Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-86/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə; Hüseyn Natiq oğlu Əbilovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 2-ci dərəcəli hüquqşünas X5 və bəraət almış şəxs Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.5 və 150.1-ci madd ələri ilə təqsirliliyi sübuta yetrilməməsi əsası ilə bəraət verilmiş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən Ali Məhkəmənin binasında qapalı məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Cavid Hüseynov, hakimlər Əlisultan Osmanov və Eldar İsmayılovdan ibarət tərkibdə), Məhkum, xx xxxxxxxx 1982-ci ildə Ermənistan SSR, Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli - himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 149.2.5 və 150.1-ci maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İşin halları: İttiham aktına əsasən, Məhkum ona görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.5 və 150.1-ci maddələri ilə ona görə ittiham irəli sürülmüşdür ki, o, 07 aprel 2015-ci il tarixdə, saat 24 radələrində Suraxanı rayonu *********adlı kafeyə daxil olaraq orada yanında bir qız olan tanışı Z1 çay içərkən görüb onlara yaxınlaşaraq ondan həmin qızın kim olması ilə maraqlandıqda sonuncu həmin qızı avtobus dayanacağında gördüyünü, sonuncunun üşüdüyünü görüb içəri gətirdiyini və qızda əqli cəhətdən anormallıq olduğunu bildirdikdən sonra, o (Məhkum) onlarla birlikdə kafedən çıxıb orada həmin qızı sorğu-sual etmiş, həmin qız adının «A8» olmasını, q almağa yerinin olmamasını dedikdə istintaq zamanı adı, soyadı və atasının adı ona məlum olmuş Zərərçəkmiş şəxs onun xəstəliyi ilə əlaqədar ona qarşı edilən cinayət xarakterli hərəkətlərin mahiyyətini dərk etmədiyini anlayıb, onun köməksiz vəziyyətindən istifadə edərək onu qəsdən zorlamaq qərarına gələrək, bu məqsədlə onu gecə qalmaq adı ilə aldadaraq özü ilə, əvvəlcə qohumu “K6” adlı şəxsə məxsus, Suraxanı rayonu ************** yerləşən evə aparıb 08 aprel 2015-ci il tarixə keçən gecə saat 02 radələrində «orta dərəcəli kəmağıllıq» psixi xəstəliyi ilə əlaqədar öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək və bu səbəbdən özünü müdafiə etmək iqtidarından məhrum olunmuş Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib zor tədbiq edərək ona sol baldırın ön səthinin yuxarı 1/3-nin sıyrığı kimi, dərəcəsi təyin edilməyən xəsarətini yetirərək otaqda olan dəmir çarpayının üzərində öz cinsiyyət orqanını onun uşaqlıq yoluna daxil edib onunla cinsi əlaqədə olub ona qızlıq pərdəsi üzərində saat siferblatının 5 və 7 rəqəmlərinə uyğun pərdə əsasına çatan kənarları tünd qırmızı rəngli qansızmalı cırıq, uşaqlıq yolunun selikli qişasında xətvari formalı kənarları qansızmalı səthi cırılma kimi xəsarətlər yetirib onunla cinsi əlaqədə olmaqla zorlamış, daha sonra isə cinsiyyət orqanını arxa keçəcəyinə daxil edib cinsi ehtirasını pozğun formada təmin etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən 08 aprel 2015-ci il tarixdə, saat təxminən 06 radələrində Zərərçəkmiş şəxs tanışı A6 yaşadığı ünvan 2 ünvanında yerləşən evinə apararaq həmi n evin yataq otağında «orta dərəcəli kəmağıllıq» psixi xəstəliyi ilə əlaqədar öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək və bu səbəbdən özünü müdafiə etmək iqtidarından məhrum olunmuş Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib zor tədbiq edərək onun əynində olan paltarlarını soyundurub onun köməksiz vəziyyətindən istifadə edib öz cinsiyyət orqanını onun uşaqlıq yoluna daxil etməklə onunla cinsi əlaqədə olmaqla, Zərərçəkmiş şəxs təkrarən zorlamışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Əflatun Qasımov, hakimlər Əmir Bayramov və Namiq Məmmədovdan ibarət tərkibdə) apellyasiya protesti təmin edilmə miş, Məhkum Azərbaycan Respublikası CM-nin 149.2.5 və 150.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2007-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2017-ci il tarixli qərarından dövlət ittihamçısı Ceyhun Budaqov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Gülzar Rzayeva, hakimlər Fərhad Kərimov və İmran Hacıqayıbovdan ibarət tərkibdə) dövlət ittihamçısının protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2017-ci tarixli qərarı ləğv edilmiş, cinayət işi apelyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Mirzəli Abbasov, hakimlər Qədim Babayev və Vaqif Mursaqulovdan ibarət tərkibdə) apellyasiya protesti təmin edilməmiş, Məhkum barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2018-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublkası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2019-cu il tarixli, 1(102)-131/2019 saylı qərarı ilə (sədrlik edən və məruzəçi ha kim Hafiz Nəsibov, hakimlər Əli Seyfəliyev və Tahir Kazımovdan ibarət tərkibdə) kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 03 avqust 2018-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Elmar Rəhimov, hakimlər Faiq Qasımov və Kamran Əkbərovdan ibarət tərkibdə) dövlət ittihamçısının apellyasiya protesti təmin edilməmiş, Məhkum barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2019-cu il tarixli qərarından Dövlə t ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Kassasiya protestinin dəlilləri:Kassator kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, cinayət işi üzrə keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 04 iyun 2015-ci il tarixli 782 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs orta kəmağıllılıq aşkar olunur. Bunu anamnestik məlumatlar - uşaq yaşlarından psixi inkişafdan geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil almaması, yuxarıda göstərilən diaqnozla 26 saylı şəhər poliklinikasının psixiatriya kabinetində qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı mülahizələrinin səthiliyi, intellektinin aşağı olması, bilik ehtiyatının kasadlığı, təfəkkürünün konkretliyi və sair sübut edir. Zərər çəkmiş şəxs qeyd olunan kəmağıllıq anadangəlmədir və onun bütün həyatı boyu daimi olaraq davam edir. Zərərçəkmiş şəxs qeyd olunan orta dərəcəli kəmağıllıq onu öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarından məhrum edir. Zərərçəkmiş şəxs əyləncələrə meyillilik, səthilik, ətrafdakılara qarşı tələbkar olmamaq, şəraitə qane olmaq və s. bu kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. İfadə verən Zərərçəkmiş şəxs hadisə şəraitini nəzərə alaraq iş üçün əhəmiyyətli halları ümumən qavraya bilmiş, lakin ona qarşı edilən cinayət xarakterli hərəkətlərin mahiyyətini dərk etməmişdir. Zərərçəkmiş şəxs aşkar edilən orta kəmağıllıqla əlaqədar təlqinə qapıla, başqalarının təsiri altında hərəkət edə, özündən uydura bilər. X8 intellektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xa rakter və mənasını anlaya bilməzdi. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq özünü müdafiə etmək üçün müqavimət göstərmək qabiliyyətinə malik olmaya bilərdi. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olan gerilik əlamətləri müəyyən olunur, onun psixi inkişafı nəzərə alınmaqla o, qərarın təsviri hissəsində göstərilən yaranmış şəraitin mahiyyətini dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malik deyildir. (İ cild, iş vərəq 189-193) Cinayət işi üzrə göstərilən ekpert rəyi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspert-psixoloqu X16 ibtidai itstintaq zamanı şahid qismində dindirilmiş və o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş orta-kəmağıllıqla əlaqədar (təsəvvür ehtiyatlarının kasadlığı, dünyagörüşü və ümumiləşdirmə qabiliyyətinin aşağı səviyyədə olması, biliklərinin olmaması və s.) olmayan və ya baş verməyən hər hansı bir hadisələri özündən uydurması mümkün deyil. Lakin, o, ona qarşı edilən və ya iştirakçısı olduğu hadisələrin mahiyyətinə varmadan (hadisələrin hansının əhəmiyyətli, hansının əhəmiyyətsiz olduğunu anlamadan, hadisələrin nəticələrini proqnozlaşdırmadan) onunla baş vermiş hadisələri təhrif olunmuş şəkildə çatdıra bilər. Belə ki, hadisələrin baş vermə vaxtlarını, xronoloji ardıcıllıqlarını, hadisələrin baş vermə yerini qarışıq sala, habelə ümumi sözlərlə (məsələn: gecə, gündüz, səhər, ağacın yanı, kafe, avtobus) çatdıra bilər. Zərərçəkmiş şəxs ixtiyari yadda saxlaması normadan aşağı olsa da, o, müəyyən qədər ixtiyari yadda saxlamaya, habelə qeyri-ixtiyari yadda saxlama və mexaniki yaddaş xüsusiyyətlərinə malikdir. Buna görə də, X8 Mustfayeva baş vermiş hadisələrin müxtəlif detallarını, habelə təmasda olduğu şəxslərin adlarını, görünüşünü və ona qarşı edilən hərəkətlərin bəzi detallarını xatırlaya və bu barədə məlumat verə bilər. Şahid göstərilən ifadələrini məhkəmə istintaqı zamanı da təsdiq etmişdir. ( İV cild, iş vərəq 14-16, məhkəmə iclasının protokolu) Zərərçəkmiş şəxs ifadəsinə əsasən, o, xəstə olduğu üçün ailə üzvləri onu evdən bayıra çox buraxmamış, amma evlərində zibili həmişə o atmış, çörək, kontur almaq üçün arada o getmişdir. Ayın 4-də, bacısının ad günü, saat 4-də evlərindən zibil atmaq üçün çıxmışdır. Evə qayıdarkən qara maşın olan tanımadığı bir qo ca kişi maşını saxlayıb onu gəzməyə aparacağını demişdir. O, gəzmək istədiyindən kişinin maşinına oturmuş, kişi maşını onun tanımadığı yerlərə sürmüş, ona yemək almış, sonra isə qara maşınla onu evinə aparmışdır. Evdə kişinin arvadı və uşaqları olmuşdur. Kişi onu ayrıca bir otağa aparmış, onunla cinsi münasibətdə olmağı ona təklif etmiş, ona 5 manat pul verəcəyini bildirmiş, lakin o, razılaşmamışdır. Kişi stolun üstünə 5 manat pul qoymuş, lakin o, götürməmişdir. Bundan sonra kişi onu soyundurmuş, onu zorlamış və bu işi heç kimə deməməyi tapşırmışdır. O, əvvələr heç vaxt, heç kimlə cinsi əlaqədə olmamışdır. Tanımadığı kişi onunla cinsi əlaqədə olan zaman ondan qan gəlmişdir. Bir gün ərzində kişi onunla 3 dəfə cinsi əlaqədə olmuşdur. Kişinin arvadı ona çörək vermiş, sonradan əlaqə saxlaya bilməsi üçün ona telefon nömrəsi vermiş, hətta qızı aparıb ailəsinə təhvil verməsini ərindən xahiş etmişdir. Lakin kişi maşınının benzini olmadığını bildirib onu evlərinə aparmamış, hətta gizlində arvadının verdiyi telefon nömrəsini ondan alaraq cırıb atmışdır. Ərinin onu zorlamasından arvadın xəbəri olmamışdır. Hətta gecə kişinin arvadı ilə yatarkən kişi özünün ev telefonuna zəng etmiş, kişinin arvadı yatdığından telefona o özü cavab vermiş, həmin vaxt kişi onu aşağıdakı balaca otağa çağırmışdır. O, kişinin çağırdığı yerə getdikdə, kişi yenə də onunla cinsi əlaqədə olmuş və yenə də heç kimə deməməyi tapşırmışdır. Zorlanmadan sonra yuyunmadığından ondan qan gəlmiş, əynindəki lasini (burada: şalvar modelində nazik üst geyimi) qana bulaşmışdır. Cəmi bir gün kişinin evində qalmış, ondan sonra isə oradan qaçmış və bir gün də parkda qalmışdır. Bundan sonra o, nömrəsini və hansı marşrut üzrə işlədiyini bilmədiyi bir avtobusla Z6 rastlaşdığı kafenin yanındakı avtobus dayanacağına getmişdir. Çox soyuq olmuş, getdiyi ərazini tanımamışdır. Dayanacaqda olarkən Z6 ora gəlib onu kafeyə aparmış, ona iki manat pul, çay və tort vermişdir. Həmin vaxtadək o, Z6i görməmiş, onu tanımamış, onunla heç bir münasibəti olmamışdır. Sonra S6 kafeyə gəlmiş, gedib başqa stolda oturmuş, onlara yaxınlaşmamışdır. Daha sonra S6 onu bir evə aparmış, həmin vaxt o, içkili olmuşdur. Z6 onlarla getməmişdir. Getdikləri evin darvaza qapısı bağlı olduğundan onlar daş hasarın üstündən hoppanıb həmin evə girmişlər. Onlar evə girən zaman qapı açıq olmuş, evin pənçərəsi və polu (burada: döşəməsi) qırıq olduğundan ev ç ox soyuq olmuşdur. S6 gedib o biri otaqdan bir balaca pərdə gətirərək otaqda olan boş kravatın üstünə atmışdır. O, paltarla krovatın üstünə uzanmış, lakin üstünə heç nə örtməmişdir. Həmin vaxt qolu və ayağı ağrımışdır. Şalvarı qanlı olduğundan S6 ondan «bu nə üst-başdır?» deyə soruşmuş, ona suallar vermişdir. O, S6ə anasının onu evdən qovduğunu bildirmiş, tanımadığı bir kişinin isə onunla cinsi münasibətdə olduğunu demişdir. Əslində anası onu evdən qovmamış, onu evə pul qazanması üçün göndərməmişdir. Sadəcə evlərinə getmək istəmədiyi üçün S6ə belə demişdir. Bundan sonra S6 ona soyunmasını demiş, o, da soyunmuş və həmin otaqda S6 onu qabaqdan eləmişdir. O, S6lə cinsi münasibətdə olan zaman artıq qızlığını itirmiş vəziyyətdə olmuşdur. S6 onunla cinsi münasibətdə olması üçün ona pul və s. tək lif etməmiş, aralarında olanları orda-burda danışmamağı tapşırmamışdır. S6lə orada bir az 2 saat, 3 saat qalmış, hava çox soyuq olduğundan o, çoxlu üşümüş və S6ə onu oradan aparmasmı xahiş demişdir. S6 bundan sonra onu A6 aparmışdır. A6 onları evə qoymaq istəməmişdir. O, A6a soyuq olduğunu, üşüdüyünü, getməyə evi olmadığını demiş, onu qovalamaması üçün yalvarmışdır. Ondan sonra A6gildə qalmış, paltarla qırmızı krovatda yatmışdır. A6 da divanda yatmışdır. Otaqda iki kreslo var idi, amma S6in harada yatdığını görməmişdir. Bir az sonra S6 onun yanına gəlmiş, onu kürəyi üstə uzatmış, onunla əvvəl qabaqdan, sonra isə arxadan cinsi əlaqədə (təbii və qeyri-təbii yolla) olmuşdur. Sonra S6 çörək almağa getmiş, S6 getdikdən sonra A6 ona 5 manat təklif edib cinsi münasibətdə olmaq istədiyini bildirmi ş, lakin o, istəməmişdir. Bundan sona A6 qapını daldan bağlamış, onu döyüb soyundurmuş, onu qırmızı krovatın üstünə uzatmış, onunla əvvəlcə qabaqdan, daha sonra isə arxadan (təbii və qeyri-təbii yolla) cinsi münasibətdə olmuşdur. Bir müddət sonra S6 qayıdıb gəlmiş, lakin nə o özü və nə də A6 S6ə bu barədə heç nə deməmişlər. S6 gələn zaman çörək, çay və bakuş alıb gətirmiş, ona çay-çörək vermişlər. Saçını yuması üçün A6 su qoymuş, lakin o, saçını yumamışdır. Bundan sonra T6 A6gilə gəlib onu aparmışdır. T6 onu apararkən onun üst-başı toz olmuş, üstündən pis iy gəlmişdir. T6 ona qabyumaq işi təklif etmiş, lakin onun şəxsiyyət vəsiqəsi olmadığından T6 onu işə götürməmişdir. Təvəkülün yanında olarkən sonuncu onun vəzıyyəti ilə maraqlanmış, ona nə olduğunu, üstündəki ləkələrin nə olduğunu soruşm uş, o, S6lə A6ın onu zorlamaları barədə ona şikayət etmiş, ona və T6ün arvadına hər şeyi danışmışdır. Lakın onu birinci dəfə evinə aparan kişidən qorxduğu üçün həmin kişi barəsındə T6ə heç nə deməmişdir. Sonra polis ərazi rəisi ora gəlib T6ün yanında ona baxmış, ona bəzi suallar vermişdir. O, A6la S6in onunla cinsi münasibətdə olduqlarını polisə bildirmiş, lakin onu birinci dəfə evinə aparan kişi barədə polisə heç nə deməmişdir. Polis heç nə yazmayıb çıxıb getmişdir. Ondan sonra Əminə sabun alıb gətirmiş, onu yuyundurmuş, ona təzə paltar və yemək vermisdir. O, başına gələnləri Ə8 də danışmış, Əminə S6in onun qohumu olduğunu bildirmiş, iki qızı olduğunu demiş və S6i polisə verməməyi xahiş etmişdir. Ə8 ona A6ı polisə versə də, S6in adını çəkməməyi tapşırmışdır. O, T6dən onu evlərinə aparma sını xahiş etmişdir. Ondan sonra T6lə başqa bir qadın onu Keşləyə - nənəsigilə aparmış, onu Hövsandan tapıb gətirdiklərini demişlər. O, nənəsigilə gedərkən heç bir yerə qaçmamış, nənəsigilin evini görən kimi göstərib nənəsigilin evi olduğunu T6ə demişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onu qara rəngli maşınla ilk dəfə evinə aparan kişinin ünvanını o, tanımamış, həmin kişi onu çiynindən vurmamışdır. O, S6lə geçə evə gedərkən, hasardan düşüb evə gırərkən və ya evdə olarkən onun qolu və ayağı ağrımamışdır. A6 onula cinsi münasibətdə olmaq istərkən o, razılaşmadıqda A6 onun əlindən və ayağından vurmuş, qolunu dartıb çıxartmışdır. O, S6lə görüsdüyü tarixi bilməmiş, evlərindən çıxdıqdan neçə gün sonra onunla görüşdüyünü xatırlaya bilməmişdir. Adını bilmədiyi kişi onunla qeyri-təbbi yolla cinsi əlaqədə olmamış, yalnız qabaqdan, yəni təbii yolla cinsi əlaqədə olmuşdur. Lakin S6 və A6 onunla həm təbii və həm də qeyri-təbii üsulla cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs ilə təqsirləndirlən şəxs Məhkum arasında keçirilmiş üzləşməyə dair dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı sərbəst ifadəsində Məhkumla əlaqədar göstərdiyi xüsusatları onun üzünə qarşı bır daha təsdiq etmişdir. ( cild İİİ, vərəq 8-16) Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X1 ifadəsinə əsasən, qızı Zərərçəkmiş şəxs anadangəlmə «orta ifadə olunmuş kəmağıllıq» (ağır debillik dərəcəsində oliqofreniya) diaqnozu ilə xəstədir və 26 saylı şəhər poliklinikasında qeydiyyatdadır. O, fıkrini tam, səlis ifadə edə bilmir, yaddaş zəifliyindən əziyyət çəkir. Ona görə də X8in sərbəst ola raq küçəyə çıxmasma, alış-veriş etməsinə tərəflərindən, əsasən icazə verilmir, X8 heç vaxt evdən tək olaraq çıxıb harasa getməmişdir. 04 aprel 2015-ci il tarixdə, saat təxminən 20 radələrində evdə olarkən o, X8in evin küçə qapısının ağzında dayandığını görmüşdür. Həmin gün böyük qızı A8 ad günü olduğundan başı ev işlərinə qarışmış, o, X8in evdən çıxmasını görməmişdir. X8in harasa getdiyini bildikdə o, X8i axtarmaq üçün çıxarkən az əvvəl qapının ağzına qoymuş olduğu zibilin yerində olmadığını görmüşdür. Özünün anası S8 zəng vuraraq X8in onlarda olubolmadığını soruşmuş, lakin anası X8in onlara gəlmədiyini bildirmişdir. Bütün Keşlə qəsəbəsində X8i axtarmış, lakin tapa bilməmişdir. Gecəyə kimi X8i gözləsə də X8 evə gəlməmişdir. X8 özü mobil telefon işlətmədiyindən onunla əlaqə yarada bilməmişl ər. Gecə saat 01 radələrində qardaşı X6 Nizami rayonun 23-cü Polis bölməsinə gedərək qızı X8in evdən çıxıb getməsi ilə bağlı məlumat vermişdir. X8in tapılması barədə 23-cü Polis bölməsinin təhqiqatçısı C6 adlı təhqiqatçıya məlumat vermiş, sonuncu X8i məhkəmə-tibbi ekspertizaya aparıb müayinədən keçirmişdir. Növbəti gün, yəni 09 aprel 2015-ci il tarixdə təkrarən bölməyə getdikdə X8in bədəni üzərində və cinsi orqanında zorlamaya xarakterik xəsarətlər olduğu, həmçinin qızlıq pərdəsinin pozulduğunu öyrənmişdir. X8dən 4 gün ərzində haralarda olması və yaşaması barədə soruşduqda, sonuncu əvvəlcə başına gələnlər barədə heç nə deməsə də, sonradan zorlandığını demişdir. X8in evdən çıxıb gedən zaman onun bakirə olduğunu bilmişdir. X8in deməsinə görə onu tanımadığı bir kişi evinə apararaq zorlamış, o na 5 manat da pul vermişdir. Daha sonra deməsinə görə avtobusla harasa gedib bir dayanacaqda dayanıb, oradan da S6 və A6 aparib onunla cinsi əlqədə olmuşdur. (cild 1, iş vərəq 17-18) X2 məhkəmə baxışı zaman verdiyi ifadəsinə əsasən 04 fevral 2016-cı il tarixdə onunla Zərərçəkmiş şəxs arasında onun qanuni nümayəndəsinin iştirakı ilə üzləşmə keçirilmiş, üzləşmə zamanı X8 onun evində olarkən S6in onunla cinsi əlaqədə olduğunu göstərsə də, onun (A6) onunla cinsi əlaqədə olmadığını israrla bildirmiş, onun barəsində şikayət etmədiyini göstərmişdir. Zərərçəkmiş şəxs ilə X44 arasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi M8 iştirakı ilə 04 fevral 2016-cı il tarixdə keçirilmiş dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs üzləşmə zamanı S6in onu kafedən evə apardıqdan sonra orada onunla cinsi əlaqədə olduğunu, soyuq olduğu üçün S6in onu oradan A6 evinə apardığını və orada da onunla cinsi əlaqədə olduğunu göstərsə də, A6 onunla cinsi əlaqədə olmadığını bildirmiş, onun barəsində şikayət etmədiyini göstərmişdir.(cild İV, iş vərəq 21-22) Təkrar məhkəmə-tibb ekspertizasının 14 sentyabr 2015-ci il tarixli, T 163/2015 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs sol baldırın ön səthinin yuxarı 1/3-də sıyrıq olmuşdur. Qeyd olunan xəsarət küt əşyanın təsirindən törənmiş, müddəti ilkin məhkəmə-tibbi müayinədən 2-3 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti ilkin müayinədən iki həftə əvvələ uyğun gəlir. Pərdə üzərində olan cırıqların və uşaqlıq yolunda olan səthi cırığın ilkin müayinə zama nı təsviri uşaqlıq yoluna qeyri-standart vəziyyətdə (çox deformasiyaya uğrayan səth) gərginləşmiş kişi cinsiyyət üzvünün təkrar yeridilməsi zamanı yaranan dəyişikliklərə uyğun gəlir və bu zaman güclü qanaxma baş verə bilir. Pərdə üzərində olan cırığın kənarları qansızmalı olduqda, ümumi qəbul edilmiş qaydalara əsasən pozulma müddətinin 2 həftəyə qədər olması qeyd olunur. Bu pozulma müddətinin ona görə də 04.04.2015-ci il tarixdən daha çox 07.04.2015-ci il tarixdə olmasına uyğun gəlir. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində aşkar edilmiş şüavari büküşlərin hamarlaşması, düz bağırsağın xarici büzücü əzələsinin (sfinktorun) boşalması qeyri-təbii yolla cinsi əlaqə zamanı yarana bilərdi. Qeyd edilən əlamətlər ayrı-ayrılıqda götürdükdə müəyyən mədə-bağırsaq xəstəlikləri (qəbizlik, qurd invaziyası, ishal və s.) zamanı yarana bilsə də, ümumilikdə arxa keçəcək dəliyi vasitəsilə cinsi əlaqə zamanı yaranan dəyişikliklərdir. Zərərçəkmiş şəxs cinsiyyət üzvlərində əlaqədə olmağa maneçilik törədə biləcək hər hansı patoloji dəyişiklik (anomaliya, deformasiya və s.) aşkar edilməmişdir. Zərərçəkmiş şəxs dermatoloq tərəfindən müayinə zamanı trixomoniaz və anogenital kandolima müəyyən edilmişdir. Qeyd edilən xəstəliklər cinsi yolla keçirilsə də, zöhrəvi xəstəliklər qrupuna aid deyildir. (cild İİ, iş vərəq 15-21) Cinayət işinin ibtidai istintaqı zamanı toplanılmış, məhkəmə baxışında da tədqiq edilən sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə bütün sübutların məcmusuna ittihamın həlli üçün kifayət etmələri ilə əlaqədar hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla daxi li inama uyğun qiymət verilən zaman Məhkum zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə təkrar zorlaması və seksual xarkterli zorakılıq hərəkətlər etməsi müəyyən edilir. Lakin məhkəmə hökmündə göstərilən sübutları nəzərə almayaraq, Zərərçəkmiş şəxs barəsində olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyini heç bir əsas olmadan şübhə altına qoyaraq, yeni ekspertiza keçirmədən, şahid N8 ifadələrini düzgün qiymətləndirmədən Cinayət-Prosessual Məcəllənin 126.4, 126.4.1-ci maddələrinə əsaslanaraq Zərərçəkmiş şəxs ifadələrini sübut kim qəbul edilməsinin yolverilməzliyi barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Halbuki Zərərçəkmiş şəxs barəsində keçirilmiş kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən gö rünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş orta-kəmağıllıqla əlaqədar olmayan və ya baş verməyən hər hansı bir hadisələri özündən uydurması mümkün deyil, psixi xəstəliyi ilə bağlı ona qarşı edilən və ya iştirakçısı olduğu hadisələrin mahiyyətinə varmadan onunla baş vermiş hadisələri təhrif olunmuş şəkildə çatdıra, hadisələrin baş vermə vaxtlarını, xronoloji ardıcıllıqlarını, hadisələrin baş vermə yerini qarışıq sala, habelə ümumi sözlərlə (məsələn: gecə, gündüz, səhər, ağacın yanı, kafe, avtobus) çatdıra bilər. Zərərçəkmiş şəxs baş vermiş hadisələrin müxtəlif detallarını, habelə təmasda olduğu şəxslərin adlarını, görünüşünü və ona qarşı edilən hərəkətlərin bəzi detallarını xatırlaya və bu barədə məlumat verə bilər. Bu barədə ekspert-psixoloq X16 da ifadələrində göstərmişdir. Digər tərəfdən cinayət işinin materiallarından da görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı Məhkum tərəfindən zorlanması və barəsində əxlaqsız hərəkətlər edilməsi ilə bağlı dəfələrlə ətraflı ifadələr vermiş, təqsirləndirilən şəxslə üzləşdirmədə dindirmə zamanı ifadələrini təsdiq etmiş, hadisə yerinə baxış zamanı sərbəst ifadələrində təsvir etdiyi halları orada da göstərmişdir. Şəxsin psixi vəziyyəti, onun hadisələri qavraması və yadda saxlaması ilə bağlı xüsusi biliklərin tələb olunmasına, Cinayət-Prosessual Məcəllənin 140.0.3-cü maddəsinə görə bu halın yalnız məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə müəyyən edilməli olmasına baxmayaraq, məhkəmə yuxarıda sadalanan sübutlara əhəmiyyət vermədən öz subyektiv mülahizələrinə əsasən Zərərçəkmiş şəxs ifadələrinin sübut növ ü kimi qəbul edilməməsi ilə bağlı əsassız nəticəyə gəlməklə Cinayət-Prosessual Məcəllənin 353.3.3-cü maddəsinin - bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini göstərməsinə dair tələblərini də pozmuşdur. Bundan əlavə, məhkəmə Cinayət-Prosessual Məcəllənin 353.3.3-cü maddəsinin tələblərini pozaraq iş üzrə Zərərçəkmiş şəxs ona qarşı törədilmiş hərəkətlərlə bağlı müəyyən halları yadında saxlamaqla ifadə verə bilməsi, hadisələrin baş vermə vaxtlarını, xronoloji ardıcıllıqlarını, hadisələrin baş vermə yerini qarışıq sala, habelə ümumi sözlərlə çatdıra bilməsi barədə ekspert rəyini, həmin ekspert rəyini təsdiq edən - məhkəmədə dindirilmiş ekspertiza aparmış Natəvan Əsədovanın ifadələrinə qanuni əsaslarla qiymət verməmiş, bu ekspert rəyini və ifadəni qəbul etməməsinin motivlərini qanuna və işin hallarına əsaslanmadan göstərməmişdir. Digər tərəfdən, məhkəmə 30 may 2017-ci il tarixli hökmündə göstərmişdir: “Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.5 və 150.1-ci maddələri ilə nəzərdə tutulan bu cinayət əməlinin həm də Məhkum tərəfindən törədilməsi ibtidai istintaq orqanı tərəfindən heç də mötəbər hesab olunmayan, İnsan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının pozulması, işgəncə və qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş sübutlara və istintaq orqanının fərziyələrinə söykənmişdir”. Məhkəmə, yuxarıda göstəril ən mövqeyini əsaslandırmaq üçün S6 Nizami rayon polis idarəsində alınmış izahatı nümunə kimi göstərmişdir. Həmin izahatda Məhkum ittiham olunduğu cinayət əməlini etiraf etmişdir. Bu izahatla bağlı Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərmişdir ki, həmin izahatı polis əməkdaşlarının fiziki təzyiqləri altında vermişdir. Prokurorluqda cinayət işinin ibtidai istintaqı aparılan cinayət işi üzrə polis bölməsində izahat alınmasını qanunsuz hesab edən məhkəmə Məhkum fiziki zor tətbiq olunması ilə bağlı onun, məhkəmənin təşəbbüsü ilə çağırılıb dinldirilən atası S6 ifadələrinə əsaslanmış, hökmdə bu halı geniş müZ6ə etməklə qanunsuz və əsassız nəticələrə gəlmişdir. Hökmdən və qərardan göründüyü kimi məhkəmələrin işin faktiki hallarına verdiyi hüquqi qiymət əsassızdır. CPM-nin 416.0.2-ci maddəsinə əsasən məhkəmənin CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməməsi həmin qərarın kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kassator göstərilənlərə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 149.2.5 və 150.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müZ6ə edərək, kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısı V6, kassasiya protestinin təmi n edilməməsinə dair bəraətləndirilmiş şəxs Məhkum çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və y alnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunsuz və əsassız qərar çıxarıldığını vurğulayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və bu tələblərini apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinə uyğun olaraq sübutları tədqiq etmədikdə) maddəsinin pozulması ilə əlaqələndirmişdir. Azərbaycan Resp ublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2-ci maddəsinə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malik olduğunu təsbit edir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə dolğun münasibət bildirmək üçün cinayət işinin materiallarında olan sübutlara müraciət etməyi zəruri hesab edir: İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestinin dəlilləri apellyasiya protestinin də dəlillərində də göstərilmiş və apellyasiya instansiya məhkəməsinin araşdırma predmeti olmuşdur. Belə ki, iş materiallarında olan ünvan 3 ünvanında yerləşən və X17 m əxsus ev baxış keçirilməsi haqqında protokoldan görünür ki, göstərilən ünvana zərərçəkmiş Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Mehbarə Mustafayevanın iştirakları ilə baxış keçirilmiş, istintaq hərəkəti zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs yataq otağında olan çarpayını və döşəkləri göstərərək həmin çarpayı üzərində S6 və A6 tərəfindən ayrı-ayrılıqda zorla cinsi əlaqədə olduğunu bildirmişdir. Baxış keçirilən evdəki çarpayı üzərində olan qırmızı rəngli döşək üzləri çıxarılaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüş, həmçinin istintaq hərəkətinin gedişatı fotolentə alınmış və müvafiq fotoşəkillər protokola əlavə edilmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs 07 aprel 2015-ci il tarixdə Məhkumla birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Zeytun sovxozunda yerləşən evin həyətinə barıdan (hasardan) tullanaraq necə keçdiyini, evə daxil olduğunu, dəmir çarpayını göstərmişdir. Baxış keçirilən evdəki pəncərənin şüşəsi sınmış vəziyyətdə olmuş, baxış nəticəsində dəmir çarpayının üzərində aşkar olunmuş tül pərdə qablaşdırılaraq götürülmüş, həmçinin istintaq hərəkətinin gedişatı fotolentə alınmış və müvafiq fotoşəkillər protokola əlavə edilmişdir. İş materiallarındakı təkrar Məhkəmə-Tibbi ekspertizasının 14 sentyabr 2015-ci il tarixli, T163/2015 nömrəli rəyinə əsasən zərərçəkmiş Zərərçəkmiş şəxs sol baldırının ön səthinin yuxarı 1/3-də sıyrıq müəyyən edilmişdir ki, qeyd olunan xəsarət küt əşyanın təsirindən törənmiş, müddəti ilkin məhkəmə-tibbi müayinədən 2-3 gün əvvələ uyğun gəl ir, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilmir. Zərərçəkmiş Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti ilkin müayinədən iki həftə əvvələ uyğun gəlir. Pərdə üzərində olan cırıqların və uşaqlıq yolunda olan səthi cırığın ilkin müayinə zamanı təsviri uşaqlıq yoluna qeyri-standart vəziyyətdə (çox deformasiyaya uğrayan səth) gərginləşmiş kişi cinsiyyət üzvünün təkrar yeridilməsi zamanı yaranan dəyişikliklərə uyğun gəlir və bu zaman güclü qanaxma baş verə bilir. Pərdə üzərində olan cırığın kənarları qansızmalı olduqda, ümumi qəbul edilmiş qaydalara əsasən pozulma müddətinin 2 həftəyə qədər olması qeyd olunur. Bu pozulma müddətinin ona görə də 04 aprel 2015-ci il tarixdən daha çox 07 aprel 2015-ci il tarixdə olmasına uyğun gəlir. Zərərçəkmiş Zərərçəkmiş ş əxs arxa keçəcək dəliyi nahiyəsində aşkar edilmiş şüavari büküşlərin hamarlaşması, düz bağırsağın xarici büzücü əzələsinin (sfinktorun) boşalması qeyri-təbii yolla cinsi əlaqə zamanı yarana bilərdi. Qeyd edilən əlamətlər ayrı-ayrılıqda götürdükdə müəyyən mədə-bağırsaq xəstəlikləri (qəbizlik, qurd invaziyası, ishal və s.) zamanı yarana bilsə də, ümumilikdə arxa keçəcək dəliyi vasitəsilə cinsi əlaqə zamanı yaranan dəyişikliklərdir. Qeyd edilən dəyişikliklər xəsarət əmələ gəlməsi ilə müşayiət olunmadığı halda onun müddətinin məhkəmə-tibbi yolla təyin etmək mümkün olmur. Zərərçəkmiş Zərərçəkmiş şəxs cinsiyyət üzvlərində əlaqədə olmağa maneçilik törədə biləcək hər hansı patoloji dəyişiklik (anomaliya, deformasiya və s.) aşkar edilməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs dermatoloq tərəfindən müay inəsi zamanı onda trixomoniaz və anogenital kandolima müəyyən edilmişdir. Qeyd edilən xəstəliklər cinsi yolla keçirilsə də, zöhrəvi xəstəliklər qrupuna aid deyildir. Zərərçəkmiş Zərərçəkmiş şəxs hamiləlik əlamətləri aşkar edilməmişdir. Birinci instnasiya məhkəməsində iş üzrə təkrar Məhkəmə-Tibbi ekspertizasının 14 sentyabr 2015-ci il tarixli, T 163/2015 nömrəli rəyinin tədqiqi ilə əlaqədar müdafiə tərəfinin vəsatəti əsasında zərərçəkmiş Zərərçəkmiş şəxs haqqında ilk dəfə keçirilən MəhkəməTibbi ekspertizasının 09 aprel 2015-ci il tarixli, 94 nömrəli rəyindən müəyyən olunmuşdur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs bədəni üzərində sol baldırın ön səthinin siyrigi xəsarəti var və qeyd olunan xəsarət küt əşyanın təsirindən törənmiş, müddəti müayinədən 4-5 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vu rmadığından dərəcəsi təyin edilmir. Zərərçəkmiş Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən iki həftə əvvələ uyğun gəlir və 04 aprel 2015-ci il tarixi inkar etmir. (müayinə 09 aprel 2015-ci il tarixdə aparılmışdır). Zərərçəkmiş Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı xəsarət qalmadıqda müddəti müəyyən etmək mümkün deyil. Hadisədən uzun müddət (4-5 gün) kecdiyindən tədqiqat zamanı spermatozoidlərin təyini ücün material götürülməsi mümkün olmamışdır. İş materiallarında olan təkrar Komisyon Məhkəmə-Tibbi ekspertizasının 29 dekabr 2015-ci il tarixli, T240/2015 saylı rəyinə əsasən:
1. Zərərçəkmiş Zərərçəkmiş şəxs 09 aprel 2015-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı sol baldırın ön səthində sıyrıq, qızlıq pərdəsi üzərində saat sferblatının “5” və “7” rəqəmlərinə uyğun pərdə əsasına çatan, kənarları və dibi tünd qırmızı rəngli qansızmalı cırıq, uşaqlıq yolunun selikli qişasında xətvari formalı, kənarları qansızmalı səthi cırılma, arxa keçəcək nahiyəsində şüavari büküşlərin hamarlaşması, düz bağırsağın büzücü əzələsinin boşalması, selikli qişanın asan açılması müəyyən edilmişdir. Qeyd edilən sıyrıq bərk küt əşyanın təsirindən törənmiş, yetirilmə müddəti ilkin müayinədən 2-5 gün əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir;
2. Zərərçəkmiş Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti ilkin müayinədən iki həftə əvvələ uyğundur və pərdənin tamlığı pozulmadan onunla cinsi əlaqə mümkün ola bilməzdi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığının pozulması uşaqlıq yoluna uzunsov küt əşyanın (alətin), o cümlədən cinsi əlaqə zamanı gərginləşmiş kişi cinsiyyət üzvünün uşaqlıq yoluna yeridilməsi nəticəsində yaranmışdır;
3. Zərərçəkmiş Zərərçəkmiş şəxs cinsiyyət üzvləri nahiyəsində cinsi əlaqəyə girməyə maneçilik törədən hər hansı xəstəlik, qüsur, kobud deformasiya və sair aşkar edilmədi. Zərərçəkmiş Zərərçəkmiş şəxs dəri-zöhrəvi dispanserdə müayinə olunarkən onda trixomoniaz və anogenital kandiloma aşkar edilmişdir ki, bu cinsi yolla keçən infeksiya olsa da, zöhrəvi xəstəliklər qrupuna aid deyildir;
4. Zərər çəkmiş Zərərçəkmiş şəxs istər əvvəllər, istərsə də hazırda hamiləlik əlamətləri aşkar edilməmişdir; 5-7. Qızlıq pərdəsinin tamlığı pozularkən, həmçinin təkrar cinsi əlaqələr zamanı pərdənin xüsusiyyətindən və cırılma dərəcəsindən asılı olaraq güclü qanaxma yarana bilər. Qanaxmanın müddəti isə cırığın və pərdənin xarakteri, göstərilən tibbi yarımın keyfiyyətindən asılıdır;
8. Zərərçəkmiş Zərərçəkmiş şəxs qızlıq pərdəsində və uşaqlıq yolunun yuxarı seqmentində selikli qişada aşkar edilmiş cırılmaların xarakterini və morfoloji xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, bu xəsarətlər qərarda göstərilən və zərərçəkmişin təsdiq etdiyi istər 04 aprel 2015-ci il, istərsə də 07 aprel 2015-ci il tarixlərdə yarana bilərdi. Lakin zərərçəkmişin qızlıq pərdəsi və uşaqlıq yolu təkrar travmatizasiyaya məruz qaldığından pozulmanın daha konkret müddəti barədə fikir söyləmək mümkün deyildir;
9. Ümumiyyətlə qızlıq pərdəsində olan cırıqların kənarları qansızma lı olduqda və hələ cırılma yerində çapıqlaşma getmədikdə, adətən təlimata uyğuna olaraq qızlıq pərdəsinin tamlığının pozulma müddətinin iki həftəyə qədər olması qeyd olunur. Bu hadisə də zərərçəkmiş Zərərçəkmiş şəxs qızlıq pərdəsindəki cırılmalar nahiyəsində tünd qırmızı rəngli qansızmaların olmasını və pərdənin təkrar travmatizasiyaya uğramasını nəzərə alaraq pərdənin tamlığının zərərçəkənin itkin düşdüyü tarixdən əvvələ deyil, məhz həmin tarixdən olmaqla 04-08 aprel 2015-ci il tarixlərə uyğun gəlməsini söyləməyə əsas verir;
10. Məhkəmə-bioloji ekspertizasının verdiyi 04 iyun 2015-ci il tarixli, 212/2015-MTBŞ saylı rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs paltarlarında aşkar edilən qan ləkələrinin tədqiqatında sitoloji müayinə üçün yararlı hər hansı hüceyrə elementləri aşkar olun madığından həmin qan ləkələrinin regional mənşəyini təyin etmək mümkün deyildir;
11. İstər qızlıq pərdəsinin tamlığı ilkin olaraq pozulduqda (bakirəlik zamanı), istərsə də tamlığı təzə (2 həftəyə qədər) pozulmuş qızlıq pərdəsi təkrar cinsi əlaqəyə məruz qaldıqda az və ya çox dərəcədə qanaxma müşayiət oluna bilər. Zərərçəkmiş Zərərçəkmiş şəxs da belə olması güman olunur, lakin cırılma nahiyələrindən qanaxmanın hansı müddət ərzində davam edə bilməsi barədə konkret fikir söyləmək mümkün deyildir.
12. Zərərçəkmiş Zərərçəkmiş şəxs 09 aprel 2015ci il tarixdə ilkin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş sol baldırın yuxarı 1/3nin ön səthindəki sıyrıq xəsarətinin törənmə müddətini bu xəsarəti aşkar etmiş ekspertlər tərəfindən 94 saylı rəydə müayinədən 4-5 gün əvvələ, 14 sentyüabr 2015-ci il tarixdə təkrar məhkəmə-tibbi ekspertizası zamanı isə T163/2015 saylı rəydə zərərçəkənin ilkin məhkəmə-tibbi müayinəsindən 2-3 gün əvvələ uyğun gəldiyi göstərilmişdir. Ümumiyyətlə, digər xəsarətlər kimi, sıyrıq xəsarətinin sağalması və inkişaf mərhələsi orqanizmin fərdi xüsusiyyətindən, qidalanmasından, qan dövranı və sinir-humoral sistemin vəziyyətindən, bədənin nahiyəsindən və s. asılı olmaqla müxtəlif olur. Odur ki, zərər çəkmiş Zərərçəkmiş şəxs sol baldırın ön səthində aşkar edilmiş sıyrığın törənmə müddəti barədə konkret tarix, günün təyin edilməsi mümkün olmasa da, həmin müddətin onun ilkin məhkəmə-tibbi müayinəsindən (müayinə 09 aprel 2015-ci il tarixdə aparılmışdır) 2-5 gün əvvəl törənməsinin söylənilməsi daha düzgündür. İşdən görünür ki, ekspertlər xəsarətlərin alınma şəraiti il ə bağlı rəy bildirməmiş, rəydə ekspertlərin yalnız təhqiqat və istintaq orqanları tərəfindən müəyyən edilmiş şərait haqqında fikir söyləyə bilmək səlahiyyətlərinin olduğu qeyd edilmişdir. İşdə olan məhkəmə-tibb ekspertizasının 19 iyun 2015-ci il tarixli 149 saylı rəyindən görünür ki,... Məhkum bədəni üzərində müəyyən olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti özünün göstərdiyi 29 aprel 2015-ci il tarixi inkar etmir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcə təyin edilmir. Müayinə zamanı təqsirləndirilən Məhkum onda müəyyən olunan xəsarətləri 29 aprel 2015-ci il tarixdə Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən döyülməsi ilə izah etmiş, həmçinin bununla əlaqədar 3 №-li Mərkəzi şəhər Xəstəxanasına müraciət etdiyini bildirmiş və 3 №-li Mərkəzi şəhər Xəstəxanasının 25 may 2015-ci il tarixli arayışından görünür ki, təqsirləndirilən şəxs Məhkum 05 may 2015-ci il tarixdə xəstəxananın travmatologiya şöbəsinə müraciət etmiş, ona «sol mil oynağının əzilməsi» diaqnozu təyin edilmişdir. Eyni zamanda, təqsirləndirilən Məhkum bədəni üzərində – biləklərində, çiyinlərində xəsarət izlərinin olduğu görüntülərlə 09 ədəd fotoşəkili müdafiə tərəfinin məhkəməyə təqdim etməsi işdən müəyyən olunur. Bundan başqa, iş materiallarındakı Məhkəmə-Bioloji ekspertizasının 13 iyul 2015-ci il tarixli, 212/2015 MTBŞ nömrəli rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu B alfa-H-İİİ, təqsirləndirilən şəxs Məhkum ABO sistemi üzrə qan qrupu O-alfa-beta-İ, X2 ABO sistemi üzrə qan qrupu A-beta-H-İİ olaraq müəyyən e dilmişdir. Ekspertizaya təqdim edilən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus retuz, köynək və X12 evindən 2 rəqəmi ilə işarələnməklə götürülmüş döşək üzünün üst hissəsi üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq edildikdə B və H antigenləri alındı. Bu qan ləkələri B-alfa-H-İİİ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Göstərilən halda adları çəkilən maddi sübutlar üzərindəki ləkələrdə Məhkum və X12 qanlarının olması ABO sistemi ilə inkar olunur. Zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus jilet, hadisə yerindən götürülmüş tül pərdə, iki ədəd döşək üzünün alt hissəsi üzərindəki ləkələrdə qan, Zərərçəkmiş şəxs məxsus lifçik, Məhkum məxsus cins şalvar, gödəkçə, köynək, A6 Mehdiyevə məxsus sviter, cins şalvar, 1 rəqəmi ilə işarələnməiş döşək üzünün üst hissəsi üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus retuz, köynək, hadisə yerindən götürülmüş tül pərdə, 2 saylı döşək üzünün üst hissəsi üzərindəki ləkələrdə spermatozoidlər, Zərərçəkmiş şəxs məxsus jilet, lifçik, iki ədəd döşək üzünün alt hissəsi, 1 saylı döşək üzünün üst hissəsi, Məhkum məxsus cins şalvar, gödəkçə, köynək, A6 Mehdiyevə məxsus sviter, cins şalvar üzərində isə spermaya şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus retuz, köynək və hadisə yerindən götürülmüş 2 saylı döşək üzünün üst hissəsi üzərində aşkar olunan qan ləkələrindən hazırlanmış preparatlarda sitoloji təqdiqat üzün yararlı hər hansı bir hüceyrə elementləri aşkar olunmadığı ü çün həmin qan ləkələrinin regional mənşəyini təyin etmək mümkün olmamışdır. Həmçinin, iş materiallarındakı Məhkəmə-Trasoloji ekspertizasının 26 may 2015-ci il tarixli, 9029 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş paltarlardan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin, koftanın üzərində rəyin təsviri hissəsində qeyd olunan mexaniki zədələr, yerləşdiyi yer və ölçüləri müəyyən edilmişdir. Müəyyən olunan həmin zədələr fiziki qüvvənin təsirindən yarana bilən sökülmə, qopma zədələridir. Tədqiqat zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus şalvarın, bustqalterin, A6 Mehdiyevin və Məhkum məxsus paltarların üzərində hər hansı bir mexaniki zədə yoxdur. İş materiallarında olan Lifli Materialların tədqiqi ekspertizasının 26 may 2015-ci il tarixli, 9030 saylı rəyi görünür ki, zərərçəkmi ş Zərərçəkmiş şəxs, təqsirləndirilən Məhkum və X44ə məxsus geyim əşyalarının və hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd pərdənin, dörd ədəd döşək üzlüyünün parça hissələrinin üzərində kənar lif mikrohissəciklərinin olmasına baxmayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Məhkum və A6 Mehdiyevə məxsus geyim əşyalarının tərkib lifləri aşkar edilməmişdir. Məhkum və A6 Mehdiyevə məxsus geyim əşyalarının üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş bir ədəd pərdənin, dörd ədəd döşək üzlüyünün parça hissələrinin üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında zərərçəkmiş Zərərçəkmiş şəxs, təqs irləndirilən Məhkum və X44ə məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarında olan Kompleks Ambulator-Məhkəmə Psixiatrik və MəhkəməPsixoloji ekspertizasının 04 iyun 2015-ci il tarixli, 782 saylı rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs orta kəmağıllıq aşkar olunur. Bunu anamnestik məlumatlar - uşaq yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil almaması, yuxarıda göstərilən diaqnozla 26 saylı Şəhər Poliklinikasının psixiatriya kabinetində qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı mülahizələrinin səthiliyi, intellektinin aşağı olması, bilik ehtiyatının kasadlığı, təfəkkürünün konkretliyi və sair sübut edir. Zərərçəkmiş şəxs qeyd olunan kəmağıllıq anadangəlmədir və onun bü tün həyatı boyu daimi olaraq davam edir. Zərərçəkmiş şəxs kəmağıllıq qeyd olunan orta dərəcəli kəmağıllıq onu öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarından məhrum edir. Zərərçəkmiş şəxs əyləncələrə meyillilik, səthilik, ətrafdakılara qarşı tələbkar olmamaq, şəraitə qane olmaq və s. bu kimi fərdi-psixi xüsusiyyətləri vardır. İfadə verən Zərərçəkmiş şəxs hadisə şəraitini nəzərə alaraq iş üçün əhəmiyyətli halları ümumən qavraya bilmiş, lakin ona qarşı edilən cinayət xarakterli hərəkətlərin mahiyyətini dərk etməmişdir. Zərərçəkmiş şəxs aşkar edilən orta kəmağıllıqla əlaqədar təlqinə qapıla, başqalarının təsiri altında hərəkət edə, özündən uydura bilər. Zərərçəkmiş şəxs intellektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilməzdi. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq özünü müdafiə etmək üçün müqavimət göstərmək qabiliyyətinə malik olmaya bilərdi. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olan gerilik əlamətləri müəyyən olunur. Zərərçəkmiş şəxs psixi inkişafı nəzərə alınmaqla o, qərarın təsviri hissəsində göstərilən yaranmış şəraitin mahiyyətini dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malik deyildir. Qeyd edilən rəylə bağlı birinci instansiya məhkəməsində ekspert qismində dindirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspert-psixoloqu X16 ifadəsində göstərmişdir ki, zərəçəkmiş Zərərçəkmiş şəxs barəsində kompleks ambulator-məhkəmə-psixiatrik və məhkəmə -psixoloji ekspertizasının psixoloji ekspertizaya dair hissəsinə dair rəyi o, vermiş, zərərçəkmiş şəxsin psixoloji vəziyyətini müəyyən etmişdir. Psixiatrik ekspertiza aparılmaqla zərər çəkmiş Zərərçəkmiş şəxs orta dərəcədə kəmağıllıq müəyyən edilmişdir. Üzərində tədqiqat aparılan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xəstəliyi ilə əlaqədar fantaziyaya meyilli, olmayan hadisəni də danışa bilən şəxsdir. X8 xəstəliyi ilə əlaqədar insanları qarışdıra, dəyişən formada hadisənin törədicisini qarışıq sala bilər. Tədqiqat zamanı o, S6in adını çəkmişdir, lakin o, başqasını da deyə bilər. Zərəçəkmiş Zərərçəkmiş şəxs əqli cəhətdən geri olduğundan o, başına gələn istənilən hadisəni dərk edə, lakin qarışdıra bilər. Zərəçəkmiş Zərərçəkmiş şəxs intellektual testlərdən keçirməklə onun mövcud vəziyyətini müəyyə n etmişdir. Zərəçəkmiş Zərərçəkmiş şəxs ondan istifadə edildiyini dərk etmək qabiliyyətində deyildir. Onda bioloji tələbat olsa da o, bunun sosial tərəfini, əməl ictimai təhlükəliliyini başa düşmür. O, başqasının təsiri altına düşür, təhlükəni qabaqcadan praqnozlaşdıra bilmir. Ona qarşı edilən ictimai təhlükəli əmələ görə müqavimət göstərməyə, təklif olunan hər şeylə razılaşa da bilər. Zərəçəkmiş Zərərçəkmiş şəxs yaddaş normal insandan aşağı olduğundan o, hadisə ilə əlaqədar hansısa adı yadında saxlaya, həmçinin həmin adı başqası ilə əvəz edə də bilər. Normal insalar kimi hadisəni dəqiq təsvir edə bilməsə də, müəyyən qədər yadda saxlaya bilər. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə verdiyi məlumatlardan təqsirləndirilən şəxsə qarşı sübut kimi istifadə olmamasının mümkünlüyü barədə verilən suala cavab verə bilməyəcəyini qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Dəri-Zöhrəvi Dispanserinin 27 avqust 2015-ci il tarixli, 437 saylı arayışından görünür ki, təqsirləndirilən Məhkum cinayət işinin ibtidai istintaqı ilə əlaqədar olaraq qeyd olunan dispanserdə 26 avqust 2015-ci il tarixdə müayinə olunmuş və müayinəyə əsasən ona «Bakterial uretrit» diaqnozu qoyulmuş, diaqnoza uyğun olaraq ona Ceftriakson, Flükanazol və Doksiciklin kimi preparatlarla təyinat verilmişdir. Təqsirləndirilən Məhkum «Lues» xəstəliyi keçirmiş və müalicə olunmuşdur. Həmçinin, birinci instansiya məhkəməsinə təqsirləndirilən Məhkum 1997 və ya 1998-ci ildə “Sifilis” diaqnozu ilə zöhrəvi xəstəliyə tutulması ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müalicəyə qəbul edildiyi barədə məlumat verilmişdir. İş materiallarındakı 23 sentyabr 2016-cı il tarixli, 20-04/832 saylı sorğu-arayışla müəyyən olunmuşdur ki, təqsirləndirilən Məhkum 23 iyul 2016-cı il tarixdə “İkincili gizli sifilis. Xarici cinsiyyət üzvlərinin nekrotik yarası və səpkiləri” diaqnozu ilə Müalicə Müəssisəsinə daxil olmuş, onda “İkincili gizli sifilis. Cinsiyyət üzvlərinin dermatiti” diaqnozu müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan təkrar Komisyon və X35 Məhkəmə-Tibbi ekspertizalarının 09 dekabr 2016-cı il tarixli, 504 saylı və 17 aprel 2017-ci il tarixli, 2/504 saylı ekspertiza tədqiqatları ilə müəyyən edilmişdir ki, təqsirləndirilən Məhkum qanın sereloji müayinələrinin nəticəsinə görə ona ikincili siflis diaq nozu qoyulmasına baxmayaraq, müayinə dövründə onda heç bir zöhrəvi xəstəlik, o cümlədən obyektiv olaraq onda sifilis xəstəliyinə aid kliniki əlamət və ya dermatit əlamətləri aşkar edilməmişdir. Sifilis (elmi adı, həm də “lues”) yoluxucu, zöhrəvi xəstəlikdir, sağalandır. Yoluxması cinsi yolla, anadan dölə, çox təsadüf hallarda məişət kontakt yolu ilə mümkündür. Siflis xəstəliyinə yoluxmuş şəxs müalicə olunduqdan sonra cinsi həyat sürdükdə partnyora keçmir və şəxsin immuniteti zəiflədikdə “ikincili gizli siflisin əlamətləri” özünü biruzə verir. Ekspertiza tədqiqatı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs zöhrəvi xəstəliklər, eləcə də siflis xəstəliyi və onun qalıq əlamətləri aşkar edilməmişdir. Birinci instansiya məhkəmsində təqsirləndirilən Məhkum ona qarşı Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 149.2.5 və 150.1-ci maddələri ilə irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onlar 8 qardaş olmaqla Hövsan qəsəbəsində ayrı-ayrı evlərdə, lakin bir-birinə yaxın yaşamışlar. O, kafel-metlax ustası olub sifarişlə təmir işləri ilə məşğul olmuşdur. 07 aprel 2015-ci il tarixdə Hövsan qəsəbəsində 1 nömrəli Zeytun Sovxozunda onlarla qonşuluqda yaşayan qardaşıgilin mənzilində aparılan təmirdə iştirak etmişdir. Saat təxminən 24 radələrində gündəlik işini bitirib oradan çıxmış, ona pul borcu olan bir nəfər şəxsi axtarıb tapmaq və ondan pulunu almaq məqsədi ilə Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən «Bizim məkan» adlı kafeyə getmişdir. Kafeyə daxil olduqda orada qəsəbə sakini kimi tanıdığı Z6i və onunla üzbəüz bir masa arxasında təxminən 20 yaşlarında, əvvəllər görmədiyi və tanımadığı bir qızın – hazırda baxılan iş üzrə zərər çəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs oturduğunu, çay içdiklərini, qızın, həmçinin şirniyyat - rulet yediyini görmüşdür. Bundan başqa kafedə müxtəlif masa arxasında başqa adamlar da əyləşib çay içmiş, söhbət etmişlər. Kafeyə daxil olduqdan sonra Z6lə görüşərək keçib ayrı masa arxasında əyləşərək çay sifariş vermiş, sonra çay içə-içə Z6dən həmin qızın kimliyi ilə maraqlanmışdır. Z6 ona həmin qızın «161» saylı sərnişin avtobusundan düşdüyünü, dayanacaqda dayanıb üşüdüyünü görərək yazığı gəldiyini, ona görə onu kafeyə gətirib çay, rulet alıb verdiyini demiş, həmçinin qızın kəmağıl olduğunu bildirmişdir. O, özü X8dən hardan gəldiyini soruşduqda, sonuncu onu evdən qovduqlarını bildirmiş, lakin haradan və necə gəldiyini izah edə bilməmişdir. X8in əyinində göyümtül rəngli şalvar, qırmızı rəngli kofta, həmçinin ağ rəngli «yarımka» (burada: qısa gödəkçə) olmuş, əyinidə olan ağ rəngli «yarımka»nın qolaltı hissəsinin cırıq olduğu onun diqqətini çəkmişdir. Həmin vaxt kafedə polis kurtkasında adının Fizuli olmasını sonradan öyrəndiyi, tanımadığı bir nəfər şəxs də olmuş, həmin şəxs kafeni işlədən Azadla birlikdə oturmuş və pivə içmişdir. Həmin şəxsə müraciət edərək ona qızın xəstə olduğunu, evini tapa bilmədiyini demiş, kömək etməyi xahiş etmişdir. Lakin Azad polis kurtkasında olan həmin şəxsin polisdə əvvəllər işlədiyini, faktiki isə işləmədiyini bildirmişdir. Ona görə də həmin şəxs heç bir tədbir görməmişdir. Təxminən 10 dəqiqə sonra Azad onlara kafeni bağlamaq istədiyini bildirmiş, onların kafe dən çıxmalı olmalarına işarə vermişdir. O, Z6 və X8 axırıncı adam olaraq kafedən bayıra çıxmışlar. Həmin vaxt yoldan keçən nömrəsini xatırlamadığı bir polis maşınını saxladıb, onlara qızın xəstəyə və döyülmüş adama oxşadığını, evini azdığını bildirmiş, tədbir görmələrini xahiş etmişlər. Avtomaşında olan iki polisdən biri – adının Rəşad olmasını bildiyi polis əməkdaşı maşından düşüb gəlib qıza baxmış, onunla bir az sorğusual etmiş, «indi yuxarı qalxıb, gəlirəm» deyib maşina oturub getmişdir. Z6lə polis əməkdaşlarını 10-15 dəqiqə gözləmiş, lakin onlar gəlib çıxmamışlar. Polisləri gözlədikləri müddətində X8lə söhbət etmiş, ondan adını, haradan və necə gəldiyini soruşmuş, qız ona adının A8 olduğunu, Keşlə qəsəbəsində yaşadığını və Hövsana marşrut avtobusu ilə gəlib çıxdığını desə də, lakin har adan, necə gəldiyi haqda məlumat verə bilməmişdir. Z6, o, və X8 bayırda nə qədər gözləsələr də polislər qayıdıb gəlməmişlər. Bundan sonra o, Z6dən qızı hara aparacağını soruşmuş, sonuncu isə qızı aparıb gecəni saxlamağa yeri olmadığını bildirmişdir. Həmin vaxt o, Z6ə qəsəbədə, 1 nömrəli Zeytun sovxozunda özünün əmisi oğlu Kamandara məxsus 1 otaqlı həyət evi olduğunu, həmin evin boş olduğunu demişdir. Belə ki, əmisi oğlu Kamandar Rusiyada - Rostovda yaşadığından əvvəllər onun evində kirayəşin adam yaşasa da, həmin vaxt evdə heç kim yaşamamışdır. Ona görə də Z6ə 1 gecəlik həmin qızı aparıb səhərə kimi orada saxlamağı, səhər açıldıqda isə həmin qızı ya polis orqanlarına, ya da öz ailəsinə təhvil verməyi təklif etmişdir. Onlar birlikdə gedib kafedən təxminən 500-600 metr aralıda yerləşən Kam andara məxsus həyət evinin qarşısında dayanmış, həmin vaxt Z6 bir az işi olduğunu bildirmiş, gedib bir azdan qayıdacağını ona demiş və evləri tərəfə getmişdir. X8in üst-başı pis vəziyyətdə olduğundan, ondan pis qoxu gəldiyindən və həm də öz evində ailəsi – həyat yoldaşı və uşaqları olduğundan o, X8i öz evinə aparmamışdır. Z6 getdikdən sonra o, X8lə Kamandarın evinin qarşısında nə qədər gözləsələr də Z6 qayıdıb gəlməmişdir. O, gözləyəgözləyə qıza bəzi suallar vermiş, X8 cavabında anasının onu döyüb çölə atdığını, ona «get, birdə evə gəlmə» sözlərini dediyini bildirmişdir. Z6i gözləyərkən onun mobil telefonunun konturu olmadığından o, Z6ə zəng edə bilməmiş, sonuncunun evi onların durduğu yerdən təqribən 1 km aralıda olduğundan Z6in gələcəyinə ümid etmişdir. Z6in gəlmədiyini görüb o, X8i Kama ndarın evinə aparmışdır. Kamandarın evinin həyətə giriş qapısının açarı onda olmadığından əvvəlcə X8, sonra isə o, mişar daşından ibarət olan hasardan evin həyətinə tullanaraq mənzilə daxil olmuşlar. Kamandarın evinin giriş qapısı bərbad vəziyyətdə olmuş, rəzə vasitəsi ilə açılıb bağlanmışdır. Ev 1 otaqdan ibarət olmuş, orada bir ədəd dolabça və 1 ədəd yatmaq üçün boş dəmir çarpayı olmuşdur. Çarpayı boş olduğundan o, mənzilin pərdəsini çarpayının qırağından götürüb X8ə vermiş, X8 pərdəni çarpayının üstünə sərərək paltarlı vəziyyətdə sol dirsəyi üzərində uzanıb çarpayının baş hissəsi tərəfə söykənmişdir. X8dən çox pis qoxu gəldiyindən o, X8ə diqqətlə baxmış və qızın şalvarının qabaq və alt hissəsinin sanki qanlı olduğunu görmüşdür. Amma X8inn şalvarındakı ləkənin konkret olaraq qan ləkəsi o lduğunu bilməmiş, sadəcə onun xəstəliyini görüb, özünü batırdığını və məhz buna görə də ondan pis iy gəldiyini fikirləşmişdir. Lakin onu ilk dəfə kafedə görərkən X8 həm masa arxasında oturduğundan və həm də ona diqqətlə fikir vermədiyindən onun paltarında qan ləkələrinin olub-olmamasını görməmişdir. Az sonra X8 zarıldamağa başlayıb sağ çiyininin ağrıdığını bildirmişdir. Təxminən saat 02dən 05 radələrinədək X8 ağrıdığından yatmamışdır. Mənzilin pəncərəsinin şüşəsi olmadığından, havanın isə küləkli olması ilə əlaqədar otaq çox soyuq olmuşdur. Təxminən saat 05 radələrində X8 ona üşüdüyünü demiş, o, X8in həqiqətən üşüdüyünü görərək onu başqa bir şəraitli yerə aparmaq qərarına gəlmiş, fikirləşdikdə həmin an ağlına dostu, onunla eyni – Hövsan qəsəbəsində yaxınlıqda yaşayan A6ın evi gəlmişdir. De mək olar ki, qonşu olduqlarından və yaxın münasibətdə olduqlarından o, A6ın ailə üzvlərinin evdə olmadığını bilmiş və ona görə də X8i A6gilə aparmaq qərarına gəlmişdir. Saat təxminən 05:10 radələrində o, X8lə birlikdə Kamandarın evindən təxminən 400 metr aralıda yerləşən A6gilin yaşadığı evə getmişlər. A6gilə gedərkən X8 üşüdüyündən əynində olan «yarımka»nı çıxararaq özünün bel nahiyyəsinə bürümüşdür. A6gilin evinin qapısı örtülü olsa da, kilidlə bağlanmadığından o, qapını içəri itələyərək evə daxil olmuş, X8 isə evin giriş qapısının bayırında dayanıb gözləmişdir. O, içəri daxil olarkən A6 səsdən oyanıb qapıya tərəf gəlmiş, onu görüb bu vaxt, yəni erkəndən nəyə görə gəldiyini soruşmuşdur. O, A6a axşam saatlarında Zeytun sovxozu yaşayış massivinin axırıncı avtobus dayanacağında bir nəfər xə stə qızın üşüməsini gördüyünü, aparmağa yeri olmadığını, özünün ailə üzvlərinin evdə olmaları ilə əlaqədar həmin qızı evə aparmağa utandığını, səhərə kimi orda burda qaldıqlarını, onu Kamandarın evinə apardığını, lakin qızın üşüdüyünü nəzərə alaraq ona yazığı gəldiyi üçün bir dost kimi onlara gətirdiyini demişdir. A6 nədənsə qorxmuş və onların onun evində qalmasına icazə verməmişdir. O, getmək üçün mənzildən bayıra çıxarkən A6 da onu yola salmaq üçün bayıra çıxmış və bu zaman evin giriş qapısının bayır hissəsində X8in dayandığını görmüşdür. Həmin vaxt X8 A6a əmi deyə müraciət edib «soyuqdur, üşüyürəm, acam, məni qovma» demişdir. Bu sözdən sonra A6ın ürəyi yumşalmış, həmçinin A6 qızın danışığından onda kəmağıllılıq olduğunu başa düşmüş və razılaşaraq onları mənzilə dəvət etmişdir. Onlar bir likdə mənzilə daxil olmuş, A6 çay qoymuş, o, və X8 çay içmişlər. Bundan sonra o, A6la birlikdə həmin qızı qonaq evinə keçirmiş, A6 qonaq evində yerləşən çarpayını qıza göstərərək orada yatacağını bildirmişdir. O, A6la sonuncunun yatdığı otağa keçmiş, təxminən 30 dəqiqə ordan-burdan söhbət eləmişlər. Söhbət edə-edə A6 yatdığı divana uzanıb yuxuya getmiş, o isə A6ın yatdığı otaqda olan kresloda yarı uzanmış vəziyyətdə oturmuşdur. A6 yuxuya getdikdən bir qədər sonra qızın yatdığı otaqdan zarıltı səsləri eşidərək həmin otağa keçmiş və X8in çiyinini tutaraq zarıdığını görmüşdür. O, X8in uzandığı çarpayının ayaq hissəsindən əyləşərək ondan nə olduğunu soruşmuş, X8 yenə də çiyninin bərk ağrıdığı bildirərək döyüldünü demişdir. Onların səsinə A6 da oyanaraq onların yanına gəlmiş, az sonra isə hər üçü birlikdə A6ın yatdığı otağa keçmişlər. Qızın başının tozlu olması ilə əlaqədar o, X8in başını yuması üçün A6dan su qoymasını, yəni su isitməsini xahiş etmiş, A6 da vedrədə su qoymuşdur. Təxminən 10 dəqiqə ərzində onlar A6la birlikdə televizora baxmışlar. Bir qədər sonra isə o, səhər yeməyi almaq üçün gedəcəyini, lakin pulu olmadığından pul götürmək məqsədi ilə yaşadığı evə gedib-gələcəyini bildirmişdir. Saat təqribən 8, 9-a işləmiş A6 gildən çıxaraq öz evlərinə getmiş, onlarla eyni həyətdə yaşayan qardaşı Səməndərin yoldaşından 5 manat pul almış, lakin öz evinə getməmiş, ailəuşağına heç nə deməmişdir. A6 da onunla birlikdə evdən çıxaraq özünə siqaret və X8in saçını yuya bilməsi üçün sabun almaq məqsədilə evinin yaxınlığında olan marketə getmişdir. Bundan sonra o, dükana gedərək 6 ədəd yumurta, çörək, yağ və şirniyyat alaraq A6gilin evinə getmişdir. Bundan sonra X8 əl-üzünü yumuş və çayla iki ədəd “bakuş” adlanan şirniyyatdan yemişdir. O, A6la qıza onu polisə təhvil verəcəklərini bildirmiş, lakin qız buna etiraz edərək ağlamış, səbəbini anasının onu döyüb pul qazanmaq üçün evdən qovması ilə izah etmiş, ona görə də evə getmək istəmədiyini, işləmək istədiyini bildirmişdir. Qızın həm işləyə bilməsi, həm də qızdan pis qoxu gəldiyi üçün çimə bilməsi üçün Hövsan qəsəbəsində sahibkarlıqla məşğul olan, bir məhəllədə böyüdükləri qonşusu T6ü xatırlamışdır. Belə ki, T6ün təndirxanası, kafesi olmuş, o, çörək və çörək məmulatlarının bişirilməsi ilə məşğul olmuş, polis işçiləri tez-tez onun yanına gedib-gəlmiş, həm də X8in orada işləməsinə və təndirxanada qala biləcəyinə şərait olmuş dur. Bu məqsədlə o, A6la razılaşıb T6ə zəng etmiş, ona heç bir izah vermədən A6gilə gəlməsini xahiş etmişdir. Təxminən 30 dəqiqə sonra T6 ora gəlmiş, o, T6ə X8i göstərib onu döyülmüş halda dayanacaqdan tapdığını və yazığı gəldiyi üçün A6gilə gətirdiyini demiş, qız barədə polis orqanlarına məlumat verməsini, həmçinin onun yuyunması üçün şərait yaratmasını T6dən xahiş etmişdir. T6 ondan həmin qızla aralarında nəsə olub-olmamasını, yəni onunla cinsi münasibətdə olub-olmamalarını soruşmuş, hətta yalan danışmaması üçün ortaya «varyox» söyüşü də qoymuşdur. O, and içmiş, X8lə aralarında heç bir pis münasibət olmadığına Təvəkülü inandırmışdır. Bundan sonra T6 onlara narahat olmamalarını demiş, qız barəsində ya polis bölməsinə məlumat verəcəyini, ya da həmin qızın valideynlərini taparaq özlərinə qa ytaracağına söz vermişdir. X8 özü T6ə bir nəfər kare saçlı qızın və onun yanında olan bir nəfər şüşə gözlü qız rəfiqəsinin onu zorla qara rəngli cip maşınına mindirib tanımadığı bir yerə apardıqlarını və orada bir nəfər kişinin onu zorladığını danışmışdır. T6 özü də X8in xəstə olduğunu görmüş, onların xahişi və X8in düşdüyü vəziyyətlə əlaqədar polis sahə müvəkkili Şahinə zəng etmiş, ona bir nəfər xəstə uşaq olduğunu demiş və nə etmək lazım olduğunu soruşmuşdur. T6ün deməsinə görə Şahin onlara T6ün təndirxanasına bitişik sonuncunun özünə məxsus kafeyə gəlməyi tapşırmışdır. Bundan sonra o, və X8 T6lə birlikdə A6gildən çıxaraq T6ün təndirxanasına getmişlər. Hətta onlar təndirxanaya gedərkən X8in paltarının cırıq olması ilə əlaqədar o, yolda T6ə Əhədin dükanının qabağında saxlamasını xahiş etm iş, qıza nəsə paltar alacağını bildirmiş, onu evinə belə, yəni cırıq paltarlarla aparmaq istəmədiyini demişdir. Əhədlə münasibəti olduğundan alacağı paltarı nisyə olaraq götürməyi planlaşdırmışdır. Lakin Əhədin mağazası bağlı olduğundan, başqa dükanlardan isə ala bilməsi üçün pulu olmadığından o, heçnə ala bilməmişlər. Onlar təndirxanaya çatdıqdan sonra sahə müvəkkili Şahin də ora gəlmiş, T6 qızı Şahinə özü təhvil vermiş, qızdan pis iy gəldiyi üçün Şahin onu təndirçilərin paltar dəyişən yerinə göndərib ona yemək və paltar verilməsini tapşırmışdır. T6 həmin qızı Əminə adlı işçiyə verib onun yuyunmasına şərait yaratmasını tapşırmış, Əminə isə X8i götürərək hamama aparmışdır. Həmin vaxt o, kafedə bir kənarda oturub yeyib-içən tanışlarının yanında gedib oturmuş, lakin o, yeyib-içməmişdir. O, h əmin gün içkili olmamışdır. Şahin isə bir dəqiqəlik rəisləri ilə görüşmək üçün dayanacağa dəyib qayıdacağını deyib getmişdir. Belə ki, həmin gün nə isə mühüm dövlət tədbiri olduğundan demək olar ki, bütün polis əməkdaşları trassın kənarına toplaşmışdır. Həmin vaxtdan sonra o, X8i görməmişdir. O, X8in T6ə danışdığı qara rəngli cip maşını haradasa gördüyünü xatırlamış və onu tapıb X8in danışdıqlarını araşdırmaq üçün Təvəkülün kafesindən çıxmışdır. Şübhələndiyi qara rəngli həmin cipin adını bilmədiyi sürücüsünü tapmış, ondan xəstə qıza qarşı niyə belə hərəkət etdiyini soruşmuşdur. Lakin o, heç bir qız tanımadığını və qanunsuz heç bir hərəkət etmədiyini bildirmiş, hətta ona «sənə nə düşüb, özünü qabağa vermisən?» kimi bir sual da vermişdir. Bundan sonra T6ə zəng edib harada olduqlarını soruş duqda, T6 sahə müvəkkili Şahinin «qızı götürün hara gedirsiniz gedin, burada qalmayın» sözlərini dediyini ona demişdir. Elə həmin gün, yəni 08 aprel 2015-ci il tarixdə, saat təxminən 18 radələrində T6 ona zəng vuraraq, həmin qızın ailəsinin Keşlə qəsəbəsində tapıldığını, qızı aparıb ailəsinə təhvil verdiyini bildirmişdir. Sonra T6ün ona deməsinə görə, X8i evlərinə təhvil vermək üçün apararkən o, Keşlədə maşından düşüb öz evlərinə yox, nənəsigilə qaçmışdır. T6 orada hansısa səbəbdən əsil həqiqəti bildirməmiş, qızı özünün tapdığını onlara demişdir. O, T6ə iradlarını bildirib, qızı təhvil vermək üçün apararkən ona nə üçün demədiyini bildirmişdir. X8lə rastlaşdığı həmin gecə həm çox geç olduğundan, həm zərər çəkmiş şəxsdən çox pis iy gəldiyindən və həm də bir il əvvəl kalonkanın partlaması səb əbindən hamamda yuyuna bilməsi üçün evində şərait olmadığından X8i öz evinə aparmamış, özü də evinə getməmişdir. Evə gəlməyəcəyi barədə də evdəkilərə bir söz deməmişdir. Ailə üzvlərində mobil telefon olmadığından, həmçinin toya getmək adı ilə getdiyindən, adətən meyxana deyilməklə bağlı toy səhərə qədər davam etdiyindən onu axtaran olmamışdır. Saat təqribən 15-16 radələrində öz evinə getmiş, evdə harada olduğu soruşulmuşdur. O, əvvəlcə evdəkilərə X8lə bağlı başına gələnlər barədə heç nə deməmiş, toyda olduğunu bildirmişdir. Növbəti gün isə hadisə barədə evdəkilərə hər şeyi olduğu kimi danışmışdır. Bir neçə gün sonra sahə müvəkkili Şahin ona zəng edib, harada olması ilə maraqlanmış, ona görüşmək təklif etmişdir. O, gedib Şahinlə görüşmüş, Nizami rayon polis-prokurorluq əməkdaşlarının, iş üz rə zərərçəkmiş X8in və onun anasının da orada olduğunu görmüşdür. Şahin qızın zorlanması barədə ona heç nə deməmiş, yalnız onun döyüldüyünü demişdir. X8 orada onu (t.ş.Məhkum) göstərib, onu döyən şəxsin o olmadığını bildirmişdir. Amma buna baxmayaraq, izahat verməsi üçün növbəti gün ona və A6a Nizami rayon prokurorluğuna getməsi tapşırılmışdır. O, 27 aprel 2015-ci il tarixdə Nizami rayon prokurorluğuna getmiş, olduğu kimi ifadə vermiş, X8lə cinsi münasibətdə olmadığını, onu döymədiyini və ya ona qarşı hər hansı pis hərəkət etmədiyini bildirmişdir. Onun prokurorluğa verdiyi ifadəsi kompyüterdə yazılmışdır. X15 X8i sorğu-sual edərkən X8 Azazın, onun (t.ş.Məhkum) qardaşının və başqa şəxslərin yanında onun və Z6in onu – Zərərçəkmiş şəxs zorlamadıqlarını demiş, əksinə, ona çay və yemək verdiklə rini bildirmişdir. O, Prokukorluqda dəhlizdə olarkən, guya işinin həll olunması üçün X15 ondan 5000 manat pul istənilmişdir. «Mən nə etmişəm ki, pul da verim?» cavabını verdikdən sonra ona növbəti gün də gəlmək tapşırılmışdır. Növbəti gün yenə Nizami rayon prokurorluğuna getmiş, Heydər Yusifzadə ondan 5000 manat pulu gətirib-gətirmədiyini soruşulmuşdur. O, «mənimlə zarafat edirsiniz?» sualını vermiş, yenə də günahı olmadığını bildirmiş, ona görə də kiməsə pul vermək niyyətində olmadığını demişdir. Bundan sonra o, X15nin tapşırığına əsasən 29 aprel 2015-ci il tarixdə Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə, oradan isə Polis İdarəsinin özünə aparılmış, bir gün polis bölməsində qalmışdır. Həmin günlərdən birində X8lə anası da orada olmuş, tanımadığı əməliyyat işçiləri və X8in anas ı X8in üzündən sillə ilə vuraraq onun (t.ş.Məhkum) üzünə durmasını ona öyrətmişlər. Nizami rayon prokurorluğunun müstəntiqi Heydər Yusifzadənin zəngi ilə polis bölməsində adının Ədalət olmasını sonradan öyrəndiyi polis polkovnik-leytenantı olan rəis müavini tabeçiliyində olan polis əməkdaşlarına onu (t.ş.Məhkum) skoçlamaq, yəni yapışqanlı lentlə bağlamaq barədə tapşırıq vermişdir. Bundan sonra onun əlləri skoçla bir-birinə möhkəm sarınmış, onu dizləri, qarnı üstə qoyub işgəncə verməyə, döyməyə başlamışlar. 5-6 saat ərzində döyülmüş, belinə çıxılmış, tapdalanmış ona işgəncə verilmiş, X8lə cinsi əlaqədə olmasını və ya onunla sürtüşməsini izahatında yazmaq ondan tələb edilmişdir. Yapışqanlı lent o qədər möhkəm sarınmışdır ki, biləklərinlə qan işləməmiş, biləkləri gömgöy göyərmiş, çox güclü ağ rılar başlamışdır. Verilən işgəncələr dözülməz olduğundan işgəncəni dayandırmağı xahiş etmiş, tələb olunanları yazacağına söz vermişdir. Biləkləri gömgöy göyərdiyindən, işgəncə nəticəsində barmaqları qələmi tutmadığından yazı yaza bilməmişdir. Odur ki, polis işçiləri özləri 30 aprel 2015-ci il tarixdə onlara lazım olan məzmunda izahat yazmış, yekunda onun qolundan tutub imza etdirmişlər. Həmin gün A6a da, eynilə, döyülmüş, lakin eşitməsinə görə, A6 belə bir etiraf etməmiş, həqiqəti danışmışdır. İstədikləri izahatı aldıqdan sonra onları yenə də prokurorluğa göndərilmişlər. Həmin vaxt onun atasıgil də prokurorluğa gəlmiş, ona işgəncə verildiyini görmüş və prokurorluğun müstəntiqinə onlardan şikayət edəcəklərini bildirmişlər. X4ra yalvarmış, şikayət etməmək üçün ondan, onun qardaşından və h ətta A6dan da xahiş etmiş, bir səhvlik olduğunu, əsl cinayətkarın tapıldığını bildirmiş, hətta onları özlərinin müalicə etdirəcəklərini deyib narahat olmamağı tapşırmışdır. Lakin müstəntiq onları aldadıb heç bir köməklik etmədiyindən o, gedib 3 saylı Mərkəzi şəhər xəstəxanasında qeydiyyatdan keçmiş, orada xəsarətlərini həkimlərə göstərib prokukorluqda döyüldüyünü demiş, sonra isə Nizami və Suraxanı rayon prokurorluqlarına şikayət etmiş, hətta ekspertizadan keçmişdir. Nizami rayon prokurorluğunda Heydər Yusifzadə şikayət edəcəyi təqdirdə, onu incidəcəyi ilə hədələmişdir. Bir müddət sonra isə o, təqsirləndirilən şəxs qismində cəlb edilib məhkəməyə verilmişdir. Lakin ibtidai istintaq zamanı verdiyi ifadələrində X8lə cinsi əlaqədə olduğunu heç vaxt deməmişdir. O, X8lə təklikdə söhbət edərkən X 8 onu ilk dəfə zorlayan şəxsin Rövşən adlı qonşusu olduğunu ona danışmış və həmin hadisədən sonra bunu öyrənən anasının onu evdən qovduğunu, bir neçə gün parklarda yatdığını bildirmişdir. X8in anasının televiziya vasitəsi ilə qızını axtarmasından onun xəbəri olmamışdır. Bundan başqa, X8in deməsinə görə onun Emin adlı sevgilisi olmuş, Eminin öz maşını ilə hətta X8i gəzdirməsi barədə sonuncunun anası ibtidai istintaq zamanı verdiyi ifadəsində də göstərmişdir. Şəxsən o, yalnız ilk dəfə prokurorluqda olarkən zərərçəkmiş qızın adının X8 olduğunu öyrənmişdir. Belə ki, ilk dəfə X8in adı ilə maraqlanarkən sonuncu özünü A8 kimi təqdim etmişdir. Hətta doğru olub-olmadığını öyrənmək üçün o, X8dən bir necə dəfə adını soruşmuş, sonuncu hər dəfə adının A8 olduğunu bildirmişdir. Nə o, nə də A6 X8ə qarşı heç bir cinsi zorakılıq hərəkətləri etməmiş, sadəcə, insanlıq naminə onu küçədə qoymaq istəməmişlər. O, X8i ilk dəfə görərkən sərxoş olmamış, danışıq üçün konturu olmadığından heç bir yerə, o cümlədən polisə zəng edə bilməmiş, DİN-nin məlumatlara dair 102 xidmətinə pulsuz zəng etməyin mümkünlüyü onun ağlına belə gəlməmiş, belə bir əlaqə proqramının olduğunu bilməmiş, X8i şəxsən polisə aparıb təhvil verməsi üçün isə imkanı, o cümlədən maşını olmamışdır. İş materiallarından görünür ki, təqsirləndirilən Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs birinci instansiyanın məhkəmə baxışı zamanı sərbəst ifadəsində: «O, (zərər çəkmiş Zərərçəkmiş şəxs) başına gələnləri Əminəyə də danışmış, Əminə S6in onun qohumu olduğunu bildirmiş, iki qızı olduğunu demiş və S6i polisə verməməyi xahiş etmişdir. Əminə ona A6ı polisə versə də, S6in adını çəkməməyi tapşırmışdır» ifadəsinə münasibət bildirərək göstərmişdir ki, onun həqiqətən iki azyaşlı qızı vardır. Lakin onun ikinci qızı zərərçəkmiş Zərərçəkmiş şəxs T6 Astanova məxsus təndirxanada 08 aprel 2015-ci il tarixdə görüşməsindən və qeyd etdiyi mövzuda söhbət aparmasından təqribən 4 ay sonra – 13 avqust 2015-ci il tarixdə doğulmuşdur. 08 aprel 2015-ci il tarixdən sonra isə, bildiyinə görə, Əminə ilə X8 və ya onun qanuni nümayəndəsi görüşməmişdir. O, uşaqları barədə sənədləri istintaq orqanına təqdim etmişdir. İşdən görünür ki, təqsirləndirilən Məhkum məhkəmə baxışı zamanı verdiyi sərbəst ifadəsi ilə onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında mövcud olan ziddiyyətlərlə bağlı təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri tədqiq olunduqdan sonra müəyyən edilmişdir ki, Məhkum həmin ifadələrində 07 aprel 2015-ci il tarixdə «Bizim məkan» adlı kafedə zərərçəkmiş Zərərçəkmiş şəxs görüb onun kimliyini öyrəndikdən sonra tədbir görülməsi üçün kafedə olan naməlum polis əməkdaşına, kafedən çıxdıqdan sonra təsadüfən rast gəldiyi polis post-patrul əməkdaşlarına məlumat verməsi barədə heç nə göstərməmiş, həmçinin həmin ifadələrində əmisioğlu Kamandarın evinin açarının həmişə onun evində olduğunu, Zərərçəkmiş şəxs Kamandarın evinə aparan zaman həyətə girə bilmədiyi üçün açarı gətirmək üçün qonşuluqda yerləşən yaşadığı evə getdiyini, gecə saat 02 radələrində evə gedib açarı axtarsa da tapa bilmədiyini, ailə üzvləri yatdığından onun gəlişini görmədiklərini qeyd etmişdir. Birinci instansiya məhkəməsində i fadələri arasında yaranan ziddiyyətlərlə bağlı təqsirləndirlən Məhkum göstərmişdir ki, ifadələrində onun xeyrinə olan halların heç biri qərəzli olaraq müstəntiqlər tərəfindən qeyd olunmamış, X8 barədə məlumat verdiyi polis əməkdaşlarının kimliyini müəyyənləşdirə bilmədiyindən bu barədə istintaq orqanına konkret fikir bildirməmişdir. Çox təəssüflər olsun ki, yaşadıqları yer üzrə ərazi rəisi Şahin X8 barədə bütün məlumatlara sahib olmasına baxmayaraq, heç bir tədbir görmədiyindən xidməti işində problem yaranmaması məqsədilə onu zərbə altında qoymuş, istintaqa əsil həqiqəti danışmamışdır. Kamandarın evinin açarı onlarda olmasına baxmayaraq, X8 qorxduğundan onu tək qoymaq istəməmiş, açarı gətirmək üçün evlərinə getməmiş, Kamandarın həyətinə hasardan aşmışlar. Birinci instansiya məhkəməsində mə hkəmə istintaqı zamanı qanuni nümayəndəsi X1 iştirakı və köməkliyi ilə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xəstə olduğu üçün ailə üzvləri onu evdən bayıra çox buraxmamış, amma evlərində zibili həmişə o atmış, çörək, kontur almaq üçün o, getmişdir. Ayın 4-də, bacısının ad günü, saat 4-də evlərindən zibil atmaq üçün çıxmışdır. Evə qayıdarkən qara maşını olan tanımadığı bir qoca kişi maşını saxlayıb onu gəzməyə aparacağını demişdir. O, gəzmək istədiyindən kişinin maşinına oturmuş, kişi maşını onun tanımadığı yerlərə sürmüş, ona yemək almış, sonra isə qara maşınla onu evinə aparmışdır. Evdə kişinin arvadı və uşaqları olmuşdur. Kişi onu ayrıca bir otağa aparmış, onunla cinsi münasibətdə olmağı ona təklif etmiş, ona 5 manat pul verəcəyini bildirmi ş, lakin o, razılaşmamışdır. Kişi stolun üstünə 5 manat pul qoymuş, lakin o, götürməmişdir. Bundan sonra kişi onu soyundurmuş, onu zorlamış və bu işi heç kimə deməməyi tapşırmışdır. O, əvvələr heç vaxt, heç kimlə cinsi əladəqə olmamışdır. Tanımadığı kişi onunla cinsi əlaqədə olan zaman ondan qan gəlmişdir. Bir gün ərzində kişi onunla 3 dəfə cinsi əlaqədə olmuşdur. Kişinin arvadı ona çörək vermiş, sonradan əlaqə saxlaya bilməsi üçün ona telefon nömrəsi vermiş, hətta qızı aparıb ailəsinə təhvil verməsini ərindən xahiş etmişdir. Lakin kişi maşınının benzini olmadığını bildirib onu evlərinə aparmamış, hətta gizlində arvadının verdiyi telefon nömrəsini ondan alaraq cırıb atmışdır. Ərinin onu zorlamasından arvadın xəbəri olmamışdır. Hətta gecə kişinin arvadı ilə yatarkən kişi özünün ev telefonun a zəng etmiş, kişinin arvadı yatdığından telefona o özü cavab vermiş, həmin vaxt kişi onu aşağıdakı balaca otağa çağırmışdır. O, kişinin çağırdığı yerə getdikdə, kişi yenə də onunla cinsi əlaqədə olmuş və yenə də heç kimə deməməyi tapşırmışdır. Zorlanmadan sonra yuyunmadığından ondan qan gəlmiş, əynindəki lasini (burada: şalvar modelində nazik üst geyimi) qana bulaşmışdır. Cəmi bir gün kişinin evində qalmış, ondan sonra isə oradan qaçmış və bir gün də parkda qalmışdır. Bundan sonra o, nömrəsini və hansı marşrut üzrə işlədiyini bilmədiyi bir avtobusla Z6lə rastlaşdığı kafenin yanındakı avtobus dayanacağına getmişdir. Çox soyuq olmuş, getdiyi ərazini tanımamışdır. Dayanacaqda olarkən Z6 ora gəlib onu kafeyə aparmış, ona iki manat pul, çay və tort vermişdir. Həmin vaxtadək o, Z6i görməmiş, on u tanımamış, onunla heç bir münasibəti olmamışdır. Sonra S6 kafeyə gəlmiş, gedib başqa stolda oturmuş, onlara yaxınlaşmamışdır. Daha sonra S6 onu bir evə aparmış, həmin vaxt o, içkili olmuşdur. Z6 onlarla getməmişdir. Getdikləri evin darvaza qapısı bağlı olduğundan onlar daş hasarın üstündən hoppanıb həmin evə girmişlər. Onlar evə girən zaman qapı açıq olmuş, evin pənçərəsi və polu (burada: döşəməsi) qırıq olduğundan ev çox soyuq olmuşdur. S6 gedib o biri otaqdan bir balaca pərdə gətirərək otaqda olan boş kravatın üstünə atmışdır. O, paltarla dəmir çarpayın üstünə uzanmış, lakin üstünə heç nə örtməmişdir. Həmin vaxt qolu və ayağı ağrımışdır. Şalvarı qanlı olduğundan S6 ondan «bu nə üst-başdır?» deyə soruşmuş, ona suallar vermişdir. O, S6ə anasının onu evdən qovduğunu bildirmiş, tanımadığı bir kişinin isə onunla cinsi münasibətdə olduğunu demişdir. Əslində anası onu evdən qovmamış, onu evə pul qazanması üçün göndərməmişdir. Sadəcə evlərinə getmək istəmədiyi üçün S6ə belə demişdir. Bundan sonra S6 ona soyunmasını demiş, o, da soyunmuş və həmin otaqda S6 onu qabaqdan eləmişdir. O, S6lə cinsi münasibətdə olan zaman artıq qızlığını itirmiş vəziyyətdə olmuşdur. S6 onunla cinsi münasibətdə olması üçün ona pul və s. təklif etməmiş, aralarında olanları orda-burda danışmamağı tapşırmamışdır. S6lə orada bir az – 2 saat, 3 saat qalmış, hava çox soyuq olduğundan o, çoxlu üşümüş və S6ə onu oradan aparmasını xahiş demişdir. S6 bundan sonra onu A6gilə aparmışdır. A6 onları evə qoymaq istəməmişdir. O, A6a soyuq olduğunu, üşüdüyünü, getməyə evi olmadığını demiş, onu qovalamaması üçün yalva rmışdır. Ondan sonra A6gildə qalmış, paltarla qırmızı krovatda yatmışdır. A6 da divanda yatmışdır. Otaqda iki kreslo var idi, amma S6 harada yatdığını görməmişdir. Bir az sonra S6 onun yanına gəlmiş, onu kürəyi üstə uzatmış, onunla əvvəl qabaqdan, sonra isə arxadan cinsi əlaqədə (təbii və qeyri təbii yolla) olmuşdur. Sonra S6 çörək almağa getmiş, S6 getdikdən sonra A6 ona 5 manat təklif edib cinsi münasibətdə olmaq istədiyini bildirmiş, lakin o, istəməmişdir. Bundan sona A6 qapını daldan bağlamış, onu döyüb soyundurmış, onu qırmızı krovatın üstünə uzatmış, onula əvvəlcə qabaqdan, daha sonra isə arxadan (təbii və qeyri-təbii yolla) cinsi münasibətdə olmuşdur. Bir müddət sonra S6 qayıdıb gəlmiş, lakin nə o özü və nə də A6 S6ə bu barədə heç nə deməmişlər. S6 gələn zaman çörək, çay və bakuş al ıb gətirmiş, ona çay-çörək vermişlər. Saçını yuması üçün A6 su qoymuş, lakin o, saçını yumamışdır. Bundan sonra T6 A6gilə gəlib onu aparmışdır. T6 onu apararkən onun üst-başı toz olmuş, üstündən pis iy gəlmişdir. T6 ona qabyumaq işi təklif etmiş, lakin onun şəxsiyyət vəsiqəsi olmadığından T6 onu işə götürməmişdir. Təvəkülün yanında olarkən sonuncu onun vəziyyəti ilə maraqlanmış, ona nə olduğunu, üstündəki ləkələrin nə olduğunu soruşmuş, o, S6lə A6ın onu zorlamaları barədə ona şikayət etmiş, ona və T6ün arvadına hər şeyi danışmışdır. Lakin onu birinci dəfə evinə aparan kişidən qorxduğu üçün həmin kişi barəsində T6ə heç nə deməmişdir. Sonra polis ərazi rəisi ora gəlib T6ün yanında ona baxmış, ona bəzi suallar vermişdir. O, A6la S6in onunla cinsi münasibətdə olduqlarını polisə bildirmiş, laki n onu birinci dəfə evinə aparan kişi barədə polisə heç nə deməmişdir. Polis heç nə yazmayıb çıxıb getmişdir. Ondan sonra Əminə sabun alıb gətirmiş, onu yuyundurmuş, ona təzə paltar və yemək vermişdir. O, başına gələnləri Əminəyə də danışmış, Əminə S6in onun qohumu olduğunu bildirmiş, iki qızı olduğunu demiş və S6i polisə verməməyi xahiş etmişdir. Əminə ona A6ı polisə versə də, S6in adını çəkməməyi tapşırmışdır. O, T6dən onu evlərinə aparmasını xahiş etmişdir. Ondan sonra T6lə başqa bir qadın onu Keşləyə nənəsigilə aparmış, onu Hövsandan tapıb gətirdiklərini demişlər. O, nənəsigilə gedərkən heç bir yerə qaçmamış, nənəsigilin evini görən kimi göstərib nənəsigilin evi olduğunu T6ə demişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onu qara rəngli maşınla ilk dəfə evinə aparan kişinin ünvanını o, tanımamış, həmin kişi onu çiynindən vurmamışdır. O, S6lə gecə evə gedərkən, hasardan düşüb evə girərkən və ya evdə olarkən onun qolu və ayağı ağrımamışdır. A6 onunla cinsi münasibətdə olmaq istərkən o, razılaşmadıqda A6 onun əlindən və ayağından vurmuş, qolunu dartıb çıxartmışdır. O, S6lə görüşdüyü tarixi bilməmiş, evlərindən çıxdıqdan neçə gün sonra onunla görüşdüyünü xatırlaya bilməmişdir. Adını bilmədiyi kişi onunla qeyri-təbbi yolla cinsi əlaqədə olmamış, yalnız qabaqdan, yəni təbii yolla cinsi əlaqədə olmuşdur. Lakin S6 və A6 onunla həm təbii və həm də qeyri-təbii üsulla cinsi əlaqədə olmuşlar. Rövşən adlı şəxs onlarla qonşu olmuş, Rövşənin arvad-uşağı olmuş, onun Rövşənlə heç bir əlaqəsi olmamış, Rövşən onunla cinsi əlaqədə olmamışdır. Emin adlı şəxsi tanımamış, o nunla Novxanıda olmamış, Eminin evini tanımamış, onunla internetdə yazışmamış və onunla cinsi münasibətdə olmamışdır. O, internetin nə olduğunu bilsə də, kompyuterdən istifadə etməyi bacarsa da, internetdən istifadə etməyi bacarmamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin yekununda göstərmişdir ki, anasının şikayəti əsasında onlar polisdə və ya hadisə yerində olarkən anası və ya polislər onu vurmamış, onu S6ə və ya A6a şər-böhtan atmağa məcbur etməmişlər. Polislərə, müstəntiqə, hətta Sübhana da Samirin və A6ın onunla cinsi münasibətdə olduqlarını özü demişdir. İşdən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin dindirilməsi zamanı 23-cü polis bölməsində olarkən təqsirləndirilən Məhkum polis işçiləri tərəfindən döyülməsi barədə göstərdiklərini təsdiq etmişdir. Həmçin in, birinci instansiya məhkəməsində zərərçəkmiş Zərərçəkmiş şəxs ayrı-ayrı şahidlərin dindirilməsi zamanı məhkəmə araşdırması zərurəti ilə əlaqədar verilən suallara məhkəmə istintaqında verdiyi sərbəst ifadəsində göstərdiklərindən fərqli cavablar vermişdir. Belə ki, iş üzrə məhkəmə baxışında X31un dindirilməsi zamanı suallarına cavab olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs: -“Nərminə məndən soruşdu ki, paltarlarına nə olub? Mən də dedim ki, kişi eliyib. Amma S6in elədiyini demədim. Çünki qorxdum. T6ə də demişdim ki, kişi edib. Həmin vaxt A6 və S6 yanımda deyildi, lakin mən qorxduğum üçün onların elədiyini demədim”; - “kişi mənimlə cinsi əlaqədə oldu. S6dən əvvəl o mənimlə cinsi əlaqədə olmuşdu. 3 gün qaldım onun evində. O məni döymədi. Mənimlə cinsi əlaqədə oldu. Mən onunla cinsi əlaqədə olmaq istəmirdim. Kişinin ailəsi və balaca uşağı var idi. Mən kişi ilə həyət evində balaca otaqda qalırıdım. Ailəsi isə həmin həyətdə başqa evdə qalırdı” cavablarını vermişdir. Birinci instnasiya məhkəməsində zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsi ilə məhkəməyədək icraatda vermiş olduğu ifadə arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun məhkəməyədək icraatda vermiş olduğu 27 aprel, 19 oktyabr 2015-ci il və 04 fevral 2016-cı il tarixli ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş və müəyyən edilmişdir ki, o, anadangəlmə "orta ifadə olunmuş kəmağıllıq (ağır debillik dərəcəsində oliqofreniya)" xəstəliyindən, bununla da yaddaş zəifliyindən əziyyət çəkir, fikrini tam səlis ifadə edə bilmir. O, 04 aprel 2015-ci il tarixdə, saat təxminən 20 radələrində evin zibilini yaşadığı mənzildən 300-400 met r aralıda yerləşən zibilxanaya aparıb atmış, daha sonra piyada gəzmək üçün Heydər Əliyev proskpektinə çıxaraq nömrəsini xatırlamadığı sərnişin avtobusuna minmişdir. Sərnişin avtobusunun içərisində ondan başqa da adamlar olmuşdur. Daha sonra o, avtobusdan düşmüş, harda düşməsini yadında saxlamamışdır. Düşdüyü həmin yerdə qatarlar və restoran olmuşdur. O, restorana girmiş, orada bozbaş yemiş, evdən çıxan zaman üstündə olan 3 manatın 2 manatını yemək pulu vermişdir. Restoranda bir az oturduqdan sonra oturduğu stola təxminən 45-55 yaşlarında bir kişi gəlmiş, onu yeməyə dəvət etmiş və birlikdə bir kabinetə keçmişlər. Həmin kabinetdə kişidən başqa onun dostu və 2 nəfər qız da olmuşdur. Onlar spirtli içki içmiş, ona da təklif etmiş, lakin o, onlara içmədiyini demişdir. Hava qaraldıqdan sonra adın ı xatırlamadığı kişi restoranın kabinetində onu evə aparmağı və onunla cinsi əlaqədə olmağı ona təklif etmişdir. O, qorxduğundan kişinin qara rəngli yekə maşını ilə yerini xatırlamadığı bir həyət evinə getmişdir. Həmin evdə kişinin arvadı və iki böyük qızı da olmuşdur. Həmin kişi ailəsinə onu göstərərək kimsəsiz olduğunu dedikdə, kişinin arvadı ona qalmağı, çimməyi təklif etmiş, növbəti gün gedə biləcəyini demişdir. Daha sonra həmin kişi və onun ardvadı onu 2-ci mərtəbəyə qaldırmış, otaqda yer göstərmiş, o, həmin otaqda tək yatmışdır. Gecə o, yatarkən, o yatdığı otaqda olan ev telefonuna zəng gəlmiş, o, zəngə cavab verdikdə həmin kişi ona həyətə düşməyi təklif etmişdir. O, həyətə düşmüş, həyətdə gözləyən həmin kişi onu həyətdə olan balaca ayrı otağa salıb qapını arxadan bağlamış və onunla cinsi əlaqədə olmağı təklif etmişdir. O, kişiyə qız uşağı olduğunu demiş, lakin kişi heç nə olmayacağını demiş, aralarında olanları arvadına deməməyi tapşırmışdır. Kişinin deməsinə görə o, 3 dəfə evlənib ayrılmış, həmin arvadları da atmışdır. Bundan sonra kişi ona soyunması üçün 5 manat pul vermiş, lakin o, soyunmamışdır. Ona görə də kişi əsəbiləşərək əli ilə onun sağ çiyinindən və ayağından vurmuş, o, da ağlamışdır. Həmın kişi onun paltarlarını soyundurmuş və onunla qabaqdan cinsi əlaqədə olmuş, lakin arxadan olmamışdır. Həmin vaxt onun cinsi orqanından azca qan gəlmişdir. Onunla cinsi əlaqədə olandan sonra kişi ona “aramızda olanları heç kimə demə, mənim arvadım və uşaqlarım var, mənə yazığın gəlsin” sözlərini demişdir. Bundan sonra o, mənzilin yuxarı mərtəbəsinə qalxmış və kişinin arvad ının yanında yatmışdır. Səhər açılarkən kişinin arvad onun yanında yatdığını görüb səbəblərini soruşmuş, o, həyətdə olan itdən qorxduğunu demişdir. Səhər açıldıqda kişi evdə olmamış, onun işə getdiyini öyrənmişdir. O, 3 gün onlarda qalmış, həmin vaxtı kişinin arvadı ona baxmış, hətta onlarda çimmişdir. Həmin kişinin arvadı və valideynləri onunla yaxşı davranmışlar. 3 gün ərzində kişi gündüzlər evə gəlmişdir. 3 gün sonra həmin kişinin arvadı televizorda Zaurun verlişində onun (zərər çəkmiş Zərərçəkmiş şəxs) anasının onu axtardığını görmüş və kişiyə onu axtardıqlarını deyərək onu aparıb ailəsinə təhvil verməyi demişdir. Lakin kişi arvadına benzini olmadığını bildirmiş və evdə qalmasını istəmişdir. Bundan sonra o, kişinin arvadına öz evlərinə getmək istədiyimi bildirmişdir. Həmin arvad kağı za özünün mobil nömrəsini yazıb ona vermişdir. O, evdən gedərkən, həmin kişi onun əlində nömrəni görmüş və əlindən kağızı alaraq cırmışdır. O, həmin evdən çıxaraq xeyli piyada gedib yola çıxmış, orada nömrəsini bilmədiyi avtobusa minmiş, avtobusun sonuncu dayanacağı olan tanımadığı yerdə düşmüş və həmin yerdə olan avtobus dayanacağında dayanmışdır. Orada dayanan zaman 1-2 nəfər oğlan onun yanına gəlib ona kağızda nömrə vermiş, lakin o, kağızı cırmışdır. Həmin vaxt hava soyuq olduğundan o, üşümüşdür. Bir qədər sonra bir oğlan ona yaxınlaşmış, ondan niyə burda dayandığını soruşmuş, o, Keşləyə gedəcəyini bildirmişdir. Həmin oğlanın adı Z6 olmuşdur. Z6 ona gecə vaxtı avtobus olmadığından Keşləyə getməyin mümkün olmadığını demiş, ona yazığı gəlmiş, onu kafeyə çay içməyə dəvət etmişdir. O, kafey ə getmiş, Z6 həmin kafeni işlədən oğlana pul verib ona çay və rulet verməsini demişdir. O, ruletlə çay içmişdir. Kafenin işlədən ayağı axsaq oğlan isə ona yumurta vermişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs sonra göstərmişdir ki, o, Z6lə kafedə olarkən adının Samir olmasını sonradan bildiyi şəxs kafeyə gəlmiş, onun yanında qısa geyimi olan qız da olmuş, hətta orada o, qıza görə dava da düşmüşdür. Samir orada spirtli içki də içmişdir. Daha sonra Samir ona “qalmağa yerin yoxdu, gedək mənimlə qalaq” təklifini də vermişdir. Kafe bağlanmış, Z6 öz evlərinə getmiş, onu da Samir evə aparmışdır. Həmin evə barıdan (burada: hasar) tullanaraq keçmişlər. Həmin ev çox soyuq olmuşdur. Samir içkili olmuş, hətta ona toydan gəldiyini demişdir. Orada 1 ədəd dəmir çarpayı olmuş, o, həmin çarpayıda uzanmışdır. Bun dan sonra Samir onunla olmaq istədiyini bildirmiş, zorla onun paltarlarını çıxarmış və onunla qabaqdan və arxadan olmuşdur. Həmin vaxt onun cinsiyyət orqanından çoxlu qan gəlmiş, onun şalvarı qana bulaşmışdır. Hava soyuq olduğunudan xeyli vaxt sonra, Samir onu dostu A6gilə aparmışdır. Samir əvvəlcədən A6ı yığmış, hətta ona “yatma qız gəlir, qızın işini görərsən” kimi sözlər demişdir. Onlar A6gilə getmiş, A6 onları gözləmişdir. Həmin evdə də Samir onunla özü istəmədən olmuşdur. Daha sonra səhər açılmış, Samir yemək almağa getmişdir. A6 evdə tək qalmış, onu qabaqdan zorlamış, lakin ağrıdığından arxadan olmasına mane olmuş, A6 arxadan ola bilməmişdir. Bir az sonra Samir gəlmiş, onlar çörək yemiş, o isə yalnız çay içmiş və bir bakkuş yemişdir. Bir az keçdikdən sonra Samir T6ə zəng vuraraq ona kimsəsiz bir qız olduğunu bildirmiş və iş axtardığını demişdir. O, Samirlə A6a onu evə aparmalarını demiş, lakin Samir onu qorxuzmuş, onu polisə verməməyi demişdir. Hətta Samir ona “səndən soruşan olsa, qəsəbəyə təpəgöz qızla və qara 07 maşını ilə gəlməsini deyərsən” deməyi tapşırmışdır. Sonra T6 gəlmiş, onlar T6ə onun iş axtardığını demişlər. T6 də təndirxanada iş olduğunu demiş, onu maşına mindirmiş, Samir də onlarla birlikdə təndirxanaya getmişdir. Təndirxanaya getdikdən sonra Samir maşından düşüb harasa getmiş, T6 isə onun üstünün qan olduğunu görərək onun çimməsi üçün şərait yaratmasını Əminəyə tapşırmışdır. Əminə onu hamama salmış, onu çimizdirmiş, ona öz paltarlarını vermiş və o, geyinmişdir. O, Əminəyə paltarlarını yumaq istədiyini demiş, təndirxanada işləyən Nərminə ona sabun verm iş, o, paltarlarını yuyarkən Əminə ondan alaraq özü onun paltarlarını yumuşdur. Sonra ona yemək verilmiş, o, yemək yemişdir. Nərminə onun harada yaşamasını soruşduqda o, Keşlə qəsəbəsində yaşadığını demişdir. T6, sürücü və Nərminə ilə birlikdə Keşlə qəsəbəsinə getmiş, nənəsi Səmayənin evini tapmış, daha sonra nənəsinin evinə maması (anası) da gəlmiş, bir az oturduqdan sonra T6gil onu təhvil verərək evlərinə qayıtmışlar. O, evdə anasına zorlandığını demiş, anası bu barədə polis orqanlarına məlumat vermişdir. Bundan sonra o, həkimə aparılmış və müayinədən keçmişdir. Tədqiq olunan həmin ifadədə zərər çəkmiş Zərərçəkmiş şəxs adı ilə maraqlananlara öz adını demədiyini, həmişə adının A8 olmasını dediyini göstərmişdir. İşdən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs birinci instansiya məhkəmə baxı şı zamanı tədqiq olunan 19 oktyabr 2015-ci il tarixli ifadəsində həm ilk ifadəsindən və həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrindən fərqli bir ifadə verib, evlərindən Emin adlı şəxslə sonuncunun dostuna məxsus qara rəngli VAZ 2107 markalı maşınla qaçdığını, 3 gün ərzində onunla qaldığını, Eminin Novxanı qəsəbəsində tanımadığı bir həyətdə yerləşən, mebelli, şəraitli iki otaqlı bir evdə onunla zorla cinsi əlaqədə olduğunu, Eminin orta boylu, arıq bədən quruluşlu olduğunu, həmin vaxt əynində göy cins şalvar və qara rəngli köynək olduğunu, görəcəyi təqdirdə onu tanıya biləcəyini göstərmiş, sonra Eminlə olduğu həmin evdən çıxıb bilmədiyi bir avtobusla Hövsana getdiyini, Hövsanda Z6 adlı bir oğlanın dayanacaqdan onu kafeyə aparıb yemək verdiyini, sonra onu S6in gördüyünü qeyd etmiş, ifa dəsinin davamında isə 27 aprel 2015-ci il tarixli ifadəsində göstərdiyi xüsusatları bir daha göstərmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs sonuncu - 04 fevral 2016-cı il tarixli ifadəsində göstərmişdir ki, A6gilin evində olarkən S6 onun paltarlarını tam soyundurmaqla onunla təbii yolla, yəni qabaqdan cinsi əlaqədə olmuş, bundan sonra S6 A6 olan otağa keçmiş və S6in A6a “get sən də qızın işini gör, mən gedirəm dükana” sözlərini dediyini eşitmişdir. S6 getdikdən sonra A6 onu qonaq otağına çağırmış, elektrik çaydanını (Tefal kimi) ona vermiş, o, çaydana su töküb qaynatmış, çay hazırlayıb balaca tortla çay içmişdir. Bundan sonra A6 onu yataq otağına aparmış, onu həmin otaqda soyundurmuş, o, üstünü yığışdırdığı, üstündə bənövşəyi, qırmızı ədyalı olan krovatın üstünə uzanmış, A6 onunla cinsi əlaqəd ə olmuşdur. Həmin vaxt ondan az miqdarda qan gəlmişdir. S6 və A6 onunla qaranlıq otaqda cinsi əlaqədə olduqlarından o, onların cinsiyyət orqanını görə bilməmişdir. İşdə olan zərərçəkmiş Zərərçəkmiş şəxs ilə təqsirləndirlən Məhkum arasında keçirimiş üzləşməyə dair dindirmə protokolundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı sərbəst ifadəsində təqsirləndirlən Məhkumla əlaqədar göstərdiyi xüsusatliarı onun üzünə qarşı bir daha təsdiq etmiş, həmçinin Z6lə kafedə olarkən S6in qısa yubkalı bir qızla kafeyə gəldiyini, S6in orada spirtli içki içdiyini və hətta həmin qıza görə kafedə dava düşdüyünü də göstərmişdir. Üzləşməyə dair dindirmə protokolunun tədqiqi ilə bağlı təqsirləndirlən Məhkum göstərmişdir ki, üzləşmə protokolu natamam tərtib olunmuş, üzləşmə zamanı onun ka fedə oturan polis əməkdaşına, yoldan keçən polis post-patrul əməkdaşlarına və T6 Astanovun təndirxanasına gələn ərazi rəisi X36 Mustafayeva barəsində verdiyi məlumatlar həmin protokola qeyd olunmamışdır. Bundan başqa, üzləşməyə dair dindirmə protokolunun tədqiqi ilə bağlı zərərçəkmiş Zərərçəkmiş şəxs üzləşmə ilə bağlı təqsirləndirilən Şamil Ağaməmmədovun məhkəmədə göstərdiklərini təsdiq edib, onun valideynlərinə verilməsi ilə bağlı S6in polisə məlumat verdiyini, Z6lə birlikdə kafedə olarkən S6in yanında qısa yubkalı qız olması, həmin qıza görə kafedə dava düşməsi, S6in kafedə spirtli içki qəbul etməsi barədə istintaq zamanı vermiş olduğu sərbəst ifadəsində və üzləşmə zamanı göstərdiklərinin doğru olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş Zərərçəkmiş şəxs qanuni n ümayəndəsi X6 ifadəsində göstərmişdir ki, o, qızları X8 və A8 Mustafayevalarla birlikdə Keşlə qəsəbəsində, şəxsi evdə yaşayırlar. Rəsmi qaydada evli olduğu əri İlham isə 15 ildir ki, Rusiya Federasiyasında yaşayır. Zərərçəkmiş şəxs anadangəlmə «orta ifadə olunmuş kəmağıllıq» (ağır debillik dərəcəsində oliqofreniya) diaqnozu ilə xəstədir və 26 saylı şəhər poliklinikasında qeydiyyatdadır. O, fikrini tam, səlis ifadə edə bilmir, yaddaş zəifliyindən əziyyət çəkir. Ona görə də X8in sərbəst olaraq küçəyə çıxmasına, alış-veriş etməsinə tərəflərindən, əsasən icazə verilmir, X8 heç vaxt evdən tək olaraq çıxıb harasa getməmişdir. Mehbarə Mustafayeva göstərmişdir ki, 04 aprel 2015-ci il tarixdə, saat təxminən 20 radələrində evdə olarkən o, X8in evin küçə qapısının ağzında dayandığını görmüşdür. Həmin gün böyük qızı A8 Mustafayevanın ad günü olduğundan başı ev işlərinə qarışmış, o, X8in evdən çıxmasını görməmişdir. X8in harasa getdiyini bildikdə o, X8i axtarmaq üçün çıxarkən az əvvəl qapının ağzına qoymuş olduğu zibilin yerində olmadığını görmüşdür. Özünün anası Səmayəyə zəng vuraraq X8in onlarda olubolmadığını soruşmuş, lakin anası X8in onlara gəlmədiyini bildirmişdir. Bütün Keşlə qəsəbəsində X8i axtarmış, lakin tapa bilməmişdir. Gecəyə kimi X8i gözləsə də X8 evə gəlməmişdir. X8 özü mobil telefon işlətmədiyindən onunla əlaqə yarada bilməmişlər. Gecə saat 01 radələrində qardaşı Xəyalla Nizami rayonun 23-cü polis bölməsinə gedərək qızı X8in evdən çıxıb getməsi ilə bağlı məlumat vermişdir. 07 aprel 2015-ci il tarixdə ATV kanalının studiyasına gedərək orada yayımlanan “Öz aramızda” verili şinə orada X8in şəklini göstərib itməsini bildirmiş, köməklik göstərmələrini xahiş etmişdir. 08 aprel 2015-ci il tarixdə yenə də ATV kanalına getmiş, lakin bir məlumat ala bilməyib evinə qayıtmışdır. Təxminən saat 19 radələrində bacısı Könül ona zəng vuraraq X8in tapılaraq anası Səmayəgilə gətirildiyini bildirmişdir. O, taksi ilə dərhal anasıgilə getmiş, evə daxil olub həqiqətən X8i evdə görmüşdür. Həmin vaxt anasıgildə əvvəllər tanımadığı T6 adlı kişini görmüş, onun yanında adını xatırlamadığı başqa bir kişi və Nərminə adlı qadın olmuşdur. O, X8i hardan tapdıqlarını soruşduqda X27 qəsəbəsində yolun kənarından tapdığını bildirmişdir. Nərminə X8in üst-başının tozlu olduğunu, paltarlarının Əminə tərəfindən yuyulduğunu, özünün isə çimdiyini bildirmişlər. X8in deməsinə görə o, hansısa kafedə televiziya verilişinə baxarkən onu görmüş və anasının onu axtardığını demiş və onu evə aparmalarını istəmişdir. Lakin T6 maşınının benzini olmadığını demişdir. X8i gətirənlər bir qədər oturmuş, çay içmiş, gedərkən onlar T6ə mükafat olaraq qızıl və pul təklif etmələrinə baxmayaraq, sonuncu qəbul etməmişdir. X8 evə gəldikdən sonra çiyninin ağrıdığını demiş, lakin niyə ağrıdığını deməmişdir. 08 aprel tarixdən 09 aprel tarixə keçən gecə, saat təxminən 3-də X8i gətirən T6 onun mobil telefonuna zəng edib “bacı, axı belə olmaz, sənin qızın mənə zəng edir” demişdir. O, T6ə X8in xəstə olduğunu bir daha bildirmiş, onun nömrəsini blaknota yazdığını, axırıncı nömrə olduğundan X8in ora baxıb bilməyib səhv yığdığını izah etmiş və buna görə ondan üzr istəmişdir. Hətta buna görə X8i tənbeh etmişdir. X8in tapılması barədə 23-cü PB-nin təhqiqatçısı Cavidan adlı təhqiqatçıya məlumat vermiş, sonuncu X8i məhkəmə-tibbi ekspertizaya aparıb müayinədən keçirmişdir. Növbəti gün, yəni 09 aprel 2015-ci il tarixdə təkrarən bölməyə getdikdə X8in bədəni üzərində və cinsi orqanında zorlamaya xarakterik xəsarətlər olduğu, həmçinin qızlıq pərdəsinin pozulduğunu öyrənmişdir. X8dən 4 gün ərzində haralarda olması və yaşaması barədə soruşduqda, sonuncu əvvəlcə başına gələnlər barədə heç nə deməsə də, sonradan zorlandığını demişdir. X8in evdən çıxıb gedən zaman onun bakirə olduğunu bilmişdir. X8in deməsinə görə onu tanımadığı bir kişi evinə apararaq zorlamış, ona 5 manat da pul vermişdir. Daha sonra deməsinə görə avtobusla harasa gedib bir dayanacaqda dayanıb, oradan da S6 və A6 aparıb onunla cinsi əlqədə olmuş dur. X8 ona Emin adlı şəxs barədə heç nə, o cümlədən onunla cinsi əlaqədə olması barədə heç nə deməmiş, o, özü şəxsən Emin adlı şəxsi tanımamışdır. Mehbarə Mustafayeva ifadəsində göstərmişdir ki, hadisə ilə əlaqədar onlar 23-cü polis bölməsində olarkən təqsirləndirilən Məhkum və A6 adlı şəxs də ora gətirilmiş, S6 X8lə cinsi əlaqədə olduğunu boynuna almadığından tanımadığı polis işçiləri Samiri möhkəm döymüş, X8 S6in döyüldüyünü görüb qorxmuş, hətta oradan qaçmaq istəmişdir. O, X8i görə bilməyəcəyi yerə çəkib aparmış, onlar S6in nə vaxtadək döyüldüyünü görməmişlər. Birinci instansiya məhkəməsində X3 ifadəsində göstərmişdir ki, o, 07 aprel 2015-ci il tarixdə, saat təxminən 23 radələrində Suraxanı rayon Hövsan qəsəbəsi, 1 nömrəli Zeytun Sovxozunda yerləşən «Bizim məkan» kafesindən çıxıb «Seym urun kafesi» kimi tanınan kafeyə getmək istərkən həmin kafe ilə üzbəüz yerləşən avtobus dayanacağının qarşısından keçərkən əvvəllər görmədiyi və tanımadığı, təxminən 20 yaşlarında bir qızın – baxılan iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs «161» nömrəli sərnişin avtobusundan düşərək dayanacaqda dayandığını və öz-özünə güldüyünü görmüş, lakin əhəmiyyət vermədən yoluna davam etdərək Seymurun kafesinə getmişdir. «Seymurun kafesi»ndə təxminən 10-15 dəqiqə oturandan sonra yenidən «Bizim məkan» kafesinə getmək qərarına gəlmiş və bunun üçün oradan çıxmışdır. Avtobus dayanacağına çatan zamanı X8in yenə də eyni yerdə dayandığını görmüş, o, əllərini çarpaz vəziyyətdə sinəsinə qoyaraq üşümüş kimi dayanacaqda gəzişmişdir. O, həmin qızın Hövsanı tanımadığını başa düşərək ona yaxınlaşmış və ondan hara getm ək istədiyini və hər hansı kömək lazım olub-olmadığını sorşmuşdur. X8 gülə-gülə Keşlə qəsəbəsində qaldığını, evinə getmək istədiyini ona demişdir. O, qızdan Keşlə qəsəbəsinə necə gedəcəyini soruşduqda sonuncu, çiynini atmış, necə gedəcəyini bilmədiyini demişdir. Ondan yol pulu olubolmadığını soruşduqda, həmin qız pulunun olmadığını demişdir. X8lə danışıq zamanı o, qızın kəmağıl olduğunu hiss etmişdir. X8in əynində ağ gödəkçə, gödəkçənin altından geyindiyi qırmızı rəngə çalan kofta, cins şalvar olmuş, koftasının alt düyməsi qırıldığından açıq olmuş, həmçinin sacları dağınıq vəziyyətdə olmuşdur. O, qızın üşüdüyünü görüb, ona özünün əynində olan kurtkanı alıb geyinməsini təklif etmiş, lakin X8 kurtkanı geyinməkdən imtina etmişdir. Onun X8ə yazığı gəlmiş, üşüməsinin qarşısını almaq məqsədi i lə onu «Bizim məkan» kafesinə dəvət etmişdir. X8 onun dəvətini qəbul edib onunla birlikdə kafeyə getmişdir. O, «Bizim məkan» kafesini işlədən Azad adlı şəxsə yaxınlaşıb ona qızın xəstə olduğunu və azaraq Hövsana gəldiyini demiş, həmçinin Azada öz cibindən 2 manat pul verib, qıza çay və şirniyyat - rulet almış, X8 ruletlə çay içmişdir. Hətta kafeni işlədən Azad qızın ac olduğunu görüb öz hesabına ona qaynadılmış yumurta və çörək vermiş, X8 həmin yeməyi də yemişdir. X8 kafenin giriş qapısından sağda yerləşən 1-ci stolda oturmuşdur. Kafedə onlardan başqa tanımadığı başqa adamlar da olmuş, onlar oturub istirahət etmiş, kimisi çay içmiş, kimisi yemək yemişdir. X8lə kafedə olarkən onun şalvarının arasında qurumuş qan ləkəsi görmüş, ondan çox pis iy gəldiyini hiss etmişdir. Onlar «Bizim məkan» ka fesində olarkən təqribən 40-45 dəqiqə sonra Hövsan qəsəbəsinin Zeytun Sovxozunda yaşayan, əvvəllər tanıdığı, hazırda baxılan iş üzrə təqsirləndirilən şəxs Məhkum həmin kafeyə gəlmiş, əvvəlcə onunla görüşmüş, daha sonra digər masada əyləşən X8i göstərərək kim olduğunu soruşmuşdur. O, S6ə soruşduğu qızın xəstə olduğunu və tanımadığını, lakin qızın dayanacaqda dayanıb üşüdüyünü görərək onu kafeyə gətirdiyini demişdir. Həmin vaxt kafedə mülki geyimdə adını və digər anket məlumatlarını bilmədiyi, amma üzdən tanıdığı və polis işcisi olduğunu bildiyi bir nəfər polis əməkdaşı olmuş, lakin faktiki həmin şəxsin həmin vaxt işəyib-işləmədiyini bilməmişdir. O, və S6 X8i polis olmasını bildikləri həmin şəxsə göstərib onun azdığını, evini tapa bilmədiyini demiş, ona köməklik etməsini xahiş etmişlər. Poli s ona «qalsın, 20 dəqiqəyə gəlib apararıq» deyib getmiş, lakin nə qədər gözləsələr də polis gəlib çıxmamışdır. İncidilə biləcəklərindən ehtiyyat edib, özləri X8i polisə aparmamışlar. Az sonra S6 əmisi oğluna məxsus olan, kirayəyə vedikləri mənzilin boş olduğunu, qızla bərabər gedib həmin ünvanda qalmağı ona məsləhət görmüş, səbəb kimi qızın qalmağa yerinin olmadığını göstərmişdir. S6in əmisi oğluna məxsus kirayə verilən həmin evi o, tanımış, S6gilin evi ilə həmin evin arası təxminən 15-20 metr olmuşdur. Təxminən 10 dəqiqə sonra kafeni işlədən Azadın kafeni bağlamaq istədiyini dediyindən orada olanlar kafedən çıxmış, o, S6 və X8 axırıncı adam olaraq kafedən bayıra çıxmışlar. Bayıra çıxdıqdan sonra təxminən 3-5 dəqiqə S6lə aralarında söhbət olmuş, S6 onlarla birlikdə boş olan mənzilə getməyi təklif etmiş, lakin o, S6ə «qayıda bilsəm, gələrəm» demiş və onlardan ayrılmışdır. Bundan sonra S6 X8lə birlikdə ondan ayrılaraq Zeytun Sovxozunun içəri küçələrinə tərəf, yəni S6gilin evləri tərəfə getmişlər. O, isə kafenin yanında olan dükana girərək evə çörək və su alaraq yaşadığı evə getmiş, lakin oradan iş üçün karyerə getmiş, S6gilin yanına qayıtmamışdır. Bundan sonra onun S6dən və X8dən məlumatı olmamış, qızın taleyinin necə olduğunu bilməmişdir. Həmin gündən sonra bir neçə dəfə S6i görmüş, X8 barədə maraqlandıqda, S6 ona “yoluna qoyduq getdi” cavabını vermiş, əlavə heç bir məlumat verməmişdir. X8lə görüşdükdən ayrılanadək ondan adını soruşmamış, X8 özü bu barədə ona heç nə deməmiş, qızın adının X8 olduğunu istintaqın gedişatında öyrənmişdir. Birinci instansiya məhkəməsində X3nun mə hkəməyədək icraatda vermiş olduğu ifadəsi ilə məhkəmə baxışı zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər müəyyən edildiyindən, şahid Z1n ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuşdur. Belə ki, şahid Z6 Süleymanov elan edilməklə tədqiq olunan həmin ifadəsində məhkəmədəki ifadəsindən fərqli olaraq göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə «Bizim məkan» kafesində olarkən kafenin içərisi işıqlı olmuş, o, X8in paltarlarında, o cümlədən şavlarında qan ləkələri, həmçinin onun bədən səthində gözlə görünən xəsarət görməmişdir. Həmçinin həmin ifadəsində, məhkəmədə göstərdiklərindən fərqli olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ilə «Bizim məkan» kafesində olarkən həmin kafedə mülki geyimdə adını və ya anket məlumatlarını bilmədiyi, amma üzd ən tanıdığı və polis işcisi olduğunu bildiyi bir nəfər polis əməkdaşının olması, təqsirləndirilən Məhkumla birlikdə zərərçəkmiş Zərərçəkmiş şəxs kömək etməsi üçün həmin polis əməkdaşına müracitə etmələri və polis əməkdaşının sonrakı hərəkətləri barədə heç nə göstərməmişdir. Ən nəhayət təqsirləndirilən Məhkum zərərçəkmiş şəxslə birlikdə onun əmisi oğluna məxsus evə getmək barədə təklifini konkret olaraq qəbul etmədiyini və işi olduğu üçün evə gedəcəyini deməsini göstərmişdir. X3 müəyyən olunan ziddiyyətlərlə bağlı məhkəmə baxışında göstərmişdir ki, ibtidai istintaq zamanı o, ifadəsini sözlə danışmış, ifadələri müstəntiq tərəfindən kompüterdə yazılmış, ifadəsi tamamlandıqdan sonra onun özü tərəfindən oxunmadan imzalanmışdır. İbtidai istintaq zamanı qızın, yəni zərərçəkmiş Zərərçəkmiş şəxs şalvarında qan ləkəsi olduğunu və Zərərçəkmiş şəxs ilə «Bizim məkan» kafesində olarkən həmin kafedə polis əməkdaşının olduğunu da ifadəsində göstərmişdir. Belə ki, həmin polis kafeyə tez-tez gəlmiş, onu kafeni işlədən Azadın özü də tanımışdır. Birinci instansiya məhkəməsinin təşəbbüsü ilə dəvət olunub şahid qismində dindirilən X39 ifadəsində göstərmişdir ki, o, «Bizim məkan» kafesini işlətmişdir. Dəqiq xatırlamadığı tarixlərdən birində Z6 Süleymanov bir qızla axşam kafeyə gəlmiş, 2 manat pul verib yeməyə rulet istəmişdir. Z6in işarə ilə qızın xəstə olduğunu, yolda dayanıb üşüdüyünü ona demişdir. O, rulet və çay vermişdir. Qızı tanımasa da, ona yazığı gəlmiş, öz hesabına əlavə olaraq yumurta və göyərti də vermişdir. Qıza diqqətlə baxdıqda onun üşt-başının natəmiz olduğunu görmüş, ondan çox pis iy gəldiyini hiss etmişdir. Lakin qızın kimliyi, hardan gəlib, hara getməsi ilə maraqlanmamışdır. Həmin vaxt təqsirləndirilən şəxs Məhkum da kafeyə gəlmiş, kimisə soruşub oturmuşdur. Onun Z6 və ya tanımadığı qızla söhbət edib etməməsinə fikir verməmiş, digər müştərilərlə məşğul olmuşdur. S6 sərxoş olmamış, ayrıca bir stolda oturub çay içmişdir. S6 kafeyə gələrkən onun yanında qısa yubkalı qız və ya qeyrisi olmamış, hansısa qıza görə kafedə dava düşməmiş, S6 kafedə spirtli içki qəbul etməmişdir. Azad Əliyev ifadəsinin davamında göstərmişdir ki, həmin vaxt kafeyə başqa müştərilərlə yanaşı, polis olduğunu bildiyi, lakin anket məlumatlarını və harada hansı vəzifədə işlədiyini bilmədiyi mülki geyimdə hündürboylu bir nəfər polis əməkdaşı da gəlmişdir. Həmin şəxsin polis əməkdaşı olduğunu o, ağızdan-ağıza eşitmişdir. Z6 həmin şəxsə müraciət edib qızın avtobusdan düşüb azdığını, xəstə olduğunu, hara gedəcəyini bilmədiyini bildirmiş, kömək etməsini xahiş etmişdir. Polis kimi bildiyi həmin şəxs 10 dəqiqəyə gələcəyini deyib getmiş, lakin geri qayıtmamışdır. Təqribən bir saat gözləmiş, sonra isə kafeni bağlamışdır. O, kafeni bağladıqdan sonra kimin hara getdiyini, nə işlə məşğul olmalarını o, bilməmişdir. Hətta S6 və Z6 qızın gecələməsi üçün kafedə qalmasını təklif etdikdə, o,buna razı olmamışdır. Növbəti gün S6i görmüş, o, axşam kafedə olmuş qızla bağlı hansısa bir gözü kor olan qızı axtarmışdır. Lakin o, S6in dediyi əlamətlərdə qız tanımadığından S6ə köməklik edə bilməmişdir. S6in deməsinə görə həmin qızla bağlı Şahinə zəng edib bildirmiş və onu harasa aparmışlar. Bundan 10-15 gü n sonra isə həmin kafeni ümumiyyətlə bağlamış, həmin polisi bir daha görməmişdir. Hadisə barədə isçə onun heçbir məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində şahid X23 ifadəsində göstərmişdir ki, o, Hövsan qəsəbəsi, Zeytun sovxozu, Məktəbli küçəsi, ev 4 A üvanında yerləşən özünə məxsus evdə iki övladı və həyat yoldaşı ilə birlikdə yaşamışdır. Lakin hədisədən təqribən bir ay əvvəl həyat yoldaşı və uşaqları qaynanası gilə getdiklərindən o, hadisə ərəfəsində evdə tək yaşamışdır. 07 aprel 2015-ci il tarixdən 08 aprel 2015-ci il tarixə keçən gecə öz evində tək yatarkən evin giriş qapısının kilidi işləmədiyindən, it-pişik girməməsi üçün qapının arxasına stul qoymuşdur. Səhər saat təxminən 06 radələrində yatmış vəziyyətdə olarkən mənzilin qapısının açıldığını və qapının arxasına qoyduğu s tulun aşdığını eşidib oyanmış, tez yataqdan qalxıb qapı istiqamətində getdikdə, mənzilin girəcəyində təqribən 20 il ərzində tanıdığı qonşusu, baxılan iş üzrə təqsirləndirilən şəxs Məhkum görüb təəccüblənmiş, ondan «bu vaxt nəyə gəlmisən?» deyib soruşduqda, sonuncu qısaca olaraq axşam saatlarında Hövsan qəsəbəsində, Zeytun sovxozunun axırıncı avtobus dayanacağı tərəfdə olarkən kafedə Z6 adlı məhəllə uşağının yanında bir qız gördüyünü, Z6in qızı ona tapşırıb evinə gedib qayıdacağını bildirib getməsini, lakin qayıtmadığını, kafe bağlandığından həmin qıza yazığı gəldiyi üçün məcburiyyət qarşısında onu əmisi oğlunun evinə apardığını, ev şəraitsiz və soyuq olduğundan oradan çıxmaq məcburiyyətində qaldıqlarını bildirmiş, ailəsi evdə olduğundan həmin qızı öz evinə aparmağa utandığını demiş, səhər açılanadək qızla birlikdə onun evində qalmağa razılıq verməyi ondan xahiş etmişdir. Bir qonşu və yaxın münasibətdə olan bir şəxs kimi S6 onun ailə üzvlərinin evdə olmadığını bilmişdir. S6 2005-ci ilədək dəfələrə onun evində olmuş, hətta bəzən gecələri də qalmışdır. Lakin 2005-ci ildən sonra S6 onlarda qalmamışdır. Yaxın münasibətlərinin olmasına baxmayaraq, o, S6in xahişini qəbul etməmiş, ailəsinin eşidib biləcəyi təqdirdə, sözsöhbətə səbəb ola biləcəyindən qorxaraq icazə verməmişdir. Bundan sonra S6 mənzildən bayıra çıxarkən S6i yola salmaq üçün o da bayıra çıxmış, mənzilin giriş qapısının bayır hissəsində əvəllər görmədiyi və tanımadığı, təxminən 18-20 yaşlarında, bəstə boy, nisbətən dolu bədənli bir qızın – baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dayandığı görmüşdür. S6 onu qıza işarə edib icazə vermədiyini dedikdə, qız ona yalvarmağa başlamış, çətinliklə ona «əmi, soyuqdur, üşüyürəm, acam, qovma məni» demişdir. O, qızın danışığından, yəni çətin başa düşüləsi sözlər işlətdiyindən qızda hansısa bir xəstəlik olduğunu hiss etmiş, ona görə də ürəyi yumşalmış və bundan sonra onların hər ikisini evinə buraxmışdır. X44 göstərmişdir ki, S6 X8lə onlara gələn zaman onun əynində şalvar, köynək və jilet, qızın əynində isə ağ rəngdə tüklü gödəkcə və göy şalvar olmuşdur. Qızın paltarları çirkli və çırıq olmuş, həmin vaxt qaranlıqn olduğundan onun şalvarında qan ləkəsi olub-olmamasına o, fikir verməmişdir. Lakin içəridə işıq altında baxarkən onun şalvarında tünd rədgli ləkələr olduğunu görsə də, bunun qan ləkələri ola biləcəyini ağlına belə gətirməmişdir. Amma qızdan xoşag ədməz iy gəlməsi, onu hələ gördüyü ilk andan hiss olunmuşdur. X8 evə daxil olduqdan sonra bir stəkan çay içmiş, sonra o, S6lə birlikdə onu qonaq otağına keçirmiş və qonaq otağında olan çarpayını ona göstərərək orada yatacağını bildirmişdir. Bundan sonra o, S6lə birlikdə özünün yatdığı otağa keçmiş, o, elə yatdığı divanda da uzanmış, S6 isə onun yatdığı otaqda olan kresloda yarı uzanmış şəkildə dincəlməyə başlamışdır. O, yuxuya getmiş, lakin bir müddət sonra qızın yatdığı otaqdan zarıltı səsləri eşidib dərhal yerindən qalxmış və həmin qızın yatdığı otağa keçmişdir. Otağa daxil olduqda qızın uzanmış vəziyyətdə çiynini tutduğunu görüb onun ağrıdığını başa düşmüşdür. S6 isə həmin vaxt X8in yanında oturaraq ona «Səni kim vurub, nəyə görə evdən qaçmısan, anan səni niyə evə qoymur?» kimi suallar vermişdir. Bundan sonra o, S6i özünün yatdığı otağa çağıraraq ondan qızın nəyə görə ağrıdığını soruşmuş, sonuncu qızın kiminsə tərəfindən döyülərək Hövsan qəsəbəsinə gətirildiyini və burada azdırıldığını bildirmişdir. Artıq hava işıqlanmağa başladıqda S6 öz evinə gedib qayıdacağını bildirərək evdən çıxmış, sonuncu evdən çıxarkən o, S6dən səhər yeməyinə bir şey alıb gətirməyi xahiş etmişdir. Onların evi ilə S6gilin evi arasında 100-150 metr məsafə olmuş, əmisioğlu Kmandarın evi isə S6gilin evinə onlardan daha yaxın olmuşdur. S6 getdikdən sonra o, az bir müddət X8lə söhbət etmiş, sorğu-suala cavab olaraq X8 ona Keşlədə yaşadığını demiş, qara rəngli, 07 markalı maşınla Nicat adlı şəxsin və saçı kare olan və bir gözü kor olan iki qızın onu Hövsana gətirdiklərini bildirmişdir. Hətta X8dən ona t oxunan, yəni cinsi münasibətdə olan olub-olmadığını soruşduqda, sonuncu kiminsə onunla cinsi münasibətdə olmadığını bildirmişdir. X8 danışa-danışa yuxuya getmişdir. Az bir vaxt sonra S6 qayıdıb gəlmiş, gələrkən özü ilə şirniyyat, çörək, yağ və yumurta gətirmişdir. Həmin vaxt o, özünün siqaretinin qurtardığını görüb evinin yaxınlığında yerləşən marketə gedərək siqaret və əl-üz yumaq üçün sabun alıb qayıtmışdır. X8 təklikdə evdə qalmamışdır. O, demək olar ki, S6lə eyni vaxtda çıxıb eyni vaxtda qayıtmışlar. Saat təxminən 10 radələrində o, X8i yuxudan oyatmış, sonuncu əl-üzünü yumuş və özü tək əyləşərək səhər yeməyi yemişdir. X8 səhər yeməyi yeyərkən o, S6ə qızı polisə təhvil verməyi təklif etmiş, lakin X8 buna etiraz edərək ağlamağa başlamış, ağlaya-ağlaya anasının onu döyüb pul qazanmaq üçün evdən qovduğunu bildirmiş, ona görə evə qayıtmaq istəmədiyini, qalıb işləmək istədiyini bildirmişdir. Ona görə də S6 Hövsan qəsəbəsində sahibkarlıqla məşğul olan T6ü xatırlamış, T6ün təndirxanasında həmin qızın işləyə biləcəyini və orada şərait olduğundan elə orada da qala biləcəyini demişdir. Bundan sonra S6 onun telefonu ilə T6ə zəng vurub onun (X38) evinə gəlməsini xahiş etmişdir. Təxminən 30 dəqiqə sonra T6 gəlmiş, X29 göstərib onu döyülmüş halda dayanacaqdan tapdığını və yazığı gəldiyi üçün özü ilə saxladığını bildirmişdir. O, (X44) şəxsən özü qız barədə polis orqanlarına məlumat verməsini T6dən xahiş etmişdir. T6 ona narahat olamamağı tövsiyə edib, qız barəsində ya polis bölməsinə məlumat verəcəyinə, ya da həmin qızın valideynlərini taparaq onlara qaytaracağına söz vermişdir. T6 S 6ə «var-yox» söyüşü qoyub, həmin qızla əxlaq mənasında aralarında nə isə olub-olmamasını soruşmuş, S6 qızla onların arasında heç nə olmadığını demişdir. T6 özü qızla da ətraflı söhbət etmiş, S6in və onun (X38) ona nəsə edib-etməmələrini soruşmuş, X8 ona heç nə etmədiklərini bildirmişdir. Bundan sonra T6 polis ərazi rəisi Şahinə zəng edib X8 barədə məlumat vermişdir. Telefon danışığından sonra, T6ün deməsinə görə, Şahin hansısa tədbirdə olduğunu ona demiş və qızı obyektinə aparıb orada onu gözləməyi tapşırdığını bildirmişdir. Əslində onlar T6dən Şahinin nömrəsini alıb özləri qız barədə məlumat vermək istəmişlər. Lakin qız ağlayaraq anasının onu döyüb evdən qovduğunu və buna görə də evlərinə qayıtmaq istəmədiyini dediyindən onlar T6ə qızın qalıb burada işləmək istədiyini bildirmişlər. Bundan sonra T6 qızı özü ilə aparmış, onlar gedərkən S6 də onlarla getmişdir. Həmin gün, yəni 08 aprel 2015-ci il tarixdə, axşam saat 18 radələrində isə T6 ona zəng edib, qızın ailəsinin Keşlə qəsəbəsində tapıldığını və onu aparıb ailəsinə təhvil verdiyini bildirmişdir. Daha sonra X44 göstərmişdir ki, o, X8lə heç bir formada cinsi əlaqədə olmamış, lakin bu işə görə onun möhkəm başı ağrımışdır. Belə ki, 2015-ci ilin aprel ayının sonlarında Nizami RPİ-yə çağrılmış, oradan prokurorluğa aparılmış, orada şahid kimi dindirilmiş və hazırda məhkəmədəki ifadəsinə uyğun ifadə vermiş, zərər çəkmiş Zərərçəkmiş şəxs toxunmadıqlarını, ona yataq və yemək verdiyini bildirmişdir. Bir-iki gün 23-cü polis bölməsində saxlanılmış, polis bölməsində o, döyülmüş, amma S6ə işgəncə verilmiş, hər ikisindən X8lə cinsi əlaq ədə olmağı etiraf etmək tələb olunmuşdur. İşgəncəyə görə S6 etirafedici izahata imza etsə də, o, tələb olunanı qəbul etməmişdir. Ekspertiza keçirmək üçün onun paltarları, evinin döşək üzləri, krovatın örtüyü götürülmüşdür. O, özü ekspertizadan keçirilmiş, onun bədənində xəsarət izləri aşkar edilməmişdir. Lakin sonradan həm qızda və həm də onda hansısa dəri xəstəliyi aşkar olunduğunu öyrənmişdir. Özündə hər hansı xoşagəlməz xəstəldik olmasından onun özünün xəbəri olmamış, o, ailəli olmuş, ailəsinə xəyanət etməmiş, X8lə intim münasibətdə olmadığından sonuncunu o, yoluxdurmamışdır. X44 ifadəsinin yekununda göstərmişdir ki, 04 fevral 2016-cı il tarixdə onunla zərərçəkmiş Zərərçəkmiş şəxs arasında onun qanuni nümayəndəsinin iştirakı ilə üzləşmə keçirilmiş, üzləşmə zamanı X8 onun evində olarkən S6in onunla cinsi əlaqədə olduğunu göstərsə də, onun (A6 Mehdiyevin) onunla cinsi əlaqədə olmadığını israrla bildirmiş, onun barəsində şikayət etmədiyini göstərmişdir. Həmçinin, məhkəmə baxışı zamanı X38 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi tədqiq olunaraq müəyyən edilmişdir ki, X44 məhkəmədəki ifadəsindən fərqli olaraq tədqiq olunan həmin ifadəsində təqsirləndirilən Məhkum X8lə onlara gələn zaman S6in X8i kafedə aşkar edib əmisi oğlunun evinə aparldığını, soyuq olduğu üçün onun evinə gətirdiyini bildirməmiş, əksinə dayanacaqda bir nəfər xəstə qızın üşüdüyünü görüb ona yazığı gəldiyini və həmin qızı özü ilə gətirdiyini bildirmiş, həmçinin həmin qızla bu vaxta qədər, yəni 06 radələrinədək küçələrdə qaldığını dediyini qeyd etmiş, həmin ifadəsində X8in əynində olan paltarlar barədə, X8in əynindəki paltarların çirkli və çırıq olması barədə məlumat verməmiş, işıq altında baxarkən X8in şalvarında tünd rədgli ləkələr olmasını gördüyünü göstərməmişdir. İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən X44 məhkəmə baxışı zamanı verdiyi ifadəsinin daha obyektiv olduğunu bildirərək ibtidai istintaq zamanı ifadəsini konkret olaraq müstəntiqə danışdığını, məhkəmə baxışında olduğu kimi ona ətraflı suallar verilmədiyini, ifadəsinin kompyüterdə tərtib olunduğunu, yekunlaşdıqdan sonra imzalamaq təklif olunduğundan imzaladığını göstərmiş, lakin ifadəsini oxumadığını bildirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ilə X44 arasında z ərərçəkmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Mehbarə Mustafayevanın iştirakı ilə 04 fevral 2016-cı il tarixdə keçirilmiş üzləşmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs üzləşmə zamanı S6in onu kafedən evə apardıqdan sonra orada onunla cinsi əlaqədə olduğunu, soyuq olduğu üçün S6in onu oradan A6 Mehdiyevin evinə apardığını və orada da onunla cinsi əlaqədə olduğunu göstərsə də, A6 Mehdiyevin onunla cinsi əlaqədə olmadığını bildirmiş, onun barəsində şikayət etmədiyini göstərmişdir. X44 üzləşmə zamanı təqsirləndirilən Məhkum zərərçəkmiş şəxsin yanında oturub söhbət etmələrini təsdiq etsə də, S6in onunla cinsi əlaqədə olmasını gördüyünü təsdiq etməmişdir. Birinci instansiya məhkəməsində şahid X13 ifadəsində göstərmişdir ki, o, Hövsan qəsəbəsində ticarətlə məşğul olmuş, onun həmin qəsəbəd ə ticarət obyektləri, o cümlədən təndirxanası (burada: çörəkbişirmə sexi) olmuşdur. 08 aprel 2015-ci il tarixdə, təxminən saat 11-12 radələrində təndirxanada olarkən Hövsan qəsəbə sakini, onunla yaxınlıqda yaşayan A6 Mehdiyevin mobil telefonundan onun mobil nömrəsinə bir dəfə zəng atılmış və zəng kəsilmişdir. Zəng onu maraqlandırdığından geriyə - A6 Mehdiyevin mobil nömrəsinə zəng etmiş, onun zənginə A6 deyil, həmyerlisi və qonşusu, normal münasibəti olduğu təqsirləndirilən şəxs Məhkum cavab vermiş, ona A6gilin evinə gəlməyi xahiş etmişdir. Səbəbi ilə maraqlandıqda S6 ona bir nəfər kimsəsiz qız tapdığını bildirmiş, həmin qıza iş lazım olduğunu demişdir. Ona xəmiryoğuran qadın işçi lazım olduğundan o, S6ə gələcəyini demiş və bundan sonra təndirxanadan çıxaraq A6gilə getmişdir. A6gilə evə da xil olan zaman A6la S6in, həmçinin əvvəllər görmədiyi və tanımadığı bir nəfər qızın – baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yağ-pendirlə çörək yediyini görmüşdür. S6 qızı ona göstərərək kimsəsiz qız olduğunu bildirmiş, qızı kafedən oğlanların əlindən alıb səhər üzü qızı A6gilə gətirdiyini demiş, barmağını başına qoymaqla qızın kəmağıl olmasına işarə etmişdir. Qıza diqqətlə baxdıqda, qızın şalvarının bel nahiyyəsindən dizinə qədər olan hissəsinin bütövlüklə qan olduğunu, əyinində olan ağ rəngli «yarımka»nı, yəni qısa gödəkçəni belinə bağladığını görmüşdür. Həmçinin qızdan həddən artıq pis iy-qoxu gəlmiş, onun başı toz-torpaq içərisində olmuşdur. Qızın üstündəki qanın onun aybaşı qanı olduğunu fikirləşərək qızın özündən bu barədə soruşmağa utanmış, lakin şübhələndiyindən S6 və A 6dan üstüörtülü olaraq aralarında nəsə olubolmadığını,yəni qıza toxunub-toxunmamalarını soruşmuş, düz danışmaları üçün ortaya çox kəskin söyüş qoymuşdur. S6 və A6 təkidlə cavab verərək aralarında heç bir şey olmadığını bildirmiş, istərsə əgər, qızın özündən soruşa biləcəyini demişlər. Bundan sonra o, qızı danışdırmış, S6 və A6a işarə edib ona toxunub-toxunmadıqlarını, ondan şəxsiyyət vəsiqəsinin olub-olmadığını soruşmuş, lakin qız ona «yox» demiş, «mənə yemək veriblər» demiş, şəxsiyyət vəsiqəsi ilə bağlı səlis cavab verə bilməmişdir. Qızın əqli və nitq qüsurunun olduğunu görüb onu çox danışdırmamış, qıza yazığı gəlmiş, onun valideynlərini taparaq ailəsinə təhvil verməyi qərara almışdır. S6dən qızın qəsəbəyə necə gəlməsi ilə maraqlandıqda, sonuncu qızın sözlərinə istinad edib, bir gözü olma yan, yəni bir gözü kor olan bir qızın onu qəsəbəyə gətirməsini dediyini, haradasa möhkəm döyüldüyünü dediyini, gecəni çiyninin ağrısından zarıdığını demişdir. O, S6dən polisə məlumat veribverməməsini soruşmamış, lakin onlara bu barədə polisə məlumat verəcəyini demişdir. Həmin vaxt S6lə A6 çox arxayın danışmış, əksinə, hər ikisi qızı polisə təhvil verməyi təklif etmişlər. O, telefonu götürüb yalandan guya sahə müvəkkili Şahinə yığmış və öz-özünə qız barədə danışmışdır. Sonra telefonu bağlayıb, Şahinə məlumat verdiyini demişdir. Əsil həqiqətdə isə o, Şahini yığmamış, ona bu barədə heç nə deməmişdir. Bundan sonra o, həmin qızı maşınının arxa oturacağına əyləşdirmiş, S6 qabaq oturacaqda əyləşmiş və onlar təndirxanaya getmişlər. A6 onlarla getməyib evində qalmışdır. Təndirxana istiqamətində ged ərkən S6 qızın paltarının cırıq olduğunu deyib ona paltar almaq istədiyini demiş, lakin deyəsən onun pulu olmadığından almamışdır. Təndirxanaya çatdıqdan sonra o, X8i işçisi Nərminəyə vermiş və ac olduğundan ona yemək verməsini xahiş etmişdir. Həmin vaxt S6 ona X8i valideynlərinə vermək üçün aparacağı təqdirdə, onu da aparmağı xahiş etmişdir. Daha sonra özü kafeyə gedərək çay içmiş, təxminən 1 saat sonra təndirxanaya qayıtmış, həmin vaxtı S6in «Zəngəzur» kafesində hazırda xatırlamadığı başqa uşaqlarla yemək masası arxasında oturduğunu görmüş, lakin onun spirtli içki içibiçməməsini görməmişdir. Təndirxanaya qayıdan zaman isə X8i fərqli paltarlarda olduğunu və yemək yediyini görmüşdür. Maraqlandıqda, Nərmin qızdan pis iy gəldiyi üçün çimmək istədiyini bildirmiş, çimizdirdiyini və ona özünün paltarlarını verdiyini, paltarlarını isə yumalarını demişdir. Həmin ərəfədə S6 ona yaxınlaşıb qızı qəsəbəyə gətirən təpəgöz qızın kimliyindən təqribi şübhələndiyini bildirmiş, onu axtarıb tapacağını demiş, onu maşınla «Ordubad» kafesinin yanına aparmağı xahiş etmişdir. O, S6i dediyi yerə aparıb düşürmüş və sexə qayıtmışdır. Yemək yedikdən sonra qızdan adının nə olduğunu, haradan gəlib hara getdiyini, harada yaşadığını soruşmuşdur. Qız qüsurlu danışdığından çox çətinliklə onun Keşlədə yaşadığını başa düşmüşdür. X8 ona əsil adını deməmiş, indi yadında qalmayan 3-4 ad demişdir. Artıq həmin vaxt qızın kəmağıl olmasına şübhəsi qalmamışdır. X8 ona döyüldüyünü, çiyninin əzildiyini desə də, amma kimin, harada, nə vaxt onu döydüyünü deməmişdir. X8ə onu evlərinə aparmaq istədiyini dedikdə, o, evlə rinə getmək istəmədiyini demişdir. X8 anası haqda çox şey danışmış, anasının ona pul qazanıb gətirməyi tapşırdığını, evə pulsuz gəlməməyi dediyini demiş, ona görə də evə getmək istəmədiyini bildirmişdir. Bu söhbətdən az sonra Nərmin onun yanına gəlib qızın ona Keşlə qəsəbəsində yerləşən məscidin yanında qalmasını dediyini bildirmişdir. Bundan sonra o, Nərminə və dostu Hilalla birlikdə Nizami rayonunun Keşlə qəsəbəsinə getmiş, lakin S6 orada olmadığından və S6in təpəgöz qızın arxasınca getdiyini bildiyindən onu aparmamışlar. O, X8i Keşləyə aparmış, yolda gedərkən X8, anasının narkoman olduğunu, iynə vurduğunu demiş, ona görə də evə getməyə qorxduğunu demişdir. X8 evlərdən birini göstərib nənəsigilin evinin olduğunu bildirmiş, lakin evlərinə getmək istəmədiyini bildirmişdir. Maşını saxladıqd an sona qız maşından düşüb qaçmaq istəmiş, lakin onlar X8i saxlamış və onun göstərdiyi qapını döymüşlər. Qapını X8in nənəsi açmış, nəvəsinin 7-8 gün əvvəl itdiyini bildirmişdir. X8in nənəsinin deməsinə görə X8in anasıgil qızın itkin düşməsi ilə əlaqədar Zaurun verlişinə getmişlər. O, X8i ailəsinə təhvil vermiş, S6 onlarla getmədiyindən o, məcbur olub qızı özünün tapdığını demiş, A6ın evindən gətirdiyini deməmişdir. Onlar X8in nənəsigilin evində oturub çay da içmiş və hətta özünün telefon nömrəsini onun nənəsinə vermişdir. X8in nənəsigil xeyirxahlığına görə ona qızıl qolbaq, pul təklif etmiş, lakin o, heç birini qəbul etməmişdir. O, orada olarkən X8in internetdə kiminləsə danışdığını görmüş, onun kiminlə danışdığını soruşmuş, atası ilə danışdığı bildirmilmişdir. O, çox şübhəli qalsa da X8in atasının olub-olmaması ilə maraqlanmamışdır. Belə ki, X8lə təndirxanada söhbət edərkən sonuncu ona atasının olmadığını demişdir. X31 ifadəsində göstərmişdir ki, X8i təhvil verib qayıtdıqdan sonra həmin gecə X8 onun mobil nömrəsinə üç dəfə zəng etmiş, birinci dəfə «Emin necəsən?» demiş, ikinci dəfə «aşkım və ya Akşın necəsən?» demiş, üçüncü dəfə isə nə dediyini başa düşməmişdir. Danışıq çətin başa düşüldüyündən o, zəng edənin X8 olduğunu başa düşmüşdür. Bundan sonra o, özü həmin nömrəni yığmış, X8in anası ilə danışıb iradlarını bildirmişdir. X8in anası qızının nömrəni kitabcadan səhv götürdüyünü və zəng etdiyini demişdir. O, bu barədə hətta prokukorluqda ifadə verərkən də bildirmişdir. Növbəti gün, yəni 09 aprel 2015-ci il tarixdə qəsəbədə S6lə rastlaşmış, S6 qızla maraqlandıqda o, qızı ap arıb ailəsinə təhvil verdiyini bildirmişdir. S6 qızı ailəsinə təhvil verməyə apararkən onu nəyə görə aparmadığını soruşmuş, o, S6ə qızı apararkən onun təndirxanada olmadığını, hansısa qızın dalınca getdiyini demiş, bu səbəbdən onu aparmadığını demişdir. S6in deməsinə görə o, qızı qəsəbəyə gətirən, şübhələndiyi adamları tapmış, lakin onlar belə bir şeyi boyunlarına almamışlar. O, Məhkum 1988-ci ildən tanımış, onu pis insan kimi və ya əxlaqsız insan kimi tanımamışdır. S6 qızı evinə və polisə təhvil verməyi dəfələrlə ona təklif etmişdir. T6 Astanov ifadəsinin yekununda göstərmişdir ki, X8 barədə polisə heç bir məlumat verməmişdir. O, X8i təndirxanaya apardığı gün hansısa dövlət tədbiri ilə bağı əraziyə 30-a yaxın polis əməkdaşı toplaşmış, həmin vaxt da sahə müvəkkili Şahin də onun obyektinə ç ay içməyə gəlmişdir. Şahin həmin vaxt onun obyektinə bitişik tikinti apardığını görmüş, tikitinin qanuni və ya qanunsuz olduğunu soruşmuşdur. Ona görə də başı qarışmış və polis əməkdaşlarına qızla bağlı bir söz deməmişdir. Bir müddət sonra isə tikintinin qanunsuz olmasına görə cərimə protokolu yazılmışdır. Göründüyü kimi, X31un məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri ilə arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu 22 aprel 2015-ci il tarixli ifadəsi tədqiq olunmuş və məlum olmuşdur ki, həmin ifadəsində iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs barədə ümumi məlumat verib onun xarici görkəmi, onu işlədiyi yerə aparıb çimdirilməsi və yemək verilməsi, onun yaşayış yerini müəyyənləşdirib valideynləri nə təhvil verməsini məhkəmədəki ifadəsinə oxşar göstərsə də, həmin ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs baxılan iş üzrə təqsirləndirilən Məhkum və X44dən təhvil aldığını bildirməmiş, onu 08 aprel 2015-ci il tarixdə, saat 12-13 radələrində özünə məxsus avtomaşınla gedərkən Hövsan qəsəbəsi ərazisində daşın üzərində oturmuş vəziyyətdə müşahidə edib götürdüyünü və işlədiyi yerə apardığını bildirmişdir. İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən X31 göstərmişdir ki, hadisədən 10-15 gün sonra artıq polisə, prokurorluğa çağrılmış, X8in döyülməsi və zorlanması ətrafında dindirilmiş, izahat və ifadələr vermiş, lakin ilk dəfə izahat və ifadə verən zaman qızı ona A6la S6in təhvil vermələrini deməmiş, özünün yol kənarından tapdığını demiş, ad çəkəcəyi təqdirdə camaatın başın ının ağrıya biləcəyindən ehtiyat etmişdir. Amma atası ilə məsləhətləşdikdən sonra atası onu danlamış və düz ifadə verməyi tövsiyyə etmişdir. Odur ki, o, gedib müraciət etmiş, səhv ifadə verdiyini bildirərək hazırda məhkəmədə verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Onu səhv ifadə verməyə heç kəs məcbur etməmiş, o cümlədən Məhkum və A6 Mehdiyev və ya onların qohumları bunu ondan xahiş etməmişlər. Birinci instansiya məhkəməsində şahid X26 ifadəsində göstərmişdir ki, o, 2014-cü ilin aprel ayından Suraxanı RPİ-nin 30-cu PB-nin sahə müvvəkili vəzifəsində xidmət edir. X13 onun xidmət etdiyi ərazidə kafe, çörək bişirmə sexi, avtoyuma sexi və dükan iştməklə kommersiya fəaliyyəti ilə məşğul olmuş, onunla normal münasibətləri olmuşdur. Eyni zamanda o, Məhkum və A6 Mehdiyevi onun xidməti ərazisində y aşadıqları üçün tanımışdır. X25 sakit insan kimi tanımış, onun barəsində hər hansı bir şikayət daxil olmamışdır. Məhkum əvvələr pis bir insan kimi tanımamış, arada onu içkili vəziyyətdə görsə də, onun heç bir pis hərəkətini görməmişdir. O, Zərərçəkmiş şəxs itkin düşməsi, daha sonra isə zorlanması barədə təxminən 2015-ci ilin aprel ayının 3-cü yarısında xəbər tutmuşdur. Belə ki, həmin vaxt Nizami RPİ-nin xatırlamadığı əməkdaşları onunla telefon əlaqəsi saxlayaraq onu 1 saylı Zeytun sovxozunun dairəsinə yaxınlaşmasını xahiş etmiş, o da onlara kömək üçün «Zeytun sovxozu dairəsi»nə getmişdir. Nizami RPİ-nin onunla görüşən əməkdaşları Zərərçəkmiş şəxs adlı bir qızın onun xidmət etdiyi ərazidə naməlum şəxslər tərəfindən zorlanmasını bildirmişlər. Həmin vaxt X8 Mustafeyeva adlı qız özü də orada o lmuşdur. Həmkarlar arasında aparılan söhbət zamanı bu işdə Təvvəkkülün adı hallanmışdır. O, Nizami RPİ-nin əməkdaşlarından T6 adlı şəxsin kafe və təndirxana işlədən T6 olmasını öyrənmişdir. O, T6ə zəng edərək onu «Zeytun sovxozu dairəsi»nə çağırmışdır. Ondan sonra T6 onların olduqları yerə gəlmiş və T6 bu işdə S6 adlı şəxsin adını çəkmişdir. O, S6in kim olduğunu tanımış və S6 adlı şəxsi, hazırda baxılan iş üzrə təqsirləndirilən şəxs Məhkum da «Zeytun sovxozu dairəsi»nə çağırmışdır. S6 Zeytun sovxozunun dairəsinə çatarkən X8 onu görmüş, görən zaman X8 qorxub çəkinmiş, pis reaksiya vermiş və S6in onu zorladığını bildirmişdir. O, S6dən qıza qarşı hər hansı pis hərəkət edib-etmədiyini soruşmuş, amma S6 heç bir pis hərəkət etmədiyini bildirmişdir. S6, həmçinin qızı «Zeytunluq dairəsi»ndə gördük lərini, kafeyə aparıb yemək verdiklərini, sonra A6ın evinə aparıb saxladıqlarını və səhər yola saldıqlarını bildirmişdir. Ondan sonra, S6 və sonradan isə A6 adlı şəxslər Nizami rayon polis idarəsinin əməkdaşları tərəfindən polis bölməsinə dəvət edilmişlər. Bundan sonra, həmin işin taleyi barədə onun xəbəri olmamışdır. T6 onun ərazisində işlədiyi üçün onunla səmimi münasibətləri də olmuş və buna görə də, T6 onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsini bilmiş və mütəmadi olaraq onlar bir-biriləri ilə əlaqə saxlamışlar. T6 də tez-tez həm işi, həm də şəxsi münasibəti ilə bağlı ona zəng etmişdir. 08 aprel 2015-ci il tarixində T6lə telefonla danışıb-danışmadığını dəqiq bilmir, lakin onunla danışıqları zamanı, hətta görüşdükləri müddətdə T6 ona Zərərçəkmiş şəxs itkin düşm əsi, habelə onun bağlı hər hansı bir məlumat verməmişdir. Dövlət tədbiri ilə əlaqədar həqiqətən T6ün obyektində olmuş, lakin orada zərər çəkmiş qızı görməmiş və ya S6 mənə yaxınlaşıb qız barəsində nəsə deməmişdir. O, T6ün kafesinə qız barədə danışmağa deyil, T6ün qanunsuz tikilisinə protokol yazmaq üçün getmişdir. O, Nizami RPİ-nin əməkdaşlarının gəlib X8 barədə məlumat vermələrinədək X8i görməmiş, X8 hər hansı mövzuda ona məlumat verməmişdir. X40 ifadəsinin yekununda göstərmişdir ki, o, X8in ifadəsinin yerində yoxlanmasında iştirak etmiş, o, X8in anasının və polis əməkdaşlarının X8i döyməsini görməmişdir. Birinci instansiya məhkəməsində şahid X14 ifadəsində göstərmişdir ki, Hövsan qəsəbəsində yaşamaqla yanaşı 1 saylı Zeytun sovxozunda T6 Astanova məxsus təndirxanada işləmişdir. 08 aprel 2015-ci ildə işdə olarkən saat təqribən 12-13 radələrində T6 idarə etdiyi maşınla təndirxanaya bir qız - hazırda baxılan iş üzrə X8i gətirmiş, onu «Zəngəzur» restoranına gedərkən yolun kənarında oturub ağlayan gördüyünü, götürüb yazığı gəldiyi üçün təndirxanaya gətirdiyini bildirmişdir. T6 qıza yemək verməyi tapşırmışdır. T6, həmçinin qızın kimliyini, haradan gəlib, hara getdiyini aydınlaşdırmağı ona tapşırmışdır. X8 xarici görkəmindən xəstə adama oxşamış, sanki qorxmuş və hürkmüş vəizyyətdə olmuşdur. Ona diqqətlə baxdıqda onun şalvarında qan ləkələri görmüş, kurkasının cırıq olması, saçının dağınıq və tozlu-torpaqlı olduğu diqqət çəkmişdir. X8dən çox pis iy gəlmişdir. X8 çimmək istədiyindən o, iş yoldaşı Əminəyə qızı çimməyə aparmasını xahiş etmiş, özü isə yemək üçün kartof qızartmışdır. X8 kömək istəməmiş, özünün çiməcəyini bildirmişdir. T6ə məxsus marketdən bir ədəd şampun götürüb X8ə vermişdir. X8in paltarları çirkli olduğundan o, Əminəyə məxsus paltarları ona vermiş, sonuncu geyinmişdir. X8 çimib gəldikdən sonra o, yemək yemiş, yemək yeyərkən ondan haradan gəldiyini soruşmuşdur. O, başqa bir söz deməmiş, paltarlarını yumaq istəmişdir. Odur ki, yenə də T6ə məxsus marketdən bir ədəd yuyucu toz götürüb ona vermiş, X8 paltarlarını aparıb yumuş və ipə sərmişdir. Bundan sonra onun suallarına cavab verməyə başlamış, adının A8 olduğunu, atasının öldüyünü, anasının adının Mehbarə olduğunu bildirmiş, sonuncunun hər gecə evə kişi gətirdiyini, özünün qolunu göstərərək narkaman olduğunu, «get evə pul gətir» deyib onu evdən qovduğunu bildirmişdir. Hövsan qəsəbəsinə 30 nömrəli marşr ut avtobusu işləmədiyi halda, X8 internetdə tanış olduğu oğlanın çaığırışı ilə 30 nömrli marşuruta minib Hövsana gəldiyini bildirmişdir. X8 yaşadığı yer barədə məlumat vermək istəməmişdir. Lakin çox sorğu-sualdan sonra o, Keşlə qəsəbəsi, məscid və Səid market kimi adlar çəkdiyində o, bu barədə T6ə məlumat vermiş, o, T6 və T6ün dostu Hilal sonuncunun dostu Hilalın maşını ilə X8i Keşləyə aparıb valideynlərinə təhvil vermiş, adının X8 olduğunu orada bilmişdir. Qız nənəsigilin evini onlara göstərmişdir. Onlar qızı aparan zaman qız nənəsigilə də getmək istəməmişdir. Lakin onlar qızı nənəsigilə gətirmişlər. Qapının qızın nənəsi açmışdır. Onlar qızı nənəsinə təhvil vermişlər. T6 X8i təqsirləndirilən Məhkum və ya A6dan alıb gətirdiyini, onlarla aralarında nə kimi söhbətlər olduğunu onlara bildirmə mişdir. Həmin gün o, nə S6i və nə də, sahə müvəkkilini iş yerində görməmiş, öz işləri ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs Məhkum qonşusu və çox yaxşı bir insan kimi tanımışdır. X8 başına nə iş gəlməsi barədə ona heç bir söz deməmiş, yanında heç kimin adını çəkməmişdir. Ona görə də o, T6ə və ya polisə bu barədə heç bir məlumat verməmiş, X8ə S6in və ya qeyrisinin barəsində şikayət etməməyi tapşırmamış, ondan belə bir xahiş etməmişdir. Birinci instansiya məhkəməsində şahid X21 ifadəsində şahid X7 məhkəmədəki ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edib sonuncu ilə oxşar məzmunlu ifadə vermiş, həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs onunla heç bir söhbət etmədiyini, hadisə barədə ona heç nə danışmadığını, «S6in 2 qızı var, yazıqdır, ondan şikayət etmə, A6dan şikayət elə» ifadələ rini X8ə demədiyini, ondan belə bir xahiş etmədiyini, təqsirləndirilən şəxs Məhkum tanımadığını, onu yalnız təndirxanadan bir neçə dəfə çörək alan zaman gördüyünü bildirmişdir. Birinci instansiya məhkəməsində şahid X8 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi tədqiq olunaraq müəyyən edilmişdir ki, o, məhkəmədə şahid qismində dindirilmiş X13 və X14 ilə oxşar məzmunlu ifadə verib özünə aid hissədə şahidlərin göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, hadisənin mahiyyəti üzrə heç nə bilmədiyini göstərmişdir. İş materiallarından görünür ki, Məhkum qarşı işgəncə və ondan rüşvət tələbolunması xüsusatının araşdırılması ilə bağlı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində məhkəməyə çağrılan təqsirləndirilən Məhkum atası X11 ifadəsində göstərmişdir ki, 9 övlad - 8 oğlan, bir qız böyütmüş, onları köməksizə kömək edib, əl tutmaq ruhunda tərbiyyə etmişdir. O, zərərçəkmiş şəxsin özünü və onun anasını tanımamış, onlarla heç bir münasibəti olmamışdır. 27 aprel 2015-ci il tarixdə S6gilin polisdən çağrılmasını o, qonşudan öyrənmişdir. S6 evə qayıtdıqdan sonra onun döyülüb xəsarətləndirildiyini görmüşdür. Belə ki, onun qol biləkləri, ayaqları gömgöy olmuş, bədənində müxtəlif göyərmələr olmuşdur. S6in deməsinə görə o, X8 adlı bir kimsəsiz, kəmağıl qızı tapıb çörək bişirmə sexinin sahibi T6ə təhvil vermiş, T6 də hımin qızın sahiblərini taparaq onların özünə qaytarmışdır. Deyilənə görə həmin qızı kimsə zorlamışdır. Döyülməsilə bağlı S6 Ədalət adlı polis rəisi müavininin, qızın zorlanmasını boynuna götürməsi üçün, onun qollarını biləkdən və ayaqlarını topuqdan skoçla (y apışqanlı lent) bağlatdırdığını, ona işgəncə verdiyini bildirmişdir. Oğlunun bədən xəsarətlərinin şəkillərini çəkdirmiş, saxlamış və S6in vəkilləri vasitəsi ilə məhkəməyə təqdim etmişdir. Bundan sonra polis bölməsinə gedib Heydər adlı polislə görüşmüş, oğlunu nəyə görə döymələrinin səbəbini soruşmuş və şikayət edəcəyini demişdir. Heydər ona, «bu polisin köhnə işidir, narahat olmayın, S6in heç bir günahı yoxdur, aydınlaşdırılmışdır, səbəbkar qızın qonşusudur» demiş, tanış həkim olduğunu, S6i özlərinin müalicə edəcəklərini, köməklik göstərəcəklərini bildirmiş, şikayət etməməyi xahiş etmişdir. Bu azmış kimi S6dən işin guya onun xeyrinə həll olunması üçün 5000 manat pul da tələb olunmuşdur. Lakin S6 heç bir cinayət törətmədiyini bildirib, pul təklifini qəbul etməmişdir. Aldığı məlumata görə, S 6 A6la birlikdə həmin xəstə qızı T6ə təhvil verdikdən sonra T6 həmin qız barədə sahə müvəkkili Şahinə məlumat vermişdir. Lakin Şahin heç bir tədbir görmədiyindən sonralar bunu boynundan atmış, aralarında olan münasibətlərə və iş adamı kimi polisdən qorxduğuna görə T6 Şahinin üzünə durmamışdır. Hadisə barədə öyrəndikdən sonra o, A6la, daha sonra Təvəküllə görüşüb söhbət etmiş, A6 qıza toxunmadıqlarını, ona yataq və yemək vərdiklərini, könüllü olaraq özləri T6ü çağırıb qızı ona təhvil verdiklərini demiş, T6 isə S6in həmin qızı guya Hövsana gətirmiş qızları tapmağa getdiyini, onun geçikdiyini görüb zərər çəkmiş qızı özünün aparıb ailəsinə təhvil verdiyini bildirmişdir. İş materiallarından müəyyən olunur ki, eyni xüsusat üzrə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində məhkəməyə ç ağrılan təqsirləndirilən Məhkum qardaşı X9 ifadəsində göstərmişdir ki, 07 aprel 2015-ci il tarixdə bir həyətdə, lakin ayrı-ayrı evlərdə yaşayan qardaşı, təqsirləndirilən Məhkum gecə evə gəlmədiyindən o, növbəti gün onunla qarşılaşarkən gecə evə gəlməməsinin səbəblərini soruşmuşdur. Deməsinə görə, axşam kafedə kimsəsiz və döyülmüş vəziyyətdə olan xəstə bir qız görmüş, yazığı gəldiyi üçün ona köməklik etmiş, sonra isə T6ə zəng edib, bu barədə ərazi rəisinə deməsini xahiş etmiş, ərazi rəisi də gəlib qızı görmüş, qızın xarici görən ərazi rəisi «bu qız başdan-ayağa zibilin içərisindədir, buraxın çıxıb getsin» deməklə vəzifə borcunu yerinə yetirmişdir. T6 isə S6ə demədən qızı evinə aparıb, validenlərinə təhvil vermişdir. Seymur Ağaməmmədov göstərmişdir ki, 2015-ci ilin aprel ayının 27-də, səhər saat 11-12 radələrində qəsəbədə olarkən polis ərazi rəisi Şahin onu görüb S6in harada olduğunu soruşmuş, o isə bilmədiyini bildirmiş, işdə ola biləcəyini demişdir. Lakin ərazi rəisi S6i niyə axtardığını ona deməmişdir. O, əvvələr qızı görməmiş və tanımamışdır. Onu birinci dəfə prokurorluqda anasının yanında görmüşdür. Bu məsələ ilə bağlı qardaşı S6 27 və ya 28 aprel 2015-ci ildə polis bölməsində möhkəm döyülmüş, ona guya zərər çəkmiş qızın zorlanmasını boynuna götürmək tələb olunmuş, hətta S6dən, işin guya onun xeyrinə həll olunması üçün 5000 manat pul da tələb olunmuşdur. S6in biləkləri, ayaqları, bədəni döyülməkdən qapqara qaralmışdır. Prokurorluqlan qayıtdıqdan sonra onun fotoşəkilləri çəkilmiş, hətta sonradan ekspertizadan da keçirilmişdir. Bu faktla bağlı onlar polisdə və prokurorluqd a olmuş, Heydərlə söhbət aparmış, Heydər artıq buməsələnin aydınlaşdırıldığını, S6in heç bir günahının olmadığını, səbəbkarın qızın qonşusunun olduğunu demiş, S6i isə özlərinin müalicə etdirəcəklərini, bildirmiş və şikayət etməməyi xahiş etmişdir. S6gilin döyülməsindən sonra xeyli müddət sonra, may ayının 19-u və ya 20-si S6i yenidən prokurorluğa çağrılmışdır. Onlar birlikdə getmiş, nəyə görə çağrıldıqlarını soruşduqda X15 işdə bir balaca boşluqlar olduğunu bildirmiş, görünür S6lə A6ın günahları vardır demişdir. O, Heydərə «bizim başımızın altına yastıq qoydunuz ki, onları döydüyünüz zaman yaranmış yaralar sağalsın, sizi şikayət etməyək?» demiş, Heydərin cavablarını mobil telefonun diktafonu vasitəsi ilə yazmağa başlamışdır. Heydər danışıqlarında X8i Rövşən adlı şəxsin zorladığını, qızın hətta hamilə olduğunu bildirmişdir. Həmçinin, apellyasiya icraatı mərhələsində bəraət almış Ağaməmmədov S6 S6 oğlu əlavə ifadə verərək, özünü bir daha təqsirli bilməmiş və göstərmişdir ki, 2015-ci ilin aprelin 7-dən 8-nə keçən gecə *********kafesinə gedərkən əvvəllər görmədiyi və tanımadığı bir qızın – hazırda baxılan iş üzrə zərər çəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs Z6lə oturduğunu görmüş, onun görünüşündən anlaqsız və xəstə olduğu aşkar və şüurlu olmadığı məlum olmuşdur. Bundan başqa kafedə müxtəlif masa arxasında başqa adamlar da əyləşib çay içmiş, söhbət etmişlər. Kafeyə daxil olduqdan sonra Z6lə görüşərək keçib ayrı masa arxasında əyləşərək çay sifariş vermiş, sonra çay içə-içə Z6dən həmin qızın kimliyi ilə maraqlanmış, Z6 ona həmin qızın «161» saylı sərnişin avtobusundan düşd üyünü, dayanacaqda dayanıb üşüdüyünü görərək yazığı gəldiyini, ona görə onu kafeyə gətirib çay, rulet alıb verdiyini demiş, həmçinin qızın kəmağıl olduğunu bildirmişdir. O, özü X8dən hardan gəldiyini soruşduqda, sonuncu onu evdən qovduqlarını bildirmiş, lakin haradan və necə gəldiyini izah edə bilməmişdir. Z6dən qızı hara aparacağını soruşmuş, sonuncu isə qızı aparıb gecəni saxlamağa yeri olmadığını demişdir. Həmin vaxt o, Z6ə qəsəbədə, 1 nömrəli Zeytun sovxozunda özünün əmisi oğlu Kamandara məxsus 1 otaqlı həyət evin boş olduğunu həmin qızı aparıb səhərə kimi orada saxlamağı, səhər açıldıqda isə ya polis orqanlarına, ya da öz ailəsinə təhvil verməyi təklif etmişdir. Ona görə də Z6ə onlar birlikdə gedib kafedən təxminən 500-600 metr aralıda yerləşən Kamandara məxsus həyət evinin qarşısında dayanmış, həmin vaxt Z6 bir az işi olduğunu bildirmiş, gedib qayıdacağını ona demiş və evləri tərəfə getmişdir. X8in üst-başı pis vəziyyətdə olduğundan, ondan pis qoxu gəldiyindən və həm də öz evində ailəsi – həyat yoldaşı və uşaqları olduğundan o, X8i öz evinə aparmamışdır. Orada saat 3-4-ə kimi Z6i gözləmiş, lakin Z6 gəlməmişdir. Qız həmin vaxt dəmir çarpayın baş tərəfindən oturmuş, o da evdə olaraq Z6i gözləmişdir. O, qızdan hardan gəlməsəni, onu kimin vurduğunu, ata-anasının kim olduğunu soruşmuşdur. Həmin vaxt hava soyuq olduğundan öz kurtkasını qıza vermiş, özü isə kofta ilə oturmuşdur. Sonra səhər saat təxminən 4-də qonşusu A6 Mehdiyevin evinə aparmışdır. A6 özü ailəli olsa da təxminən bir ay imiş ki, onun ailəsi qaynanasıgildə olmuşdur. A6 onlara çay da vermiş, qız orda da sızılda mışdır. X8dən çox pis qoxu gəldiyindən o, X8ə diqqətlə baxmış və qızın şalvarının qabaq və alt hissəsinin sanki qanlı olduğunu görmüşdür. Amma X8in şalvarındakı ləkənin konkret olaraq qan ləkəsi olduğunu bilməmiş, sadəcə onun xəstəliyini görüb, özünü batırdığını və məhz buna görə də ondan pis iy gəldiyini fikirləşmişdir. A6gildə qız demişdir ki, Emin adında oğlan apararaq onu döymüşdür. Səhər kafe işlədən dostu Aslanov T6ə zəng etmiş, ondan sahə müvəkkilinə zəng etməsini xahiş etmişdir. 5-10 dəqiqə çəkməmiş T6 də onlara gəlmişdir. T6 sahə müvəkkilinə zəng etmiş, ordan onlar qızı T6ün kafesinə aparmışlar. Hadisədən uzun müddət keçidiyindən hər şeyi dəqiqliklə xatırlamaya bilər, bu səbəbdən birinci instansiya məhkəməsində daha ətraflı verdiyi ifadələri təsdiq edir. Məhkəmə kollegiyası qeyd e tməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsinin iclasında dindirilən zərərçəkmişin qanuni nümayəndəsi Mustafayeva Mehbarə Tahir qızı zərərçəkmiş Mustafayeva X8 İlham qızının normal olmadığını, xəstə uşaq olduğunu, fikrini düzgün izah edə bilmədiyini, danışığı qüsürlu olduğunu qeyd etmişdir. Əlavə olaraq nümayəndə bildirmişdir ki, həmişə qızı dindiriləndə qızın yanında olmuş və qızı heç vaxt ona Məhkum onunla cinsi əlaqədə olmasını bildirməmişdir. Cinayət işinin materiallarında sözü gedən məzmunda ifadələrində imzasının olmasını onunla izah edir ki, o, bu məsələnin təz bağlanmasını xahiş etmiş və buna görə təqdim edilən ifadələri oxumadan imza etmiş, həmin ifadələrin həqiqi məzmunundan xəbəri olmamışdır. Bundan başqa, məhkəmə kollegiyası vurğulayır ki, apellyasiya məhkəməsi iclasında q anuni nümayəndə Mustafayeva Mehbarə Tahir qızının iştirakı ilə dindirilən zərərçəkmiş Mustafayeva X8 İlham qızı Emin adlı şəxslə cinsi əlaqədə olduğunu, ondan başqa heç bir şəxsin, o cümlədən Məhkum S6 oğlunun onunla cinsi əlaqədə olmadığını, Z6 və A6 adlı şəxslərin evində çay içdiyini, orada heç nə baş vermədiyini, ona qarşı zorakılığın olmadığını, onu həmin vəziyyətə Emin adlı şəxsin saldığını bildirmişdir. Eyni zamanda apelyasiya məhkəməsi iclasında qanuni nümayəndə Mustafayeva Mehbarə Tahir qızının iştirakı ilə dindirilən zərərçəkmiş Mustafayeva X8 İlham qızı Məhkum qarşı heç bir şikayəti və tələbi olmadığını bir daha təsdiq etmişdir. Göründüyü kimi zərərçəkmiş şəxs Mustafayeva X8 İlham qızı apellyasiya məhkəməsi araşdırmaları zamanı qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadəsi ndə Məhkum S6 oğlunun onunla cinsi əlaqədə olmadığını, onu zorlamadığını bildirmişdir. Qanuni nümayəndə Mustafayeva Mehbarə Tahir qızı da ifadəsində onun iştirakı ilə dindirilən zərərçəkmiş Mustafayeva X8 İlham qızı ona Emin adlı şəxslə cinsi əlaqədə olduğunu, Məhkum S6 oğlunun isə onunla cinsi əlaqədə olmadığını və ona qarşı zorakılıq etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, yuxarıda qeyd edilən sübutların fövqündə yanaşdıqda belə nəticə hasil olur ki, hökmün və apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuniliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi də sübutlara qiymət verərək belə qənaətə gəlmişdir ki, “birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırar aq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, işdə olan sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, ittiham tərəfin təqdim etdiyi və sübut əhəmiyyətini itirmiş materialı mümkünsüz sübut kimi tanıyaraq düzgün nəticəyə gələrək, Məhkum barəsində qanuni və əsaslı bəraət hökmü çıxarmışdır. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticələr məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında yaranmış, məhkəmə tərəfindən müəyyən olunan hallar məhkəmənin tədqiq etdiyi sübutlara uyğun olmuş və bu sübutlar ittham hökmü deyil bəraət hökmü çıxarılmasına əsas vermişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə qanuni və əsaslı olduğ undan razılaşır və aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 28.4-cü maddəsinin tələbi baxımından cinayət mühakimə icraatı həyata keçirərkən təqsirləndirilən şəxsi ifşa edən, həm də ona bəraət verən halları nəzərə alınmalı, bu Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr yarandıqda onun təqsirli bilinməsi mümkünsüzdür. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsi baxımından bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Cinayət mühakimə icraatında ittiham tərəfi proses iştirakçısı olaraq müdafiə tərəfi ilə birlikdə çəkişmə prosesində iştirak edib öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malikdir, eyn i zamanda, cinayət hadisəsinin baş verməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əlamətlərin mövcudluğu, bu əməlin törədilməsində şəxsin aidiyyəti, cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünün sübut edilməsi məhz ittiham tərəfinin vəzifələrinə aiddir. Kassasiya kollegiyasının qənaəti belədir ki, birinci instansiya məhkəməsi Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs “orta dərəcəli kəmağıllıq» diaqnozu ilə xəstə və buna görə İİ qrup əlil olmaqla köməksiz vəziyyətindən istifadə edib ona qarşı zor tədbiq edərək onunla cinsi əlaqədə olub zorlaması, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi, həmçinin onun köməksiz vəziyyətindən istifadə edib onunla cinsi əlaqədə olmaqla zərər çəkmiş şəxsi təkrarən zorlaması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.5 və 150.1-ci m addələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən qanuni və əsaslı olaraq Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.5 və 150.1-ci maddələri ilə bəraət vermiş, apellyasiya instansiyası məhkəməsi isə hökmü dəyişdirilmədən saxlamaqda haqlı olmuşdur. Beləliklə, kassasiya kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materiallarındakı, həmçinin işə baxan məhkəmələrin hökmün və qərarın təsviri- əsaslandırıcı hissələrindəki istinad etdikləri sübutlarla müqayisəli surətdə tədqiq edərək, protestin dəlillərini təkzibedilməz bir sübuta və tutarlı bir fakta söykənmədiyi üçün qəbul etmir, onları əsassız hesab edir və belə nəticəyə gəlir ki, işə baxan məhkəmələr tərəfindən sübutlar CPM-nin 143-146-cı maddələrinə uyğun olaraq ta m, hərtərəfli və obyektiv surətdə tədqiq edilmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.5 və 150.1-ci maddələri ilə bəraət verərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, qanuni və əsaslı olaraq Məhkum CM-nin 149.2.5 və 150.1-ci maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, bəraətləndirilmiş şəxslin təqsirsizliyinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan isti fadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Məhkəmə kollegiyasının qənaəti belədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.5 və 150.1-ci maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş şəxs Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsinə qaytarılması üçün Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən edilən hallardan heç biri müəyyən edilməmişdir. Odur ki, kassasiya kollegiyası kassasiya protestinin dəlillərini qəbul etmir, onları əsassız hesab edir və belə nəticəyə gəlir ki, kassasiya protestinin təmin edil məməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 24 iyun 2019-cu il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.5 və 150.1-ci maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.