Məhkəmə qərarları › İş №1(102)-860/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-860/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-860/2021 24.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) və Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamçısının müdafiəçisi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum2, Məhkum1 və müdafiəçisi Məmmədov Zabid Salman oğlunun, Zərərçəkmiş şəxs İsmayılov Xəqani Bayram oğlu və nümayəndəsi Quliyev Rafiq Əli oğlu nun iştirakları ilə xx xxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə alayının Atıcı tağımında atıcı vəzifəsində işləyən, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qarayev küçəsi, ev 5 «Q»-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsi, ev 12 «B»-də yaşayan, ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.2.1 və 221.2.1-ci maddələri, 14 avqust 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dmitrov küçəsi, ev 7, mənzil 2-də yaşayan, ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.2.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli qərarından Məhkum1 müdafiəçisi Məmmədov Zabid Salman oğlu və Məhkum2 müdafiəçisi Aslanov Elxan Tərlan oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli hökmü ilə (hakim S.Ə.Ağayev) Məhkum2 - Аzərbаycаn Respublikаsı CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 127.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 221.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 5 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək 07 may 2018-ci il tarixdən 09 may 2018-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq alınan 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində 04 (dörd) il 11 (on bir) a y 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum1- Аzərbаycаn Respublikаsı CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumlar və zərərşəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), E.E.Rəhimov və V.Ə.Mursaqulov) apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum2 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, yaxın münasibətdə olduğu dostu Məhkum1 ilə 06 may 2018-ci il tarixdə, gecə saat 00:55 radələrində bacısının nişan məclisindən taksi ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsinə qayıtdıqda uzaq qohumu İsmayılov Xəqani Bayram oğlunun «Vaz-21063» markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilini həmin küçədə, 12 «A» nömrəli evin bərabərində saxlayıb sükan arxasında oturduğunu görərək, sonuncunun avtomobili yaşadığı evin yaxınlığında saxlamasını cüzi səbəb kimi bəhanə edib, öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, avtomobilə yaxınlaşaraq sol qarşı qapısını açıb ucadan Xəqani İsmayılovdan orada nəyə görə dayanmasını soruşub, ünvanına nəlayiq ifadələr işlətməklə təhqi r edib əli ilə başından dəfələrlə vurmaqla oradan çıxıb getməsini tələb etməyə başlamış, Xəqani İsmayılov həmin hərəkətinə görə əsaslı olaraq irad bildirərək avtomobildən düşdükdə isə, dostu Məhkum1 ilə birlikdə silah qismində istifadə olunan taxta parçası və yumruqla qəsdən xuliqanlıq niyyəti ilə Xəqani İsmayılovun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib ona baş beyin silkələnməsi, sağ almacıq sümüyünün yerini dəyişən qapılı sınıqları, sağ gözyuvasıətrafı və sağ almacıq nahiyələrinin dərialtı hematomaları, hər iki bazı, hər iki kürək, sol bud nahiyələrinin qançırları, sağ bazu nahiyəsinin sıyrığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə və avtomobilinin alın şüşəsini vurub sın dıraraq əmlakının zədələnməsi nəticəsində 50 manat məbləğində ziyan vurmaqla, bir neçə dəqiqə davam etdirdikləri həmin qərəzli hərəkətləri ilə orada yaşayanların və ətrafda olan digər şəxslərin rahatlıqlarını, dincliklərini pozub Məhkum1lə bir qrup şəxs halında silah qismində əşya tətbiq edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Xəqani İsmayılova qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkum1 ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə ittiham edilir ona görə ki,o, yaxın münasibətdə olduğu dostu Məhkum2 ilə 06 may 2018-ci il tar ixdə, gecə saat 00:55 radələrində sonuncunun bacısının nişan məclisindən taksi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsinə qayıtdıqda Məhkum2 uzaq qohumu İsmayılov Xəqani Bayram oğlunun «Vaz21063» markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilini həmin küçədə, 12 «A» nömrəli evin bərabərində saxlayıb sükan arxasında oturduğunu görərək, sonuncunun avtomobili yaşadığı evin yaxınlığında saxlamasını cüzi səbəb kimi bəhanə edib, öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, avtomobilə yaxınlaşaraq sol qarşı qapısını açıb ucadan Xəqani İsmayılovdan orada nəyə görə dayanmasını soruşub ünvanına nala yiq ifadələr işlətməklə təhqir edib əli ilə başından dəfələrlə vurmaqla oradan çıxıb getməsini tələb etməyə başladıqda və Xəqani İsmayılov həmin hərəkətinə görə əsaslı olaraq irad bildirərək avtomobildən düşdükdə, dostu Məhkum2 ilə birlikdə silah qismində istifadə olunan taxta parçası və yumruqla qəsdən xuliqanlıq niyyəti ilə Xəqani İsmayılovun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib ona baş beyin silkələnməsi, sağ almacıq sümüyünün yerini dəyişən qapalı sınıqları, sağ gözyuvasıətrafı və sağ almacıq nahiyələrinin dərialtı hematomaları, hər iki bazı, hər iki kürək, sol bud nahiyələrinin qançırları, sağ bazu nahiyəsinin sıyrığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə və avtomobi linin alın şüşəsini vurub sındıraraq əmlakının zədələnməsi nəticəsində 50 manat məbləğində ziyan vurmaqla, bir neçə dəqiqə davam etdirdikləri həmin qərəzli hərəkətləri ilə orada yaşayanların və ətrafda olan digər şəxslərin rahatlıqlarını, dincliklərini pozub Məhkum2la bir qrup şəxs halında silah qismində əşya tətbiq edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Xəqani İsmayılova qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum1 müdafiəçisi Məmmədov Zabid Salman oğlu tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 24 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum1barəsində cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, qərar ləğv olunmalı və bəraət hökmü çıxarılmalıdır. Hüquqlarını müdafiə etdiyi Məhkum1 özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, zərərçəkmiş Xəqani İsmayılov xəsarətləri Məhkum2la qarşılıqlı mübahisə zamanı avtomobilin yaxınlığında bir-biri ilə əlbəyaxa olarkən yerə yıxıldıqda almışdır. Məhkum1 idadəsinin davamında göstərmişdir ki, o Xəqani İsmayılovu vurmamış və xəsarətlər yetirməmişdir. Ancaq Xaqaninin dostu Rövşən Yusifov əlindəki divardeşən perforatorla onun və Məhkum2 üstünə hücum etdiyinə görə o Rövşənin hücumumunun qarşısını almışdır. Yəni həmin vaxt Məhkum1 yerdən tapdığı taxta parçasını əlinə gö türdüyünə görə Rövşən Yusifov əlindəki perferatoru qaytarıb avtomobilin yük yerinə qoyduğuna görən Məhkum1 taxta parçasını yerə (kənara) atmışdır. O Rövşən Yusifovla təmasda olmamışdır və onu da vurmamışdır. Müdafiəçi həmçinin qeyd edir ki, cinayət işinin materiallarında olan Təhlükəsizlik Şəhər Xidmətinin TŞ 9-026 nömrəli kameralarında qeydə alınmış videogörüntülərə baxış keçirilən zaman Məhkum1 zərərçəkmiş Xəqani İsmayılovla təmasda olmaması bir daha öz təsdiqini tapmışdır. Bir daha bildirir ki, məhkum Rövşən Abdullayevin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 -ci maddəsinin əlamətləri mövcud deyildir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxslər Məhkum2 və Məhkum1 24 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin Cinayət kollegiyasına ər izə ilə müraciət edərək müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsini xahiş edirlər. Məhkəmə kollegiyası verilmiş ərizləri iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizələr ilə bağlı dövlət ittihamçısı Y.Məmmədovanın çıxışını dinləyərək hesab edir ki, məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri məhkumlar tərəfindən geri götürüldüyündən həmin şikayətlər baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassas iya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətlərinin geri götürülməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 dekabr 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayətləri geri qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürmək hüquqlarına ma lik olduqlarından təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası QƏRARA A L İ R: Məhkumlar Məhkum1 və Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 dekabr 2019-cu il tarixli qərarından məhkumların müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar