Məhkəmə qərarları › İş №1(102)-859/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-859/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-859/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Məhkum və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələrində nəzərdə t utulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin olunmaması, Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 4 dekabr tarixli, 1(107)34/2024 nömrəli qərarından məhkum və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər R.Ə.Əliyev (sədrlik edən) və N.N.Mirzəyev və B.M.Məmmədovdan ibarət tərkibdə) 2023-cü il 21 avqust tarixli, 1(091 )39/2023 nömrəli hökmü ilə, 27 avqust 1988-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Mingəçevir şəhəri, Şahid2 küçəsi, ev 13, mənzil 16 ünvanında qeydiyyatda olmaqla, yaşamış, Rusiya Federasiyası ərazisində məhkum edilmiş və cəzanı çəkib qurtarmış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 228.1 və 307.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 13 il 6 ay müddətinə azadlıq dan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 2022-ci il 3 iyun tarixindən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum, onun müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri və dövlət ittihamçısı ədliyyə müşaviri Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), X14 və X2 ibarət tərkibdə) 2024-cü il 4 dekabr tarixli, 1(107)-34/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, hökm qismən Məhkum CM-in 307.1-ci maddəsində nəzərdə tut ulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və CM-in 75.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin olunmaması hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qərar qəbul edilmiş, Məhkum CM-in 221.3, 228.1 və 307.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin olunmamasına və CM-in 120.2.2 və 120.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısının CM-in 307.1-ci maddəsi üzrə ittihamdan imtinası qəbul edilmiş və CM-in 307.1-ci maddəsi üzrə verilmiş ittiham ümumi ittihamdan xaric edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdı r. İŞİN HALLARİ: Hökmə əsasən Məhkum qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında silahdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, qanunsuz olaraq əldə edib saxlayaraq daşıyıb gəzdirdiyi odlu silah və onun komplekt hissələrindən istifadə etməklə xuliqanlıq niyyəti ilə, ümumi təhlükəli üsulla və xüsusi amansızlıqla qəsdən bir nəfəri həyatdan məhrum etməklə öldürmüşdür. Belə ki, o 26 sentyabr 2012-ci ildə, saat 15 radələrində Mingəçevir şəhər sakini Şahid1, tanışı X15 ilə mobil telefonla danışarkən Şahid1 Neyman Əmirova sonuncunun ona narkotik vasitə satmaqdan imtina etməsi ilə əlaqədar hədə-qorxu gəlməsinə görə aralarında yaranmış müba hisə zamanı Neyman Əmirovun yanında olmuş, sonuncunun tanışı X10 mobil telefonu Neyman Əmirovdan alaraq Şahid1la mübahisəni davam etdirib Neyman Əmirovun yanında olacağını, sonuncunu müdafiə edəcəyindən ona heç nə edə bilməyəcəyini Şahid1 bildirib, bir-birinə qarşı qarşılıqlı hədə-qorxu gəlməklə münasibətlərini aydınlaşdırmaq üçün həmin gün, saat 21 radələrində Yevlax rayonunun Havarlı kənd qəbiristanlığının yaxınlığında görüşərək orada kimin daha güclü olacağının bilinəcəyi barədə razılaşdıqdan sonra təyin edilmiş münaqişəli görüş barədə Şahid1 həmin gün məlumat əldə edərək, həmin görüşdə iştirak etmək üçün istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlayaraq gəzdirdiyi, içərisində istintaqla müəyyən edilməyən sayda dolu odlu silahın komplekt hissələri olan patro nlardan ibarət “Makarov” markalı odlu silah hesab edilən tapançanı özü ilə üzərində götürüb daşımaqla həmin gün, saat 21 radələrində Mingəçevir şəhər stadionunun yaxınlığına gələrək, orada dostları Şahid1, Şahid2, Şahid5, X16, Şahid3 və Şahid4 ilə görüşüb Şahid1 tərəfində görüşdə iştirak edəcəklərinə dair razılaşdıqdan sonra Şahid5 qatlanan cib bıçağını, Şahid1 isə idman aləti olan “bita” dəyənəyini özü ilə götürüb Şahid1, Şahid2, Şahid5, X16 ilə birlikdə Şahid2 idarə etdiyi VAZ 2107 markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə, Şahid3, Şahid4 və Xəyal Fərzanlı isə digər 90-??-476 nömrə nişanlı Priora markalı avtomobilə əyləşib qabaqcadan razılaşdıqları yerə, yəni Yevlax rayonunun Havarlı kənd qəbiristanlığının yaxınlığına gəlib orada avtomobildən düşərək həmin yerə onlardan əvv əl gəlmiş X18, X11, X17, X15 və X6 ilə qarşılıqlı şəkildə bir-birilərinin ünvanlarına nalayiq ifadələr işlətdikdən sonra sonunculara qarşı odlu silah, bıçaq və idman aləti olan bitanı silah qismində tətbiq etməklə, özünü ətrafdakıların fövqündə qoyub üstünlüyünü nümayiş etdirməklə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış ictimai qaydalarını kobud surətdə pozan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq olunması hədəsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə, onların üzərində üs tünlük yaratmaq məqsədi ilə Şahid1, Şahid2, Şahid5 ilə orada qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, o, odlu silah olan tapançanı, Şahid5 bıçağı, Şahid1 isə idman aləti olan "bita” dəyənəyi silah qismində tətbiq etməklə istifadə edərək, X18, X15, X11 və qeyrilərinin üzərində zor tətbiq olunması və belə zorun tətbiq olunması hədəsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri edərək, X18, X15, X11 və onlarla gələn digər şəxslərin ünvanına nalayiq söyüşlər söyməklə, onlara hücum etmiş, daha sonra digər şəxslərlə əvvəlcədən razılaşdırılmış ümumi niyyətdən kənara çıxaraq orada Rauf Qarayevi xuliqanlıq niyyəti ilə, ümumi təhlükəli üsulla, xüsusi amansızlıqla qəsdən öldürmək qərarına gələrək həmin cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə özü ilə üzərində gətirdiyi i stintaqla müəyyən edilməyən “Makarov” markalı tapançanı çıxardıb atəşə hazır vəziyyətə gətirərək, Rauf Qarayevin atası X5 gözləri qarşısında, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə, bununla da ona əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək xüsusi amansızlıqla, aralarında baş vermiş mübahisəni aydınlaşdırmaq üçün cüzi səbəbini, əslində isə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə, ətrafda Rauf Qarayevin yaxınlığında çoxsaylı kənar şəxslərin də olduğunu bildiyi halda həmin tapançadan iki dəfə atəş açaraq, ümumi təhlükəli üsulla X1 ağır zərər vurmaya aid patronu mərmi (güllə) ilə doldurulmuş odlu silahdan açılmış atəşin təsirindən yaranmış döş qəfəsinin və qarının bir ədəd dəlib keçən odlu silah yarası ilə nəticələnən bədən xəsarəti yetirməklə X13 xuliqan lıq niyyətilə xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni əsaslandıraraq qeyd etmişdir ki, o, özünü təqsirli saymır, cinayət əməli onun tərəfindən törədilməmişdir. Bundan başqa, məhkəmələr işi ətraflı araşdırmamış, işə obyektiv baxılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Hadisə baş verən yerdə o heç kimlə mübahisə etməmiş və R.Qarayevin kim tərəfindən hansı şəraitdə öldürülməsi ona məlum deyildir. Hər iki instansiya məhkəməsi ittihamın məzmununu mexaniki şəkildə hökmə köçürməklə “Məhkəmə hökmü” haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarının tələblərini pozmuşlar. Törətmiş olduğu cinayət əməli yalnız Rusiya Federasiyasında olmuş və həmin əmələ görə cəzasını tam şəkildə çəkmiş, hətta Azərbaycana ekstradisiya olunması barədə də rəsmi müraciət etmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 4 dekabr tarixli qərarının ləğv edilməsini və ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, müdafiə tərəfi olaraq onun fikrincə iş üzrə aparılmış istintaqla bağlı çox suallar ortaya çıxır ki, bu gün də onlar cavablandırılmadan Məhkum barəsində çıxarılmış hökmü ədalətli hesab etmək olmaz. Suallar isə təxminən aşağıdakılardır: 1) Avtomat və tapança silahı tətbiq etməklə bir nəfər şəxsin ölümü il ə nəticələnən ağır cinayət hadisəsi ilə bağlı hadisə yerinə ixtisaslı və keyfiyyətli baxış necə 1 saat 15 dəqiqə ərzində başa çata bilərdi? 2) Qəbiristanlığın qarşısında bu münaqişənin, qətl hadisəsinin baş verdiyi açıq sahəni şərti olaraq bir meydança kimi təsəvvür etməyə çalışsaq, bu meydançanın ölçü parametrləri nə qədər olmuşdur və bu parametrlər nəyə görə hadisə yerinə baxış protokolunda öz əksini tapmır? 3) Ətrafında qeyri-müəyyən formalı kolluq-qamışlıq sahələri olan və müxtəlif istiqamətlərə ayrılan yollarla bitişik vəziyyətdə olan hadisənin baş verdiyi həmin şərti meydançanın və ətrafdakı qeyd olunan yol və kolluq sahələrin miqyaslı dəqiq sxemi necə çəkilərək hadisə yerinin baxış protokoluna əlavə edilməyə bilərdi? Başqa cür desək, belə bir ağır cinayətlə bağlı iş üzrə hanı hadisə yerinin sxemi? 4) Nəyə görə iş üzrə kompleks məhkəmə-tibbi və rekonstruksion ekspertizası təyin edilərək, bu cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb edilmiş bütün şəxslərin iştirakı da təmin edilməklə, hadisənin necə baş verməsi, təqsirləndirilən şəxslərin hadisə yerində hərəkətlərinin ardıcıllığı və xarakteri araşdırılmamış, müəyyən edilməmişdir? 5) Belə bir ağır cinayət işi üzrə hadisə yerinə baxış keçirmiş müstəntiqin bu qədər işinə saymazyana yanaşması ehtimal etməyə kifayət qədər əsas verir ki, guya hadisə yerində aşkar edilib götürülmüş, işdə sözü gedən gilizlər, ümumiyyətlə, bu cinayət işinə aid deyil və həmin gilizlər 5-10 il əvvəl atılmış güllələrin gilizləridir. Yoxsa necə izah edək ki, həmin gilizlər aşkar edilib götürülərkən, gilizlərin görürülməsi qaydası kobud surətdə po zulur, gilizdəki yanma məhsulları tökülüb itməsin deyə, onların ağzı pambıqla bağlanmır və iş üzrə keçirilmiş ballistik ekspertiza qarşısında həmin gilizlərdən nə vaxt atəş açılması barədə sual qəsdən qoyulmur. Bu o demək deyilmi ki, həmin gilizlərin içi də üstü kimi çoxdan paslanmışdır və hadisəyə heç bir aidiyyətləri yoxdur? 6) Necə ola bilər ki, hadisə yerində olmuş çoxsaylı insanlardan biri də Cavidin əlində tapançanın olmasını və Raufa atəş açmasını görməmişdir? 7) Necə ola bilər ki, hadisə yerində olmuş şəxslərin ifadələrində orada üçüncü avtomobilin də olması barədə məlumatlar olduğu halda, həmin avtomobilin özü, sürücüsü və sərnişinləri müəyyən edilməmiş və bu istiqamətdə heç bir araşdırma aparılmamışdır? 8) Necə ola bilər ki, bu gün də həmin hadisənin iştirakçısı olmuş şəxslərdən heç biri Raufun Cavid tərəfindən qətlə yetirilməsini təsdiq etmir? 9) Necə ola bilər ki, hadisə yerində olub, hadisələrin aktiv iştirakçısı olmuş Raufun atası belə ifadələrində göstərir ki, oğlu Cavid tərəfindən qətlə yetirilməmişdir? 10) Necə ola bilər ki, istintaq orqanı Raufla Cavidin arasında dostluq və yoldaşlıq əlaqələrinin olduğunu bildiyi halda, Cavidin Raufu qətlə yetirmək üçün hər hansı bir motivinin olub-olmamasını araşdırmır və bu gün də cinayətin motivi ilə bağlı sual açıq qalmışdır? Yuxarda göstərilən suallar baxımından Raufun atası X5, Şahid5 və Şahid1 ifadələrini nəzərdən keçirmək, yuxarıda qoyulan suallarda nə qədər haqlı olduqlarını bir daha sübuta yetirir. Ziddiyyətlər və qaranlıq məqamlar olmasını, bu səbəbdən də Məhkum elan edilmiş ittihamın və ona təyin edilmiş cəzanı n əsaslı olmadığını, yalnız ehtimallar üzərində qurulduğunu kifayət qədər aydın göstərir və sübuta yetirir. Ona görə də, müdafiə tərəfi olaraq hesab etmişdir ki, yuxarıda səsləndirilən sualların cavabları tapılmadan, iş üzrə kompleks məhkəmə-tibbi və rekonstruksion ekspertizası keçirilmədən, təqsirləndirilən Məhkum hadisə yerinə çıxarılaraq, ifadələri hadisə yerində yoxlanılmadan, ifadələrdəki ziddiyyətli məqamlarla bağlı təqsirləndirilən Məhkum hadisə yerində olmuş digər şəxslərlə üzləşdirilmədən, cinayət işi üzrə obyektiv qərarın qəbul edilməsi qeyri mümkündür. Beləliklə də müdafiəçi hesab etmişdir ki, Məhkum əməllərində cinayət tərkibinin əlamətləri olmadan onun barəsində ittiham hökmü çıxarılmışdır ki, bu da Azərbaycan Respublikası CPM-nin 416.0.6.-cı maddəsinin tələblərinə əsasən mə hkəmənin hökm və qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 4 dekabr tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və müdafiəçisi kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətlərinin təmin olunmamasını və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 4 dekabr tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbayca n Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddə dən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum və onun müdafiəçisi kassasiya şikayətlərində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli ol duğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələblərini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qəra rı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərar ının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəm ələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətlərində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkə mə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkumun və onun müdafiəçinin kassasiya şikayətləri təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4.12.2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 2023-cü i l 21 avqust tarixli, 1(091)-39/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin olunmamış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 4 dekabr tarixli, 1(107)-34/2024 nömrəli qərarı məhkumun və onun müdafiəçisinin kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar