Məhkəmə qərarları › İş №1(102)-858/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-858/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-858/2024 05.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ akimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayhan Məhəmməd oğlunun, Məhkumun müdafiəçisi Mustafayev Raqif Həmid oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2023-cü il tarixli, 1(103)-1777/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Mustafayev Raqif Həmid oğlu tərəfindən verilmiş kassas iya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 1(101)-221/2023 nömrəli hökmü ilə (sədrlik edən İ.X.Həsənzadənin, hakimlər Ə.Q.Quliyev və A.İ.Paşayevdən ibarət tərkibdə) xx xxxxxx 1987-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzası nı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 03 fevral 2022-ci il tarixdən hesablanmış, zərərçəkmiş şəxs Xin mülki iddiası qismən təmin edilməklə Məhkum alınıb Xin xeyrinə maddi ziyana görə 435.919,1 manat və mülki iddianın bu hissəsinə düşən dövlət rüsumuna görə 725,92 manat, ümumilikdə 436.645,02 manat pulun tutulması, mülki iddiasının qalan hissədə baxılmamış saxlanılmış və ona mülki iddiasının qalan hissəsində mülki mühakimə icraatı qaydasında mülki iddianın vermək hüququ izah edilmişdir. Hökmdən məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən Q.X.Babayev, hakimlər İ.M.Murquzov və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) 03 noyabr 2023-cü il t arixli, 1(103)-1777/2023 nömrəli qərarı ilə məhkum və onun müdafiəçisi Mustafayev Raqif Həmid oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, hökmlə Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təyin edilmiş 07 (yeddi) il azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) ilə endirilmiş, zərərçəkmiş şəxs Xin mülki iddiasının qismən təmin edilməsinə, təqsirləndirilən şəxs Məhkum Xin xeyrinə maddi ziyana görə 435.919,1 manat və dövlət rüsumuna görə 725,92 manat, ümu milikdə 436.645,02 manat pulun tutulmasına, mülki iddiasının qalan hissədə baxılmamış saxlanılmasına dair göstəriş və müddəalar hökmdən xaric edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Mustafayev Raqif Həmid oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə Rusiya Federasiyasında yaşayan tanışı Xin Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 14 may tarixli qərarı ilə müflis elan edilmiş "xxxx" açıq səhmdar cəmiyyətində fiziki şəxs kimi hesabında 356.423 ABŞ dolları məbləğində pul vəsaitinin olduğunu və elan edilmiş xüsu si karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasına gəlib həmin vəsaiti bankın ləğvedicisi təyin edilmiş Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondundan götürə bilmədiyini bildikdə onun adına bank və digər maliyyə əməliyyatları həyata keçirmək üçün etibarnamə veriləcəyi təqdirdə pulu Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondundan götürərək Xə göndərəcəyi barədə yalan vəd verməklə aldatmış, sonuncudan 2020-ci il avqustun 04-də etibarnamə alıb "xxxx" ASC-də Xin fiziki şəxs hesabında olan 356.423 ABŞ dolları məbləğində pul vəsaitinin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin Xətai filialında olan hesaba köçürülməsini təşkil edərək adı çəkilən filialdan 2020-ci il noyabrın 0 5də həmin dövrün məzənnəsi ilə 61.919,1 manat təşkil edən 36.423 ABŞ dolları, 2020-ci il noyabrın 06-da göstərilən dövrün məzənnəsi ilə 85.000 manat təşkil edən 50.000 ABŞ dolları və 2020-ci il noyabrın 11-də qeyd edilən dövrün məzənnəsi ilə 459.000 manat təşkil edən 270.000 ABŞ dolları məbləğində pulu götürməklə Xə göndərməmiş, bununla da vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib zərərçəkmiş şəxsə xüsusilə külli miqdarda 605.919,1 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum törətmiş olduğu əməllərə düzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respubl ikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinin müəllifi iddia edir ki, Məhkum dələduzluq əməlini törətməmiş, onun zərər çəkmiş şəxsi aldatmaq niyyəti olmamışdır. Belə ki, Məhkum ilə X arasında hər hansı tanışlıq, inam və etibar olmamış, onlar bir-birini tanımamışlar, məhkum və zərərçəkmiş şəxs Olqa Vikulun məsləhəti ilə etibarnamə üzrə tapşırıq müqaviləsi bağlamışlar, lakin bu zaman Məhkum həmin pulların “dirildə" biləcəyinə hər hansı vəd verməmişdir. X etibarnamə üzrə tapşırıqlarının həcmini özü müəyyən etmiş və icra edildiyi halda Murada Cəfərova mükafat (bonus) vermək barədə vəd etmişdir ki, belə olan halda mülki müqavilədən irəli gələn öhdəliklərinin icra edib-edilməməsinə görə cinayət işinin başlanması tam qanunsuzdur. Bu x arakterli mübahisələr mülki mühakimə icraatı qaydasında həll edilməlidir. Müdafiəçi öz kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2023-cü tarixli qərarının ləğv edilməsini, işə bəraətverici əsaslarla xitam verilməsini və ya ona azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçinin kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayətprosessual qanunun tələblərini pozduqlarını, onun dələduzluq cinayətində təqsirl i olması, əməlinin Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyri-mötəbər sübutlarla əsaslandırdıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, ona Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə bəraət verilməsi və ya onun cəzanı yüngülləşdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, müdafiəçi R.H.Mustafayevin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlə əl aqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisi yası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinay ətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bö lməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, məhkumun kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiə tərəfinin birinci instansiya məhkəməsində gətirdiyi Məhkum Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə, o cümlədən zərərçəkmiş şəxslə məhkumun arasında olan münasibətlərin mülki-hüquqi xarakterli olmasına dair dəlilləri apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış bütün sübutların məcmusu ilə, o cümlədən məhkumun, zərərçəkmiş şəxsin, şahidlərin if adələri, cinayət işində olan başqa materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkəmənin qənaətinə görə Məhkum hərəkətlərində dələduzluq cinayətinin tərkibi ilə, Cinayət Məcəlləsinin 178.4-cü maddəsində təsbit edilmiş cinayəti ağırlaşdıran əlamətlərlə ehtiva olunan bütün hallar mövcud olmuşdur. Apellyasiya məhkəməsinin gəldiyi nəticələr kassasiya şikayətində də irəli sürülmüş eyni iddianın, bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin sözügedən məsələ üzrə ç ıxardığı nəticələri, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş dələduzluq cinayətini törətməkdə təqsirli olması barədə yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görmür. Odur ki, məhkəmə heyəti baxılan işdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsində nəzərdə tutulmuş bəraətin əsaslarının, yəni kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2, 416.1.6 və 146.1.11-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi (dəyişdirilməsi) əsası kimi təsbit edilən halların olmaması haqqında nəticəyə gəlir. Müdafiəçinin Məhkum cinayət qanununun tələbləri pozulmaqla ədalətsiz cəzanın təyin olunmasına dair iddiasına gəldikdə, məhkəmə kollegiyası bu məsələdə də kassasiya şikayətinin müəllifi ilə razılaşmaq üçün əsas görmür. Belə ki, Məhkum törətdiyi əmələ görə cinayət qanununun 178.4-cü maddəsinin müəyyən etdiyi məhrumiyyətlər (alternativ cəza olmadan) 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməl cinayət Məcəlləsinin 15.5-ci maddəsində xüsusi ilə ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə onu Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az müddətə (təqsirli bilindiyi maddənin aşağı həddindən 3 il az) azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanın ədalətsiz olması haqqında iddia və bu cəzanın yüngülləşdirilməsi barədə tələb müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında irəli sürülmüş və həmin məhkəmə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, Məhkum şəxsiyyətindən, o cümlədən cəzanı yüngülləşdirən hal - himayəsində bir azyaşlı uşağının olmasını və birinci instansiya məhkəməsindən fərqli olaraq apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs Xə vurulmuş ziyan tam ödənilməsini (təqdim edilmiş zərərçəkmiş şəxs Xin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Nümayəndə tərəfindən imzalanmış notarial qaydada təsdiq olunmuş ərizə göstərilmişdir ki, onun Məhkum qarşı şikayət və tələbi yoxdur), Məhkum əvvəllər məhkum olunmamasını nəzərə alıb cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təyin edilmiş 07 il müddətə (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla) azadlıqdan məhrum etmə cəzasını 05 ilədək endirməklə (CM-nin 62-ci maddəsini tətbiq etməklə), cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58, 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş və yaxud kassasiya şikayətində istinad olunan digər halları Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsini tələb edən hallar kimi qiymətləndirmək üç ün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir. Qeyd olunan səbəblər üzündən kollegiya baxılan işdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasın mövcudluğu, həmin əsasa görə mübahisələndirilən qərarın dəyişdirilməli, kassasiya şikayətinin isə qismən təmin edilməli olması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası müdafiəçi Mustafayev Raqif Həmid oğlu tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsinə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi Mustafayev Raq if Həmid oğlunun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2023-cü il tarixli, 1(103)1777/2023 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Müdafiəçi Mustafayev Raqif Həmid oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2023-cü il tarixli, 1(103)-1777/2023 nömrəli qərarı müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar