Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-860/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərb aycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı İsmayılov Samir Sabir oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Masallı Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Quliyev Ceyhun Əmir oğlu) Təqsirləndirilən şəxs, xx xxxxxx 1976-cı il tarixdə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Təklə kəndində qeydiyyatda olmaqla həmin rayonun Xoşçobanlı kəndində yaşayan, CM -nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, hökmün icrasının isə Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılması qərara alınmışdır. İşin halları: Birinci in stansiyası məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 23 yanvar 2021-ci il tarixdə saat 18 radələrində birgə yaşadıqları Masallı rayonunun Xoşçobanlı kəndində yerləşən evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı qəsdən təpik zərbəsi ilə Zərərçəkmiş şəxs sağ qabırğa nahiyəsinə bir dəfə vuraraq ona sağ Vİİİ qabırğanın sınığı ilə nəticələnən xəsarət yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərərvurmaya aid olan bədən xəsarəti yetirmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Kazımov Zakir Lələkişi oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi) Cəfərov Rafiq Musa oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə) 29 noyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmış və Təqsirləndirilən şəxs barəsində «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilməklə o, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarın dan dövlət ittihamçısı S.S.İsmayılov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: CM-nin 81-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 39.1.12-ci maddəsinə və «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının bir sıra müddəalarına istinad edən dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası yekun qərar qəbul edərkən amnistiya aktının tətbiqi üzrə müvafiq qanunvericiliyin tələblərinə riayət etmədən səhvə yol vermiş, amnistiyanın elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1 deyil, 2.5-ci bəndini tətbiq etməklə, əsassız olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhdudlaşdırmış, sonuncunun barəsindəki cinayət təqibinə xitam vermək əvəzinə, onu cəzadan azad etmiş və bu haqda qərar qəbul edərkən həmçinin cinayət qanunvericiliyinin tələblərinə də riayət etməyərək, icraatında Təqsirləndirilən şəxs barəsində cinayət işi olmasını və bu iş üzrə hökmün qüvvəyə minməməsini, yəni Təqsirləndirilən şəxs məhkum olunmamış şəxs hesab edilməsini nəzərə almamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən amnistiya aktının cinayət mühakimə icraatının müxtəlif mərhələlərində tətbiq edilməsi ilə bağlı vahid təcrübənin nəzərə alınmaması nəticəsində cinayət etmiş şəxsin vəziyyətini ağırlaşdırmışdır. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı S.S.İsmayılov kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Kassasiya protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkum Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına naməlum səbəblərdən gəlməmişlər. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə məhkumun və zərər çəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı S.S.İsmayılov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin p rotestində məhkum Təqsirləndirilən şəxs barəsində «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının düzgün tətbiq edilməməsini iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli və cinayət işi üzrə icrata xitam verilməli olması haqqında tələbini CPM-nin və 416.1.11-ci maddələsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.11-ci maddəsinə əsasən isə məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçı sı S.S.İsmayılovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Təqsirləndirilən şəxs barəsindəki yekun məhkəmə aktlarını cinayət işinin materialları ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normala rının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, k assasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində mü əyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməs ində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-c ü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiam üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir, işin hallarına və toplanmış və araşdırılmış sübutlara uyğundur və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkum Təqsirləndirilən şəxs təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni zərərçəkmişin ifadələri ilə yanaşı şahidlərin ifadələri, mə hkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı qəsdən təpik zərbəsi ilə Zərərçəkmiş şəxs sağ qabırğa nahiyəsinə bir dəfə vuraraq ona sağ Vİİİ qabırğanın sınığı ilə nəticələnən xəsarət yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərərvurmaya aid olan bədən xəsarəti yetirmiş, yəni CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. CM-nin 127.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzalarının nəzərdə tutulmasına görə isə, həmin cinayət böyük ictimi təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Belə ki, CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə t utulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Birinci instansiya məhkəməsinin 31 avqust 2021-ci il tarixli hökmündən göründüyü kimi, Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Kassasiya protestində Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi əməli törətməsinin sübuta yetirilməsi, həmin əməlin hüquqi tövsifi və sonuncuya təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın açıq-aşkar yüngül və ya ağır olması mübahisələndirilmir və məhkəmə kollegiyası da bu məsələlərin təftiş olunm ası üçün əsaslar görməyərək hazırki işə kassasiya protestində irəli sürülmüş dəlillər çərçivəsində baxılmasını zəruri sayır. Məhkəmə kollegiyası vurğulayır ki, hazırki kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas kimi, həmin məhkəmə tərəfindən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi deyil, 2.5-ci bəndini tətbiq etməklə, əsassız olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhdudlaşdırmasını, sonuncunun barəsində olan cinayət işi üzrə icraata xitam vermək əvəzinə, onun cəzadan azad edilməsi barədə qərar qəbul edilməsini, bununla da cinayət qanunvericiliyinin tələblərinin pozulduğunu göstərmişdir. Məhkəmə kollegiyası kas sasiya protestinin dəlilləri ilə razılaşmır və bu dəlillərə cavab verilməsi üçün əvvəla qeyd etməyi lazım bilir ki, CM-nin 81.1-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. CM-nin 81.2-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Qanunun bu normalarının mə nasına görə, amnistiya aktı dövlət hüquqi akt kimi normativ xarakter daşıyır, həmin akt fərdən qeyri-müəyyən şəxslərə şamil edilir və hansı prosessual mərhələdə olmasından asılı olmayaraq qeyri-müəyyən sayda cinayət törətmiş şəxslər barəsində tətbiq olunur. Amnistiya aktını vermək təşəbbüsü həmişə ali dövlət orqanına məxsus olur, bu aktı tətbiq edəcək hüquq mühafizə orqanları, məhkəmələr və hökmləri və ya məhkəmələrin digər qərarlarını icra edən orqanlar üçün məcburi xarakter daşıyır və onun müəyyən kateqoriya şəxslər barəsində tətbiq edilməsinin hüquqi əsası, qaydaları və şərtləri təsbit olunur. Amnistiya aktı cəza və məsuliyyət məsələsinə aşağıdakı formalarda təsir göstərə bilər: a) cinayət məsuliyyətini aradan qaldırır; b) cəzadan (əsas və əlavə cəzadan) tamamilə azad edir; c) cəzanın m üddətini azaldır; ç) cəzadan şərti olaraq vaxtından əvvəl azad edir; d) təyin edilən cəzanı (cəzanın çəkilməmiş hissəsini) başqa yüngül cəza ilə əvəz edir; e) cəzasını çəkmiş şəxslərin məhkumluğunu götürür. Kassasiya protestində Təqsirləndirilən şəxs barəsində 05 noyabr 2021-ci il tarixli Qərarın 9.1-ci bəndinin tətbiq edilməli olması iddia edilsə də, həmin bəndin tələbi amnistiya qərarı qüvvəyə mindiyi günədək birinci instansiya məhkəməsi tərəfindən baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə şamil edilir. Göstərilən Qərarın 9.2 və 9.2.2-ci bəndlərinin ümumi məzmununa görə isə, məhkəmələr bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndiri lməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə Qərarın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsləri təyin edilmiş cəzadan azad edirlər (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Daha sonra 05 noyabr 2021-ci il tarixli Qərarın 9.3-cü bəndində müəyyən edilir ki, məhkəmələr icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edirlər. Bu isə o deməkdir ki, apellyasiya instansiyası məhkəməsi də amnistiya qərarı qüvvəyə minənədək çıxarılmış, lakin apellyasiya qaydasında mübahisələndirildiyi üçün hökm qanuni qüvvəyə minmədən onun icraatına daxil olmuş işlər üzrə amnistiya aktını həmin qərarın məhz 9.2-ci bəndinin tələblərinə müvafiq olaraq, yəni qərarın 2-ci hissəsində nəzərdə tutulmuş qaydada məhkum olunmuş şəxsləri cinayət məsuliyyətindən deyil, onlara təyin olunmuş bu və ya digər cəzadan edir. Amnistiyanın elan olunması haqqında Qərarın 2.5-ci bəndində isə göstərilmişdir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər cəzadan azad edilirlər (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Hazırki cinayət işinin materiallarından göründüyü kimi, bu iş üzrə Masallı Rayon Məhkəməsinin hökmü 31 avqust 2021-ci il tarixdə, yəni amnistiya akt ı qəbul edilənədək çıxarılmış, həmin hökmlə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən – CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan həmin hökm məhkumun özü və müdafiəçisi tərəfindən apellyasiya qaydasında mübahisələndirildiyinə görə, qanunvericilikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minməmiş, apellyasiya şikayətinə apellyasiya instansiyası məhkəməsində baxılarkən isə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 05 noyabr 2021-ci il tarixdə amnistiya aktı qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq amnistiyanın elan edilməsi haqqında həmin qərarın 9.2 və 2.5-ci bəndlərinə əsaslanaraq Təqsirləndirilən şəxs məhz ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından azad edilməli olması barədə nəticəyə gələrək bu barədə kassasiya qaydasında mübahisələndirilən qərarı qəbul etmiş, onun cinayət məsuliyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi üçün əsaslar görməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə razılaşaraq həmçinin qeyd etməyi zəruri bilir ki, işə apellyasiya qaydasında baxılarkən Təqsirləndirilən şəxs barəsindəki 31 avqust 2021-ci il tarixli hökm qanuni qüvvəyə minməsə də, o, həmin dövrdə barələrində 05 noyabr 2021-ci il tarixli Qərarın 2.5-ci bəndinin tətbiq edilməli olan şəxslərin dairəsinə aid olmuşdur. Deməli, ümumilikdə götürülməklə, həmin Qərarın 9.2.2, 9.3 və 2.5-ci bən dlərinə əsasən Təqsirləndirilən şəxs amnistiya qərarı qüvvəyə minənədək çıxarılmış, lakin qüvvəyə minməmiş hökmlə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərin dairəsinə aid edilməklə cinayət məsuliyyətindən deyil, ona təyin olunmuş cəzadan azad edilməli olduğundan, apellyasiya instansiyası məhkəməsinin onun barəsində amnistiyanın elan edilməsi haqqında qərarın 2.5-ci bəndinin tətbiq edilməsi və onun təyin edilmiş cəzadan azad edilməsi barədə mövqeyi əsaslı olmuşdur. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən onun qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416.1.11-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini qeyd edərək və kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmrano vun çıxışını dinləyərək şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-860/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-860/2022
21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver