Məhkəmə qərarları › İş №1(102)-860/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-860/2019

18.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-860/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 29, 180.2.2, 29, 180. 2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: Ş.B.Məmmədova, M.A.Xankişiyev və R.A.Əliyevdən ibarət tərkibdə) 05 aprel 2017-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1988-ci il tarixdə Abşeron rayonunun anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 08 mart 2016-cı il tarixdən həbsdə olan Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 1 77.2.1, 29, 180.2.2, 29, 180.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-in 29, 180.2.2, 29, 180.2.3-cü maddələri ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2017-ci il tarixli qərarı ilə (sədrlik edən hakim və məruzəçi: Səfərov Rizvan Kamal oğlu, Əhmədov Həsən Hüseyn oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası üç min manat cərimə cəzası ilə əvəz edilmişdir və ona cinayətlərin məcmusu üzrə qəti olaraq üç min manat cərimə edilməklə dörd il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2017-ci il tarixli qərarından vəsatətlə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatətinin təmin edilməsini xahiş etmişdir. Vəsatətin dəlilləri: Məhkum vəsatəti onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2017-ci il tarixli qərarından qanunu bilmədiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kassasiya şikay əti verə bilməmişdir. Ona görə də, ötürülmüş müddətin məhkəmə tərəfindən üzrlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, vəsatətin dəlillərini müzakirə edib, vəsatətin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət təmin edilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatəti müzakirə edib, vəsatətin təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət təmin edilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsin ə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində kassasiya şikayəti verilə bilər. İşin materiallarından müəyyən edilir ki, kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş qaydalara əməl edilməmiş və müddət üzrlü səbəb olmadan ötürülmüşdür. Kassasiya şikayəti vermə müddətinin bərpası ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, qanunla müəyyən edilmiş əsaslar olmadığından bu barədə vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1-ci bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Kollegiya iş üzrə qeyd edilən əsaslar mövcud olmadığından kassasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatəti məqbul hesab etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 04 iyul 2017-ci il tarixli qərarından kassasiya şikayəti vermə müddətinin bərpası üçün hüquqi əsaslar olmadığından məhkum tərəfindən verilimiş vəsatət təmin edilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara Aldı: Məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 04 iyul 2017-ci il tarixli qərarından kassasiya şikayəti vermə müddətinin bərpası üçün hüquqi əsaslar olmadığından məhkum tərəfindən verilmiş vəsatət təmin edilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar