilə məşğul olduğunu eşitmiş, lakin şahidi olmamışdır, 12 aprel 2019-cu il tarixdə saat 13:00 radələrində 8-ci mikrorayonda Çudo Peçka” şirniyyat evinin yaxınlığında idarə etdiyi avtomobildə müştəri gözləyən zaman Z1 ona yaxınlaşmış və icarəyə götürdüyü Hyundai Accent markalı avtomobilə əyləşmiş, Z1 ona Z2la aralarında mübahisə baş verdiyini və mübahisə zamanı Z2ı bıçaqla vurduğunu demiş, o, Z2ı son iki ay olar ki, mikrorayondan JJJ kafesindən tanımış, Z1dan nə üçün mübahisə etdiklərini soruşduqda, Z1 Z2la aralarında 50 manat pulun üstündə mübahisə olduğunu və Z2 "JJJ” kafesinə daxil olub nalayiq sözlər deyib söyüş söydüyünü, həmin vaxt Z1 masanın üzərində qoyduğu bıçaqla Z2ı sinəsindən bir dəfə bıçaqla vurduğunu bildirmişdir; bundan sonra Z1 ona qardaşı Səbuhiyə zəng edib bu barədə məlumat verməsin demiş, bundan sonra o, Z1ın qardaşı Səbuhiyə zəng edib qardaşı Z1ın Z2la mübahisə etdiyini, qardaşı Z1ın Z2ı bıçaqla vurduğunu bildirmiş, Səbuhi Z1ın harada olduğunu soruşduqda o, Səbuhiyə Z1ın onun nömrəsini ona verdiyini, çıxıb getdiyini və Z2ı bıçaqlaması barədə Səbuhi məlu mat verməsini xahiş etdiyini bildirmiş, bundan sonra Z1 ona Keşlə bazarının yanına sürməsini demiş, o, Z1ı Keşlə bazarının yanında düşürmüş, 3 gün sonra Z2ın yanına xəstəxanaya getmiş, Z2la söhbət zamanı sonuncu ona meyvə-tərəvəz dükanından Z2a 200 manat pul veriləcəyini, o, anasının qəbrini düzəltdirmək üçün ustaya pul verməli olduğunu, həmin pulun 150 manatı Z2a çatıb qalan 50 manatını isə Z1 götürmüşdür, buna görə də Z1la arasında mübahisə düşmüşdür, belə ki, 12 aprel 2019-cu il tarixdə, saat 13:00 radələrində Z2 söhbət etmək üçün yaşadığı evdən çıxıb Z1la danışmaq üçün JJJ” kafesinə getmiş, Z1a görəndə onun biədəb oturuşu Z2ın xoşuna gəlməmiş və Z2 Z1a söyüş söymüş, həmin vaxt Z1 masanın üzərindən bıçağı götürüb Z2ın sinəsindən vurub xəsarət yetirib qaçmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertiza üzrə 7 avqust 2019-cu il tarixli 680 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs hemorragik (qanitirmə) şok və hemoperitoneumla (qarın boşluğuna qanın və havanın dolması) ilə müşaiyət olunan qarının ön divarının qarın boşluğa keçən qaraciyəri, kiçik piyliyi, mədəaltı vəzi zədələyən bir ədəd deşilmiş- kəsilmiş yarası müəyyən edildi; xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, müddəti qərarda göstərilmiş 21.07.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir, xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətin yıxılma nəticəsində alınması, eləcədə özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur (1-ci cild iş vərəqi 81-84). Kassasiya şikayə tinin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər müdafiəçinin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayəti təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2020-ci il tarixli qə rarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası. Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar