Məhkəmə qərarları › İş №1(102)-861/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-861/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-861/2025 09.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkumlar Məhkum1 və Məhkum2 iştirakları ilə, Məhkum1 Azərbaycan Respublikası CM-in 144-2.2.5, 144-2.2.6-cı maddələri, Məhkum2 CM-in 144-2.2.6-cı maddə si ilə məhkum edilmələrinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 21 noyabr tarixli, 1(106)-848/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (X2 (sədrlik edən), X14 və X8 ibarət tərkibdə) 2024-cü il 31 iyul tarixli, 1(099)-58/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1973-cü ildə Ağcabədi rayonu Cəfərbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Ağcabədi rayonu Cəfərbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, Məhkum1 Azərbaycan Respublikası CM-in 144-2.2.5 və 144-2.2.6-cı maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 70-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tədbiq olunması, onun barəsində 1 (bir) il sınaq müddətinin müəyyən edilməsi və sınaq müddətinin başlanğıcının hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanması, onun üzərinə sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarətin həyata keçirilməsinin Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunması, xx xxxxxx 1963-cü ildə Ağcabədi rayonu Hindarx kəndində doğulmuş, Azərbaycan Respublikasının v ətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Məhkum2 Azərbaycan Respublikası CM-in 144-2.2.6-cı maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 70-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tədbiq olunması, onun barəsində 1 (bir) il sınaq müddətinin müəyyən edilməsi və sınaq müddətinin başlanğıcının hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarətin həyata keçirilməsinin Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən kassasiya protesti, Məhkum1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), X9 və X4 ibarət tərkibdə) 2024-cü il 21 noyabr tarixli, 1(106)-848/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Ağcabədi Rayon Rayon İcra Hakimiyyəti başçısının Cəfərbəyli kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş Məhkum1 və tanışı Məhkum2 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 1987-ci ildə doğulmuş, yüngül dərəcəli əqli gerilik (yüngül debillik) xəstəliyi olmaqla öz hüquqlarını və vəzifələrini tam həyata keçirmək qabiliyyətinə malik olmayan, anasının ölməsi, atasının isə həbsdə olması səbəbindən valideyin himayəsindən məhrum olmuş, Ağcabədi şəhəri üzrə İcra Hakimiyyəti nümayəndəsinin 25 iyun 2002-ci il tarixli, 09 saylı sərəncamı ilə Məhkum2 qəyyumluğuna verilmiş, Zərərçəkmiş şəxs işsiz, maddi və sosial təminatının aşağı olmasından istifadə edərək Məhkum1 Məhkum2 hər ayda 100 manat, sonralar isə 150 manat pul ödəməsi şərti ilə əməyini istismar etmək üçün Məhkum2 onu 2016-cı ilin sonlarında Məhkum1 yaşadığı Ağcabədi rayonu Cəfərbəyli kəndində yerləşən həyətyanı sahəsində iri və xırdabuynuzlu heyvanlarına baxmaqla çobanlıq etmək adı ilə təhvil vermiş, Məhkum1ov onu atası X5 adına olan torpaq sahəsində, Ağca bədi rayonu Cəfərbəyli kəndinin yaxınlığında yerləşən fermada əmək müqaviləsi bağlamadan, onun özünə şəxsən əmək haqqı ödəmədən, fermada insan yaşayışı üçün aşağı şəraitli daxmada yerləşdirdirdikdən sonra fərdi təsərrüfatındakı heyvanlara gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda öz qulluq mövqeyindən istifadə etməklə dövlət qulluqçusu olduğu üçün onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirib azadlığını məhdudlaşdırmaqla, ov silahını nümayiş etdirərək həmin silahla onu vuracağı ilə hədəqorxu gəlməklə, müxtəlif vaxtlarda döyərək ona dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirib zor tətbiq etməklə, Zər ərçəkmiş şəxs buna etiraz olaraq fermadan qaçıb Məhkum2 yanına getdikdə isə Məhkum2 ona müddətli həqiqi hərbi xidmətdən yayındığı üçün axtarışda olmasını, tutulacağı halda həbs ediləcəyini, yalnız Məhkum1 fermasında qaldığı halda tutulmaqdan yayına biləcəyini bildirməklə 2021-ci ilin oktyabr ayının sonlarınadək olan müddətdə şəxsən özünə əmək haqqı ödəmədən fermada Məhkum1 fərdi təsərrüfatında olan heyvanlara gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur etməklə Zərərçəkmiş şəxs birlikdə məcburi əməyə cəlb etmişlər. KASSASİYA PROTESTİNİN, KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ, MƏHKUMLARİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, hər iki instansiya məhkəmələri iş üz rə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Məhkum1 və Məhkum2 şəxsiyyətlərinə uyğun olmamasına baxmayaraq, ağır cinayətlər kateqoriyasına aid olan əməllərə görə onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını şərti tətbiq etmiş, bununla təqsirləndirilən şəxslərin gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum1 və Məhkum2 islah edilməsinin, gələcəkdə həm onlar, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısı alınmasının təmin olunmasına xidmət etməmişdir. Bundan başqa, hər iki instansiya məhkəmələri yekun qərarlarında Məhkum1 və Məhkum2 hansı müstəsna şəxsiyyətə malik olmalarını, onların şəxsiyyətini xarakterizə edən məhz hansı halın cəza çəkmədən islah olunmalarına lüzum yaratdığını heç nə ilə əsaslandırmamış, əksinə Məhkum1 məhz hazırki cinayət əməlini törədərkən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Cəfərbəyli kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərək nümayəndə kimi kənd əhalisinin cinayətkar fəaliyyətdən uzaq durmaları ilə bağlı profilaktiki iş aparmalı olan vəzifəli şəxs olduğu halda belə bir cinayət hadisəsini məhz öz qulluq mövqeyindən istifadə edərək törətməsini, Azərbaycan Respublikasının X6 "İcbari əməyin ləğv edilməsi haqqında" 1957-ci il iyunun 25-də Cenevrə şəhərində qəbul olunmuş 105 saylı Konvensiyasına Azərbaycan Respublikası Milli Məclisinin 24 mart 2000-ci il tarixli Qanunu ilə qoşularaq X6 bu Konvensiyanı ratifikasiya edən hər bir üzvü kimi Konvensiyanın 1-ci maddəsində sadalanan icbari və ya məcburi əmək növlərini dərhal və tam ləğv etmək məqsədi ilə effektiv tədbirlər görməyini öhdəsinə götürməsini, cinayətin hər iki təqsirləndirilən şəxs tərəfindən “yüngül dərəcəli əqli gerilik”dən (yüngül debillik) əziyyət çəkən zərərçəkmiş şəxsə qarşı törədilməsini, zərərçəkmiş şəxslə onların heç bir barışıq əldə etməmələrini, Roya Cəfərovun hələ uşaqlıqda valideynlərinin vəfatından sonra məhz Məhkum2 himayəsində olmaqla, təqsirləndirilən şəxs Məhkum2 qeyd olunan cinayət əməlini məhz öz himayəsində olan şəxsə qarşı törətməsini, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tə rəfindən törədilməsini və bu kimi əhəmiyyətli halları nəzərə almayaraq təqsirləndirilən şəxslər barəsində CM-in 70-ci maddəsinin təbiq edilməsini əsaslı hesab etmişlər. Bundan başqa, məhkəmə hökmdə hər iki təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsini tətbiq edərək onların cəza çəkmədən şərti məhkum edilərək islah olunması qənaətinə gələrkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamışlar. Dövlət ittihamçısı daha sonra bildirmişdir ki, hər iki instansiya məhkəmələri CM-in 70ci maddəsinin tətbiqi zamanı törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almasını qeyd etməsi sırf formal yanaşma olmuş, CM-in 144-2-ci maddəsinə nəzərdə tutumuş məcburi əmək cinayətinin yüksək ictimai təhlükəliliyi ilə seçilməsini, təqsirlən dirilən şəxslərə istinad olunan cinayət əməllərinin ağır cinayətlər kateqoriyasına aid olmasını, ümumiyyətlə nəzərə almamışlar. Halbuki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən' Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqo riyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 21 noyabr tarixli, 1(106)-848/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum1 kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni əsaslandıraraq qeyd etmişdir ki, həm Lənkəran Ağır Cinayətlər Məhkəməsi, həm də Şirvan Apellyasiya Məhkəməsi şahid if adələrinə qərəzli yanaşma ilə düzgün hüquqi qiymət verməmişlər. Belə ki, şahidlərin, zərərçəkmişin özünün ifadələrinə əsasən Zərərçəkmiş şəxs sərbəst telefondan istifadə edib, fermada öz istəyi ilə sərbəst çoban işləmiş, qonşuluqda yerləşən torpaq sahibləri ilə həmişə nəinki sərbəst ünsiyyətdə olmuş və işindən razılıq etmişdir. Həm də birinci instansiya məhkəməsi şahidlərin, zərərçəkmişin ifadələrinə əsasən müəyyən edib ki, Zərərçəkmiş şəxs sərbəst olaraq hüzr və toy məclislərinə gedibgəlmiş, sanitariya-gigiyenayaya riayət etmək üçün vaxt-vaxtında sərbəst şəhərə bərbərxanaya və hamam getmiş, ferma Məhkum1 atası X7 məxsusdur, fermada çobanın yaşayışı üçün nəzərdə tutulmuş otaq, otağın orta hissəsində qızdırıcı soba, çarpayı, televizor, yataq dəsti, yerdə xalça, köhnə mebel, yəni adi insan h əyatı üçün bütün şərait olmuşdur. Bundan başqa, Şirvan Apellyasiya Məhkəməsinə CPM-in 64-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinə sorğu verilməsi üçün təqdim etdiyi ərizə və vəsatəti məhkəmə iclasında müzakirə olunsada məhkəmənin çıxardığı qərarda ərizə və vəsatət ilə əlaqədar olaraq hər hansı bir hüquqi qiymət verilməmiş və heç bir münasibət bildirilməmişdir. Məhkum1 kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 21 noyabr tarixli, 1(106)-848/2024 nömrəli qərarının ləğv edilməsi və ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumlar Məhkum1 və Məhkum2 kassasiya protestinin təmin edilməməsini, kassasiya şika yətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli Məhkum1 kassasiya şikayətinin və kassasiya şikayətinə əlavəsinin təmin olunmamasını, kassasiya protestinin təmin olunmasını və cinayət işinin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayəti nin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum1 kassasiya şikayətində əməlinin tövsifini və ona bəraət verilməli olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Dövlət ittihamçısı kassasiya protestində hər iki məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqə ləndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini və kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hök m gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin təmin edilməməsi barədə məhkumların, kassasiya şikayətinin təmin edilməməsi, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-pr osessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları ha zırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, Məhkum1 əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kassasiya protestinin dəlillərindən görünür ki, protestə hər iki məhkuma münasibətdə CM-in 70-ci maddəsinin tətbiqi mübahisələndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 münasibətdə kassasiya protestinin dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi Məhkum2 barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi qənaətinə gələrkən mövqeyini onunla əsaslandırmışdır. ki, təqsirləndirilən şəxs Məhkum2 şəxsiyyəti, əvvəllər məhkum olunmaması, yaşlı qadın olması, uşaq yaşlarında valideyn himayəsindən məhrum olmuş Zərərçəkmiş şəxs və onun qardaşbacılarını himayəsinə götürməklə mərhəmətlilik göstərməklə böyütməsini, Zərərçəkmiş şəxs himayəsində olan qardaş-bacılarının saxlanılması məqsədi ilə məcburi əməyə cəlb etməsini, ona Zərərçəkmiş şəxs əmək haqqı kimi verilən pulu zərərçəkmiş şəxsin qardaşbacılarının saxlanılmasına sərf etməsini, hal-hazırda da Zərərçəkmiş şəxs, qardaşı Xəyal Cəfərovun və bacısı X11 Cəfərovanın himayəsində yaşamalarını, Məhkum2 azadlıqdan məhrum edilərsə, onların yaşayış yerlərini itirə biləcəklərini, baxımsız qalacaqlarını nəzərə alaraq və cəza çəkmədən islah olunmasını mümkün sayaraq, sınaq müddəti müəyyən olunmaqla onun cəzasının ş ərti olaraq tədbiq olunmasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası Məhkum2 münasibətdə cəza məsələsində məhkəmələrin mövqeyinin ədalətli, qanuni və əsaslı olması qənaətinə gəlir və hesab edir ki, Məhkum2 münasibətdə kassasiya protestinin dəlilləri əsassızdır. Məhkum1 münasibətdə məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsaslı, bununla bağlı məhkəmələrin mövqeyi əsaslandırılmamış olmaqla, inandırıcı da deyil. Belə ki, birinci instansiyası məhkəməsi Məhkum1 barəsində CM-in 70-ci maddəsini tətbiq edərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə eyni zamanda Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs Məhkum1 şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, uzun müddət icra hakimiyyəti orqanlarında dövlət qulluğunda çalışmasını, Zərərçəkmiş şəxs məcburi əməyə cəlb etməklə ona əmək haqqı kimi nəzərdə tutulan pulu onun şəxsən özünə deyil, Məhkum2 verməkdə məqsədinin zərərçəkmiş şəxsin Məhkum2 himayəsində olan qardaş-bacılarının saxlanılmasına kömək etmək olmasını, Zərərçəkmiş şəxs qohumları və tanışları ilə ünsiyyət saxlamasına maneçilik törətməməsini, Zərərçəkmiş şəxs fermada işləməsi ilə əlaqədar olaraq Məhkum2 əmək haqqı formasında pul ödəməklə yanaşı Zərərçəkmiş şəxs gündəlik qidalanması, geyim əşyaları, yaşamaq şəraiti ilə təmin edilməsinə də müəyyən məbləğdə vəsait sərf etməsini nəzərə alaraq və cəza çəkmədən islah olunmasını mümkün sayaraq, sınaq müddəti müəyyən olunmaqla onun cəzasının şərti olaraq tədbiq olunması nı ədalətli və məqsədəmüvafiq hesab edir.” Qeyd edilən halların məhkumun cəzasını yüngülləşdirən hallar olub-olmaması və ya hansı səbəbdən cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsinin səbəbləri aydın olmamaqla, qeyd edilən halların hansı səbəbdən Məhkum1 barəsində CM-in 70-ci maddəsinin tətbiqinə səbəb və əsas olması da məhkəmə hökmündən və apellyasiya instansiya məhkəməsinin qərarından aydın olmur. Halbuki CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-in 144-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, qeyd edilən maddənin dispozisiyasında nəzərdə tutulmu ş ictimai təhlükəli əməllərdən hər hansı birinin törədilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlarla, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunan qul əməyini, qanunsuz olaraq şəxsin müəyyən işin yerinə yetirilməsinə məcbur edilməsini, şəxsin iradəsinin ziddinə olaraq onu arzu etmədiyi işin yerinə yetirilməsinə məcbur edilməsini, insanın şəxsi azadlığına qəsd edən qanunsuz əməllərin yayılmasını pisləyən ictimai-mənəvi normaların pozulmasına səbəb olur. Avropa İnsan Hüquqları Konvensiyasının “Köləliyin və məcburi əməyin qadağan olunması” adlanan 4-cü maddəsinə əsasən də heç kəs məcburi və ya icbari əməyə cəlb edilməmlidir. Lakin məhkəmələr N.Nəzibov barəsində CM-in 70-ci maddəsini tətbiq edərkən, onun tərəfindən törədilmiş cinayət əmə linin ictimai təhlükəlilyini və xarakterini nəzərə almamışlar. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 kassasiya şikayəti təmin edilməməli, dövlət ittihamçının kassasiya protesti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə, Məhkum1 aid hissədə ləğv edilməli, qərar həmin hissədə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilməlidir. Belə qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün hesab etmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiy a instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci ma ddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya şikayəti qismən, Məhkum1 aid hissədə təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 31 iyul tarixli, 1(099)-58/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2.5 və 144-2.2.6cı maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2.6-cı maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum2 barələrində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 21 noyabr tarixli, 1(106)-848/2024 nömrəli qərarı kassasiya protestinə münasibətdə, Məhkum1 aid hissədə ləğv edilsin v ə cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar