Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-862/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkum2, Müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkil Əliyev Ramil Məhəmmədəli oğlu, Biləsuvar Rayon Vəkil Bürosunun vəkili Quliyev Fədai Əli oğlunun iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151 və 152.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2, Cinayət Məcəlləsinin 151 və 171-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Məhkum1 müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X4) 08 mart 2002-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, işləməyən, məhkum olunmamış, Ünvan1 ünvanda qeydiyyatda olmaqla yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-nin 151 və 152.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirii bilinərək, CM-nin 151-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə, CM-nin 152.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 14 fevral 2002-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, işləməyən, məhkum olunmamış, Ünvan2 2ünvanda qeydiyyatda olmaqla yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 151 və 171-1.1-ci maddələrində nəzərdə tu tulan cinayətlərin törədilməsində təqsirli bilinərək, CM-nin 151-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə, CM-nin 171-1.1-ci maddəsi ilə 03 (üç) il 03 (üç) ay müddətə, CMnin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum2 müdafiəçisi Quliyev Fədai Əli oğlu, Məhkum1 və müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim R.M.Cəfərov, hakimlər E.Ə.Camalov və İ.H.Əhmədovdan ibarət tərkibdə) 23 noyabr 2020ci il tarixli qərarı ilə Biləsuvar Rayon Məhkəmə sinin 21 avqust 2020-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə əsasən Məhkum2 və Məhkum1 cəza təyini hissələrində dəyişdirilmiş, Məhkum2 CM-nin 151-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası həddinədək, CM-nin 152.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası həddinədək azaldılmış, CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum1 CM-in 151-ci maddəsi ilə təyin edilmiş 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 il 06 ay mü ddətə azadlıqdan məhrum etmə cəzası həddinədək, CM-in 171-1.1-ci maddəsi ilə təyin edilmiş 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 il müddətə azadlıqdan məhrum etmə cəzası həddinədək azaldılmış, CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və Məhkum1 müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum2 Məhkum1 ilə qabaqcadan razılaşmaqla əlbir olub bir qrup şəxs halında birləşərək, özünün cinsi ehtir asını pozğun formada təmin etmək məqsədilə sonuncu ilə birlikdə 09 fevral 2020-ci il tarixdə saat 13 radələrində aşkar surətdə on altı yaşına çatmayan - 25.03.2005-ci il təvəllüdlü X1 çəkmək adı ilə aldadıb yaşadıqları Biləsuvar rayonu Xırmandalı kəndinin yaxınlığında yerləşən örüş sahəsinə aparmış, orda söhbət edərkən həmkəndliləri X3 onunla uşaqbazlıq etməsi barədə məlumatları olduğunu bildirərək, əgər onlarla cinsi əlaqədə olmazsa, bu xəbəri yayıb onu rüsvay edəcəkləri ilə qorxudaraq özlərindən asılı vəziyyətə salaraq, Zərərçəkmiş şəxsni seksual xarakteri hərəkətlər etməyə razı saldıqdan sonra, sonuncu şalvarını və alt paltarını aşağı çəkib, əllərini və dizlərini yerə qoymaqla çömbəldikdən sonra Məhkum2 Məhkum1 gözü qarşısında öz cinsiyyət orqanını Zərərçəkmiş şəxsnin arxa tərəfdən budl arının arasına sürtməklə cinsi ehtirasını pozğun formada təmin edərək, ona qarşı seksual xarakterli hərəkətlər etmiş, Məhkum1 isə yetkinlik yaşına çatmayan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə iştirakını əks etdirən uşaq pornoqrafiyası məzmunlu videomateriallar hazırlamaq məqsədilə özünə məxsus mobil telefonun videokamera funksiyasından istifadə etməklə, onların seksual xarakterli hərəkətlərinin videoçəkilişini aparmış, həmin videogörüntüləri mobil telefonun yaddaşında saxlamış, daha sonra axşam saatlarında həmkəndlisi X5 bu barədə bildirməklə, sonuncunun mobil telefonuna həmin uşaq pornoqrafiyası məzmunlu videogörüntüləri yükləmiş, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin sair asılılığından istifadə etməklə seksual xarakterli digər hərəkətlər et məyə məcbur etmiş, eləcə də, qabaqcadan əlbir olan bir qrup şəxs halında uşaq pornoqrafiyasını yaymaq məqsədilə hazırlamış, saxlamış və yaymışdır. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəmə kollegiyasının qərarı Məhkum2 və Məhkum1 cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Belə ki, işin hallarından isə görünür ki, apelyasiya instansiya məhkəməsi iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmadan Məhkum2 və Məhkum1 cəza təyin edərkən cinayət qanununun normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də onların şəxsiyyətinə əhəmiyyət verilməmiş, məhkəmə, qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin sair asılılığından istifadə etməklə seksual xarakterli digər hərəkətlər etməyə məcbur etmə, eləcə də, qabaqcadan əlbir olan bir qrup şəxs halında uşaq pornoqrafiyasını yaymaq məqsədilə hazırlama, saxlama və yayma cinayətlərini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətmiş olduğu cinayət əməlləri başa çatmış olmaqla az ağır cinayətlər kateqoriyasına aid olan təqsirli bilindiyi maddələrdə nəzərdə tutulmuş cinayət əməllərinə görə əsassız olaraq həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı hədlərində və CM-in 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəzalar təyin etmiş, bununla onların gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum2 və Məhkum1 islah edilməsinin, gələcəkdə həm onlar, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum2 və Məhkum1 barələrində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2020-ci il tarixli qərarını ləğv etmə klə cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş edir. Məhkum1 müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası müdafiə tərəfinin apellyasiya şikayətinə qiymət verərkən, məhkum edilmiş şəxs Məhkum1 cəzasını yüngülləşdirən kifayət qədər halların olduğunu, lakin birinci instansiya məhkəməsi tərəfindən hökm verilərkən bu halların nəzərə alınmadığını və ədalətli qərar qəbul edilmədiyini qeyd etmiş və bu mövqeyini kifayət qədər maddi və prosessual hüquq normalarına istinad etməklə əsaslandırmışdır. Lakin, məhkəmə kollegiyası Məhkum1 şərti cəza təyin edilməsini məqsədəuyğun hesab etməmiş və bu mövqeyini ümumiyyətlə əsaslandıra bilməmişdir. Halbuki, Məhkum1la bağlı kifayət qədər yüngülləşdirici halların mövcudluğu və ağırlaşdırıcı halların olmaması, eləcə də, digər diqqətəlayiq hallar, onun barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq edilməklə, şərti cəzanın təyin edilməsi üçün yetərli olmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2020-ci il tarixli qərarını qismən, müdafiəçisi olduğu Məhkum1 münasibətdə dəyişdirilməsi və ona ittiham olunduğu CM-nin 151 və 171-1.1-ci maddələrinin sanksiyaları çərçivəsində ən aşağı həddə cəza təyin olunması və həmin cəzanın CM-nin 70-ci maddəsi tətbiq olunmaqla şərti təyin edilməsi barədə qərar qəbul eedilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dö vlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya protestində qeyd olunan halları bir daha vurğulayaraq, müdafiəçinin kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, kassasiya protestinin isə təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində çıxış edən Məhkum1 müdafiəçisi R.M.Əliyev kassasiya şikayətində qeyd etdiyi xüsusatları bir daha vurğularaq şikayətinin təmin edilməsini, kassasiya protestinin isə təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi F.Ə.Quliyev çıxış edərək hüquqlarını müdafiə etdiyi Məhkum2 əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirib kassasiya protestinin təmin edilməmə si, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən Məhkum2 müdafiəçisinin mövqeyi ilə razı olduğunu bildirib kassasiya protestinin təmin edilməməsi və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını is ə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkumların barəsində təyin edilmiş cəzanın yüngül olduğu və törədilmiş cinayət əməlinin ədalətli nəticəsi olmadığı iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkum1 müdafiəçisi R.M.Əliyev tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməmiş, məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, Məhkum2 və müdafiəçilərin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə kassasiya protestinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkumlar Məhkum2 və Məhkum1 verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübut a yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum2 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 151 və 152.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum1 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 151 və 171-1.1ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində və Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumlara təyin edilmiş cəza mübahisələndirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən c əzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilmə sinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkumların təyin olunmuş cəza müddətində nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır azadlıqdan məhrumetmə cəzası təyin edilməsi nəticəsində mümkünlüyünü dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkumlara daha ağır azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş edilməsi ü üçün qərarın ləğv olunmasını xahiş etmişdir. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən məhkumlara cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (o cümlədən kassasiya şikayətində göstərilən hallar), habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum2 və Məhkum1 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini protestə əsasən şübhə altına almağa əsas yoxdur, kas sasiya protestinin və kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində həmçinin, Məhkum1 təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və məhkumun barəsində CM-nin 62 və ya 70-ci maddələrinin tətbiq olunması xahiş edilir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də, iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. İş materiallarını kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə müstəsna hallar və ya məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq olunmasına əsas vermir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərb i xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum1 cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də birinci və ap ellyasiya instansiyası məhkəmələri haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişlər. Kassasiya şikayətində göstərilən hallar da Məhkum1 şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsasl ar) iş üzrə mövcud deyildir, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Məhkum1 müdafiəçisi R.Əliyev tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhk əmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Məhkum1 müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151 və 152.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2, Cinayət Məcəlləsinin 151 və 171-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2020-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Məhkum1 müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-862/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-862/2021
16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver