Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-858/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli hökmü ilə Məhkum A zərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2019-cu il tarixli qərarından Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 1 (005)-292/2018 saylı, 21 dekabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: Samir Məmmədov) xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddət ə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Məhkum 29 iyun 2018-ci il tarixdən 30 iyun 2018-ci il tarixədək həbsdə olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmdən Müdafiəçi tərəfindən və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlundan və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 22 fevral 2019- cu il tarixli qərarı ilə apellyasiya şikayət ləri təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2019-cuil tarixli qərarından Müdafiəçi kassasiya şikayəti verərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən habelə silah qismində istifadə edilən əşya tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Məhkum 10 may 2018-ci il tarixdə, saat 17 radələrində, Bakı şəhəri Nərimanov rayonu, Atatürk prospekti 122 ünvanında yerləşən ictimai yer olan “Park Force” kafesinin ikinci mərtəbəsində Zərərçəkmiş şəxs onu təhqir etməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan masanın üzərində olan stəkandakı isti çayı üzərinə atmış, daha sonra silah qismində istifadə etdiyi, masanın üzərində olan dəmkeşi götürərək Zərərçəkmiş şəxs baş-boyun nahiyəsinə vurmuş, daha sonra, bir dəfə onun sifət nahiyəsindən yumruq zərbəsi vurmaqla zor tətbiq edərək ona huşunu itirərək yerə yıxılmaqla qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol qulaqdibi nahiyyənin şişkinli hematoması, boynun sol yan səthinin qançırı və sıyrığı, hər iki çiyin qurşağının ön və arxa səthlərinin, sağ kürəküstü və kürəkaltı nahiyyənin sıyrıqları, sağ əlin 4-cü barmağının şişkinliyi və yumşaq toxumalarının əzilməsindən ibarət sağlamlığına qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirərək, ictimai qaydam uzun müddətə kobud surətdə pozub, cəmiyyətə aç ıqcasına hörmətsizlik ifadə edərək, həmin hadisə ilə, öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, oradakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya, həmçinin cəmiyyətdə təşəkkül tapmış birgəyaşayış qaydalarına əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, digər şəxslərin gözü qarşısında ətrafdakıların qanuni mənafelərinə toxunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi Məhkum barəsində aparılan ibtidai istintaq qərəzli şəkildə, zərərçəkmiş şəxsin uydurma ittihamları əsasında aparılmış, məhkəmə hökmü də həmin uydurma ittihamın nəticəsində qəbul edilmişdir. Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs də mkeşlə vurmamışdır. Məhkəmə tibbi ekspertizası rəyindəndə görünür ki, şəxsdə heç bir kəsik və yara olmamışdır. Həmin xəsarətlər küt alət olmadan da yarana bilər. Şikayətin müəllifi qeyd edir ki, həm birinci instansiyası məhkəməsi həm də apellyasiya məhkəməsi Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə əməl etməmişdir. Qeyd olunanlara əsasən müdafiəçi kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 22 fevral 2019-cu il tarixli qərarın dəyişdirərək, yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasi ya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsi ndə məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. İşin məhkəmələr tərəfindən məhkəmələr tərəfindən tədqiq edilmiş halları ilə müəyyən olunur ki, Məhkum istinad edilmiş cinayət əməlini törətməkdə təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkuma elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan birinci və apellyasiya insta nsiya məhkəmələri Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir, Məhkum törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkum ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxslə şəxsi münasibətlərin pozulması zəmnində mübahisə etmiş və əli ilə ona yüngül dərəcəli xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, o, 2 ildir ki, təbii su məhsullarının çatd ırılması və satışı ilə məşğul olur. Məhkum da onun iş yoldaşı olmuş və onunla birlikdə işləmişdir. Bir qədər işlədikdən sonra ona məlum olmuşdur ki, X3 ona çatan pulları mənimsəmişdir. Bu barədə X3a bildirsə də, X3 buna məhəl qoymayıb yenə də, öz hərəkətlərinə davam etmişdir. Sonuncu dəfə 10 may 2018-ci il tarixdə saat 17 radələrində X3 onun yaşadığı evə gələrək onunla görüşüb söhbət etmək istədiyini bildirmişdir. Onlar birlikdə ünvan 2 çay evinə gəlmişlər. İkinci mərtəbəyə qalxıb oturmuş və söhbət etmişlər. Söhbət əsnasında o, X3a bu hərəkətlərinin oğurluq olduğunu və onun etdiyi hərəkəti yaxşı qəbul olunmadığını bildirmişdir. X3 isə bunun qarşılığında etdiyi hərəkəti boynuna almamış, lakin sonra isə bunu haqlı olaraq etdiyini demiş və qarşısında olan stəkandakı isti çayı onun sifət nahiy yəsinə atmışdır. Bundan sonra X3 onu nalayiq sözlərlə təhqir edərək masanın üstündən çayniki götürüb onun sifət nahiyyəsinə çırpmaq istəmiş, lakin o, vaxtında sifətini çevirmiş və çaynik onun sol qulaq və boyun nahiyyəsinə dəyərək sınmışdır. Bununla kifayətlənməyərək X3 onun üzərinə gələrək, stuldan onu öz tərəfinə aşırmış, idman fəndi ilə baş üzərinə qaldırıb arxaya atmaq istəmişdir. Lakin ətrafda olan şəxslər köməyə gələrək X3ı ondan ayırmışlar. Həmin vaxt X3 onun sifət nahiyyəsindən bir dəfə yumruqla vuraraq xəsarət yetirmişdir. Daha sonra isə o, huşunu itirmişdir. Məhkəmə-tibbi ekspertizasının 397 saylı, 11 may 2018-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol qulaq dibi nahiyyənin şişkinli hemat oması, boynun sol yan səthinin qançırı və sıyrığı, hər iki çiyin qurşağının ön və arxa səthlərinin, sağ kürəküstü və kürəkaltı nahiyyənin sıyrıqları, sağ əlin 4-cü barmağının şişkinliyi və yumşaq toxumalarının əzilməsi küt əşyanın (əşyalar) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti zərər çəkənin xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda qeyd olunan 10 may 2018-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təkrar məhkəmə-tibbi ekspertizasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA elmi-təcrübi və tədris birliyinin 25 iyul 2018-ci il tarixli T-189/2018 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol gicgah nahiyəsinin və sol əlin yumşaq toxumalarının əzilməsi olmuş, qeyd edilən xəsarətlər qərarda göstərilən vaxtda və şəraitdə, yəni 10 may 2018-ci il tarixdə küt əşya, eləcə də yumruq və dəmkeşlə vurulması nəticəsində yarana bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli Qərarında qeyd olunur ki, «xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud sur ətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir». «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı Qərarının 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi ilə müşayiət edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır.Həmçinin qeyd edilməlidir ki, şəxsi münasibətlər zəmnində başlanmış mübahisə və dalaşmalar s onradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilirsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilir. Məhkum CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün onun əməllərində həmin maddənin bütün tərkib əlamətləri olmuşdur. Xuliqanlıq niyyətinin motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Hadisənin Bakı şəhərinin mərkəzi küçəsində, ictimai yer olan kafedə baş verməsi, məhkumun Zərərçəkmiş şəxs xəsarət yetirməsi, onun cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş ümumi normalardan kənara çıxan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor t ətbiq olunması ilə müşahidə olunan qərəzli xuliqanlıq hərəkətləri etməsi iş üzrə töplanmış və tədqiq edilmiş sübutlarla təsdiq edilməsi nəticəsinə gələn məhkəmələr onun əməlini düzğün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə tövsif etmişdir. Kollegiya qeyd edir ki,məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və BakıApellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2019cuil tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-858/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-858/2019
11.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver