Məhkəmə qərarları › İş №1(102)-861/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-861/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-861/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rasim Sadıxov (sədrlik edən və məruzəçi), Novruz Kərimov və Azər Paşayev) 17 may 2022-ci il tarixli, 1(101)-772/2022 nömrəli hökmü ilə xx xxxxxx 1974-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində nömrəsini bilmədiyi fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun xx.xx.2021-ci il tarixd ən xx.xx.2021-ci il tarixədək həbsdə, xx.xx.2021-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 4 ay müddəti Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 may 2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, satış məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq təmiz çəkisi 14,282 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərind ə saxlamaqla daşımış, 10 oktyabr 2021-ci il tarixdə saat 01:10-da Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsi nömrəsiz fərdi yaşayış evin qarşısında Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparılmış, orada üzərinə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 14,282 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamran Əkbərov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Faiq Qasımov) 21 noyabr 2022-ci il tarixli, 1(103)-1456/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-in 23 4.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair 17 may 2022-ci il tarixli hökmü cəza hissədə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 5 (beş) il müddətə endirilmiş, ibtidai istintaq zamanı onun xx.xx.2021-ci il tarixdənxx.xx.2021-ci il tarixədək həbsdə, xx.xx.2021-ci il tarixdənxx.xx.2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 4 ay müddəti Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 4 (dörd) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuşdur. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməsi və cinayət işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum barəsində hər hansı bir əsaslı cəzanı yüngülləşdirən hal mövcud olmamışdır. Belə ki, məhkəmə kollegiyası nəinki əsaslandırma aparmamış, işin faktiki hallarına uyğun olmayan cəzanı yüngülləşdirən halları sadalamaqla yanlış nəticəyə gəlmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə aldığını qeyd etmişdir. Lakin məhkumun kriminal keçmişinə nəzərə salınarsa onun şəxsiyyətinin necə xarakterizə olunduğunu müəyyən etm ək mümkündür. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, hazırkı cinayət əməli onun sayca 4-cü cinayət əməlidir. Bundan əvvəl Qazax Hərbi Tribunalının xx.xx.1996-cı il tarixli hökmü ilə CM-in 243, 226-cı maddəsinin 2-ci hissəsi, 150-ci maddələri ilə, Xətai Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə CM-in 234.1 və 304.1-ci maddələri ilə, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 31 iyul 2007-ci il tarixli hökmü ilə CM-in 234.4.3cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmişdir. Məhkumluğunun ödənilməsinə baxmayaraq yenidən ağır cinayət törətmişdir. Təqsirləndirilən şəxsin ağır xəstəlikdən əziyyət çəkməsi dedikdə məhkəmənin nəyi nəzərdə tutduğu da qeyri-müəyyəndir. Məhkəmənin qərarında təqsirl əndirilən şəxsin xəstəliyi ilə bağlı hər hansı bir sənədə istinad edilməmiş, şəxsin hansı xəstəlikdən əziyyət çəkməsi müəyyən olunmamışdır. Bundan əlavə təqsirləndirilən şəxsin ifadələrindən görünür ki, törədilmiş əməlini etiraf etməmiş və bununla əlaqədar onun əməlindən peşman olması mümkün deyil. Göründüyü kimi, məhkəmə kollegiyası Məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə almamış, cinayət qanununda nəzərdə tutulmayan hallan əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə ona törədilmiş cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir. Məhkum törətdiyi cinayət əməlinin obyekti narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi hesab olunmaqla həmin cina yət ağır cinayətlər kateqoriyasına aiddir. Məhkum tamah məqsədilə, satış niyyəti ilə küllü miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsini təşkil etmiş, bu əməli birbaşa qəsdlə törətmişdir. Belə olduğu halda həm qəsdin formasına, əldə edilmiş narkotik vasitələrinin miqdarına (təmiz çəkisi 14,282 qram narkotik vasitə olan heroin), cəmiyyət üçün təhlükə yaratmasına görə Məhkum əməli ictimai təhlükəliliyinə görə seçilir və qanunla daha sərt qaydada cəzalandırılması tələb edilir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, onun şəxsiyyətinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublika sı CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edil ərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, birinci instansiyası məhkəməsi hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək təqsirləndirilən şəxs Məhkum barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamış, ona təqsirli bilindiyi CM-in 234.4-cü maddəsinin sanksiyası (5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi cinayət işinin hallarını nəzərə alıb, həm də Məhkum törətdiyi cinayətin əməlindən peşman olması və ağır xəstəlikdən əziyyət çəkməsinə istinadən hökmlə ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddələri ilə təyin olunmuş 7 (yeddi) il azadlıqdan mərhum etmə cəzasını ağır hesab edərək cəzanın müddətini 5 (beş) ilə endirilməsini qanuna müvafiq hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin məhkumun əməldən peşman olmasını yüngülləşdirən hal qismində əsassız nəzərə alması barədə dəlili ilə razılaşsa da, nəticəyə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən məhkuma Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş cəza törətdiyi cinayətin ağırlığına və işin hallarına uyğun gəlir, həmin cəzanın açıq-aşkar ədalətsiz olmasına dəlalət edən heç bir hal cinayət işinin materiallarından müəyyən olunmamışdır. Belə ki, Məhkum əvvəllər məhkum edilməsinə dair kassasiya protestinin dəlili Azərbaycan Respublikası CM-in 83.6-cı maddəsinin tələblərinə görə ona təyin edilmiş cəzanın ağırlaşmasına əsas ola bilməz, çünki onun əvvəlki məhkumları ödənilmiş və həmin məhkumluqlarla bağlı bütün hüquqi nəticələri ləğv olunmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki kassasiya protestində cəza təyini ilə bağlı göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum təqsirli bilindiyi maddəsində müəyyən edilmiş sanksiyanın həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən məhz həmin cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcə sindən çıxış etmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmaması barədə dəlili əsaslı hesab etmir. Məhkuma təyin edilmiş cəzanın müddəti onun şəxsiyyətinə və iş üzrə müəyyən edilmiş hallara uyğun gəlir və bu əlamətə görə həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz və cinayətin ağırlığına uyğun olmayan cəza hesab oluna bilməz. Beləliklə hazırki cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protest in təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2022-ci il tarixli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının haqqındakı 21 noyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar