Məhkəmə qərarları › İş №1(102)-858/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-858/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-858/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Qəfərli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, H. ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X6 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakim R.Ə.Əliyev) Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə bir günə bir gün hesabı ilə hesablanması və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 19 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), E.İ.Əliyev və M.Ə.Bağırov) apellyasiya şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndi tətbiq olunmaqla, ona təyin edilmiş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən, yəni 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 2021-ci ilin may ayının əvvəllərində, istintaqla müəyyən edilmiş mənbədən, satış məqsədi olmadan, şəxsi ıstehlak miqdarından artıq miqdarda, narkotik vasitə olan heroini əldə edib, özündə saxlayaraq daşımış, Bi ləsuvar rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 05 may 2021-ci il tarixdə saat 21:35 radələrində Biləsuvar rayonunun Bəydili kəndi ərazisində, tanışı X3 məxsus olan və özünün idarə etdiyi “Ford” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxsi kimi saxlanılaraq Biləsuvar rayon Polis Şöbəsinə gətirilmiş və şöbənin inzibati binasında üzərində şəxsi axtarış keçirilərkən 0,18 qram çəkidə olan həmin narkotik vasitə heroin "Rothmands” əmtəə nişanlı siqaret qutusunun içərisində bir bükümdə olmaqla, əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs barəsində “8 Noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndi tətbiq olunmaqla, ona təyin edilmiş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən, yəni 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilməsinə dair qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə riayət olunmamışdır. Belə ki, amnistiya tətbiq edilməsinə dair qeyd olunan Qərarın 36-c ı hissəsində nəzərdə tutulmuşdur ki, alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə təyin olunmuş şəxslər barəsində amnistiya təyin olunmasına dair materiallara bu Qərarın 45-ci hissəsində nəzərdə tutulmuş müddətdə baxılmalı, həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir (şəxsin zöhrəvi xəstəliklərdən müalicəsini qurtarmasının təsdiqi üçün əsas – tibbi rəy, məhkəmənin alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə təyin olunmuş şəxslər barəsində isə belə əsas məcburi müalicənin ləğvi və ya məcburi müalicə təyin edilmiş şəxs məcburi müalicədən vaxtından əvvəl azad edilməsi barədə məhkəmə qərarıdır). Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, kassasiya protestinin təmin edilməməsi barədə məhkum Təqsirləndirilən şəxs çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi ki mi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkum Təqsirləndirilən şəxs barəsində amnistiya aktının düzgün tətbiq olunmaması mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ittihamın əsaslılığına dair hissəsi ittiham və müdafiə tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə məhkəmə qərarına münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə kollegiyası protestdə göstərilən dəlillərlə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs barəsində yekun qərar qəbul edərkən amnistiya aktının tətbiqi üzrə müvafiq qanunvericiliyin tələblərini aydınlaşdırmadan, narkomaniya xəstəliyindən müalicə təyin olunmuş Təqsirləndirilən şəxs müalicəsinin başa çatıb-çatmamasını aydınlaşdırmadan, onun amnistiya aktına əsasən cəzadan azad edilməsinə dair qərar qəbul etmişdir. Belə ki, «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 0 5 noyabr 2021-ci il tarixli Qərarına əsasən: “33. Məhkəmələr tərəfindən amnistiyanın tətbiqi məsələlərinə baxılarkən məhkəmə iclasında müvafiq prokurorun və müdafiə tərəfinin iştirakı ilə bağlı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara riayət edilməlidir.

34. Bu Qərar onun təsiri altına düşən hər bir şəxs barəsində ayrı-ayrılıqda tətbiq edilir.

35. Amnistiya tətbiq edilərkən məhkumun şəxsi işi öyrənilməli və amnistiyanın tətbiqi məsələlərinin həlli üçün zəruri sənədlər amnistiyanın tətbiqi barədə qərara əlavə edilməlidir. Amnistiyanı tətbiq edən orqanlar amnistiyanın tətbiqi barədə qərar qəbul edilməsi üçün zəruri sənədləri müvafiq orqanlardan tələb etməyə haqqıdırlar. Bu sorğular dərhal icra edilməlidir.

36. Alkoqolizmdən, narkomaniyadan və ya zö hrəvi xəstəliklərdən müalicə təyin olunmuş şəxslər barəsində amnistiya tətbiq edilməsinə dair materiallara bu Qərarın 45-ci hissəsində nəzərdə tutulmuş müddətdə baxılmalı, həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir (şəxsin zöhrəvi xəstəliklərdən müalicəsini qurtarmasının təsdiqi üçün əsas – tibbi rəy, məhkəmənin alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə təyin etdiyi şəxslər barəsində isə belə əsas məcburi müalicənin ləğvi və ya məcburi müalicə təyin edilmiş şəxs məcburi müalicədən vaxtından əvvəl azad edilməsi barədə məhkəmənin qərarıdır).” Göründüyü kimi, amnistiya aktında narkomaniya xəstəliyindən müalicə təyin olunmuş şəxslərin cəzadan azad edilməsi məsələsinin həmin şəxslərə təyin edilmiş məcburi müalicə başa çatdıqdan sonr a həll edilməsi və müalicənin başa çatmasının əsası kimi isə məcburi müalicənin ləğvi və ya məcburi müalicə təyin edilmiş şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi barədə məhkəmənin qərarı göstərilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ona cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi isə Təqsirləndirilən şəxs barəsində amnistiya düzgün tətbiq etsə də, məhkəmənin hökmü ilə ona təyin olunmuş narkomaniyadan məcburi müalicənin başa çatıb-çatmamasını aydınlaşdırmadan V.Sərxanovu əsassız olaraq çəkilməmiş qalan 3 ay 27 gün müddətə cəzadan azad etmişdir. Beləliklə məhkəmə kollegiy ası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs amnistiya aktının müddəalarını tətbiq edərkən əsassız olaraq onu cəzadan azad etməklə cinayət qanununun normasına uyğun olmayan qərar qəbul etmiş və gəldiyi nəticəni əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin həmin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və dəyişdirmək hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün apellyasiya instansiya mə hkəməsinə qaytarılmalıdır. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum Təqsirləndirilən şəxs barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar