Məhkəmə qərarları › İş №1(102)-858/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-858/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-858/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli X10 Təvəkkül oğlunun, Məhkum1 müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Əsədov İman Qulu oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakları ilə x xxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, natamam orta təhsilli, işləməyən, məhkum olmamış, ünvan 1 ünvanında qe ydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.1ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2022-ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli hökmünə əsasən (hakimlər: A.İ.Paşayev (sədrlik edən), Ə.Q.Quliyev və İ.X.Həsənzadə) Məhkum1 - Azərbaycan Respublikası CM-in 120.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlan ğıcının 25 oktyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum2 da Azərbaycan Respublikası CM-in 120.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum1 müdafiəçiləri, digər Məhkum2 müdafiəçiləri və zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən), M.Ə.Abbasov və R.A.Qaraqurbanlı) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmə hökmünə əsasən M əhkum1 arvadı Şahid8 2019-cu ilin iyul-avqust aylarında onlarla birlikdə ünvan 2 ünvanında yaşamış tanışı - xx.xx.1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs əvvəllər dəfələrlə onun Şahid8 layiq olmadığını deməsini, sonuncunu özü ilə xarici ölkəyə aparmağı, uşaqlarına atalıq etməyi və başqa əxlaqsız təkliflər etməsini öyrəndikdən sonra Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, 14 oktyabr 2019-cu il tarixdə, saat 23 radələrində, Zərərçəkmiş şəxs onun yuxarıda göstərilən ünvanda yaşadığı evə gələrək birlikdə narkotik vasitə tapıb istifadə etməyi təklif etməsini cinayətkar niyyətini həyata keçirmək üçün yaxşı fürsət olduğunu düşünərək Zərərçəkmiş şəxs narkotik vasitə almaq adı ilə aldadaraq, sonuncunu idarə etdiyi “BMW” markalı, AZ**-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qaradağ ra yonu, Sahil qəsəbəsinə aparmış, yolda olan zaman Zərərçəkmiş şəxs avtomobili saxlayıb mağazaya getdiyi zaman bacanağı Məhkum2 zəng edərək görüşmək istədiyini bildirib Sahil qəsəbəsində olduğuna əmin olduqdan sonra Zərərçəkmiş şəxs avtomobildə gözləməsini, narkotik vasitə alıb gələcəyini deyərək Məhkum2lə yaşadığı ünvan 3 ünvanının qarşısında görüşüb Zərərçəkmiş şəxs arvadı Şahid8 qarşı etmiş olduğu əxlaqsız təkliflər barədə danışıb Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti barədə Məhkum2 məlumat verməklə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək Zərərçəkmiş şəxs heç kimin olmadığı yerdə qəsdən öldürməyi planlaşdırıb birlikdə avtomobilə qayıtmış, özü avtomobilin ön oturacağında, Məhkum2 isə avtomobilin sürücü tərəfdən arxa oturacağında əyləşib Zərərçəkmiş şəxs başqa yerdə nark otik vasitə alacaqları ilə Sahil qəsəbəsinin cənub-qərb hissəsində, Balıqçılar küçəsində yerləşən “Koneçnıy” adlanan əraziyə gətirməklə avtomobili saxlamasını tələb edərək, xx.xx.2019-cu il tarixdə, saat 01 radələrində, qeyd olunan ərazidə o, Zərərçəkmiş şəxs qollarından tutub müqavimət göstərmək imkanından məhrum etmiş, bu zaman Məhkum2 qabaqcadan üzərində gəzdirdiyi soyuq silah hesab olunmayan, zavod üsulu İlə hazırlanmış xüsusi təyinatlı kəsici dərzi aləti ilə qəsdən Zərərçəkmiş şəxs boynunun sağ yan səthinə 3 (üç) dəfə zərbə vurmaqla sonuncuya kəskin çürümə dəyişiklikləri fonunda dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik, baş vermiş kəskin qanitirmə nəticəsində ölümünə səbəb olan boyun nahiyəsinin sağ-yan səthinin daxili yuxu arteriyasın ın tam kəsilməsi və vidaci venanın dəlib-keçən yaralanması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yara xəsarətləri yetirmiş, nəticədə kəskin qanitirməyə məruz qalan Zərərçəkmiş şəxs halsızlaşaraq özünü müdafiə etmək imkanından məhrum olduqdan sonra sonuncunu Məhkum2lə birlikdə avtomobilin arxa oturacağına keçirmiş, özü isə sükan arxasında əyləşərək artıq öldüyünü dərk edən Zərərçəkmiş şəxs şəhadət gətirməsini eşidib avtomobili saxlayaraq sükan arxasından arxaya doğru çönüb əlləri ilə səsi kəsilənə qədər Zərərçəkmiş şəxs ağzını tutmaqla Məhkum2lə birlikdə Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum1 barəsində Azərbaycan Respublikası CM-in 120.2.1-ci maddəsi ilə olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, ona Azərbaycan Respublikası CM-in 120.2.1-ci maddəsi ilə elan olunmuş ittiham tam əsassızdır. Belə ki, ona və Məhkum2 elan olunmuş ittiham yalniz onların şübhəli və təqsirləndirilən şəxs kimi verdikləri ilkin ifadələrə əsaslanmış, onların törədilmiş əməlin mexanizminə və işin obyektiv hallarına uyğun gələn, digər sübutlarla və cinayət işinin digər materialları ilə öz təsdiqini tapan sonraki ifadələri, habelə cinayət işinin materiallarında olan iş üzrə mühüm əhəmiyyət kəsb edən ekspert rəyləri, telefon danışıqları barədə məlumatlar və digər sənədlər isə sübut kimi qiymətləndirilməmişdir. Şikayətdə həmçinin qeyd olunur ki, müstəntiq istintaq zamanı törədilmiş əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə cinayəti kimi tövsif etmək üçün bilərəkdən sübutları saxtalaşdırmaq dərəcəsinə qədər təhriflərə və yanlışlıqlara yol vermişdir. Belə ki, Məhkum1 və Məhkum2 ifadələrinin yerində yoxlanılması barədə tərtib olunmuş protokollarda onların Zərərçəkmiş şəxs öldürmək məqsədilə Sahil qəsəbəsinin “koneç" adlanan ərazisinə gətirdiklərini bildirdikləri göstərilsə də, məhkəmə baxışı zamanı sübutlar tədqiq olunarkən həmin ifadələrin yerində yoxlanılması zamanı aparılmış video çəkilişlərə baxış keçirilərkən, əksinə, Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxsi ora öldürmək üçün gətirmədiklərini, ora narkotik vasitə almaq üçün gəldiklərini demişdir. Ekspert rəylərindən də görünür ki, mərhum Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər soyuq silah hesab olunmayan, zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı kəsici dərzi aləti ilə yetirilmişdir. Sual olunur, əgər X10 və X 11 Zərərçəkmiş şəxsi öldürməyi əvvəlcədən danışıb, razılaşmışdılarsa, onda nə üçün silah, bıçaq, yaxud adam öldürmək üçün istifadə oluna bilən hər hansı başqa alət yox, məhz dərzilərin paltar tikişini sökmək üçün istifadə etdikləri qayçıya bənzər bir alət götürürdülər? Axı X10 və X11 ifadələrində göstərirlər ki, həmin aləti X10 nəşə doğramaq üçün üstündə gəzdirirmiş, bunu məhkəmə istintaqı zamanı şahidlər də təsdiq etdi. Ekspert rəyindən də görünür ki, X11 və X10 hər ikisi narkotik vasitə istifadəçiləridir, hətta Məhkum2 narkomaniyadan məcbur i müalicəyə də ehtiyacı var. Zərərçəkmiş şəxs Şahid8 sataşması faktının sonuncu tərəfindən inkar edilməsi, heç bir şahid tərəfindən təsdiq edilməməsi, hadisə baş verdiyi tarixdə Şahid6 tərəfindən arvadı Sonanı Zərərçəkmiş şəxsin yanına müalicəyə aparması, həmin vaxt heç bir söz-söhbət olmaması, saat 20 radələrində evə qayıtdıqdan 2-3 saat sonra Zərərçəkmiş şəxsin X11yə zəng edib çağırması cinayətin qısqanclıq zəminində baş vermədiyini, X11 və X10ın, Zərərçəkmiş şəxslə görüşə heç bir silah və ya silah qismində işlədilə bilən predmetlə getməmələri, Zərərçəkmiş şəxsə xəsarətin dərzilərin tikiş sökmək üçün istifadə etdiyi kiçik ölçülü qayçı ilə yetirilməsi, X10 və X11nin narkotik vasitələrdən istifadə etmələri, hətta bununla bağlı cinayət işindən materiallar ayrılması onların Zərərçəkmiş şəxs öldürmək niyyətləri olmadığını, bu məqsədlə əvvəlcədən əlbir olmadıqlarını, mübahisənin narkotik vasitə ilə əlaqədar yarandığını bir daha sübut edir. Məhkum hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-in 120.2.1-ci maddəsi ilə olan cinayət işi bəraətverici əsaslarla xitam olunmalıdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum1 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı müdafiəçi İ.Əsədovun, zərərçəkmiş şəxsin hüq uqi varisi N.Həbibovun və dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna mal ikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum1 kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar