Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-86/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2024-cü il tarixli 1(105)-189/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Hafiz Əliyev (sədrlik edən və məruzəçi), Fəhmin Hümbətov və Aynur Rzayeva) 24 yanvar 2024-cü il tarixli 1(124)401/2024 nömrəli hökmü ilə xx xxxx 1974-cü İldə Sabirabad rayonu, Kalinovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən küçəsində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə mü əssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 02 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 02 sentyabr 2023-cü il tarixdə “İnstaqram” sosial şəbəkəsində tanış olduğu özünü “Mehdi" kimi təqdim edən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının 100 manat pul müqabilində Abşeron rayon, Xırdalan şəhəri, 28-ci məhəllədə 17 saylı uşaq bağçası ilə üzbəüz yerləşən marketin arxasında həmin marketə məxsus işıq sayğacının içərisinə qoyduğu, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və həmin tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahılarına (İ Siyahısına) əsasən külli miqdarda, 01 (bir) ədəd şəffaf sellofan bükümdə çəkisi 4,695 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürərək satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış və daşımış, 02 sentyabr 2023-cü il tarixdə saat 06 radələrində Abşeron rayon polis idarəsinin Post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə 17 saylı uşaq bağçasının qarşısında saxlanılmaqla Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilərək həmin gün saat 06:50-dən saat 07:15-dək üzərində şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində 01 (bi r) ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 4,695 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ruhiyyə Əsgərova (sədrlik edən və məruzəçi), Azər İsmayılov və Rəşadət Ağayev) 13 mart 2024cü il tarixli 1(105)-189/2024 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 1(124)-401/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2024-cü il tarixli 1(105)-189/2024 nömrəli qərarının ləğv edilməsini və əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsini xa hiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanının tərtib etdiyi ittiham aktı qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib olunmamışdır. Belə ki, onun himayəsində bir azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması nəzərə alınmamış və araşdırılmamışdır. Həmçinin cinayət qanunvericiliyi düzgün nəzərə alınmadan onun əməli səhv tövsif edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1 -ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun əməli əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkumun fikrincə o nun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234-cü maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma ilə əlaqədar hərəkətlər CM-in 234.1-ci maddəsi ilə, eyni əməllər külli miqdarda törətdikdə isə əməl CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilir. Göründüyü kimi, həmin maddə lərlə nəzərdə tutulmuş əməlləri biri-birindən fərqləndirən əlamət narkotik vasitələrin və ya psixotrop maddələrin miqdarıdır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Birinci instansiya məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün etirafedici ifadəsini, şahidlərin ifadələrini, məhkəmə ekspertizalarının rəylərini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq 4,695 qram psixotrop maddə olan metamfetamini əldə etm əsi və saxlaması tam təsdiq edilmişdir. Məhkum üzərində aşkar edilmiş psixotrop maddənin növü və miqdarı cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə müəyyən edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İİ siyahıya əsasən psixotrop maddə olan metafetaminin külli miqdarın aşağı həddi 2 qram təşkil edir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq, hesab edir ki, həmin sübutların məcmusu məhkumun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi barədə mötəbər və yekun qərarına gəlməyə imkan verir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya və apellyasiya instansiyası məhkə mələrinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş bütün tərkib əlamətlərinin olduğundan onun əməlinin cinayət qanununun həmin maddə ilə tövsif edilməsi əsaslı və qanuna uyğun olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqs irli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1- ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması barədə nəticəyə gəlir. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası həmçinin işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə qanuni və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2024-cü il tarixli 1(105)-189/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2024-cü il tarixli 1(105)-189/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-86/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-86/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver