Məhkəmə qərarları › İş №1(102)-857/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-857/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-857/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X18 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14 və Məhkum1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Siyavuş Hacıyev (sədrlik edən və məruzəçi), Rahib Salmanov və Eldar Mikayılov) 1(101)-132/2021 saylı, 03 sentyabr 2021ci il nömrəli hökmü ilə xx xxxxx 1971-ci ildə Samux rayonu, Qədili kəndində anadan olmuş, orta təhsilli, evli, «Qurtuluş-93» Mənzil İstismar Kooperativinin sədri və "xxxx" MMC-in direktoru olan, məhkum olunmamış, Samux rayonu, Qədili kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,178.3.2, 178.3.2, 308.2, 32.5,308.2, 32.4,312.1, 313 və 32.5,313-cü maddələri ilə təqsirl i bilinmiş, CM-in 178.3.2-ci maddəsi ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.2 və 32.5,308.2-ci maddələri ilə 3 (üç) il dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.4,312.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 313 və 32.5,313cü maddələri ilə CM-in 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-n) 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Mə hkum1 qəti cəza 03 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi- məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Onun həbsdə və ev dustaqlığında olduğu cəmi 6 (altı) ay 9 (doqquz) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmış və həmin müddət nəzərə alınmaqla üzərində qəti olaraq 3 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il 5 (beş) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 fevral 2020-ci i l tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1, Məhkum2 və Təqsirləndirilən şəxs2 da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qeyrilərinin vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmələrində və xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədiləöz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərin ə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrində köməkçi qismində iştirak etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsininicrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmiş, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, öz qulluq mövqeyindən istifad ə edərək qabaqcadan əlbir olan birqrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ona xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə məxsus əmlakı ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinəzidd istifadə etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nətic ələrəsəbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 2004-cü ildən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 və 17 oktyabr 2011-ci ildən 27 avqust 2014-cü ilədək "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş Məhkum2 ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, məsləhət və məlumatlar vermək, habelə maneələri aradan qaldırmaqla və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini əldə edib, onlara sahiblik edərək təqdim etməklə sonuncuların təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarına malik vəzifəli şəxslər qismində qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin ic rası ilə əlaqədar özləri və onun üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmələrinə və vəzifəsaxtakarlığı törətmələrinə yardım edərək fərdi qaydada mənzil alqı-satqısında vasitəçilik fəaliyyəti göstərməklə cinayətdən xəbərsiz olan Şahid3 vasitəsilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 mənzil almaq istəməsini 2013cü ilin iyul ayında bildikdən sonra sonuncuya məxsus pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə Məhkum2 və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirmək məqsədilə sonuncunun direktoru olduğu Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən binanın 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sa həsi 96,4 m2 olan 3 otaqlı 57 nömrəli mənzilin Təqsirləndirilən şəxs2 tərəfindən 30 may 2006-cı il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs2 satılmasını və mənzilin dəyərinin tam ödənilməsini bildiyi halda, aralarındakı cinayətkar razılaşmaya əsasən 57 nömrəli həmin mənzilin qabaqcadan başqa şəxsə satılmasını alıcıdan gizlətməklə Zərərçəkmiş şəxs1 həmin mənzilin 51.000 manata satışını həyata keçirə biləcəklərini şəxsən deyib onu aldadaraq özləri barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib həmin adla 20 iyul 2013-cü il tarixdə ilkin olaraq, Şahid3 vasitəsilə 5.000 (beş min) manat pul vəsaitini Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanında, 21 iyul 2013-cü il tarixdə isə 46.000 (qırx altı min) manat pul vəsaitini Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda "xxxx" MMC-nin inşa etdiyi binanın birinci mərtəbəsində yerləşən ofisdə Məhkum2la birlikdə Zərərçəkmiş şəxs1 şəxsən alıb, inandırmaq üçün həmin gün qeyd edilən mənzilin sonuncuya satılması barədə məzmununa Məhkum2 tərəfindən vəzifəli şəxs kimi tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edilməklə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 adından köhnə, yəni 10 oktyabr 2008-ci il tarixə saxta rəsmi sənədlər alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışı tərtib edilib həmin sənədlərdə “Birlik İnşaat MMC-nin direktoru Təqsirləndirilən şəxs2” qrafasında Məhkum2 imzalamaqla, faktiki olaraq yaşayış binasının "xxxx" MMC tərəfindən inşa edilməsinə baxmayaraq, Məhkum2 direktoru olduğu "xxxx" MMC-nin möhürünü birbaşa olaraq həmin sənəd lərə vurub möhürləməklə təsdiq edib Zərərçəkmiş şəxs1 təqdim edilməklə əldə etdikləri 51.000 manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Məhkum2la aralarında bölüb özlərinin şəxsi ehtiyaclarına xərcləyərək sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 51.000 manat (əlli bir min) məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin hərəkətləri ilə vəzifəli şəxs qismində Təqsirləndirilən şəxs2 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmələrində və Zərərçəkmiş şəxs2 mənzilinə maneəsiz sahiblik və ondan is tifadə etmək hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrində köməkçi qismində iştirak etmişdir; Bundan başqa o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Təqsirləndirilən şəxs2 və qeyriləri barəsində Azərbaycan Respublikası CM-ın 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə istintaqı aparılmış və Bakı Ağır Cinayətlər Məhkəməsində 30 may 2014-cü il tarixli ittiham hökmü çıxarılmış ********* nömrəli cinayət işinə Bakı Apellyasiya Məhkəməsində baxılması zamanı "xxxx" MMC-nin inşa etdiyi binanın 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 55.8 m2 olan, 54 saylı, 1 otaqlı mənzilin dəymiş ziyanın ödənilməsi ilə əlaqədar zərər çəkmiş şəxs X17 verilməsinin təmin edilməsində köməklik göstərilməsi ilə bağlı sonuncunun övladıŞahid22 2016-cı ilin yanvar ayında özünə müraciəti ilə əlaqədar sonuncuya özünün geniş əlaqələrə malik olmaqla Bakı Apellyasiya Məhkəməsinin həminişə baxan hakimi ilə yaxın münasibətinin olmasını və həmin münasibətindən istifadə edərək məhkəmənin yekun qərarında Nazim Məmmədova həmin köməkliyin edilməsini təmin edə biləcəyini yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün vəzifəli şəxsolan həmin hakimə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Nazim Məmmədovun xeyrinə edəcəyi həmin hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 6.000 (altı min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib aldadaraq Şahid22 razılığını alıb onunla sövdələşərək, həmin adla Şahid22 2016-cı ilin yanvar ayında Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanında yerləşən "xxxx" MMC-nin inşa etdiyi binanın qarşısında 6.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid22 məxsus 6.000 (altı min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Nazim Məmmədovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə Şahid22 təhrik etmişdir. Bundan başqa o, 10 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergil ər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X16 Dövlət Qeydiyyatıİdarəsi tərəfindən ********** VEÖN-lə qeydiyyata alınmış «Qurtuluş 93» Mənzil-İstismar Kooperativinin 20 faiz pay haqqı ilə təsisçisi və təsisçilərin həmin tarixli qərarı ilə sədri və 24 oktyabr 2011-ci il tarixdə həmin İdarə tərəfindən ********** VEÖN- lə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 noyabr 2016-cıil tarixdən direktoru olmaqla, həmin MMC-nin 24 oktyabr 2011-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 4-cü bölməsinin 4.7-ci bəndinə əsasən, cəmiyyətin ümumi yığıncağında iştirak etmək, cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, cəmiyyətin adından əqdlər bağlamaq, işçiləri vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək və sair səlahiyyətlərə malik təşkil atisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxsi kimi qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etməklə aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə, X9 məxsus ünvan 3 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 2-ci giriş 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 112 m2 olan, 74 saylı 3 otaqlı mənzilin satılmasına köməklik göstərilməsi barədə sonuncunun əri Vüqar Mahmudovun 2016-cı ilin iyun ayında özünə müraciəti ilə əlaqədar qeyd edilən mənzilin 60.000 manata satılmasınıvə bunun əvəzində Abşeron rayon, Xırdalan şəhəri, Müdafiəçi7 küçəsi 39 ünvanında özünün direktoru olduğu "xxxx" MMC tərəfindən inşa edilən yaşayış binasına həmin dəyərdə tikinti materialları verilməsini tanışı Təqsirləndirilən şəxs1 ilə raz ılaşdıqdan sonra sonuncunun həmin mənzilin satılmasını cinayətdən xəbərsiz olan tanışı Şahid7 tapşırması ilə əlaqədar sonuncunun həmin mənzili Zərərçəkmiş şəxs4 60.000 manata satmağa razılaşmalarından sonra Şahid7 8 iyun 2016-cı il tarixdə 5.000 manat, 20 iyun 2016-cı il tarixdə 10.000 manat, 2016-cı ilin iyun ayının sonlarınadək hissəhissə cəmi 9.000 manat olmaqla, ümumilikdə 24.000 manat pul vəsaitini Abşeron rayonu, Xırdalan şəhəri, 1 saylı Notariat Kontorunun yaxınlığında yerləşən “Xızı” kafesində Zərərçəkmiş şəxs4 alıb həmin pul vəsaitini Təqsirləndirilən şəxs1 verdikdən və sonuncu həmin məbləğdə tikinti materialı olan armaturu "xxxx" MMC tərəfindən Abşeron rayon, Xırdalan şəhəri, Müdafiəçi7 küçəsi 39 ünvanında aparılan tikintiyə təhvil verməsindən sonra Vüqar Mahmudova mənzilin dəyər ini hissə-hissə özünün verəcəyinə dair təklifi ilə sonuncunun razılaşmamasına görə Zərərçəkmiş şəxs4 qeyd edilən mənzilin ona satışının müsbət həll olunmamasını və bunun əvəzində hissə-hissə puluödənilməkə ona Bakı şəhəri, Nizami rayonu ərazisində "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasında 152 m2ölçüdə dəyəri 100.000 manat olan başqa mənzil verəcəyinivə əvvəldən tikinti materialı qismində aldığı 24.000 manat pulu da guya həmin evin dəyərindən çıxacağını aldatmaqla yalandan vəd verərək, mənzil üçün əlavə ödənişlərin də edilməsini aralarında formalaşmış etibardan sui-istifadə edərək bildirib həmin adla Zərərçəkmiş şəxs4 2016-cı ilin avqust ayında Bakı şəhəri, Yasamal rayonu, “Lider” televizyasının inzibati binasının qarşısında 5.000 (beş min) manat məbləğində pul vəsaitini alıb, əld əetdiyi ümumilikdə 29.000 (iyirmi doqquz min) manat məbləğində pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf etməklə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui- istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 29.000 (iyirmi doqquz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, sonradan 152 m2ölçüdə həmin mənzilin ödənişinin çox olmasına görə Zərərçəkmiş şəxs4 bundan imtina edərək pulunu geri istədikdə törətdiyi cinayət əməlini gizlətmək və Zərərçəkmiş şəxs4 özü barəsində hüquq-mühafizə orqanlarına şikayət etməsinin qarşısını almaq məqsədilə direktoru olduğu Abşeron rayonu, Xırdalan şəhəri, Müdafiəçi7 küçəsi 39 ünvanında inşa edilmiş 3 girişli yaşayış binasının təsdiq layihə sənədlərinə və dövlət qurumlarının icazə sinə əsasən, faktiki olaraq 15 mərtəbə inşa ediləcəyini bilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs4 həmin binanın C girişinin 16-cı mərtəbəsində yerləşən 61,67 m2 sahəsi olan 1 otaqlı 125 nömrəli mənzili verəcəyiniyalandan vəd verərək, 2018-ci ilin mart ayının əvvələrində həmin binanın 1-ci mərtəbəsindəki ofisdə qeyd edilən mənzilin guya Zərərçəkmiş şəxs4 arvadı X11 24.668 manata satılması barədə məzmununa tamah niyyətilə bilə- bilə yalan məlumatlar daxil etməklə köhnə tarixə saxta rəsmi sənədləri - 11 may 2017-ci il tarixə alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışını tərtib edib şəxsən imzalayıb, "xxxx" MMC möhürünü birbaşa olaraq sənədə vurub möhürləməklə təsdiq edib Zərərçəkmiş şəxs4 təqdim etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, qeyd edilən Kooperativ və Cəmiy yət üzrə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxsi kimi, təkrarən, qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə, 2016-cı ilin sentyabr ayında yaşayış binasından mənzil almaq üçün özünə müraciət edən Zərərçəkmiş şəxs5 İsa oğluna "xxxx" MMC tərəfindən ünvan 6 ünvanında 2005-ci ildən inşasına başlanılmış binanın tikintisinin və mənzillərin satışının "xxxx" MMC tərəfindən aparılmaqla, inşa edilmiş 15 mərtəbəli yaşayış binasının layihə üzrə tikintisininartıq başa çatdırılmasına, buna səlahiyyətinin olmamasına və binanın 16-cı mərtəbəsinin tikilməyəcəyinə baxmayaraq, ona yalandan həmin binanın 16-cı mərtəbəsinin tikintisi üçün zəruri sənədləri, yəni Xətai ray on İcra Hakimiyyəti başçısının sərəncamını, Fövqəladə Hallar Nazirliyindən razılıq və digər dövlət qurumlarından zəruri sənədləri guya almasınıvə həmin binanın 1-ci giriş 16-cı mərtəbəsində tikiləcək 96,4 m2 sahəsi olan 3 otaqlı 106 saylı mənzili ona sata biləcəyini bildirib aldadaraq, həmin adla Zərərçəkmiş şəxs5 10 sentyabr 2016-cı il tarixdə ünvan 7 ünvanında inşa edilmiş binanın birinci mərtəbəsində yerləşən ofisdə 25.000 manat məbləğində pul vəsaitini alıb, həmin mənzilin Zərərçəkmiş şəxs5 satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə saxta rəsmi sənədləri – 10 sentyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışını tərtibedərək şəxsən imzalayıb, yaşayış binası "xxxx" MMC tərəfindən inşa edilməsinə baxmayaraq, sədri ol duğu “Qurtuluş-93” MİK-in möhürünü birbaşa olaraq sənədə vurub möhürləyib təsdiq edərək Zərərçəkmiş şəxs5 təqdim edərək, ondan aldığı 25.000 manat məbləğində pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 məxsus 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, qeyd edilən Kooperativ və Cəmiyyət üzrə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxsi kimi, təkrarən, qulluq mövqeyinə görə özünə olan inam və etibar dan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə, 2016-cı ilin oktyabr ayında "xxxx" MMC tərəfindən ünvan 6 ünvanında 2005-ci ildən inşasına başlanılmış binanın tikintisinin və mənzillərin satışının "xxxx" MMC tərəfindən aparılmaqla, inşa edilmiş 15 mərtəbəli yaşayış binasının layihə üzrə tikintisininartıq başa çatdırılmasına, buna səlahiyyətinin olmamasına və binanın 16-cı mərtəbəsinin tikilməyəcəyinə baxmayaraq, tanışı Zərərçəkmiş şəxs6 yalandan həmin binanın 16-cı mərtəbəsinin tikintisi üçün zəruri sənədləri, yəni Xətai rayon İcra Hakimiyyəti başçısının sərəncamını, Fövqəladə Hallar Nazirliyindən razılıq və digər dövlət qurumlarından zəruri sənədləri guya almasını və mansard tikildiyi halda 14 ədəd mənzil alınacağını, mansardın tikintisi üçün 36.000 manat p ul verəcəyi təqdirdə oradan ona 1ədəd mənzil verəcəyini, tikintini 6 ay ərzində yəni 2017-ci ilin aprel ayının sonlarına kimitam olaraq başa catdıracağını bildirib aldadaraq, həmin adla Zərərçəkmiş şəxs6 25 oktyabr 2016-cı il tarixdə Bakı şəhəri “Dərnəgül” bazarında 4.000 manat, 26 oktyabr 2016- cı ildə həmin yerdə 9.000 manat, 12 noyabr 2016-cı ildə ünvan 6 ünvanında 8.000 manat, 25 noyabr 2016-cı ildə BakıMetropoliteninin “Neftçilər” metrostansiyasının çıxışında 7.000 manat, 31 dekabr 2016-cı il tarixdə ünvan 6 ünvanında inşa edilmiş binanın birinci mərtəbəsində yerləşən ofisdə 9.000 manat olmaqla, cəmi 36.000 manat pul vəsaitini alıb öz şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs6 məxsus 36.000 (otuz altı min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd edilən Kooperativ və Cəmiyyət üzrə təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxsi kimi, təkrarən, qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Təqsirləndirilən şəxs2 və qeyriləri barəsində Azərbaycan Respublikası CM-nın 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə istintaqı aparılmış və Bakı Ağır Cinayətlər Məhkəməsində30 may 2014-cü il tarixli ittiham hökmü çıxarılmış ********* saylı cinayət işi üzrə z ərər çəkmiş şəxs qismində tanınmış X4 əri Zərərçəkmiş şəxs7 2017-ci ilin yanvar ayında əlavə 5.000 manat verəcəkləri təqdirdə "xxxx" MMC-nin inşa etdiyi binadan aldığı mənzilin ikili satışı zamanı onlara dəymiş 28.000 manat məbləğində maddi ziyanın ödənilməsi ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanında inşa edilmiş binanın 1-ci giriş 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 102 m2 olan 45 saylı 3 otaqlı mənzili onlarına adına rəsmiləşdirəcəyini yalandan bildirib aldadaraq aralarında olan inam və etibardan sui-istifadə edib, həmin adla Zərərçəkmiş şəxs710 yanvar 2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən “Səma” kafesində 5.000 manat məbləğində pul vəsaitini alıb öz şəxsi ehtiyaclarına sərf etməklə, qulluq mövqeyindən istifadə edərək sonuncuya məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qeyd edilən Kooperativ və Cəmiyyət üzrə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxsi kimi, təkrarən, qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs qismində birləşməklə "xxxx"MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanında 2005-ci ildən inşasına başlanılmış binanın tikintisinin və mənzillərin satışının "xxxx" MMC tərəfindən aparılmaqla həmin binanın 1-ci giriş 1- ci mərtəbəsində yerləşən ümumi sahəsi 102,4 m2 olan 3 otaqlı mənzilin MMC-nin direktoru Təqsirləndirilən şəxs2 tərəfindən 10 iyul 2006- cı il tarixdə X3 bildiyi halda həmin mənzilin qabaqcadan başqa şəxsə satılmasını gizlətməklə Zərərçəkmiş şəxs3 həmin mənzili 90.000 manata satışını həyata keçirə biləcəklərini Təqsirləndirilən şəxs1la birlikdə deyib onu aldadaraq özləri barəsində formalaşdırdıqları inam və etibardan sui-istifadə edib həmin adla 52.000 manat dəyərində cinayətdən xəbərsiz olan X12 adına olan “Mercedes Benz S 350” markalı 2006-cı il buraxılışlı **-KV-*** dövlət qeydiyyat nişanlı avtomaşının14 aprel 2017-ci il tarixdə ünvan 9 ünvanında yerləşən Bakı şəhəri 10 saylı Notariat kontorunda qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 adına baş etibarnamə verilib faktiki olaraq on a satışı həyata keçirilməklə, həmçinin, eyni niyyətlə, 15 iyun 2017-ci il tarixdə nağd şəkildə38.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs3 ünvan 7 ünvanının qarşısında yerləşən kafedə şəxsən almaqla, sonuncunu inandırmaq üçün qeyd edilən mənzilin Zərərçəkmiş şəxs3 satılması barədə həmin mənzilin yerləşdiyi binanın 1-ci mərtəbəsindəki ofisdə məzmununa tamah niyyət ilə bilə-biləyalan məlumatlar daxil etməklə saxta rəsmi sənədləri – 16 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsini, həmin tarixli maliyyə arayışını tərtib edib şəxsən imzalayaraq faktiki olaraq yaşayış binasının "xxxx" MMC tərəfindən inşa edilməsinə baxmayaraq “Qurtuluş- 93” MİK-in möhürünü birbaşa olaraq sənədə vurub möhürləməklə təsdiq edərək Zərərçəkmiş şəxs3 şəxsən təqdim etməklə, əldə etdiyi 90.000 manat məbləğində əmlakı nı qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1la özlərinin şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxsqismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 90.000 (doxsan min) manat məbləğində əmlakını ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-biləyalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, qeyd edilən Kooperativ və Cəmiyyət üzrə təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxsi kimi, təkrarən, qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanında 2005-ci ildən inşasına başlanılmış binanın tikintisinin və mənzillərin satışının "xxxx" MMC tərəfindən aparılmaqla həmin binanın 2-ci giriş 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 96,4 m2 olan 3 otaqlı 36 nömrəli mənzilin MMC-nin direktoru Təqsirləndirilən şəxs2 tərəfindən 23 fevral 2006-cı il tarixdə Şahid17 satılmasını bildiyi halda həmin mənzilin qabaqcadan başqa şəxsə satılmasını gizlətməklə Zərərçəkmiş şəxs11 həmin mənzili 67.480 manata satışını həyata keçirə biləcəyini şəxsən deyib onu aldadaraq özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib həmin adla 15 aprel 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanında inşa edilmiş binanın birinci mə rtəbəsində yerləşən ofisdə Zərərçəkmiş şəxs11 ilkin olaraq 27.200 manat məbləğində pul vəsaitini alıb, inandırmaq üçün mənzilin Zərərçəkmiş şəxs11 satılması barədə həmin ofisdə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə saxta rəsmi sənədləri – 15 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsini, həmin tarixli maliyyə arayışını tərtib edib şəxsən imzalayaraq, faktiki olaraq yaşayış binasının "xxxx" MMC tərəfindən inşa edilməsinə baxmayaraq “Qurtuluş-93” MİK-in möhürünü birbaşa olaraq sənədə vurub möhürləyib təsdiq edərək Zərərçəkmiş şəxs11 təqdim etməklə, ondan aldığı 27.200 manatməbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs11 məxsus 27.200 (iyirmi yeddi min iki yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmiş, qısa müddət sonra Zərərçəkmiş şəxs11 aldadıldığını başa düşərək qalan 40.280 manat məbləğində pul vəsaitini verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib həmin pul vəsaitini Zərərçəkmiş şəxs11 almağa nail olmayaraq, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 67.480 (altmış yeddi min dörd yüz səksən) manat məbləğində pul vəsaitini onakülli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yol u ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2017-ci ilin aprel-may aylarında arvadıX7 adına olmaqla ünvan 3 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 2-ci giriş 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 112 m2 olan 74 saylı 3 otaqlı mənzilin 65.000 manata satılmasında ona köməklik göstərməsi üçün müraciət edən tanışı Vüqar Mahmudova həmin mənzilin satışını özünün həyata keçirəcəyini bildirib, yaranan şəraitdən istifadə edərək 2017-ci ilin may ayında həmin mənzili almaq üçün özünə müraciət edən Zərərçəkmiş şəxs8 həmin mənzili 65.000 manata satacağını yalandan vəd verib, sonuncuda özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ondan 5 may 2017-ci il tarixdə Abş eron rayonu, Xırdalan şəhəri, “Heydər Əliyev adına istirahət parkı”nda yerləşən “Şərur” çay evində 15.000 manat, 28 may 2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1 saylı Notariat kontorununqarşısında 10.000 manat olmaqla, cəmi 25.000 manat məbləğində pul vəsaitini alıb özşəxsi ehtiyaclarına sərf etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs8 məxsus 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, sonuncu aldadıldığını başa düşərək qalan 40.000 manat məbləğində pul vəsaitini verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib həmin pul vəsaitini Zərərçəkmiş şəxs8 alma ğa nail olmayaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 65.000 (altmış beş min) manat məbləğində pul vəsaitini ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, qeyd edilən Kooperativ və Cəmiyyət üzrə təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxsi kimi, təkrarən, qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanında 2005-ci ildən inşasına başlanılmışbinanın tikintisinin və mənzillərin satışının "xxxx" MMC tərəfindən aparılmaqla həmin binanın 2-ci giriş 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 96,4 m2 olan 3 otaqlı 36 nömrəli mənzilin cəmiyyətin direktoru Təqsirləndirilən şəxs2 tərəfindən 23 fevral 2006cı il tarixdə Şahid17 satılmasını bildiyi halda həmin mənzilin qabaqcadan başqa şəxsə satılmasını gizlətməklə Zərərçəkmiş şəxs12 həmin mənzili 67.480 manata satışını həyata keçirə biləcəyini şəxsən deyib onu aldadaraq özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib həmin adla 25 may 2017-ci il tarixdəBakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanında inşa edilmiş binanın birinci mərtəbəsində yerləşən ofisdə Zərərçəkmiş şəxs12 67.480 manat pul vəsaitini alıb, inandırmaq üçün mənzilin Zərərçəkmiş şəxs12 satılması barədə həmin ofisdə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə saxta rəsmi sənədləri – 25 may 2017-ci il tarixli alqı-satqı müqaviləsin i, 07 iyun 2017-ci il tarixli maliyyə arayışını tərtib edib şəxsən imzalayıb, faktiki olaraq yaşayış binasının "xxxx" MMC tərəfindən inşaedilməsinə baxmayaraq “Qurtuluş-93” MİK-in möhürünü birbaşa olaraq sənədə vurub möhürləyib təsdiq edərək Zərərçəkmiş şəxs12 təqdim etməklə, ondan aldığı 67.480 manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs12 məxsus 67.480 manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-biləyalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, qeyd edilən Kooperativ və Cəmiyyət üzrə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxsi kimi, təkrarən, qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanında 2005-ci ildən inşasına başlanılmış binanın tikintisinin və mənzillərin satışının "xxxx" MMC tərəfindən aparılmaqla MMC-nin direktoru Təqsirləndirilən şəxs2 tərəfindən həmin binanın 2-ci giriş 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 78,4 m2 olan 2 otaqlı 86 nömrəli mənzilin 28 yanvar 2006-cı il tarixdə Şahid16 Soltanhəmid qızına, 2-ci giriş 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 86,7 m2 olan 2 otaqlı mənzilin 17 iyun 2006-cı il tarixdə Şahid18 və 2-ci giriş 6-cı mərtəbəsində yerləşən ümumi sahəs i 96,4 m2 olan 3 otaqlı 36 nömrəli mənzilin 23 fevral 2006-cı il tarixdə Şahid17 satılmasını bildiyi halda həmin mənzillərin qabaqcadan başqa şəxslərə satılmasını gizlətməklə Zərərçəkmiş şəxs13 2-ci giriş 13-cü mərtəbədə yerləşən ümumi sahəsi78,4 m2 olan 2 otaqlı 86 nömrəli mənzili 62.720 manata, 2-ci giriş, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 86,7 m2 olan 2 otaqlı mənzili 64.500 manata və 2-ci giriş 6-cı mərtəbədə yerləşən ümumi sahəsi 96,4 m2 olan 3 otaqlı 36 nömrəli mənzili 72.300 manata satışını həyata keçirə biləcəyini buna səlahiyyətinin olmamasına baxmayaraq, şəxsən deyib onu aldadaraq özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib həmin adla Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanında inşa edilmiş binanın birinci mərtəbəsində yerləşən ofisdə Zərər çəkmiş şəxs13 8 avqust2017-ci il tarixdə 62.720 manat, 31 avqust 2017-ci il tarixdə 136.800 manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb, inandırmaq üçün 2-ci giriş 13-cü mərtəbədə yerləşənümumi sahəsi 78,4 m2 olan 2 otaqlı 86 nömrəli mənzilin Zərərçəkmiş şəxs13 qızı X13, 2-ci giriş 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 86,7m2 olan 2 otaqlı və 6-cı mərtəbədə yerləşən ümumi sahəsi 96,4 m2 olan 3 otaqlı 36 nömrəli mənzillərin Zərərçəkmiş şəxs13 satılması barədə həmin ofisdə məzmununatamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə saxta rəsmi sənədləri – 14 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsini, həmin tarixli maliyyə arayışını, 31 avqust 2017-ci il tarixli alqı-satqı müqavilələrini, həmin tarixli maliyyə arayışlarını tərtib etməklə şəxsən imzalayıb, faktiki olaraq y aşayış binasının "xxxx" MMC tərəfindən inşa edilməsinə baxmayaraq “Qurtuluş-93” MİK-in möhürünü birbaşa olaraq sənədə vurub möhürləyib təsdiq edərək Zərərçəkmiş şəxs13 təqdim etməklə, ondan aldığı 199.520 manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs13 məxsus 199.520 (bir yüz doxsan doqquz min beş yüz iyirmi) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmiş, bir müddət sonra Zərərçəkmiş şəxs13 aldadıldığını başa düşərək verdiyi pul vəsaitinin qaytarılmasını tələb etdikdə sonuncunun özü barəsində hüquq-mühafizə orqanlarına şikayət etməsinin və cinayətkar əməllərinin ifşa olunmasının qarşısını almaq məqsədilə 2017-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs13 ondan almış olduğu pul vəsaitinin qarşılığında ona özünün direktoru olduğu "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Müdafiəçi7 küçəsi 39 ünvanında inşa ediləcək 3 girişli yaşayış binasının A girişinin 1-ci mərtəbəsində yerləşən 300 m2 sahəsi olan qeyri-yaşayış sahəsini adına rəsmiləşdirməklə verəcəyini yalandan vəd edərək, qeyd edilən ünvanda yerləşən cəmiyyətin ofisində həmin qeyri-yaşayış sahəsinin Zərərçəkmiş şəxs13 150.000 manata satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə saxta rəsmi sənədləri - 30 noyabr 2017-ci il tarixli alqı-satqı m üqaviləsini və həmin tarixli maliyyə arayışını tərtib etməklə şəxsən imzalayıb, "xxxx" MMC möhürünü birbaşa olaraq sənədə vurub möhürləyib təsdiq edərək Zərərçəkmiş şəxs13 təqdim etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, 24 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X16 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** VEÖN-lə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 noyabr 2016-cı il tarixdən direktoru olmaqla həmin MMC-nin 24 oktyabr 2011-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 4-cü bölməsinin 4.7-ci bəndinə əsasən, cəmiyyətin ümumi yığıncağında iştirak etmək, cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, cəmiyyətin adından əqdlər bağlamaq, işçiləri vəzifəyə t əyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək və sair səlahiyyətlərə malik təşkilati- sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxsi kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə Cəmiyyət tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Müdafiəçi7 küçəsi 39 ünvanında inşa edilən 3 girişli 15 mərtəbəli yaşayış binasının 3-cü giriş, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 102,2 m2 olan 2 otaqlı 29 nömrəli mənzilin MMC-nin direktoru işləmiş Məhkum2 tərəfindən 17 noyabr 2011-ci il tarixdə X1 bildiyi halda qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui- istifadə etməklə aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2017-ci ildəözünə mənzil almaq üçün müraciət edən Zərərçəkmiş şəxs9 29 nömrəli həmin mənzilin qabaqcadan heç kimə satılmamaqla həmin mənzili 61.320 manata ona sata biləcəyini yalandan bildirib onu aldatmaqla özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 13 oktyabr 2017-ci il tarixdə Zərərçəkmiş şəxs9 Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanında inşa edilmiş binanın birinci mərtəbəsində yerləşən ofisdə 61.320 manat məbləğində pul vəsaitini alıb, inandırmaq üçün qeyd edilən ofisdə mənzilin Zərərçəkmiş şəxs9 satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə saxta rəsmi sənədləri – 13 oktyabr 2017- ci il tarixli alqı-satqı müqaviləsini, həmin tarixli maliyyə arayışını tərtib etməkləşəxsən imza layıb, direktoru olduğu "xxxx" MMC-nin möhürünü birbaşa olaraq sənədə vurub möhürləyib təsdiq edərək Zərərçəkmiş şəxs9 təqdim etməklə, ondan aldığı 61.320 manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs9 məxsus 61.320 (altmış bir min üç yüz iyirmi)manat məbləğində pul vəsaitini ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməlləri ilə X5 mənzilinə maneəsiz sahiblik və ondan sərbəst şəkildə istifadə etmək hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, qeyd edilən Kooperativ və Cəmiyyət üzrə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxsi kimi, təkrarən, qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Təqsirləndirilən şəxs2 və qeyriləri barəsində Azərbaycan Respublikası CM-ın 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə istintaqı aparılmış və Bakı Ağır Cinayətlər Məhkəməsində30 may 2014-cü il tarixli ittiham hökmü çıxarılmış ********* saylı cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınan X14 38.525 manat ödəməklə aldığı "xxxx" MMC-nin inşa etdiyi binanı n 1-ci giriş 9cu mərtəbəsində yerləşən ümumi sahəsi 96.4 m2 olan 3 otaqlı mənzillin ona təhvil verilməməsi iləəlaqədar vurulmuş ziyanın ödənilməsində köməklik göstərilməsi məqsədilə 2017-ci ilin oktyabr ayında özünə müraciət edən sonuncunun övladı Zərərçəkmiş şəxs14 "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanında 2005-ci ildən inşasına başlanılmış binanın tikintisinin və mənzillərin satışının "xxxx" MMC tərəfindən aparıldığını və həmin MMC-nin inşa etdiyi binanın 2-ci giriş 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,7 m2 olan 2 otaqlı 105 nömrəli mənzilin MMC-nin direktoru Təqsirləndirilən şəxs2 tərəfindən 24 aprel 2006-cı il tarixdə Şahid21 satılmasını bildiyi halda, buna səlahiyyəti olmadan, Zərərçəkmiş şəxs14 qeyd edilən 105 nömrəli həmin mənzilin qabaqc adan heç kimə satılmamaqla həmin mənzili əvvəlcədən ödənilmiş pul vəsaiti nəzərə alınıb əlavə 34.000 manat da ödənildiyi təqdirdə ona sata biləcəyini yalandan bildirib onu aldatmaqla özü barəsində formalaşdırdığı inam və etibardan suiistifadə edərək, həmin adla Zərərçəkmiş şəxs14 tanışı Şahid19 Beçan oğlu vasitəsilə 23 oktyabr 2017-cı il tarixdə 25.500 manat pul vəsaitini Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Metropark” ticarət mərkəzinin qarşısında olan kafedə, səhəri gün 8.500 manat pul vəsaitini isə Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 ünvanında inşa edilmiş binanın birinci mərtəbəsində yerləşən ofisdə alıb, inandırmaq üçün həmin mənzilin Zərərçəkmiş şəxs14 arvadı X2 barədə qeyd edilən binanın 1-ci mərtəbəsində yerləşən ofisdə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə saxta rəsmi sənədləri – 24 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsini, həmin tarixli maliyyə arayışını tərtib etməklə imzalayıb, faktiki olaraq yaşayış binasının "xxxx" MMC tərəfindən inşa edilməsinə baxmayaraq “Qurtuluş-93” MİK-in möhürünü birbaşa olaraq sənədə vurub möhürləyib təsdiq edərək Zərərçəkmiş şəxs14 təqdim etməklə, ondan aldığı 34.000 manat məbləğində pul vəsaitinişəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs14 məxsus 34.000 (otuz dörd min)manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə s axtakarlığı törətmişdir. Bundan başqa, o, qeyd edilən Kooperativ və Cəmiyyət üzrə təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxsi kimi, təkrarən, qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakınıələ keçirmək məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Təqsirləndirilən şəxs2 və qeyriləri barəsində Azərbaycan Respublikası CM-ın 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə istintaqı aparılmış və Bakı Ağır Cinayətlər Məhkəməsində30 may 2014-cü il tarixli ittiham hökmü çıxarılmış ********* saylı cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınan Zərərçəkmiş şəxs15 "xxxx" MMC-nin inşa etdiyi binadan aldığı mənz ilin ikili satışı zamanı dəymiş 47.100 manat maddi ziyanın ödənilməsində köməklik göstərilməsi məqsədilə 2017-ci ilin dekabr ayında müraciəti ilə əlaqədar sonuncuya əvvəlcədən ödənilmiş pul vəsaiti nəzərə alınıb əlavə 10.000 manat da ödədiyi təqdirdə ona Bakı şəhəri, Xətai rayonu ərazisində, Bakı Metropoliteninin “Əhmədli” metrostansiyasının ətrafında inşa edilən yeni binadan mənzil verəcəyini yalandan vəd verib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan suiistifadə edib aldadaraq, həmin adla Zərərçəkmiş şəxs15 28 dekabr 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Bakı Metropoliteninin “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yerləşən 36 saylı Notariat kontorunun qarşısında 2.000 manat məbləğində pul vəsaitinialıb şəxsi ehtiyaclarına sərf edərək öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs15 məxsus 2.000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmiş, Zərərçəkmiş şəxs15 aldadıldığını başa düşərək qalan 8.000 manat məbləğində pul vəsaitini verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib həmin pul vəsaitini Zərərçəkmiş şəxs15 almağa nail olmayaraq, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, qeyd edilən Kooperativ və Cəmiyyət üzrə təşkilatisərəncamver ici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxsi kimi, təkrarən, qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Təqsirləndirilən şəxs2 və qeyriləri barəsində Azərbaycan Respublikası CM-ın 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə istintaqı aparılmış və Bakı Ağır Cinayətlər Məhkəməsində30 may 2014-cü il tarixli ittiham hökmü çıxarılmış ********* saylı cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınan Zərərçəkmiş şəxs16 "xxxx" MMC-nin inşa etdiyi binadan aldığı mənzilin ikili satışı zamanı dəymiş 37.440 manat maddi ziyanın ödənilməsində köməklik göstərilməsi məqsədil ə 2018-ci ilin fevral ayında müraciət etməsi ilə əlaqədar ona əvvəlcədən ödənilmiş pul vəsaiti nəzərə alınıb əlavə 2.000 manat da ödədiyi təqdirdə Bakı şəhərində, Bakı Metropoliteninin “20 Yanvar” metrostansiyasının ətrafında inşa edilən yeni binadan ona mənzil verəcəyini yalandan vəd verib özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edib aldadaraq, həmin adla Zərərçəkmiş şəxs16 2018-ci ilin fevral ayında Bakı şəhəri, Nizami rayonu, M.Əliyev 24 ünvanında yerləşən “Ay İşığı” restoranının qarşısında 2.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Xanımqız Əliyevaya məxsus 2.000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq e tmişdir. Bundan başqa, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmaqla təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxsi kimi qulluq mövqeyinə görə ona olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgəəmlakınıələ keçirmək məqsədilə, 2018-ci ilin aprel ayında tikinti avadanlıqlarının icarəsi ilə məşğul olan Zərərçəkmiş şəxs17 müraciət edərək direktoru olduğu Cəmiyyətin Abşeron rayonu, Xırdalan şəhəri, Müdafiəçi7 küçəsi 39 ünvanında inşa etdiyi yaşayış binasının tikintisində istifadə etmək üçün 17.000 (on yeddi min) manat qiymətləndirilən 1000 ədəd dəmir dirəyi icarəyə götürmək istəməsini bildirib bir ay üçün 800 manata həmin dirəklərin icarəsini Zərərçəkmiş şəxs17lə razılaşıb həmin dirəkləri təhvil almas ına dair sonuncu tərəfindən tərtib edilmiş 07 aprel 2018-ci il tarixli qaiməni şəxsən imzalayıb 1000 ədəd dəmir dirəyi Abşeron rayonu, Xırdalan şəhəri, Müdafiəçi7 küçəsi 39 ünvanında təhvil aldıqdan sonra 2018-ci ilin iyul ayınadək olan müddətdə həmin dirəkləri istintaqa məlum olmayan şəxslərə satıb tikinti ərazisindən daşınmasını həyata keçirməklə əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs17 məxsus 17.000 (on yeddi min) manat dəyərində əmlakı ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Habil Məmmədov (sədrlik edən və məruzəçi hakim), İlqar Murquzov və Həsən Əhmədov) 29 aprel 2 022-ci il tarixli, 1(103)-153/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)132/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli hökmü Məhkum1 aid hissədə dəyişdirilmiş, Məhkum1 həbsdə və ev dustaqlığında olduğu cəmi 05 (beş) ay 09 (doqquz) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmış və həmin müddət nəzərə alınmaqla üzərində qəti olaraq 3 (üç) il müddətə dövlət orqanlarında və yerliözünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il 06 (altı) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum1 və müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıda verilmiş apellyasiya şikayətləri, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şi kayətləri təmin edilməmişdir. Məhkum1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarının dəyişdirlməsi və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona təyin olunmuş cəza müddəti yüngülləşdirilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəs inə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum1 kassasiya şikayətinin başlıca dəlili ona məhkəmələr tərəfindən təyin edilmiş cəzanın ağır olmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum1 CM-in 29,178.3.2, 178.3.2, 308.2, 32.5, 308.2, 32.4, 31 2.1, 313 və 32.5, 313-cü maddələri ilə təqsirli bilinmiş, apellyasiya məhkəməsi də onun törətmiş olduğu cinayət əməllərinin yuxarıda qeyd edilən CM-in maddələri düzgün tövsif edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən təqsirləndirilən şəxs Məhkum1 törətmiş olduğu cinayət əməllərinin CM-in 29,178.3.2, 178.3.2, 308.2, 32.5, 308.2, 313 və 32.5, 313-cü maddələri ilə tövsif edilməsi barədə gəldikləri nəticəni əsaslı hesab etsə də, onun əməlinin eyni zamanda CM-in 32.4,312.1-ci maddəsi də tövsif edilməsi barədə gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, həm ibtidai istintaq orqanı, həm birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum1 zərərçəkmişi aldadaraq müvafiq vəzifəli şəxsə çatdırmaq adı ilə ondan pul vəsaitlərinin a lıb ələ keçirilməsi ilə əlaqədar əməlinin CM-in 178.3.2-ci maddəsi ilə yanaşı CM-in 32.4,312.1-ci maddəsi ilə tövsif edərkən hüquqi səhvə yol vermişlər. Belə ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 312.1ci maddəsini dispozisiyasında rüşvət vermə vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı bir hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində ifadə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai istintaq orqanı və məhkəmələr nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum1 Şahid22 Bakı Apellyasiya Məhkəməsində baxılan cinayət işi üzrə ziyanın ödənilməsində köməklik göstərilməsi üçün hakimə 6000 manat pul verilməsi zəruri olduğunu bildirməklə onu aldadıb, 2016-cı ilin yanvar ayında həmin pul vəsaitlərini alaraq ələ keçirməklə dələduzluq etmiş və Şahid22 vəzifəli şəxsə rüşvət qismində pul verilməsinə təhrik etmişdir. Bu hərəkətlərin rüşvət verməyə təhrik etmə cinayətinin tərkibini yaratması barədə qənaətini ibt idai istintaq orqanı və məhkəmələr ilk növbədə onunla izah etmişdir ki, həmin hərəkətlər CM-in 312.1-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd etmiş, rüşvət verməyə cinayətinin obyektinə zərər dəymişdir. İbtidai istintaq orqanının Məhkum1 ittiham elan etdiyi CM-in 32.4,312.1-ci maddəsi “dövlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmaqla onun dispozisiyası vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təhrik etmə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yer aldığı bölmə və fəslin adından da aydın olduğu kimi, rüşvət vermə cinayətinin obyektini dövlət hakim iyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər təşkil edir. Təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamdan isə aydın görünür ki, o, zərərçəkmişi aldadaraq, məhkəmədə ziyanla bağlı məsələni həll etməkdən ötrü hakimə çatdırmaq adı ilə ondan pul alıb ələ keçirmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 36-cı bəndində qeyd edilmişdir ki, bu xarakterli işlər üzrə zərərçəkmiş şəxs qismində tanınma, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və yaxud ələ keçirilmiş əmlakın xüsusi müsadirəsi kimi məsələlər həll olunarkən Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarı rəhbər tutulmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarının təsvriəsaslandırıcı hissəsində göstərilmişdir ki, hüquq ədəbiyyatında belə fikir ifadə olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə ) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cinayətin başa çatmamasının səbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan ar asında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Psevdovasitəçiyə rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməlinin rüşvət verməyə cəhd kimi tövsif edilməsi və onun zərərçəkmiş qismində tanınmaması mövqelərinin məntiqi davamı kimi Ali Məhkəmənin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 2021-ci il 30 aprel tarixli Qərarı ilə özünün 2015-ci il 11 iyun tarixli Qərarına əlavə edilmiş 40-cı bənddə göstərilir ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsi Cinayət Məcəlləs inin 178.1, 178.2 və 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün Cinayət Məcəlləsinin 731.1, 73-1.2 və 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir. Məhkum1 CM-in 178.3.2 və 32.4,312.1-ci maddələri ilə olan ittihamdan görünür ki, onun niyyəti rüşvət verməyə deyil, zərərçəkmiş şəxsin əmlakını ələ keçirməyə yönəlmiş, əldə edilmiş pulları müvafiq vəzifəli şəxslərə çatdırmaq vədi isə aldatma, yəni dələduzluğun üsulu kimi çıxış etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, X20 CM-in 178.2.4, 310, 32.4, 312.1-ci maddələri ilə, X10 CM-in 32.4,312.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə sorğu ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 aprel 2023-cü il tarixli qərardadında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlam ətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Təqsirkarın əməlinin dələduzluq və rüşvət verməyə təhrik cinayətlərinin məcmusu kimi Cinayət Məcəlləsinin 178 və 32.4,312-ci maddələri ilə tövsif edilməsi ilə bağlı müraciətdə qaldırılan məsələyə dair göstərilməlidir ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlak ını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Nəzəriyyədə vədinə əməl etmək niyyəti olmadan səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlak predmetini alaraq mənimsəyən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. Hüquq ədəbiyyatında o da qeyd olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçı larla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Konstitusiya Məhkəməsinin Palatası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən 2022-ci il 14 iyul tarixli Qərarında ifadə olunmuş bu hüquqi mövqelərindən çıxış edərək, qeyd edir ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətləri alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə ba ğlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır. Konstitusiya Məhkəməsinin Palatası, həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun Konstitusiyanın və qanunların şərhi ilə bağlı qəbul etdiyi qərarlarında Konstitusiyanın əsasları, aliliyi və birbaşa hüquqi qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların üstünlüyü nəzərə alınmaqla formalaşdırdığı hüquqi mövqelərin hüquq tətbiq edən orqanlar tərəfindən birmənalı tətbiqi məhkəmə və inzibati təcrübənin sabitliyinə xidmət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli 11/2023 nömrəli qərarına əsasən vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviriəsaslandırıcı hissələrində) ifadə olunmuş hüquq i mövqelərə əsasən təqsirkarın əməli CMin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Halbuki, CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli tam və obyektiv araşdırmaq daxildir. Məhkəmə kollegiyası xatırlatmağı zəruri sayır ki, qanunvericiliyin tələbinə görə işə baxan məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyekt iv qiymət versin və şəxsin əsassız ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın əsassız olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz məhkəmənin vəzifəsidir ki, həmin işdə qanunçuluğun əməl olunmasını ciddi yoxlasın. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları və qərardadında olan izahları nəzərə alaraq hesab edir ki, Məhkum1 zərərçəkmişi aldadaraq müvafiq vəzifəli şəxsə çatdırmaq adı ilə ondan pul vəsaitlərinin alıb ələ keçirilməsi ilə əlaqədar əməlləri CM-in 178-ci maddəsi ilə tam əhatə olunmaqla yalnız dələduzluq cinayətinin tərkibini yaradır və ümumiyyətlə CM-in 32.4,312.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət hadisəsinin mövcudluğu istisna edir. İşə kassasiya şikay əti üzrə baxan məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri sübutlara və işin hallarına düzgün və obyektiv qiymət verməmiş və bununla da, təqsirləndirilən şəxsin əməlinin tövsifi barədə düzgün olmayan nəticəyə gəlmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2016, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2016, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etm ə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv“ anlayışının təhlili zamanı məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən süi-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açıl masına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Beləliklə, məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirib, belə nəticəyə gəlir ki, Məhkum1 törətdiyi əməldə CM-in 32.4,312.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət hadisəsinin mövcudluğu öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunv ericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar hüquqi mövqedə olan və yuxarıda iqtibas olunmuş İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı i şində qeyd edilmişdir ki, təqsirsizlik prezumsiyası prinsi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sü rülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan şikayət qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarı Məhkum1 aid hissədə dəyişdirilməli, birinci instansiya məhkəməsinin hökmü Məhkum1 Azərbaycan Respublikası CM-in 32.5,312.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilməli və həmin maddə onun ittihamından çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab e dir ki, Məhkum1 təqsirli bilindiyi digər maddələrlə təyin edilmiş cəzalar onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun gəlir, həmin cəzaların yüngülləşməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum1 kassasiya şikayəti qismən təmin edilsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2, 308.2, 32.5, 308.2, 32.4, 312.1, 313 və 32.5, 313-cü maddələri, Məhkum2 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci madd əsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Məhkum1 və Məhkum2 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarı Məhkum1 aid olan hissədə dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli hökmü Məhkum1 Azərbaycan Respublikası CM-in 32.4,312.1-ci maddəsi ilə məhkum olunmasına dair hissədə ləğv edilsin. Məhkum1 ittihamından Azərbaycan Respublikası CM-in 32.4,312.1-ci maddəsi çıxarılsın. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli hökmündən Məhkum1 Azərbaycan Respublikası CM-in 32.4,312.1-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəalar çıxarılsın. Məhkum1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli hökmü ilə CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) i l müddətə azadlıqdan məhrum etmə və Cinayət Məcəlləsinin 308.2 və 32.5,308.2-ci maddələri ilə təyin edilmiş ilə 3 (üç) il dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzaları Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən əsas cəzaları qismən toplamaqla və əsas cəzaya əlavə cəzanı birləşdirməklə Məhkum1 3 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum1 həbsdə və ev dustaqlığında olduğu 5 (altı) ay 9 (doqquz) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum e tmə müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq əsas cəzadan çıxılsın və üzərində qəti olaraq 3 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il 21 (iyirmi bir) günmüddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar Məhkum1 aid qalan hissəsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar