Məhkəmə qərarları › İş №1(102)-859/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-859/2021

23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-859/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi il ə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: R.A.Allahverdiyav (sədrlik edən) N.A.Kərimov və R.ƏşSadıxovdan ibarət tərkibdə) 10 iyun 2020-ci il tarixli hökmü ilə xx xxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, "xxxx" MMC-də direktor müavini işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Massiv, döngə 9, ev 437-də qeydiyyatda olmaqla, Bakı şəhərində yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin 27 fevral 2020-ci il tarixdən hesablanmaqla 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: hakimləri X4 (sədrlik edən və məruzəçi) X5 və X3 ibarət tərkibdə) məhkumun müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Məhkum təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) ilə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin h ökmünə əsasən, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 3,307 qram təşkil edən psixotrop maddə olan metafetamini əldə edib üzərində saxlamaqla daşımış, Məhkum mütəmadi olaraq Bakı şəhəri ərazisində külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 fevral 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 15:30-da Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən "XXX” yaşayış kompleksinin qarşısında saxlanılaraq baş idarəyə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman onun üzərində saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq külli miqdarda, ümumilikdə 3,307 qram çəkidə psixotrop maddə metafetamin əynindəki gödəkçənin sol yan cibindən 3 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,136 qram, 1,080 qram və 1,091 qram olmaqla aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı2 kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestində gö stərmişdir ki, Apellyasiya məhkəməsi Məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə almamış, cinayət qanununda nəzərdə tutulmayan halları əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə ona törədilmiş cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan yüngül cəza növü təyin etmişdir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsi tərəfindən cəza təyin edilərkən cinayət qanununun qeyd olunan normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də Məhkum şəxsiyyətinə əhəmiyyət verilməmiş, a pelyasiya instansiyası məhkəməsi cəza təyin edərkən göstərilən cinayətin yüksək ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, həmçinin cəzaya təsir edə biləcək bütün hallan araşdırmamış, Məhkum əsassız olaraq təqsirli bilindiyi CM-in 234.1 -ci maddəsinin sanksiyasında aşağı həddə -1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Təqsirləndirilən şəxs Məhkum tərəfindən törədilən, CM-nin 23 4-cü maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Əlavə obyekti isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin nomal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığıdır. Lakin, məhkəmə hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, yuxarıda göstərilən hallar Məhkum törətdiyi əməlin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmə bu halları cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Apelyasiya instansiyası məhkəməsi Məhkum tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə uyğun ol mayan aşağı həddə cəza təyin etmiş, həmin hissədə qərarı əsaslandırmamış, qeyd olunan hallan və Məhkum şəxsiyyətini, onun tərəfindən törədilən cinayətin az ağır cinayətlər kateqoriyasına aid edilməsini nəzərə almamaqla ona açıq-aydın ədalətsiz cəza təyin etmiş, cəza təyin edərkən cinayət qanunu normalarını düzgün tətbiq etməmişdir. Dövlət ittihamçısı qeyd olunanların nəzərə alınmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarı cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxs lərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya protestində məhkuma təyin olunmuş cəzanın yüngül olması ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, kassasiya protestinin dəlilləri əsassızdır, təmin edilməməlidir. İş materiallarından görünür ki, Apellayasiya instansiya məhkəməsi cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzanı ağırlaşdır an halların müəyyən edilmədiyini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinə təsirini nəzərə alaraq onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsas ən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törəd ilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum unun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ilk dəfə olaraq az ağır cinayət əməli törətməsi və «Bronxial astma” və "Yayılmış psoriaz” xəstəliyindən əziyyət çəkməsi Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə, himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzası nı yüngülləşdirən hallar kimi hökmdə göstərmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ilk dəfə cinayət törətməsi, cəzanı yüngülləşdirən halların olması, cəzanı ağırlaşdıran halın olmadığını kifayət qədər nəzərə almamış, təqsirləndirilən şəxsə maddədə nəzərdə tutulmuş daha ciddi cəza növü təyin etmişdir. Apellyasiya məhkəməsi qeyd olunan yüngülləşdirici halları nəzərə alaraq Məhkuma təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) ilə endirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva e dən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhku m olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar