Məhkəmə qərarları › İş №1(102)-857/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-857/2022

13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-857/2022 13.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi X8 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmünə əsasən Təq sirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi X13 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər (hakimlər: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, X15 və X1 ibarət tərkibdə) 18 fevral 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1982-ci il tarixdə Ermənistan Respublikasının Yerevan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi ev 32, mənzil 32-də qeydiyyat da olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmış və 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 12 noyabr 2020-ci ildən hesablanmışdır. Hökmlə digər şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 da məhkum olunmuşlar. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X23 (sədrlik edən və məruzəçi), X24 və X5 ibarət tərkibdə) 10 avqust 2021-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmamış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-239/2021 №-li, 18 fevral 2021-ci il tarixli hökmü məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, X16 14 sentyabr 2020-ci ildə günorta saatlarında X19 ilə «WhatsApp» proqramı vasitə ilə əlaqə saxlayaraq ona tanışı X2 Astara rayonu Təngərüd kəndində yerləşən fərdi yaşayış evində xeyli miqdarda əmlak olmasını bildirmiş və həmin evə qanunsuz daxil olaraq əmlakı əmələ keçiribaralarında bölməyi təklif etməklə İlham Quliyevi iştirakçılıqla cinayət törətməyə təhrik etmiş, sonuncu təklifi qəbul etdikdən sonra həmin cinayətkar niyyəti realizə etmək üçün tanışı olan digər şəxs və şəxsiyyəti məlum olmayan başqa iki nəfərlə şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında qeyd olunan evə qanunsuz daxil olaraq oğurluq etməklə bağlı razılıq əldə etdikdən sonra, həmin gün saat 23 radələrində Astara rayonunun Təngərüd kəndinə gəlmişlər, Fərid Əliyev cinayətkar qrupun həmin üzvlərinə Seynur Abdullayevə məxsus fərdi yaşayı evini göstərsə də, əlverişli şərait olmadığından cinayətkar niyyəti müvəqqəti olaraq realizə edə bilməmişlər, İlham Quliyev 16 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində digər təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və digər şəxslə Bakı şəhərində yerləşən “Ləvəngi” restoranında görüşüb onları eyni üsulla Seynur Abdullayevə məxsus evdən oğurluq etməyə təhrik edib cinayətkar qurupa cəlb etmiş, İlham Quliyevdən ayrıldıqdan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və digər şəxs ümumi niyyətdən kənara çıxaraq qabaqcadan əlbir olub bir qrup şəxs halında zərərçəkmiş şəxsə məxsus fərdi yaşayış evinə quldurcasına basqın etmək qərarına gəlmişlər, bu məqsədlə Təqsirləndirilən şəxs1 məlum olmayan tarixdə və mənbədən əldə edərək üzərində gəzdirdiyi sənaye üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını, habelə digər şəxslərlə birlikdə tanınmamaq və zərər çəkmiş şəxslərdə vahimə yaratmaqdan ötrü qara rəngli qısaqol köynəkdən hazırlanmış 3 (üç) ədəd maskaları, hadisə yerində əl-barmaq izi buraxmamaq üçün 03 (üç) cüt təsərrüfatda istifadə olunması nəzərdə tutulmuş narıncı rəngli əlcəkləri götürərək öz aralarında olan sövdələşməyə uyğun olaraq Təqsirləndirilən şəxs2 və digər şəxslə birlikdə 17 sentyabr 2020-ci ildə saat 02 radələrində Astara rayonunun Təngərüd kəndinə, həmin kənd sakini X6 məxsus yaşayış evinin yaxınlığına gəlmiş, basqında istifadə etmələri məqsədi ilə özləri ilə gətirdikləri əlcək və maskaları taxaraq, üzərlərində olan bıçaqla dəmir tor çəpərdən keçməklə həyətə, oradan evin anbarına açılan kiçik pəncərədən evə girdikdən sonra, həmin vaxt evində yatmış X11 və onun ailə üzvləri X9, X12 və X7 həyat və ya sağlamlıqları üçün təhlükəli zorakılıqla, xeyli miqdar hesab edilən 20.000 manat pulu ələ keçirmək məqsədilə basqın etdikdən sonra onların gəlişindən oyanmış Seyran Abdullayev, Seynur Abdullayev, Emral Abdull ayev və Bəsirə Abdullayeva ilə yaşayış evinin koridorunda və həyət darvazasının qarşısında əlbəyaxa olub zərbələr vuraraq, birgə hərəkətləri ilə Seyran Abdullayevə qarın boşluğuna nüfuz edən, qaraciyərin zədələnməsi, hemoperitenium, daxili və xarici qanaxma ilə müşayiət olunan 1 ədəd kəsilmiş-deşilmiş yara, sol bazu, sol kürək nahiyələrində 2 ədəd kəsilmiş-deşilmiş yaralar, qarın, sağ dirsək oynağı, boyun, sol pəncə nahiyələrində sıyrıqlar, sağ əl nahiyəsində qansızmalardan ibarət, Emral Abdullayevə qarın boşluğuna nüfuz edən, nazik bağırsağı zədələyən, hemoperitenium, daxili və xarici qanaxma ilə müşayiət olunan 1 ədəd kəsilmiş-deşilmiş, döş qəfəsi, sol bud nahiyələrində 2 ədəd kəsilmiş-deşilmiş yaralar, sol bud, bel, sağ dirsek oynağı nahiyələrində qançırlar, sol baldır, sağ diz oynağı, sağ said nahiyələrində sıyrıqlardan ibarət həyatları üçün təhlükə olan sağlamlıqlarına ağır zərər vurmaya xarakterik xəsarətlər, Bəsirə Abdullayevaya sol bazu nahiyəsində kəsilmiş yaralar, sol bazu nahiyəsində qançırlar, sol sifət, sol bud, sol diz oynağı, sol said nahiyələrində sıyrıqlardan ibarət sağlamlığının qısa müddət pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər, Seynur Abdullayevə sağ diz oynağı nahiyəsində sıyrıqdan ibarət olmaqla həyat və ya sağlamlıqları üçün təhlükəli zorakılıqla xəsarətlər yetirərək, X11, X9, X12 və X3 onlara qarşı aktiv müqavimət göstərmələri və qışqıraraq kömək çağırmalarından sonra ifşa olunmalarından qorxub evdən qaçaraq quldurluq etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi X13 tərəfindən verilmiş kassasiya şikayətində Təqsirləndirilən şəxs2 ailəli olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2021-ci il tarixli qərarının dəyişdirilərək, Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddinin aşağı endirilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiə tərəfinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən e dilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya inst ansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları norma larının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cina yət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsi yyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublika sı Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən cəzanı yüngülləşdirən hallar kimi zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını və təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini və ağırla şdıran hal kimi cinayətlərin xüsusilə təhlükəli residivinin olmasını müəyyən etmişdir. Cinayət Məcəlləsinini 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında form alaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009cu il tarixli Qərarı)”. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 65-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzal arının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona ittiham olunduğu maddənin sanksiyasının həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanın həddinin azaldılması islah təsiri baxımından mütə nasib deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilmə lidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 təyin edilən cəzanın həddinin azaldılmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Təqsirləndirilən şəxs2 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəzanın həddinin azaldılması üçün əsaslar mövcud deyil və müdafiə tərəfinin bu barədə əsaslandığı dəlillər işin faktik hallarına uyğun deyildir və məhkumun cəzasının azaldılması üçün əsaslı, qanuni dəlillər kimi qiymətləndirilə bilməz. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın məhkum Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsin i rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2021-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar