Məhkəmə qərarları › İş №1(102)-86/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-86/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-86/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmünə əsasən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, X4 və X5 ibarət tərkibdə) 22 iyun 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1977-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikası Bolnisi rayonu, Naxiduri kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 9 (doqquz il) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəlinin 08 mart 2020-ci il tarixdən hesablanması, narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, xüsusi müsadirə tətbiq edilməməsi hökm edilmişdir. Hökmlə digər şəxs Məhkum2 da məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Kamran Hüseyn oğlu Əkbərovun sədrliyi və məruzəsi ilə, X9 və X8 ibarət tərkibdə) 27 may 2022-ci i l tarixli qərarı ilə məhkum edilmiş şəxslərin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətləri təmin olunmamışdır. Məhkum edilmiş şəxs Məhkum2 apellyasiya şikayəti təmin olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CMnin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair 22 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 08 (səkkiz) il müddətə və Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 05 (beş) il müddətə endir ilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 tamah niyyəti ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə edib sataraq mənfəət əldə etmək üçün tanışı Məhkum2 və şəxsiyyəti istintaqa məlum olmayan «Əlvan» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq sonuncudan 2.000 (iki min) manat müqabilində istintaqa məlum olmayan vaxtda və yerdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,898 qram, 0,910 qram və 5,749 qram olmaqla, ümumi təmiz çəkisi 7,557 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metafetamin, təmiz çəkisi 41,954 qram olan kustar üsulla hazırlanmış külli mi qdarda narkotik vasitə tiryək, ayrı-ayrılıqda təmiz çəkiləri 148,643 qram, 2,668 qram, 0,070 qram, 0,060 qram, 0,062 qram, 0,095 qram, 0,078 qram, 0,065 qram, 0,085 qram, 0,080 qram, ümumi təmiz çəkisi 151,906 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, Məhkum2 isə 2.000 (iki min) manat müqabilində ayrı-ayrılıqda təmiz çəkiləri 230,0 qram, 60 qram, 45 qram, 35 qram, 18,903 qram, ümumi çəkisi 388,903 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib kirayədə yaşadığı ünvan 2 ünvanına daşıyaraq orada saxlayıb, əldə etdiyi narkotik vasitələrdən «Kent» markalı siqaret qutusunda səkkiz ədəd bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırl anmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,070 qram, 0,060 qram, 0,062 qram, 0,095 qram, 0,078 qram, 0,065 qram, 0,085 qram, 0,080 qram, ümumi təmiz çəkisi 0,595 qram narkotik vasitə olan heroini 06 mart 2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Nərimanov rayonu, «Gənclik» metrostansiyasının yaxınlığında 180 (yüz səksən) manat müqabilində tanışı Şahid1 satmış və 08 mart 2020-ci il tarixdə, saat 00:15 radələrində Şahid1 Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən Nərimanov rayonu, Atatürk prospekti, 2A ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq 16-cı X6 rayonu, F.X.Xoyski prospekti, 83A ünvanında yerləşən inzibati binasına gətirilib orada üstündə şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan Məhkum1 qa nunsuz olaraq əldə edib üstündə saxladığı «Kent» markalı siqaret qutusunda səkkiz ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,070 qram, 0,060 qram, 0,062 qram, 0,095 qram, 0,078 qram, 0,065 qram, 0,085 qram, 0,080 qram, ümumi təmiz çəkisi 0,595 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan sonra, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum1 08 mart 2020-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində saxlanılaraq 16-cı X6 rayonu, F.X.Xoyski prospekti, 83A ünvanında yerləşən inzibati binasına gətirilib orada üstündə şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sağ qolunun bilək nahiyəsinə yaxın içəri hissəsindən şəxsiyyəti istintaqa məlum olmayan «Əlvan» adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üstündə saxlayaraq daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 2,668 qram olan külli miqdarda narkotik vasitə heroin, habelə həmin gün saat 18 radələrində kirayədə yaşadığı ünvan 5 ünvanında axtarış aparılarkən oradan şəxsiyyəti istintaqa məlum olmayan «Əlvan» adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı iki ədəd sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,898 qram, 0,910 qram və qutunun içərisinə dağılmış halda təmiz çəkisi 5,749 qram olmaqla ümumi təmiz çəkisi 7,557 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metafetamin, bir ədəd şüşə qabın içərisində təmiz çəkisi 41,954 qram olan kustar üsulla hazırlanmış k ülli miqdarda narkotik vasitə tiryək, bir ədəd plastik qabda təmiz çəkisi 148,643 qram olan kustar hazırlanmış külli miqdarda narkotik vasitə heroin, eləcə də Məhkum2 satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı üzərində «Türkoğlu» yazısı olan ayaqqabı qutusunda təmiz çəkisi 230,0 qram, iki ədəd üzərində «Bostan» yazısı olan, bir ədəd üzərində yazısı olmayan şüşə qablarda və bir ədəd sarı qapaqlı şüşə bankada ayrıayrılıqda təmiz çəkiləri 60 qram, 45 qram, 35 qram, 18,903 qram, ümumi çəkisi - 388,903 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda qurudulmuş marixuana, həmçinin bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə külli miqdarda narkotik vasitə əldə edib sataraq mənfəət əldə etmək üçün tanışı Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında sonuncudan 2.000 (iki min) manat müqabilində külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etmək məqsədi ilə onunla qabaqcadan ümumi razılığa gəlmiş və Məhkum2 bu məqsədlə istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi çəkisi 515,413 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib özündə saxlayaraq daşıyan zaman 08 mart 2020-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazis ində şübhəli şəxs qismində saxlanılaraq 16-cı X6 rayonu, F.X.Xoyski prospekti, 83A ünvanında yerləşən inzibati binasına gətirilib orada üstündə şəxsi axtarış aparılarkən əlində tutduğu bir ədəd polietilen torbanın içərisindəki iki ədəd sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 225,0 qram, 290,0 qram, habelə əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd «gümüşü» rəngli kağız bükümdə təmiz çəkisi 0,413 qram, ümumi çəkisi 515,413 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Məhkum1 xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-in 16-cı PB-nə gətirildikdən sonra ona polis əməkdaşları tərəfindən təziq edilərək onlara əlavə guya narkotik vasitələrini satan adam verildiyi təqdirdə tutulan Şahid1 kimi narkotik vasitəsinin istifadəçisi kimi sənədləşdirəcəklərini vəd vermişlər. Məhkum1 tərcüməçi olmadığından Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşlarını başa düşməyərək bilmədiyindən polis əməkdaşlarının dediklərini etmişdir. Buna görə də Məhkum1 xx.xx.2020-ci il tarixdə saxlanılıb Nərimanov RPİ-nin 16-cı PB-nə gətirildikdən sonra Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşlarının təziqləri ilə tanışı Məhkum2 istifadəsində olan 070 *** ** ** nömrəsinə öz istifadə etdiyi 055 *** ** ** telfon nömrəsi ilə zəng edərək ona bir bükülü paket çatacağını, o, paketi götürüb ona yəni Məhkum1 Hüseyn oğluna gətirməsini xahiş etmişdir. Məhkum2 həmin paketdə nə olduğunu və Məhkum1 tutulduğunu bilmirdi. Məhkum1 həmin vaxt Nərimanov RPİ-nin 16-cı PB-də saxlandığı üçün Məhkum2 götürəcəyi həmin paketi ora qoya bilməzdi. Həmin içində narkotik vasitə olan paketi Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən qoyublar və qoyduqları yeri Məhkum1 vasitəsilə Məhkum2 bildirilmişdir. Məhkum2 həmin içində narkotik vasitə olan paketi götürüb Məhkum1 gilə gələrkən onun evinin qabağında Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə saat 21:00 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB-nə gətrilmişdir. Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları Məhkum2 əlindəki paketdə narkotik vasitələrin olduğunu paketə baxmadan bilərək polis bölməsində vəkilin iştirakını təmin edərək video çəkiliş vaxtı paketdən narkotik vasitələrini çıxardaraq qeydiyyata salmışlar. Məhkum1, Şahid1 heç bir narkotik vasitə satmamışdır. Ekspertiza rəylərindəndə görünür ki, Şahid1 üzərində aşkar olunmuş narkotik vasitələri ilə, Məhkum1 üzərində və kirayədə yaşadığı mənzildən çıxan narkotik vasitələr eyni tərkibli deyildir. Məhkum1 üzərində və kirayədə yaşadığı mənzildən çıxan narkotik vasitələrlə Məhkum2 tutularkən üzərində olduğu paketin içindəki narkotik vasitələr Nərimanov RPİnin 16-cı PB-nin əməkdaşları tərəfindən qoyduqları üçün eyni tərkibli olmuşlar. Eksperizanın rəyi də bu hallı təsdiq edərək rəydə görsətmişdir ki, Məhkum1 üzərində və kirayədə yaşadığı mənzildən çıxan narkotik vasitələrlə Məhkum2 tutularkən üzərində olduğu paketdə olan narkotik vasitələr eyni tərkiblidir. Buna görə də Məhkum1 ifadəsində göstərdiyi halların və Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən qan unsuz hərəkətlərə vol verilməsinin Bakı Ağır Cinayətlər Məhkəməsində yoxlanmayaraq tam obyektiv araşdırma aparılmamış, məhkəmə iclasında verilmiş atlı yazılı vəsatətlər qanunsuz olaraq təmin edilməmişdir. Vəsatətlərindəki halların yoxlanmaması Məhkum1, Məhkum2 hüquqları kobud surətdə pozularaq həmin şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda törədildikdə və təkrarən narkotik vasitə satmağına görə Azərbaycan Respublikası CM-nin 234.4.1,234.4.2 və 234.4.3-ci maddələri ilə təqsirləndirilirlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayə kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)122/2022 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü maddəsi ilə təqsirlən dirilməsi qanunsuz və əsasızdır. Məhkum1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2,234.4.3-cü maddəsinin tərkibi olmadığından bəraət verilməlidir. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)-122/2022 nömrəli hökmünün ləğv edilərək Məhkum1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələrin tərkibi olmadığından bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən fa ktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əs asən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosess ual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haq qında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respu blikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ay rılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum1 ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1,234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, iste hsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edilən maddədə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Kassasiya şikayətində məhkum edilmiş şəxs Məhkum1 barəsində bəraət hökmünün çıxarılması xahiş olunsa da, aşağı instansiya məhkəmələri Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinin Məhkum1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi, Məhkum2 ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələri, şahid ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 6/99 nömrəli, xx.xx.2020-ci il tarixli 6/100 nömrəli, xx.xx.2020-ci il tarixli 7/31 nömrəli və xx.xx.2020-ci il tarixli 7/32 nömrəli rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkloji Mərkəzi» X12 Ambulator X1 xx.xx.2020- ci il tarixli 944 nömrəli və xx.xx.2020- ci il tarixli 955 nömrəli rəyləri, "xxxx" MMC-nin BKC/LGL- 6319/20 nömrəli xx.xx.2020-ci il tarixli və "xxxx" MMC-nin AZF/LGL5270/20 nömrəli xx.xx.2020-ci il tarixli məktubları, üzləşdirmə, baxış keçirilməsi və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilməsi barədə əsaslı nəticəyə gəlmişlər. Məhkum edilmiş şəxs Məhkum1 özünü ona istinad olunan cinayət əməllərində təqsirli bilməsə də, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq onun məhkəmə istintaqı zamanı verilmiş ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirmiş və onun həmin ifadəsinin iş materiallarında olan sübutlarla və şahidlərin ifadələri ilə təkzib olunması qənaətinə gəlmişdir. İş materillarında olan "xxxx" MMC-nin BKC/LGL-6319/20 nömrəli xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Şahid1 məxsus 055 ***-**-** telefon nömrəsi ilə təqsirləndirilən şəxs Məhkum1 məxsus 055 ***-**-** mobil telefon nömrəsi arasında "xxxx" şəbəkəsində xx.xx.2020-ci il tarixdə «Bakı şəhəri, Nərimanov rayonu, X11, ev 82» anten dairəsi üzrə saat 01:35:45-də 38 saniyə, saat 02:18:15-də 8 saniyə, saat 22:32:58-də isə 41 saniyə danışıq qeydə ahnması müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Məhkum1 məxsus 055 ***-**** mobil telefon nömrəsi ilə digər təq sirləndirilən şəxs Məhkum2 məxsus 070 98778-88 telefon nömrəsi arasında "xxxx" şəbəkəsində Bakı şəhəri üzrə müxtəlif ərazilərdə yerləşən anten dairələrində qarşılıqlı olaraq mütəmadi şəkildə- ümumilikdə 321 (üç yüz iyirmi bir) dəfə rabitə əlaqəsi saxlanılmaqla danışıq aparılması müəyyən edilmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutla rın məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum1 istinad edilən cinayət əməlini törətməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini CM-in 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayə t işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər q ərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan R espublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cinayət işi üzrə müəyyən olunan hallar əsasında məhkumun CM-in 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin məhkuma bəraət verilməsi barədə dəlilləri əsassız olmaqla heç bir sübutla öz təsdiqini tapmır.Məhkum1 bəraət verilməsi üçün cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2022-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil, həmin qərar qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2022-ci il t arixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar