Məhkəmə qərarları › İş №1(102)-860/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-860/2020

01.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-860/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyasında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Alverdiyev Ramiz Xaliqverdi oğlu, məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Re spublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2020-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Nəbiyev Cəlil Cabbar oğlu (sədrlik edən), Abdullayev İlkin Qismət oğlu və Məmmədov Müşviq Vaqif oğlundanibarət tərkibdə) 02 dekabr 2019-cu il tarixli hökmü ilə 23.02.1981-ci ildə Lənkəran rayonunun Qumbaşı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, bir azyaşlı uşaq atası, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonunun Qumbaşı kəndində daimi qeydiyyatda olan və həmin ünvanda yaşamış Məhkum, Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 27 iyul 2019-cu il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2020-ci il tarixli hökmü ilə (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Camalov Etibar Əli oğlu və Bəşirov Kamil Sücəddinoğlundan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli hökmü apelyasiya protestinə əsasən Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasın a məhkum olunmasına aid hissədə ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə 5 (beş) il müddətinə azadlqdan məhrum etmə cəzası təyin olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli hökmü apelyasiya protestinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum müəyyən edilməmiş vaxtda məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdar da, narkotik vasitələr olan ümumi təmiz çəkisi 3,167 qram heroin, ümumi təmiz çəkisi 112,513 qram tiryək, ümumi təmiz çəkisi 1,59 qram qurudulmuş marixuana və təmiz çəkisi 0,118 qram psixotrop maddə olan metafetamini əldə edərək onu üzərində daşımaqla yaşadığı Lənkəran rayonunun Qumbaşı kəndində yerləşən evinə gətirib saxlamış, 27 iyul 2019-cu ildə, saat 06 radələrində Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı üzərinə və evinə baxış keçirilərkən qeyd edilən narkotik vasitələr və psixotrop maddə üzərində və yaşadığı evdən aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2020-ci il tarixli hökmündənMəhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək həmin hökmün ləğv edilərək işin yenidən apellyasiya instansiyası məhkəməsində baxılmağa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum əməlində Azər baycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud deyildir və işə baxan məhkəmə kollegiyası CM-nin 234.4.3-cü maddəsinə münasibətdə biri digərini tamamlamayan və mötəbər olmayan, eyni zamanda şübhə və ehtimallara əsaslanan sübutlara istinad etmişdir. Belə ki, ibtidai araşdırma orqanı əsaslı bir sübuta istinad etmədən (iş materiallarında belə bir sübut növü yoxdur.) yalnız ehtimallara əsaslanmaqla Məhkum satış məqsədi barədə müvafiq ittiham vermişdir. Halbuki, qanunvericilik yalnız ehtimala əsaslanmaqla şəxsə hər hansı ittiham verilməsini qadağan edir. Bundan başqa, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən işə baxılarkən (yuxarıda qeyd olunan hökm qəbul edilərkən) müdafiə tərəfinin qeyd etdikləri və iş ü çün mühüm əhəmiyyət kəsb edən hallar, yəni hüquqlarını müdafiə etdiyim şəxsin narkotik vasitə istifadəçisi olmaqla yanaşı eyni zamanda müxtəlif növ narkotik vasitələrdən istifadə edə bilməsinin mümkünlüyü müvafiq ekspertiza təyin edilməklə aydınlaşdırılmamış, onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi və buna görə də ağır cəzaya məhkum edilməsinin əsaslılığı araşdırılmamış, nəticə etibarilə də məhkəmə kollegiyası tərəfindən ədalətli məhkəmə araşdırması hüququ pozulmaqla Məhkum cinayət qanununun daha ağır maddəsi ilə məhkum olunmasına dair qanunsuz, əsassız və ədalətsiz hökm qəbul edilmişdir. Müdafiəçi Apellyasiya məhkəməsi tərəfindən məhkumun əməlinin düzgün qiymətləndirilmədiyini vurğulayaraq Şirvan Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 12 fevral 2020-ci il tarixli hökmünün ləğv edilərək işin yenidən apellyasiya instansiyası məhkəməsində baxılmağa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəl ləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə məhkumun əməlinin əsassız olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublik ası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmi yyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun əməlinin düzgün tövsif edilməməsi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbər liyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İş materiallarından görünür ki, Məhkum CM-in 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir ondan ötrü ki, o,istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdar hesab edilən beş ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda çəkiləri 0,665 qram, 0,820 qram, 0,620 qram, 0,597 qram, 0,465 qram, ümumi çəkisi 3,167 qram olan narkotik vasitə heroin, iki bükümdə ayrı-ayrılıqda çəkiləri 12,418 qram, 0,095 qram, ümumi çəkisi 12,513 qram olan narkotik vasitə tiryək, üç bükümdə ayrı-ayrılıqda çəkiləri 1,17 qram, 0,34 qram, 0,08 qram ümumi təmiz çəkisi 1,59 qram olan qurudulmuş marixuana, bir bük ümdə təmiz çəkisi 0,118 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq yaşadığı Lənkəran rayonunun Qumbaşı kəndində yerləşən evinə aparıb orada saxlamış, 27 iyul 2019-cu il tarixdə, saat 06 radələrində barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuşəməliyyat məlumatına əsasən Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı qanunsuz olaraq satış məqsədilə saxladığı12,513 qram narkotik vasitə tiryək iki bükümdə, 1,59 qram çəkidə qurudulmuş marixuana üç bükümdə olmaqla biri kibrit qutusunda, digərləri isə kağız büklümlərdə, 0,118 qram çəkidə psixotrop maddə olan metamfetamin bir ədəd kağız bükümdə və narkotik maddə heroinin külli miqdar hesab edilən 2,702 qram çəkidə olan hissəsi 4 ədəd polietilen kəsiyi bükümündə Lənkəran rayonu Qumbaşı kəndində yaşadığı evindən götürüldükdən sonra Lənkəran ŞRPŞ-nə gətirilmiş vəşübhəli şəxs qismində tutularaq üzərindəşəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən qanunsuz olaraq satış məqsədilə saxladığı narkotik vasitə heroinin 0,465 qram çəkidə olan hissəsi 1 ədəd polietilen kəsiyi bükümündə aşkar edilərək götürülmüşdür. “Narkotikvasitələrin, güclütəsiredənvəzəhərlimaddələrinqanunsuzdövriyyəsinədaircinayətişləriüzrəməhkəmətəcrübəsih aqqında» AzərbaycanRespublikasıAliMəhkəməsiPlenumunun04 mart 2011-ciiltarixli2 №liQərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əld ə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı q anuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarında göstərilən tövsiyyələrə tam uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum CM-nin 234.4.3-cü maddəsiilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikas ı Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevr al 2020-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 12 fevral 2020-ci il tarixli hökmü məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən sa

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar