Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-862/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum, müdafiəçisi X2 və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 av qust 2018-ci tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2018-ci il tarixli qərarından məhkum və müdafiəçi X2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim: Əhmədov Rauf Tağı oğlu ) 09 avqust 2018-ci tarixli hökmü ilə xx xxxxxx 1975-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Tikəband kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası C M-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 09 avqust 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əhmədov Həsən Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) 19 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Mə hkəməsinin 09 avqust 2018-ci tarixli hökmü cəza təyini hissəsində dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2018-ci il tarixli qərarından məhkum və müdafiəçi X2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. İşin halları: Hökmə əsasən Məhkum, 17 mart 2017-ci il tarixdə, saat 05 ra dələrində idarə etdiyi "VAZ-21074" markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə üzü şəhərin mərkəz istiqamətində yolun orta hissəsi ilə saatda 80 kilometr sürətlə idarə edərkən, ünvan 2 ünvanda yerləşən “Alov” istirahət parkının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bu tələblərə əməl etməyərək həmin qaydaları pozmaqla avtomobilin qabaq sağ hissəsi ilə yolu soldan sağa keçən piyada X6 vurmuş və nəticədə sonuncuya dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan baş beyin toxunmasının əzilməsi, baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə əsasına keçən xətti sınığı, hər iki bud sümüyünün qapalı, qəlpəli yer dəyişmiş sınığı, 4,5-ci qabırğaların yer dəyişmiş qapalı sınığı, bədənin yumşaq toxumalarının əzilmiş cırılmış yarası, qançır və sıyrıqları xəsarətlərini yetirmiş və nəticədə onun ehtiyatsızlığından X5 aldığı ağır açıq kəllə beyin travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızma kimi xəsarətlər R.Zərərçəkmiş şəxs hadisə yerində ölümünə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Apellyasiya məhkəməsi cəza təyini zamanı ilk dəfə az ağ ır cinayət törətdiyini, səmimi peşmançılığını, himayəsində yetkinlik yaşına çatmayan 2 azyaşlı övladının olmasını, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alsa da, qeyd olunan yüngülləşdirici hallara uyğun olmayan ağır cəza təyin etmişdir. Məhkum qeyd olunanların nəzərə alınaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, təyin edilmiş cəza cinayət əməlinin baş vermə şəraitinə, xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, məhkum edilmiş şəxsin şəxsiyyətinə uyğun deyil və həddən artıq sərt cəzadır. Birinci instansiya məhkəməsinin cəzani yüngülləşdirən halları kimi qiymətləndirdiyi Məhkum törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfü axarı zəmnində ilk dəfə az ağır cinayət törətməsini və himayəsində ye tkinlik yaşına çatmamış 2 uşağının olması xüsusatları Apellyasiya məhkəməsi tərəfindən etməsi, maddi və mənəvi zərəri qismən ödəməsi, habelə zərər çəkmişin ailə üzvləri ilə barışığa cəhd etməsi, Qarabağ müharibəsi veteranı olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması hallarını nəzərə almadan onun cəzasını ağırlaşdırmışdır. Qeyd olunanlara əsasən ədalətsiz və qanunsuz şəkildə təyin olunmuş cəzanın sərtliyi nəzərə alınaraq Məhkum cəzasının yüngülləşdirilməsini, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini xahi ş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkum və müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi və dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həm in Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiə tərəfi kassasiya şikayətində məhkumun cinayət əməllərinin hüquqi tövsifini mübahisələndirməmiş, təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarınında qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cü mlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirka rın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Kollegiya qeyd edir ki, Apellyasiiya Məhkəməsi məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə vurulmuş zərərin ödənilməsi ilə bağlı heç bir razılığın əldə edilməməsi və təyi n olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya məhkəməsinin təyin etdiyi cəza işin faktiki hallarına uyğundur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2018ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmi n edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-862/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-862/2019
18.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver