Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-858/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının Q Ə R A Rİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 317-2.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 dekabr 2013-cü il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 07 dekabr 2020-ci il tarixli, 1(103)-1363/2020 saylı qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Xəyal Sarıyev) 1(007)-450/2013 nömrəli 18 dekabr 2013-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsin ə əsasən Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17 avqust 2007-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 8 (səkkiz) il 1 (bir) ay 1 (bir) gün müddət yeni hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək Məhkum qəti olaraq 8 (səkkiz) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzaçəkmənin əvvəli 18 dekabr 2013-cü il tarixdən hesablanmışdır. Məhkum həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə vəsatət vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərarı ilə Məhkum vəsatəti təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(103)-1363/2020 nömrəli, 07 dekabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 07 dekabr 2020-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, keçirdiyi cərrahiyyə əməliyyatı, ağciyər xəstəliyi (sağ ağciyərin infiltrativ vərəmi), kəllə beyin travması ilə əlaqədar müddətin bərpasına dair birinci və apellyasiya instansiyası məhkəmələrinə təqdim edilmiş sənədlər, vəsatətlər, apellyasiya şikayəti vermə müddətinin üzrlü səbəblərə görə ötürül düyünü təsdiq edən tibbi arayışa baxmayaraq, məhkəmələr müvafiq qərarlarında prosessual müddətin buraxılmasına dair vəsatəti təmin etməmişlər. Bu səbəbdən, məhkum apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası iş materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməməsi dair dövlət ittihamçısı Ayxan Hüseynlinin çıxışını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsindəki Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 07 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Resp ublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətinin başlıca dəlili apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətinin əsassız olaraq təmin olunmaması və apellyasiya şikayəti vermə hüququnun bərpa olunmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 dekabr 2013-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17 avqust 2007-ci il tarixli hökmü ilə təyin edilmiş 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 8 (səkkiz) il 1 (bir) ay 1 (bir) gün müddət yeni hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək qəti olaraq 8 (səkkiz) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2013-cü il tarixli qərarına əsasən cəzasının 03 oktyabr 2015-ci ilə kimi olan hissəsini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin 18 dekabr 2013-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən Məhkum apellyasiya şikayəti və müddətin bərpası barədə vəsatət vermişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə birinci instansiya məhkəməsində baxılmış və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərarı ilə buraxılmış müddətin bərpası barədə vəsatət təm in edilməmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 07 dekabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli müddətin bərpasından imtina barədə qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin qənaətlərini aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, nə apellyasiya şikayətində nə də kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmünün vaxtında almaması mübahisə predmeti olmamışdır. Həmçinin göründüyü kimi, Məhkum hökmdən 20 dekabr 2013-cü il tarixdə apellyasiya ş ikayəti vermişdir. Bundan sonra Məhkum yenidən ərizə yazaraq verdiyi apellyasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsi 08 yanvar 2014-cü il tarixdə qərar qəbul edərək məhkumun ərizəsinə əsasən onun apellyasiya şikayətini geri qaytarmışdır. Sonra hökm 08 yanvar 2014-cü il tarixdə Azərbaycan Respublikasının CPMin 383-cü maddəsində müəyyən edilmiş müddət keçdikdən sonra qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir. İş materiallarından müəyyən olur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 dekabr 2013-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Məhkum tərəfindən yenidən müddətin bərpasına dair vəsatət və apellyasiya şikayəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinə 02 oktyabr 202 0ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qüvvədə olan qanunvericiliyə əsasən hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 20 günlük prosessual müddətin axımı 18 dekabr 2013-cü il tarixdən başlamış və 08 yanvar 2014-cü il tarixdə başa çatmışdır. Məhkum apellyasiya şikayətini ilk dəfə versə də, ilkin şikayətini geri götürmüş və yenidən hökm qanuni qüvvəyə mindikdən 6 (altı) il 8 (səkkiz) ay 18 gün keçdikdən sonra, yəni 26 sentyabr 2020-ci il tarixdə vermişdir. Məhkum şikayət vermə müddətinin ötürülmə səbəbi olaraq, keçirdiyi cərrah iyyə əməliyyatı, ağciyər xəstəliyi (sağ ağciyərin infiltrativ vərəmi), kəllə beyin travması ilə əlaqədar sağlamlıq imkanlarının məhdudlaşmasını qeyd etmişdir. Lakin işə əlavə edilmiş tibbi arayışdan görünür ki, birinci instansiya məhkəməsinin hökmü çıxarıldıqdan sonra məhkum barəsində hər hansı bir ağır xəstəlik müəyyən edilməmiş, arayışda sadəcə onun 2007-2016-ci illərdə ərzində dəfələrlə ambulator və stasionar qaydada müalicə kursu keçirməsi qeyd edilmişdir. Bu da onun vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən üzrlü hal kimi qəbul edilə bilməzdi. Göründüyü kimi məhkumun apellyasiya şikayətini vaxtında verməsinə hər hansı bir maneə olmamışdır. Məhkumun birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı, (hətta bir dəfə vermiş və şikayəti geri götürülmüş) və imkanı olmuş, müddətin bərpası barədə vəsatətin təmin edilməməsi haqqında birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində məhkumun və müdafiəçisinin iştirakı ilə baxılmışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kollegiya qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən Məhkum Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 dekabr 201 3-cü il tarixli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə şikayət verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin Məhkum vəsatətinin təmin edilməməsi barədə gəldikləri qənaətlərini əsaslı hesab edir, kassatorun bununla bağlı dəlillərini isə əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısını və məhkumu dinləyib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə əsassız olduğundan təmin edilməməli və Məhkum apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 07 d ekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 dekabr 2013-cü il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-858/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-858/2021
12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver