Məhkəmə qərarları › İş №1(102)-861/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-861/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-861/2021 01.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamında müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Məhkumların müdafiəçiləri Rzayev Elvin Rəşid oğlu və Əliyev Musa İsa oğlunun iştirakları ilə, xx xxxxxxxx 1970-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respu blikasının vətəndaşı, orta təhsilli, Xətai Rayon Məhkəməsinin 21 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11 dekabr 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Sadıqov Elman Alman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.3, 20, 120.2.6 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1983-cü il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, or ta təhsilli, Xaçmaz Rayon Məhkəməsinin 01 fevral 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 24 (iyirmi dörd) gün islah işləri cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 may 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 68.1.3 və 67.1-ci maddələri tətbiq edilməklə, 128, 132-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) ay 10 (on) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23 may 2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, evli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, Şuşa rayonu, Zarıslı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sab unçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3, 29,120.2.3, 29, 120.2.6, 228.4, 234.4.3 və 315.2-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2020-ci il tarixli qərarından məhkum E.A.Sadıdovun müdafıəçisi Rzayev Elvin Rəşid oğlu və Məhkum1 madafiəçisi Əliyev Musa İsa oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 iyul 2019-cu il tarixli hökmünə əsasən (hakim A.Məcidovun sədrliyi ilə, hakimlər Z.Ağayev və S.Hüseynov) Sadıqov Elman Alman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29,120.2.3, 29,120.2.6 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinm iş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3 və 29,120.2.6-cı maddələri ilə 14 (on dörd) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum1 120.2.1, 29, 120.2.3 və 29, 120.2.6-cı maddələri ilə 15 (on beş) il müddətə, Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), İ.M.Murquzov və H.H.Əhmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3, 29,120.2.6, 228.4, 234.4.3 və 315.2-ci maddələri, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3, 29,120.2.6 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-660/2019 saylı, 16 iyul 2019-cu il tarixli hökmü Məhkum1 müdafiəçisi Yusifov Ceyhun Salman oğlu və Məhkum2 müdafiəçisi Rzayev Elvin Rəşid oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmiş, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmiş, satış məqsədilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşıyaraq saxlamış, bir qrup şəxs halında, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar və başqa cinayəti gizlətmə məqsədi ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən deşici-kəsici xassəyə malik soyuq silah hesab olunan zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli bir ədəd ov bıçağı, həmçinin deşici-kəsici xassəyə malik, zavod üsulu ilə hazırlanmış soyuq silah hesab olunan ümumi təyinatlı qatlanmayan tipli bir ədəd ov bıçağı və kombinə olunmuş, deşici-kəsici-vurucu-d ağıdıcı xassəyə malik soyuq silah hesab olunan ümumi təyinatlı qatlanan tipli bir ədəd ov bıçağı-kasteti (beşbarmağı) qanunsuz əldə edib etibarnamə əsasında idarə etdiyi **-VG-*** dövlət qeydiyyat nömrə nişanlı, “Lada 212140 (Niva)” markalı avtomobilin qoltuqaltı hissəsində və yük yerində gəzdirmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib bir hissəsini satıb gəlir əldə etmək məqsədilə ayıraraq bir ədəd boz rəngli sintetik torbada Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz evinə daşıyaraq yataq otağındakı çarpayının altında, bir hissəsini isə öz şəxsi istehlakı üçün ayıraraq bir ədəd ağ rəngli sel lofanda etibarnamə əsasında idarə etdiyi “Lada 212140 (Niva)” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının altında saxlamaqla daşımış, 15 iyun 2018-ci il tarixdə saat 08:30-da Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin avtomobilə keçirilən baxış zamanı sürücü oturacağının altından təmiz çəkisi 17,984 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra həmin gün saat 10:30-da onun yaşadığı evə baxış keçirilən zaman, evin yataq otağındakı çarpayının altından təmiz çəkisi 17 kiloqram 060 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib saxlamışdır. 14 iyun 2018-ci il tarixdə, axşam saatlarında dostu Məhkum2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi adlanan ərazidə yerləşən “Qarabağ” adlı kafedə ad gününü qeyd edərək spirtli içki qəbul edib, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib etibarnamə əsasında idarə etdiyi **-VG-*** dövlət nömrə nişanlı, “Lada 212140” markalı avtomobilin oturacağında saxladığı narkotik vasitə olan marixuananı çəkdikdən sonra 15.06.2018-ci il tarixdə, saat 02 radələrində Məhkum2la birlikdə kafedən çıxıb narkotik vasitənin təsiri altında və yüngül alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi **-VG-*** dövlət qeydiyyat nömrə nişanlı, “Lada 212140” markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi adlanan ərazidə yerləşən evinə doğru hərəkətdə olan zaman Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa” şəhərciyi, “üç yo l” adlanan ərazidə dayanaraq “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı patrul avtomobilində xidmət aparan Sabunçu RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis baş serjantı Nağıyev Eltun Rafiq oğlu və Sabunçu RPİnin DYPŞ-nin yol-patrul xidməti baş inspektoru, polis baş leytenantı Mirzəyev Sahib Xalıq oğlu onun təhlükəsizlik kəmərindən istifadə etmədiyini, həmçinin görünüşündən spirtli içkinin və ya narkotik vasitənin təsiri altında olmasını güman etdiklərindən sayrışan işıq və səs siqnalı ilə saxla işarəsi vermələrinə baxmayaraq polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayıb hərəkətini davam etdirdikdə polis əməkdaşları insan həyatına və sağlamlığına yaranacaq təhlükənin qarşısını almaq məqsədi ilə radio-cihaz vasitəsilə Sabunçu RPİ-nin növbətçi hissəsinə həmin av tomobil barədə məlumat verib ərazidə olan qüvvələrin həmin yerə yönləndirilməsini bildirərək onları təqib etməyə başladıqdan sonra idarə etdiyi avtomobili həmin yolun kənarında yerləşən “Naxçıvan” adlı restoranın qarşısından düz istiqamətdə olan torpaqlıq-daşlıq yola daxil etdikdə arxasınca həmin yola daxil olan patrul avtomobilinin hərəkətini davam etdirə bilməyib saxladığını gördükdə o, da idarə etdiyi avtomobili sonunculardan təxminən 70-80 metr irəlidə saxlayıb avtomobilin şüşəsini aşağı endirərək oturmuş vəziyyətdə polis əməkdaşlarının ünvanına söyüş söyüb avtomobili yenidən 2-3 metr irəli sürüb saxlayan vaxt Sabunçu RPİ-nin DYPŞ-nin yolpatrul xidməti inspektoru, polis baş serjantı Qədirov Əlizamin Hakim oğlu və Sabunçu RPİnin DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis baş serjan tı Qənbərov Babək Eyvaz oğlu xidmət apardıqları **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı patrul avtomobili ilə həmin yerə yaxınlaşıb “Polis haqqında” Azərbaycan Respublikası Qanunu ilə sürücülər və piyadalar tərəfindən yol hərəkəti qaydalarının gözlənilməsinə nəzarət etmək, yol hərəkətinin təhlükəsizliyini təmin etmək, yol hərəkəti qaydalarının pozulması və yol nəqliyyat hadisələri üzrə təhqiqat aparmaq, səlahiyyətləri çərçivəsində inzibati tənbeh tədbirləri tətbiq etmək kimi üzərinə qoyulmuş vəzifələrinin icrası ilə əlaqədar Əlizamin Qədirov xidməti avtomobildən düşüb özünü təqdim etmək üçün ona yaxınlaşmaq istədikdə o, hakimiyyət nümayəndəsi olan Əlizamin Qədirova xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstərməklə avtomobil i hərəkətə gətirib sonuncunun üzərinə sürərək oradan uzaqlaşmış, həmin vaxt Əlizamin Qədirov özünü müdafiə etmək üçün kənara tullanıb yerə yıxılaraq sağlamlığa zərər vurmayan xəsarətlərə aid sol baldırın çapığı (səthi əzilmiş yarası) xəsarətini almış, Babək Qənbərov isə patrul avtomobili ilə onları təqib etməyə başlamış, o, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu adlanan ərazidə yol bitdiyi üçün saat 02:52-də avtomobili arxaya verərək ərazidən uzaqlaşmağa çalışan zaman Babək Qənbərov patrul avtomobilini onun avtomobilinin arxasında saxlayıb avtomobildən düşüb sürücü tərəfdən ona yaxınlaşıb özünü təqdim etmək istəyərkən o, Məhkum2la bir qrup şəxs halında başqa cinayətlərini gizlətmə, yəni idarə etdiyi avtomobildə və yaşadığı evdə əldə edib saxladığı soyuq silahların və satış məqsə di ilə əldə etdiyi külli miqdarda narkotik vasitə olan marixuananın aşkar olunmasının qarşısını almaq məqsədi ilə və xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar, Babək Qənbərovu qəsdən öldürmək qərarına gələrək avtomobilin qoltuqaltı hissəsində gəzdirdiyi deşici-kəsici xassəyə malik soyuq silah hesab olunan zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli ov bıçağını götürüb avtomobildən düşərək Babək Qənbərovun üzərinə hücum edib qəsdən öldürmək məqsədilə həmin bıçaqla bir neçə dəfə zərbə vuraraq sonuncuya sağlamlığa yüngül zərərvurmaya aid sol bud nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası və sağlamlığa ağır zərərvurmaya aid baş beyinin ağır dərəcəli əzilməsinə, sol gicgah sümüyünün xətti sınığına səbəb olan sol gicgah nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan bədən xəsarətləri yetirmiş, daha sonra Məhkum2la birlikdə polis əməkdaşlarının tezliklə hadisə yerinə gələcəklərini bilərək, həmçinin Babək Qənbərovun öldüyünü düşünərək öz cinayətkar niyyətlərini başa çatdırmış hesab edib cinayətin izlərini itirmək məqsədi ilə Babək Qənbərovun xidməti geyim forması hesab olunan jiletini idarə etdiyi avtomobilə qoyduqdan, Məhkum2 isə hadisə yerindən qaçmaq məqsədi ilə əlləri ilə patrul avtomobilini arxaya itələyib avtomobilin motorxanasının qapağında olan qan izlərini yerdən götürdüyü ot parçası ilə sildikdən sonra polis əməkdaşlarının hadisə yerinə gəldiyini görüb Məhkum2la birlikdə Babək Qənbərovun əllərindən tutub sonuncuya guya ilkin tibbi yardım göstərmək və xəstəxanaya aparmaq istəmələri görüntüsünü yaratmaq məqsədi ilə polis əməkdaş larına Babək Qənbərova tanımadığı şəxslər tərəfindən xəsarət yetirildiyini bildirmiş, lakin sonuncu hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən dərhal xəstəxanaya çatdırılaraq üzərində təxirə salınmadan cərrahi əməliyyatlar aparılaraq həyatı xilas edildiyindən o, qəsdən adam öldürməyə yönəlmiş niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Bəbək Qənbərovu bir qrup şəxs halında, başqa cinayətlərini gizlətmə məqsədi ilə və xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmənin hökmünə əsasən, Məhkum2 satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşıyaraq saxlamış, bir qrup şəxs halında, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar və başqa cinayəti gi zlətmə məqsədi ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib bir ədəd ağ rəngli sintetik torbada ünvan 3 ünvanına daşıyaraq yataq otağındakı çarpayının altında saxlamış, 15 iyun 2018-ci il tarixdə, saat 12:45-də Sabunçu RPİ-nin əməkdaşları tərəfindən yaşadığı mənzilə baxış keçirilən zaman mənzilin yataq otağındakı çarpayının altından təmiz çəkisi 12 kiloqram 100 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib saxlamışdır. Bundan başqa o, 14 iyun 2 018-ci il tarixdə, axşam saatlarında dostu Məhkum1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi adlanan ərazidə yerləşən “Qarabağ” adlı kafedə sonuncunun ad gününü qeyd edərək spirtli içki qəbul edib, Məhkum1 istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdib etibarnamə əsasında idarə etdiyi **-VG-*** dövlət nömrə nişanlı, “Lada 212140” markalı avtomobilin oturacağında saxladığı narkotik vasitə olan marixuana çəkdikdən sonra 15.06.2018-ci il tarixdə, saat 02 radələrində Məhkum1la birlikdə kafedən çıxıb sonuncunun narkotik vasitənin təsiri altında və yüngül alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi **-VG-*** dövlət nömrə nişanlı, “Lada 212140” markalı avtomobili ilə Məhkum1 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa” şəhərciyi adlanan ərazidə yerl əşən evinə doğru hərəkətdə olan zaman Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa” şəhərciyi, “üç yol” adlanan ərazidə dayanaraq “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı patrul avtomobilində xidmət aparan Sabunçu RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis baş serjantı Nağıyev Eltun Rafiq oğlu və Sabunçu RPİ-nin DYPŞ-nin yolpatrul xidməti baş inspektoru, polis baş leytenantı Mirzəyev Sahib Xalıq oğlu Məhkum1 təhlükəsizlik kəmərindən istifadə etmədiyini, həmçinin görünüşündən spirtli içkinin və ya narkotik vasitənin təsiri altında olmasını güman etdiklərindən sayrışan işıq və səs siqnalı ilə saxla işarəsi vermələrinə baxmayaraq sonuncu polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayıb hərəkətini davam etdirdikdə polis əməkdaşları insan həyatına və sağlamlığına yaranaca q təhlükənin qarşısını almaq məqsədi ilə radio-cihaz vasitəsilə Sabunçu RPİ-nin növbətçi hissəsinə həmin avtomobil barədə məlumat verib ərazidə olan qüvvələrin həmin yerə yönləndirilməsini bildirərək onları təqib etməyə başladıqdan sonra Məhkum1 idarə etdiyi avtomobili həmin yolun kənarında yerləşən “Naxçıvan” adlı restoranın qarşısından düz istiqamətdə olan torpaqlıq-daşlıq yola daxil etdikdə arxasınca həmin yola daxil olan patrul avtomobilinin hərəkətini davam etdirə bilməyib saxladığını gördükdə idarə etdiyi avtomobili sonunculardan təxminən 70-80 metr irəlidə saxlayıb avtomobilin şüşəsini aşağı endirərək oturmuş vəziyyətdə polis əməkdaşlarının ünvanına söyüş söyüb avtomobili yenidən 2-3 metr irəli sürüb saxlayan vaxt Sabunçu RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis baş ser jantı Qədirov Əlizamin Hakim oğlu və Sabunçu RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis serjantı Qənbərov Babək Eyvaz oğlu xidmət apardıqları **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı patrul avtomobili ilə həmin yerə yaxınlaşıb “Polis haqqında” Azərbaycan Respublikası Qanunu ilə sürücülər və piyadalar tərəfindən yol hərəkəti qaydalarının gözlənilməsinə nəzarət etmək, yol hərəkətinin təhlükəsizliyini təmin etmək, yol hərəkəti qaydalarının pozulması və yol nəqliyyat hadisələri üzrə təhqiqat aparmaq, səlahiyyətləri çərçivəsində inzibati tənbeh tədbirləri tətbiq etmək kimi üzərinə qoyulmuş vəzifələrinin icrası ilə əlaqədar Əlizamin Qədirov xidməti avtomobildən düşüb özünü təqdim etmək üçün Məhkum1 yaxınlaşmaq istədikdə sonuncu hakimiyyət nümayəndəsi olan Əlizamin Qədirova xidməti vəz ifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstərməklə avtomobili hərəkətə gətirib sonuncunun üzərinə sürərək oradan uzaqlaşmış, həmin vaxt Əlizamin Qədirov özünü müdafiə etmək üçün kənara tullanıb yerə yıxılaraq sağlamlığa zərər vurmayan xəsarətlərə aid sol baldırın çapığı (səthi əzilmiş yarası) xəsarətini almış, Babək Qənbərov isə patrul avtomobili ilə onları təqib etməyə başlamış, Məhkum1 Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu adlanan ərazidə yol bitdiyi üçün saat 02:52-də avtomobili arxaya verərək ərazidən uzaqlaşmağa çalışan zaman Babək Qənbərov patrul avtomobilini Məhkum1 avtomobilinin arxasında saxlayıb avtomobilindən düşüb sürücü tərəfdən sonuncuya yaxınlaşıb özünü təqdim etmək istəyərkən o, Məhkum1la bir qrup şəxs halı nda başqa cinayəti gizlətmə, yəni yaşadığı evdə satış məqsədi ilə əldə edib saxladığı külli miqdarda narkotik vasitə olan marixuananın aşkar olunmasının qarşısını almaq məqsədi ilə və xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar, Babək Qənbərovu qəsdən öldürmək qərarına gələrək Məhkum1 avtomobilin qoltuqaltı hissəsində gəzdirdiyi deşici-kəsici xassəyə malik soyuq silah hesab olunan zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli ov bıçağını götürüb avtomobildən düşərək Babək Qənbərovun üzərinə hücum edib qəsdən öldürmək məqsədilə həmin bıçaqla bir neçə dəfə zərbə vuraraq sonuncuya sağlamlığa yüngül zərərvurmaya aid sol bud nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası və sağlamlığa ağır zərərvurmaya aid baş beyinin ağır dərəcəli əzilməsinə, sol gicgah sümüyünün xətti sınığ ına səbəb olan sol gicgah nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan bədən xəsarətləri yetirmiş, daha sonra o, Məhkum1la birlikdə polis əməkdaşlarının tezliklə hadisə yerinə gələcəklərini bilərək, həmçinin Babək Qənbərovun öldüyünü düşünərək öz cinayətkar niyyətlərini başa çatdırmış hesab edib cinayətin izlərini itirmək məqsədi ilə Məhkum1 Babək Qənbərovun xidməti geyim forması hesab olunan jiletini idarə etdiyi avtomobilə qoyduqdan, o isə hadisə yerindən qaçmaq məqsədi ilə əlləri ilə patrul avtomobilini arxaya itələyib avtomobilin motorxanasının qapağında olan qan izlərini yerdən götürdüyü ot parçası ilə sildikdən sonra polis əməkdaşlarının hadisə yerinə gəldiyini görüb Məhkum1la birlikdə Babək Qənbərovun əllərindən tutub sonuncuya guya ilkin tibbi yardım göstərmək və xəstəxanaya aparmaq istəmələri görüntüsünü yaratmaq məqsədi ilə polis əməkdaşlarına Babək Qənbərova tanımadığı şəxslər tərəfindən xəsarət yetirildiyini bildirmiş, lakin sonuncu hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən dərhal xəstəxanaya çatdırılaraq üzərində təxirə salınmadan cərrahi əməliyyatlar aparılaraq həyatı xilas edildiyindən o, qəsdən adam öldürməyə yönəlmiş niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Babək Qənbərovu bir qrup şəxs halında, başqa cinayəti gizlətmə məqsəd ilə və xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 müdafiəçisi Rzayev Elvin Rəşid oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-3 9/2020 saylı, 23 yanvar 2020-ci il tarixli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Məhkum2 tərəfindən Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşı, polis serjantı Qənbərov Babək Eyvaz oğluna qarşı hər hansı bir qanuna zidd hərəkət törədilməmişdir. Qənbərov Babək Eyvaz oğlunun idarə etdiyi “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində olan kamera görüntüləri və digər təqsirləndirilən şəxs Məhkum1 ifadəsi Məhkum2 təqsirsizliyini sübut edir. Kamera görüntüsündə açıq aşkar görsənir ki, Elman avtomobildən düşənədək artıq Məhkum1 Qənbərov Babək Eyvaz oğluna bıçaqla xəsarət yetirmiş və Elmanın həmin hadisənin qarşısını almaq üçün heç bir imkanı olma mışdır. Elman Qənbərov Babək Eyvaz oğluna heç bir xəsarət yetirməmiş və ya ona xəsarət yetirilməsində iştirak etməmiş, əksinə ona ilkin tibbi yardım göstərərək onu xəstəxanaya aparmağa çalışmışdır. Bundan əlavə, 15 iyun 2018-ci il tarixində Məhkum2 yaşadığı ünvan 4 ünvanında keçirilmiş baxış zamanı aşkar edilmiş narkotik vasitə Məhkum2 tərəfindən deyil digər şəxs və ya şəxslər tərəfindən onun yaşadığı mənzilə yerləşdirilmişdir. Belə ki, həmin vaxt evdə olan şəxslərin bildirdiyinə görə, 7 ədəd nəqliyyat vasitəsində çoxlu sayda polis əməkdaşları Məhkum2 ilə birlikdə onun yaşadığı binanın qarşısına gəlmişlər. Həmin vaxt blokun qarşısında oturmuş bütün qonşular polis əməkdaşları tərəfindən həmin ərazidən məcburi şəkildə uzaqlaşdırılmışdır. Polis əməkdaşları gəlmiş olduqları nəqliyyat vasitələr indən birinin arxasını blokun tam qabağına verərək Məhkum2 iştirakı olmadan onun yaşadığı evə qalxmışlar. Həmin vaxt evdə Məhkum2 övladları Sadıxov Elvin Elman oğlu, Sadıxov Naiq Elman oğlu və qaynı qızı Rüstəmova Münəvvər Müşfiq qızı olmuşdur. Polis əməkdaşları evdə olan şəxslərin iradəsinə zidd olaraq zorla Məhkum2 yaşadığı mənzilə daxil olaraq özləri ilə gətirmiş olduqları narkotik vasitəni həmin mənzilə yerləşdirmiş sonra isə özləri ilə gətirmiş olduqları hal şahidlərinin iştirakı ilə həmin yerdən götürmüşlər. Narkotik vasitə götürülən vaxt Məhkum2 yaşadığı ünvanda olan şəxslərin və həmin ünvanda yaşayan onun həyat yoldaşı Rüstəmova Ülviyyə Rza qızının ifadələri alınarsa həmin narkotik vasitənin Məhkum2 tərəfindən deyil məhz polis əməkdaşlarının özləri tərəfindən ora qoyulduğu öz təs diqini tapar. Lakin çox təəssüf ki, məhkəmə istintaqı zamanı tərəflərindən verilmiş 15 iyun 2018-ci il tarixində Məhkum2 yaşadığı ünvan 4 ünvanında keçirilmiş baxış zamanı həmin ünvanda olan və yaşayan Məhkum2 övladlarıSadıxov Elvin Elman oğlunun, Sadıxov Naiq Elman oğlunun, həmin ünvanda olan qaynı qızı Rüstəmova Münəvvər Müşfiq qızının və həmin ünvanında yaşayan Məhkum2 həyat yoldaşı Rüstəmova Ülviyyə Rza qızının əlavə şahid qismində dindirilməsi barədə vəsatət məhkəmə tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Halbuki işin obyektiv araşdırılması baxımından məhkəmə özü həmin şəxslərin dindirilməsini təmin etməli idi. Hazırda mübahisələndirilən hökm birtərəfli ibtidai istintaq hərəkətləri nəticəsində toplanmış sübutlar və materiallar üzrə irəli sürülən ittiham əsasında keçirilmiş məhkə mə araşdırılması nəticəsində, təkzibedici əsasların sonadək tədqiq olunmaması şəraitində qəbul olunmuşdur. Həmçinin Elman Sadıqovun oğlu Sadıqzadə Elvin Elman oğlu Ağdam və Xocavənd istiqamətində gedən döyüşlərdə iki dəfə ağır yaralanmış və “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. Məhkum1 müdafiəçisi Əliyev Musa İsa oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-39/2020 saylı, 23 yanvar 2020-ci il tarixli qərarı dəyişdirərək, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair hissəsində bəraət verilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3, 29,120.2.6-mı maddələrinin CM-nin 126.2.2-ci maddələrinə tövsif edilməklə həmin maddənin sanksiyası daxilində cinayətlərin məcmusu qaydasında ədalətli cəzanın təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.6-ci maddələri ilə təqsirləndirilməsi yol verilməzdir. Çünki Məhkum1 Babək Qənbərovu öldürmək kimi niyyəti olmamış və buna cəhd etməmişdir. Belə ki, cinayət işinin materiallarından, həmçinin təqsirləndilən şəxslərin və şahidlərin ifadələrindən aydın olur ki, Məhkum1 Babək Qənbərova xəsarət yetirdikdən sonra qaçıb getməyə və həmin ərazidən uzaqlaşmağa real imkanı olmasına baxmayaraq yanında olan Məhkum2la birlikdə Babəkə əllərindən gələn tibbi yardımı göstərmiş, hətta polis əməkdaşları ilə birlikdə öz avtomobili ilə yaralının yanında oturaraq xəstəxanaya getmişdir. Həm hadisə baş verdikdən sonra, həm də yolda olarkə n Məhkum1 tərəfindən Babək Qənbərovun başından axan qanın dayanması üçün bütün köməklik göstərilmişdir. Belə ki, cinayət işinin materiallarından da görünür ki, Məhkum1 Babək Qənbərovun üzərində olan jileti çıxaraq başında olan yaranın üzərinə qoymuşdur. Məgər kimisə öldürmək niyyəti olan bir şəxs bunları edərdimi?! Buradan da açıq-aşkar görünür ki, Məhkum1 Babək Qənbərovu öldürmək niyyəti olmamış, həmçinin buna cəhd də etməmişdir. Çünki Məhkum1 belə bir niyyəti olsaydı ya yaralı vəziyyətdə olan Babək Qənbərova növbəti zərbəni endirər, ya da onu yaralı vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşardı. Sadalanan xüsusatlardan aydın olur ki, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.l (bir qrup şəxs tərəfindən qəsdən adam öldürməyə cəhd), 29, 120.2.3 (zərər çəkmiş şəxsin xi dməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü qəsdən öldürməyə cəhd) və 29, 120.2.6-cı (başqa cinayəti gizlətmə ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham verilməsi tamamilə qanunsuz və əsassızdır. Bundan başqa təqsirləndirilən şəxs Məhkum1 Eləsənağa oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilməsi və təqsirli bilinməsi də tamamilə qanunsuzdur. Belə ki, cinayət işi materiallarının mübahisəsiz hallarından biri ondan ibarətdir ki, əgər həqiqətən də Məhkum1 idarə etdiyi avtomobildə narkotik vasitə olmuşdusa o, gecə vaxtı həmin şəraitdə həmin narkotik vasitəni asanlıqla istər sonuncu hadisə yerində, istərsə də yol boyu avtomobildən kənara ata bilərdi. Göründüyü kimi istər Məhkum1 avtomobilində, istərsə də yaşadığı evdə güya külli miqdarda narkotik, vasitə aşkar edilərək götürülməsi tamamilə həqiqətdən uzaq və qondarma əsaslarla yaradılmış ittihamdır. Bir başqa qondarma ittiham da həmin külli miqdarda narkotik vasitələri məhz satış məqsədilə güya Məhkum1 evində və avtomobildə saxlamasıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumların müdafiəçiləri Rzayev Elvin Rəşid oğlu və Əliyev Musa İsa oğlunun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı Yaqut Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdir ilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-h ansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum2 müdafiəçisi Rzayev Elvin Rəşid oğlu kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və E.Sadıqov bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkum1 müdafiəçisi kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirilərək, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə məhkum edilməsinə dair hissəsində bəraət verilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3, 29,120.2.6-mı maddələrinin CM-nin 126.2.2-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyas ı daxilində cinayətlərin məcmusu qaydasında ədalətli cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini əsassız hesab edərək bildirir ki: Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 221-ci maddəsinə əsasən xuliqanlıq dedikdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. “Azərb aycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cina yət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səla hiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə al ınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin mənasına görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi isə xuliqanlığın sosial mahiyyətini əks etdirir. «Açıqca hörmətsizlik ifadə etmə» anlayışı xuliqanlığın, bir qayda olaraq, ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s., digər vətəndaşların gözü qarşısında törədilməsini nəzərdə tutur. Xuliqanlıq z amanı təqsirkarın hərəkətləri şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman heç tanımadığı cəmiyyətin hər hansı bir üzvünə və ya az tanıdığı şəxsə qarşı yönəlmiş olur. Cinayət işinin materiallarından görünür ki, Məhkum1 polis əməkdaşını vurduğu bıçaq ona məxsus olub və təqsirləndirilən şəxs Məhkum2 ona elan edilmiş ittihamlar üzrə cinayət əməllərini törətməkdə özünü təqsirli bilməmiş, Məhkum1 isə özünü qismən təqsirli bilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 CM-nin 126.2.2-ci maddəsi (Zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi) ilə qəsdən adam öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi cinayətini törətməsi faktı iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunmur. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Məhkum1 əməlinin hüquqi tövsifində səhvə yol verilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarındakı tövsiyyələrə əsaslanaraq məhkumun əməlinin Azərbaycan Respublikası CMin 29, 120.2.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il qərarının 7-cı bəndində deyilir: Zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirk arın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-nin 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. Şəxsin xidməti vəzifəsini həyata keçirməsi dedikdə onun dövlət, bələdiyyə, mülkiyyət formasından asılı olmayaraq qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş digər müəssisə və təşkilatlarla, habelə fəaliyyəti qanunvericiliyə zidd olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanmış əmək müqaviləsindən (kontrakdan) irəli gələn xidməti vəzifələrin dairəsi başa düşülür. İctimai borcunu yerinə yetirmək dedikdə isə vətəndaşların həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzif ələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq niyyəti insan ləyaqətinə hörmətsizliklə, ictimai maraqlara, davranış qaydalarına və qanunlara qarşı laqeydliklə bağlı olan eqoizmdən əmələ gəlir. Xuliqanlıq motivi həm də özünü onda göstərir ki, bu zaman subyektə cinayətkar əməlin özü zövq verir və o, bu əməli törətməklə özünü göstərmək istəyir. Xuliqanlıq motivi ilə adam öldürmə cinayətində bəzən qisasın elementinə də rast gəlinir. Lakin burda qisas hər şeyi həll edən motiv kimi deyil, məhz ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq şəkildə etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla ən xırda bir məsələni şişirdərək xüsusilə ağır formada qisas almaqla xuliqanlıq niyyətinin yaranmasına səbəb olan bəhanə kimi çıxış edir. Yəni bu zaman şəxs qisas motivindən məhz bəhanə kimi istifadə etmiş olur. Cinayət işinin materiallarından görünür ki, 14 iyun 2018-ci il tarixdə dostu Məhkum1 ad günü olduğu üçün Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən ``Qarabağ`` adlanan kafedə Elçinlə görüşüb Elçinin ad günü münasibəti ilə yemək yeyib, spirtli içki qəbul etmişlər. Onlar hərəsi 1 litr araq içmişlər. 15 iyun 2018-ci il tarixdə, təxminən saat 01 radələrində kafedən Məhkum1la birlikdə çıxıb Elçinə məxsus avtomobillə Ramana qəs əbəsi, Şuşa şəhərciyi adlanan ərazidəki Məhkum1 məxsus evə doğru hərəkətə başlamışlar. Yenicə hərəkətə başlayan vaxt arxa tərəfdə markasını və rəngini görmədiyi avtomobilin onlara saxlamaq üçün işarə verdiyini görüb. Avtomobilin arxa şüşəsində pərdə və plyonka olduğu üçün həmin avtomobili dəqiq görə bilməmişdir. Elçinə işarə verənin kim olmasını bilmək üçün avtomobili saxlamağını təklif etsə də, Elçin avtomobili saxlamamışdır. Bundan sonra Şuşa şəhərciyi adlanan ərazidən Ramana qəsəbəsi Gülçülük sovxozu ərazisinədək hərəkət etmişlər. Saat təxminən 02 radələrində «Gülçülük» sovxozu ərazisində yeni yaşayış sahəsində torpaqlıq yolda avtomobil dalana dirəndiyi üçün Elçin avtomobili saxlamağa məcbur olub. Bu zaman Elçin ona avtomobildən düşməməyini bildirmişdir. Elçin avtomobili arxaya hərəkət etdirən zaman avtomobil arxada olan avtomobilə toxunub, dayanmışdır. Bundan sonra o, arxada dayanan avtomobildən “ratsiya” ilə danışıq səsləri gəldiyini eşidib oturduğu tərəfdə olan şüşədən arxaya baxıb onları təqib edən avtomobilin patrul avtomobili olduğunu görmüşdür. Bundan sonra Elçin avtomobildən düşmüşdür. Az sonra o da avtomobildən düşüb. Düşən zaman polis formasında olan bir nəfərin qan içində yerə yıxıldığını görüb və Elçinin polisi vurduğunu başa düşmüşdür. Elçin avtomobildən düşərkən, həmçinin sonra Elçinin əlində bıçaq və ya başqa predmet görməyib. Bundan sonra Elçinə kömək edib patrul avtomobilini itələyərək Elçinin avtomobilinin arxasından çəkib və polisi Elçinin avtomobilinə yerləşdirib xəstəxanaya çatdırmağa cəhd etmişlər. Daha sonra polisin əynində olan köynəyi çıxararaq başının qanını saxlamağa çalışmışlar. Xəsarət alan polis əməkdaşını avtomobilə mindirmək üçün əllərindən tutub sürümək istəyərkən həmin əraziyə 3 nəfər polis əməkdaşı gəlib. Bundan sonra həmin polis əməkdaşlarının da köməyi ilə xəsarət almış polisi Elçinin idarə etdiyi avtomobilə yerləşdirmişlər. Həmin avtomobili isə polis əməkdaşı idarə etmişdir. Elçin də arxada xəsarət alan polis əməkdaşının yanında oturub. O, isə digər polis əməkdaşları ilə birlikdə hadisə yerində qalıb. Bundan sonra isə onu Sabunçu rayon polis idarəsinə aparmışlar. O, Elçinin polis nəfərini vurmasını maşından düşəndən sonra görmüşdür. Onun yaşadığı evdə narkotik vasitə olmayıb. Həmin narkotik vasitənin kim tərəfindən evinə qoyulmasını bilmir. O, narkotik vasitəyə görə əvvəllər məhkum olunmuş, lakin evində narkotik olm ayıb. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində aşkar edilməməsi və apellyasiya şikayətlərinin formal mülahizələrə əsaslanması, onların barəsində bəraət hökmünün çıxarılmasını istis na edir. Müdafiəçi İ.M.Əliyevin kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum1 törədilməsi sübuta yetirilmiş əməllərinə münasibətdə CM-nin Xüsusi hissəinin müvafiq normalarınının düzgün tətbiq edilibedilməməsi məsələsini yoxlayan məhkəmə kollegiyası vurğulayır ki, adı çəkilən məhkumun hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməklə müqavimət göstərməsi əməlləri həmin əməlləri törədərkən, yəni 15 iyun 2018-ci il tarixdə onların tövsif edilməsini tələb edən CM-nin 315.2-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: “Bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə – üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Həmin dövrdə qüvvədə olan CM -nin 315.1-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 20 may 2020-ci il tarixli Qanunu ilə CM-nin 315-ci maddəsində dəyişiklik edilərək həmin maddə aşağıdakı redaksiyada verilmişdir: “Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə – iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”. Göründüyü kimi Məhkum1 hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etmə əməllərini törətməsinə görə məhkumun təqsirli bilindiyi CM-nin 315.2-ci maddəsindən fərqli olaraq hakimyyət nümayəndələrinin (polis əməkdaşlarının) xidməti vəzifələrini yerinə yetirərərkən onlara qarşı zor tətbiq etmə əməlləri hal hazırda qüvvədə CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır, həmin maddənin sanksiyasında isə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə, yəni 01 iyun 2020-ci il tarixədə k qüvvədə olmuş CM-nin 315.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzalar nəzərdə tutulmuşdur. Bu hal isə Məhkum1 vəziyyətinin yüngülləşdirilməsinə səbəb olmasına dəlalət etdiyindən, məhkəmə kollegiyası CM-nin 10.3-cü maddəsinin tələblərinə (məhkum olunmuş şəxsin vəziyətini yüngülləşdirən cinayət qanunu normasının geriyə qüvvəsi olması haqqında) əsaslanaraq hesab edir ki, adı çəkilə məhkumun 01 iyun 2020-ci il tarixdə qüvvədə olmuş CM-nin 315.2-ci maddəsindən həmin tarixdə qüvvəyə minmiş CMnin 315-ci maddəsinə tövsif olunmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azaddlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-nin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkum1 və Məhkum2 təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən də göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3, 59.2, 61-ci maddələrin tələblərinə riayət etməklə onların törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, cəzanı yüngülləşdirən, məhkumların şəxsiyyətini səciyyələndirən halla rı kifayət qədər nəzərə almamış, o cümlədən Məhkum1 münasibətdə cəzanı ağırlaşdıran halları əsas götürərək, onlara həm təqsirli bilindiyi cinayətlərin ağırlığına, həm də onların şəxsiyyətlərinə uyğun olmayan yuxarı cəza təyin etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cin ayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 CM-nin 126.2.2-ci maddəsi (Zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi) ilə qəsdən adam öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi cinayətini törətməsi faktı iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə görə şəxs yalnız o cinayəti törətməyə görə təqsiləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Yəni cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən əlamətlər kimi ic timai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını güman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən qurudulmuş marixuana olan narkotik vasitənin 5 qramı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. 500 qram və ondan artıq olan hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin v ə psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1 1ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razı lıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyini nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qə rarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, De Cubber Belçikaya qarşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməl idir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiya məhkəməsi həmin qərarı ləğv edə və ya dəyişdirə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 29.120.2.1, 29.120.2.3, 29.120.2.6-cı maddələri ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 12 (on iki) ilə endirilsin, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 7(yeddi) il müddətinə azadlıqdan məhrum etmə c əzası 5 (beş) ilə endirilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 315.2-cı maddəsi, Azərbaycan Respublikası CM-in 315-cı maddəsinə tövsif edilsin və ona həmin maddə ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 16 (on altı) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar