Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-859/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Əliyev Hikmət Vilayət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Paşayev Azər İslah oğlu (sədrlik edən və məruzəçi), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1993-cü il tarixdə də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməmiş, əvəllər Nəsimi Rayon Mə hkəməsinin 18 mart 2015-ci il tarixli hökmü ilə CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2018-ci il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə, CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə isə qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına mhkum olunmuş, Şabran Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 (üç) ay 13 (on üç) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məh kumluğu ödənilməmiş, Bakı şəhəri, Xətai rayonu, Seyid Əzim ünvan 1 ünvanda yaşamış, CM-nin 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 144.3-cü maddəsi ilə 11 (on bir) il 06 (altı) ay müddətə, CM- nin 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə 07 (yeddi) il 06 ( altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzalar qismən toplanılmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə yetkinlik yaşına çatmayan şəxs barəsində adam oğurluğu, qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zor tətbiq etməklə təkrar hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını tələb etmə cinayətlərini törətmişdir. Belə ki, Məhkum əvvəllər qəsdən törətdiyi cinayətə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən tanışları Şahid4 və Şahid3 yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs2 maddi imkanının yaxşı olması, davamlı olaraq yüksək məbləğdə pullar xərcləməsi və dostları üçün bahalı hədiyyələr alması barədə eşitdikdən sonra Şah id2, Şahid3, Şahid1, Şahid4 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə tamah məqsədi ilə adam oğurluğu və xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zor tətbiq etməklə hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakım tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq cinayətkar qrupun üzvlərindən biri olmaqla proseslərdə pərdələnmiş, görünməyən tərəf kimi iştirak edən Şahid3 21 yanvar 2019-cu il tarixdə saat 15 radələrində görüşmək adı ilə yetkinlik yaşına çatmayan tanışı Zərərçəkmiş şəxs2 ünvan 2 ünvanında yerləşən “Sultanlar” çay evinə çağırdıqdan sonra Şahid4 ifşa olunmaması üçün çayxananın dig ər otağında Zərərçəkmiş şəxs2 gizlənib hadisələrin gedişatını gözləmiş, Məhkum, Şahid2 və cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvləri isə əvvəlcədən planlaşdırdıqları kimi Şahid3 cinayətdə iştirakının ifşa olunmaması və ona qarşı zərərçəkmiş şəxsin şübhələrinin yaranmaması üçün Şahid3, daha sonra isə yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs2 sillə ilə vuraraq zor tətbiq edib, dostu olaraq qəbul etdiyi Şahid3 və özünün sərbəst buraxılmaları qarşılığında həmin dövrün məzənnəsinə görə xeyli miqdarda 42.500 manat təşkil edən 25.000 ABŞ dollar pul verməsini Zərərçəkmiş şəxs2 hədə-qorxu ilə tələb etmiş, bu məqsədlə sonuncunu iradəsinə zidd olaraq kafedən çölə çıxarıb həyətdə qabaqcadan onları gözləyən və proseslərdə taksi sürücüsü rolunda pərdələnmiş, görünməyən tərəf k imi iştirak edən cinayətkar qrupun digər üzvü Şahid1 idarə etdiyi “Opel Vectra” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə əyləşdirmiş. Şahid2, Şahid3 və cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 iradəsinə zidd şəkildə salonuna əyləşdirdikləri Şahid1 idarə etdiyi “Opel Vectra” markalı avtomobillə “Sultanlar” çay evinin qarşısından yaşadığı ünvan 3 ünvanının yaxınlığına qanunsuz olaraq aparıb qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə yetkinlik yaşına çatmayan barəsində adam oğurluğu cinayətini törətmiş və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 hədə-qorxu təsiri altında həmin ünvanda yerləşən 150 saylı mənzilinə qalxaraq seyfdə saxlanılan atası Qanuni nümayəndə məxsus puldan həmin döv rün məzənnəsinə görə 42.500 manat təşkil edən 25.000 ABŞ dolları pul vəsaitini götürüb həyətə düşərək saat 18 radələrində həmin yerdə Şahid2 verdikdən sonra Zərərçəkmiş şəxs2 sərbəst buraxmışlar. Bundan başqa Məhkum tanışları Şahid2, Şahid3, Şahid1, Şahid4 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zor tətbiq etmə hədəsi ilə özgənin əmlakını tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra Məhkumun göstərişi əsasında cinayətkar qrupun üzvü Şahid2 25 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2lə əlaqə saxlayaraq təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 10.000 ABŞ dolları pulu verməs ini hədə-qorxu ilə tələb etmiş, sonuncu hədə-qorxu təsiri altında yaşadığı ünvan 3-də yerləşən 150 saylı mənzildən götürdüyü həmin dövrün məzənnəsinə görə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları pul vəsaitini həmin gün saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 128-də yerləşən “Neftçilər" metrostansiyasının yaxılığında Şahid2 və cinayəkar qrupun şəxsiyyəti məlum olmayan digər üzvlərinə vermişdir. Hökmdən Məhkum müdafiəçisi H.V.Əliyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qasımov Faiq Adil oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 21 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Ba kı Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi H.V.Əliyev kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, işin faktiki hallarına, habelə iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini n Plenumunun 17 mart 2011-ci il tarixli qərarına istinad edən müdafiəçi H.V.Əliyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələrin yekun məhkəmə aktları iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə qəbul edilmiş, birinci instansiya məhkəməsi müdafiə tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihama hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız imtina etmiş, CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmış, apelyasiya instansiyası məhkəməsi də eyni nöqsanlara yol verərək həmin məhkəmənin gəldiyi əsassız nəticə ilə razılaşmışdır. Məhkəmələ Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə CM-nin 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4cü maddələri ilə təqsirli bilinməsi barədə nəticəyə gələrkən bunun əsası kimi ibtidai araşdırma zamanı zərər çəkmiş şəxsin və şahidlərin ifadələrini əsas götürmüş, təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək halların müəyyən edilməməsi haqda düzgün olmayan qənaətə gəlmiş və bu da ona həddindən artıq ağır cəzanın təyin olunması ilə nəticələnmişdir. Halbuki, araşdırılmış sübutlar Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi üçün yetərli olmamış, sonuncu isə özünü həmin ittiham üzrə təqsirli bilməyərək məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və məhkum olunmuş Şahid3 tanımadığını, Şahid1, Şahid2 və Şahid4 onlarla eyni məktəbdə oxuduğu üçün tanıdığını göstərmiş, 08 avqust 2020-ci il tarixdə keçirilən üzləşdirm ə zamanı da bu hallar təsdiq edilmişdir. Məhkum sadece barəsində axtarış olduğunu eşitdiyi üçün könüllü olaraq Xətai RPİ-nə getmiş, oradan BMCMİ-nə aparılmış və həmin İdarədə təzyiq və işgəncə göstərilməsiə baxmayaraq təqdim ona olunan prosessual səndləri imzalamamışdır. Çox təəssüf ki, nə birinci, nə də apellyasiya instansiyası məhkəmələri heç bir araşdırma aparmadan, məhkəmə istintaqı zamanı toplanmış sübutlara hüquqi qiymət vermədən yanlış mövqe nümayiş etdirərək təqsirləndirilən şəxsə həddən artıq ağır cəza təyin etmişdir. Məhkəmələr Məhkum barəsində yekun məhkəmə aktları qəbul edərkən mötəbər olmayan sübutlara əsaslanmış, həmin sübutlar isə ziddiyyətli olmuş və məhkumun ona elan olunmuş ittiham üzrə təqsirli bilinməsi üçün kifayət etməmişdir. Qeyd olunanlara əsasən müdafiəçi H.V.Əliye v kassasiya şikayətinin təmin edilərək Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin müdafiəçi H.V.Əliyev, zərər çəkmiş şəxslər Qanuni nümayəndə və Zərərçəkmiş şəxs2 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum, onun müdafiəçisi H.V.Əliyevin, zərər çəkmiş şəxslər Qanuni nümayəndə və Zərərçəkmiş şəxs2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddə sinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyasında baxılanadək məhkumun müdafiəçisi H.V.Əliyev 10 oktyabr 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edib hüquqlarını müdafiə etdiyi şəxsin kassasiya şikayətin i geri götürmək niyyətinin olmasını bildirərək Bakı Apelyasiya Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərarından özü tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Həmçinin kassasiya şikayətinə baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 09 oktyabr 2023-cü il tarixli 3-16-17/22/2-3529 saylı müşaiyətedici məktubla Ali Məhkəməyə Məhkum ərizəsi daxil olmuşdur. Ərizədə o, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmiş və həmin şikayətin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi H.V.Əliyevin və Məhkum ərizələri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kass asiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. CPM-nin 414.5-ci maddəsinin tələbinə görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsində isə göstərilmişdir ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələbl ərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum və onun müdafiəçisi H.V.Əliyevin ərizələrini nəzərdən keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək və qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi H.V.Əliyev tərəfində n verilmiş kassasiya şikayəti geri qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum və onun müdafiəçisi H.V.Əliyevin ərizələri təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi H.V.Əliyev tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-859/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-859/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver