Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-857/2024 24.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, Rasim Əkrəm oğlu Sadıxovdan və Leyla Səyavuş qızı ƏsgərovaMəmmədovadan ibarət tərkibdə) 12 aprel 2023-cü il tarixli hökmü ilə xx xxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olub yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və on a 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzanın çəkilməsinin başlanğıcının 22 aprel 2022-ci il tarixdən hesab edilməsi, barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə) 19 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-253/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmişdir. Məhkum edilmiş şəxs Məhkum barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilmiş və müəyyən edilmişdir ki, Məhkum 21 aprel 2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhərində Nəsimi rayonunda yerləşən "Kubinka” deyilən ərazidə başqa mənbədən 30 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, külli miqdarda, yəni bir bükümdə təmiz çəkisi 2,802 qram olan narkotik vasitə hesab edilən heroin əldə edib, üzərində saxlayaraq daşımış, 22 a prel 2022-ci il tarixdə saat 18:00 radələrində Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin və Yasamal RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 47 ünvanında yerləşən söküntülü binanın içərisində saxlanılaraq, Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına gətirilmiş və inzibati binada onun üzərinə şəxsi axtarış keçirilən zaman, əynindəki şalvarının cibindən qanunsuz olaraq əldə edib, saxlayıb daşıdığı bir ədəd bükümdə qablaşdırılmış təmiz çəkisi 2,802 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, məhkəmələr ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəf li, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədiyindən və törədilmiş əməlin tövsifində səhvə yol verdiyindən, həmin qərar ləğv olunmalı və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Məhkum üzərində şəxsi axtarış zamanı aşkar edilmiş 1 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 2,802 qram narkotik vasitə heroinin ona məxsusluğu apellyasiya instansiyası məhkəməsində də şübhə doğurmamışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi Məhkum üzərindən aşkar edilmiş külli miqdar təşkil edən narkotik vasitə olan heroini satış məqsədi olmadan əldə etməsi qənaətinə gəlməklə onun əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etməkdə tam haqsız olmuşdur. Mə hkum əldə etdiyi külli miqdarda - 1 bükümdə ümumi təmiz çəkisi 2,802 qram olan heroini şəxsi istifadəsi üçün üzərində gəzdirməsi inandırıcı deyil, belə ki, onun ifadəsində narkotik vasitəni 2022-ci il aprel ayının 21-də şəxsi istifadəsi üçün aldığını, lakin işi çox olduğundan istifadə etmədiyini və növbəti gün, yəni aprel ayının 22-də axşam saat 17 radələrində polis əməkdaşları tərəfindən saxlanrldığını bildirməsi də Məhkum üzərində aşkar olunmuş narkotik vasitəni satış məqsədilə daşıdığını təsdiq edir. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş şəxslər Məhkum qanunsuz olaraq narkotik vasitəni əldə etdikdən sonra sonra H.Cavid prospekti, 47 ünvanında satışı ilə məşğul olması barədə polis idarəsinə tez-tez əməliyyat məlumatlarının daxil olması barədə ifadə vermələrinə baxmayaraq, mə hkəmələr əsassız olaraq həmin ifadələrə əhəmiyyət verməmiş, həmin ifadələri şübhə altına almış, yalnız təqsirləndirilən şəxsin ifadəsinə istinad etməklə onun üzərində aşkar edilmiş narkotik vasitənin şəxsi istifadəsi üçün üzərində gəzdirməsi qənaətinə gəlmişdir. Göründüyü kimi, istintaq orqanı Məhkum üzərinə şəxsi axtarış keçirilərkən külli miqdarda narkotik vasitə olan heroinin aşkar edilməsini, onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair tez-tez əməliyyat məlumatının daxil olması barədə şahid ifadələrini, iş üzrə ibtidai istintaq zamanlı toplanmış digər sübutları nəzərə almaqla təqsirləndirilən şəxsin əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif etmiş və həmin maddə ilə məhkəmə məsuliyyətinə verilmişdir. Lakin apellyasiya instansiya məhk əməsi bu xüsusatlara diqqət yetirməmiş, işin faktiki hallarını araşdırmamış, hər bir cinayət hadisəsinə və cinayət törətmiş şəxsə fərdi yanaşmamış, gəldiyi qanunsuz və əsassız nəticəni təsdiq etmək üçün şablon olaraq “hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” İlə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır.” mövqeyini sərgiləmişdir. Bununla da məhkəmə əsassız olaraq təqsirləndirilən şəxsin əməlini tövsif etməklə onun törətdiyi əmələ görə məsuliyyətdən yayınmasına şərait yaratmışdır. Tövsif olunan epizo d üzrə təqsirləndirilən şəxs Məhkum aşkar olunmuş narkotik vasitə olan heroinın çəkisi onun külli miqdarının aşağı həddindən təqribən 1,4 dəfə dəfə artıq, şəxsi istifadəyə hesablanan gündəlik ehtiyacın yuxarı həddindən (şəxsi istehiak miqdarının) isə 18 dəfədən çox olmuşdur. Bununla da, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin belə miqdarı onun həmin maddəni şəxsi istifadəsi üçün əldə etməsi qənaətini birbaşa inkar etmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxı lmağa təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinay ət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələr inin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində üzrə sübutların düzgün araşdırılmamasını, əməlin hüquqi tövsifinin səhv olmasını iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15-ci madd ələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökm ü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İbtidai araşdırma orqanı tərəfindən Məhkum CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın mahiyyəti ondan ibarət olmuşdur ki, o, 21 aprel 2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhərində Nəsimi rayonunda yerləşən "Kubinka” deyilən ərazidə başqa mənbədən 30 manata satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, külli miqdarda, yəni bir bükümdə təmiz çəkisi 2,802 qram olan narkotik vasitə hesab edilən heroin əldə edib, üzərində saxlayaraq daşımışdır. Cinayət işinin materiallarında olan sənədlərə və aşağı instansiya məhkəmələrində cinayət işi üzrə müəyyən edilmiş hallara əsasən: Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin istifadəçisidir, heç vaxt nar kotik vasitələrin satışı ilə məşqul olmayıb. Özünü yalnız CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir, bir neçə müddət idi ki, tutulana qədər narkotik vasitələri qəbul etmişdir. Cinayət işinin materiallarında onun narkotik vasitənin satışı ilə məşğul olmağını təsdiq edən heç bir sübut yoxdur. O, tutulan tarixdə narkotik vasitə qəbul etmək üçün H.Cavid prospekti 47 saylı ünvana gəlmişdir. Polis əməkdaşları da onu həmin ünvanda tutublar. Orada onunla bərabər onun tanışları Azad, Kamran, Dinaran və Böyükağa da tutulubdur. Bildiyi qədər onların da üzərində öz istifadələri üçün narkotik vasitə olubdur, əgər onların hamısında istifadə etmək üçün narkotik vasitə var idisə, belə olan halda üzərindəki narkotik vasitəni kimə satacaqdı ki? Ona verilən ittiham, qanunsuzdur və əsassızdır. Narkotik vasitə nin qəbulu ilə məşğul olan istənilən şəxs narkotik vasitəni kimdənsə əldə edəndə həmişə biriki dəfəlik istifadə üçün əldə edir ki, hər dəqiqə küçələrə çıxıb narkotik axtarmasın, yəni istifadə etməyə yetərli olsun. Üzərindən də aşkar olunmuş narkotik vasitə öz şəxsi istifadəsi üçündür. Bir dəfəlik istifadə etmək üçün bir çet kakosu satış məqsədi ilə əldə etmək çox gülüncdür. Onun üzərindən də bir çet çıxıb. Onda 2,802 qram heroin olmayıb. Həmin narkotikin ona aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsində elan olunub araşdırmış ifadələrində təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə göstərmişdir: « 21 aprel 2022-ci il tarixdə axşam saatlarında Kubi nka adlanan ərazidən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə dəqiq məlumatı olmayan şəxsdən 30 manata 1 büküm heroini öz şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitəni alıb evə getmişdir ki, səhəri gün münasib vaxt tapıb istifadə etsin, lakin işi çox olduğuna görə istifadə edə bilməmişdir. 22 aprel 2022-ci il tarixdə saat 17:00 radələrində ünvan 4 ünvanda yarımçıq tikilidə çox vaxt narkotik vasitə istifadə etmiş, bu yarımçıq tikili plana düşdüyü üçün, yaşayış olmadığına görə baxımsız yerdir. Çox vaxt narkomanların çoxu bu ünvana yığılıb narkotikdən istifadə edirlər. O, ora gələndə çoxdan tanıdığı Dinara adlı qız, Kamran, Azad və Böyükağa da orada idilər. Onlar həmin tikilinin içində olarkən mülki geyimli şəxslər içəri daxil olub ondan Yasamal RPİ-nin 28-ci PB-ə getməyi xahiş etmişlər. H əmin vaxt heroin əynindəki qara rəngli cins şalvarın sağ yan cibində olmuşdur. Polis əməkdaşları onun qollarından tutduğu üçün üzərində olan heroini tullaya bilməmişdir. Polis əməkdaşları ilə birlikdə Yasamal RPİ- nin 28-ci PB-ə gəlmiş və orada onun şəxsiyyəti müəyyənləşmiş, xidməti otaqların birində üzərinə vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları üzərində qeyri-qanuni nə varsa çıxarıb təqdim etməyi bildirmiş, o da əynindəki şalvarın sağ yan cibindən bir ədəd kağıza bükülü heroini könüllü olaraq çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları bu maddənin nə olduğunu soruşduqda o, maddənin şüşə olduğunu və bir gün əvvəl kakosu "Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını və üzəri ndə gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş heroin hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə zərfə qoyulmuş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Aşkar olunmuş heroini isə ekspertizaya göndərmişlər. Sonradan məlum olmuşdu ki, həmin yarımçıq tikilidə onunla birlikdə saxlanılmış adlarını yuxarıda qeyd etdiyi şəxslər də tutulmuşlar. Üzərindən aşkar olunmuş bir büküm heroini "Kubinka” adlanan ərazidən üzdən tanıdığı şəxsdən öz şəxsi istifadəsi üçün 30 manata almışdır. Həmin şəxsi tanımamış, bu şəxsin anket məlumatları barədə heç bir məlumatı yoxdur, harada yaşamasını və telefon nömrəsini də bilməmişdir. Yasamal RPİ-nin 28-ci PB-də olarkən ona qarşı heç bir fiziki-psixi təzyiq edilməmiş, bu barədə üzərinə baxış keçirilərkən hüquq larını müdafiə edən vəkilin yanında da bildirmiş, heç kimdən şikayəti yoxdur, hüquqları tam və aydın şəkildə izah edilmiş, üzərindən aşkar olunmuş heroin ona məxsusdur, istifadə etmək üçün üzərində gəzdirmişdir. Başa düşmüşdür ki, səhv eləmiş və etdiyi bu səhv hərəkətə görə də qanun qarşısında cavab verməlidir. Bundan əlavə başqa cinayət əməli törətməmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Mobil telefondan istifadə etməmiş və saxlanılan günü də üzərində telefon olmamışdır. Qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı H.Cavid prospekti 47 saylı ünvan narkomanların məskənidir, həmin ünvana hamı narkotik vasitə qəbul etməyə gəlmiş, bu ünvandakı tikilidə yaşayış yoxdur, plana düşdüyünə görə sökülmüş, özü də həmişə na rkotik vasitə istifadə etmək istəyəndə həmin ünvana gəlmiş, çünki bir az təhlükəsiz yerdir, ətrafdan heç kim görmür. Bu yerin kimə məxsus olmasını da bilməmişdir. Onunla bərabər saxlanılan Dinara, Kamran, Fuad və Böyükağa da həmişə ora narkotik vasitə qəbul etmək üçün gəlmişlər. Böyükağanın yaşadığı ünvan həmin yerin arxa tərəfində yerləşmişdir, polis əməkdaşları onları həmin ünvanda tutarkən stolun üstündə narkotik vasitə kakos, 1 ədəd şpris, 1 ədəd tərəzi də olmuşdur. Lakin həmin predmetlərin əvvəlcə kimə məxsus olmasını dəqiq bilməmiş, lakin sonradan həmin predmetlərin onunla bərabər tutulan Böyükağanın istintaqını aparan müstəntiq tərəfindən dindirilərkən həmin predmetlərin Böyükağaya məxsus olmasını bilmişdir. Həmin yerdən narkotik vasitədən istifadə etməyinə görə kiməsə heç nə verməm iş, sahibsiz bir yerdir, kimin ürəyi istəmiş həmin yerə gəlmiş, narkotik vasitə istifadə edib getmişdir. Həmin yerdə onunla bərabər saxlanılmış şəxslərlə də qabaqcadan həmin yerə gəlib bir yerdə narkotik vasitə qəbul etmək barədə də aralarında hər hansısa bir razılıq olmamışdır. Təsadüfən həmin yerə gələndə onları orada görmüş, üzərindən aşkar olunmuş narkotik vasitəni də yuxarıda qeyd etdiyi kimi tanımadığı şəxsdən almış, əgər polis əməkdaşları gəlib onu həmin yerdə tutmasaydılar üzərindəki narkotik vasitəni özü tək istifadə edib, sonra evinə gedəcəkmiş, üzərində aşkar olunaraq götürülmüş narkotik vasitədən də istifadə etmək məqsədilə kiməsə vermək fikri də olmamışdır, həmin narkotik vasitəni 2 dəfəyə istifadə edəcəkmiş, törətdiyi əməldən peşmandır və təqsirini etiraf etmişdir; 22 aprel 2 022-ci il tarixli protokoldan görünür ki, Məhkum üzərində axtarış aparılan zaman sonuncunun əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülü halda təmiz çəkisi 2,802 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair xx.xx.2022- ci il tarixli 3482 nömrəli rəyindən görünür ki, müayinə zamanı Məhkum Opioidlərin qəbulu nəticəsində Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Aşağı instansiya məhkəmələrində cinayət işi üzrə toplanmış sübutların müq ayisəli təhlilinə əsasən müəyyən edilmişdir ki: - Məhkum narkotik vasitənin satışı ilə məşğul olması və ya satış niyyəti ilə üzərində gəzdirməsi təsdiqini tapmamışdır. Belə ki, şahidlərin həm ibtidai istintaq zamanı həm də birinci instansiya məhkəməsində verdikləri ifadələrindən də göründüyü kimi əməliyyat tədbirləri Böyükağa adlı şəxsin ətrafında aparılmış və bu zaman Məhkum saxlanılmışdır. Birinci instansiya məhkəməsində şahidlər- Şahid1, Şahid3, Şahid4 və Şahid2 şahid qismində dindirilmiş ifadələrində Məhkum başqa şəxsin tiryəkxana saxlaması barəsində əməliyyət tədbiri keçirdlikləri zamanı ilk dəfə görüb tanıdıqlarını, onun barəsində narkotik vasitələrin satışı barəsində məlumat olmamasını göstərib bölmənin inzibati binasında onun üzərində axtarış keçirilərkən üzərindən narkotik vasitə herion aşkarlandığını göstərmişlər; -Şahid1, ibtidai istintaq zamanı ifadəsində Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatında məlumatlar olmasını, Məhkum qanunsuz olaraq narkotik vasitəni əldə etdikdən sonra H.Cavid prospekti, 47 ünvanında satışı ilə məşğul olması barədə əməliyyat aparatına məlumatlar tez-tez daxil olması, digər şahidlərin isə ibtidai istintaq zamanı Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatında konkret olaraq hər hansısa bir fakt olmasa da, onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, daşınması və saxlanması ilə bağlı məlumatlar tez-tez daxil olması məzmununda ifadələr vermələrinə baxmayaraq şahidlərin hamısı birinci instansiya məhkəməsində məhkum edilmiş şəxs Məhkumun narkotik vasitə satm ası barədə məlumatlarının olmaması ilə bağlı ifadə vermişlər; - birinci instansiya məhkəməsində dindirilmiş həmin şahidlər ifadələrində bu və ya digər şəkildə məhkum edilmiş şəxs Məhkum narkotik vasitənin satışı məşğul olması barəsində məlumat olduğunu göstərsələr də həmin məlumatın nədən ibarət olmasını, yoxlanılıb, yoxlanılmaması və nəticələri barəsində məlumat verməmiş, Məhkum həm ibtidai istintaq zamanı həm də birinci instansiya məhkəməsində verdiyi sərbəst ifadələrində narkotik vasitələrin yalnız istifadəsi ilə məşğul olduğunu bildirmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin işin halları ilə ziddiyyət təşkil edən dəlillərinə qiymət verərək və cinayət işi üzrə sübutların aşağı instansiya məhkəmələri tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq tədqiq edilərək qiymətləndi rilməsinə əsaslanaraq hesab edir ki, məhkum edilmiş şəxs Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmaması, yalnız istifadəsi ilə məşğul olması barədə verdiyi ifadələr digər sübutlarşahidlərin məhkəmədə verdikləri ifadələr və iş materilallarında olan digər sübutlarla təsdiqini tapdığından şahidlərin birinci instansiya məhkəməsində verdikləri ifadələrinin onun xeyrinə həll edilməsi barədə məhkəmələrin qənaəti əsaslıdır. Belə ki, ibtidai istintaq orqanı məhkum edilmiş şəxs Məhkum əməlini CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edərkən onun üzərindən çıxan narkotik vasitənin miqdarının külli miqdar olması ilə kifayətlənmiş, Məhkum istifadəçi olduğunu təkzib edən mötəbər sübutlar toplamamış və onun əməlini CM-nin 234.4.3-cü ilə tövsif edilməsi formal mülahizələrə əsaslanmışdır.Məhkum əməlind ə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmaqla o, həmin əməli törətməkdə təqsirlidir və bu barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya protestinin dəlilləri həmin mövqenin qanuniliyini şübhə altına almağa əsas vermir. Belə ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əl də etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırkı cinayət işi üzrə Məhkum satış məqsədi ilə narkotik vasitəni qanunsuz olaraq əldə edib üzərində saxlaması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi və saxladığı narkotik vasitəni satmağa yönəldiyi sübuta yetirilməli, həmin maddəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırla nması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməli idi. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələ rin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etma, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələ rin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə müəyyən olunmuş hallardan göründüyü kimi, təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və bu kimi digər hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamın əsassız olması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olmasını təsdiq edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini əsaslı saymaqla həmçinin qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, istintaq orqanı tərəfindən Məhkum narkotik vasitəni saxlamaqda niyyətinin və məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi məhkum olunmuş şəxs ibtidai və məhkəmə istintaqı zamanı verdiyi izahat və ifadələrində narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmamasını bildirmiş, onun bu ifadəsi dindirilmiş şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edə biləcək hər hansı bir sübut olmadığından onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitənin əldə edilməsi, saxlanması və daşıması qənaətinin əsassız olması barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi düzgün və əsaslıdır. Məhkum CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırlması mümkün deyil, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş və iş materiallarında da belə sübut yoxdur. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilsə də, onun narkotik vasitənin satış məqsədilə əl də etməsi təsdiq olunmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq kassasiya protestinin Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsini və həmin əsaslarla da apellyasiya instansiyası məhkəməsinin onun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməsinin düzgün olmaması barədə dəlillərini mülahizə (ehtimal) xarakterli dəlillər kimi qiymətləndirir və hesab edir ki, həmin dəlillər məhkum olunmuş şəxsin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübuta yetirilmiş hesab olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əməlin tövsifi ilə bağlı mövqeyi ilə razılaşaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkumun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində deyil, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün toplanmış sübutların hər birini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, düzgün hüquqi nəticəyə gəlmiş; sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsin ə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-ol maması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinay ət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini ta pan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun əməlinin tövsifi, həmçinin CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən cinayət işinə baxılarkən cinayət və cinayət-prosesseal qanunvericiliyin tələbləri pozulmamış, kassasiya protestinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olun mamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-857/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-857/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver